Məhkəmə qərarları › İş №1(004)-405/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-405/2022

30.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-405/2022 30.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2002-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Cəbrayıl rayonunun Şeybəy kəndində qeydiyyatda olmaqla hazırda ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 04 iyul 2022-ci il tarixdə saat 22:00 radələrində ünvan 2 ünvanında yerləşən «Spar» marketin qarşısında qısqanclıq səbəbindən aralarında yaranmış mübahisə zamanı tanışı X3 əli və ayağı ilə vuraraq Ə.X.Piriyevaya sifətin sol yarısının şişkinlik və qançırı halında əzilməsi, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayət olunan, sol gözaltı nahiyənin qançırı, alt dodağın səthi əzilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən iki il əvvəl sosial şəbəkədə X5 ilə tanış olmuş, sonradan münasibətləri qarşılıqlı məhəbbətə çevrilmiş, hətta onunla ailə qurmaq niyyətində olmuşlar. Son vaxtlar Əsli ona qarşı biganə olduğundan aralarında qısqanclıq zəminində mübahisələr baş vermişdir. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Əsliyə zəng etdikdə ona zəng çatmadığından, Əslinin satıcı işlədiyi Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 31 ünvanında yerləşən «Spar» marketə gedib oradakı işçilərdən Əslini soruşduqda, Əslinin işə gəlmədiyini bildirmişlər. Daha sonra Əslinin yaşadığı ünvana getdikdə və onun orada da olmaması məlum olduqda, saat 22:00 radələrində yenidən «Spar» marketə qayıtmışdır. Bu zaman Əslini iş yerində tapdıqda onu söhbət etmək üçün küçəyə çağırmışdır. Küçədə söhbətləri zamanı Əsli ona kobudluq edib bir daha onu narahat etməməsini bildirdikdə əsəblərini cilovlaya bilməyərək yumruğu ilə onun sifətindən vurmuşdur. Əsli zərbənin təsirindən yerə yıxıldıqda da o, təpiyi ilə Əslinin bədəninə zərbələr endirmişdir. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, zərərçəkmiş şəxs X5 ilə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, təxminən iki il əvvəl sosial şəbəkədə Təqsirləndirilən şəxs ilə tanış olmuş, sonradan münasibətləri qarşılıqlı məhəbbətə çevrilmiş, hətta onunla ailə qurmaq niyyətində olmuşdur. Son vaxtlar Nihad ona qarşı kobud hərəkətlərə yol verdiyindən onunla münasibətləri kəsmək qərarına gəlmiş və bir neçə dəfə niyyətini Nihada söyləsə də, Nihad ondan əl çəkməyərək onu izləməkdə davam etmişdir. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Nihad onun satıcı işlədiyi Yasamal rayonu, Z.Xəlilov küçəsi ev 31 ünvanında yerləşən «Spar» marketə gəlib onu soruşduqda o, öz iş yoldaşlarına guya işdə olmadığını Nihada çatdırmalarını xahiş etmişdir. İş yoldaşları Nihada onun işdə olmadığını çatdırdıqda Nihad oradan getmiş və bir daha iki saatdan sonra, yəni saat 22:00 radələrində yenidən iş yerinə qayıtmışdır. Nihad onu görərək söhbət etmələri üçün onu küçəyə çağırmış, o, küçəyə çıxmayacağını bildirdikdə Nihad onun qolundan tutaraq küçəyə aparmışdır. Küçədə söhbətləri zamanı yenə də Nihada onu narahat etməməsini tapşırdıqda, Nihad onun özünə başqa şəxsi tapdığını bildirərək qısqanclıq zəminində onunla mübahisə etməyə başlamış, Nihada cavab qaytardıqda isə Nihad onun sifətindən yumruq vuraraq yerə yıxmışdır. O, yerdə uzanmış vəziyyətdə olduqda da Nihad əl çəkməyərək onu təpikləmişdir. Ə.X.Piriyeva həmçinin münaqişənin təxminən 3-5 dəqiqə davam etməsini, hadisənin qaranlıq vaxtı olduğundan heç kimin görmədiyini qeyd etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs barəsində işin icraatına xitam verilməsinə etiraz etmir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsinin Yasamal rayon şöbəsindən verilmiş Məhkəmə tibbi ekspertizasının 671 saylı xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X2 aşkar edilmiş xəsarətlər, sifətin sol yarısının şişkinlik və qançırı halında əzilməsi, sol gözün konyuktiva qişası altına qansızma ilə müşayət olunan, sol gözaltı nahiyənin qançırı, alt dodağın səthi əzilmiş yarası, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər (i/v 13-14). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 15 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ Əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur (i/v 45) . İş materiallarında olan xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş foto cədvəllərdən görünür ki, hadisə yeri ünvan 3 ünvanında yerləşən «Spar» marketin qarşısıdır. Baxış keçirilən zaman zərərçəkmiş şəxs X5 hadisə yerini göstərərək Təqsirləndirilən şəxs tərəfindən məhz həmin yerdə döyüldüyünü bildirmişdir (i/v 7-8). İş materiallarında olan X5 tərəfindən verilmiş 16 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, hazırda o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur, onun barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. İş materiallarında olan Təqsirləndirilən şəxs tərəfindən verilmiş 30 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, hazırda o, X5 ilə barışmışdır. Ə.Piriyevanın ona qarşı heç bir şikayət və tələbi yoxdur, barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını, əməlindən səmimi peşman olmasını nəzərə alaraq hesab edir ki, o, cinayət məsuliyyətindən azad olunmalı və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinin tələbinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 39.1.4, 39.1.6– 39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Qeyd olunan Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi “Mərkəz” Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-405/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri “Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Qərardan elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərar, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar