Məhkəmə qərarları › İş №1(004)-404/2025

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-404/2025

04.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-404/2025 04.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X2 Məhəmməd qızının sədrliyi, Hacıyev Sərməst Faiq oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül zərər vurmuşdur. Belə ki, o, 25 may 2025-ci il tarixdə, saat 23:05 radələrində yaşadığı ünvan 2 ünvanında, rəsmi həyat yoldaşı Zərərçəkmiş şəxs ilə aralarında yaranmış şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı əsəbləşərək sonuncuya əlləri və ayaqları ilə vuraraq ona sol aşağı ətrafında hərəkət məhdudluğu ilə müşayiət olunan sol baldır və sol aşıq baldır oynağı nahiyyələrini əhatə edən iri ölçülü qançırşişkinliyi( hematoması), çənə nahiyyəsinin sağ çənə şaxəsinin və sol bazu nahiyyəsinin qançırları ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş YÜNGÜL zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2006-cı ildə ilk dəfə və daha sonra 2008-ci ildən yenidən Zərərçəkmiş şəxs ilə rəsmi nigaha daxil olmuşdur. Ötən 19 il ərzində həmişə münasibətləri yaxşı olmuş, son 3 aydır ki, Afaq müxtəlif bəhanələrlə onunla mübahisə salaraq ondan çoxlu pul tələb etməsi, digər kişilər kimi çox qazanmağını, evə çoxlu pul gətirməsi, daha lüks şəraitdə yaşamaq istədiyini bildirməsi səbəbindən mütəmadi ailə daxili mübahisələri düşmüşdür. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə saat 23:05-də mətbəxdə kofeni yüksəsk səslə qarışdırıdığı üçün Afaq onun üstünə qışqıraraq səsiz olmağını tələb etdiyi üçün mübahisə salmış, mübahisə zamanı mənzilin mətbəx otağında Afaqın ilkin olaraq üstünə gəldiyini görüb ayağı ilə onun sol bud və baldır nahiyyələrindən vurub geri durmasını istəmiş və çənəsindən bir yumruq vuraraq susdurmaq istəmişdir. Bu zaman Afaq ona nalayiq ifadələrlə söymüş, bundan sonra isə yerə mətbəxin kafelinə uzanmışdır. O, Afaqa bir neçə dəfə əli ilə dayanması üçün vurmuş, səslərinə qızları Günayın gəldiyini görüb bunu ayıb bilərək Afaqdan çəkilmişdir. Mübahisə zamanı evin mətbəxində heç kim olmamış, baş vermiş hadisəni digər şəxslər görməmişdir. Əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin, tələbinin və şikayətinin olmamasını nəzərə alaraq barasində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində ifadəsində göstərmişdir ki, 2006-cı ildə Təqsirləndirilən şəxs ilə tanış olaraq rəsmi nigaha daxil olmuşdur. Ötən 19 il ərzində münasibətləri yaxşı olmamışdır. Hətta 2007-ci ildə boşanıb 2008-ci ildə yenidən rəsmi nigaha daxil olmuşlar. Bu nigahdan xx.xx.2010-cu il tarixdə Şahid dünyaya gəlmişdir. Buna baxmayaraq Rövşənin mütəmadi olaraq müxtəlif bəhanələrlə onu döydüyünü, qız övladı olduğuna və ictimai qınağa görə susub dözdüyünü bildirmişdir. xx.xx.2025-ci il tarixdə saat 23:05-də kofeni səsiz qarışdırmasını xahiş etdiyinə görə yaranmış mübahisə zəminində Rövşən mənzilin mətbəx otağında onu döymüş, sol bud, sol baldır və sağ çənə nahiyyələrindən vurmuş, daha sonra eyvana çıxmaq isdəyən zaman qolundan vuraraq onu yerə yıxmış, qışqırıq səsinə qonaq otağında dərs oxuyan qızları Günayın gəlmişdir. Günay Rövşənin onu döyməsinin şahidi olmamış, sadəcə Günay gəldikdən sonra Rövşən ondan əl çəkmişdir. Baş vermiş mübahisə zamanı evin mətbəx otağında ondan və Rövşəndən başqa heç kim olmamış, baş vermiş hadisəni heç kim görməmişdir. Daha sonra Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncuya qarşı heç bir şikayətinin, tələbinin və mülki iddiasının olmamasını, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, atası ilə anasının əvvələr münasibətləri normal olsa da son dövrlər tez-tez ailə daxili mübahisəl etmişlər. xx.xx.2025-ci il tarixdə saat 23:05-də qonaq otağında dərs oxuyan zaman anası əsəbi şəkildə mətbəx otağına getmiş, bir neçə dəqiqə sonra anası Afaqın qışqırıq səslərini eşidib mətbəxə keçmiş, anasının divanın qarşısında yerdə uzanıqlı vəziyyətdə ayağını tutaraq bərk ağrıdığını görmüşdür. O, atasının anasını döyməsini şahidi olmamış, səsə qonaq otağına keçdikdə atası onu görüb eyvana çıxmış, anası isə 102 xidməti-zəng mərkəzinə zəng edərək məlumat vermişdir. Sadələşdirilmiş icraat materialının 16-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X1” X3 xx.xx.2025-ci il tarixli, 412 nömrəli məhkəmə tibbi ekspertizasının rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər sol aşağı ətrafında hərəkət məhdudluğuilə müşayiət olunan sol baldır və sol aşıq baldır oynağı nahiyyələrini əhatə edən iri ölçülü qançır- şişkinliyi (hematoması), çənə nahiyyəsinin sağ çənə şaxəsinin və sol bazu nahiyyəsinin qançırları ilə müşayiət olunan, xəsarətləri küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2025-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alıb demək olar ki, şəxsin özü tərəfindən özünə yetirilməsi inandırıcı deyildir. Sadələşdirilmiş icraat materialının 20-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs şikayəti əsasında aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 21-ci vərəqəsində olan xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan təhqiqatın sadələşdirilmiş icraat qaydasında aparılmasına etiraz etmir. Sadələşdirilmiş icraat materialının 65-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncuya qarşı heç bir şikayəti, tələbi və mülki iddiası yoxdur, ona görə də sonuncu barəsində olan sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarət yetirməsi cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidirr. Lakin, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6- 39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışdığı və onlara dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında hüquqlarını dövlət hesabına müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Sevinc Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar