Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-406/2025 29.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1981-ci ildə Xaçmaz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşamış və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 29,177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2024-cü il tarixdə saat 23 radələrində Yasamal rayonu, H.B.ünvan 3 ünvanında yerləşən 99 saylı uşaq baxçasının həyətinə dəmir çəpəri tullanaraq keçmək yolu ilə həyətinə daxil olmuş, orada bağçanın binasının 1-ci mərtəbəsində yerləşən plastik pəncərənin yuxarı hissənin yarı açıq vəziyyətdə olduğunu görmüş əlini içəriyə salaraq pəncərənin cəftəsini açmaq yolu ilə içəriyə qanunsuz daxil olmuş, orada yerləşən, “Müdir” otağının qarşısına gələrək qapının kilidini təpiklə vurub sındırmaqla saxlanc yerinə daxil olmuş, oradan zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri üzrə Bakı Təhsil İdarəsinə məxsus olan 01 ədəd 350 (üç yüz əlli) manat dəyərində “Lenovo S145” markalı notebooku kompyuteri oğurlayaraq maddi ziyan vurmuş və həmin otaqdan götürdüyü 01 ədəd 500 (beş yüz) manat dəyərində olan “LG” markalı televizoru isə kənardan tanımadığı şəxsin gəldiyini görərək cinayətkar əməlinin gizliliyinin ifşa olunacağını düşünərək öz iradəsindən asılı olmayan səbəbdən uşaq baxçasının həyətinə atıb hadisə yerindən uzaqlaşaraq oğurluq etməyə cəhd etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci tarixdə gecə saat 02 radələrində Yasamal rayonu, Tbilisi prospekti 69A ünvanında yerləşən “Badi Səba” şadlıq sarayının zirzəmisinin sağ yan tərəfində olan yarı plastik pəncərənin təpiklə vurub açmaqla qanunsuz olaraq saxlanc yeri hesab edilən zirzəmiyə daxil olaraq orada saxlanılan zərərçəkmiş şəxs X1 məxsus olan 06 ədəd sellofan torbaların ayrı-ayrılıqda bir ədədinin içərisində olan 01 ədədinin dəyəri 4 manat olmaqla cəmi 120 manat dəyərində 30 ədəd, 01 ədədinin dəyəri 5 manat olmaqla cəmi 500 manat dəyərində 100 ədəd, 01 ədədinin dəyəri 8 manat dəyərində olmaqla cəmi 320 manat dəyərində 40 ədəd, 01 ədədinin dəyəri 10 manat olmaqla cəmi 200 manat dəyərində 20 ədəd, 01 ədədinin dəyəri 15 manat olmaqla cəmi 150 manat dəyərində 10 ədəd, ümumilikdə 1290 manat pul qabları, bir ədəd sellofan torbanın içərisində olan 01 ədədinin dəyəri 1 manat olmaqla cəmi 50 manat dəyərində 50 ədəd, 01 ədədinin dəyəri 40 qəpik olmaqla cəmi 40 manat dəyərində 100 ədəd ümumilikdə 90 manat plastik kartlar qoymaq üçün istifadə olunan qablar, 01 ədədinin dəyəri 15 manat olmaqla cəmi 120 manat dəyərində 8 ədəd, 01 ədədinin dəyəri 13 manat olmaqla cəmi 78 manat dəyərində 6 ədəd, 01 ədədinin dəyəri 10 manat olmaqla cəmi 200 manat dəyərində 20 ədəd, 01 ədədinin dəyəri 8 manat olmaqla cəmi 120 manat dəyərində 15 ədəd, 01 ədədinin dəyəri 7 manat olmaqla cəmi 35 manat dəyərində 5 ədəd, 01 ədədinin dəyəri 5 manat olmaqla cəmi 25 manat dəyərində 5 ədəd, 01 ədədinin dəyəri 4 manat olmaqla cəmi 40 manat dəyərində 10 ədəd ümumilikdə 618 manat dəyərində çantalar olmaqla ümumilikdə 708 manat, bir ədəd sellofan torbanın içərisində 01 ədədinin dəyəri 1 manat olmaqla cəmi 150 manat dəyərində 150 ədəd, 01 ədədinin dəyəri 2 manat olmaqla cəmi 100 manat dəyərində 50 ədəd, 01 ədədinin dəyəri 1 manat 50 qəpik olmaqla cəmi 105 manat dəyərində 70 ədəd ümumilikdə 355 manat dəyərində corablar, 01 ədədinin dəyəri 4 manat olmaqla cəmi 80 manat dəyərində 20 ədəd bellik, 01 ədədinin dəyəri 5 manat olmaqla cəmi 150 manat dəyərində 30 ədəd papaqlar, 01 ədədinin dəyəri 8 manat olmaqla cəmi 40 manat dəyərində 5 ədəd gödəkçələr, 01 ədədinin dəyəri 7 manat olmaqla cəmi 42 manat dəyərində 6 ədəd şalvarlar olmaqla ümumilikdə 667 manat, bir ədəd sellofan torbanın içərisində 01 ədədinin dəyəri 4 manat olmaqla cəmi 100 manat dəyərində 25 ədəd parçadan hazırlanmış dizliklər, 01 ədədinin dəyəri 3 manat olmaqla cəmi 90 manat dəyərində 30 ədəd, 01 ədədinin dəyəri 5 manat olmaqla cəmi 100 manat dəyərində 20 ədəd ümumilikdə 190 manat dəyərində əlcəklər, 01 ədədinin dəyəri 40 manat olmaqla cəmi 200 manat dəyərində 5 ədəd, 01 ədədinin dəyəri 30 manat olmaqla cəmi 210 manat dəyərində 7 ədəd, 01 ədədinin dəyəri 20 manat olmaqla cəmi 200 manat dəyərində 10 ədəd, 01 ədədinin dəyəri 15 manat olmaqla cəmi 150 manat dəyərində 10 ədəd, 01 ədədinin dəyəri 10 manat olmaqla cəmi 100 manat dəyərində 10 ədəd ümumilikdə 860 manat dəyərində naqilsiz qulaqcıqlar, bir ədədinin dəyəri 15 manat olmaqla cəmi 150 manat dəyərində 10 ədəd, bir ədədinin dəyəri 5 manat olmaqla cəmi 100 manat dəyərində 20 ədəd, bir ədədinin dəyəri 5 manat olmaqla cəmi 75 manat dəyərində 15 ədəd, bir ədədinin dəyəri 7 manat olmaqla cəmi 70 manat dəyərində 10 ədəd ümumilikdə 395 manat dəyərində geyim üçün istifadə olunan kəmərlər, bir ədədinin dəyəri 5 manat olmaqla cəmi 150 manat dəyərində 30 ədəd, bir ədədinin dəyəri 3 manat olmaqla cəmi 150 manat dəyərində 50 ədəd, bir ədədinin dəyəri 2 manat olmaqla cəmi 80 manat dəyərində 40 ədəd, bir ədədinin dəyəri 4 manat olmaqla cəmi 120 manat dəyərində 30 ədəd ümumilikdə 500 manat dəyərində naqilli qulaqcıqlar olmaqla ümumilikdə 2045 manat, bir ədəd sellofan torbanın içərisində 01 ədədinin dəyəri 15 manat olmaqla cəmi 150 manat dəyərində 10 ədəd, 01 ədədinin dəyəri 25 manat olmaqla cəmi 125 manat dəyərində 5 ədəd, 01 ədədinin dəyəri 6 manat olmaqla cəmi 60 manat dəyərində 10 ədəd, 01 ədədinin dəyəri 10 manat olmaqla cəmi 100 manat dəyərində 10 ədəd, 01 ədədinin dəyəri 5 manat olmaqla cəmi 100 manat dəyərində 20 ədəd, 01 ədədinin dəyəri 3 manat olmaqla cəmi 30 manat dəyərində 10 ədəd ümumilikdə 565 manat dəyərində telefon üçün istifadə edilən adapterlər, 01 ədədinin dəyəri 5 manat olmaqla cəmi 150 manat dəyərində 30 ədəd, 01 ədədinin dəyəri 2 manat olmaqla cəmi 100 manat dəyərində 50 ədəd, 01 ədədinin dəyəri 3 manat olmaqla cəmi 75 manat dəyərində 25 ədəd ümumilikdə 325 manat dəyərində USB naqillər, 01 ədədinin dəyəri 15 manat olmaqla cəmi 60 manat dəyərində 4 ədəd, 01 ədədinin dəyəri 10 manat olmaqla cəmi 20 manat dəyərində 2 ədəd ümumilikdə 80 manat dəyərində səs gücləndirici cihazlar olmaqla ümumilikdə 970 manat, bir ədəd sellofan torbanın içərisində 01 ədədinin dəyəri 25 manat olmaqla cəmi 100 manat dəyərində 4 ədəd telefon üçün istifadə olunan pover banklar, 01 ədədinin dəyəri 7 manat olmaqla cəmi 70 manat dəyərində 10 ədəd, 01 ədədinin dəyəri 5 manat olmaqla cəmi 100 manat dəyərində 20 ədəd, 01 ədədinin dəyəri 3 manat olmaqla cəmi 60 manat dəyərində 20 ədəd ümumilikdə 230 manat dəyərində təsbehlər, 01 ədədinin dəyəri 1 manat olmaqla cəmi 50 manat dəyərində 50 ədəd, 01 ədədinin dəyəri 2 manat olmaqla cəmi 20 manat dəyərində 10 ədəd, 01 ədədinin dəyəri 3 manat olmaqla cəmi 30 manat dəyərində 10 ədəd ümumilikdə 100 manat dəyərində açar üçün istifadə olunan asılqanları, 01 ədədinin dəyəri 10 manat olmaqla cəmi 50 manat dəyərində 5 ədəd, 01 ədədinin dəyəri 4 manat olmaqla cəmi 40 manat dəyərində 10 ədəd, 01 ədədinin dəyəri 3 manat olmaqla cəmi 30 manat dəyərində 10 ədəd, 01 ədədinin dəyəri 1 manat olmaqla cəmi 40 manat dəyərində 40 ədəd, 01 ədədinin dəyəri 3 manat olmaqla cəmi 90 manat dəyərində 30 ədəd, 01 ədədinin dəyəri 4 manat olmaqla cəmi 80 manat dəyərində 20 ədəd, 01 ədədinin dəyəri 3 manat olmaqla cəmi 90 manat dəyərində 30 ədəd, 01 ədədinin dəyəri 5 manat olmaqla cəmi 75 manat dəyərində 15 ədəd ümumilikdə 495 manat dəyərində avtomobil üçün istifadə olunan aksesuarlar və 01 ədədinin dəyəri 70 manat olmaqla cəmi 70 manat dəyərində 1 ədəd telefon üçün istifadə olunan poverbank ümumilikdə 995 manat olmaqla ümumi dəyəri 6675 (altı min altı yüz yetmiş beş) manat məbləğində zərərçəkmiş şəxs X1 xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, ona 3 sumka bonus qoyublar. Yəni əlavə nəsə üzərinə götürməlidir. Açılmayan nəyisə üstünə atıblar. Özünə aid 3 sumkada özünü təqsirli bilir. Şadlıq sarayının altında anbar kimi yer var idi, oradan götürüb. Pəncərəsi açıq idi. Sumkanı açıb görüb ki, içi müxtəlif avadanlıqlarla doludur. 6600 manat olmasına inanmır. Sədərəkdən onları çox ucuz məbləğə almaq olar. 500 manata 4 dənə elə sumka alar. Bəli, təpik vurub pəncərəni keçmişdir. Zirzəmiyə digər yol zamok idi. Gizli saxlanc yerinə girdiyini qəbul edir. Uşaq bağçasında müdirin otağından gedib götürmüşəm. Orada pəncərədən girmişəm. Oradan noutbuk götürmüşəm. Pəncərə aralı idi. Televizoru götürmədi. Noutbukun markasını xatırlamır. Noutbuk qaytarılıb. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 99 saylı uşaq bağçasında oğurluq hadisəsi olub, direktor tərəfindən təhsil idarəsinə məlumat verilib. Həmçinin istintaq tərəfindən noutbuk ona qaytarılıb. Televizor bağçanın ərazisindən çıxarılmayb. Notbukla bağlı isə şikayət və tələbləri yoxdur. Ərizəni təqdim edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs kimi dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, onlayn ticarətlə məşğuldur. Telefon ləvazimatları və digər əşyalar olmuşdur. 6000 manat ziyan dəyib. Şikayətçidir. Ona çox az məbləğ qaytarılıb. Ödəniş yoxdusa, tutulmağını xahiş edir. Tək adam olmasına şübhə edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, qonşuda adam rəhmətə getmişdi. Növbəni digər əməkdaşa təhvil vermişdir. Ölü yerində bir az özünü pis hiss edib. İşə qayıdıb gələndə görüb ki, bağçada oğurluq hadisəsi olub. Bağçada meyid yox idi. Müdirin otağına girmişdilər. Notbuk aparmışdılar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Haşim qızı ifadəsində göstərmişdir ki, o, 99 saylı bağçanın müdiri işləyir. Oğurluq hadisəsi şənbə günü olub. Gecə vaxtı idi, qar yağırdı. Şəxs pəncərədən girib. Onun otağının qapısını sındırıb. Videoda var. Ətrafı dağıdıb. Telefizor və notbuku götürüb. Televizoru apara bilməyib. Həyətə qoyub. Notbuku isə polis tapıb verib. Əmlak qaytarıldığı üçün barışıq var. Ziyan ödənilib. İş materiallarında olan X4 Mərkəzi tərəfindən verilmiş 07 may 2025-ci il tarixli LP- 060/2025 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş “Lenova” S145 markalı notebookun təqdim olunmuş məmulatların xx.xx.2024-cü il tarixə olan satış qiyməti 350 (üç yüz əlli) manat təşkil edir. İş materiallarında olan X4 Mərkəzi tərəfindən verilmiş 07 may 2025-ci il tarixli LP- 059/2025 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, təqdim olunmuş məmulatların xx.xx.2025-ci il tarixə olan satış qiyməti aşağıdakı kimi müəyyən edilmişdir:
1. “Hoco CS11 A” markalı qara rəngli adapter 01 ədəd 26,00 manat
2. “Feidi cotton” markalı qara rəngli corab 01 cüt 4,00 manat
3. “Javadi” markalı çəhrayı rəngli corab 01 cüt 3,00 manat
4. “YekTa” markalı qara rəngli corab 01 cüt 3,00 manat
5. “Shenjiayi” markalı ağ rəngli corab 01 cüt 3,00 manat
6. “Sambella” markalı boz rəngli corab 01 cüt 3,00 manat
7. Parçadan hazırlanmış göy rəngli kəmər 01 ədəd 14,00 manat
8. “Şanel” markalı nazik elastik corab 01 cüt 1,00 manat
9. Qara rəngli yay papağı 01 ədəd 6,00 manat
10. “Boxerland” markalı qara rəngli yarımbarmaq əlcək 01 cüt 4,00 manat. Beləliklə, əşyaların 12 mart 2025-ci il tarixə ola bazar qiyməti 67(altmış yeddi) manat təşkil edir. İş materiallarında olan maddi sübut kimi tanınmış X1 məxsus və oğurlanmış, 01 ədəd üzərində “Hoco CS11A” markalı qara rəngli adapter , 01 cüt “Feidi cotton” markalı qara rəngli corab, 01 cüt “Javadi” markalı çəhrayı rəngli corab, 01 cüt “YekTa” markalı qara rəngli corab, 01 cüt “Shenjiayi” markalı ağ rəngli corab, 01 cüt “Sambella” markalı boz rəngli corab, 01 ədəd Parçadan hazırlanmış göy rəngli kəmər, 01 cüt “Şanel” markalı nazik elastik corab, 01 ədəd Qara rəngli yay papaq, 01 cüt “Boxerland” markalı qara rəngli yarımbarmaq əlcək sahibinə qəbzlə geri qaytarılmışdırlar. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli, 1 saylı Qərarında qeyd olunmuşdur ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə, özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin Qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslər və şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikası CM-nin: 177.2.2-ci və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 27-ci bəndinə əsasən oğurluq, soyğunçuluq, quldurluq edən şəxsin məqsədi xeyli miqdarda özgə əmlakını ələ keçirmək olduğu halda, onun iradəsindən asılı olmayan səbəblərdən faktiki ələ keçirilən əmlak xeyli miqdardan az olarsa, müvafiq olaraq əməllər Cinayət Məcəlləsinin 29-cu maddəsinə istinad olunmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluğa cəhd kimi Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə, xeyli miqdarda soyğunçuluğa cəhd kimi Cinayət Məcəlləsinin 180.2.5-ci maddəsi ilə və başa çatmış quldurluq kimi Cinayət Məcəlləsinin 181.2.4-cü maddəsi ilə tövsif edilməlidir. Bu zaman faktiki olaraq talanmış əmlakdan çıxış etməklə əməlin həm də bitmiş oğurluq və ya soyğunçuluq, yəni başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi tövsfi edilməsinə ehtiyac yoxdur. Yalnız şəxsin faktiki ələ keçirdiyi özgə əmlakının məbləği cinayətkar məqsədlə ehtiva olunan məbləğdən az olsa da, “xeyli miqdarda ziyan”ın hüdudlarında olduqda, məsələn təqsirkar əlli min manat məbləğində özgə əmlakını ələ keçimək məqsədi ilə oğurluq, soyğunçuluq etdiyi halda faktiki olaraq otuz min manat məbləğində ziyan vurduqda, əməl cinayətə cəhd və yaxud başa çatmış və başa çatmayan cinayətlərin məcmusu kimi deyil, faktiki ələ keçirilmiş məbləğə görə başa çatmış xeyli miqdarda ziyan vurmaqla oğurluq və yaxud xeyli miqdarda ziyan vurmaqla soyğunçuluq kimi qiymətləndirilməlidir. Hazırda cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş ittihamla bağlı 1-ci epizod üzrə saxlanc yerinə qanunsuz daxil olaraq 1 ədəd 350 (üç yüz əlli) manat dəyərində “Lenovo S145” markalı notebooku kompyuteri oğurlaması məhkəmə iclasında öz təsdiqini tapmışdır. Belə olan halda məhkəmə hesab edir ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs verilmiş həmin epizodla bağlı ittiham üzrə zərərçəkmiş şəxsə məxsus olan 1 ədəd 500 (beş yüz) manat dəyərində olan “LG” markalı televizoru öz iradəsindən asılı olmayan səbəbdən uşaq baxçasının həyətinə atıb hadisə yerindən uzaqlaşaraq oğurluq etməyə cəhd etməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə əhatə olunduğundan, ittihamnan xaric edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-421/2022 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 7(007)-1237/2024 saylı qərarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə cəzasının çəkilməmiş hissəsindən qalan 01 ay 23 gün müddətini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Həmçinin belə olduğu təqdirdə Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Bununla da hazırkı cinayəti, əvvəlki hökmlə cəzadan şərti olaraq vaxtından əvvəl azad edildiyi müddətdə, yəni şərti olaraq vaxtından əvvəl azad edildiyi cəzasının çəkilməmiş müddətində törətdiyi üçün və hazırkı cinayət qəsdən törədilən az ağır cinayət hesab edildiyi üçün Azərbaycan Respublikası CM-nin 76.6.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilməli və ona Azərbaycan Respublikası CM-nin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Lenova” S145 ideapad markalı notebook, 01 ədəd üzərində “Hoco CS11A” markalı qara rəngli adapter , 01 cüt “Feidi cotton” markalı qara rəngli corab, 01 cüt “Javadi” markalı çəhrayı rəngli corab, 01 cüt “YekTa” markalı qara rəngli corab, 01 cüt “Shenjiayi” markalı ağ rəngli corab, 01 cüt “Sambella” markalı boz rəngli corab, 01 ədəd parçadan hazırlanmış göy rəngli kəmər, 01 cüt “Şanel” markalı nazik elastik corab, 01 ədəd Qara rəngli yay papaq, 01 cüt “Boxerland” markalı qara rəngli yarımbarmaq əlcəyin sahibinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(007)-1237/2024 nömrəli qərarı ilə çəkilməmiş qalan 01 (bir) ay 23 (iyirmi üç) gün müddətinə şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(011)-421/2022 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 01 (bir) ay 23 (iyirmi üç) gün müddətinə azadlıqdan məhrumetmə cəzası hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli 22 mart 2025-ci il tarixdən hesablansın. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 350 (üç yüz əlli) manat Təqsirləndirilən şəxs tutulub "xxxx" MMC-nin hesabına ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Lenova” S145 ideapad markalı notebook, 01 ədəd üzərində “Hoco CS11A” markalı qara rəngli adapter , 01 cüt “Feidi cotton” markalı qara rəngli corab, 01 cüt “Javadi” markalı çəhrayı rəngli corab, 01 cüt “YekTa” markalı qara rəngli corab, 01 cüt “Shenjiayi” markalı ağ rəngli corab, 01 cüt “Sambella” markalı boz rəngli corab, 01 ədəd parçadan hazırlanmış göy rəngli kəmər, 01 cüt “Şanel” markalı nazik elastik corab, 01 ədəd Qara rəngli yay papaq, 01 cüt “Boxerland” markalı qara rəngli yarımbarmaq əlcəyin sahibinə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan məhkuma təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Orxan Məmmədli