Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-407/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, 17 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 1,015 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 19:00-da yaşadığı ünvan 2 ünvanın qarşısında Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq həmin polis bölməsinə gətirilmiş, bölmənin inzibati binasında üzərinə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə həmin narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o narkotik vasitə olan heroini iyləmək yolu ilə qəbul edir və narkomaniya xəstəliyindən əziyyət çəkir. 2013-cü ildə Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, 2015-cü ildə Yasamal rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. 17 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 15 manat müqabilində bir ədəd gümüşü siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin alıb şəxsi istifadəsi məqsədi ilə üzərində saxlamışdır. Həmin günü saat 19 radələrində Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 48 saylı ünvanının qarşısında iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları ondan üzərində qanunla gəzdirilməsi qadağan edilən əşya və ya hər hansı maddələrin olub-olmadığını soruşmuşlar və o səmimi olaraq polis əməkdaşlarına üzərində heroin adlanan narkotik vasitə olduğunu bidirmişdir. Bundan sonra həmin polis əməkdaşları onu Yasamal RPİ-nin 26-ci PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 26-ci polis bölməsinə getmişdir. Orada polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd gümüşü kağıza bükülmüş heroini çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni 17 iyul 2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 15 manata almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitə olan heroini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Yasamal RPİ-nin 26-cı Polis Bölməsində cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 26-cı Polis Bölməsinə 17 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs Yasamal rayonunun ərazisində qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində daşıması barədə əməliyyat məlmatı daxil olmuşdur. Həmin məlumatı araşdırmaq məqsədi ilə 26-cı PB-nin rəisi tərəfindən qəbul edilərək ondan və əməliyyat müvəkkili Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. 17 iyul 2021-ci il tarixdə saat 19 radələrində Şahid1lə birlikdə Bakı şəhəri, Yasamal rayonu, A.Ağayev küçəsi 48 saylı ünvanın qarşısında olan zaman bir nəfər şəxsin əlamətlərinin Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olduğunu görüb ona yaxınlaşmışlar və Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxsə şəxsiyyəti barədə məlumat verməsini dedikdə saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qanunla qadağan edilən hər hansı əşyanın olub-olmadığını soruşmuşlar və Rüstəm onların bu sualına cavab olaraq bildirmişdir ki, narkotik istifadəçisidir və hazırda üzərində narkotik vasitə olan heroin var. Bu məlumatdan sonra Təqsirləndirilən şəxs onlarla birlikdə 26-cı Polis Bölməsinə getməli olduğunu bildirib və onu avtomobillə 26-cı PB-nin inzibati binasına gətirmişlər. Orada polis əməkdaşının və Təqsirləndirilən şəxs təqdim olunmuş vəkilin iştirakları ilə videoçəkilişdən istifadə edilməklə ona üzərində olan dövriyəsi qadağan edilmiş əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Rüstəm əynində olan göy rəngli cins şalvarın sağ yan cibində olan bir ədəd siqaret qutusunun gümüşü kağızına bükülmüş heroini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış lakin daşınması qadağan edilmiş başqa heç bir əşya aşkar olunmamışdır. Polis əməkdaşının sualına cavab olaraq Rüstəm həmin narkotik vasitə olan heroini həmin gün Baki şəhəri Nəsimi rayonunun ərazisində yerləşən “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi bir şəxsdən 15 manata alıb üzərində saxladığını bildirmişdir. Həmin narkotik vasitə olan heroin zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis kapitanıdır. 17 iyul 2021-ci il tarixdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə xx.xx.1986-cı il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, A.Aşayev küçəsi 48 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq və əməliyyat axtarış tədbirinin keçirilməsi üçün raport tərtib edib Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin rəisinə məruzə etmişdir. 26-cı Polis Bölməsinin rəisinin əmri ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması haqqında cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılaraq qrupun rəhbəri o, qrupun üzvü isə 26-cı Polis Bölmənin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis kapitanı Şahid2 təyin edilmişdir. Bununla bağlı olaraq 17 iyul 2021-ci il tarixdə X8 rayonu ərazisində zəruru əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlamışlar. Həmin gün saat 19:00 radələrində Bakı şəhəri, Yasamal rayonu A.Ağayev küçəsi 48 saylı yaşayış binasının qarşısında əməliyyat məlumatında bildirilən zahirən Təqsirləndirilən şəxs bənzər şəxsin piyada hərəkət edərkən dərhal ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək polis vəsiqələrini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğuna tam əmin olduqdan sonra ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğunu bildirərək onu Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs təklifə etiraz etməyərək onlarla birlikdə Yasamal RPİ-nin 26-cı polis bölməsinə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 26-cı Polis bölməsinə gətirilməsinə dair dərhal bölmə rəisinə məruzə edilmişdir. Bölmə rəisi zəruri təhqiqat hərəkətlərinin keçirilməsini Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 həvalə etmişdir. Baş təhqiqatçı, polis mayoru Aslan Qasımov, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilməzdən əvvəl onu müdafiəçi ilə təmin etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı barədə qərarla tanış edərək video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefondan istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılması haqqında ona bildirilmiş, daha sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal olunan qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarını, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ona edilmiş təklifi qəbul edərək əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız bükümünü təqdim edərək masanın üzərinə qoyub içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Onun təqdim etdiyi bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız bükümü açıldıqda içərisində tünd qəhvəyi rəngdə tozşəkilli, spesfik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin nə olduğunu və üstündə hansı məqsədlə gəzdirdiyi soruşulduqda o, narkotik vasitələrin aludəçisi olduğunu, ondan aşkar edilmiş maddə olan heroini şəxsi istifadəsi üçün 15 manat ödəməklə 17 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan yaşayış massivindən adını və soyadını, eləcə də yaşadığı ünvanını bilmədiyi orta yaşlarında kişidən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin götürülərək zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və protokol iştirakçıları tərəfindən imzalanaraq narkotik vasitənin tərkibinin ekspertiza vasitəsi ilə müəyyən edilməsi üçün göndərilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən bütün proseslər video çəkilişlə qeyd etmişlər. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid1 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 101-104-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Yasamal RPİnin 26-cı Polis Bölməsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Polis leytenantıdır. 17 iyul 2021-ci il tarixdə Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə xx.xx.1986-cı il təvəllüdlü, Bakı şəhəri, Yasamal rayonu, A.Aşayev küçəsi 48 nömrəli evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq və əməliyyat axtarış tədbirinin keçirilməsi üçün raport tərtib edib Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin rəisinə məruzə etmişdir. 26-cı Polis Bölməsinin rəisinin əmri ilə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması haqqında cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılaraq qrupun rəhbəri o, qrupun üzvü isə 26-cı Polis Bölmənin cinayətaxtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 təyin edilmişdir. Bununla bağlı olaraq 17 iyul 2021-ci il tarixdə Şahid2la Yasamal rayonu ərazisində zəruru əməliyyat-axtarış tədbirləri həyata keçirməyə başlamışlar. Həmin gün saat 19:00 radələrində Bakı şəhəri, Yasamal rayonu A.Ağayev küçəsi 48 saylı yaşayış binasının qarşısında əməliyyat məlumatında bildirilən zahirən Təqsirləndirilən şəxs bənzər şəxsin piyada hərəkət edərkən dərhal ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək polis vəsiqələrini təqdim etmişlər. Həmin şəxs də özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar saxladıqları şəxsin Təqsirləndirilən şəxs olduğuna tam əmin olduqdan sonra ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə məlumatları olduğunu bildirərək onu Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs təklifə etiraz etməyərək onlarla birlikdə Yasamal RPİ-nin 26-cı polis bölməsinə gəlmişlər. Bundan sonra Təqsirləndirilən şəxs saxlanılaraq Yasamal RPİ-nin 26-cı Polis bölməsinə gətirilməsinə dair dərhal bölmə rəisinə məruzə edilmişdir. Bölmə rəisi zəruri təhqiqat hərəkətlərinin keçirilməsini Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin baş təhqiqatçısı, polis mayoru X7 həvalə etmişdir. Baş təhqiqatçı, polis mayoru Aslan Qasımov, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış keçirilməzdən əvvəl onu müdafiəçi ilə təmin etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmazdan əvvəl barəsində axtarış və götürmənin aparıldığı barədə qərarla tanış edərək video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefondan istifadə edilərək çəkiliş aparılmaqla şəxsi axtarış və götürmə aparılması haqqında ona bildirilmiş, daha sonra ona paltarında, əşyalarında və ya bədənində olması ehtimal olunan qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarını, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs ona edilmiş təklifi qəbul edərək əynində olan göy rəngli cins şalvarımın sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız bükümünü təqdim edərək masanın üzərinə qoyub içərisində narkotik vasitə heroin olduğunu bildirmişdir. Onun təqdim etdiyi bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız bükümü açıldıqda içərisində tünd qəhvəyi rəngdə tozşəkilli, spesfik qoxuya malik narkotik vasitə heroinə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi maddənin nə olduğunu və üstündə hansı məqsədlə gəzdirdiyi soruşulduqda o, narkotik vasitələrin aludəçisi olduğunu, ondan aşkar edilmiş maddə olan heroini şəxsi istifadəsi üçün 15 manat ödəməklə 17 iyul 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlanan yaşayış massivindən adını və soyadını, eləcə də yaşadığı ünvanını bilmədiyi orta yaşlarında kişidən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd gümüşü siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin götürülərək zərfə qoyularaq qablaşdırılmış, protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf onun və protokol iştirakçıları tərəfindən imzalanaraq narkotik vasitənin tərkibinin ekspertiza vasitəsi ilə müəyyən edilməsi üçün göndərilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən bütün proseslər video çəkilişlə qeyd etmişlər. Təqsirləndirilən şəxs barəsində şəxsi axtarış və götürmə aparılarkən ona qarşı hər hansı bir fiziki və psixi təsir göstərilməmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə müdafiəçi Bakı şəhəri, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun,Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin əməliyyat axtarış üzrə əməliyyat müvəkilləri: polis kapitanı Şahid2, əməliyyat müvəkkili, polis leytenantı Şahid1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılarkən şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunu bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız bükümü təqdim edərək içərisində açıq qəhvəyi rəngli spesifikmiyə malik olan narkotik vasitənin heroin olduğunu, bu maddəni 2021-ci ilin iyul ayının 17-də səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisindəki “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin, adını bilmədiyi kişi cinsli şəxsdən ümumilikdə 15 manata aldığını, özünün narkotik vasitələrin aludəçisi olduğunu, narkotik vasitə olan heroindən istifadə etdiyini, narkotik vasitələrin satışını həyata keçirmədiyini bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Bundan sonra könüllü təqdim olunmuş narkotik vasitə içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq həmin zərf möhürlənmiş, üzərində müvafiq qeydlər aparılmış, şübhəli şəxs, müdafiəçisi və iştirakçılar tərəfindən imzalar edilmişdir. (i.v. 38-39) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 18 iyul 2021-ci il tarixli 6/2956 saylı rəyindən görünür ki, üzərində AR DİN” Zərflər üçün № 170 möhür əksi, “Təqsirləndirilən şəxs təqdim etdiyi...”və s.yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,015 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına ( Siyahı İ ) daxildir. (i.v. 45-49) “Maddi sübut kimi tanımaq haqqında” 24 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,015 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,965 qram heroin istintaqın gedişində maddi sübut kimi tanınmış və saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. (i.v. 92-93) “CD-R disk üzrə videoyazı məlumatlarına baxış keçirilməsi haqqında” 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaret qutusunun gümüşü rəngli kağız bükümü təqdim edərək içərisində açıq qəhvəyi rəngli spesifikmiyə malik olan narkotik vasitənin heroin olduğunu, bu maddəni 2021-ci ilin iyul ayının 17-də səhər saatlarında Bakı şəhəri Nəsimi rayonu ərazisindəki “Kubinka” deyilən ərazidə üzdən tanıdığı, lakin, adını bilmədiyi kişi cinsli şəxsdən ümumilikdə 15 manata aldığını, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən əlavə olaraq hər hansı əşya, predmet aşkar olunmamışdır. Bundan sonra könüllü təqdim olunmuş büküm baş təhqiqatçı X9 tərəfindən içərisi boş olan, ağ rəngli kağız zərfə qoyularaq həmin zərf möhürlənir, üzərində müvafiq qeydlər aparılır, şübhəli şəxs, müdafiəçisi və iştirakçılar tərəfindən imzalar edilir. (i.v. 97-99) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 nəticələrinə dair 17.09.2021-ci il tarixli 3504 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 152-153) “Cinayət işi üzrə sübutlara qiymət verilməsi haqqında” 20 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,015 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,965 qram heroin istintaqın gedişində maddi sübut kimi tanınması və məhkəmənin hökmünədək saxlanması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İstintaqın gedişində Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılması zamanı istifadə edilmiş video çəkiliş görüntüləriniin özündə əks olunduğu üzərində 01 ədəd CD-R modelli disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarında saxlanılmışdır. İş üzrə Təqsirləndirilən şəxs ictimai təhlükəli əməlin təqsirli olaraq törədilməsi özünün etirafedici ifadələri, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə aparılması haqqında 17 iyul 2021-ci il tarixli protokolla, məhkəmə-kimyəvi ekspertizasının 18.07.2021-ci il tarixli 6/2956 nömrəli ekspert rəyi, məhkəmə narkoloji ekspertizasının 17 sentyabr 2021-ci il tarixli 3504 nömrəli rəyi, şəxsi axtarış və götürmə aparılan zaman video çəkilişin CD-R formatlı disk, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,015 qram çəkidə maddi sübut olan narkotik vasitə heroin və cinayət işinin digər materialları sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 154- 164) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-in 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin təmiz çəkisi 1.015 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 17 iyul 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:35-də şübhəli şəxs qismində tutulmuşdur; (i.v. 22) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 19.07.2021-ci il tarixli 4(004)-371/2021 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində əvvəli 17 iyul 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 92-94) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 03.08.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18.10.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29.09.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 23.06.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 4-cü bəndinə əsasən cəzası 6 ay azaldılmışdır. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29.12.2016-cı il tarixli qərarı ilə 01 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılıb (i.v. 110-112) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli 1(004)-507/2015 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. (i.v. 138-143) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 18 oktyabr 2013-cü il tarixli 1(004)-548/2013 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2013-cü il tarixdən hesablanmışdır. (i.v. 144-147) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.1-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində sınaq müddəti başa çatdıqda, çəkilməmiş əlavə cəzası olduğu hallarda isə həmçinin əlavə cəza icra olunub qurtardıqda məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Təqsirləndirilən şəxs əvvəllər Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 29 sentyabr 2015-ci il tarixli 1(004)-507/2015 saylı hökmünə əsasən 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 29.12.2016-cı il tarixli qərarı ilə 01 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir və cəzasını tam çəkdiyi üçün qeydiyyatdan çıxarılmışdır, CM-nın 83-cü maddələrinə əsasən onun məhkumluğu ödənilmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİNnin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.965 qram qalıq çəkisi olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 17 iyul 2021-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Yasamal rayon Polis İdarəsinə saxlanca verilmiş narkotik vasitə heroinin qalıq çəkisi məhv edilməli (CPM-in 132), məhkəmə məsrəflərinə aid olan ekspertiza tədqiqatının dəyəri ona aid hissədə təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-in 198.1), Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi, məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat, Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 17 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 0.965 qram olan narkotik vasitə heroin məhv edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 109.90 (bir yüz doqquz manat doxsan qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 55 (əlli beş) saata görə 330 (üç yüz otuz) manat “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun hesabına, Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə iclaslarında müdafiə edilməsinə sərf etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-407/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-407/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver