Məhkəmə qərarları › İş №1(004)-407/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-407/2022

26.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-407/2022 26.08.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3 Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1972-ci ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, mənzil 1-də yaşamış, hazırda Abşeron rayonu Masazır kəndində fərdi yaşayış evində yaşayış yeri olan və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 10 may 2022-ci il tarixdə saat 14:00 radələrində metronun “İnşaatçılar” stansiyasında eskalatora minmiş zərərçəkmiş Zərərçəkmiş şəxs sağ çiynindən asmış olduğu əl çantasından sonuncuya məxsus dəyəri 808 manat olan «Samsung Galaxy» markalı, “A52” modelli, **********7760 İMEİ kodlu mobil telefonu, dəyəri 5 manat olan ***-***-**-** saylı GSM nömrəni, həmin telefonun üzərindəki dəyəri 7 manat olan telefon kabrosunu, dəyəri 5 manat olan ekran qoruycusu, dəyəri 8 manat olan pul qabını və həmin pul qabının içərisində olan 77 manat nağd pulu çıxarıb gizli talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 910 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, Göyçay şəhərində 7 nömrəli tam orta məktəbdə təhsil almış, Azərbaycan dilində latın qrafikası ilə yazıb oxumağı bacarır, tərcüməçiyə ehtiyacı olmadığını, ifadəsinin müstəntiq tərəfindən kompüter vasitəsi ilə yazılmasına etiraz etmədiyini bildirmiş, ünvan 3 ünvanında qeydiyyatdadır, ünvan 4 ünvanında yaşayır. xx.xx.2015-ci il tarixdə Nəsimi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Resublikası 29, 180.1-ci maddəsi ilə 11 ay 24 gün müddətinə icbari cəzaya məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə Nizami Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Xəzər rayon məhkəməsinin qərarı ilə vaxtından əvvəl şərti olaraq azadlığa buraxılmış, əvvəllər tanımadığı Zərərçəkmiş şəxs şikayət ərizəsi ilə tanış olaraq bildirmişdir ki, əvvələr Zərərçəkmiş şəxs tanımamış, 10 may 2022-ci il tarixdə saat 13:00 radələrində metronun “İnşaatçılar” stansiyasına gəlmək üçün metronun “Nizami” stansiyasından qatara minmiş, qatar "Dərnəgül” stansiyası istiqamətində hərəkət etmiş, həmin tarixdə saat 13:30 radələrində qatar metronun “Nəriman Nərimanov” stansiyasında saxlamış, metronun “Nəriman Nərimanov” stansiyasında Zərərçəkmiş şəxs qatarın içərisinə daxil olmuş və oturacaqda əyləşmiş, həmin vaxt qatarda ayaq üstdə dayanmış, Lalənin sağ çiynində əl çantası olduğunu görmüş, həmin çanta açıq vəziyyətdə olduğundan çantada telefon və pul kisəsi olduğunu açıq aydın görünürmüş, qatarda olan vaxtı qərara gəlmişdir ki, Lalə qatardan düşdükdən sonra əlverişli şərait tapsın və çantada olan telefon və pul kisəsni oğurlasın, qatar metronun “İnşaatçılar” stansiyasında saxladıqdan sonra Lalə qatardan düşdükdən sonra onun arxasınca qatardan düşmüş, onun məqsədi həmin çanatdakı telefonu və pul kisəsində pul vardırsa, həmin pulu oğurlamaq olmuş, həmin tarixdə saat 14 radələrində metronun “İnşaatçılar” stansiyasında Zərərçəkmiş şəxs qatardan düşdükdən sonra onu təqib etməyə başlamış, Lalə eskalatora minmiş, onun arxasınca eskalatora minmiş və arxasında dayanmış, Lalənin sağ çiyin nahiyyəsində olan əl çantanın zamokunun açıq olmasından istifadə edərək onun əl çantasında olan mobil telefonu və pul kisəsini oğurlamış, eskalatordan düşdükdən sonra yoluna davam edərək metrodan çölə çıxmış, bundan sonra Yasamal rayonu ərazisində yerləşən “Baku Mail” ticarət mərkəzinin yanına gəlmiş, Zərərçəkmiş şəxs əl çantasından oğurladığı dəri materiallı, ağzı metal seplə bağlanmış pul kisəsini açıb içərisinə baxmış, pul kisənin içərisində 2 ədəd bank kartları, şəxsiyyət vəsiqəsi və 77 manat nağd pul olduğunu görmüş, daha sonra 77 manat nağd pulu götürüb 2 ədəd bank kartları və şəxsiyyət vəsiqəsini pul kisəsi ilə birlikdə zibil qutusuna tullamış, həmin kartları və şəxsiyyət vəsiqəsini heç bir yerdə istifadə etməmiş, oğurladığı “Samsung Galaxy” markalı, "A52” modelli mobil telefon olmuş, həmin telefonun üzərində kabro, ekran qoruyucusu və bir ədəd mobil nömrə də olmuş, həmin telefon kiliddə olmamış, telefon bir kartlı olmuş, üzərində olan mobil nömrəni çıxardaraq sındırmış və zibil qutusuna tullamış, “Samsung Galaxy” markalı, "A52” modelli mobil telefonu, telefonun üzərində olan kabro, ekran qoruycusu ilə birlikdə 200 manata satmaq qərarına gəlmiş, bu məqsədlə Bakı şəhəri Nəsimi rayonu Moskva pr-ti 36 ünvanında yerləşən “Ramin Telecom” telefon alışı və satışı mağazasına daxil olmuş, sözügedən telefon mağazasının içərisində əvvəllər tanımadığı Ramin adlı şəxsə yaxınlaşaraq onda satdıq “Samsung Galaxy” markalı, "A52” modelli mobil telefon olduğunu ona demiş, bundan sonra Ramin “Samsung Galaxy” markalı, “A52" modelli mobil telefonun kimə məxsus olmasını ondan soruşmuş, Raminə satmaq istədiyi "Samsung Galaxy” markalı, “A52” modelli mobil telefonun özünə məxsus olduğunu və pula ehtiyacı olması səbəbi ilə satmaq istədiyini bildirmiş, Ramin ona satmaq istədiyi "Samsung Galaxy” markalı, “A52” modelli mobil telefona baxmaq istədiyini bildirmiş, "Samsung Galaxy” markalı, "A52” modelli mobil telefonu ona baxmaq üçün vermiş, Ramin ondan həmin telefonu alıb baxmış, Ramin həmin telefona 180 manat pul vermək istədiyini demiş, Raminin təklifini qəbul etmiş, Ramin ondan şəxsiyyət vəsiqəsini istəmiş, özünə məxsus şəxsiyyət vəsiqəsini Raminə təqdim etmiş, Ramin şəxsiyyət vəsiqəsinin surətini çıxardaraq yenidən həmin sənədi özünə geri qaytarmış, bundan sonra Raminə 180 manat nağd pula satdığı "Samsung Galaxy" markalı, “A52” modelli mobil telefonun özünə məxsus olduğunu təsdiqi ilə bağlı yazılı surətdə kağız üzərində qeyd edərək “Samsung Galaxy” markalı, “A52” modelli mobil telefonun özünə məxsus olmasını və oğurluq olmamasını bildirmiş, Ramin adlı şəxs ona 180 manata almış olduğu "Samsung Galaxy” markalı, “A52” modelli mobil telefonun oğurluq yolu ilə əldə olunmasından əvvəlcədən xəbəri olmamış, çünki, Raminə mobil telefonu satanda telefonun özünə məxsus olduğunu ona əvvəlcədən bildirmiş, Ramin həmin telefonu ondan şəxsiyyətini təsdiq edən sənədlə almış, Ramin ondan telefonu götürdükdən sonra ona 180 manat nağd pul ödəniş etmiş, oğurluq hadisəsi nəticəsində ümumilikdə 257 manat pul əldə etmiş, pulları şəxsi məsrəflərinə və tələbatlarını ödəmək üçün xərcləmiş, xx.xx.2022-ci il tarixdə "İnşaatçılar” metro- stansiyasında dayanmış və həmin vaxtı ona bir nəfər mülki geyimli polis əməkdaşı yaxınlaşmış, Bakı Metropolitenində Polis Şöbəsinin əməkdaşı olduğunu bildirib onu Polis şöbəsinə dəvət etmiş, polis əməkdaşı ilə birgə Bakı Metropolitenində Polis Şöbəsinə gəlmiş, orada olan zaman etdiyi oğurluq cinayətini səmimi etiraf edərək metronun "İnşaatçılar” stansiyasında oğurluq cinayət hadisəsini törədərkən ona heç kimin köməklik göstərmədiyini və məsləhət vermədiyini bildirmiş, hadisə ilə bağlı heç kimin məlumatı olmadığını qeyd etmiş, başqa heç bir cinayət hadisəsi törətmədiyini deyərərək, şəxsi məsrəflərini və tələbatlarını ödəmək üçün metroda oğurluq etdiyini bildirmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, ziyanın tam ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi olmamış, heç bir ruhi-əsəb dispanserində qeydiyyatda olmamış, psixoloji durumu normal və sağlam olmuş, ifadə vermək iqtidarında olmuş, təxminən 3 il olar ki, telefon alqı satqısı və təmiri ilə məşğuldur, telefon alqı satqısına və təmirinə başladığı gündən bu günə kimi Bakı şəhəri Nəsimi rayonu Moskova pr-ti 65 ünvanında yerləşən qeyri yaşayış sahəsini icarə əsasında işlədir.Adını istintaq araşdırması zamanı bildiyi Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münasibəti və ticarət əlaqəsi olmamış, xx.xx.2022-ci il tarixdə saat təxminən 17 radələrində mağazada işdə olmuş, həmin vaxt Məhəmməd onun işlədiyi mağazaya gələrək 180 manata mobil telefon satdığını bildirmiş, Məhəmməddən satdığı telefonun markasını və modelini soruşmuş, həmin telefon “Samsung Galaxy” markalı, “A52” modelli mobil telefon olmuş, Məhəmməd ona "Samsung Galaxy” markalı, “A52” modelli mobil telefonu göstərmiş, həmin telefonu ondan alıb baxmış, Məhəmmədin ona satmaq üçün təqdim etdiyi Samsung Galaxy” markalı, “A52” modelli mobil telefon kiliddə olmamış, açıq və işlək vəziyyətdə olmuş, daha sonra Məhəmməddən həmin telefonun kimə məxsus olmasını dəfələrlə soruşmuş, Məhəmməd satmaq istədiyi mobil telefonun özünə məxsus olduğunu və maddi ehtiyaclarını ödəmək üçün satdığını bildirmiş, həmin telefona baxandan sonra Məhəmməddən şəxsiyyətini təsdiq edən sənədi istəmiş, Məhəmməd ona şəxsiyyətini təsdiq edən sənədi təqdim etmiş, Məhəmmədin şəxsiyyətinin surətini çıxartmış, bundan sonra Məhəmməd ona satdığı “Samsung Galaxy" markalı, “A52” modelli mobil telefonun ona məxsus olmasını yazılı surətdə təqdim etmiş, həmin sənədi öz imzası ilə təsdiqləmiş, həmin telefona görə Məhəmmədə 180 manat nağd ödəniş etmiş, daha sonra Məhəmməd mağazadan çıxıb getmiş, Bakı Metropolitenində Polis Şöbəsində dəvət olunduqda ona məlum olmuşdur ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ona 180 manat pul müqabilində satmış olduğu Samsung Galaxy” markalı, “A52” modelli mobil telefon oğurluqdur. Məhəmməddən aldığı “Samsung Galaxy” markalı, “A52” modelli mobil telefonun oğurluq olmasını bilməmiş, Təqsirləndirilən şəxs “Samsung Galaxy” markalı, “A52” modelli mobil telefonu aldıqdan sonra mağazaya müştəri qismində gələn tanımadığı şəxsə 250 manata satmışdır. Zərərçəkmiş şəxs məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin o xəstəliyi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən “Bizim” marketdə adminstrator vəzifəsində işləyir. Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal ərazisində yerləşən “Bizim” marketə işə getməkdən ötrü metrodan istifadə edir. 10 may 2022-ci il tarixdə saat 13:30 radələrində metronun “İnşaatçılar” stansiyasına getdiyi üçün "Nəriman Nərimanov” stansiyasına daxil olmuş, platformada bir qədər gözlədikdən sonra metronun “İnşaatçılar” stansiyasına getməkdən ötrü “Dərnəgül” metrosu istiqamətində gedən qatar gəldikdən sonra qatara daxil olmuş, qatar metronun “İnşaatçılar” stansiyasına çatanda saxlamış, qatardan platformaya düşmüş, qatardan düşdükdən sonra metrodan çıxmaq üçün eskalatora minmiş və eskalatordan düşdükdən sonra sağ çiyin nahiyyəsindən asmış olduğu əl çantasına baxmış, həmin vaxtı çantasını açıq görmüş, çantada pul kisəsini və mobil telefon cihazını görməmiş, həmin vaxtı ona aydın olmuşdur ki, naməlum şəxs ona məxsus pul kisəsini və mobil telefon cihazını oğurlamış, pul kisənin içərisində 77 manat nağd pul, 2 ədəd içərisində heç bir məbləğdə pul olmayan bank kartları və özünə məxsus şəxsiyyət vəsiqəsi olmuş, mobil telefon cihazı “Samsung Galaxy” markalı “A52” modelli mobil telefon olmuş, telefonun üzərində "xxxx" MMC-yə aid ***-***-**-** saylı GSM mobil nömrə, kabro və ekran qoruyucusu olmuş, lakin, hadisə baş verdiyi gün evə getdiyindən polisə rəsmi olaraq ərizə ilə müraciət etməmiş, çünki, hamilə olduğundan səhhəti ilə bağlı çox gəzə bilmirmiş, 20 may 2022-ci il tarixdə özünü yaxşı hiss etdiyindən Bakı Metropolitenində Polis Şöbəsinə gəlmiş, xx.xx.2022-ci il tarixdə saat 14:00 radələrində metronun "İnşaatçılar” stansiyasının eskalatorundan düşdükən sonra ona məxsus əl çantadan içərisində 2 ədəd bank kartları, şəxsiyyət vəsiqəsi və 77 manat nağd pul və pul kisəsi, bir ədəd “Samsung Galaxy” markalı “A52” modelli mobil telefon cihazının tanımadığı naməlum şəxs tərəfindən oğurlanması faktını aşkar etməsi barədə ərizə ilə müraciət etmiş, pul kisənin içərisində ümumilikdə 77 manat pul, özünə məxsus şəxsiyyət vəsiqəsi və 2 ədəd plastik bank kartları olmuş, həmin bank kartlarının içərisində pul olmamış, pul kisəsinin içərisində əlavə əşya olmamış, pul kisənin qiymətini 8 manat dəyərləndirmiş, oğurlanmış “Samsung Galaxy” markalı, "A52 modelli mobil telefonu təxminən 1 il bundan əvvəl 808 manata nağd ödəniş şəklində almış, oğurlanmış mobil telefonu tam işlək vəziyyətdə olmaqla heç bir cızığı və çatı olmamış, hətta telefonu ustada təmirdə belə olmamış, oğurlanmış mobil telefonun üzərində olan kaburonu 7 manata, ekran qoruycusunu 5 manata və ***-***-**-** sayl GSM mobil nömrəni isə 5 manata almış, 10 may 2022-ci il tarixdə saat 14 radələrində oğurluq cinayəti hadisəsini metronun “İnşaatçılar” stansiyasında eskalatordan düşdükdən sonra aşkar etmiş, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 910 maddi ziyan dəydiyini bildirmiş, ona məxsus bank kartları və şəxsiyyət vəsiqəsinin oğurlanması nəticəsində ona maddi ziyan dəyməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin X5 tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də, Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Qeyd edilən Sərəncamdan da görünür ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan hazırkı cinayət əməlləri üzrə vurulmuş ziyan tamamilə ödənildikdə azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi, həm “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan sanksiyada nəzərdə tutulmuş daha yüngül növdə cəza təyin edilməlidir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Sərəncamın 10.3-cü bəndinə əsasən cəza siyasətinin humanistləşdirilməsi məqsədilə törədilən əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə həbslə əlaqədar olmayan qətimkan tədbirlərinin tətbiqi və azadlıqdan məhrum etməyə alternativ cəzaların təyin edilməsi əsaslarının müəyyən olunmasına dair qanun layihələrinin hazırlanmasına dair Sərəncamda göstərilən dövlət qurumlarına tövsiyyə və tapşırıqlar verilmişdir. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CMnin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetimə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur, onunla barışmışdır. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən ona dəyən ziyan tam ödənilmişdir, Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur, gələcəkdə də olmayacaqdır. İş materiallarına əsasən M.X1 ilə ailə qurmuş, onların xx.xx.1996-cı təvəllüdlü X4 adlı övladları vardır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını, təqsirləndirilən şəxsin ailəli olmasını, əməlin ictimai təhlükəliliyi maddi ziyanla bağlı mülkiyyət əlehinə olan olan hazırkı cinayət işi üzrə zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmış, hazırkı vaxtadək həbsdədir. Bununla da o, hökm çıxarılan hazırkı vaxtadək 03 ay 06 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 06 ay (iki il altı ay) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 03 ay 06 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 01 il 11 ay 18 gün (bir il on bir ay on səkkiz gün ) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından həbsdən dərhal azad edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri ərazisi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar