Məhkəmə qərarları › İş №1(004)-400/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-400/2024

19.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-400/2024 19.09.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X7 və Zərərçəkmiş şəxs2, Müdafiəçilər “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X8 və X2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx xxxxxx 1981-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olan, Bakı şəhəri, Nərimanov rayonu, X25 küçəsi, ev 9 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə, xx xxxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmuş, ünvan 2 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 ittiham elan olunmuşdur ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metafetamin əldə edərək üzərində saxlamaqla daşımış, özgənin əmlakını gizli yolla talamaqla və təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını talamaqla saxlanc yerinə daxil olmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyəti ilə 11 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində özgənin əmlakını talama məqsədi ilə ünvan 3 ünvanında “BerBer House” dükanında X11 oğluna məxsus 01 ədəd 700 manat dəyərində “Xiaomi poko X3” markalı 862-725-058-813- 709/00, 862-725-058-813-717/00 İMEİ kodlu mobil telefonu sonuncunun yatmasından istifadə edərək gizli olaraq talamaqla zərəçəkmiş Rüfət Hüseynova 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 11 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidən şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 0,712 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımış, həmin gün saat 14:00-da Yasamal rayon Polis İdarəsinin 29-cu PŞ-nin əməkdaşları tərəfindən oğurluq hadisəsi törətməkdə şübhəli şəxs qismində ünvan 4 ünvanının qarşısında saxlanılaraq polis şöbəsinin inzibati binasına aparılmış, orada üzərində keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümdə təmiz çəkisi 0,712 qram ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşma və niyyətə uyğun olaraq 25 dekabr 2023-cü il tarixdə saat 03 radələrində ünvan 16 ünvanının qarşısında yerləşən köşkün yaxınlığında dayanaraq kənardan gəlib gedən şəxslərin olmamasına nəzarət etmiş, tanışı Təqsirləndirilən şəxs2 əlində olan vintaçanla köşkün qapısını açaraq içəri qanunsuz daxil olmuş, bundan sonra köşün içərisində olan müxtəlif növ tütün məhsullarını, müxtəlif saqqız və telefon qulaqçıqlarını orada olan sellofan paketə dolduraraq götürüb hadisə yerindən qaçaraq uzaqlaşmış ,onun arxasıyca o həmin köşkə daxil olaraq orada olan tütün məhsullarını, saqqız və telefon qulaqçıqlarını götürüb hadisə yerindən qaçaraq uzaqlaşmış, əvvəllcədən aralarında olan cinayətkar niyyətlərini başa çatdırmaq, gizli olaraq taladıqları ümumilikdə 1 ədədinin qiyməti 4 manat təşkil edən 65 paçka “Kent” markalı siqaret paçkası ümumi dəyəri 260 manat, 1 ədədinin qiyməti 4 manat 30 qəpik təşkil edən 97 paçka “Sobranie” markalı siqaret paçkası ümumi dəyəri 417 manat 10 qəpik, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən 34 paçka “Vinston” markalı siqaret paçkası ümumi dəyəri 129 manat 20 qəpik,1 ədədinin qiyməti 3 manat 40 qəpik təşkil edən 17 paçka “LD” markalı siqaret paçkası ümumi dəyəri 57 manat 80 qəpik,1 ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən 4 paçka “Davidov Nazik” markalı siqaret paçkası ümumi dəyəri 16 manat 40 qəpik, 1 ədədinin qiyməti 3 manat 30 qəpik təşkil edən 9 paçka “Davidov kompakt” markalı siqaret paçkası ümumi dəyəri 29 manat 70 qəpik, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən 60 paçka “Rothmans” markalı siqaret paçkası ümumi dəyəri 174 manat, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən 60 paçka “Vinçestr” markalı siqaret paçkası ümumi dəyəri 174 manat,1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən 60 paçka “PalMall” markalı siqaret paçkası ümumi dəyəri 174 manat, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən 80 paçka “Viceroy” markalı siqaret paçkası ümumi dəyəri 192 manat, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən 85 paçka “Argo” markalı siqaret paçkası ümumi dəyəri 204 manat, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən 69 paçka “Magna” markalı siqaret paçkası ümumi dəyəri 165 manat 60 qəpik, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən 4 paçka “Vest” markalı siqaret paçkası ümumi dəyəri 10 manat 80 qəpik, 1 ədədinin qiyməti 60 qəpik təşkil edən 6 paçka içərisində hər paçkada 32 ədəd “Orbit” adlı saqqız ümumi dəyəri 115 manat 20 qəpik,1 ədədinin qiyməti 50 qəpik təşkil edən 300 ədəd alışqan ümumi dəyəri 150 manat,1 ədədinin qiyməti 1 manat təşkil edən alıqan doldurmaq üçün maye 22 ədəd ümumi dəyəri 22 manat ,1 ədədinin qiyməti 10 manat təşkil edən 16 ədəd mobi ltelefon qulaçığı ümumi dəyəri 160 manat təşkil edən tütün məhsullarını, saqqız və telefon qulaqçılarının özlərində qalmasına və taladıqları əmlak üzərində istədikləri kimi sərəncam vermək üçün real imkan əldə edilməsinə nail olmaq məqsədi ilə hadisə yerindən qaçıb getməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 2451 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək özgənin əmlakını talamaqla saxlanc yerinə daxil olmaqla oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan qrup yaratmış, qrup üzvləri arasında əldə olunmuş ümumi razılaşma və niyyətə uyğun olaraq 25 dekabr 2023-cü il tarixdə saat 03 radələrində ünvan 16 ünvanının qarşısında yerləşən köşkün qapısını əlində olan vintaçanla açaraq içəri qanunsuz daxil olmuş, bundan sonra köşün içərisində olan müxtəlif növ tütün məhsullarını, müxtəlif saqqız və telefon qulaqçıqlarını orada olan sellofan paketə dolduraraq götürüb hadisə yerindən qaçaraq uzaqlaşmış, onun arxasıyca Tanışı Təqsirləndirilən şəxs1 həmin köşkə daxil olaraq orada olan tütün məhsullarını, saqqız və telefon qulaqçıqlarını götürüb hadisə yerindən qaçaraq uzaqlaşmış, əvvəllcədən aralarında olan cinayətkar niyyətlərini başa çatdırmaq, gizli olaraq taladıqları ümumilikdə 1 ədədinin qiyməti 4 manat təşkil edən 65 paçka “Kent” markalı siqaret paçkası ümumi dəyəri 260 manat, 1 ədədinin qiyməti 4 manat 30 qəpik təşkil edən 97 paçka “Sobranie” markalı siqaret paçkası ümumi dəyəri 417 manat 10 qəpik, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən 34 paçka “Vinston” markalı siqaret paçkası ümumi dəyəri 129 manat 20 qəpik,1 ədədinin qiyməti 3 manat 40 qəpik təşkil edən 17 paçka “LD” markalı siqaret paçkası ümumi dəyəri 57 manat 80 qəpik,1 ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən 4 paçka “Davidov Nazik” markalı siqaret paçkası ümumi dəyəri 16 manat 40 qəpik, 1 ədədinin qiyməti 3 manat 30 qəpik təşkil edən 9 paçka “Davidov kompakt” markalı siqaret paçkası ümumi dəyəri 29 manat 70 qəpik, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən 60 paçka “Rothmans” markalı siqaret paçkası ümumi dəyəri 174 manat, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən 60 paçka “Vinçestr” markalı siqaret paçkası ümumi dəyəri 174 manat,1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən 60 paçka “PalMall” markalı siqaret paçkası ümumi dəyəri 174 manat, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən 80 paçka “Viceroy” markalı siqaret paçkası ümumi dəyəri 192 manat, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən 85 paçka “Argo” markalı siqaret paçkası ümumi dəyəri 204 manat, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən 69 paçka “Magna” markalı siqaret paçkası ümumi dəyəri 165 manat 60 qəpik, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən 4 paçka “Vest” markalı siqaret paçkası ümumi dəyəri 10 manat 80 qəpik, 1 ədədinin qiyməti 60 qəpik təşkil edən 6 paçka içərisində hər paçkada 32 ədəd “Orbit” adlı saqqız ümumi dəyəri 115 manat 20 qəpik,1 ədədinin qiyməti 50 qəpik təşkil edən 300 ədəd alışqan ümumi dəyəri 150 manat,1 ədədinin qiyməti 1 manat təşkil edən alıqan doldurmaq üçün maye 22 ədəd ümumi dəyəri 22 manat ,1 ədədinin qiyməti 10 manat təşkil edən 16 ədəd mobi ltelefon qulaçığı ümumi dəyəri 160 manat təşkil edən tütün məhsullarını, saqqız və telefon qulaqçılarının özlərində qalmasına və taladıqları əmlak üzərində istədikləri kimi sərəncam vermək üçün real imkan əldə edilməsinə nail olmaq məqsədi ilə hadisə yerindən qaçıb getməklə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ümumilikdə 2451 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla əmlakı gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o uzun zamandır ki, narkotik vasitə və psixotrop maddələrin müxtəlif növlərindən istifadə edir. Bir neçə ay olar ki, mütamadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etdiyi üçün işdə tapıb işləyə bilmir. Narkotik vasitələrdən istifadə onda asılılıq yaratdığı üçün həmin maddələrdən istifadə etməyəndə dözülməz ağrıları olur. Bu səbəbdən son vaxtlar ağırları olduqca əsasən, “şüşə” kimi bilinən psixotrop maddə metamfetamin qəbul edirmiş. xx.xx.2023-cü il tarixdə səhər 09 radələrində kirayədə yaşadığı ünvan 6 ünvanında çıxaraq piyada şəkildə hərəkətdə ünvan 7ə hərəkətdə olan zaman “BerBer house” adlı obyektin qapısının açıq olduğunu, içəridə olan şəxsin isə yuxuya getdiyini görmüşdür. İçəri daxil olan zaman masanın üzərində 1 ədəd qara rəngli mobil telefon olduğunu görüb oğurlamaq qərarına gəlmişdir. Obyektin içərisində olan şəxsin yatdığına tam əmin olduqdan sonra masanın üzərində olan markasını bilmədiyi mobil telefonu götürərək oradan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində o pisxotrop maddə almaq üçün Nəsimi rayonu “Şamaxinka” adlanan əraziyə körpünün altına getmişdir. Orada üzdən tanıdığı, lakin anket məlumatlarını bilmədiyi şəxsdən 20 manat pul müqabilində kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin alıb əynimdə olan tünd boz rəngli cins şalvarın sağ yan cibinə qoymuşdur. O həmin narkotik vasitəni cibimdə gizlədərək ünvan 8 ünvanının yaxınlığına gəlmişdir. Həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 14 radələrində ünvan 8 ünvanının qarşısında dayanan zaman 2 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişdilər. O həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda onlar Yasamal rayon ərazisində oğurluq hadisəsini törətməkdə və qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişdilər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nin binasına getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqlarını müdafiə etməsi üçün müdafiəçi dəvət etmişdilər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olundu ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərində olan psixotrop maddəni gizlətməyin mümkün olmadığını görüb əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibində gizlətdiyi 01 ədəd şəffaf sellofana bükülmüş kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin bükümü və əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibində 1 ədəd qara rəngli “Poko X3” markalı mobil telefonu çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakı ilə açılan zaman onun içərisində ağ rəngli kristal formalı maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o bildirmişdir ki, həmin bükülüdəki maddə “şüşə” kimi bilinən psixotrop maddə metamfetamindir və o həmin maddəni həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidən piyadalar üçün nəzərdə tutulmuş körpünün altında üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində almışdır. Üzərindən aşkar edilmiş mobil telefon isə xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Bakı şəhəri,Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ilə hərəkətdə olan zaman “BerBer house” adlı dükandan masanın üzərindən oğurladığını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar olunmuş 01(bir) ədəd büküm gözünün qarşısında ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənərək zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edildi və iştirakçılar imzalarımızla həmin protokolu təsdiq etdik. Üzərindən aşkar edilmiş psixotrop maddəyə görə barəsində Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi cinayət işi başlanılmışdır. xx.xx.2023-cü il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək Qaradağ RPİ-nin MSY-dən buraxılmışdır. Bundan başqa 25 dekabr 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə olan zaman Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215D ünvanında yerləşən köşkdən oğurluq etmək qərarına gəlmişdirlər. Bundan sonra o kənarda dayanaraq kəna şəxslərin gəlib getməsinə nəzarət edirmiş İsrafil isə köşkə tərəf gedərək bir qədər gözlədikdən sonra köşkün qapsını açaraq içəri daxil olmuşdur. Təxminən 2 dəqiqə sonra İsrafil əlində paketə çıxaraq binanın arxa tərəfinə keçmişdir, onun arxasıyca o köşkə daxil olaraq orada müxtəlif növ siqaretləri gödəkcəsinin ciblərinə və sellofan paketə dolduraraq İsrafilin arxasıyca getmişdir. Oğurladığı içəridə olan müxtəlif növ saqqızlar, müxtəlif adda tütün məmulatlarını və mobil telefon qulaqçıqlarını sellofana paketə götürərək oradan uzaqlaşmışdırlar. Oğurladıqları əşyaları aralarında bölüşdürdükdən sonra tütün məmulatlarını və saqqızların bir qismini özü şəxsi istifadəsi üçün istifadə etmişdir. Həmin məhsulların bir qismini isə Yasamal rayon ərazisində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsə 100 manat müqabilində satmışdır. Həmin pulu isə şəxsi ehtiyacları üçün istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində ünvan 9 ünvanının qarşısında dayanan zaman 2 nəfər polis əməkdaşı yaxınlaşaraq özlərini təqdim edib xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişdirlər. O həmin şəxslərdən onu hansı səbəbə saxladıqlarını soruşduqda onlar Yasamal rayon ərazsində oğurluq hadisəsini törətməkdə və qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə olunmasında, istifadəsində və dövriyyəsində şübhəli olduğumu bildirib onu polis şöbəsinə dəvət etmişdirlər. O da polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə Yasamal RPİ-nin 28-ci PŞ-nin binasına getmişdir. Orada onu xidməti otaqların birinə apararaq hüquqları müdafiə etməsi üçün müdafiəçi dəvət etmişdirlər. Bundan sonra həmin xidməti otaqda müdafiəçinin iştirakı ilə ona hüquq və vəzifələri izah olunduqdan sonra tələb olundu ki, üzərində hər hansı bir qeyri-qanuni əşya varsa təqdim etsin. O da həmin an üzərimdə olan 01 ədəd bükülmü çıxardıb polis əməkdaşlarına təqdim etmişdir. Həmin bir ədəd büküm onun iştirakıyla açılan zaman onun içərisində ağ rəngli kristal formalı maddə aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin bükülüdəki maddənin nə olduğunu və həmin maddəni haradan əldə etdiyini soruşduqda o bildirmişdir ki, həmin bükülüdəki maddə “şüşə” kimi bilinən psixotrop maddə metamfetamindir və o həmin maddəni dünən, yəni xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Nəsimi rayonu, “Kubinka” adlanan ərazidən üzdən tanıdığı lakin ad, soyad, ata adını bilmədiyi şəxsdən 10 manat pul müqabilində almışdır. Bundan sonra onun üzərindən aşkar olunmuş 01(bir) ədəd büküm gözünün qarşısında ağ rəngli zərfə qoyularaq qablaşdırılıb möhürlənərək zərfin üzəri iştirakçılar və onun tərəfindən imzalanmışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar imzalarıyla həmin protokolu təsdiq etmişdirlər. Üzərindən aşkar edilmiş psixotrop maddəyə görə barəsində Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi cinayət işi başlanılmışdır və Yasamal rayon Məhkəməsinin qərarı ilə həps qətimkan tədbiri seçilmişdir. Psixotrop maddə aldığı şəxsin əlamətləri yadında deyil, həmin vaxtın üzərindən uzun zaman keçdiyinə görə xatırlamır. 11 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində şəxsi istifadəsi üçün aldığı, üzərində aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsusdur, həmin maddəni şəxsi istifadəsi üçün almışdır. 18 yanvar 2024-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-də üzərinə aparılmış şəxsi axtarış zamanı aşkar edilmiş psixotrop maddə metamfetamin ona məxsus deyildir. Şəxsi axtarış zamanı etiraf etməyinə səbəb polis əməkdaşları tərəfindən fiziki təziqə məruz qalmaqdan qorxduğu üçün olmuşdur. 18 yanvar 2024-cü il tarixdə Yasamal RPİ-nin 28-ci PŞ-də üzərinizə aparılmış şəxsi axtarış zamanı aşkar edilmiş psixotrop maddə metamfetaminin hansı şəraitdə və neçə onun üstündə olmasını bilmir. Bir daha qeyd edirki, həmin maddə ona məxsus deyildir. O heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır, həmişə özü qəbul etmək üçün almışdır. Üzərində aşkar olunmuş psixotrop maddə olan metamfetamin də şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir.Oğurluq edən zaman ətrafda onu görən kimsə olmamışdır. Oğurluq edən zaman “BerBer house” adlı obyektdə olan şəxsin yatdığına tam əmin olduqdan sonra telefonu oğurlamaq qərarına gəlmişdir. Həmin telefonu satmaq istəsədə polis əməkdaşları tərəfindən saxlanılmışdır. Polis Şöbəsində üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı həmin mobil telefonu təqdim etmişdir. Oğurladığı məhsulların sayı və növü barədə xatırlamır. Həmin gün yəni xx.xx.2023-cü il tarixdə üzərində nə pul nədə istifadə üçün siqaretiləri olmadığı üçün qərara gəlmişdirlər ki, birlikdə köşkdən oğurluq etsinlər. Həmin günü gecə olduğu üçün onları görə biləcək kənar şəxslər olmamışdır. Oğurladığları məhsulların say və növ tərkibini tam xatırlamadığı üçün dəymiş ziyanın 2460 manat olması barəsində heç bir fikir deyə bilmir. Lakin oğurladığı məhsullar təxminən o məbləğdə ola bilərmiş. Etdiyi əməlin doğru olmadığını dərk edir etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o ailə üzvlərilə birlikdə anket məlumatlarımda qeyd olunan ünvanda yaşayır. Heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 təxminən bir neçə ildir ki tanıyır. 25 dekabr 2023-cü il tarixdə saat 03 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə olan zaman Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 215D ünvanında yerləşən köşkdən oğurluq etmək qərarına gəlmişdirlər. Bundan sonra Xuran kənarda dayanaraq kənar şəxslərin gəlib getməsinə nəzarət edirmişdi. O isə köşkə tərəf gedərək bir qədər gözlədikdən sonra köşkün qapsını vintaçan vasitə ilə açaraq içəri daxil olmuşdur. Təxminən 2 dəqiqə ərzində köşkün içərisində müxtəlif növ siqaret, saqqız və telefon qulaqçıqlarını sellofan paketə dolduraraq çıxaraq binanın arxa tərəfinə keçmişdir, onun arxasınca Xeyrulla köşkə daxil olaraq orada müxtəlif növ siqaretləri kurtqasının ciblərinə və sellofan paketə dolduraraq onun arxasınca gəlmişdir. Oğurladığıları müxtəlif növ saqqızlar, müxtəlif adda tütün məmulatlarını və mobil telefon qulaqçıqlarını sellofan paketdə götürərək oradan uzaqlaşmışdırlar. Oğurladıqları əşyaladan aralarında bölüşdürdükdən sonra tütün məmulatlarını və saqqızların bir qismini özüləri şəxsi istifadəsi üçün istifadə etmişdirlər. Oğurladığı məhsulların bir qismini ona düşən bir hissəsini Yasamal rayon ərazisində üzdən tanıdığı lakin adını bilmədiyi şəxsə 140 manat müqabilində satmışdır. Həmin pulu isə şəxsi ehtiyacları üçün istifadə etmişdir. Oğurladıqları məhsulların sayı və növü barədə xatırlamır. Həmin günü gecə olduğu üçün onları görə biləcək kənar şəxslər olmamışdır. Etdiyi əməlin doğru olmadığını dərk edir etdiyi əməldən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, o, ünvan 3 ünvanında “BerBer House” dükanında bərbər kimi fəaliyyət göstərir. xx.xx.2023-cü il tarixdə işdə olan zaman özünə məxsus “Xiaomi” markalı “Poko x3” model mobil telefonu cərəyana qoyaraq stolun üstündə otutaraq yuxuya getmişdir. Təxminən bir saat sonra ayılan zaman telefonunun cərayanda olmadığını görüb axtararaq tapa bilmədiyi üçün oğurlanması qənaətinə gələrək polisə müraciət etmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, o, ünvan 16 ünvanında yerləşən köşkü icarə əsasında işlədir. 24 dekabr 2024-cü il tarixdə axşam saat 21 radələrində köşkün qapısını bağlayraq yaşadığı evə çıxıb getmişdir. Səhərisi gün yəni xx.xx.2024-cü il tarixdə səhər saatlarında bir tanışı ona zəng edərək köşkün qapısının açıq olduğunu bildirmişdir. Bundan sonra o, köşkə yaxınlaşan zaman qapısının açıq olduğunu görmüşdür. İçərinin dağınıq olduğunu görüb oğurluq olması qənaətinə gələrək polisə müraciət etmişdir. Bundan sonra ona məlum olmuşdur ki, köşkdən 1 ədədinin qiyməti 4 manat təşkil edən 65 paçka “Kent” markalı siqaret paçkası ümumi dəyəri 260 manat, 1 ədədinin qiyməti 4 manat 30 qəpik təşkil edən 97 paçka “Sobranie” markalı siqaret paçkası ümumi dəyəri 417 manat 10 qəpik, 1 ədədinin qiyməti 3 manat 80 qəpik təşkil edən 34 paçka “Vinston” markalı siqaret paçkası ümumi dəyəri 129 manat 20 qəpik,1 ədədinin qiyməti 3 manat 40 qəpik təşkil edən 17 paçka “LD” markalı siqaret paçkası ümumi dəyəri 57 manat 80 qəpik,1 ədədinin qiyməti 4 manat 10 qəpik təşkil edən 4 paçka “Davidov Nazik” markalı siqaret paçkası ümumi dəyəri 16 manat 40 qəpik, 1 ədədinin qiyməti 3 manat 30 qəpik təşkil edən 9 paçka “Davidov kompakt” markalı siqaret paçkası ümumi dəyəri 29 manat 70 qəpik, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən 60 paçka “Rothmans” markalı siqaret paçkası ümumi dəyəri 174 manat, 1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən 60 paçka “Vinçestr” markalı siqaret paçkası ümumi dəyəri 174 manat,1 ədədinin qiyməti 2 manat 90 qəpik təşkil edən 60 paçka “PalMall” markalı siqaret paçkası ümumi dəyəri 174 manat, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən 80 paçka “Viceroy” markalı siqaret paçkası ümumi dəyəri 192 manat, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən 85 paçka “Argo” markalı siqaret paçkası ümumi dəyəri 204 manat, 1 ədədinin qiyməti 2 manat 40 qəpik təşkil edən 69 paçka “Magna” markalı siqaret paçkası ümumi dəyəri 165 manat 60 qəpik, 1 ədədinin qiyməti 2 manat 70 qəpik təşkil edən 4 paçka “Vest” markalı siqaret paçkası ümumi dəyəri 10 manat 80 qəpik, 1 ədədinin qiyməti 60 qəpik təşkil edən 6 paçka içərisində hər paçkada 32 ədəd “Orbit” adlı saqqız ümumi dəyəri 115 manat 20 qəpik,1 ədədinin qiyməti 50 qəpik təşkil edən 300 ədəd alışqan ümumi dəyəri 150 manat,1 ədədinin qiyməti 1 manat təşkil edən alıqan doldurmaq üçün maye 22 ədəd ümumi dəyəri 22 manat ,1 ədədinin qiyməti 10 manat təşkil edən 16 ədəd mobil telefon qulaçığı ümumi dəyəri 160 manat təşkil edirmiş. Baş vermiş oğurluq hadisəsi nəticəsində ifadəmdə qeyd etdiyim məhsulların umumi dəyəri 2451 manat 80 qəpik təşkil edir. Son olaraq təqsirləndirilən şəxslərə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs1 оğlu ifadəsində göstərmişdir ki, o, 29-cu PŞ-də sahə inspektoru vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində X7 işlədiyi ünvan 10 ünvanında yerləşən “Barber House” adlı bərbərxanadan ona məxsus “POKO X3” markalı mobil telefonun oğurlaması barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə daxil olmuş əməliyyat məlumatını yoxlamaq 11 oktyabr 2023-cü il tarixdə o, və həmin şöbənin sahə inspektoru Şahid1 Bayram oğlundan ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin gün, yəni 11 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində Yasamal rayonu D.Bünyadzadə küçəsi 152 ünvanının qarşısında olan Təqsirləndirilən şəxs1 yaxınlaşıb özlərini təqdim etmişlər və onlarla birlikdə Yasamal RPİ-nin 29-cu PŞ-nə gətməli olduğunu bildirmişlər. Həmin vaxtı Təqsirləndirilən şəxs1 onlarla razılaşaraq birlikdə 29-cu PŞ-nə gəlmiş və orada xidməti otaqların birində video çəkiliş keçirməklə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılacağı bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 təklif edilmişdir ki, üzərində hər hansı qeyri-qanuni və ya qanuni nə varsa, təqdim etsin. Bundan sonra Xeyrulla təklifə əsasən əynində olan tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və şalvarın sol yan cibindən isə 01 ədəd qara rəngli “POKO X3” markalı mobil telefonu çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, təqdim etdiyi bükülünün icərisinə psixotrop maddə olan metamfetamin var, mobil telefonu isə oğurlamışdır. Həmin metamfetamini həmin gün Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən “Şamaxinka” adlanan ərazidən üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən almışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 götürülmüş psixotrop maddə olan metamfetaminə bənzər maddə qablaşdırılaraq DİN-nin möhürü ilə möhürlənmiş və bu barədə müvafiq protokol tərtib edilmişdir. Həmin protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs1 heç bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 Bayram oğlu ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 231-233-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, “Təqsirləndirilən şəxs1” oğlunu əvvəllər tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti və qohumluğu olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində vətəndaş X7 işlədiyi ünvan 10 ünvanında yerləşən “Barber House” bərbərxanasından sonuncuya məxsus “POKO X3” markalı mobil telefonu oğurlaması ilə bağlı daxil olmuş əməliyyat tapşırığının icrası ilə əlaqdar olaraq həmin gün xx.xx.2023-cü il tarixdə saat 14:00-da Yasamal RPİ-nin 29-cu PŞ-nin sahə inspektoru polis mayoru Zərərçəkmiş şəxs1la ünvan 8 ünvanının qarşısında piyada şəkildə hərəkətdə olan zaman xarici görkəm əlamətlərinə görə Təqsirləndirilən şəxs1 bənzəyən şəxsə yaxınlaşaraq ona özlərini təqdim edib onun şəxsiyyətini dəqiqləşdirərək Təqsirləndirilən şəxs1 olduğunu müəyyən etmişdirlər. Bundan sonra ona narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz olaraq əldə olunması və Bakı şəhəri, Yasamal rayonu ərazisində həmin maddələrin dövriyyəsi ilə məşğul olmasında və Yasamal rayonu ərazisində oğurluq hadisəsini etməkdə şübhəli olduğunu bildirib onu Yasamal RPİ-nin 29-cu PŞ-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 onlara etiraz etməyib razılaşaraq onlarla birlikdə polis şöbəsinə gəlmişdirlər. Orada Təqsirləndirilən şəxs1 ximdəti otaqların birində hüquqları izah olunaraq müdafiəçi dəvət olunmuşdur. Bundan sonra müdafiəçisinin iştirakı ilə xidməti otaqda X.Xeyrullaya təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri təqdim etsin. Təklifdən sonra Təqsirləndirilən şəxs1 əynindəki tünd boz rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü və şalvarın sol yan cibindən isə 01 ədəd qara rəngli “POKO X3” markalı mobil telefonu çıxardıb qarşısındakı masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin bükülü X.Xeyrullanın və iştirakçıların gözü qarşısında açılan zaman bükülünün içində ağ rəngli kristallik maddə olması müəyyən olunmuşdur. 01 ədəd qara rəngli “POKO X3” markalı mobil telefonu isə həmin gün xx.xx.2023-cü il tarixdə səhər 10 radələrində ünvan 10 ünvanında yerləşən “Barber House” bərbərxanasından orada olan şəxsin yatmasından istifadə edərək oğurladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilən zaman onun üzərində iş üçün əhəmiyyət kəsb edə biləcək başqa hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar olunmamışdır. Daha sonra Təqsirləndirilən şəxs1 və digər iştirakçıların gözü qarşısında onun təqdim etdiyi bir maddə ağ rəngli zərfə qoyularaq müvafiq qaydada qablaşdırıldı və zərfin üzəri möhürlənib üzərində qeydlər aparılmaqla imzalanaraq götürülmüşdür. Həmin vaxt X.Xeyrulladan üzərindən aşkar edilmiş maddənin nə olması və onu haradan əldə etməsi soruşulduqda Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərindən aşkar olunmuş həmin maddə “patı” kimi bilinən bilinən psixotrop maddə metafetamini 20 manat pul müqabilində şəxsi istifadəsi üçün Nəsimi rayonu, Şamaxinka adlanan ərazidən almışdır. Təqsirləndirilən şəxs1 narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə bizə hər hansı bir məlumat daxil olmamışdır. Bizə onun narkotik vasitə və ya psixotrop maddə əldə etməsi, saxlaması və daşıması barədə həmçinin oğurluq etməsi məlumat daxil olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs1 barəsində sonuncu saxlanılana kimi keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı da onun narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 saxlanılan zaman, habelə üzərində şəxsi axtarış və götürmə aparılan zaman X.Xeyrullaya qarşı heç bir fiziki və ya psixi zor yaxud da təzyiq göstərilməmişdir. Bu faktı özü və baxışda iştirak edən şəxslər də təsdiq edə bilərlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 25 dekabr 2023-cü il tarixli və 03 aprel 2024-cü il tarixli protokollardan görünür ki, hadisə yeri ünvan 11 ünvanıdır. (Cild İ, i.v. 10-13, 15-17) “Baxış keçirilməsi haqqında” 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən “Barber house” bərbərxanasıdır. (Cild İ, i.v. 100-103) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki tünd boz rəngli cins şalvarın sağ cibindən bir ədəd şəffaf rəngli sellofana bükülmüş, kristal şəkilli şəffaf rəngli olan maddəni psixatrop maddə kimi tanıdığı narkotik vasitəni, sol cibindən isə 1 ədəd qara rəngli, “Poco x3” markalı, İMEİ1-862 725 058 813 709/00, İMEİ2-862 725 058 813 717/00 kodlu mobil telefonu könüllü surətdə təhqiqat orqanına təqdim etdi. Psixotrop maddə kimi tanıdığı narkotik vasitəni, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Yasamal rayonu, Şamaxınka adlanan erazide “Ucuzluq” univermağının yaxınlığında, tanımadığı şəxsdən almış, sonradan istifadə etmək üçün üzərində saxlamaqla daşımışdır. Könüllü surətdə təhqiqat orqanına təqdim etdiyi mobil telefonu, xx.xx.2023-cü il tarixində səhər saat 10 radələrində ünvan 12 ünvanında yerləşən bərbərxanadan bərbərin yatmış olmasından və qapının açıq olmasından istifadə edərək oğurlamasını, daha sonra üzərində saxlamasını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 14:00 dəqiqədə polis əməkdaşları tərəfindən ünvan 13 ünvanının qarşısında saxlanılmışdır. Təqsirləndirilən şəxs1 təqdim etdiyi içərisində narkotik vasitəyə bənzər maddə olan bir ədəd şəffaf rəngli sellofanın içərisinə bükülmüş, kristal şəkilli şəffaf rəngli olan bükülü cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilməmişdir. (Cild İ, i.v. 121-122) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2023-cü il tаriхli 3-16-16/2-6/5319 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №169” möhür əksi “Təqsirləndirilən şəxs1....” və s. yazılar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0.712 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. (Cild İ, i.v. 129-133) “Diskə baxış keçirilməsi haqqında” 16 aprel 2024-cü il tarixli protokoldan görünür ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər xx.xx.2023-cü il tarixdə qeydə alınır. Süni işıqlandırma ilə işıqlandırılmış otaq Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Amin Məcidlinin əyləşdiyi xidməti otaqdır. Videogörüntüdən müəyyən edilir ki, təhqiqatçı Amin Məcidlinin qarşısında daha sonra sol tərəfində masa arxasında əyləşmiş şəxs, “36 saylı” vəkil bürosunun müdafiəçisi X3r. Xidməti otaqda olan masanın sağında əynində tünd boz rəngli cins şalvar, qara rəngli poliver olan, iki nəfər şəxsin arasında ayaq üstə dayanmış şəxs isə Təqsirləndirilən şəxs1dur. Təqsirləndirilən şəxs1 sol və sağ yanında dayanmış şəxslər – adları video çəkiliş zamanı təhqiqatçı tərəfindən sadalanan Yasamal RPİ-nin 29-cu PŞ-nin cinayət-axtarış üzrə əməliyat müvəkkili, polis leytenantı Şahid1 və həmin polis bölməsinin sahə inspektoru, polis mayoru Zərərçəkmiş şəxs1dur. Video çəkilişin davamında təhqiqatçı Amin Məcidli Təqsirləndirilən şəxs1 qanunla nəzərdə tutulmuş hüquq və vəzifələrini izah edir və ona üzərində hər hansı qanunsuz əşya olduğu təqdirdə həmin əşyanı təqdim etməsini təklif edir. Bu zaman Təqsirləndirilən şəxs1 sol əlinin əynində olan tünd boz rəngli cins şalvarın sol yan cibindən 01 ədəd qara rəngli mobil telefon və sağ əlini əynində olan tünd boz rəngli cins şalvarının sağ yan cibinə salaraq oradan bir ədəd şəffaf rəngli sellofana bükülmüş bükümü çıxardıb qarşısındakı masanın üzərinə qoyur. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd qara rəngli mobil telefonu həmin günü səhər satlarında bərbər dükanından oğurladığını bildirdi və təqdim etdiyi 01 ədəd bükülü iştirakçıların və sonuncunun gözü qarşısında açılır və həmin bükülünün içində ağ rəngli kristal şəkilli maddə olması müəyyən olunur. O, həmin maddənin “patı” kimi bilinən psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddəni xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Nəsimi rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manat pul müqabilində aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq həmin gün, yəni xx.xx.2023-cü il tarixdə saat 14:00-də polis əməkdaşları tərəfindən ünvan 14 ünvanının qarşısında saxlanıldığını bildirdi. Bundan sonra “36 saylı” vəkil bürosunun müdafiəçisi X9 X.Xeyrullaya sual verərək olis əməkdaşları tərəfində saxlanılan zaman ona qarşı hər hansı bir fiziki zor tətbiq olunub olunmaması barədə soruşduqda o heç bir fiziki zor tətbiq edilmədiyini bildirdi. Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd qara rəngli mobil telefon və 01 ədəd şəffaf rəngli sellofana bükülmüş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan görüntüdəki şəxslərin gözü qarşısında qablaşdırılaraq ağ rəngli zərfə qoyulur və Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin “Zərflər üçün” 169 saylı möhürü ilə möhürlənir. Daha sonra həmin zərfin üzəri Təqsirləndirilən şəxs1, onun müdafiəçisi və polis əməkdaşları tərəfindən imzalanır. Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni əşya aşkar olunmamışdır. (Cild İ, i.v. 171-172) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X23 Şəxsi Ambulator X1 nəticələrinə dair 22 aprel 2024-cü il tarixli 2600 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs1 opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müaliciyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild İİ, i.v. 8-9) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2024-cü il tarixli, 9/3029 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiatına təqdim edilmiş 01 ədəd “Xiomi” markalı, Poko X3 modelli mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2023-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 210,00 manat müəyyən olunur. (Cild İİ, i.v. 10-12) “Əşyanın tanınmaya təqdim edilməsi barədə” 30 may 2024-cü il tarixli protokoldan görünür ki, X15 ona təqdim olunmuş 04 ədəd oxşar formalı mobil telefonların içərisindən sağdan sola doğru ikinci sırada yerləşdirilmiş Xiaomi Poko X3 markalı mobil telefon aparatını göstərib tanıyaraq, həmin mobil telefonun xx.xx.2023-ci il tarixdə ünvan 15 ünvanında “BerBer House” dükanında oğrulanmış ona məxsus “Xiaomi Poko X3” markalı mobil telefon olduğunu bildirmişdir. (Cild İİ, i.v. 22-23) “Diskə baxış keçirilməsi haqqında” 30 may 2024-cü il tarixli protokoldan görünür ki, həmin DVD-R diskdə əks edilmiş görüntülər xx.xx.2023-cü il tarixdə saat 02:54-də qeydə alınır. Videogörüntünün davamında Təqsirləndirilən şəxs2 ünvan 16 ünvanında yerləşən köşkün ətrafında gəzir. 02:55:50 saniyədə Təqsirləndirilən şəxs2 köşkün qapısını açaraq köşkə daxil olur. 03:00 dəqiqədə Təqsirləndirilən şəxs1 ünvan 16 ünvanında yerləşən köşkün yaxınlığna tərəf hərəkət edir. 03:01:34 saniyədə köşkə daxil olmuş Təqsirləndirilən şəxs2 əlində 01 ədəd sellofan paketlə çıxaraq binanın arxa istiqamətində qaçaraq hərəkət edir. 03:01:53 saniyədə 03:00 dəqiqədə köşk tərəfə hərəkətdə olan Təqsirləndirilən şəxs1 köşkə daxil olur. 03:02:40 saniyədə köşkə daxil olmuş Təqsirləndirilən şəxs1 çıxaraq binanın arxa tərəfinə iti addımlarla hərəkət edir. Qeyd olunandan başqa, cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək hər hansı qeyri-qanuni hal aşkar olunmamışdır. (Cild İİ, i.v. 26) “İfadənin yerində yoxlanılması barədə” 30 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsi yerində yoxlanılan zaman ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 37-40) “İfadənin yerində yoxlanılması barədə” 30 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsi yerində yoxlanılan zaman ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 41-43) “Sübutların qiymətləndirilməsi haqqında” 30 may 2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə ünvan 17 ünvanında yerləşən köşkdə baş vermiş oğurluq hadisəsi zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-də xidməti otaqlardan birində Təqsirləndirilən şəxs1 üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı qeydə alınmış video görüntünün olduğu 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-də Təqsirləndirilən şəxs1un üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus təmiz çəkisi 0,712 qram psixotrop maddə olan metamfetamin iş üzrə maddi sübut kimi tanınmalı və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq bir ədəd zərfdə – 0,662 qram psixotrop maddə metamfetamin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən xx.xx.2023-ci il tarixdə saat 09 radələrində ünvan 3 ünvanında “BerBer House” dükanında oğrulanmış X11 məxsus “Xiaomi Poko X3” markalı mobil telefon aparatı iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə qaytarılmışdır. (Cild İİ, i.v. 44-59) X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd “Xiaomi Poko X3” markalı mobil telefon ona təhvil verilmişdir. (i.v. 227) X16 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onlarla barışmışdır. Şikayət və tələbi yoxdur. X15 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir. Onlarla barışmışdır. Şikayət və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi zərərçəkmiş şəxsin ifadəsi, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Həmin qərarın 19-cu bəndində qeyd edilir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndində qeyd edilir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. Narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının müvafiq qanunlarla müəyyən edilmiş xeyli miqdarından aşağı olan miqdarı şəxsin inzibati məsuliyyətə cəlb edilməsinə əsas verən az miqdardır. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahıları”nın İ siyahının 118-cü qrafasına əsasən təmiz halda 0,15 qram metamfetamin xeyli miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş psixotrop maddə - metamfetaminin təmiz çəkisi 0.712 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 qarşı irəli sürülmüş ittihama görə o, tamah niyəti ilə 11 oktyabr 2023-cü il tarixdə saat 09 radələrində özgənin əmlakını talama məqsədi ilə ünvan 3 ünvanında “BerBer House” dükanında X11 oğluna məxsus 01 ədəd 700 manat dəyərində “Xiaomi poko X3” markalı 862-725-058-813-709/00, 862-725- 058-813-717/00 İMEİ kodlu mobil telefonu sonuncunun yatmasından istifadə edərək gizli olaraq talamaqla zərəçəkmiş Rüfət Hüseynova 700 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2024-cü il tarixli, 9/3029 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiatına təqdim edilmiş 01 ədəd “Xiomi” markalı, Poko X3 modelli mobil telefonun istifadədə olması nəzərə alınmaqla 2023-ci ilin oktyabr ayına olan orta bazar qiyməti təxminən 210,00 manat müəyyən olunur. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş şəxsə məxsus 01 ədəd “Xiaomi poko X3” markalı, mobil telefonun qiymətinin 700 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 17 may 2024cü il tarixli 9/3029 saylı rəyində həmin mobil telefonun qiymətinin 210 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxsə “Xiaomi poko X3” markalı mobil telefonu oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 210 (iki yüz on) manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2cü maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 23 aprel 2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2-ci maddəsində “eyni əməllər” ifadəsi həmin Məcəllənin 177.1ci maddəsində göstərilən oğurluğun yalnız zəruri əlamətini, yəni özgənin əmlakını gizli olaraq talamanı nəzərdə tutur. Oğurluğun təkrar, yəni iki dəfə və ya iki dəfədən çox törədilməsi zamanı əmlakın mülkiyyətçisinə və ya digər sahibinə hər bir əməl üzrə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə cinayət məsuliyyəti yaranır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs2 əməli CM-nin 177.2.1 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 11 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 14:45-də tutulmuşdur. (Cild İ, i.v. 111) “Qətimkan tədbirinin seçilməsi haqqında” 13 oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 148-149) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-50/2024 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 90-92) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 24 yanvar 2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Xuran X13 Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci məddəsi ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Nizami rayon Məhkəməsinin qərarı ilə AR Milli Məclisinin xx.xx.2021-ci il tarixli aministiya qərarına əsasən cəzası 06 ay azaldılıb. xx.xx.2022-ci il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. (Cild İ, i.v. 204-207) Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(008)-266/2024 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinmiş və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 az ağır cinayət əməlinə görə Nəsimi Rayon Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 29 iyul 2022-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs1 01 dekabr 2020-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 18 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-266/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və hazırki iş üzrə 11 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti cəza saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması barədə” 03 aprel 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 19:30-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 42) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(004)-310/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsetmənin əvvəli 03 aprel 2024-cü il tarixdən başlanmaqla 01 (bir) ay 27 (iyirmi yeddi) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 82-85) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2024-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Hüseynov X10 Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1,67.1-ci məddəsi ilə 10 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. xx.xx.2023-ci il tarixdə Bakı şəhəri Xəzər rayon Məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş qalan 02 ay 06 gün hissəsini şərti olaraq vaxtından əvvəl azad edilmişdir. xx.xx.2023-cü il tarixdə isə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 193-194) AZ-İİ №953058 nömrəli doğum haqqında şəhadətnamədən və AZE seriyalı 18112028 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 atası Təqsirləndirilən şəxs2dur. (Cild İİ, i.v. 126-127) Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 az ağır cinayət əməlinə görə Yasamal Rayon Məhkəməsinin 02 sentyabr 2022-ci il tarixli hökmü ilə təyin edilmiş 10 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 15 aprel 2023-cü il tarixdən hesablanır. Təqsirləndirilən şəxs2 02 sentyabr 2022-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və zərərçəkmiş şəxslərin ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs1 məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.3-cü maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 03 aprel 2024-cü il tarixdən hesablanmalıdır. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-in 177.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından qalıq qalmış 0.662 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilməlidir. 01 ədəd “Xiaomi Poko X3” markalı mobil telefonun zərərçəkmiş şəxs X11 qaytarılması nəzərə alınmalıdır. 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 160 (bir yüz altmış) manat Təqsirləndirilən şəxs1 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X12 və X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsi ilə 02 (iki) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddələrinə əsasən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-266/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin olunan cəzaya qismən toplansın və ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə əvvəlki iş üzrə 07 oktyabr 2023-cü il tarixdən 09 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün və hazırki iş üzrə 11 oktyabr 2023-cü il tarixdən 13 oktyabr 2023-cü il tarixədək tutulduğu 02 (iki) gün, cəmi 04 (dörd) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 18 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 03 aprel 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,662 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilsin. 01 ədəd “Xiaomi Poko X3” markalı mobil telefonun zərərçəkmiş şəxs X11 qaytarılması nəzərə alınsın. İş üzrə sübut - 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 160 (bir yüz altmış) manat Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X5, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs1 göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar