Məhkəmə qərarları › İş №1(004)-404/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-404/2022

23.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-404/2022 23.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:00 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci il tarixində Bakı şəhərində anadan olmuş olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, xx.xx.2020-ci il tarixdə Nəsimi Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 08 ay 25 gün vaxtından əvvəl şərti azad edilmiş, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi,ev 3 A ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb zərər çəkmiş şəxsə maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01 mart 2022-ci il tarixdə təxminən saat 13:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehtiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yol kənarında dayanmış vətəndaş X3 idarə etdiyi «FİAT DOBLO» markalı, **-FY-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonundan X5 məxsus üzərində 150 manat dəyərində bir ədəd ***-***-**-** saylı nömrə kartı və balansında 10 manat pul olan **********42550 İMEİ kodlu 2800 manat dəyərində «İphone» markalı, «12 Pro» modelli mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 2960 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 may 2022-ci il tarixdə təxminən saat 11:46 radələrində Bakı şəhəri, Yasamal rayonu, Nazim Hikmət küçəsində yerləşən «Hüseyn» marketin qarşısında dayanmış vətəndaş Zərərçəkmiş şəxs idarə etdiyi «FORD TRANZİT» markalı, **-AD-*** dövlət qeydiyyat nişanlı avtomaşının salonundan Zərərçəkmiş şəxs məxsus üzrində 3 manat dəyərində bir ədəd ***-***-**-** saylı nömrə kartı və 2 manat dəyərində telefon üzlüyü olan «Россо 3» markalı mobil telefonu gizli olaraq talayıb zərər çəkmiş şəxsə ümumilikdə 605 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, 01 mart 2022-ci il tarixində Ş.Mehdiyev küçəsi ilə hərəkət edərkən diqqətini ağ rəngli «FİAT DOBLO» markalı, ** FY *** qeydiyyat nişanlı, üzərində «REAL HOSPİTAL» reklam yazısı olan avtomobil cəlb etmişdir. Həmin vaxt saat təxminən 13:30 radələri idi. Bu zaman o, həmin avtomobilin sürücü tərəfdən qapısının şüşəsinin enmiş vəziyyətdə olduğunu, avtomobilin salonunda və yaxın ətrafında heç kəsin olmadığını görüb həmin avtomobilə yaxınlaşmışdır. Avtomobilin salonuna nəzər saldıqda salonda bir ədəd göy rəngli gövdəli «İ POHNE 12 PRO» markalı mobil telefonun olduğunu görmüşdür. Bu zaman ani olaraq ətrafa diqqətlə nəzər salıb heç kəsin onu diqqətdə saxlamadığına əmin olduqdan sonra avtomobilin açıq pəncərəsindən əlini içəri uzadıb həmin mobil telefonu söykənəcəyindən çıxararaq dərhal oradan uzaqlaşmışdır. Daha sonra həmin telefonu Mübariz adlı şəxsə 350 manata qeyri-rəsmi olaraq satmışdır. Bundan əlavə 16 may 2022-ci il tarixində Şərifzadə küçəsi ilə hərəkət edərkən «Hüseyn» marketin qarşısında diqqətini ağ rəngli, «Ford Tranzit» markalı ** AD *** qeydiyyat nişanlı avtomobil cəlb etmişdir.Həmin vaxt maşının qapısının açıq olduğunu görüb yaxınlaşaraq avtomobildən mobil telefon götürmüşdür. Avtomaşınından oğurlayarkən həmin vaxt onu ətrafda ümumiyyətlə heç kim görməmişdir. Polis əməkdaşları tərəfindən saxlandıqda telefonu çıxarıb polisə təqdim etmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs əməlindən səmini peşman olmasını, zərəçəkmiş Zərərçəkmiş şəxs ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 16 may 2022-ci il tarixdə, «Hüseyn» marketdən 09 may 2022-ci il tarixdə həmin dükana nisyə verdiyi «Manqal üstü» sosisə görə 100 manat pulu götürmək üçün oraya getmiş və avtomaşını mağazanın qarşısında saxlayıb dükana düşmüşdür.Təxminən 10 dəqiqə sonra 100 manat pulu alıb avtomaşına qayıtmış və avtomaşını idarə edərək oradan uzaqlaşmışdır.Bir qədər keçmiş qarşı tərəfdə sağ oturacağın üzərinə qoyduğu təxminən 7-8 ay əvvəli «Poco 3» markalı mobil telefonunun naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmişdir. O dərhal «Hüseyn» marketə daxil olub orada quraşdırılmış kamraya baxmış və ona məlum olmuşdur ki, arıq bədən quruluşlu, hündür boylu, qara bəniz, təxminən 26-27 yaşlarında kişi cinsindən olan bir nəfər onun avtomaşınının qapısını açaraq sərnişin oturacağının üzərində qoyduğu yuxarıda göstərdiyi mobil telefonu oğurlayaraq üzü «Asan» xidmətə tərəf gedir. O dərhal avtomaşına irəliyə doğru hərəkət etmiş və yol kənarında dayanan polis əməkdaşlarını görüb oğurluq barədə və oğurluğu törətmiş şəxs barədə məlumat vermişdir. Polislər dərhal o göstərən istiqamətə gedərək orada telefonunu oğurlayan şəxsi saxlamışlar və onun telefonunu alıb ona vermişlər. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxs X3 ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X7 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 01 mart 2022-ci il tarixdə saat 13:30 radələrində o Bakı şəhəri Ş.Mehdiyev küçəsi ilə Tibilsi prospektinin kəsişməsinin yaxınlığında, Ş.Mehdiyev küçəsində qeyd etdiyi avtomobilin salonunda olan yükləri digər avtomobilə yükləyirdi.Bu zaman avtomobilin salonunda heç kəs yox idi. Həmçinin o yaxın ətrafda hərhansı bir şübhəli şəxs və ya məqam hiss etməmişdir. O işini bitirib avtomobilin salonuna əyləşərkən salona qoyduğu, özünə məxsus olan «İ PHONE 12 pro» markalı, göy rəngli gövdəli mobil telefonunun yerində olmadığını, yəni avtomobilin sürücü tərəfdən qapısının şüşəsinin açıq olmasından istifadə edilərək göstərilən mobil telefonun oğurlandığını aşkar etmişdir.Mobil telefon avtomobilin salonunda panel hissəyə qoyulmuş vəziyyətdə olmuşdur.O dərhal ətrafa nəzər salıb yaxın ətrafda hər- hansı bir şübhəli şəxs görməmişdir. Sonra o 07 mart 2022-ci il tarixdə DİN-in 102 xidməti zəng mərkəzinə müraciət edərək ona məxsus olan mobil telefonun oğurlandığını aşkar etdiyini bildirmişdir. Bu barədə Yasamal RPİ-nin 27-ci PB- də müvafiq araşdırma aparılmışdır.Ona məxsus olan mobil telefonun kim tərəfindən oğurlanmasını bilməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Fərid adlı şəxsi təxminən 5 il əvvəl müştəri kimi tanımış və bir neçə dəfə ondan özünə və ailəsinə məxsus olduğunu bildirdiyi müxtəlif markalı mobil telefonlar almışdır. Həmin mobil telefonları aldıqdan sonra satmışdır.Sonuncu dəfə bu ilin yəni 2022-ci ilin yanvar ayında Fərid onun işlədiyi mağazaya gələrək özünə məxsus «İ PHONE 12» markalı, göy rəngli gövdəli mobil telefonu 1000 manata satdığını bildirmişdir.Həmin telefon model baxımından yeni olsa da,lakin telefonda xeyli cızıqların,şüşəsinin qırıq və işləməsində problemlərin olduğunu görmüşdür. Bundan sonra Fəridə həmin telefonu aşağı qiymətə satmasını demiş və nəhayət həmin telefonu Fəriddən 350 manata almağa razılaşmışdır.Fəriddən telefonu alarkən o öz şəxsiyyət vəsiqəsinin ksero surətini ona təqdim etmişdir.İki gün sonra Fəriddən aldığı «İ PHONE 12» markalı, göy rəngli gövdəli mobil telefonu adını bilmədiyi İİR-nın vətəndaşına 500 manata satmışdır.Bir neçə gün sonra onunla Fəridin atası olduğunu bildirən şəxs əlaqə saxlamış və onunla işi olduğu üçün görüşmək istədiyini bildirmişdir.O da Fəridi tanıdığı üçün onun atası ilə həmin gün «28 Mall»ın qarşısında görüşmüş və ona Fəridin satdığı telefonun oğurluq olduğunu,həmin mobil telefonu sahibinə qaytarmaq lazım olduğunu bildirmişdir.O isə artıq telefonu satdığını demişdir. Bundan sonra ona 27-ci PB-nin əməkdaşları yaxınlaşmış və bölməyə aparmışlar. Orada o izahat vermiş və telefonu alan şəxsi görəcəyi halda polisə məlumat verəcəyini demişdir.Bir müddət sonra Fəridin ona satdığı «İ PHONE 12» markalı, göy rəngli gövdəli mobil telefonun sahibi ilə görüşmüş və ona mobil telefonu qaytarmağını demişdir. O da telefonu satdığı üçün qaytara bilməyəcəyini, lakin əvəzində ona öz telefonu vəziyyətində mobil telefon qaytaracağına söz vermişdir. Bir müddət o Nofəl adlı şəxsə qaytarmaq üçün telefon tapa bilməmiş, lakin sonradan Nofələ özünün əvvəlki telefonundanda yaxşı vəziyyətdə telefon alıb qaytarmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, 16 may 2022- ci il tarixdə saat təxminən 11:30 radələrində Bakı şəhəri, Yasamal rayonu 28-ci PBnin inzibati ərazisində xidmət yoldaşları polis serjantı Şahid2 və polis serjantı Şahid3 ilə birgə xidmət aparan zaman N.Hikmət küçəsində «Asan xidmət»dən təxminən 200-300 metr uzaqlıqda məsafədə onlara özünü firma işçisi və həmin küçədə yerləşən «Hüseyn» marketə öz avtomaşını ilə ərzaq gətirən şəxs kimi təqdim edən şəxs yaxınlaşaraq özünə məxsus «Ford tranzit» markalı avtomaışının içərisindən mobil telefonunun oğurlandığını və həmin telefonu oğurlayan şəxsin «Hüseyn» marketdə quraşdırılmış kameraya baxdıqdan sonra əlamətlərəini gördüyü şəxs barədə məlumat verdi.Onlar dərhal ətrafa baxaraq telefonu oğurlanmış şəxsin dediyi əlamətlərə uyğun şəxsi axtarmağa başlamışlar. Bir qədər irəlidə təxminən 300 metr qarşı tərəfdə «svetaforun» yaxınlığında həmin ünvanda yaşayan adının Vüqar olduğunu bildiyi sakinin evinin qarşısında dayanaraq telefonu oğurlayan şəxsin əlamətlərinə uyğun şəxslə birgə söhbət etdiklərini görmüşlər.Onlar dərhal həmin şəxslərə yaxınlaşaraq özlərini təqdim edərək oğurlanmış mobil telefon barədə soruşmuşlar. Bu zaman həmin şəxs «Vüqar» adlı şəxsə bir qədər əvvəl «zaryadka» üçün verdiyi telefonu gətirməyini xahiş etmişdir. Vüqar adlı şəxs də evə keçərək həyətdən zaryadkadan bir ədəd mobil telefonu çıxararaq gətirib yanında olan.yəni telefonu oğurlamış şəxsə vermişdir.Dərhal həmin şəxs onlar tərəfindən saxlanılaraq şəxsiyyətinin müəyyən edilməsi üçün onu 28-ci PB-nə getməyə dəvət etmişlər.Bu məqsədlə ərazidə xidmət aparan «2469» çağırışlı avtopatrulu çağırmışlar.Həmin şəxsi polis bölməsinə aparmışlar və bölmədə məlum olmuşdur ki, həmin şəxs xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 eyni məzmunlu ifadələr verərək şahid X1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 07 mart 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Nofəl Əliyevin iştirakı ilə Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısı, polis mayoru Nəsimi Seyidzadə tərəfindən hadisə yerinə baxış keçirilərəkən oğurluq hadhisəsinin Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində «İST petrol» yanacaq doldurma məntəqəsinin qarşısında baş verməsi müəyyən edilmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və foto şəkillər çəkilmişdir (səh. 63-67). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 16 may 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis baş leytenantı Nail Bayramlı tərəfindən hadisə yerinə baxış keçirilərəkən oğurluq hadisəsinin Bakı şəhəri, Yasamal rayonu, N.Hikmət küçəsində yerləşən «Hüseyn» marketin qarşısında baş verməsi müəyyən edilmişdir (səh. 12-15). Məhkəmə baxışı zamanı iş üzrə maddi sübut kimi tanınmış videogörüntülərə baxış keçirilmiş və baxış zamanı müəyyən olunmuşdur ki, arıq bədən quruluşlu, hündür boylu, qara bəniz, təxminən 26-27 yaşlarında kişi cinsindən olan bir nəfər onun avtomaşınının qapısını açaraq sərnişin oturacağının üzərində qoyduğu yuxarıda göstərdiyi mobil telefonu oğurlayaraq üzü «Asan» xidmətə tərəf gedir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli «götürmə haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs «Россо 3» markalı mobil telefona baxış keçirilərək götürülmüşdür (səh. 16-17) Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, tanınma zamanı Zərərçəkmiş şəxs «Россо 3»markalı mobil telefonu tanıyaraq ona məxsus olduğunu bildirmişdir (səh. 18). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş qəbzdən görünür ki, Zərərçəkmiş şəxs məxsus «Россо 3» markalı mobil telefon və hadisə yerinin görüntülərini əks etdirən bir ədəd «DVD» disk iş üzrə maddi sübut kimi tanınmış, bir ədəd «DVD» disk cinayət işinin materiallarına əlavə edilmiş,“Россо 3” markalı mobil telefon saxlanması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir (səh. 288). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Götürmə haqqında” protokolundan görünür ki, X4 məxsus «İ PHONE 12 pro» markalı mobil telefonu Şahid4 350 manata satmış və sonuncuya Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş,özünə məxsus, üzərinə «İPHON 12 pro **********42550 ********** zapçast» sözləri və rəqəmləri qeyd edilmiş şəxsiyyət vəsiqəsinin ksero surəti cinayət işi üzrə sübut əhəmiyyəti kəsb etdiyindən iş materiallarına əlavə edilmişdir (səh.193-195). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq eksperizasının 31 may 2022-ci il tarixli, 9/3271 nömrəli rəyi ilə təsdiq olunur ki, 01 ədəd «İphone» markalı, «12 Pro» modelli 256 GB yaddaşlı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 1650.00 manat, ***-***-**-** saylı GSM nömrə 4,0 manat miiəyyən edilmişdir (səh. 226-228). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 3302 №-li rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur (səh. 229-230). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş kompleks ambulator məhkəmə psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1573 nömrəli rəyi ilə təsdiq olunur ki, Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixiatrik müayinənin nəticələri və s. sübut edir. Hal-hazırda Təqsirləndirilən şəxs öz hərəkətlərinin mənasını dərk etmək və onu idarə etmək iqtidarındadır.Təqsirləndirilən şəxs hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur.Təqsirləndirilən şəxs ittiham edilən əməl dövründə öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə kəmağıllılıq,hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Təqsirləndirilən şəxs törətiyi əməl dövründə anlaqlı hesab olunmalıdır.Onun hərəkəti Azərbaycan Respublikası CM-nin 21-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur.Müayinə zamanı Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə edilmədi, O cinayət törədən zaman fizioloji affekt vəziyyətində olmamışdır (səh. 231-234). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş məhkəmə əmtəəşünaslıq eksperizasının 19 iyul 2022-ci il tarixli,9/4067 nömrəli rəyi ilə təsdiq olunur ki, 01 ədəd «İphone» markalı, «12 Pro» modelli, aksesuarları olmayan, istifadə olunmuş mobil telefonun 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə 1400 manat, 01 ədəd «Poco 3» markal, aksesuarları olmayan,istifadə olunmuş mobil telefonun 2022-ci ilin mart ayına olan orta bazar qiyməti 400 manat, bir ədəd 050-361- 98-35 sim nömrə 3 manat, şəffaf rəngli, istifadə olunmuş telefon üzlüyü 2 manat müəyyən edilmişdir.Ümumilikdə ekspertiza tədqiqatına təqdim edilmiş 4 adda əşyaların ümumilikdə hadisə baş verən tarixə orta bazar qiyməti təxminən 1805,00 manat müəyyən edilir (səh. 244-247). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki,Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 08 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir (səh. 203-204). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “Şübhəli şəxsi tutma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən o, şübhəli şəxs qismində tutularaq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir (səh. 43-44). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş 18 may 2022-ci il tarixli Yasamal rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 16 may 2022-ci il taixdən hesablanmışdır (səh. 152-154). Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onun təqsidrləndirilən şəxs Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, zərərçəkmiş şəxslərin ifadələri, hadisənin törədilməsini bilavasitə əks etdirən DVD disk və işin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2020-ci il tarixdə Nəsimi rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Bakı şəhər Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 08 ay 25 gün vaxtından əvvəl şərti azad edilmişdir nəticədə onun əməllərində cinayətlərin residivi yaranmışdır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Belə ki, Cinayət Məcələlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.-cü maddəsinə əsasən isə şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda; cəzanın çəkilməsi təxirə salınmış şəxslər barəsində — bu Məcəllənin 79.3-cü maddəsində nəzərdə tutulmuş qaydada cəzadan və ya cəzanın çəkilməmiş hissəsindən azad edildikdə; ittiham hökmü qanunla müəyyən edilmiş müddətdə icra edilməmiş şəxslər barəsində — bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə; azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə; az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə-məhkumluq ödənilmiş hesab olunur. Məhkəmə Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs peşman olmasını, zərəçəkmişlərdən birinin ondan şikayətçi olmamsını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin məcəllənin 18.2-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətin residivi təhlükəli sayılır. Qeyd olunan məcəllənin 18.3-cü maddəsinə əsasən isə qəsdən az ağır və ya qəsdən ağır cinayət törətməyə görə əvvəllər hər hansı ardıcıllıqla üç dəfədən az olmayaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə; qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən xüsusilə ağır cinayət törətdikdə cinayətin residivi xüsusilə təhlükəli sayılır. Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs münasibətdə qeyd edilən residiv halını cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcələlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməllərini Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə çəkilməmiş 8 (səkkiz) ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq, hazırki əməllərini cəzanın çəkilməmiş hissəsi ərzində (dövrdə) törətmişdir. Bu səbəbdən, CM-in 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv olunmalı və CM-in 67.1-ci maddəsinə əsasən qeyd edilən cəzanın çəkilməmiş hissəsi hazırki hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilməklə ona qəti cəza təyin edilməlidir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəza çəkməsinin başlanğıcı 16 may 2022-ci il tarixdən hesablanmalı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilən cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd «Poco 3» markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, iş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlar, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 avqust 2022-ci il tarixli, 1(004)- 404/2022 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 3 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 30 (otuz) iş saatına bərabər hesab edilərək, göstərilmiş 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 02 il həddində müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə çəkilməmiş 08 ay 25 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin və CM-nin 67.1-ci maddəsinə əsasən çəkilməmiş həmin cəza hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, cəza çəkməsinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs məxsus bir ədəd «Poco 3» markalı mobil telefon zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə məhkəmə materialların məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 150 manat məbləğində ekspertiza xərci məhkəmə məsrəfi kimi Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar