Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-406/2021 23.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X140, Dövlət ittihamçısı: Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi: X37, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçiləri: 11 saylı vəkil bürosunun vəkili Müdafiəçi1, “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs: xx.xx.1988-ci il tarixdə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, məhkumluğu olmayan, "xxxx" MMC-nin təsisçisi və direktoru işləyən, Salyan rayonu, Gomuşlu kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2, 320.1 və 320.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, 12 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 dekabr 2019-cu il ildən direktoru işlədiyi müddətdə işçilərin işə qəbul və işdən azad edilməsi, başqa fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanılması, öhdəliklərin götürülməsi və öhdəliklərə görə cavabdehlik daşınılması, turizm fəaliyyəti ilə əlaqədar ölkə daxili və xarici turların, təyyarə uçuşlarına biletlərin satışının təşkil edilməsi kimi başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək səlahiyyətlərinə malik təşkilati- sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxs qismində, Ural Hava yolları ilə Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri almış 101 nəfər şəxsə tibbi müayinədən keçmədən qanuni şəkildə tibb müəssisələrindən verilməsi görüntüsünü yaradan neqativ nəticəli saxta COVİD- 19-a dair PCR test sənədlərinin hazırlanmasında köməklik göstərilməsinə dair 16 may 2021-ci il tarixdə özünə müraciət etmiş tanışı X17 həmin müraciəti ilə əlaqədar tanışı olmaqla "xxxx" MMC-nin təsisçisi və direktoru X97 ilə aralarında olan cinayətkar razılaşmaya əsasən, Seymur Mürsəlovla 101 ədəd test nəticəsinə görə hər biri 120 manatdan olmaqla, ümumilikdə 12.120 manat məbləğində pul müqabilində göstərilən şəxslərin adlarına saxta sənədləri hazırlayıb təqdim edəcəklərinə dair 17 may 2021-ci il tarixdə razılaşmaqla sövdələşib, Seymur Mürsəlovun təhriki ilə Tünzalə Əliyeva ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşməklə xidməti vəzifələrinin icrası ilə əlaqədar sonuncu, özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qəsdən qulluq mənafeyi ziddinə istifadə edərək 17 may 2021-ci il tarixdə 7.300 ABŞ dolları, həmin dövrün rəsmi məzənnəsi ilə 12.410 manat məbləğində pul vəsaitini Seymur Mürsəlovun göndərdiyi, cinayətdən xəbərsiz “Elşən” adlı şəxsdən Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “MONTE KARLO” şadlıq sarayının yaxınlığında şəxsən aldıqdan sonra həmin pul vəsaitini Tünzalə Əliyeva ilə aralarında bölüb Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2020-ci il tarixli, 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımaların təşkili üzrə müvəqəti Qaydaları”n 2.1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVİD-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinlərin reysə qəbul edilməli olmasına baxmayaraq, cinayətdən xəbərsiz X38 16 mart 2021-ci il tarixdə test verərkən sonuncuya ölkə hüdudlarından kənara uçuş bileti almağa köməklik edən Tünzalə Əliyevanın istifadəsində olan “Elektron ünvan ” elekton poçt ünvanını “X210” klinikasına təqdim etməsi nəticəsində Qönçə Nağıyevanın adına tərtib edilmiş COVİD-19a dair PCR testlərin neqativ nəticəsini təsdiq edən 21-393883/A731086 saylı sənədi “PDF” formatda əldə etmiş qabacadan əlbir olduğu X97 ilə sonuncunun istifadəsində olan “Huawei” markalı kompyuterin yaddaşına yükləməklə “PDF” və “WORD” formatda olan faylların bir-birilərinə konvertasiyası, üzərində dəyişiklik üçün istifadə olunan “iLovePDF” proqramından istifadə etməklə 17 may 2021-ci il tarixdə istintaqla müəyyən edilməyən yerdə həmin sənədin “Barcode/Card Number” qrafasında göstərilən “21-393883/A731086” yazını saxlamaqla, 8 rəqəmdən ibarət olmalı olan “Document №” qrafasına 10 rəqəm qeyd etməklə “X210” klinikası tərəfindən verilməsi görüntüsü yaradan 48 ədəd, o cümlədən, X25 adına ********** nömrəli, X12 adına ********** nömrəli, X98 adına ********** nömrəli, X79 adına ********** nömrəli, X80 adına ********** nömrəli, X3 adına ********** nömrəli, X54 adına ********** nömrəli, X39 adına ********** nömrəli, X13 adına ********** nömrəli, X8 adına ********** nömrəli, X99 adına ********** nömrəli, X55 adına ********** nömrəli, X56 adına ********** nömrəli, X40 adına ********** nömrəli, X18 adına ********** nömrəli, X81 adına ********** nömrəli, X19 adına ********** nömrəli, X116 adına ********** nömrəli, X4 adına ********** nömrəli, X100 adına ********** nömrəli, X82 adına ********** nömrəli, X141 adına ********** nömrəli, X57 adına ********** nömrəli, X58 adına ********** nömrəli, X83 adına ********** nömrəli, X114 adına ********** nömrəli, X20 adına ********** nömrəli, Məmmədov İlkin Vəkil oğlunun adına 59800418 nömrəli, X101 adına ********** nömrəli, X21 adına ********** nömrəli, X41 adına ********** nömrəli, X84 adına ********** nömrəli, X77 adına ********** nömrəli, X42 adına ******* nömrəli, X59 adına ********** nömrəli, X60 adına ********** nömrəli, X61 adına ********** nömrəli, X14 adına ********** nömrəli, X26 adına ********** nömrəli, X62 adına ********** nömrəli, X117 adına ********** nömrəli, X27 adına ********** nömrəli, X43 adına ********** nömrəli, X28 adına ********** nömrəli, X85 adına ********** nömrəli, X102 adına ********** nömrəli, X63 adına ********** nömrəli və X5 adına ********** nömrəli, eyni niyyətlə, "xxxx" tərəfindən verilməsi görüntüsü yaradan 53 ədəd, o cümlədən, X64 adına 00785085/C01530286 nömrəli, X29 adına 00785103/C00867450 nömrəli, X65 adına 00785084/C02787772 nömrəli, X66 adına 00785086/C01555247 nömrəli, X95 adına 00785082/C02946717 nömrəli, X30 adına 00785072/C03225783 nömrəli, Şahid12 adına 00785122/C01453246 nömrəli, X103 adına 00785116/C01604797 nömrəli, X44 adına 00785095/C01743867 nömrəli, X118 adına 00785091/C01298192 nömrəli, X104 adına 00785073/C00930825 nömrəli, X45 adına 00785089/C01652920 nömrəli, X1 adına 00785107/C00954939 nömrəli, X9 adına 00785108/C02971090 nömrəli, X6 adına 00785081/C02044159 nömrəli, X67 adına 00785120/C01393646 nömrəli, X119 adına 00785102/C03131047 nömrəli, X68 adına 00785111/C00465302 nömrəli, X31 adına 00785114/C01558268 nömrəli, X120 adına 00785068/P5125514 nömrəli, X86 adına 00785079/C02828405 nömrəli, X87 adına 00785074/C02828403 nömrəli, X121 adına 00785098/C03607695 nömrəli, X105 adına 00785094/C03134280 nömrəli, X15 adına 00785110/C01664266 nömrəli, X46 adına 00785104/C01583209 nömrəli, X47 adına 00785101/C00790830 nömrəli, X69 adına 00785109/C01862753 nömrəli, X32 adına 00785119/C00803773 nömrəli, X122 adına 00785124/P4749113 nömrəli, X88 adına 00785069/C01678500 nömrəli, X22 adına 00785117/C00029310 nömrəli, X33 adına 00785070/C01492033 nömrəli, X89 adına 00785087/C02099014 nömrəli, X48 adına 00785106/C00920244 nömrəli, X34 adına 00785115/P4866198 nömrəli, X70 adına 00785096/C00658448 nömrəli, X123 adına 00785080/C00200678 nömrəli, X106 adına 00785090/C5137889 nömrəli, X71 adına 00785113/C01329315 nömrəli, X107 adına 00785105/C00920556 nömrəli, X124 adına 00785077/C03087716 nömrəli, X35 adına 00785071/C03087715 nömrəli, Salahov Aslan Arif oğlunun adına 00785099/C02848648 nömrəli, X49 adına 00785100/C02397884 nömrəli, X23 adına 00785092/C01458296 nömrəli, X72 adına 00785112/C01449883 nömrəli, X50 adına 00785093/C01077198 nömrəli, X51 adına 00785078/C01216833 nömrəli, X73 adına 00785076/C03140633 nömrəli, X125 adına 00785097/C01663790 nömrəli, X126 adına 00785088/C01909231 nömrəli və X52 adına 00785118/C01938465 nömrəli olmaqla, 2 klinikanın adından cəmi 101 ədəd COVİD-19-a dair PCR test nəticələrinin məzumununa bilə-bilə həmin şəxslərin ümumvətəndaş pasportlarının seriya nömrələri əsasında PCR test nəticələrinin neqativ olmasına dair yalan qeydlər etməklə Seymur Mürsəlovun təhriki ilə X97 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənəd hesab edilən COVİD-19-a dair PCR test nəticələrini satmaq məqsədi ilə vahid niyyətlə qanunsuz olaraq saxtalaşdırmaqla hazırlamış və satmış, hazırladığı hüquq verən saxta rəsmi sənədləri Seymur Mürsəlovun cinayətdən xəbərsiz tanışı Şahid2 18 may 2021-ci il tarixdə saat 00 radələrində Yasamal rayonu ərazisində yerləşən 3 saylı “ASAN xidmət” mərkəzinin yaxınlığında şəxsən təhvil verməklə Seymur Mürsəlovun təhriki ilə X97 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində bilə-bilə həmin saxta rəsmi sənədlərdən vahid niyyətlə qanunsuz olaraq istifadə etmiş, Seymur Mürsəlovun təhriki ilə X97 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində həmin hərəkətləri ilə dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması ilə əlaqədar koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə vətəndaşların sağlamlığının təmin edilməsi və qorunması, icra strukturlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi istiqamətində məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2 və 320.1 və 320.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 12 dekabr 2019-cu il tarixdən etibarən "xxxx" MMC-nin təsisçisi və direktoru kimi fəaliyyət göstərir. Fərdi sahibkar kimi işçilərin işə qəbul və işdən azad edilməsi, başqa fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanılması, öhdəliklərin götürülməsi və öhdəliklərə görə cavabdehlik daşınılması, turizm fəaliyyəti ilə əlaqədar ölkə daxili və xarici turların, təyyarə uçuşlarına biletlərin satışının təşkil edilməsi fəaliyyətini görmüşdür. Həmçinin “instagram” sosial şəbəkəsində də, şirkətin mütəmadi olaraq reklamını etdiyi üçün müxtəlif müştəriləri, o cümlədən Rusiya Federasiyasında yaşayan X36 həmin reklam vasitəsilə tanımışdır. Danışıqlar zamanı Seymur Mürsəlov özünü “SOCAR”ın Rusiya Federasiyasında işləyən nümayəndəsi kimi təqdim etmişdir. 16 may 2021-ci il tarixdə saat 21 radələrində X206-Sank-Peterburq reysinə elektron biletlər aldığını, həmin sayın 101 nəfər ola biləcəyini, lakin vaxtın az olması səbəbindən həmin şəxslərin uçuşa buraxılmaları üçün faktiki olaraq tibb müəssisəsinə getmədən adlarına COVİD-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədlər lazım olduğunu bildirərək qeyd olunan məsələdə onun köməklik etmək imkanında olub- olmadığını soruşmuşdur. Belə ki, Seymur Mürsəlov ondan xahiş etmişdir ki, biletləri alınmış 96 nəfər şəxslər faktiki olaraq test verməsələr də, adlarına neqativ məzmunlu “TƏBİB”in elektron sistemində qeydiyyatdan keçmiş test nəticəsini təsdiq edən sənədlər alınmalı idi. O, cavabında bu məsələ ilə əlaqədar tanışlardan maraqlanacağını bildirmişdir. Rusiya Federasiyası istiqamətində fəaliyyət göstərən turizm şirkətləri arasında “ARKAN GROUP MMC”nin direktoru Sara kimi tanıdığı, lakin əsl adı X97 olan xanımla əlaqə saxlayıb qeyd olunan məsələdə köməlik etmək imkanında olub-olmaması ilə maraqlanmışdır. Belə ki, turizm şirkətinin direktoru kimi Tünzalə Əliyevanın daha geniş əlaqələrə malik olduğunu nəzərə alıb düşünmüşdür ki, təyyarə ilə daha çox bilet satışını təşkil etdiyi üçün, daha çox adamı test vermək məqsədilə tibb müəssisələrinə göndərdiyi üçün onun tibb müəssisələrində tanışı olacaqdır. Tünzalə Əliyeva cavabında bu məsələ ilə maraqlanıb nəticəsi barədə ona məlumat verəcəyini bildirmişdir. 17 may 2021-ci il tarixdə Seymur Mürsəlov onu yığaraq həmin günü saat 00 radələrində biletləri alınmış şəxslərin avtobusla Gəncə şəhərinə gedəcəyini bildirmiş və xahiş etdiyi məsələnin nə yerdə olması ilə maraqlanmışdır. Daha sonra o, Tünzalə Əliyevanın nömrəsini yığıb məsələnin təcili olduğunu izah etmiş və qısa müddətdən sonra Tünzalə Əliyeva onunla əlaqə saxlayıb hər adam sayına görə 120 manat müqabilində faktiki olaraq test verməməklərinə baxmayaraq “X210” və “Oksigen Klinik xəstəxanasında uçuşlar üçün neqativ nəticəli test cavabları ala biləcəyini, həmin sənədlərin “TƏBİB”in elektron sistemdən qeydiyyatdan keçirələcəyini və bunun üçün “whatsapp” sosial şəbəkəsindən biletləri alınmış şəxslərin xarici pasport şəkillərinin göndərməsini təklif etmişdir. Həmin işdə ona nə qədər pul verəcəyi ilə maraqlandıqda Tünzalə Əliyevaya cavabında sənədləşmə başa çatdıqdan və adamlar təyyarə ilə getdikdən sonra ona hörmət edəcəyini bildirmişdir. X11 nə qədər məbləğdə pul verəcəyi barədə hər hansı məlumat verməmişdir. Həmin təklif barədə Seymur Mürsəlovu yığaraq məlumat vermiş və Seymur Mürsəlov razılıq verərək ilkin olaraq 96 nəfər şəxsin xarici pasport şəkillərini ona göndərmiş, o da, həmin şəkilləri Tünzalə Əliyevanın nömrəsinə sosial şəbəkə ilə göndərmişdir. Daha sonra həmin günü tanımadığı şəxs tanımadığı mobil nömrədən onun ***-***-**-** mobil nömrəsini yığıb Seymurun tanışı olduğunu bildirərək Seymurun verdiyi pulları ona çatdırmalı olduğunu demiş və o, görüş yeri kimi Bakı şəhəri Nizami rayonu, Babək prospektində yerləşən “MONTE KARLO” şadlıq sarayının yaxınlığını təyin etmişdir. Qeyd olunan təyinat yerində saat 15 radələrində həmin şəxslə görüşmüş və 101 nəfərin 120 manatdan olmaqla ümumilikdə 7.300 dollar pulu kağız konvertdə almışdır. Daha sonra pulu götürüb Tünzalə Əliyevanın telefonu ilə əlaqə saxlayıb pulların onda olduğunu bildirmiş və Tünzalə görüş yeri kimi Yasamal rayonu, Musabəyov parkı istiqamətində yerləşən “BANK OF BAKU”nun inzibati binasının yaxınlığını təklif etmişdir. Həmin ünvana taksi ilə getdikdən sonra, Tünzalə ilə yenidən əlaqə saxlamış və Tünzalə cavabında pulu ondan tanışının götürəcəyini bildirmişdir. 17 may 2021-ci il tarixdə Tünzalə Əliyeva onun telefonunu yığaraq sənədlərin hazır olduğunu və Yasamal rayonu Musabəyov parkı istiqamətində görüş yerini təyin etmişdir. O, görüş yerinə getmiş və tanımadığı mobil nömrədən onun mobil nömrəsinə zəng gəlmiş, danışıq zamanı kişi cinsli şəxs Tünzalənin tanışı olduğunu və test nəticələrinin onda olduğunu bildirmişdir. “BANK OF BAKU”nun inzibati binasının yaxınlığında təklikdə görüşdükdə, həmin şəxs şəffaf faylda 96 nəfərin neqativ məzmunlu test cavablarını ona verib görüş yerini tərk etmişdir. Daha sonra Seymur Mürsəlovu yığaraq olduğu yer və sənədlərin onda olması barədə məlumat vermişdir. Seymur Mürsəlov cavabında həmin yerə tanışlarının gələrək sənədləri ondan alacağını bildirmiş və qısa müddətdən sonra qara rəngli, rekvizitləri yadında olmayan avtomobildə tanımadığı kişi cinsli 1 nəfər şəxs ona yaxınlaşaraq Seymur Mürsəlovun tanışı olduğunu demişdir. Əlində olan faylda sənədləri həmin şəxsə verib həmin yeri tərk etmişdir. 18 may 2021-ci il tarixdə səhər saatlarında Seymur Mürsəlov onu yığaraq 96 nəfərin adına verilmiş test nəticələrinin saxta olduğu üçün, yəni “TƏBİB”in elektron sistemində aşkar olunmaması səbəbindən uçuşun baş tutmadığını və buna görə də verilmiş pul vəsaitinin qaytarılmasını tələb etmişdir. Hazırda əməlindən peşman olduğunu bildirmiş və barəsində həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin nümayəndəsi X37 izahatında göstərdi ki, TƏBİB-in fəaliyyətinin əsas məqsədi tabeliyində olan tibb müəssisələrində əhalinin sağlamlığının qorunması üçün tibbi xidmətlərin təşkilini təmin etməkdən və tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün tədbirlər görməkdən ibarətdir. TƏBİB əhalinin sağlamlığının qorunması sahəsində əhali üçün əlverişli şərtlər yaradır, tibb müəssisələrinin fəaliyyətini icbari tibbi sığorta sisteminin tələblərinə uyğunlaşdırır. Tibb müəssisələrində tibbi xidmətlərin keyfiyyətinin müasir tələblərə uyğunlaşdırılmasına nəzarət edir. Təqsirləndirilən şəxs törətdiyi əməl ilə TƏBİBin fəaliyyətinə və işgüzar nüfuzuna zərər vurmuşdur. Buna görə də, təqsirləndirilən şəxsin cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, O, “X210” klinikasında laborotoriya müdiri vəzifəsində işləyir. Onlar işləri ilə əlaqadar hər hansı vətəndaşla ünsiyyətdə olmurlar. İstintaqda adları çəkilən şəxsləri ümumiyyətlə tanımır. Klinikada tətbiq edilən elektron sistem vasitəsilə gün ərzində daxil olan nümunələr əsasında avtomatik nəticələr adlarından imzalanır və qeydiyyat şöbəsinə təqdim olunur. Həmin sənədlər QR kod vasitəsilə fərdiləşdirilir. Təqsirləndirilən şəxsi əvvəlcədən görməmişdir, tanımır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, o, “X210” klinikasında pediatr işləyir. Klinikada vətəndaşlarla ünsiyyətdə olmurlar. Vətəndaşın analiz nümunələrə onlara təqdim olunur və işlənilir. Həmin sənəd nümunəsinin kimə məxsus olmasını belə bilmirlər. Klinizada Fonet sistemi tətbiq olunur və hər bir analiz nümunəsi QR kod vasitəsilə fərdiləşdirilir. Saxta sənəddə onların imzaları olduğuna görə ibtidai istintaqa ifadə vermişdir. İfadəsini olduğu kimi təsdiq etmişdir. Ona təqdim olunan sənədlərdən qr kod vasitəsilə araşdırma etmişlər və saxta olduğunu dəqiqləşdirmişlər. Həmin sənədlər təqdim olunan şəxsləri isə tanımır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində bildirmişdir ki, qardaşı X127 aviaşirkətin direktoru vəzifəsində işləyir. Qardaşı xarici dil bilmədiyi üçün ona təqdim olunan sənədlərin düzgünlüyünü yoxlamağı istəmişdir. O da sənədləri yoxlayan zaman tarixlərdə uyğunsuzluq olduğunu aşkar etmiş və Sara kimi tanıdığı Əliyeva Tünzalə adlı xanımla əlaqə saxlamışdır. Tarixlərin dəyişdirilməsi ilə bağlı ona müraciət etdikdə, həmin gün ona yeni sənəd göndərmişdir. Həmin sənədin bu qədər tez dəyişdirilməsi onda şübhə yaratsa da, araşdırmamışdır. 18 may 2021 -ci il tarixdə isə mətbuatda yayılan xəbərlərdən X223 101 nəfər şəxsin saxta test nəticələrinə dair sənədlərlə saxlanılması barədə məlumatları öyrənmiş və həmin an Təqsirləndirilən şəxsla söhbət etdikdə qardaşı etiraf etmişdir ki, Tünzalə Əliyeva 101 nəfər şəxslərin faktiki olaraq test verməsələr də, adlarına neqativ məzmunlu “TƏBİB”in elektron sistemində qeydiyyatdan keçmiş test nəticəsini təsdiq edən sənədləri hazırlanmasını təşkil edəcəyini vəd etmiş, lakin sənədlərin saxta olması sərhəd yoxlanışı zamanı aşkar edilmişdir. O, Əliyeva Tünzalə adlı şəxslə yalnız 1 dəfə görüşmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, oğlu Təqsirləndirilən şəxs aviaşirkətin direktoru vəzifəsində işləyir. Mətbuatda hadisə ilə bağlı məlumat getməzdən 1 gün əvvəl oğlu onu şirkətə göndərmişdir. Taksi ilə getmiş və Əliyeva Tünzalə adlı şəxsi yalnız 1 dəfə həmin gün görmüşdür. Orada ona pul veriləcəyi deyilsə də, kart vasitəsilə online ödəniş edilmiş və o, evə qayıtmışdır. Bundan başqa hadisə ilə bağlı hər hansı məlumatı olmamışdır. 18 noyabrda mətbuatda gedən xəbərlərdən sonra oğlunun belə bir hadisə ilə üzləşdiyini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 və Şahid15 da Şahid5 ilə eyniməzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, "xxxx" MMC-də işləmiş sabiq iş yoldaşı Seymur Mürsəlovu tanıyır, onunla mehriban münasibətləri vardır. Seymur Mürsəlov 2020-ci ilin təxminən dekabr ayında Rusiya Federasiyasına köçdükdən sonra +**********0 mobil nömrəsindən “whatsapp” sosial şəbəkəsi (bundan sonra sosial şəbəkə) vasitəsilə onun istifadəsində olan 055- ***-**-** mobil nömrə ilə əlaqə saxlamışdır (Seymur Mürsəlovla ancaq qeyd etdiyi mobil nömrələrlə saxlamışdır). Danışıqlar zamanı X166 şəhərində adını demədiyi özəl şirkətdə işlədiyini ona bildirmişdir. 17 may 2021-ci il tarixdə axşam saatlarında Seymur Mürsəlov sosial şəbəkə vasitəsilə onun istifadəsində olan mobil nömrəsini yığıb sosial şəbəkə ilə göndərdiyi 293- 17-83 mobil nömrə (provayderi dəqiq xatırlamır) ilə əlaqə saylayıb həmin şəxsdən sənədləri götürüb iş yoldaşı Şahid3 verməsini xahiş etmişdir. ***- **-** mobil nömrə ilə əlaqə saxladıqda onun kişi cinsli şəxs olduğunu müəyyən etmiş və danışıq zamanı Seymurun tanışı olduğunu deyib ondan sənəd götürməli olduğunu bildirmişdir. Həmin şəxs görüş yeri kimi Yasamal rayonunda yerləşən “ASAN Xidmətin” qarşısını təyin etmiş və qara rəngli “CAMRY” markalı 50AB103 dövlət qeydiyyat nişanlı xidməti avtomobillə görüş yerinə gedib həmin şəxsdən şəffaf rəngli faylda sənədləri almışdır. Daha sonra Şahid3 ***-***-**-** mobil nömrəsini yığıb həmin günü axşam saatlarında “Xalqlar Dostluğu” metrostansiyasının yaxınlığında təklikdə görüşüb şəffaf rəngli faylda olan sənədləri təqdim etmişdir. Sonradan baş vermiş hadisələrdən xəbəri olmamış, 2021 -ci ilin may ayının yadında olmayan günündə Gəncə şəhər prokurorluğuna Şahid3la birlikdə dəvət edildiyi üçün ona məlum olmuşdur ki, İrkutsk şəhərində tikintisi planlaşdırılan zavodun inşası ilə əlaqədar Azərbaycandan fəhlələr üçün təyyarəyə biletlər alınmış şəxslərin COVİD-19-a dair PCR testinin (bundan sonra test) neqativ nəticəsini təsdiq edən sənədlər saxta çıxdığı üçün həmin şəxslər uçuşa buraxılmamış, həmçinin Seymur Mürsəlovun onunla əlaqələndirdiyi şəxsdən alıb Şahid3 verdiyi sənədlər isə həmin test nəticələri olmuşdur. Sara adı ilə tanınan X74, Təqsirləndirilən şəxs, Davud adlı şəxsi tanımır, onlarla hər hansı münasibəti olmamışdır. Seymur Mürsəlov neçə nəfərə bilet alınması, hansı turizm şirkətinə bilet və test nəticələrinə görə nə qədər, hansı qaydada, kimin vasitəsilə, hansı valyuta növündə pul verməsi, test nəticələrinin hansı qaydada təşkil edilməsi, həmin şəxslərin real olaraq hansı tibb müəssisələrində test nümunələri veribverməməsi barədə ona hər hansı məlumat verməmişdir. ***-**-** mobil nömrənin istifadəçisindən fayl paketdə aldığı sənədləri saymadığı üçün sayını bilmir. Hətta həmin sənədlərin məzmununa aldığı vaxt fikir vermədiyi üçün test nəticələri barədə olmasından məlumatsız olmuşdur. ***-**-** mobil nömrənin istifadəçisindən alıb Şahid3 təhvil verərəkən test nəticələri barədə sənədlərin saxta olmasından məlumatsız olmuş, həmin sənədlərin hansı qaydada hazırlanması barədə məlumatı yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid6 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 23 iyul 2020-ci il tarixdən etibarən “X210” klinikasında (bundan sonra klinika) qeydiyyatçı vəzifəsində işləyir. Belə ki, xaricə uçuş biletləri olan şəxslər klinikaya müraciət etdikdə ilkin olaraq qeydiyyatçılar tərəfindən xarici pasport əsasında “FONET” adlı kompyuter proqramında qeydiyyata alınırlar. İlkin qeydiyyatdan sonra müraciətçiyə kompyuter proqramından çıxarış kimi çek təqdim edilir, həmin çek əsasında pasiyent kassada ödəniş etdikdən sonra klinika tərəfindən çek təsdiq edilir. Daha sonra isə pasiyent təsdiq edilmiş çek ilə birlikdə yaxma götürülən xüsusi otağa yaxınlaşır. Həmin otaqda tibb bacıları olan Fatimə Zeynalova, Əsmər Əlizadə, Esmira Qaracayeva, Aygün Haqverdiyevə, Günay Aşıqova, Bənövşə Əlirzayeva, Maya Mirzəyeva, Səadət Seyidova tərəfindən növbəlilik üzrə pasiyentdən götürülmüş yaxma müvafiq qaydada qablaşdırılır və kompyuter sisteminə işlənir. Daha sonra isə kuryer götürülmüş nümunələri labarotoriyaya gətirdikdən sonra nümunələrin labarotoriyaya daxil olmasını təsdiq edən qeyd həkimlaborantlar tərəfindən kompyuter sisteminə işlənir. 2021-ci ilin mart ayının sonundan kimi klinikanın laboratoriyasında Şahid5 Fəridə Mustafazadə ilə birlikdə çalışmış, mart ayının sonundan isə klinikanın laboratoriyasında COVİD-19-a dair testlərin tədqiqi yalnız Şahid5 tərəfindən aparılmışdır. Həkim-laborantlar nümunələri tədqiq edərək alınan nəticəni kompyuter sisteminə daxil edirlər, testin nəticəsi hazır olduqdan sonra həkim-laborantlar tərəfindən kompyuter sistemində cavab təsdiq edilir. Daha sonra isə kompyuter sistemindən hazır sənəd şəkildə klinikanın adından COVİD-19-a dair testin nəticəsi çıxarılır (həmin sənəddə imzalar elektron şəkildə işlənmiş olur), həmin sənəddə klinikanın rekvizitləri, pasiyentin şəxsiyyəti barədə məlumatlar və QR kod qeyd edilir. Son mərhələdə isə testin nəticəsinə dair sənəd gecə növbəsi olduqda qeydiyyat şöbəsinin növbədə olan əməkdaşı tərəfindən, gündüz növbəsində isə qəbul şöbəsinin növbədə olan əməkdaşı tərəfindən pasiyentə təqdim edilir və ya pasiyentin istəyinə əsasən qeydiyyata alınarkən verdiyi “mail” ünvana göndərilir. Turizm şirkətlərinin əməkdaşları Sara adı ilə tanınan X74 və Təqsirləndirilən şəxs, həmçinin Seymur Mürsəlovu və ya Rusiya Federasiyasında işləyən Murad adında şəxsi tanımır, onlarla hər hansı münasibəti olmamışdır. Qönçə Nağıyevanın adına tərtib edilmiş test nəticəsinə dair sənəd klinikanın adından tərtib edilməklə qanuni sənəddir. Belə ki, baxışına təqdim olunan sənədə əsasən Qönçə Nağıyeva klinikaya etdiyi müraciəti üzrə test vermiş və cavab sənədi hazırlanmışdır. Qönçə Nağıyevanın adına tərtib edilmiş sənəddə “Barcode/Card Number” qrafasında qeyd olunan “21-393883/A731086” nömrənin digər saxta sənədlərdə olması ona deməyə əsas verir ki, Qönçə Nağıyevanın adına tərtib edilmiş PDF formatda sənəd üzərində skayner vasitəsilə saxtakarlıq yolu ilə düzəlişlər edilməklə baxışına təqdim olunan klinikanın adından tərtib edilmiş 48 ədəd saxta sənədlər hazırlanmışdır. Baş vermiş sənəd saxtakarlığı ilə onun hər hansı formada əlaqəsi olmamış, sənəd saxtalaşdırılması prosesində hər hansı formada iştirak etməmişdir. Klinikaya çoxlu vətəndaşlar test vermək üçün müraciət etdiklərindən onların hamısını yadında saxlaya bilmir. X137 şəxsən tanımır, onunla hər hansı münasibəti olmamışdır. Klinikanın sorğuya cavab məktubunda göstərildiyi kimi test nəticəsini o, Qönçə Nağıyevaya əlbəəl təqdim etsə də, həmin pasiyenti əvvəllər və ya indi şəxsən tanımır. Əlavə olaraq bildirir ki, kompyuter proqramında olan məlumatlara əsasən klinikaya test vermək üçün müraciət etmiş Qönçə Nağıyeva həmçinin cavab sənədinin alınması üçün öz elektron poçt ünvanı kimi “Elektron ünvan ”, mobil nömrəsi kimi ***-***-**-** mobil nömrəsini qeyd etmişdir. Kompyuter proqramının xarakterinə əsasən test cavabları hazır olduqdan sonra müraciət etmiş pasiyentin mobil nömrəsinə məlumatverici məzmunda sms göndərilir, həmçinin elektron poçt ünvanına sənəd PDF formatda göndərilir. X138 da, test cavabları hazır olduqdan sonra ***-***-**-** mobil nömrəsinə məlumatverici məzmunda sms göndərilmiş, “Elektron ünvan ” elektron poçt ünvanına isə sənəd PDF formatda göndərilmişdir. X38 və ya digər şəxsin adına klinikada tərtib edilmiş COVİD-19-a dair test nəticəsini kənar şəxslərə verməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid12 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, 06 may 2021-ci il tarixdə iş yerində olarkən “SOCAR Construction” şirkətinin Rusiya Federasiyası İrkutsk şəhərində tikilən zavodunda boru montajı üçün işçi qrupu yığılması və iş yoldaşı X47 da Rusiya Federasiyasına getməyə hazırlaşması barədə məlumat eşitmişdir. Ona görə də, ***-***-**-** mobil nömrəsindən Davud Məmmədovun istifadəsində olan ***-***-**-** mobil nömrə ilə (Davud Məmmədovla ancaq ifadəsində qeyd etdiyi əlaqə nömrələri ilə danışmışdır) əlaqə saxlayaraq həmin işlə bağlı Rusiya Federasiyasına getmək istədiyini bildirmişdir. Daha sonra görüşdükdə Davud Məmmədov ona bildirmişdir ki, Rusiya Federasiyası İrkutsk şəhərində tikilən zavodda müəyyən işlərin görülməsi üçün işçi qrupu yığılır, həmin işçi qrupunun təyyarə ilə uçuş biletlərinin alınmasının maliyələşdirilməsi “SOCAR Construction” şirkəti tərəfindən həyata keçiriləcəkdir. İşə görə yüksək əmək haqqı ödənildiyini görüb (hər iş saatına görə 5 dollar) Rusiya Federasiyasına getməyə razılıq vermiş və Davud Məmmədovun tələbinə əsasən xarici pasportunun fotoşəklini sonuncunun mobil nömrəsinə “whatsapp” sosial şəbəkəsi ilə göndərmişdir. İlk əvvəl planda 09 may 2021-ci il tarixdə uçuş olsa da, sonrada bilmədiyi səbəbdən fikir dəyişilmişdir. 17 may 2021 -ci il tarixdə saat 14 radələrində o, işdə olarkən Davud Məmmədov mobil nömrəsini yığaraq bildirmişdir ki, 18 may 2021-ci il tarixə saat 12 radələrinə X223n Gəncə-Sankt- Peterburq reysinə uçuş biletləri alınmış və saat 23 radələrində “Xalqlar dostluğu” metrostansiyası tərəfdə “Siyaqut” şadlıq sarayının yaxınlığında 03 ədəd “SOCAR Construction” şirkətinin sərnişindaşıma avtobuslarında işçi qrupunun yığıldığı üçün həmin saatda qeyd olunan ünvanda olmalıdır. Rusiya Federasiyasına getməli olduğu üçün iş yerindən 21 günlük əmək məzuniyyəti götürmüş və 17 may 2021-ci il tarixdə saat 23 radələrində “Xalqlar dostluğu” metrostansiyası tərəfdə “Siyaqut” şadlıq sarayının yaxınlığında 03 ədəd sərnişindaşıma avtobuslarını görüb həmin yerə yaxınlaşmışdır. Davud Məmmədov avtobusa oturmaq üçün onu ötürmüşdür. Müəyyən müddətdən sonra tanımadığı kişi cinsli şəxs avtobusun kabinəsinə daxil olub birbir işçi qrupuna daxil olan şəxslərin adlarını çəkməyə başlamış, adlı çəkilən şəxs avtobusda olduqda həmin şəxsə yaxınlaşıb COVİD-19-a dair neqativ məzmunlu test nəticəsini (bundan sonra test nəticəsi) götürmüşdür. Əlavə olaraq bildirir ki, avtobusda olan işçi qrupuna “X210” klinikasının və “Oksigen Klinik xəstəxanasının adından test nəticələri barədə sənədlər paylanmışdır. Lakin sadalanan adlar arasında onun adının olmadığını görüb bu barədə məlumat vermişdir. Həmin vaxtı Davud Məmmədov ona bildirmişdir ki, Gəncə şəhərinə yola düşdükdən sonra onun test nəticəsini “whatsapp” sosial şəbəkəsindən göndərəcəklər. Daha sonra “SOCAR Construction” şirkətinə məxsus olduğunu bildiyi 03 ədəd sərnişindaşıma avtobuslarında bilmədiyi sayda şəxslərlə birlikdə Gəncə şəhərinə yola düşmüşdür. 18 may 2021-ci il tarixdə saat 07 radələrində Gəncə şəhərinə çatdıqda Davud Məmmədov “whatsapp” sosial şəbəkəsi ilə onun test nəticəsini göndərmiş və Gəncə şəhəində tanımadığı yerə yaxınlaşıb həmin sənədin surətini çıxarmışdır. Belə ki, onun adına olan test nəticəsinə dair sənəd “Oksigen Klinik xəstəxanasf’nın adından verilmişdir. X223 olduqda işçi qrupunun digər üzvləri kimi o da, xarici pasportunu və test nəticəsini sənədləşmə işi üçün Davud Məmmədova vermişdir. Saat 10:00-da qeydiyyat başlansa da, sənədləşmə işində problem olduğu üçün o və işçi qrupunun digər üzvləri hava limanına daxil ola bilməmişlər. Daha sonra onu və işçi qrupunun digər üzvlərini X223 yerləşən xətt polis şöbəsinə dəvət etmişlər və orada izahat verərkən məlum olmuşdur ki, test nəticəsinə dair sənədlər TƏBİB-in elektron sistemində qeydiyyatda olmadığı üçün o və işçi qrupunun digər üzvləri uçuşa buraxılmamışlar. Növbəti günlərdə işçi qrupunun üzvləri Bakı şəhərində Covid- 19-a dair test verərək bilmədiyi reys ilə Rusiya Federasiyasına uçsalar da, həmin uçuşda o, iştirak etməyərək Rusiya Federasiyana getməmişdir. Davud Məmmədov yalnız “SOCAR Construction” şirkəti tərəfindən işçi qrupunun uçuş xərclərinin maliyələşdirilməsi barədə ona məlumat vermişdir. Lakin konket olaraq hansı vəzifəli şəxsin həmin maliyələşdirməni etməsi barədə hər hansı məlumat verməmişdir. Davud Məmmədov ona bildirmişdir ki, Rusiya Federasiyasında olduqda “SOCAR Construction” şirkəti onun və işçi qrupunun digər üzvlərinin zavod tikintisinə cəlb edilməsi ilə əlaqədar vergi, əmək, miqrasiya və digər sahələrdə olan sənədləşmə işlərini görəcəkdir. Davud Məmmədov gec, yəni 17 may 2021ci il tarixdə saat 14 radələrində ona uçuş barədə məlumat verdiyi üçün 18 may 2021-ci il tarixdə X223n Gəncə-Sankt-Peterburq reysinə uçuş üçün hər hansı tibb müəssisəsində COVİD-19-a dair test verməmişdir. Davud Məmmədov ona bildirmişdir ki, “Oksigen Klinik xəstəxanasfnda faktiki olaraq COVİD-19-a dair test verməsə də, onun adına olan neqativ məzmunlu sənəd işçi qrupunun digər üzvlərində olduğu kimi “TƏBİB”in elektron sistemində qeydiyyatdan keçmiş kimi rəsmiləşdirilmişdir. X167 bütün işlərin - saxta test nəticələrinin qanuni şəkildə rəsmiləşdirilməsinin - “SOCAR Construction” şirkəti tərəfindən görüldüyünü deyərək hər hansı narahatlığın yaranmayacağı barədə vədlər etdiyi üçün “Oksigen Klinik xəstəxanasının adından tərtib edilmiş test nəticəsinə dair sənədi istifadə etmişdir. İşçi qrupunun üzvlərinə verilmiş saxta sənədlərin kim tərəfindən hazırlanması, hansı qaydada işçi qrupuna çatıdırılmasından məlumatı yoxdur. Turizm şirkətlərinin əməkdaşları Sara adı ilə tanınan X74 və Təqsirləndirilən şəxs, həmçinin Seymur Mürsəlovu və ya Rusiya Federasiyasında işləyən Çingiz və ya Murad adında şəxsləri tanımır, onlarla hər hansı münasibəti olmamışdır. Lakin iş yoldaşlarından eşitdiyinə görə X168 Federasiyası İrkutsk şəhərində tikilən zavodda müəyyən vəzifədə işləyir. Baş vermiş sənəd saxtakarlığı ilə onun hər hansı formada əlaqəsi olmamış, sənəd saxtalaşdırılması prosesində hər hansı formada iştirak etməmiş, sənədlərin kim tərəfindən saxtalaşdırılması barədə məlumatı yoxdur. X7 Federasiyası İrkutsk şəhərində tikilən zavoda Azərbaycandan işçi qrupunun yığılmasında təşkilati işləri görmüşdür. X185 test nəticəsinə dair sənədlərin saxtalaşdırılması prosesində şəxsən iştirak edib-etməməsindən məlumatı yoxdur. İş üzrə ibtidai istintaq dövrü şahid qismində dindirilmiş və iş materiallarında olan, adlarına saxta test nəticəsinə dair sənədlər tərtib edilmiş X128, X90, X109, X75, X143, X129, X91, X144 və X16 Elvin Arif oğlunun ifadəsində göstərdiyini təsdiq edərək eyni məzmunlu ifadələr vermişlər və əlavə olaraq bildirmişlər ki, avtobuslara Rusiya Federasiyasına getməli olan qaynaqçı və ya boru montajçısı işinibacaran şəxslər yığılmış, həmin şəxslərə rəhbərliyi X110 və X108 etmişdir. “Gəncə şəhər Birləşmiş Xəstəxanası” PHŞ-dən daxil olmuş 19 may 2021- ci il tarixli 09-990 nömrəli məktubda göstərilmişdir ki, 18 may 2021-ci il tarixdə 8716 saylı Gəncə- Sank-Peterburq reysi ilə uçuşdan 4 saat əvvəl uçası 216 sərnişinin müayinələri zamanı "xxxx" və “X210” klinikası tərəfindən COVİD-19 testinin nəticəsi barədə verilmiş 96 arayışın əsaslılığı, saxta olması şübhə doğurmuşdur. Həmin nəticələrin COVİD- 19 testlərinin nəticələrinin mərkəzləşdirilmiş qeydiyyat sistemində əks olunmadığı müəyyən edilmişdir. Qanuna müvafiq tədbirlər təmin edilmiş, sərnişinlər uçuşdan kənarlaşdırılmışdır. X223 xətt polis şöbəsindən daxil olmuş 23 iyun 2021-ci il tarixli 224-1183-1221 nömrəli məktubda göstərilmişdir ki, 18 may 2021-ci il tarixdə X223 saxta COVİD-19 arayışı ilə “Ural” avioşirkətinə məxsus “Gəncə-Sank-Peterburq” avioreysi ilə ölkəni tərk etmək istəyən şəxslərin sayının 96 nəfər olması müəyyən olunsa da, sonradan həmin şəxslərin sayının 101 nəfər olduğu dəqiqləşdirilmişdir. Uçuşdan saxlanılmış şəxslər sonradan da, Gəncə hava limanı vasitəsilə ölkəni tərk etməmişlər. 23 iyun 2021 -ci il tarixli 224-1183- 1221 nömrəli məktuba əlavə edilmiş 18 may 2021 -ci il tarixdə X223 saxta COVİD-19 arayışı ilə ölkəni tərk etmək istəyən şəxslərin hava limanında olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış görüntüləri olan diskə baxış keçirilmişdir. Baxış zamanı 03 ədəd sərnişin daşıyan avtobuslardan çoxsaylı şəxslərin düşərək əl yüklərini götürməsi, sərnişinlər tərk etdikdən sonra 03 ədəd avtobusların meydançadan uzaqlaşması, şəxslərin inzibati binanın qarşısında növbə ilə dayanması, inzibati binanın giriş hissəsində polis əməkaşlarının olması və əl yükləri ilə dayanmış çoxsaylı şəxslərin inzibati binaya buraxılmaması müəyyən edilmişdir. Bu barədə 01 iyul 2021-ci il tarixli protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. “X210” MMC-dən daxil olmuş 09 iyul 2021-ci il tarixli 08119-ç nömrəli məktubda göstərilmişdir ki, “Goncha Naghıyeva” adlı pasiyentdən COVİD-19 PCR testi tibb bacısı Səadət Seyidova tərəfindən götürülmüş, həkim-laborant Şahid5 tərəfindən işlənmiş, nəticəsi qeydiyyatçı Şahid6 tərəfindən kağız daşıyıcıda təqdim olunmuşdur. “X210” MMCdə COVİD-19 PCR testi verən pasiyentlərin şəxsiyyət vəsiqələrinin surəti saxlanılmır, lakin şəxsiyət vəsiqəsinin FİN kodu qeyd edilir. Odur ki, “Goncha Naghıyeva” adlı pasiyentin şəxsiyət vəsiqəsinin FİN kodu: 7BX99P5, mobil nömrəsi +994 50 *** ** ** olmuşdur. “X210” MMC-nin tərtib etdiyi COVİD-19 PCR testlərinin nəticələrini əks etdirən sənədlərdə “Barcode/Card Number” hər bir nəticə üçün dəyişən göstəricidir, “Document №” isə klinikaya müraciət etmiş pasiyentlərin sayını göstərməklə bir pasiyentin dəfələrlə müraciət etməsindən asılı olmayaraq sabit qalır. “Document №” bölməsi üzrə qeydiyyat 2012-ci ildən etibarən aparılır və təqdim olunan sənədlərin əksinə olaraq 10 (on) yox, 8 (səkkiz) rəqəmdən ibarət olur. Sorğuya əlavə edilmiş cədvəldə göstərilən “Barcode/Card Number” və “Document №” barədə məlumatlar sistemdə aşkar olunmadığı üçün “X210” tərəfindən tərtib edilməmişdir. “X210” MMC-dən daxil olmuş 16 sentyabr 2021-ci il tarixli 0839-ç nömrəli məktubda göstərilmişdir ki, 28 noyabr 2000-ci il təvəllüdlü X111 COVİD-19-a air PCR testi vermək üçün qeydiyyata alınarkən test nəticəsinə dair sənədin göndərilməsi üçün “Elektron ünvan ” elektron poçt ünvanını vermişdir. Adıçəkilən pasiyentin test nəticəsini əks etdirən sənəd “X210” MMC tərəfindən elektron formada həmin elektron poçt ünvanına göndərilmişdir. “Oksigen Klinik xəstəxanasından daxil olmuş 27 iyul 2021-ci il tarixli 122/21 nömrəli məktubda göstərilmişdir ki, "xxxx" MMC- nin tərtib etdiyi “COVİD-19”-a dair PCR testlərin neqativ nəticəsini təsdiq edən sənəddə “Sənəd/ Kart Nömrə” qrafasında göstərilən məlumatlar həmin şəxslər haqqında olan məlumatlardır. "xxxx" MMC-yə təqdim olunmuş 53 nəfərdən ibarət olan siyahıda adları qeyd olunan şəxslər “COVİD- 19”-la bağlı klinikaya müraciət etməmiş və müayinədən keçməmişlər. Həmin şəxslərə "xxxx" MMC tərəfindən “COVİD-19”-a dair PCR testin nəticələrinə dair arayış verilməmiş və qeydiyyata alınmamışdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 15 iyul 2021 -ci il tarixli 7/2509 nömrəli məktuba əlavə edilmiş X76 məxsus 01 ədəd “Xiaomi M i 10T(5G)” markalı mobil telefona baxış keçirilmişdir. Baxış zamanı mobil telefonda iş materiallarında olan 81 nəfər şəxsin xarici pasport şəkillərinin olması, X154 Bayramovun bacısı Şahid14 “whatsapp” sosial şəbəkəsi vasitəsilə 18 may 2021-ci il tarixdə saat 01:38dən saat 03:46-dək olan müdət ərzində iş materiallarında olan şəxslərin adına “X210” klinikasının və "xxxx" tərəfindən verilməsi görüntüsü yaradan saxta COVİD-19-a dair PCR test nəticəsinə dair tərtib edilmiş sənədləri PDF formatda göndərməsi müəyyən edilmişdir. Bu barədə 17 iyul 2021-ci il tarixli protokol tərtib edilərək cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi X25, X12, X98, X79, X80, X3, X54, X39, X13, X8, X99, X55, X56, X40, X18, X81, X19, X116, X4, X100, X82, X141, X57, X58, X83, X114, X20, Məmmədov İlkin Vəkil oğlunun, X101, X21, X41, X84, X77, X42, X59, X60, X61, X14, X26, X62, X117, X27, X43, X28, X85, X102, X63 və X5 adlarına “X210” klinikası tərəfindən verilməsi görüntüsü yaradan 48 ədəd 17.05.2021-ci il tarixli, o cümlədən, X64, X29, X65, X66, X95, X30, Şahid12, X103, X44, X118, X104, X45, X1, X9, X6, X67, X119, X68, X31, X120, X86, X87, X121, X105, X15, X46, X47, X69, X32, X122, X88, X22, X33, X89, X48, X34, X70, X112, X106, X71, X107, X124, X35, X130, X49, X23, X72, X50, X51, X73, X125, X126 və X52 adlarına "xxxx" tərəfindən verilməsi görüntüsü yaradan 53 ədəd 17.05.2021-ci il tarixli neqativ məzmunlu, ümumilikdə 101 ədəd COVİD-19-a dair saxta PCR test nəticələrinə dair sənədlər vardır. İş materiallarına əlavə edilmiş sənədlərdən göründüyü kimi, Təqsirləndirilən şəxs 12 dekabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən ********** №-li VÖEN-lə vergi ödəyicisi kimi qeydiyyata alınmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 12 dekabr 2019-cu il ildən direktoru işlədiyi müddətdə işçilərin işə qəbul və işdən azad edilməsi, başqa fiziki və hüquqi şəxslərlə müqavilələrin bağlanılması, öhdəliklərin götürülməsi və öhdəliklərə görə cavabdehlik daşınılması, turizm fəaliyyəti ilə əlaqədar ölkə daxili və xarici turların, təyyarə uçuşlarına biletlərin satışının təşkil edilməsi kimi başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etmək səlahiyyətlərinə malik təşkilati-sərəncamverici və inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən rəhbər vəzifəli şəxsdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir. Məhkəmə əməlin tövsifi məsələsində qeyd edir ki, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayət əməllərindən Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə tövsif edilməsi hissəsi əsaslı olmuşdur, ona görə də törətmiş olduğu əməllərinin Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələri ilə tövsif edilməsi hissəsi düzgündür. Lakin təqsirləndirilən şəxsin törətmiş olduğu əməllərdən, Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə tövsif edilməsi hissəsi ilə məhkəmə razılaşmır və məhkəmə hesab edir ki, həmin hissədə əməl Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, təqsirləndirilən şəxs "xxxx" MMC-nin rəhbər vəzfəli şəxsi olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 iyun 2020-ci il tarixli, 199 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyası dövründə Azərbaycan Respublikasında uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımaların təşkili üzrə müvəqqəti Qaydaları”n 2.1.3-cü bəndinə əsasən Azərbaycan Respublikasına uçuşlar icra edən bütün aviadaşıyıcılar uçuşdan əvvəl 48 saat ərzində COVİD-19-a dair PCR testindən keçən, nəticələri neqativ olan sərnişinlərin reysə qəbul edilməli olmasına hüquq verən sənədi, yəni hazırkı halda verilmiş ittihama əsasən Ural Hava yolları ilə Gəncə-Sankt-Peterburq reysinə uçuş biletləri almış 101 nəfər şəxsə 2 klinikanın adından cəmi 101 ədəd COVİD- 19-a dair PCR test nəticələrinin məzumununa bilə-bilə həmin şəxslərin ümumvətəndaş pasportlarının seriya nömrələri əsasında PCR test nəticələrinin neqativ olmasına dair yalan qeydlər etməklə, hüquq verən rəsmi sənəd hesab edilən COVİD-19-a dair PCR test nəticələri saxtalaşdırmaqla hazırlamaqda, satmaqda, istifadə edilməsində, bununla da həmin hərəkətləri ilə dünyada yayılmış koronavirus pandemiyası ilə mübarizədə əhalinin sağlamlığının qorunması ilə əlaqədar koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə vətəndaşların sağlamlığının təmin edilməsi və qorunması, icra strukturlarının, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrinin düzgün müəyyən edilməsi istiqamətində məqsədyönlü fəaliyyətini pozmaqla Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmişdir. Yəni vəzfəli şəxsi olaraq qabaqcadan əlbir olan bir qrup şəxs qismində hüquq verən rəsmi sənədi, yəni uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarında istifadə etmək üçün, 101 nəfər şəxsə hüquq verən rəsmi sənəd hesab edilən COVİD-19-a dair PCR test nəticələri saxtalaşdırmaqla hazırlamaqda, satmaqda, istifadə edilməsində təqsirləndirilir. Həmin əməlin CM-nin 308.2-ci maddəsinin tərkibinin yaradılmasını isə ittihamda onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq həmin əməllə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən suiistifadə etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin dispozisiyasına əsasən vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurma həmin maddənin tərkibini yaradır. Lakin Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə Cinayət Məcəlləsinin 308.2-ci maddəsinin tərkibini yaradır. Hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxs vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət əməlini seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törətməmişdir. Ona belə bir ittiham verilməmişdir. Belə olduğu təqdirdə ona ibtidai istintaq orqanı tərəfindən elan edilmiş Cinayət Məcəlləsinin 308.2-ci maddə ilə bağlı ittiham, vurulmuş zərərin nəticələrinə münasibətdə, yəni vurulmuş ziyanın nəticələrinin ağırlığı ilə bağlı olmuşdur. Yəni Cinayət Məcəlləsinin 308-ci maddəsinə münasibətdə törədilmiş cinayətin ağırlığına səbəb olan meyarlar və nəticələr, vurulmuş ziyanın nəticələrinin ağırlığını müəyyən edən ziyanın miqdarı ilə bağlı olmamışdır. Hazırkı iş üzrə zərərçəkmiş şəxs Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsə hər hansı məbləğdə ziyan vurulmamış, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli hər hansı ağır nəticələrə səbəb olmamış, əməl aşkarlanaraq ictimai təhlükəli nəticələri aradan qaldırılmışdır. Həmçinin həmin əməllə Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə vahid niyyətlə ağır nəticələrə səbəb olan mühüm zərər vurulduğu qeyd edilsə də, ağır nəticələrin nədən ibarət olması ittihamda qeyd edilməmişdir. Həmiçinin həmin saxta sənədlərin hazırlanması, satılması və ya istifadə edilməsi nəticəsində digər hər hansı bir ağır nəticənin, yəni hazırkı verilmiş ittihama xas ola biləcək nəticələr kimi, həmin saxta sənədlərdən istifadə nəticəsində digər şəxslərin xəstəliyə yoluxması, səhhətlərinə zərər dəyməsi, hər hansısa bir şəxsə miqdarına münasibətdə ağır maddi zərərin vurulması ittihamda qeyd edilməmişdir. Həmçinin hazırlanan həmin saxta sənədlərin hüquqvericiliyi uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarında istifadə etmək üçün olduğundan, həmin sənədin COVİD-19-a dair PCR test nəticələrinin saxtalaşdırılması ilə əlaqədar olub-olmaması, həmin əməl üzrə CM-nin 308.2-ci maddəsinin tərkibini yaradan, xüsusi tövsifedici əlamət olan, ağır nəticələrə səbəb olan mühüm zərər vurma kimi qiymətləndirilə bilməz. Həmin əməl fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan, hazırkı halda isə ittihama əsasən Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin qanunla qorunan mənafelərinə mühüm zərər vura kimi qiymətləndirilməlidir. Bununla da təqsirləndirilən şəxsin “Vəzifə səlahiyyətlərindən sui-istifadə”, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsinin nəticəsi kimi, 101 nəfər şəxsə uçuşların və hava nəqliyyatı ilə sərnişin daşımalarında istifadə etmək üçün COVİD-19-a dair PCR test nəticələrinin saxtalaşdırılması ilə nəticələndiyindən, “Vəzifə səlahiyyətlərindən sui-istifadə” əməli CMnin 308.2-ci maddəsində göstərilən ağır nəticələrə deyil, CM-nin 308.1-ci maddəsində göstərilən mühüm zərər vurma ilə nəticələnmişdir. Beləliklə təqsirləndirilən şəxsin törətmiş olduğu əməllər Cinayət Məcəlləsinin 320.1, 320.2, 308.1-ci maddələri ilə tövsif edilməlidir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxslərin şəxsiyyətlərinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumların islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Cinayət Məcəlləsinin 308.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə islah işləri növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Cinayət Məcəlləsinin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də Cinayət Məcəlləsinin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, Cinayət Məcəlləsinin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə Cinayət Məcəlləsinin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə islah işləri növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsinin cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün Cinayət Məcəlləsinin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə hər hansı maddi zərər dəyməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ailənin yeganə qazanc gətirən şəxsi olmasını, ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, istintaqa cinayət əməlinin aşkar edilməsində köməklik göstərməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs barəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 772/2021 saylı, 29.07.2021-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. Beləliklə, o, 3 ay 25 gün həbsdə saxlanılmışdır. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 ay 25 günlük müddət CM-nin 68-ci maddəsi nəzərə alınmaqla ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs islah işləri cəzasını faktiki çəkmiş hesab edilməlidir. Maddi sübut kimi tanınan “X210” klinikası tərəfindən 17 may 2021-ci il tarixdə verilməsi görüntüsü yaradan 48 ədəd, o cümlədən, X25 adına ********** nömrəli, X12 adına ********** nömrəli, X98 adına ********** nömrəli, X79 adına ********** nömrəli, X80 adına ********** nömrəli, X3 adına ********** nömrəli, X54 adına ********** nömrəli, X39 adına ********** nömrəli, X13 adına ********** nömrəli, X8 adına ********** nömrəli, X99 adına ********** nömrəli, X55 adına ********** nömrəli, X56 adına ********** nömrəli, X40 adına ********** nömrəli, X18 adına ********** nömrəli, X81 adına ********** nömrəli, X19 adına ********** nömrəli, X116 adına ********** nömrəli, X4 adına ********** nömrəli, X100 adına ********** nömrəli, X82 adına ********** nömrəli, X141 adına ********** nömrəli, X57 adına ********** nömrəli, X58 adına ********** nömrəli, X83 adına ********** nömrəli, X114 adına ********** nömrəli, X20 adına ********** nömrəli, Məmmədov İlkin Vəkil oğlunun adına ********** nömrəli, X101 adına ********** nömrəli, X21 adına ********** nömrəli, X41 adına ********** nömrəli, X84 adına 59800243 nömrəli, X77 adına ********** nömrəli, X42 adına ********** nömrəli, X59 adına ********** nömrəli, X60 adına ********** nömrəli, X61 adına ********** nömrəli, X14 adına ********** nömrəli, X26 adına 59800244 nömrəli, X62 adına ********** nömrəli, X117 adına ********** nömrəli, X27 adına ********** nömrəli, X43 adına ********** nömrəli, X28 adına ********** nömrəli, X85 adına ********** nömrəli, X102 adına ********** nömrəli, X63 adına ********** nömrəli və X5 adına ********** nömrəli, "xxxx" tərəfindən 17 may 2021-ci il tarixdə verilməsi görüntüsü yaradan 53 ədəd, o cümlədən, X64 adına 00785085/C01530286 nömrəli, X29 adına 00785103/C00867450 nömrəli, X65 adına 00785084/C02787772 nömrəli, X66 adına 00785086/C01555247 nömrəli, X95 adına 00785082/C02946717 nömrəli, X30 adına 00785072/C03225783 nömrəli, Şahid12 adına 00785122/C01453246 nömrəli, X103 adına 00785116/C01604797 nömrəli, X44 adına 00785095/C01743867 nömrəli, X118 adına00785091/C01298192 nömrəli, X104 adına 00785073/C00930825 nömrəli, X45 adına 00785089/C01652920 nömrəli, X1 adına 00785107/C00954939 nömrəli, X9 adına 00785108/C02971090 nömrəli, X2 adına 00785081/C02044159 nömrəli, X67 adına 00785120/C01393646 nömrəli, X119 adına 00785102/C03131047 nömrəli, X68 adına 00785111/C00465302 nömrəli, X31 adına 00785114/C01558268 nömrəli, X120 adına 00785068/P5125514 nömrəli, X86 adına 00785079/C02828405 nömrəli, X87 adına 00785074/C02828403 nömrəli, X121 adına 00785098/C03607695 nömrəli, X105 adına 00785094/C03134280 nömrəli, X15 adına 00785110/C01664266 nömrəli, X46 adına 00785104/C01583209 nömrəli, X47 adına 00785101/C00790830 nömrəli, X69 adına 00785109/C01862753 nömrəli, X32 adına 00785119/C00803773 nömrəli, X122 adına 00785124/P4749113 nömrəli, X88 adına 00785069/C01678500 nömrəli, X22 adına 00785117/C00029310 nömrəli, X33 adına 00785070/C01492033 nömrəli, X89 adına 00785087/C02099014 nömrəli, X48 adına 00785106/C00920244 nömrəli, X34 adına 00785115/P4866198 nömrəli, X10 00785096/C00658448 nömrəli, X112 adına 00785080/C00200678 nömrəli, X106 adına 00785090/C5137889 nömrəli, X71 adına 00785113/C01329315 nömrəli, X107 adına 00785105/C00920556 nömrəli, X124 adına 00785077/C03087716 nömrəli, X35 adına 00785071 /C03087715 nömrəli, X130 adına 00785099/C02848648 nömrəli, X49 adına 00785100/C02397884 nömrəli, X23 adına 00785092/C01458296 nömrəli, X72 adına 00785112/C01449883 nömrəli, X50 adına 00785093/C01077198 nömrəli, X51 adına 00785078/C01216833 nömrəli, X73 adına 00785076/C03140633 nömrəli, X125 adına 00785097/C01663790 nömrəli, X126 adına 00785088/C01909231 nömrəli və X52 adına 00785118/C01938465 nömrəli olmaqla, ümumilikdə 101 ədəd neqativ nəticəli COVİD-19-a dair PCR test sənədləri, "xxxx" MMC-nin 09 iyul 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk, "xxxx" MMC-nin 15 iyul 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk və "xxxx" MMC-nin 12 avqust 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk, X76 məxsus 01 (bir) ədəd “Xiaomi Mi 10T(5G)” markalı mobil telefona video çəklişdən istifadə etməklə baxışı təsdiq edən görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” disk, X76 məxsus 01 (bir) ədəd “Huawei” markalı noutbuka video çəklişdən istifadə etməklə baxışı təsdiq edən görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk, X17 video çəkiliş ilə dindirilməsi istintaq hərəkətinin aparılmasının görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “CD” disk, X139 video çəkiliş ilə dindirilməsi istintaq hərəkətinin aparılmasının görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “CD” disk, X223 xətt polis şöbəsinin 23 iyun 2021-ci il tarixli 224-1183-1221 nömrəli məktubuna əlavə edilmiş 18 may 2021-ci il tarixdə X223 saxta COVİD-19 arayışı ilə ölkəni tərk etmək istəyən şəxslərin hava limanında olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin 15 iyul 2021-ci il tarixli 7/2509 nömrəli məktubuna əlavə edilmiş Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində saxlanılan X76 məxsus 01 (bir) ədəd “Xiaomi Mi 10T(5G)” markalı mobil telefon və 01 (bir) ədəd “Huawei” markalı noutbuk, X53 əməlinə qiymət verilməsində istifadə edilməsi üçün və həmin icraat çərçivəsində həmin maddi sübutun taleyi həll edilməli olduğundan, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində saxlanılmalıdır. Belə ki, hazırkı iş üzrə iş materiallarında lan sübutların qiymətləndirilməsi barədə müstəntiq Elvin Teymurzadə tərəfindən qəbul edilmiş 22.09.2021-ci il tarixli qərara əsasən X97 barəsində başqa cinayət işi ayrılmışdır. Həmçinin Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 16 iyul 2021-ci il tarixli 23/9-2012 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “SAMSUNG GALAXY J 3” markalı mobil telefon və Təqsirləndirilən şəxs sosial şəbəkələrdə yazışmalarını özündə əks etdirən 01 (bir) ədəd “My Passport” markalı yaddaş qurğusu hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsə qaytarılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 və 320.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il (bir il) müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə təqsirli bilindiyi əməli, Cinayət Məcəlləsinin 308.1-ci maddəsinə tövsif edilsin və Cinayət Məcəlləsinin 308.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il (bir il) müddətinə islah işləri cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq, qazancının 20 (iyirmi) faizi məbləğində pul dövlət nəfinə tutulmaqla 01 il 03 ay (bir il üç ay) müddətinə islah işləri cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 03 ay 25 günlük müddət ona təyin olunmuş cəza müddətini əhatə etdiyindən, Təqsirləndirilən şəxs islah işləri cəzasını faktiki çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. İş üzrə maddi sübut olan “X210” klinikası tərəfindən 17 may 2021-ci il tarixdə verilməsi görüntüsü yaradan 48 ədəd, o cümlədən, X25 adına ********** nömrəli, X12 adına ********** nömrəli, X98 adına ********** nömrəli, X79 adına ********** nömrəli, X80 adına ********** nömrəli, X3 adına ********** nömrəli, X54 adına ********** nömrəli, X39 adına ********** nömrəli, X13 adına ********** nömrəli, X8 adına ********** nömrəli, X99 adına ********** nömrəli, X55 adına ********** nömrəli, X56 adına ********** nömrəli, X40 adına ********** nömrəli, X18 adına ********** nömrəli, X81 adına ********** nömrəli, X19 adına ********** nömrəli, X116 adına ********** nömrəli, X4 adına ********** nömrəli, X100 adına ********** nömrəli, X82 adına ********** nömrəli, X141 adına ********** nömrəli, X57 adına ********** nömrəli, X58 adına ********** nömrəli, X83 adına ********** nömrəli, X114 adına ********** nömrəli, X20 adına ********** nömrəli, Məmmədov İlkin Vəkil oğlunun adına ********** nömrəli, X101 adına ********** nömrəli, X21 adına ********** nömrəli, X41 adına ********** nömrəli, X84 adına 59800243 nömrəli, X77 adına ********** nömrəli, X42 adına ********** nömrəli, X59 adına ********** nömrəli, X60 adına ********** nömrəli, X61 adına ********** nömrəli, X14 adına ********** nömrəli, X26 adına 59800244 nömrəli, X62 adına ********** nömrəli, X117 adına ********** nömrəli, X27 adına ********** nömrəli, X43 adına ********** nömrəli, X28 adına ********** nömrəli, X85 adına ********** nömrəli, X102 adına ********** nömrəli, X63 adına ********** nömrəli və X5 adına ********** nömrəli, "xxxx" tərəfindən 17 may 2021-ci il tarixdə verilməsi görüntüsü yaradan 53 ədəd, o cümlədən, X64 adına 00785085/C01530286 nömrəli, X29 adına 00785103/C00867450 nömrəli, X65 adına 00785084/C02787772 nömrəli, X66 adına 00785086/C01555247 nömrəli, X95 adına 00785082/C02946717 nömrəli, X30 adına 00785072/C03225783 nömrəli, Şahid12 adına 00785122/C01453246 nömrəli, X103 adına 00785116/C01604797 nömrəli, X44 adına 00785095/C01743867 nömrəli, X118 adına00785091/C01298192 nömrəli, X104 adına 00785073/C00930825 nömrəli, X45 adına 00785089/C01652920 nömrəli, X1 adına 00785107/C00954939 nömrəli, X9 adına 00785108/C02971090 nömrəli, X2 adına 00785081/C02044159 nömrəli, X67 adına 00785120/C01393646 nömrəli, X119 adına 00785102/C03131047 nömrəli, X68 adına 00785111/C00465302 nömrəli, X31 adına 00785114/C01558268 nömrəli, X120 adına 00785068/P5125514 nömrəli, X86 adına 00785079/C02828405 nömrəli, X87 adına 00785074/C02828403 nömrəli, X121 adına 00785098/C03607695 nömrəli, X105 adına 00785094/C03134280 nömrəli, X15 adına 00785110/C01664266 nömrəli, X46 adına 00785104/C01583209 nömrəli, X47 adına 00785101/C00790830 nömrəli, X69 adına 00785109/C01862753 nömrəli, X32 adına 00785119/C00803773 nömrəli, X122 adına 00785124/P4749113 nömrəli, X88 adına 00785069/C01678500 nömrəli, X22 adına 00785117/C00029310 nömrəli, X33 adına 00785070/C01492033 nömrəli, X89 adına 00785087/C02099014 nömrəli, X48 adına 00785106/C00920244 nömrəli, X34 adına 00785115/P4866198 nömrəli, X10 00785096/C00658448 nömrəli, X112 adına 00785080/C00200678 nömrəli, X106 adına 00785090/C5137889 nömrəli, X71 adına 00785113/C01329315 nömrəli, X107 adına 00785105/C00920556 nömrəli, X124 adına 00785077/C03087716 nömrəli, X35 adına 00785071 /C03087715 nömrəli, X130 adına 00785099/C02848648 nömrəli, X49 adına 00785100/C02397884 nömrəli, X23 adına 00785092/C01458296 nömrəli, X72 adına 00785112/C01449883 nömrəli, X50 adına 00785093/C01077198 nömrəli, X51 adına 00785078/C01216833 nömrəli, X73 adına 00785076/C03140633 nömrəli, X125 adına 00785097/C01663790 nömrəli, X126 adına 00785088/C01909231 nömrəli və X52 adına 00785118/C01938465 nömrəli olmaqla, ümumilikdə 101 ədəd neqativ nəticəli COVİD-19-a dair PCR test sənədləri, "xxxx" MMC-nin 09 iyul 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk, "xxxx" MMC-nin 15 iyul 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk və "xxxx" MMC-nin 12 avqust 2021-ci il tarixli məktubuna əlavə edilmiş 01 (bir) ədəd “CD” disk, X76 məxsus 01 (bir) ədəd “Xiaomi Mi 10T(5G)” markalı mobil telefona video çəklişdən istifadə etməklə baxışı təsdiq edən görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” disk, X76 məxsus 01 (bir) ədəd “Huawei” markalı noutbuka video çəklişdən istifadə etməklə baxışı təsdiq edən görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “DVD” disk, X17 video çəkiliş ilə dindirilməsi istintaq hərəkətinin aparılmasının görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “CD” disk, X139 video çəkiliş ilə dindirilməsi istintaq hərəkətinin aparılmasının görüntülərini özündə əks etdirən 01 (bir) ədəd “CD” disk, X223 xətt polis şöbəsinin 23 iyun 2021-ci il tarixli 224-1183-1221 nömrəli məktubuna əlavə edilmiş 18 may 2021-ci il tarixdə X223 saxta COVİD-19 arayışı ilə ölkəni tərk etmək istəyən şəxslərin hava limanında olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınmış görüntüləri özündə əks etdirən 01 (bir) ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş 16 iyul 2021-ci il tarixli 23/9-2012 nömrəli məktuba əlavə edilmiş Təqsirləndirilən şəxs məxsus 01 (bir) ədəd “SAMSUNG GALAXY J 3” markalı mobil telefon və Təqsirləndirilən şəxs sosial şəbəkələrdə yazışmalarını özündə əks etdirən 01 (bir) ədəd “My Passport” markalı yaddaş qurğusu hökm qanuni qüvvəsini aldıqdan sonra təqsirləndirilən şəxsə qaytarılsın. Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində saxlanılan X76 məxsus 01 (bir) ədəd “Xiaomi Mi 10T(5G)” markalı mobil telefon və 01 (bir) ədəd “Huawei” markalı noutbuk, X97 ilə bağlı aparılan cinayət təqibində qiymət verilməli olduğundan, həmin maddi sübut Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsində saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Kredo” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Kredo” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən İslam Əliyev
Məhkəmə qərarları › İş №1(004)-406/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-406/2021
23.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver