Məhkəmə qərarları › İş №1(004)-408/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-408/2021

05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-408/2021 05.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsili, subay, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədilə 27 iyul 2021 -ci il tarixdə saat 04 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına gələrək giriş qapısının yanında yerləşən pəncərənin dəmir barmaqlıqlarının rəzəsini əli ilə boşaldıb açdıqdan sonra saxlanc yeri kimi istifadə olunan pəncərəaltına qanunsuz daxil olaraq həmin pəncərəaltının üzərinə qoyulmuş üzərində “Тула” yazısı həkk olunmuş, təxminən 6 litr su tutumlu, mis-latun materialdan olan 01 (bir) ədəd odun samovarını gizli olaraq talayıb zərərəçəkmiş şəxs Zərərçəkmiş şəxs 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 27 iyul 2021-ci il tarixdə saat 16 radələrində Bakı şəhəri Nəsimi rayonu “Kubinka" adlanan ərazidə istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,585 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üstündə saxlamaqla daşımış, 28 iyul 2021-ci il tarixdə saat 21:00-da ünvan 3 ünvanın qarşısında Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPl-nin Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış və götürmə aparılan zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş həmin bir ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş təmiz çəkisi 0,585 qram olan ağ rəngli, kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 01 ilə yaxın müddətdir ki, narkotik vasitə qəbul edir, öz istifadəsi üçün narkotik vasitələri isə Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. Əvvəllər oğurluq və qulduqluq cinayətləri törətdiyinə görə məhkum olunmuşdur. 26 iyul 2021-ci il tarixdə günorta saat 03 radələrində Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində hərəkətdə olarkən orada yerləşən evlərin birinin pəncərə hissəsinin qarşısında samovar olduğunu görmüşdür. O, həmin samovarı oğurlamaq qərarına gəlmişdir. Həmin vaxtı ətrafda çoxlu insanlar olduğundan və havanın işıqlı olmasını nəzərə alıb samovarı gece saatlarında oğurlamaq qərarına gəlmişdir. 27 iyul 2021-ci il tarixdə saat 04 radələrində yenidən Bakı şəhəri Yasamal rayonu Dadaş Bünyadzadə küçəsində samovarı gördüyü ünvana getmişdir. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin ünvanın pəncərəsinin dəmir barmaqlıqlarının boltla bağlı olduğunu müəyyən etmişdir. O, həmin dəmir barmaqlıqlarda olan boltu əli ilə açmışdır. Sonra samovarı əli ilə götürərək ətrafdan tapdığı paketə qoyaraq oradan uzaqlaşmışdır. Səhər saatlarında Nizami metrostansiyasının yaxınlığında yerləşən mağazalara samovarı satmaq istədiyini bildirsədə ondan şəxsiyyət vəsiqəsi istədikləri üçün o, samovarı onlara sata bilməmişdir. Saat 13 radələrində “Kubinka” adlanan ərazidə çörək bişirmə sexində bir nəfər şəxsə yaxınlaşaraq samovarı satmaq istədiyini bildirmişdir. Həmin şəxs samovarın kimə məxsus olmasını soruşduqda o, samovarın özünə məxsus olmasını və maddi çətinlik çəkdiyi üçün satmaq istədiyini bildirmişdir. Həmin şəxs ondan şəxsiyyətini təsdiq edən sənəd olubolmamasını soruşduqda o, şəxsiyyətini təsdiq edən sənədin evdə olmasını, əgər alarsa gətirəcəyini bildirmişdir. Həmin şəxslə samovarı 50 manat pula razılaşaraq satmışdır. Daha sonra cinayət yolu ilə əldə etdiyi pulu günəlik təlabtlarına xərcləmişdir. Həmin puldan qalıq qalmış 30 manat pulu 27 iyul 2021-ci il tarixdə saat 16 radələrində “Kubinka” adlanan ərazidə “Bibi” ləqəbli şəxsdən psixotrop maddə olan metamfetamin almışdır. O, həmin şəxsə bir ədəd 20 manatlıq və bir ədəd 10 manatlıq əskinas verdikdən sonra qeyd etdiyi həmin şəxs bir ədəd bükümdə olan psixotrop maddə olan metamfetamini ona veribdir. O, da bundan sonra həmin bükümü götürdükdən sonra uzaqlaşmışdır və həmin bükümü əynində olan sarı rəngli şalvarın sağ yan cibinə qoymuşdur. 28.07.2021-ci il tarixdə Saat 21 radələrində ünvan 6 ünvanda olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onun Dadaş Bünyadzadə küçəsində baş vermiş oğurluq hadisəsi ilə bağlı şübhəli bilindiyini deyərək onu Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə dəvət etmişlər. Yasamal RPİ-nin 28-ci Polis Bölməsinin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmişdir. O, Polis Bölməsində olarkən üzərində narkotik vasitə olmasını bildirmişdir. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmişdir və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə saat 22:25-də təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilibdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o, heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra əynində olan sarı rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bağlamada olan bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və həmin pisoxtop maddəni hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzəridən heç nə aşkar olunmamışdır. Daha sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilibdir və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində psixotrop maddə olan metamfetamin olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bağlamada olan büküm isə zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülübdür. O, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməyibdir. Törətdiyi cinayət əməllərindən peşmandır. Narkotik vasitəni satan şəxsi bir neçə aydır ki, tanıdığını, ləqəbinin “Bibi” olmasından başqa heç bir anket məlumatını bilmədiyini, samovarı satdığı şəxsin Kubinka adlanan ərazidə çörək bişirmə sexində işlədiyini, həmin şəxsin qadın cinsindən olmasını, samovarı satdığı şəxsə özü barədə anket məlumatları vermədiyini bildirmişdir. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin 28-ci Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kapitanıdır. 28 iyul 2021-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin 28-ci X9 rayonu, Dadaş Bünyadzadə küçəsi, ev 27 ünvanında yaşayan Zərərçəkmiş şəxs tərəfindən müraciət daxil olaraq sonuncunun yaşadığı mənzildən bir ədəd samovarının naməlum şəxslər tərəfindən oğurlanmasını bildirmişdir. Bununla bağlı olaraq əməliyyat qruppasının tərkibində hadisə baş vermiş ünvana getmiş və oğurluq hadisəsi baş vermiş yerə baxış keçirmişdir. Cinayətin isti izlərlə açılmasını təmin etmək üçün Yasamal RPİ-nin 28-ci polis Bölməsinin əməliyyat müvəkkili Şahid2 ilə birlikdə xidməti ərazidə zəruri əməliyyat axtarış tədbirləri keçirməyə başlamışdır. Bununla bağlı olaraq qərəzsiz və etibarlı mənbələrdən daxil olmuş məlumatda ünvan 8 ünvanında yaşayan Zərərçəkmiş şəxs məxsus samovarı oğurlayan şəxsin Abşeron rayon sakini xx.xx.1984-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olmasına əsaslı şübhələr olduğundan sonuncu tərəflərindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində ünvan 9 ünvanının yaxınlığında saxlanılaraq Yasamal RPİnin 28-ci Polis Bölməsinə gətirilmişdir. Şübhəli şəxsdən etdiyi cinayət əməlini etiraf edərək həmin samovarı satdığını və cinayət yolu ilə əldə etdiyi puldan narkotik vasitə alaraq istifadə etdiyini, həmin narkotik vasitədən bir qisminin üzərində olduğunu bildirmişdir. Bununla bağlı olaraq tərəflərindən dərhal raport əsasında bölmənin rəhbərliyinə məruzə olunmuş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi bölmənin təhqiqatçısı, polis baş leytenantı Nail Bayramlıya həvalə olunmuşdur. Bununla bağlı, X12 Ramazanovun üzərində şəxsi axtarış keçirilməmişdən ewəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını onaa təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri Yusif Allahverdiyev və Partnyorları Vəkil Bürosnun vəkili X5 tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Nail Bayramlı vəkil X6 RPl-nin 28-ci Polis Bölməsinə dəvət etmişdir. Nail Bayramlı tərəfindən Təqsirləndirilən şəxs 28.07.2021-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video yazan texniki vasitə kimi «İphone X» markalı mobil telefonun video çəkmə funksiyasından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayarkən təhqiqatçı tərəfindən nəyə görə saxlanıldığı soruşulduqda o, ünvan 11 ünvanından samovar oğurlanmasına şübhəli bilindiyi üçün saxlanıldığını bildirmişdir. Həmin samovarı satdığını və cinayət yolu ilə əldə etdiyi puldan narkotik vasitə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa onda könüllü çıxarıb təqdim etməsi təklif edilmiş və o, həmin təklifi qəbul edərək əynindəki şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. Bundan sonra Nail Bayramlı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş lakin onun üzərindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulmuş və o bildirmişdir ki, həmin bükümün içindəki maddə şüşə kimi bildiyi psixotrop maddə olan metamfetamindir. 28.07.2021-ci il tarixdə Bibi ləqəbli şəxsdən 30 manata özünün istifadəsi üçün aldığını başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını və bu barədə heç kimin heç bir məlumatının olmadığını bildirmişdir. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və həmin maddələrin Təqsirləndirilən şəxs aşkar olunubgötürülməsi ilə bağlı Nail Bayramlı tərəfindən müvafiq protokol tərtib olunmaqla onlardan aşkar olunmuş həmin maddələr ayrı-ayrılıqda zərfə qoyulmuş və möhürlənərək götürülmüşdür. O da şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs həm əvvəllər, həm də saxlanıldığı dövrdə narkotik vasitələrin satışı ilə məşğul olmasına dair Yasamal RPİ-nin 28-ci polis bölməsinə heç bir məlumat daxil olmadığını və ona narkotik vasitəni satan Bibi ləqəbli şəxsin müəyyən edilərək istintaqa cəlb edilməsi mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, 26.07.2021-ci il tarixdə saat 09 radələrində yuxudan oyanmış və evləri bir otaqlı olduğu üçün evin pəncərəsinin açıq olduğunu görmüşdür. O, həmin pəncərəyə yaxınlaşdıqda pəncərənin dəmir barmaqlıqlarının açıq olduğunu və dəmir barmaqlıqları bağladığı boltun üzərində olmamasını müəyyən etmişdir. O, evdə ətrafa göz gəzdirdikdə pəncərənin kənarında saxladığı samovarın orada olmamasını müəyyən etmişdir. Evdən oğurluq olmasını bilib polisə məlumat vermədən məhəllədə olan tanışlarına evindən oğurluq olduğunu, ona məxsus olan samovarın götürüldüyünü bildirmişdir. Həmin samovarı hər kim götürübsə qaytarması üçün xəbərdarlıq etmiş, lakin buna baxmayaraq üzərindən iki gün keçməsinə baxmayaraq samovarı geri qayıtmamışdır. Buna görə də o, DİN-in 102 Zəng Mərkəzinə zəng edərək baş vermiş oğurluq hadisəsi barədə məlumat vermişdir. Daha sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Samovarın dəyərinin 500 manat olmasını, samovarın lülə hissəsinin başlığlı özü tərəfindən kustar üsulla hazırlanaraq düzəldildiyindən tanınmaya təqdim edilərsə tanıya biləcəyini, samovarın mənzilin qonaq otağının pəncərəsinin qarşısında çöl hissədən dəmir barmaqlıqların boltunun açılması yolu ilə oğurlandığını bildirmişdir. Zərərçəkmiş şəxs qismində əlavə dindirilmiş Zərərçəkmiş şəxs məhkəmə əmtəəşünaslıq ekspertizasının 08 sentyabr 2021-ci il tarixli 9/6188 saylı ekspert rəyində göstərilən samovarın dəyərinin 150,0 manat göstərilməsi ilə razılaşmayaraq samovarın dəyərinin 500 manat kimi göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri Nəsimi rayonu Kubinka adlanan ərazidə çörək bişirmə sexində təndirçi işləyir. 27 iyul 2021-ci il tarixdə saat 13 radələrində işdə olduğu zaman əvvəllər tanımadığı bir şəxs sexə yaxınlaşaraq özünə məxsus olan samovarı satmaq istədiyini bildirmişdir. Həmin şəxs maddi çətinlik çəkdiyini, pulu olmadığı üçün məcburiyət qarşısında qalaraq samovarı satmaq istədiyini bildirmişdir. O, həmin samovarı almaqdan imtina etsədə həmin şəxsin təkidi ilə samovarı almaq qərarına gəlmişdir. O, həmin şəxsdən şəxsiyyət vəsiqəsinin olub-olmamasını soruşmuşdur. Həmin şəxs “əgər samovarı alacaqsansa şəxsiyyət vəsiqəm evdə qalıbdır, surətini çatdıraram” dediyi üçün həmin şəxsin təklifi ilə razılaşmışdır. Həmin tanımadığı şəxs samovarı 50 manata satmaq istədiyini demiş, o, qiymətinin baha olmasını desədə həmin şəxs pula çox ehtiyac duyduğunu bildirdiyi üçün təklifi ilə razılaşaraq samovarı ondan almışdır. Həmin şəxs şəxsiyyət vəsiqəsinin surətini ona çatdıracağını desədə verdiyi sözə əməl etməmişdir. Üzərindən təqribən biriki gün keçmişdiki polis əməkdaşları həmin şəxslə çörək bişirmə sexinə yaxınlaşmışlar. Həmin şəxsin ona satdığı samovarın oğurluq olmasını bildirmişlər. Buna görə də o, samovarı könüllü olaraq polis əməkdaşlarına təhvil vermişdir. O, həmin samovarın cinayət yolu ilə əldə olunduğunu bilmədiyini, həmin şəxsin pula çox ehtiyacı olduğunu və maddi çətinlik çəkdiyini ona dediyi üçün mərhəmət hissindən irəli gələrək samovarı aldığını, həmin şəxsi əvvəllər tanımadığını və onun anket məlumatları barədə məlumatı olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 29.07.2021-ci il tarixli, 6/3165 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi zərflər üçün” N 167 dairəvi möhür əksi olan, ad, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə olan bir ədəd kağız bükümdə təmiz çəkisi 0,585 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Amblator X1 28.08.2021-ci il tarixli 3067 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psiaxtrop maddə olan metamfetaminin birgə qəbul edilməsdi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının 28.06.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanununa əsasən hazıra müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından və hökmün surətindən görünür ki, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Sabunçu Rayon Məhkəməsinin 27.12.2017-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 18.03.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunub. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır.. Təqsirləndirilən şəxs barəsində 30.07.2021-ci il tarixdə «həbs» qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 28.07.2021-ci il tarixdən hesablanmışdır. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Tyla” markalı samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalı, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 06 ay (üç il altı ay) müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 28 iyul 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 141,76 manat (yüz qırx bir manat 76 qəpik) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,535 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Maddi sübut kimi tanınmış 01 ədəd “Tyla” markalı samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 1 ədəd «DVD-R» disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 27 saylı vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 27 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar