Məhkəmə qərarları › İş №1(004)-405/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-405/2021

19.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-405/2021 19.10.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən hakim Daşdəmirov Rauf Məhərrəməli oğlu, Məhkəmə iclasının katibi: İsmayılzadə Turan tahir qızı, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X7 iştirakı ilə, X2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X14 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X14 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, qardaşının keçmiş həyat yoldaşı X5 ona və qardaşı X8 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə Yasamal rayon Məhkəməsinə müraciət etmişdir. 17.06.2021-ci il tarixdə Yasamal rayon Məhkəməsində, məhkəmə baxışı zamanı X5 və onun atası X3 ona və qardaşına, xüsusilə yaxın vaxtlarda vəfat etmiş atasına qarşı söyüşlər söymüş, onları təhqir etmişdir. Məhkəmənin xəbərdarlıqlarına baxmayaraq onlar söyüşlərini davam etdirmişlər. Onların qanunsuz hərəkətləri nəticəsində məhkəmədə fasilə yaranmışdır. Hakim polisləri çağırmış və onların köməyi ilə məhkəmə prosesi davam etdirmişdir. Onların qanunsuz hərəkətləri nəticəsində məhkəmə prosesi dayanmışdır. Onlar məhkəmədən çıxdıqdan sonra da öz fəaliyyətini davam etdirmişlər. Xüsusilə onun atası yaxın vaxtlarda vəfat etdiyi üçün onların söyülməsini heç cür başa düşülmür və belə hərəkəti heç cür bağışlamaq olmur. Qeyd edilən hərəkətlər məhkəmə iclas protokoluna düşmüşdü və elektron qaydada yazılmışdır". Bundan başqa X9 yaşayan, özlərini siyasi bloqqer adlandıran bir sıra şəxslərin vasitəsilə "Youtube" sosial şəbəkə portalında onun haqqında doğru olmayan məlumatlar yayılmışdır. Belə ki, “Youtube” sosial şəbəkə portalında Əli Dünyamalıyev bildirir ki, guya onları yaşamağa imkan vermir, onlara hədə-qorxu gəlir. Hətta onun iş yerinə "xxxx" MMC-yə ərizə ilə müraciət edərək haqqında həqiqətə uyğun olmayan fikirlər yazmışdır. Belə ki, Əli Dünyamalıyev ərizəsində göstərmişdir ki, guya o Əli Dünyamalıyevin iş yerinə gələrək özünü jurnalist kimi təqdim etmiş, haqqında məlumat toplamışdır. Qeyd edilənlər onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlardır. Qeyd edilən yazı kütləvi yayılmışdır. "xxxx" MMC-yə onun barəsində yazılan ərizənin müəllifi X4 və Bakı şəhəri Yasamal rayon Məhkəməsində onu söyüb təhqir etmiş X2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi barədə xüsusi ittiham qaydasında verdiyi şikayəti məhkəmənin icraatına qəbul edərək məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş X14 şikayətin icraata qəbul edilməsini, X2 və X1 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X6 və X4 məhkəmə iclasına gəlməmişlər, gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Ona görə də məhkəmə barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxslər X2 və X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Məhkəmə şikayəti nəzərdən keçirərək, hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, şikayətin məzmununa aid CPM ilə müəyyən edilmiş tələblərə əməl edilməmiş, yəni şikayət iki nəfər şəxs barəsində verilsədə onlardan yalnız biri haqqında məlumatlar göstərilmiş, digəri haqqında heç bir məlumat verilməmişdir. Bundan əlavə şikayətdə şikayət vermiş şəxs haqqında vəzifəsi barədə məlumat göstərilməmiş, həmçinin şikayət verilmiş yer qeyd edilməmişdir. Halbuki, CPM-nin 293.3-cü maddəsinə əsasən şikayətdə aşağıdakılar göstərilməlidir: 293.3.1-ci maddəsinə əsasən şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi) 293.3.3-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi 293.3.6-ci maddəsinə əsasən şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. CPM-nin 302.1.3-cü maddəsinə əsasən şikayətin məzmunu həmin Məcəllənin 293.3.1—293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Beləliklə, CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək həmin Məcəllənin 302.1.2—302.1.4, 302.1.6— 302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edir. Yuxarıda qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 və X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X14 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar