Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-406/2022 23.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi, Bakı Yeni Yaşayış Kompleksində kirayə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamış. 12 may 2022-ci ıl tarixdə Bakı Metropoliteni QSC-nin “Koroğlu" stansiyasına gəlməklə daşımış, həmin gün saat 23:50 radəlerində metronun “Koroğlu” stansiyasının platformasında arvadı Şahid1 ilə mübahisə etmiş, sonuncu stansiyada xidmət aparan Bakı Metropolitenində Polis Şöbəsinin PPXBnün əməkdaşı Şahid2 yaxınlaşaraq əri Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini bildirmiş, Şahid1 məlumatı əsasında əri Təqsirləndirilən şəxs saxlanılaraq ünvan 3 ünvanında yerləşən Bakı Metropolitenində Polis Şöbəsinə gətirilərək xidməti otaqda 13 may 2022-ci il tarixdə saat 01:40 radələrində üzərinə müdafiəçinin iştirakı ilə videoçəkiliş aparılmaqla şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli gödəkçənin iç sol cibindən «Winchester» markalı siqaret qutusunun içərisindən bir ədəd gümüşü rəngli kağız kəsiyində və bir ədəd şəffaf rəngli sellofan kəsiyinə bükülmüş bükülülərdə ayrıayrılıqda təmiz çəkisi 0,115 qram, 0,049 qram ümumi təmiz çəkisi 0,164 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək sənədləşdirilib götürülmüşdür. İşin halları: Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə xalası qızı Şahid1 ilə rəsmi nigaha daxil olaraq ailə həyatı qurmuşdur. Nərminə ilə birlikdə Rusiya Federasiyasına köçüb orada 5 ay müddətində yaşamışdır. Nərminənin hamilə olması ilə əlaqədar onu Bakı şəhərinə gətirmiş, özü də Bakı şəhərinə gəldikdən sonra 3 gün şəhərdə ailəsinin yanında qalmış, yenidən Rusiya Federasiyasına qayıtmışdır. Rusiya Federasiyasında aşbaz işləmiş, 2021-ci ilin dekabr ayında Rusiya Federasiyasından Azərbaycana qayıtmışdır. Azərbaycanda olanda artıq onların birgə nigahından X8 anadan olmuş, bundan sonra həyat yoldaşı Nərminə və azyaşlı qız övladı Aylin ilə birlikdə ünvan 5 ünvanına köçərək orada yaşamağa başlamış, hazırda Bakı şəhəri Sabunçu rayonu Kürdaxanı qəsəbəsində yerləşən Bakı Yeni Yaşayış Kompleksində qohum evində ailəsi və azyaşlı övladı ilə birlikdə yaşayır. Təxminən 3 ay olar ki, Bakı şəhərində metronun “28 may" stansiyasının yaxınlığında “Elif kafesində aşbaz işləyir. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitə “kakos", yəni heroin istifadə edir, narkotik vasitə olan heroini həm tüstüsünü çəkmək və həmdə ki, ineksiya yolu ilə qəbul edir. Narkotik vasitə heroinə olan təlabatını tanımadığı şəxslərdən müxtəlif pul müqabilində əldə etməklə ödəyir. Xaçmaz rayonunda yaşadığı müddətdə tanımadığı şəxslərlə görüşərək onlara 10 manat ödəniş edib narkotik vasitə heroin alaraq istifadə etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 22:30-də xalası evində olan həyat yoldaşı Şahid1 zəng edib övladını götürüb metronun "Koroğlu" stansiyasına gəlməyini və burada görüşüb birlikdə yaşadıqları evə getməyini bildirmiş, bundan sonra işdən çıxıb metronun “28 may" stansiyasına gəlib “Koroğlu" metrosuna gedərək platformada həyat yoldaşı Nərminə ilə görüşmüş, platformada Nərminə ilə onun arasında söz mübahisə baş vermiş, həmin mübahisəyə səbəb onun gec gəlməsi olmuş, həmin vaxt Nərimınə metronun “Koroğlu" stansiyasında xidmət edən polis əməkdaşlarına yaxınlaşıb onun narkotik maddə istifadəçisi olduğunu bildirmiş, polis əməkdaşları onu saxlayıb Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmiş, ona Bakı Metropolitenində Polis Şöbəsində heç kim fiziki və ya psixi güc tətbiq etməmiş, polis Şöbəsində onun üzərində qanunsuz əşyanın olub-olmadığını soruşulduqda üzərində öz şəxsi istifadəsi üçün narkotik vasitə heroin olduğunu bildirmiş, bundan sonra ona vəkillərin siyahısı təqdim edilmişdir. Əməlindən səmimi peşman olmasını, ailəli olmasını, himayəsində azyaşlı uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun xalası oğludur. xx.xx.2019-cu il tarixdə onunla rəsmi nıgaha daxil olaraq ailə həyatı qurmuş, xx.xx.2019-cu il tarixdə birlikdə Rusiya Federasiyana köçmüş və orada yaşamağa başlamışdır. xx.xx.2021-cı il tarixdə birlikdə Azerbaycana qayıtmışdır. xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyasına qayıtmış, özü isə atası evində qalmış, çünki 5 aylıq hamilə olduğu üçün valdeynləri ona köməklik və qulluq edib həkimə aparıb gətirirmiş, onların birgə nikahından xx.xx.2020-ci il tarixdə X8 anadan olmuşdur. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs Rusiya Federasiyasından Azərbaycana qayıtmış, 2022-ci ilin fevral ayında həyat yoldaşı Təqsirləndirilən şəxs Bakı şəhərinə gəlib onlarla birgə Zabrat qəsəbəsində yaşamağa başlamış. Təqsirləndirilən şəxs metronun “28 may" stansiyasının yaxınlığında "Elit" kafesində aşbaz işləyir. xx.xx.2022-ci il tarixdə metronun “Koroğlu" stansiyasında getmək üçün metronun “Əhmədli” stansiyasından qatara minmiş, metronun “Koroğlu stansiyasında qatardan düşmüş və platformada qucağımda azyaşlı övladı ilə birlikdə dayanaraq həyat yoldaşı Təqsirləndirilən şəxs gözləmiş, təxminən 2 saat platformada Rəşadı gözləmiş, həmin gün saat 23:50 radələrində Təqsirləndirilən şəxs gələrək ona tərəf yaxınlaşmış, qucağında olan azyaşlı Övladı Aylini ondan almış, onun üz nahiyyəsindən bir dəfə sillə vurmuş, həmin vaxtı heç bir xəsarət almamış, buna görə də tibbi ekspertizadan keçməkdən imtina etmişdir. Rəşadın gec gəlmə səbəbini ondan soruşmuş, Rəşad harada olması və hansı səbəblərə görə gec gəlməsi ilə bağlı heç bir söz deməmiş, Rəşad ona əhəmiyyət vermiyərək uşağı da götürüb platformadan çölə çıxmaq uçün hərəkət etmiş, həmin vaxt ağlamağa başlamış, metronun çıxış hissəsində polis əməkdaşları onun ağladığını görüb səbəbini soruşmuşdur. Polis əməkdaşları Təqsirləndirilən şəxs saxlayıb Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmişlər. 12 may 2022-ci il tarixdə saat 23:50 radələrində polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs metronun “Koroğlu" stansiyasında saxlanılan zaman onun üzərində narkotik vasitə olan heroin və şprslər olmasından əvvəlcədən xəbəri olmamış, Rəşad həmişə narkotik vasitə heroındən infeksiya yolu ilə istifadə edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər BPİ-yə bilavasitə tabe olan Bakı Metropolitenində Polis Şöbəsinin PPXB- də polis nəfəri vəzifəsində xidmət edir, 12 may 2022-ci il tarixdə saat 23:50 radələrində Bakı Metropoliteni QSC-nın "Koroğlu stansiyasında xidmətdə olmuş, bu zaman stansiyanın çıxışında əlində körpə uşaq olan qadının bir kişi ilə mübahisə etdiyini görüb onlara yaxınlaşaraq özünü təqdim etmiş və mübahisənin səbəbini öyrənmək istəmiş və həmin vaxt əlində uşaq olan xanım mübahisə etdiyi şəxsin əri olduğunu və onun narkotik vasitə istifadəçisi olduğunu bildirmiş, bundan sonra həmin şəxsin şəxsiyyətini dəqiqləşdirməkdən ötrü onu Bakı Metropolitenində Polis Şöbəsinə dəvət etmiş, polis Şöbəsində olan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Bakı X1 zaman narkotik vasitələrdən istifadə etdiyini və üzərində şəxsi istifadəsi üçün narkotik vasitə "kakos" yəni heroinin olmasını bildirmiş, daha sonra Bakı Metropoliteni Polis Şöbəsinin inzibati binasının xidməti otaqlarının birində Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim edilmiş. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində olan bütün əşyalarını masanın üzərinə qoymaq təklif olunmuş, sonuncu əynindəki əynindəki tünd rəngli gödəkcəsinin içəri sol iç cibindən «Winchester» markalı siqaret qutusunu masanın üzərinə qoymuş, həmin siqaret qutusunun içərisinə baxdıqda içərisində gümüşü rəngli kağız kəsiyinə bükülmüş iki büküm və şəffaf sellofan kəsiyinə bükülmüş bir büküm və üç ədəd boş şpris aşkar edilmiş, həmin gümuşu kağız kəsiyinə bükülmüş bükümlər açıldıqda birinin içərisində qəhvəyi rəngli toz şəkilli kütlə, digəri açıldıqda içərisində kristal şəkilli kütlə, sellofan kəsiyinə bükülmüş büküm açıldıqda isə qəhvəyi rəngli toz şəkilli kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs ağ rəngli kristal şəkilli kütlənin limon duzu, digər bükümlərdə olan vasitələrin narkotik maddə olan heroın olduğunu bildirmiş, bundan başqa Təqsirləndirilən şəxs üzərindən 15 manata yaxın 20 qəpik pul, cib dəsmalı və açarlar aşkar edilmiş, bundan sonra 15 manat pul. cib dəsmalı və açarlar subut əhəmiyyəti kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində gümüşü rəngli kağız kəsiyinə bükülmüş iki bükum və şəffaf sellofan kəsiyinə bükülmüş 1 büküm və 3 ədəd boş şpris zərfə qoyulub qablaşdırılmış, həmin zərf 37 saylı möhürlə möhürlənmiş və zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş digər şahidlər Şahid3 və Şahid4 Bəhram oğlu da Şahid2 ifadəsinə uyğun ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/2755 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,115 qram, 0,049 qram, ümumi çəkisi 0,164 qram olan qəhvəyi rəngli maddə xarici görünüş əlamətlərinə və kimyəvi komponent tərkibinə görə eyni olub, kustar üsulla hazırlanmış vasitə heroindir. Bir ədəd bükümdə təmiz çəkisi 0,447 qram olan ağ rəngli maddənin tərkibindı narkotik vasitə, psixotrop və güclü təsir edən maddələr aşkar edilməmiş, üç ədəd şprisdə narkotik və psixotrop maddələrə aid işlər aşkar edilməmişdir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X2 xx.xx.2022-ci il tarixli 2863 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan opioidlərin qəbulu nəticəsində yaranan “ASİLİLİQ SİNDROMU” (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Hüquqi məsələlər: Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü və həddini təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə Cinayət Məcəlləsinin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin Cinayət Məcəlləsi cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, Cinayət Məcəlləsinin 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan nikah və doğum haqqında şəhadətnamələrin surətlərinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildə Şahid1 ilə nikaha daxil olmuşlar, onların xx.xx.2020-ci il təvəllüdlü X8 adlı uşağı vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını, himayəsində 1 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə saat 01:30 dəqiqədə şübhəli şəxs qismində tutulmuş, bundan sonra xx.xx.2022-ci il tarixdə saat 10:55 də təqsirləndirilən şəxs qismində dindirilmiş, bundan sonra da bir neçə istintaq hərəkətləri keçirilmiş, bundan sonra saat 14:47-də barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti və Bakı şəhər prokurorunun müavininin təqdimatı ilə məhkəməyə müraciət edilmiş, həmin vaxtadək artıq 37 saatdan çox vaxt keçmiş, bundan sonra məhkəmədə barəsində həbs qətimkan tədbirinə baxmış və vəsatət və təqdimat təmin edilməmiş, məhkəmə iclas zalından həbsdən dərhal azad edilmişdir. Bununla da vəsatət və təqdimatla məhkəməyə müraciət edildiyi vaxtadək artıq 37 saatdan çox vaxt keçmiş, bundan sonra məhkəmədə barəsində həbs qətimkan tədbirinə baxmışdır. xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, istintaq dövründə 02 gün həbsdə qalmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, həmçinin 0,427 qram olan ağ rəngli maddə və 3 ədəd şpris məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 02 il 06 ay (iki il üç ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutularkən “həbsdə” saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 il 5 ay 26 gün (iki il beş ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 (altmış beş) manat Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri BPM-nin Təchizat şöbəsində saxlanılan qalıq çəkisi 0,124 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə Bakı şəhəri BPM-nin Təchizat şöbəsində saxlanılan 0,427 qram olan ağ rəngli maddə və 3 ədəd şpris məhv hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 4 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 250 (iki yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən İslam Əliyev
Məhkəmə qərarları › İş №1(004)-406/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-406/2022
23.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver