Məhkəmə qərarları › İş №1(004)-403/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-403/2025

03.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-403/2025 03.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Abdullayeva Məryəm Zaur qızının katibliyi, xüsusi ittiham qaydasında şikayət verən şəxs X5 və onun vəkili Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ X9 xüsusi ittiham qaydasında şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsi 4 iyun 2025-ci il tarixli 1(009)-227/2025 saylı qərarı ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayet məsuliyyatinə cəlb edilməsinə dair X9 tərəfındən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edərək, xüsusi ittiham qaydasında şikayəti aidiyyati üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərmişdir. Xüsusi ittiham qaydasında şikayətə əsasən xüsusi ittihamçı X1 rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 139, 141, mənzil 100-də qeydiyyatda olmaqla yaşayır. Rusiya Federasiyasında anadan olmuşdur. Sözügedən ünvanda anası ilə birgə uzun müddət yaşamışdır. Zoya Əhmədovanın anası X11 ayağının amputasiyası ilə bağlı Sabunçu rayonu 3 saylı Şəhər Klinik Xəstəxanasında əməliyyat keçirmişdir. Xəstəliyi ağırlaşan zaman qızı olaraq Zoya Əhmədova xəstəxanada anasının yanında 45 gün qalmış, ona qulluq etmişdir. Daha sonra anası xəstəxanadan evə buraxılmış, lakin buraxıldıqdan sonrakı gün xx.xx.2017-ci il tarixdə rəhmətə getmişdir. Anası “Əvvəllər keçirilən miokard infarktı” diaqnozu ilə vəfat etmişdir. Bu barədə 4 saylı Asan Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsi tərəfindən AZ-İ Ng 882087 seriyalı Ölüm haqqında şəhadətnamə verilmişdir. Qeyd edilməlidir ki, barəsində xüsusi ittiham qaydasında ittiham verilən əmisi Buludxan Əhmədov “ATV” telekanalının efirində, “Bizimləsən” verilişində bütün ölkə ictimaiyyəti qarşısında qardaşı qızı Zoya Əhmədovaya böhtan ataraq “onun anasının ölümündə əli var, döyə- döyə evi satdırdı” deyərək xüsusi ittihmçını ağır cinayətdə ittiham etmişdir. Hətta verilişin aparıcısı Zaur Baxşəliyev belə söz dedikdən sonra onu ehtiyatlandırmış, böhtan atılan şəxsin, onu məhkəməyə vermək ehtimalının olmasını da bildirmişdir. Qeyd edilən böhtan artıq müvəkkilimə qarşı bütün ictimaiyyət, ölkənin gözü qarşısında məhşur telekanalda deyilmiş və sosial platforma olan YouTube internet resursunda və digər sosial şəbəkəlrdə də yayınlanmaqdadır. Belə ki, hal-hazırda da internetdə YouTube sosial şəbəkəsində https://www. voutube. com/watch ?v=h-cıxzQtZricı linklə nümayiş etdirilən bu videonun 1 saat 15-ci dəqiqəsindən etibarən çıxış etməyə başlayan Buludxan Əhmədov sözünə başlayaraq bildirir ki “Zaur müəllim mən gəlmişəm o qardaşımın qızına (Zoya Əhmədovanı nəzərdə tutaraq) görə daa. Onun çox günahları var. Onun anasının ölümündə də əli var. Zaur Baxşəliyev: Sübutunuz varmı? Buludxan Əhmədov: Sübutu neynirəm ki. Neçə ildi keçibdi uje. Zaur Baxşəliyev: Yox indi o qız qalxıb sizi məhkəməyə versə ki, mənim anamın ölümündə əlim olmağının sübutunu mənə göstər. Siz nə göstərəcəksiniz? Buludxan Əhmədov: Nə göstərəcik ki? Zaur Baxşəliyev: Bu ittihamdı. Siz onu ittiham edirsiniz ki, qızın anasının ölümündə əli var. Buludxan Əhmədov: O evi zornan satdırdı anasına. Döyə-döyə satdırdı.” və sair. Göründüyü kimi barəsində şikayət olunan şəxs X6 xüsusi ittihamçı olaraq onu ağır cinayətdə ittiham edərək ona böhtan atmaqla AR CM-nin 147.2-ci maddəsinin tərkibini yaradan cinayət əməlini törətmişdir. Faktiki olaraq qeyd edilən böhtan onu sarsıtmış, yaxınları və qohumları arasında gözdən salmış, ləyaqətini alçaltmış, mənəvi və psixoloji zərbə vurmuşdur. Kütləvi olaraq telekanalda, sosial şəbəkələrdə nümayiş etdirilən Buludxan Əhmədovun bu əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsində göstərilən böhtan cinayətinin tərkibini yaratmışdır. Məcəllənin sözügedən maddəsinə əsasən Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarına əsasən Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Sözügedən qərara əsasən Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Kütləvi informasiya vasitələrində dərc edilməklə və yə kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və yə təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Hüquqi ünvan dedikdə, kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Məhkəməyə bildirilir ki, sözügedən böhtan ATV telekanalında xx.xx.2025-ci il tarixdə yayımlanmış “Bizimləsən” verilişində efirdə deyilmişdir və Youtube Sosial Şəbəkəsində hələ də yayımlanmaqdadır. Youtube sosial Şəbəkəsi isə xaricdə qeydiyyata alınmışdır. Hüquqi ünvanı X4. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 21 fevral 2014- cü il tarixli 3 nömrəli Qərarına əsasən böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. Qeyd edilməlidir ki ATV telekanalının, yəni "xxxx" Müstəqil Tele-Radio Kompaniyasının (VÖEN: **********) yerləşdiyi ünvan Yasamal rayonu, X16 küçəsi 10 olsa da, hüquqi ünvanı ünvan 2craata qəbul edilərək, X5 xüsusi ittihamçı kimi tanınması, X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2- ci maddəsi ilə cinayət təqibinin başlanılması və işin məhkəmə baxışına təyin edilməsi, X7 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2- ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cəzalandırılması xahiş edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 4 iyun 2025-ci il tarixli 1(009)-227/2025 saylı qərarı ilə gəldiyi qənaətə görə, hadisənin baş verdiyi yer "xxxx" Teleradio və Yayım Şirkəti (ATV)-də yayımlanan “Bizimləsən” verilişi, yəni Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi 10-dur. Buna görə də hadisə Yasamal rayonunun ərazisində baş verdiyindən və qeyd edilən şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə hesab etmişdir ki, yuxarıda qeyd olunan məlumatların yayıldığı hüquqi şəxsin faktiki fəaliyyət göstərdiyi yer Bakı şəhəri Yasamal rayon ərazisində olduğundan qeyd edilən şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün əsaslar olmadığından X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə cinayətin törədildiyi yer üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Qeyd olunanlara əsaslanaraq, hazırlıq iclası mərhələsində xüsusi ittiham qaydasında şikayət aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmənin hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X7 və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X13, eləcə də xüsusi ittiham qaydasında şikayət verən şəxs X9 və onun vəkili və eyni zamanda nümayəndəsi Bakı şəhəri 7 saylı Vəkil Bürosunun vəkili Nümayəndə məhkəmə aidiyyəti məsələsinin müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət edilməsinə etirazlarının olmadığını bildirmişdirlər. Məhkəmə cinayət prosesi iştirakçılarını dinləyib, iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, məhkəmələr arasında aidiyyətlə bağlı fikir ayrılığı yarandığı üçün xüsusi ittiham qaydasında şikayətin ərazi aidiyyətinin müəyyənləşdirilməsi üçün apellyasiya instansiyası məhkəməsinə müraciət edilməlidir. Belə ki, cinayət işinin və cinayət təqibi ilə bağlı digər materialların məhkəmə aidiyyəti onun məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən ilkin olaraq həll edilməli məsələdir. Azərbaycan Respublikası Konstitusiyasının və Cinayət-Prosessual Məcəlləsinin tələblərinə əsasən qanunvericiliklə müəyyən edilmiş hallar istisna olmaqla, cinayət işlərinin və cinayət təqibi ilə bağlı materialların məhkəmə aidiyyətinin pozulması qadağandır. Məhkəmə digər məhkəmədən aidiyyət qaydasında göndərilmiş cinayət işini və ya digər materialı mübahisəsiz icraatına götürməli, lakin işi və ya materialı digər məhkəmədən almış məhkəmə hazırlıq iclası zamanı işin başqa məhkəmənin səlahiyyətinə aid olduğunu və səhvən ona göndərildiyini müəyyən etdikdə dərhal öz qərarı ilə həmin işi və ya materialı məhkəmə aidiyyətinə dair fikir ayrılığını həll etmək üçün müvafiq apellyasiya instansiyasının sədrinə göndərməlidir. Hazırda məhkəmə Bakı şəhəri Səbail Rayon Məhkəməsindən icraatına daxil olmuş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı həmin məhkəmənin 4 iyun 2025-ci il tarixli 1(009)-227/2025 saylı qərarında göstərilən mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, hazırda şikayətin ərazi aidiyyətinin müəyyən edilməsi məsələsində Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qərarında qeyd edilənlərlə bağlı aşagıdakılara əsasən fikir ayrılığı yaranmışdır. Belə ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi 4 iyun 2025-ci il tarixli 1(009)-227/2025 saylı qərarı ilə gəldiyi qənaətə görə, hadisənin baş verdiyi yer "xxxx" Teleradio və Yayım Şirkəti (ATV)-də yayımlanan “Bizimləsən” verilişi, yəni Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi 10-dur. Buna görə də hadisə Yasamal rayonunun ərazisində baş verdiyindən və qeyd edilən şikayətə Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün əsaslar olmadığından məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayətinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Xüsusi ittiham qaydasında şikayəti aidiyyatı üzrə göndərən məhkəmə hesab etmişdir ki, "xxxx" Teleradio və Yayım Şirkətinin (ATV) (VÖEN: **********) hüquqi ünvanı Az 1005, ünvan 3stərdiyi, yəni hadisənin baş verdiyi yer Bakı şəhəri, Yasamal rayonu, X16 küçəsi 10 olduğundan işə aidiyyatı üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Məhkəmə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin gəldiyi qənaətlə razılaşmayaraq hesab edir ki, "xxxx" Teleradio və Yayım Şirkətinin (ATV) (VÖEN: **********) hüquqi ünvanı Bakı şəhərinin Yasamal rayonuna aid olmadığından həmin rayon məhkəməsində xüsusi ittiham qaydasında verilmiş sözügedən şikayətə baxıla bilməz və ona görə də məhkəmə aidiyyəti məsələsi mübahisələndirilməlidir. Məhkəmə hesab edir ki, hazırkı halda "xxxx" Teleradio və Yayım Şirkətinin hüquqi ünvanı Az 1005, ünvan 5ətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılması üçün əsaslar mövcud deyildir. Yəni məhkəmə hesab edir ki, cinayət qanunvericiliyinin tələbləri baxımından hazırkı şikayətə baxılmanın aidiyyatı böhtan xarakterli məlumatların yayıldığı kütləvi informasiya vasitəsinin (KİV) aid olduğu hüquqi şəxsin hüquqi ünvanı üzrə müəyyən edilməlidir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli qərarında qeyd olunur ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, xüsusi ittiham qaydasında şikayətlərə məhkəmələrdə baxılması aidiyyəti CPM-nin 74.1-74.4 və 74.8-ci maddələrinə əsasən müəyyən edilir. Kütləvi informasiya vasitələrində dərc edilməklə və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında yerləşdirilməklə böhtan və ya təhqir xarakterli məlumatların yayılması ilə əlaqədar verilmiş şikayətlərə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) hüquqi ünvanı üzrə birinci instansiya məhkəmələri tərəfindən baxılır. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən “kütləvi informasiya vasitələri” deyildikdə, dövri mətbuat orqanları: daimi adı, cari nömrəsi olan qəzet, jurnal, toplu, bülleten, azı ildə bir dəfə çıxan başqa nəşrlər, habelə birdəfəlik tirajı yüz nüsxədən çox olan digər mətbuat növləri; radio-televideo proqramlar, kinoxronika proqramları və ya daimi adı ilə azı ildə bir dəfə çıxan (efirə və ya ekrana buraxılan) dövri audio-audiovizual xəbər və materialların (verilişlərin) məcmusu nəzərdə tutulur. Hüquqi ünvan dedikdə kütləvi informasiya vasitələrinin (internet informasiya ehtiyatlarının) müvafiq icra hakimiyyəti orqanı tərəfindən qeydiyyata alınarkən müəyyən edilmiş ünvanı başa düşülür. Kütləvi informasiya vasitəsinin (internet informasiya ehtiyatının) hüquqi ünvanı məlum olmadıqda, yaxud da onlar xaricdə qeydiyyata alındıqda xüsusi ittiham qaydasında şikayətə təhqir və ya böhtan xarakterli məlumatları belə kütləvi informasiya vasitələrində (internet informasiya ehtiyatlarında) yaymış şəxsin Azərbaycan Respublikasında axırıncı yaşayış yeri üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Yuxarıda qeyd edilənləri nəzər alaraq məhkəmə hesab edir ki, X3 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair X5 xüsusi ittiham qaydasında şikayəti şikayətdə qeyd olunan böhtan xarakterli məlumatların yayıldığı kütləvi informasiya vasitəsinin hüquqi ünvanı üzrə yəni hazırkı halda "xxxx" Teleradio və Yayım Şirkətinin hüquqi ünvanının olduğu yerin məhkəməsində baxılmalıdır. Məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayətlərin məhkəmə aidiyyətinin müəyyən olunmasında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli qərarında qeyd olunan mövqe əsas götürülməklə, ona əsaslanmaqda müvafiq qərar qəbul edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digərinə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 74, 75, 77, 299 və 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X9 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün şikayət Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Qərardan apellyasiya şikayəti və ya protesti verilə bilməz. Hakim Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar