Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-401/2025 01.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X5 Seyidovun sədrliyi, Sərməst Faiq oğlu Hacıyevin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1973-cü ildə Cəlilabad rayonu, Çinar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş müddətdə və qaydada ödənilmiş, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən onun tərəfindən idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarının pozulması ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 06 may 2024-cü il tarixdə saat 13:40 radələrində sürücülük vəsiqəsi əsasında 12 sentyabr 2023-cü il tarixli ƏN-Vl№ 689202 reyestr nömrəli etibarnamə əsasında avtomobili idarə etmək hüququ olan Şahid1 yanında sonuncunun icazəsi ilə idarə etdiyi “Ford Fiesta” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, İslam Səfərli küçəsi ilə Bakı şəhəri, Yasamal rayonu, Salatın Əsgərova küçəsinin kəsişdiyi yer istiqamətində hərəkətdə olaraq, həmin küçələrin Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşdiyi kəsişdiyi yerə çatdıqdan sonra avtomobili saxlamış, «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, “hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı kimi tələblərə riayət etməli olduğu və hadisənin qarşını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməyərək, avtomobili hərəkətə gətirib həmin istiqamətdə İslam Səfərli küçəsi ilə yolu sağ tərəfdən sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vuraraq, ehtiyyatsızlıqdan Zərərçəkmiş şəxs sağ bazu sümüyünün diafizinin yerindəyişən, qəlpəli, qapalı sınığı ilə nəticələnən dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid xəsarət yetirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə Şahid1 həmişə olduğu kimi avtomobillə “Bravo” marketin qarşısına gəlmiş və ondan yenə də xahiş etmişdir ki, onun avtomobilini park etməyə köməklik etsin. O da Turalın idarə etdiyi həmin avtomobilin sükan arxasına əyləşmiş, Tural da avtomobildə sağ qabaq oturacaqda əyləşmişdir. O, avtomobili yaxınlıqda park etməyə yer tapa bilmədiyi üçün məcbur olub avtomobillə hərəkət edib park etməyə yer axtarmışdır. O, avtomobillə İslam Səfərli küçəsinin Bakı şəhəri, Nəsimi rayonundan keçən hissəsi ilə hərəkət etmiş və həmin küçənin Bakı şəhəri, Yasamal rayonu ərazisindəki Salatın Əsgərova küçəsi ilə kəsişdiyi yerə çatmışdır. Avtomobili tormoz edib saxlamışdır ki, S.Əsgərova küçəsində əgər avtomobil hərəkətdədirsə, yol versin. Avtomobili saxladıqdan sonra Salatın Əsgərova küçəsi ilə sol tərəfdən hərəkətdə olan avtomobilləri görmək üçün həmin istiqamətdə sola tərəf baxmış, avtomobil gəlmədiyini gördükdə idarə etdiyi avtomobili hərəkətə gətirmişdir. Bu zaman yolu keçən qadını avtomobillə vurmuşdur. O, dərhal baxdıqda görmüşdür ki, avtomobillə vurduğu qadın yerə yıxılmışdır. İlk növbədə o, sonra da Tural avtomobildən yerə düşmüşdür. Avtomobillə vurduğu qadına köməklik edərək avtomobilə əyləşdirmişlər. Tural da yenə avtomobilin qabaq sağ oturacağında əyləşmiş, qadını da avtomobilin arxa oturacağında əyləşdirmişlər. O da avtomobili idarə etmişdir. Məqsədləri də vurduğu qadını X20 (Semaşko) aparmaq olmuş, Zərərçəkmiş şəxs bildirmişdir ki, onu Azərbaycan Tibb Universitetinin X4 aparsınlar. Onlar da Güldanənin dediyi kimi etmişlər. Yolda gedərkən qadın bildirmişdir ki, narahat olmasın, ondan şikayət etməyəcək, xəstəxanada yıxıldığı üçün xəsarət aldığını deyəcək, lakin onun xəstəxana xərclərini qarşılasın. O da razılaşmış və birlikdə Azərbaycan Tibb Universitetinin X4 getmişlər. Avtomobilin sahibi Tural da qohumlarına zəng etmiş və onlar da xəstəxanaya gəlmişlər. Xəstəxanada olarkən Tural bildirmişdir ki, onun avtomobilini park etmək üçün idarə etmiş, ona görə də, xəstəxana xərclərini qarşılamaq üçün ona köməklik edəcəkdir. O da Turala minnətdarlığını bildirmişdir. Ona görə də Turalın qohumları Zərərçəkmiş şəxs qohumlarına yaxınlaşıb köməklik etmək fikirlərini bildirmişlər. Zərərçəkmiş şəxs qohumları isə təcili 2700 manat pul lazım olduğunu bildirmişlər. Turalın qohumları da onlara vaxt vermələrini, onunla birlikdə pul düzəldib verəcəklərini deyəndə, Zərərçəkmiş şəxs qohumları cərrahi əməliyyat üçün təcili olaraq 2700 manat pul lazım olduğunu demişlər. Tural və o, həmin məbləğdə pulunun olmadığını dedikdə, Zərərçəkmiş şəxs xəstəxanada olarkən Turala irad olaraq, avtomobili hansı səbəbdən başqasına idarə etmək üçün verdiyini və hadisədə əsl günahkarın Tural olduğunu bildirmişdir. 2700 manat pul düzəldib verə bilmədikləri üçün Güldanənin qohumu səhəri gün DİN-in 102 xidmətinə şikayət etmişdir. Şikayət əsasında aparılan araşdırma zamanı o və Tural hadisə yerində olmuşlar. Güldanə Ağayevin vurulduğu yeri göstərmişlər. Bundan sonra, dəfələrlə qohumları və o, Güldanə Ağayevin qardaşı Niyazi ilə əlaqə saxlayıb onlarla görüşməyi, Güldanəyə baş çəkməyi, dəymiş ziyanı ödəməyi təklif etsələr də, Niyazi adlı şəxs onlarla görüşməkdən yayınmış, evinə buraxmayacağını bildirmiş və onunla bağlı heç bir şikayətlərinin olmadığını, avtomobilin sahibi Şahid1 şikayət edəcəklərini, ona problem yaradacaqlarını bildirmişlər. Onun qohumları da Güldanəyə bildirmişlər ki, avtomobillə Güldanəni o vursa da, avtomobilin sahibi Tural da ona köməklik etməyə hazırdır və birlikdə pul düzəldib heç olmasa Zərərçəkmiş şəxs xəstəxana xərclərini ödəmək istəyirlər. Lakin Zərərçəkmiş şəxs və qardaşı onlarla görüşməkdən imtina etmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs hadisə vaxtında uzun müddət keçdiyinə görə tam xatırlaya bilməsə də, tünd rəngli paltar geyindiyini, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə edən və Zərərçəkmiş şəxs avtomobillə vuran şəxsin özü olduğunu, hadisə zamanı Turalın üzərində isə qara rəngli jaket olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə saat 13:45 radələrində o, piyada səki ilə Bakı şəhəri, Yasamal rayonunda hərəkətdə olarkən avtomobilin dayandığını görmüş və avtomobil dayandığı üçün onun qarşısından yolun digər tərəfinə keçməyə başlamışdır. Bu zaman avtomobilin sürücüsü avtomobili qəfildən hərəkət etdirdiyi üçün avtomobilin qabaq hissəsi ilə onu sol yan nahiyəsindən vurmuş və o, zərbənin təsirindən asfalt örtüyün üstünə yıxılmışdır. Yıxılma nəticəsində onun sağ bazu nahiyəsi sınmışdır. O, yerə yıxıldıqdan sonra hadisə yerinə tanımadığı şəxslər yığışmışlar. Avtomobildə olan sonradan adını bildiyi Tural adlı şəxs yolun ortasına düşən çantasını gətirmişdir. Ona yaxınlaşan şəxslərin arasında polis geyim formasında olan bir şəxs olmuş və həmin şəxs də ona köməklik etmişdir. Yaxınlaşan şəxslər onu ayağa qaldırmış və polis əməkdaşı onu həkimə aparmaq lazım olduğunu bildirmişdir. Bundan sonra, avtomobildə olan iki nəfər şəxs, yəni sonradan şəxsiyyəti ona məlum olan Tural və Akif adlı şəxs onu avtomobilin arxa oturacağına əyləşdirmişlər. Bundan sonra, Tural adlı şəxs avtomobilin sükanı arxasına keçmişdir. Bu zaman Akif adlı şəxs Turala bildirmişdir ki, avtomobildən düşsün və avtomobili o idarə edəcəkdir. Akif adlı şəxs sükan arxasına əyləşdikdən sonra Tural adlı şəxsdən sənədlərin qaydasında olub-olmadığını soruşmuşdur. Tural adlı şəxs də sənədlərin qaydasında olduğunu bildirmişdir. Aralarında olan söhbət zamanı Akif adlı şəxs ona bildirmişdir ki, Tural avtomobili yaxşı idarə edə bilmir, o, Turala avtomobil idarə etməyi öyrədir. Tural adlı şəxs onu Bakı şəhəri, Sabunçu rayonunda yerləşən xəstəxanaya aparmaq istədikdə, o, Turala onu X18 aparmalarını bildirmişdir. Onlar razılaşmış və bundan sonra Tural adlı şəxs ondan xahiş edərək bildirmişdir ki, hadisə barədə polis orqanlarına məlumat verməyisin, onun bütün xərclərini ödəyəcəkdir. O da hələ bu barədə bir söz deyə bilməyəcəyini, xəstəxanada aldığı xəsarəti dəqiq müəyyən etdikdən sonra bu barədə deyəcəyini bildirmişdir. Həmin şəxslər onu səhvən Tibb Universitetinin X4 aparmışlar. O, səhəri gün həmin Klinikada cərrahi əməliyyat olunmuşdur. Tural adlı şəxs onun müalicə xərclərini ödəyəcəyinə söz versə də, əməliyyat günü onların heç birisi gəlməmiş və ona dəymiş ziyanı da ödəməmişlər. Hətta o, cərrahi əməliyyat olunduğu gün Tural adlı şəxsin anası və bacısı da xəstəxanaya gəlib mübahisə yaradıb getmişlər. Bu səbəbdən də qardaşı Şahid3 DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq Zərərçəkmiş şəxs onu avtomobillə vuran şəxsin Tural adlı şəxs olduğunu, lakin hadisə baş verən zaman avtomobili kimin idarə etdiyini və sükan arxasından kimin endiyini görmədiyini, Akifin və Turalın üzərlərində olan geyimin əlamətlərininin necə olması və onların hansı rəngdə olması ilə bağlı məlumatının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə saat 13:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, B.Səfəroğlu küçəsində yerləşən işlədiyi “Bravo” marketə getmişdir, həmin vaxt orada dayanmış Təqsirləndirilən şəxs yaxınlaşaraq avtomobilini saxlamaqda ona köməklik göstərməsini xahiş etmişdir. O. avtomobilindən düşmüş və Akif sükan arxasına əyləşmiş, o, özü avtomobildə qabaq sağ oturacaqda əyləşmişdir. Avtomobili yaxınlıqda park etməyə yer tapa bilmədikləri üçün məcbur olub avtomobillə hərəkət edib yer axtarmağa başlamışlar. Həmin məqsədlə Akif avtomobili idarə etmişdir. Akif avtomobillə İslam Səfərli küçəsi ilə Salatın Əsgərova küçəsinin kəsişdiyi yerə çatmış və avtomobili saxlamışdır. Bu zaman görmüşdür ki, yolun sağ kənarında bir qadın dayanıbdır. Akif düşünmüşdür ki, qadın yolu keçmək üçün onu gözləyir. Ona görə də, Akif avtomobili saxladıqdan sonra Salatın Əsgərova küçəsi ilə sol tərəfdən hərəkətdə olan avtomobilləri görmək üçün həmin istiqamətdə sola tərəf baxmış, o, özü də həmin istiqamətə baxmışdır. Akif sol tərəfdən avtomobil gəlmədiyini gördükdə idarə etdiyi avtomobili hərəkətə gətirmiş və o anda avtomobil yolu keçən həmin qadına toxunmuş, o, dərhal Akifə qadını vurduğunu demişdir. Avtomobil toxunan qadın yerə yıxılmışdır. İlk növbədə Akif, sonra da o özü avtomobildən yerə düşmüşlər. Akifin avtomobillə vurduğu qadına köməklik edərək avtomobilin arxa oturacağında əyləşdirmişlər. Akif yenə də avtomobilin sükanı arxasında, o da avtomobilin sağ oturacağında əyləşmişlər. Akif avtomobili idarə etməyə başlamışdır. Məqsədləri də qadını X20 (Semaşko) aparmaq olmuşdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, onu Azərbaycan Tibb Universitetinin X4 aparsınlar. Onlar da Zərərçəkmiş şəxs dediyi kimi etmişlər. Yolda gedərkən qadın bildirmişdir ki, narahat olmasınlar, şikayət etməyəcək, xəstəxanada yıxıldığı üçün xəsarət aldığını deyəcək, lakin onun xəstəxana xərclərini qarşılamaq lazımdır. Akif də razılaşmış və birlikdə Azərbaycan Tibb Universitetinin X4 getmişlər. O da Akifin onun avtomobili ilə qadını vurduğu üçün qohumlarına və bacısı Fəridəyə zəng edib Akif adlı şəxsin avtomobili ilə qadını vurduğunu demişdir. Bir az keçmiş bacısı Fəridə və digər qohumlar xəstəxanaya gəlmişlər. Xəstəxanada olarkən o, Akifə bildirmişdir ki, ona köməklik edib avtomobilini park etmək üçün idarə etmişdir, ona köməklik edəcəkdir. Ona görə də Zərərçəkmiş şəxs qohumlarına yaxınlaşıb köməklik etmək fikirlərini bildirmişlər. Zərərçəkmiş şəxs qohumları isə təcili 2700 manat pul lazım olduğunu bildirmişlər. Onlar da vaxt vermələrini, Akiflə birlikdə pul düzəldib verəcəklərini deyəndə, Zərərçəkmiş şəxs qohumları cərrahi əməliyyat üçün təcili olaraq 2700 manat pul lazım olduğunu demişlər. Lakin həmin vaxt maddi imkan olmadığı üçün onların istədiyi məbləği verə bilməmişlər. Güldanə və yaxınları narazı qaldıqları üçün səhəri gün DİN-in 102 xidmətinə şikayət etmişlər. Şikayət əsasında aparılan araşdırma zamanı o və Akif hadisə yerində olmuş, Zərərçəkmiş şəxs vurulduğu yeri göstərmişlər. Bundan sonra, Akifin qohumları dəfələrlə Zərərçəkmiş şəxs qardaşı Niyazi ilə əlaqə saxlayıb onlarla görüşməyi, Güldanəyə baş çəkməyi, dəymiş ziyanı ödəməyi təklif etsələr də, Niyazi adlı şəxs görüşməkdən yayınmış, evinə buraxmayacağını bildirmiş, həmin şəxslər Akifdən heç bir şikayətlərinin olmadığını, avtomobilin sahibi kimi ondan şikayət edəcəklərini və ona problem yaradacaqlarını bildirmişlər. Akifin qohumları da Güldanəyə və onun qohumlarına bildirmişlər ki, avtomobillə onu Akif vursa da, avtomobilin sahibi kimi o da köməklik etməyə hazırdır və birlikdə pul düzəldib heç olmasa onun xəstəxana xərclərini ödəmək istəyirlər. Lakin Zərərçəkmiş şəxs və qardaşı görüşməkdən və razılığa gəlməkdən imtina etmişlər. Verilən suallara cavab olaraq Şahid1 hadisə günü ağ rəngli köynək və onun üzərindən qara rəngli jaket və Akifin isə tünd rənğli köynək və üzərindən gödəkçə geyindiyini, vurulan ziyanı ödəməkdə məqsəd Akifin imkanın olmadığı və mənəvi borc kimi mömək etmək olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə yaşadığı evdə olarkən qardaşı Tural ona zəng edib bildirmişdir ki, ona məxsus etibarnamə əsasında idarə etdiyi “Ford Fiesta” markalı avtomobili avtomobillərin park edilməsində nəzarət edən Akif adlı şəxsə avtomobili park etməyə köməklik göstərməsinə görə idarə etmək üçün vermiş, həmin şəxs də avtomobili idarə edən zaman yolu keçən bir qadını vurmuş, hazırda həmin qadını xəstəxanaya aparırlar. Tural da ona qadını özünün istəyinə görə avtomobili idarə edən Akiflə birlikdə Azərbaycan Tibb Universitetinin X4 apardıqlarını bildirmiş, o da dərhal evdən çıxıb həmin klinikaya getmiş və klinikaya çatdıqda qardaşı Turalın orada otaqlardan birində olduğunu görmüşdür. O, otağa daxil olduqda avtomobillə vurulan qadının və onun qohumlarının, eləcə də, bir nəfər yaşlı hündürboylu bir kişinin orada olduğunu görmüşdür. Tural həmin şəxsin Akif adlı şəxs olduğunu, avtomobili həmin şəxsin idarə etdiyini bildirmişdir. O, orada vurulan piyada qadına yaxınlaşıb əhvalını soruşmuş və həmin qadına narahat olmamağı, çox da pis olmadığını bildirərək, Turala üz tutub nə üçün avtomobili başqasına idarə etmək üçün verməsinə irad bildirmişdir. Bundan sonra vurulan piyada və onun tanışları xəstəxanada ona avtomobilinin sahibinin də məsuliyyət daşıdığını bildirdikdə, o, onlara nə onun, nə də ki, Turalın baş vermiş hadisə ilə əlaqədar heç bir məsuliyyətlərinin olmadığını bildiyini deyərək, xəstəxanaya məhz qardaşı Tural onu çağırdığı üçün gəldiyini bildirmişdir. Bu zaman, avtomobillə vurulan piyada, yəni sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs qohumları isə təcili 2700 manat pul lazım olduğunu bildirmişlər. Onlar da vaxt vermələrini, Akifin həmin pulu düzəldib verməsində ona köməklik edə edəcəklərini bildirdikdə, Zərərçəkmiş şəxs qohumları cərrahi əməliyyat üçün təcili olaraq 2700 manat pul lazım olduğunu təkrar demişlər. Lakin Akif həmin vaxt maddi imkan olmadığı üçün onların istədiyi məbləği verə bilməmişdir. Güldanə və yaxınları narazı qaldıqları üçün səhəri gün DİN-in 102 xidmətinə şikayət etmişlər. Bundan sonra, Akifin qohumları dəfələrlə Zərərçəkmiş şəxs qardaşı ilə əlaqə saxlayıb onlarla görüşməyi, Güldanəyə baş çəkməyi, dəymiş ziyanı ödəməyi təklif etsələr də, Niyazi adlı şəxs görüşməkdən yayınmış, onları evinə buraxmayacağını bildirmiş, Güldanə və qardaşı Niyazi Akifdən heç bir şikayətlərinin olmadığını, avtomobilin sahibi kimi qardaşı Turaldan şikayət edəcəklərini və ona problem yaradacaqlarını bildirmişlər. Verilən suallara cavab olaraq şahid X1 Güldanə Yunis qızının qeyd etdiklərinin yalan olduğunu, Zərərçəkmiş şəxs əgər qardaşı Turaldan mütəmadi olaraq şikayət etsə və hadisə zamanı avtomobili onun idarə etdiyini bildirsə, qardaşı Turalın qorxaraq istədiyi pul məbləğini ona verəcəyini düşündüyünü, ona görə də, qeyd olunan məzmunda ifadə verdiyini, hadisə günü qardaşı Turalın ağ köynək və onun üzərindən qara rəngli jaket və Akifin isə tünd rəngli köynək və üzərindən gödəkçə geyindiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 06 may 2024-cü il tarixdə təxminən saat 15 radələrində bacısı Telli Əlizadə ona zəng edib bildirmişdir ki, digər bacısı Zərərçəkmiş şəxs avtomobil vuraraq xəsarət yetirib və tədris cərrahiyə klinikasına aparıblar. O da dərhal tədris cərrahiyə klinikasına getmiş və xəstəxanada olarkən təcili yardım məntəqəsində bacısı Güldanənin xəstə arabasında olduğunu görmüşdür. Həmin arabanı sonradan adını bildiyi Tural adlı şəxs müşayiət etmişdir. Tural adlı şəxsin yanında daha bir nəfər cavan oğlan olmuşdur. Onun sonradan Turalın dayısı oğlu olduğunu bilmişdir. Bacısının əyləşdiyi xəstə arabasını müşayiət edən Tural adlı şəxs onunla söhbətində bildirmişdir ki, maşını dayanacaqda saxlamaq istəyərkən maşının qabaq hissəsi bacısı Güldanəyə toxunmuş və nəticədə bacısı xəsarət almışdır. Beləliklə, bacısı Güldanəni xəstəxanaya yerləşdirmişlər və adını bilmədiyi Turalın dayısı oğlu ilə həkimin otağına getmişlər və həkim onlara bildirmişdir ki, səhəri günü, yəni 07 may 2024-cü il tarixdə bacısı Güldanə əməliyyat olunacaq. Həkim əməliyyat xərcinin 2800 manat olacağını bildirmişdir. Bundan sonra o, Turalın dayısı oğlu ilə xəstəxananın girişində bu barədə, yəni əməliyyat xərcləri barədə söhbət edən zaman Turalın anası və adını bilmədiyi bacısı əməliyyat xərcinin baha olduğunu dilə gətirib, narazılıq etmişlər. Lakin bir xeyli söhbətdən sonra onlar ümumi razılığa gəlmişlər ki, Tural və onun ailəsi əməliyyat xərcini ödəyəcəklər və əməliyyat günü xəstəxanaya gələcəklər. Buna baxmayaraq, əməliyyat günü, yəni 07 may 2024-cü il tarixdə nə Tural, nə də Turalın ailəsindən heç kim əməliyyata gəlməmiş və əməliyyat xərcini özləri ödəməli olmuşlar. Lakin əməliyyat günü Akif adlı başqa bir şəxs xəstəxanaya gəlmiş və onlara bildirmişdir ki, avtomobili idarə edən şəxs odur, avtomobilin sahibi isə Turaldır, o, hadisədən əvvəl avtomobili Turaldan park etmək məqsədilə ondan almış və nəticədə avtomobili idarə edən zaman bacısı Güldanəni vurmuşdur. Akif əməliyyat xərci üçün 500 manat onlara pul təklif etmiş, lakin onlar həmin məbləğlə razılaşmamışlar. Ona görə də o, məcbur olub DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Verilən suallara cavab olaraq Şahid3 Akif və Turalın üzərlərində olan geyimin əlamətlərini və hansı rəngdə olması ilə bağlı məlumatının olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Nəqliyyat vasitəsinə baxış keçirilməsi və texniki vəziyyətinin yoxlanılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan görünür ki, Nəsimi RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X7 tərtib etmişdir həmin protokolu ondan ötrü ki, X10 və sürücü Şahid1 iştirakı ilə Ford Fiesta markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə baxış keçirilmiş, baxışla müəyyən edilmişdir ki, nəqliyyat vasitəsi işlək vəziyyətdədir. Nəqliyyat vasitəsinin üzərində əzik, batıq, qırılma və çatlama əlamətləri aşkar edilmədi. Nəqliyyat vasitəsi üzərində izlərin və digər maddi sübutların olması yoxlanılmış, iş üçün əhəmiyyət kəsb edən hər hansı iz və ya maddi sübut aşkar edilmədi. Hadisədən sonra baxış keçirilənədək nəqliyyat vasitəsinin saxlandığı yer Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanıdır. Hadisə yerindən maddi sübutlar götürülmədi. Baxış zamanı Xiaomi Poca X5 markalı mobil telefonun foto kamerasından istifadə edildi. Baxış təbii işıqda, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 86 ünvanında keçirilmişdir (i.v. 6-8). “Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında” 08 may 2024-cü il tarixli protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi yeri Bakı şəhəri, Yasamal rayonu, İ.Səfərli küçəsi ilə S.Əsgərova küçəsinin kəsişməsindədir. Yolun işlək hissəsi düzdür. Örtüyün növü asfalt-beton olmaqla örtüyün vəziyyəti qurudur. Yol örtüyünün eni 6 metrdir. İşlək hissəsinin eni 6 metrdir. İşlək hissədə İ.Səfərli küçəsi bir istiqamətlidir. Yolun hərəkət hissəsində 1.4 üfüqi nişanlanma xəttindən başqa heç bir xətlər aşkar olunmadı. İşlək hissəyə sağdan səki, soldan səki, sonra sağdan fərdi yaşayış evləri, soldan tam orta məktəb birləşir. Həmin sahədə hərəkətin nizamlanma üsulu nizamlanmayandır. Hadisə yeri baxış zamanı müəyyən edilmiş yol nişanları zonasındadır – 4.1.2, 3.27, 2.4, 3.1 yol nişanları ilə tənzimlənmişdir. Sürücünün yerindən faraların işığında görünüş vəziyyəti gün işığında məhdudiyyətsizdir. “Ford” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin İ.Səfərli küçəsi ilə S.Əsgərova küçəsi istiqamətində hərəkətdə olarkən yolu keçən piyadanı qabaq ön hissəsi ilə vurmuşdur. Şinlərin izləri, tormozlanma izləri, nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri, nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu, nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri və digər izlər aşkar olunmadı (i.v. 9-19). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X23 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 587 nömrəli rəydən görünür ki, vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ bazu sümüyün diafiznin yerinidəyişən, qəlpəli, qapalı sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2024-cü il tarixdə, yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, sağlamlığa zərərvurma dərəcəsinin təyini, hadisə baş verən tarixdən 120 gün sonra zərərçəkənin özünün təkrar müayinəsindən sonra aydınlaşacaqdır (i.v. 54-57). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X23 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 38/587 nömrəli əlavə rəydən görünür ki, vət Zərərçəkmiş şəxs almış olduğu xəsarət - sağ bazu sümüyünün diafizinin yerinidəyişən, qəlpəli, qapalı sınığı küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə yəni xx.xx.2024-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir (i.v. 68-72). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 08 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 76). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X23 tərəfindən verilmiş 10 yanvar 2025-ci il tarixli, 3-28-29/2-213/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü, ünvan 3 ünvanda qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıb (i.v. 87). “Baxış keçirmə və götürmə haqqında” 13 yanvar 2025-ci il tarixli prorokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X13, Azərbaycan Respublikası CPM-in 51, 85, 95 və 236-cı maddələrinin tələblərinə əsasən icraatında olan ********* nömrəli cinayət işi üzrə şahid qismində dindirilmiş xx xxxxxx 1991-ci ildə Naxçıvan MR, Şərur rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, “Bravo” marketlər şəbəkəsi, supervauzer işləyən, ünvan 4 ünvanda qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şahid1 və xx xxx 1973-cü ildə Cəlilabad rayonu, Çinar kəndində rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs iştirakları ilə tərtib etmişdir həmin protokolu, ondan ötrü ki, Şahid1 istintaqa təqdim etdiyi bir ədəd diskə tərəfindən baxış keçirilməyə başlandı. Baxış zamanı müəyyən edildi ki, disk boz rənglidir, üzərində zavod üsulu ilə “Verbatim, DVD-R, 4.7 GB, 16x, 120 min...” və s.qeyd olunmuşdur. Disk “HP” markalı kompüterə taxıldıqda göründü ki, diskin yaddaşına 1 ədəd “Video” adlı video-görüntü əlavə edilmişdir. “Video” adlı videogörüntünü açdıqda müəyyən edilir ki, videogörüntü 3 dəqiqə, 49 saniyədən ibarətdir, 06 may 2024-cü il tarixdə saat 13:42:44-dən başlayaraq İslam Səfərli küçəsi ilə Salatın Əsgərova küçəsinin kəsişdiyi yerdə olan avtomobillərin hərəkəti qeydə alınmışdır. 1 dəqiqə, 16 saniyə keçdikdən sonra görünür ki, İslam Səfərli küçəsində hərəkətdə olan bir tünd rəngli minik avtomobili Salatın Əsgərova küçəsinə çatdıqda dayanır, İslam Səfərli küçəsində yolu digər tərəfə keçən bir nəfər şəxs həmin avtomobilin qabağından keçərkən avtomobil hərəkətə başlayır və avtomobilin qabaq hissəsi həmin şəxsə dəydiyi üçün piyada yerə yıxılır. Bundan sonra, ilk növbədə həmin avtomobilin sürücüsü, sonra da avtomobilin qabaq oturacağında əyləşmiş şəxs avtomobildən düşərək vurularaq yıxılan piyadaya yaxınlaşırlar. Avtomobilin sükan arxasından düşmüş şəxs qadını yerdən qaldırmağa çalışır, sərnişin və digər şəxslər də onların ətrafına yığışırlar. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, video-görüntüdə hərəkəti qeydə alınmış tünd rəngli avtomobil “Ford Fiesta” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobildir. 06 may 2024-cü il tarixdə saat 13:40 radələrində o, Şahid1 məxsus həmin avtomobili idarə edib park etməyə yer axtararkən İslam Səfərli küçəsi ilə Salatın Əsgərova küçəsinin kəsişdiyi yerə çatmış, sola tərəf baxıb Salatın Əsgərova küçəsində avtomobilin hərəkətdə olmadığını müəyyən etdikdən sonra avtomobili hərəkətə gətirmiş, bu zaman avtomobilin qabaq hissəsi yolu keçən piyada qadına, yəni sonradan şəxsiyyəti ona məlum olan Zərərçəkmiş şəxs dəymiş, sonuncu zərbədən asfalt örtüklü yolun üzərinə yıxılaraq xəsarət almışdır. O, dərhal avtomobildən yerə düşərək qadına yaxınlaşmış, sonra da avtomobildə sərnişin olan Şahid1 də yerə düşərək onlara yaxınlaşmışdır. O, Şahid1 və hadisə yerinə yaxınlaşan digər şəxslər qadına köməklik etməyə çalışmış, sonra da avtomobilin arxa oturacağına əyləşdirərək xəstəxanaya aparmışlar. Baxış zamanı Şahid1 da Təqsirləndirilən şəxs göstərdiklərini təsdiq etməklə, video-görüntüdən də göründüyü kimi 06 may 2024-cü il tarixdə saat 13:40 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford Fiesta” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə etdiyini bildirdi. Mühüm əhəmiyyət kəsb etdiyindən Şahid1 istintaqa təqdim etdiyi bir ədəd disk müstəntiq tərəfindən götürülərək cinayət işinin materiallarına əlavə edildi (i.v. 101-102). “Baxış keçirmə haqqında” 14 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin İstintaq şöbəsinin baş müstəntiqi, polis mayoru X13, Azərbaycan Respublikası CPM-in 51, 85, 95 və 236-cı maddələrinin tələblərinə əsasən icraatında olan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs xx xxxxxx 1966-cı ildə Goranboy rayonu, Düzqışlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, deməsinə görə əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 6 ünvanda yaşayan Zərərçəkmiş şəxs iştirakı ilə tərtib etmişdir həmin protokolu, ondan ötrü ki, Şahid1 istintaqa təqdim etdiyi bir ədəd diskdə olan “Video” adlı video-görüntüyə tərəfindən baxış keçirilməyə başlandı. Belə ki, “Video” adlı videogörüntünü açdıqda müəyyən edilir ki, videogörüntü 3 dəqiqə, 49 saniyədən ibarətdir, 06 may 2024-cü il tarixdə saat 13:42:44-dən başlayaraq İslam Səfərli küçəsi ilə Salatın Əsgərova küçəsinin kəsişdiyi yerdə olan avtomobillərin hərəkəti qeydə alınmışdır. 1 dəqiqə, 16 saniyə keçdikdən sonra görünür ki, İslam Səfərli küçəsində hərəkətdə olan bir tünd rəngli minik avtomobili Salatın Əsgərova küçəsinə çatdıqda dayanır, İslam Səfərli küçəsində yolu digər tərəfə keçən bir nəfər şəxs həmin avtomobilin qabağından keçərkən avtomobil hərəkətə başlayır və avtomobilin qabaq hissəsi həmin şəxsə dəydiyi üçün piyada yerə yıxılır. Bundan sonra, ilk növbədə həmin avtomobilin sürücüsü, sonra da avtomobilin qabaq oturacağında əyləşmiş şəxs avtomobildən düşərək vurularaq yıxılan piyadaya yaxınlaşırlar. Avtomobilin sükan arxasından düşmüş şəxs qadını yerdən qaldırmağa çalışır, sərnişin və digər şəxslər də onların ətrafına yığışırlar. Baxış zamanı Zərərçəkmiş şəxs bildirdi ki, video-görüntüdə hərəkəti qeydə alınmış tünd rəngli avtomobil “Ford Fiesta” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobildir. 06 may 2024-cü il tarixdə saat 13:40 radələrində o, həmin avtomobillə vurularaq xəsarət almışdır. Görüntüyə baxdıqda o, hadisədən sonra avtomobilin sükan arxasından düşmüş şəxsin Şahid1 və ya Təqsirləndirilən şəxs olduğunu müəyyən edə bilmir. Çünki həmin görüntüdə adlarını qeyd etdiyi şəxslərin sifət nahiyələri görünmür. Lakin hadisədən əvvəl o yolu keçərkən avtomobili Şahid1 idarə etdiyini görmüşdür (i.v. 103). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X24 İdarəsi tərəfindən verilmiş 16 yanvar 2025-ci il tarixli, 3-13-16/2-10123/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2019-cu il il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) AC 566092 nömrəli “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır (i.v. 109). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “Məhkəmə-yol nəqliyyat hadisələri” ekspertizasının 03 aprel 2025-ci il tarixli, 8/536 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Ford Fiesta markalı, ** CY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (i.v. 119-122). 16 may 2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Şahid1 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs 06 may 2024-cü il tarixdə saat 13:40 radələrində İslam Səfərli küçəsi ilə Salatın Əsgərova küçəsinin kəsişdiyi yerdə yolu piyada olaraq keçərkən “Ford Fiesta” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı markalı avtomobil onu vurduğunu və nəticədə onun sağ qolunun bazu sümüyünün sındığını, həmin vaxt avtomobili Şahid1 idarə etdiyini, çünki avtomobili Turalın idarə etdiyini gördüyünü, bundan sonra da, onu həmin avtomobilə əyləşdirdikdən sonra xəstəxanaya gedərkən yolda Turalın ona yalvararaq barəsinndə şikayət etməməsi bildirdiyini, nə lazımdırsa edəcəyini, bütün xərclərini çəkəcəyini dediyini, o da hələ ki, narahat olmamasını, heç bəlkə də, qırıq-sınıq olmadığını dediyini, lakin xəstəxanada sağ qolunun bazu hissəsində sınıq olmasının aşkar edildiyini, belə ki, hadisədən sonra onu avtomobilə əyləşdirdiklərini, ilkin olaraq avtomobili Turalın idarə etdiyini, bir qədər hərəkət etdikdən sonra Tural həyəcanlı olduğundan düşdüyünü və qabaq sağ oturacaqda əyləşən yaşlı şəxsin isə sükan arxasına keçdiyini, Turalın onun yerində, yəni qabaq sağ oturacaqda əyləşdiyini, xəstəxanada olarkən onun xəstəxana xərclərini qarşılamadığı üçün şikayət etmək məcburiyyətində qaldığını, onun istəyinin Turalın ona dəymiş zərəri ödəməsinin olduğunu, bu təqdirdə Turalla barışacağını, onu avtomobillə vuran şəxsin onun zərərini ödəməli olduğunu, əgər avtomobil Turalındırsa birinci günahkarın Tural olduğunu bildirmişdir. Üzləşdirmə zamanı Quliyev X14 Ağayevanın dediklərinin yalan olduğunu, 06 may 2024-cü il tarixdə saat 13:30 radələrində “Ford Fiesta” markalı, 77-CY- 796 dövlət qeydiyyat nişanlı markalı avtomobili avtomobillərin park edilməsinə nəzarət edən Təqsirləndirilən şəxs idarə etdiyini, ona görə ki, o, avtomobili park etməkdə çətinlik çəkdiyini, həmin gün də Təqsirləndirilən şəxs ona avtomobili yaxınlıqda park etməyə yer olmadığını və kənarda park etmək lazım olduğunu dediyini, o da Akifə avtomobili idarə edərək park etməkdə ona köməklik etməsinə icazə verdiyini, özü də həmin vaxt avtomobildə qabaq sağ oturacaqda əyləşmişdiyini, yol-nəqliyyat hadisəsi zamanı da avtomobili idarə edən şəxsin Təqsirləndirilən şəxs olduğunu, o, Akiflə birlikdə Zərərçəkmiş şəxs xəstəxanaya apararkən avtomobili Akifin idarə etdiyini, yolda olarkən də Zərərçəkmiş şəxs yalvarmadığını, ona nə lazımdırsa, köməklik edəcəklərini bildirdiklərini, istintaqın yekununda hadisənin reallığı müəyyən olunduqdan sonra hadisə zamanı onun avtomobili idarə etməməsi sübut olunduqdan sonra Zərərçəkmiş şəxs barəsində şikayətlər edəcəyini, çünki sonuncunun ona şər atdığını, xəstəxanada da olarkən Zərərçəkmiş şəxs qohumlarının onun xəstə kalyaskasından tutduğunu gördükləri üçün Akif Zərərçəkmiş şəxs ödəniş etməyəcəyini, Güldanəyə dəymiş ziyanı onun ödəməsi üçün barəsində şikayət etməyin doğru olduğunu düşündüklərini, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs kasıb olduğunu yaxşı bildiyini, onun avtomobili varsa, maddi imkanının yaxşı olduğunu, onun hadisə zamanı sükan arxasında olduğunu desə, məcbur qalıb Zərərçəkmiş şəxs pul ödəyəcəyini sonuncunun düşündüyünü, avtomobil onundursa, o demək deyil ki, hadisə zamanı onun günahkar olduğunu, avtomobili kim idarə edibsə məsuliyyəti onun daşıdığını, avtomobili də hadisə zamanı o yox, Akifin idarə etdiyini bildirmişdir (i.v. 125-126). 16 may 2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə X6 arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı X10 06 may 2024-cü il tarixdə qardaşı Şahid1 ona zəng edib idarə etdiyi avtomobili avtomobilləri park edən şəxsin idarə etdiyini və hərəkətdə olarkən yolu keçən qadını vurduğunu bildirdiyini, bundan sonra Azərbaycan Tibb Universitetinin X4 getdiyini və orada Zərərçəkmiş şəxs gördüyünü, avtomobillə vurulan şəxsin Zərərçəkmiş şəxs olduğunu bildiyini, orada olarkən Zərərçəkmiş şəxs qardaşı Turala baxıb “səhv sənindir ki, avtomobili başqa adama idarə etmək üçün vermisən, avtomobili idarə edən günahkar deyil, əsas avtomobilin sahibi günahkardır” deyə bildirdiyini, belə ki, Zərərçəkmiş şəxs əvvəlcədən avtomobili hadisə zamanı Turalın deyil, Akif adlı şəxsin idarə etdiyini gördüyünü və bildiyini, Zərərçəkmiş şəxs yalan danışdığını, burada əsas məqsədinin pul almaq olduğunu, hadisə zamanı avtomobili idarə edən şəxsin qardaşı Tural olduğunu qəsdən dediyini, Turaldan pul almaq üçün bunu etdiyini, çünki avtomobili idarə edən Akif adlı şəxsin Güldanəyə pul verməyə imkanının olmadığını yaxşı bildiyini, hadisə zamanı avtomobili idarə edən şəxsin qardaşı Tural olmadığı üçün o və ya qohumlarının Güldanəyə baş çəkmək üçün getmələrinin yersiz olduğunu, buna ehtiyac bilmədiklərini, Güldanənin onu avtomobillə vuran Akif adlı şəxsdən bunları tələb etməli olduğunu, Akifin dəfələrlə qardaşı Niyazi ilə danışaraq Güldanəyə baş çəkmək üçün gəlmək istədiyini bildirsə də, Niyazi və Güldanənin onu yaxın buraxmadıqlarını, Akifin maddi imkanı olmadığı üçün Güldanənin qəsdən avtomobili Turalın idarə etdiyini dediyini, məqsədinin də Turaldan pul almaq olduğunu, qardaşı Tural məsuliyyət hissi keçirib Güldanəyə şikayət etməməsini xahiş etmiş olsa da, bu o demək deyildir ki, hadisə zamanı sükan arxasında Turalın olduğunu, Turalın Güldanəni avtomobillə vurmadığını, hadisə zamanı sükan arxasında Turalın deyil, Akif adlı şəxsin olduğunu bildirmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs 06 may 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi baş verdikdən sonra o, Azərbaycan Tibb Universitetinin X2rkən Turala “səhv sənindir ki, avtomobili başqa adama idarə etmək üçün vermisən, əsas avtomobili idarə edən günahkar deyil, əsas avtomobilin sahibi günahkardır” kimi sözlər demədiyini, Fəridənin yalan danışdığını, heç kimə şər, böhtan atmadığını, hadisə zamanı avtomobili idarə edən şəxsin Tural olduğunu gördüyünü, xəstəxanada olarkən nə Fəridə, nə də onun qohumlarının ona baş çəkmədiyini, əgər hadisə zamanı Tural sükan arxasında olmamışdısa, Tural və onun qohumlarının hansı səbəbdən xəstəxanaya gəldiyini, hansı səbəbə görə Turalın ondan şikayət etməməsini xahiş etdiyini, elə bu səbəblərdən hadisə zamanı avtomobili Turalın idarə etməsinin məlum olduğunu bildirmişdir (i.v. 127-128). 16 may 2025-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, istintaq zamanı Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmiş, üzləşdirmə zamanı Zərərçəkmiş şəxs 06 may 2024-cü il tarixdə saat 13:40 radələrində İslam Səfərli küçəsi ilə Salatın Əsgərova küçəsinin kəsişdiyi yerdə yolu piyada olaraq keçərkən “Ford Fiesta” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı markalı avtomobilin onun üstünə gələn zaman ani olaraq avtomobilin sükan arxasında olan Şahid1 olduğunu gördüyünü, yerə yıxıldıqdan sonra ona orada polis və digər şəxslərin yaxınlaşdıqlarını, həmin şəxslərin içərisində Təqsirləndirilən şəxs və ya Şahid1 olduğunu tam görə bilmədiyini, yanına yığışan şəxslərin onu ayağa qaldırdıqdan sonra həmin şəxslərin içərisində Akif və Turalın da olduğunu gördüyünü, Akif və Turalın ona avtomobillə vuran şəxslərin onlar olduqlarını dediyini, Akif və Turalın onu digər şəxslərin köməkliyi ilə avtomobilin arxa oturacağına əylədirdiklərini, bundan sonra, Turalın avtomobili idarə etməyə başladığını, Akifin Turaldan sənədlərinin qaydasında olub-olmadığını soruşduğunu, Turalın da sənədlərinin qaydasında olduğunu bildirdiyini, Akifin Turala həyəcanlı olduğu üçün avtomobili idarə etməməsini dediyini və Turalın avtomobili saxladığını, Akifin avtomobili idarə etməyə başladığını, Turalın da qabaq sağ oturacaqda əyləşdiyini, yolda gedərkən Turalın ona şikayət etməməsi üçün yalvardığını, o da Turala narahat olmamasını, bəlkə heç qolunda sınıq olmayacağının aşkar olunacağını, bundan sonra, Tural və Akifin onu Azərbaycan Tibb Universitetinin X4 apardıqlarını, orada olarkən qohumlarının da yanına gəldiklərini, həmçinin, Turalın da qohumlarının onun yanına gəldiklərini, o, ilk növbədə həkimlərə yıxıldığını bildirdiyini, lakin həkimlərin inanmadıqlarını, müayinə edildikdən sonra bazu sümüyündə sınıq olmasının aşkar edildiyini, bundan sonra əməliyyatın xərcinin 2800 manat olmasının bildirildiyini, həmin vaxt Turalın pulu verməyə razılaşdığını, lakin sonradan xəstəxanaya gəlmədiyi üçün qardaşının DİN-in 102 xidmətinə şikayət etdiyini bildirmişdir. Üzləşdirmə zamanı Əmənov X12 Ağayevanın dediklərinin yalan olduğunu, 06 may 2024-cü il tarixdə saat 13:40 radələrində “Ford Fiesta” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı markalı avtomobillə Güldanəni vuran şəxsin o olduğunu, yəni həmin vaxt avtomobili özünün idarə etdiyini, avtomobilin sahibi Turalın da onun yanında avtomobilin sağ oturacağında əyləşdiyini, hadisədən dərhal sonra avtomobildən düşdüyünü və Güldanəyə yaxınlaşdığını, bundan sonra, Turalın avtomobildən düşərək yaxınlaşdığını, daha sonra hadisə yerinə tanımadığı şəxslərin yaxınlaşdıqlarını, lakin orada polis əməkdaşı olduğunu görmədiyini, bundan sonra, Güldanəni Turalla birlikdə avtomobilə əyləşdirdiklərini və özü avtomobili yenə də idarə etdiyini, avtomobillə Güldanəni xəstəxanaya apararkən ona yalvarmadıqlarını, Güldanə özünün onlara narahat olmamalarını, şikayət etməyəcəyini dediyini, o Turala sənədlərinin qaydasında olub-olmaması ilə bağlı da hər hansı bir sual vermədiyini, onlar xəstəxanaya çatdıqdan sonra Güldanənin xəstəxanada Turala irad turaraq, avtomobili hansı səbəbdən idarə etmək üçün “stayanşikə” verdiyini bildirdiyini, həkimlərin dediyi məbləği ödəyə bilmədiyi üçün Güldanənin şikayət etdiyini, Güldanənin yalan danışdığını, heç bir səbəbə görə əgər Tural avtomobili idarə edibsə, onun yerinə məsuliyyəti boynuna götürməyəcəyini, nəyə görə yalan danışmalı olduğunu, hər şeyin göz qabağında olduğunu, avtomobili özünün idarə etdiyini, Güldanənin qardaşı Niyazi ilə də dəfələrlə əlaqə saxladığını və Niyazinin onluq burda heç nə olmadığını dediyini, həmin vaxt avtomobili idarə edənin onun özü olduğunu bildirmişdir (i.v. 129-130). “Sübutların qiymətləndirilməsi haqqında” 16 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittihamın elan edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, yol-nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Ford Fiesta markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi sübut kimi tanınması və sahibinə təhvil verilməsinin nəzərə alınması, zərərçəkmiş şəxs və şahid ifadələri, üzləşdirmədə dindirmələr, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X9” X22 Yasamal rayon şöbəsinin 14 oktyabr 2024-cü il tarixli 38/587 nömrəli və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 03 aprel 2025-ci il tarixli 8/536 nömrəli rəyləri, Şahid1 istintaqa təqdim etdiyi baş vermiş yol-nəqliyyat hadisəsini əks etdirən video-görüntü köçürülmüş bir ədəd disk və digər istintaq sənədlərinin iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (i.v. 131-142). Daha sonra dövlət ittihamçısı “videoyazıların məhkəmə ekspertizası”nın təyin edilməsi və ekspert qarşısında sualların qoyulması, ekspertizanın aparılmasının AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, cinayət işinin videoyazı ilə birlikdə AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə təhvil verilməsi barədə məhkəməyə vəsatət təqdim etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)-401/2025 saylı qərarı ilə vəsatətin təmin edilməsi, iş üzrə videoyazıların məhkəmə ekspertizasının təyin edilməsi, ekspertin qarşısında təqdim edilmiş video-görüntülərdə (hadisə yerində olan iki şəxsdən) avtomobilin sükan arxasında və sərnişin yerində əyləşmiş şəxslərin morfoloji əlamətləri – boy, bədən quruluşu, üz forması, saç düzümü, gəzinti tərzi, hərəkət plastikası və digər xarakterik göstəriciləri əsasında həmin şəxslərdən hansının Təqsirləndirilən şəxs, hansının isə Şahid1 olduğu müəyyən edilərək hansı şəxs sükan arxasından düşmüş və kimdir? sallarının qoyulması, ekspertizanın aparılmasının Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilməsi, eksperimental görüntülərin götürülməsi və zəruri müqayisəli materialların hazırlanmasının ekspertə həvalə edilməsi, ekspertə rəy verilməsi üçün cinayət işinin Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi, ekspertin bilə-bilə yalan rəy verməyə görə Azərbaycan Respublikası CM-nin 297.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti barədə xəbərdar edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin “məhkəmə-fonodkopik” ekspertizasının 19 avqust 2025-ci il tarixli, 4/1211 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqata təqdim olunmuş “WhatsApp Video 2025-07-15 saat 18.35.40_c7cb456a” adlı videoyazı və “Video” adlı videoyazılara görə avtomobildə sükan arxasında və sərnişin yerində əyləşmiş şəxslərdən hansının xarici görünüşünə, yerişinə və antrpomertrik ölçülərinə görə Təqsirləndirilən şəxs hansının isə Şahid1 olmasını müəyyən etmək mümkün olmadı. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəkmiş şəxsin işin faktiki hallarına uyğun olub obyektiv həqiqəti əks etdirən ifadəsi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq edilir (CPM 144-146). Məhkəmə Zərərçəkmiş şəxs ifadəsində bildirdiyi arqumentə münasibət bildirilməsini zəruri hesab edir. Zərərçəkmiş şəxs ifadəsində onu avtomobillə vuran şəxsin Tural adlı şəxs olduğunu bildirmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq dövründə və məhkəmədə verdiyi ifadələrində yol-nəqliyyat hadisəsini törətdiyini açıq şəkildə etiraf etmiş, nəqliyyat vasitəsini hadisə baş verən zaman özü idarə etdiyini bildirmişdir. Bu ifadələr ardıcıl və ziddiyyətsiz xarakter daşıyır, həm ilkin, həm də sonrakı mərhələlərdə dəyişməmişdir. Özünə qarşı etirafedici ifadələr hüquqi baxımdan sübutedici qüvvəyə malikdir və digər materiallarla təsdiqini tapdıqda etibarlı hesab olunur. Hadisə ilə bağlı şahidlərin ifadələri də Akifin ifadəsini birbaşa təsdiq edir. Belə ki, Şahid1 Akifin sükan arxasında olduğunu, hadisədən sonra avtomobildən onun endiyini bildirmişdir. Bu ifadələr hadisə vaxtı birbaşa müşahidəyə əsaslandığından yüksək sübut dəyərinə malikdir və bir-birini tamamlayan ardıcıl xarakter daşıyır. Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı ilkin ifadəsində nəqliyyat vasitəsini Turalın idarə etdiyini bildirsə də, sonrakı ifadəsində hadisə zamanı avtomobili kimin idarə etdiyini görmədiyini, eləcə də sükan arxasından kimin düşdüyünü müşahidə etmədiyini, Turalın və Akifin geyimlərini xatırlamadığını etiraf etmişdir. Bu hal göstərir ki, zərərçəkmiş şəxsin Tural barədə dediyi fikir birbaşa müşahidəyə əsaslanmayıb, fərziyyə xarakteri daşıyır. Təqsirləndirilən şəxs Akifin ifadəsinə görə, Tural dayanacaqda maşını park etmək məqsədilə Akifdən kömək istəmiş, Akif yer axtararkən ehtiyatsızlıqdan zərərçəkənə avtomobillə xəsarət yetirmişdir. Sonradan Tural öz avtomobilini idarə etməsi üçün Akifə verdiyindən və bu səbəbdən Akifin belə bir problem yaşamasına şərait yaratdığından məsuliyyət hiss etmişdir. Üstəlik, Akifin maddi imkanının zəif olduğunu, zərərçəkənə vurulan ziyanın ödənilməsində çətinlik çəkəcəyini nəzərə alaraq, Tural və qohumları zərərçəkənə yardım göstərmək istəmişlər. Lakin bu davranış zərərçəkən tərəfindən yanlış başa düşülərək, guya Turalın hadisənin məsuliyyətindən yayınmaq niyyəti kimi qiymətləndirilmişdir. Əslində isə göstərilən köməyin səbəbi həm Akifin sosial vəziyyətindən irəli gələn zərər ödənişindəki çətinliklər, həm də Turalın öz avtomobilini idarə etməyə verdiyi üçün yaranmış mənəvi məsuliyyət hissi olmuşdur. İş üzrə toplanmış sübutların heç biri Turalın nəqliyyat vasitəsini idarə etdiyini təsdiq etmir. Əksinə, Akifin ardıcıl etirafedici ifadəsi, şahidlərin müşahidəyə əsaslanan ifadələri, hadisə yerinə baxış protokolu və iş materialları məcmu şəkildə hadisənin məhz Akif tərəfindən törədildiyini sübuta yetirir. Bu sübutlar bir-birini tamamlayır və məntiqi ardıcıllıq təşkil edir, onların ümumi məcmusu hadisənin başqa cür baş verməsini istisna edir. Bundan başqa, hadisə vaxtı hadisə yerində olan və istintaqa məlum olan yeganə birbaşa şahid Tural olmuş və o, avtomobili Akifin idarə etdiyini bildirmişdir. Zərərçəkən isə öz ifadəsində hadisə zamanı sürücünün kimliyini görmədiyini etiraf etmişdir. Deməli, zərərçəkənin “avtomobili kim idarə edib” barədə sonrakı mövqeyi birbaşa qavrayışa deyil, sonradan formalaşmış təsəvvürə əsaslanır. Birbaşa idrak mənbəyinə söykənməyən belə məlumat, hadisə anını görən yeganə şahidin müşahidəsinə qarşı etibarlılıq baxımından üstün sayıla bilməz. Şahidlərin müşahidə qabiliyyətini göstərən obyektiv göstəricilərdən biri detal xatırlanmasıdır. Tural və onun yaxın qohumu olan şahid Fəridə Quliyeva hadisə zamanı Turalın ağ köynək üzərindən qara jaket, Akifin isə tünd rəngli köynək və gödəkçə geyindiyini konkret təsvir ediblər. Digər şahid Niyazi və zərərçəkən isə həm geyimlərin növünü, həm də rənglərini dəqiqləşdirə bilmədiklərini bildiriblər. Bu fərq göstərir ki, Tural (və onu geyim üzrə təsdiqləyən Fəridə) hadisəni daha yaxından və diqqətlə müşahidə edib, digər şəxslərin isə vizual müşahidə imkanları məhdud olub. Detal səviyyəsinin yüksəkliyi, adətən, birbaşa qavrayışın mövcudluğuna dəlalət edir və şahidin həmin anı həqiqətən gördüyünü gücləndirir. Bundan başqa, video görüntüyə baxış keçirilən zaman da aydın olmuşdur ki, avtomobilin sərnişinlər üçün nəzərdə tutulan hissəsindən enən şəxsin geyimində ağ rəngli köynək və onun üzərində qara rəngli jaket vardır. Bu, Tural və Fəridə Quliyevanın ifadələri ilə üst-üstə düşərək, hadisə zamanı məhz Turalın bu geyimdə olduğunu təsdiqləyir. Beləliklə, video görüntü ilə şahid ifadələrinin uyğunluğu bir daha göstərir ki, Tural avtomobili idarə edən şəxs olmamışdır. Həmçinin qeyd olunmalıdır ki, videogörüntülərin təhlili zamanı avtomobilin sərnişin hissəsindən endiyi görünən şəxsin davranışı aydın müşahidə olunur. Həmin vaxt zərərçəkən asfalt örtüyünün üzərində olan zaman sərnişin hissəsindən endiyi görünən şəxsin qara jaketinin altından ağ rəngli köynəyinin açıq şəkildə görünməsi videodan dəqiq şəkildə təsdiqlənir. Bu isə hadisə zamanı şəxsin mövqeyi və geyim xüsusiyyətlərini müəyyən etmək baxımından əhəmiyyətlidir. Şahid Fəridə Quliyevanın Turalın qohumu olması onun maraqlı şəxs kimi qiymətləndirilməsinə əsas verə bilər, lakin bu, ifadəni avtomatik etibarsız etmir. Onun geyimlər barədə konkret və hadisə ilə uyğunlaşan təsvirləri Turalın dediklərini maddi (vizual) əlamətlər üzrə daxili şəkildə üst-üstə düşür. Bundan başqa, digər şahid və zərərçəkənin geyimləri belə xatırlaya bilməməsi, onların “sürücü kim idi” sualında birbaşa müşahidəyə söykənmədiklərini göstərir, belə olduqda birbaşa və detallı müşahidə təqdim edən şahidin (Turalın) məlumatına sübut dəyərində üstünlük verilməsi əsaslıdır. Şahid3, yəni zərərçəkmiş şəxsin qardaşı ibtidai istintaq zamanı ifadə verərkən qeyd etmişdir ki, hadisədən sonra onun özü üçün də aydın olmayan məqam qalmışdır: yəni hadisəni törədən şəxs Tural olub, yoxsa Akif. Bu bəyanat göstərir ki, şahidin müşahidəsi hadisə anında olmamış, sonradan hadisənin təfərrüatlarını dəqiq müəyyənləşdirə bilməmişdir. Belə bir hal isə şahidin ifadəsinin obyektivlik və dəqiqlik baxımından mötəbərliyini şübhə altına alır. Hadisənin gedişinə dair təqdim edilən kontekst də bu nəticəni dəstəkləyir. Belə ki, avtomobil Turalın mülkiyyətində olmuş, o, dayanacaqda park üçün Akifdən kömək etməsini xahiş etmiş və yer axtararkən yol nəqliyyat hadisəsi Akifin idarəçiliyi altında baş vermişdir. Sonradan Turalın zərərçəkmiş şəxsə yardım göstərmək istəyi (həm Akifin maddi imkansızlığını, həm də avtomobilini idarə etməyə verdiyinə görə mənəvi məsuliyyət hissini nəzərə alaraq) zərərçəkmiş şəxs tərəfindən yanlış yozularaq guya “məsuliyyəti Turalın Akifin üzərinə yükləyirmiş kimi təqdim edilmişdir. Halbuki yardımın motivi, təqdim edilən izaha görə, maddi və mənəvi öhdəlik hissi ilə bağlı olub, hadisə anında sürücü kimliyini dəyişdirmir. Nəticə etibarilə, hadisə anında istintaqa məlum olan yeganə birbaşa müşahidəçinin Tural olması və onun avtomobilin Akifin idarə etdiyini deməsi, zərərçəkmiş şəxsin sürücünü görmədiyini özünün etiraf etməsi səbəbilə onun bu barədə sonrakı fikirlərinin dolayı xarakter daşıması, Tural və Fəridə Quliyevanın geyimlə bağlı konkret və uyğun təsvirlərinin mövcudluğu, digər şahid və zərərçəkmiş şəxsin bu cür detalları xatırlaya bilməməsi bir yerdə götürüldükdə, sübutların ümumi balansı hadisə anında avtomobili Akifin idarə etdiyini təsdiqləyir və əks mövqeyi (Turalın idarə etməsi versiyasını) dəstəkləyən etibarlı, birbaşa mənbə təqdim etmir. Buna görə də, dəlillərin qiymətləndirilməsi prinsiplərinə uyğun olaraq, birbaşa və detallı müşahidəyə əsaslanan ifadələr üstün tutulmalı, dolayı və sonradan formalaşmış təsəvvürlər isə sürücünün kimliyi barədə həlledici sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi barədə” 24 dekabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə fakta görə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə cinayət işinin başlanması və cinayət işinin icraata qəbul edilərək istintaqının aparılması qərara alınmışdır (i.v.1). BA 190305 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Ford Fiesta” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil 27 iyun 2022-ci il tarixdə X6 adına qeydiyyatdan keçirilmişdir (i.v. 23). 12 sentyabr 2023-cü il tarixli ƏN-Vl№ 689202 nömrəli etibarnamənin surətindən görünür ki, “Ford Fiesta” markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobil 12 sentyabr 2023-cü il tarixdə idarə edilməsi üçün mülkiyyətçisi X10 tərəfindən Şahid1 etibar edilmiş, etibarnamə 9 il 11 ay 19 gün müddətində verilib və 31 avqust 2033-cü il tarixədək qüvvədədir (i.v. 23). “materialın ərazi aidiyyəti üzrə göndərilməsi haqqında” 14 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi üzrə toplanmış araşdırma materialının Yasamal rayon polis idarəsinə göndərilməsi qərara alınmışdır (i.v. 37-38). AC 566092 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə (xx.xx.2029-cu il tarixədək etibarlı olan) «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir (i.v. 43). Azərbaycan Respublikası DİN BƏSİİ-dən verilmiş 15 yanvar 2025-ci il tarixli tələbnamədən görünür ki, Əmənov X8 Rayon Xalq Məhkəməsinin xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in (köhnə redaksiyada) 226-cı maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək, 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2001-ci il tarixli Amnistiya Qərarının 5-ci maddəsinə əsasən, xx.xx.2001-ci il tarixdə cəzadan azad olunmuş, daha sonra Hacıqabul Rayon Məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 228.4-cü maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü ildə cəzasının sonu ilə azad edilmişdir (i.v. 104-105). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 17 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 147). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 17 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin seçilməsi qərara alınmışdır (i.v. 175). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, (AR CM 59.2), onun hadisə yerindən qaçmayaraq zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsi üçün xəstəxanaya çatdırmasını və maddi zərərin qismən ödənilməsi üçün səy göstərməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki, Təqsirləndirilən şəxs törətdiyi əməl ictimai təhlükəsizlik baxımından müəyyən risk daşısa da, təqsirləndirilən şəxsin davranışları cəzanın tətbiqində yüngülləşdirici və reabilitasiyaedici halları əks etdirir. Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etmiş, hadisə yerindən qaçmamış, zərərçəkmiş şəxsə tibbi və digər yardım göstərməsi üçün xəstəxanaya çatdırmış, maddi zərərin ödənilməsi üçün səy göstərmişdir. Bu davranışlar onun sosial məsuliyyət və peşmançılıq qabiliyyətini nümayiş etdirir və cəzanın məqsədlərinə uyğun qiymətləndirilməlidir. Hüququ baxımından nəzərə alınmalıdır ki, cəzanın məqsədləri yalnız təqsirləndiriləni cəzalandırmaq deyil, həm də ictimai təhlükəsizliyi təmin etmək, hüquq qaydalarını qorumaq, digər şəxslərə hüquqi norma pozuntusunun nəticələrini göstərmək və təqsirləndirilən şəxsin sosial reabilitasiyasına şərait yaratmaqdır. Təqsirləndirilən şəxs hal-hazırda göstərdiyi davranışlar, onun cəmiyyət üçün birbaşa təhlükə yaratmadığını və azadlıqdan məhrumetmə cəzasının zəruri olmadığını göstərir. Bu baxımdan, nəqliyyat vasitəsini idarəetmək hüququndan məhrum etməklə azadlığın məhdudlaşdırılması cəzasının maksimum həddə yaxın tətbiqi həm ictimai təhlükəsizliyi təmin edir, həm də cəzanın məqsədlərinə uyğun gəlir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş əsas cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə ödənilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan “Ford Fiesta” minik markalı, **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan “Ford Fiesta” minik markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə təhvil verilməsi nəzərə alınsın. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 200 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan edildiyi gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-401/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-401/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver