Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-409/2025 01.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Tərtər rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, Abşeron rayonu, Masazır qəsəbəsi, Əliağa Vahid küçəsində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs2 sonuncunun övladı Şahid2 Dövlət Neft Şirkətinə (SOCAR) işə qəbul olunmasına köməklik etmək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2023-cü il tarixdə saat 10:44 dəqiqədə ünvan 3 ünvandan Şahid2 adına olan “X5” ASC-nə məxsus 5213-6751-2595-0767 nömrəli kart hesabından özünə məxsus "xxxx" ASC-nə məxsus 4169-7388-9209-9684 nömrəli kart hesabına 2000 manat pul köçürtdürməklə ələ keçirib, verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs2 qızma Yasamal rayonu ərazisində inşa edilmiş binalardan sosial mənzil almasına köməklik etmək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2023-cü il tarixdə ünvan 4 ünvanda yerləşən “İmperial” şadlıq sarayının qarşısında 3000 manat məbləğində pul vəsaitini Şahid2 vasitəsi ilə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs1 qızma sonuncunun qardaşı Şahid1 və ailəsinə sosial müavinət təyin olunmasına köməklik etmək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə onun etibarını qazanıb özünə inandıraraq aldadıb, Zərərçəkmiş şəxs1 istifadəsində olan "xxxx" ASC-nə məxsus 416973******3822 nömrəli kart hesabından xx.xx.2023-cü il tarixdə saat 12:34 dəqiqədə ünvan 5 ünvandan 700 manat, xx.xx.2023-cü il tarixdə saat 13:10 dəqiqədə eyni ünvandan 400 manat, xx.xx.2023-cü il tarixdə saat 11:55 dəqiqədə Bakı şəhəri, ünvan 7 ünvanda quraşdırılmış ödəmə terminalından 200 manat, xx.xx.2023-cü il tarixdə saat 11:05 dəqiqədə ünvan 8 ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış ödəmə terminalından 250 manat pulu özünə məxsus "xxxx" ASC-nə məxsus 4169-7388-9209-9684 nömrəli kart hesabına, xx.xx.2023cü il tarixdə saat 10:32 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanda yerləşən ödəmə terminalından 300 manat və sonuncu dəfə həmin gün saat 13:39 dəqiqədə Zərərçəkmiş şəxs1 istifadəsində olan "xxxx" ASC-nə məxsus 416973******3822 nömrəli kart hesabından 20 manat pulu özünə məxsus Kapital Bank” ASC-nə aid 4169-7388-7167-9738 nömrəli kart hesabına köçürtdürməklə, ümumilikdə 1870 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs1 qızma sonuncunun qardaşı Şahid1 Bakı şəhərində yerləşən zavodların birinə fəhlə kimi işə düzəltmək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə onun etibarını qazanıb özünə inandıraraq aldadıb, xx.xx.2023-cü il tarixdə saat 10:17 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllədə yerləşən “Araz Ekspres” marketdə quraşdırılmış ödəmə terminalından 700 manat, xx.xx.2024-cü il tarixdə saat 08:50 dəqiqədə ünvan 8 ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış ödəmə terminalından 150 manat, xx.xx.2024-cü il tarixdə saat 11:43 dəqiqədə ünvan 5 ünvandan mobil tətbiq vasitəsi ilə 250 manat, xx.xx.2024-cü il tarixdə saat 14:34 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, 7ci mikrorayon, 3123-cü məhəllədə yerləşən “Araz Ekspres” marketdə quraşdırılmış ödəmə terminalından 300 manat, ünvan 8 ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış ödəmə terminalından xx.xx.2024-cü il tarixdə saat 10:08 dəqiqədə 145 manat, xx.xx.2024cü il tarixdə saat 09:27 dəqiqədə 105 manat, xx.xx.2024-cü il tarixdə saat 11:15 dəqiqədə 125 manat pulu özünə məxsus "xxxx" ASC-nə aid 4169-7388-7167-9738 nömrəli kart hesabına köçürtdürməklə, ümumilikdə 1775 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib, verdiyi vədə əməl etməyərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü Zərərçəkmiş şəxs1 sonuncunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində dəftərxana müdiri vəzifəsinə işə düzəltmək səlahiyyətinə malik mötəbər tanışları olan bir şəxs kimi təqdim edib həqiqətə uyğun olmayan vədlər verməklə onun etibarını qazanıb özünə inandıraraq aldadıb, ünvan 8 ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış ödəmə terminalından xx.xx.2024-cü il tarixdə saat 16:50 dəqiqədə 220 manat, xx.xx.2024-cü il tarixdə saat 09:43 dəqiqədə 230 manat, “birbank” mobil tətbiq vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 11:20 dəqiqədə 350 manat, həmin tarixdə saat 12:00 dəqiqədə 13 manat, Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsi 18 A ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış ödəmə terminalından xx.xx.2024-cü il tarixdə saat 10:34 dəqiqədə 30 manat, xx.xx.2024-cü il tarixdə saat 08:42 dəqiqədə 240 manat və 2024-cü ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində hissə-hissə olmaqla 5917 manat pulu özünə məxsus "xxxx" ASC-nə aid 4169-7388-7167-9738 nömrəli kart hesabına köçürtdürməklə, sonuncu dəfə isə ünvan 10 ünvanda yerləşən “Azərsu ASC”-nin inzibati binasının qarşısında 5000 manat pulu əlbəəl olmaqla vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 12,000 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Yasamal rayonunda Sosial Evlərlə bağlı dələduzluq etmişdir. Təranə xanıma əvvəlcə 3000, sonra 2000 manat yalan vəd verib, almışdır. Sosial mənzil alınması üçün vəd vermişdir. Digər məbləği isə işə düzəlmə üçün almışdır. Təbii ki, əvvəlcədən alınmayacağını bilirdi. Məleykə xanıma isə qardaşına sosial müavinət düzəltməklə bağlı yalan vəd vermişdir. 700 manat kartına atmışdı. Sonra isə xırda para 300-400 manat ödədi. Özünü işi düzəltməyə görə ödəmişdi. Müavinətə görə cəmi 1870 manat pul almışdır. İşə düzəltmək üçün heç bir yerdə tanışı yoxdur. İşə görə ümumi 1775 manat pul almışdır. Həmçinin Məleykə xanım Sosial Müdafiə Nazirliyində dəftərxana müdiri düzəltmək istəyirdi. Düzəltmək üçün aldığı pul ittiham aktında 12 000 qeyd edilib. Orada 5000 ona aid deyil. Ümumi 10745 də aldığı məbləğin içindədir. Əməlindən səmimi peşman olmasını, ailəli olmasını, iki uşağının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs2 göstərdi ki, 2023-cü ildə oktyabr ayında işədüzəltmə adı ilə 2000 bir, 3000 də bir almışdır. Oktyabr ayının sonu 2000 manatı oğlunun işə düzəldilməsi üçün ondan almışdır. 3000 manatı isə sosial müavinət almaq üçün almışdır. O aralar ağır vəziyyətdə idi. Yoldaşı xərçəng xəstəsi idi. Ümid edib ki, bir az işləri düzələr, onu sevindirər, amma daha ağır vəziyyətə düşüblər. Ona dəymiş ziyan ödənilməmişdir, ziyanını tələb edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, eşidib belə bir adam var. Onları çox arxayın salıb. 1870 manat qardaşının işi üçün almışdır. 1775 manat isə digər işləri üçün. Dəftərxana müdiri işi üçün 12000 manat pul alıb. Pulu 2 il ərzində alıb. Ümumi zərər 15645 manatdır. 12000 manat pulu 7000 bir, 5000 bir almışdır. Pulu kartla təqdim etmişdir. Şikayətçidir, zərərdən heç nə qaytarılmayıb. Hazırda vurulmuş ziyanın ödənilməsini tələb edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsi birinci dəfədir ki, görür. Bacısı deyib ki, sosial yardımla bağlı sənəd düzəldəcək. Ondan da əlavə dedilər ki, yaxşı iş var. 1400 manat maaş verilir. Fəhlə işi üçün belə pul inandırıcı deyildi. O, imtina edib. Amma bacısı çox bərk inandırmışdı. Pulları verəndə bacısının yanında olmamışdır. Amma cəmi məbləğ 15645 manat bilir. Özü şəxsən iştirak etməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin oktyabr noyabr ayları idi. Anası deyib ki, belə bir şəxs var. İş təklif edir. Həmin vaxt da işə ehtiyacları var idi. Ona görə aldanıblar. 2000 manat onlardan pul alıb. 3000 manat da sosial müavinət üçün almışdır. Heç bir şey etməyib. İş materiallarında olan Təqsirləndirilən şəxs ödəniş etməsi ilə bağlı 19 ədəd qəbzlərin surətlərinə əsasən "xxxx" ASC-nə məxsus 416973******3822 nömrəli kart hesabından “birbank” mobil tətbiq vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 12:34 dəqiqədə 700 manat, xx.xx.2023-cü il tarixdə saat 13:10 dəqiqədə 400 manat, xx.xx.2023-cü il tarixdə saat 11:55 dəqiqədə Bakı şəhəri, ünvan 7 ünvanda quraşdırılmış ödəmə terminalından 200 manat, xx.xx.2023-cü il tarixdə saat 11:05 dəqiqədə ünvan 8 ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış ödəmə terminalından 250 manat pulun Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nə məxsus 416973******9684 nömrəli kart hesabına, xx.xx.2023-cü il tarixdə saat 10:32 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllə ünvanda yerləşən ödəmə terminalından 300 manat, həmin gün saat 13:39 dəqiqədə Zərərçəkmiş şəxs1 istifadəsində olan "xxxx" ASC-nə məxsus 416973******3822 nömrəli kart hesabından “birbank” mobil tətbiq vasitəsi ilə 20 manat pulun Təqsirləndirilən şəxs adına olan Kapital Bank” ASC-nə məxsus 416973******9738 nömrəli kart hesabına, xx.xx.2023- cü il tarixdə saat 10:17 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123-cü məhəllədə yerləşən “Araz Ekspres” marketdə quraşdırılmış ödəmə terminalından 700 manat, xx.xx.2024-cü il tarixdə saat 08:50 dəqiqədə ünvan 8 ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış ödəmə terminalından 150 manat, xx.xx.2024-cü il tarixdə saat 11:43 dəqiqədə “birbank” mobil tətbiq vasitəsi ilə 250 manat, xx.xx.2024-cü il tarixdə saat 14:34 dəqiqədə Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, 3123- cü məhəllədə yerləşən “Araz Ekspres” marketdə quraşdırılmış ödəmə terminalından 300 manat, ünvan 8 ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış ödəmə terminalından xx.xx.2024-cü il tarixdə saat 10:08 dəqiqədə 145 manat, xx.xx.2024-cü il tarixdə saat 09:27 dəqiqədə 105 manat, xx.xx.2024-cü il tarixdə saat 11:15 dəqiqədə 125 manat, ünvan 8 ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış ödəmə terminalından xx.xx.2024-cü il tarixdə saat 16:50 dəqiqədə 220 manat, xx.xx.2024-cü il tarixdə saat 09:43 dəqiqədə 230 manat, “birbank” mobil tətbiq vasitəsi ilə xx.xx.2024-cü il tarixdə saat 11:20 dəqiqədə 350 manat, həmin tarixdə saat 12:00 dəqiqədə 13 manat, Binəqədi rayonu, 7-ci mikrorayon, Fərman Məlikov küçəsi 18 A ünvanda yerləşən “Araz” supermarketdə quraşdırılmış ödəmə terminalından xx.xx.2024-cü il tarixdə saat 10:34 dəqiqədə 30 manat, xx.xx.2024-cü il tarixdə saat 08:42 dəqiqədə 240 manat pulun Təqsirləndirilən şəxs adına olan Kapital Bank” ASC-nə məxsus 416973******9738 nömrəli kart hesabına köçürülməsi təsdiq edilir. İş materiallarında olan Təqsirləndirilən şəxs ödəniş etməsi ilə bağlı 01 ədəd qəbzin surəti və “WhatsApp” ani mesajlaşma proqramında olan sms yazışmaların surətlərindən görünür ki, Zərərçəkmiş şəxs2 təqdim etdiyi ödəniş qəbzinin surətində xx.xx.2023-cü il tarixdə saat 10:44 dəqiqədə “X5” ASC-nə məxsus 5213-6751-2595-0767 nömrəli kart hesabından Təqsirləndirilən şəxs adına olan "xxxx" ASC-nə məxsus 416973******9684 nömrəli kart hesabına 2000 manat pulun köçürülməsi təsdiq edilir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(061)– 24/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-ci maddələri ilə təqsirli bilinib, ona 01 il 06 ay, qəti olaraq 01 il 04 ay 08 gün müddətinə azadlığın məhdudlaşması cəzası təyin edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli, 3-16-21-2/2-69466/2025 saylı məktubuna əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək Tərtər rayon Məhkəməsinin 1(061)- 24/2024 saylı, 16.10.224-cü il tarixli hökmü ilə 01 il 04 ay 08 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Probasiya Şöbəsində qeydiyyatdan keçmədiyi üçün cəzası hesablanmamışdır. Bununla da müəyyən edilir ki, Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulan əməli xx.xx.2024-cü il tarixədək olan müddət ərzində törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(061)–24/2024 saylı hökmü qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də cinayətin residivi yaranmır. Ona görə də Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə (cinayətlərin məcmusu) cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2010cu il təvəllüdlü X4 oğlu və xx.xx.2012-ci il tarixli X2 oğlu adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, ailəli olmasını və iki uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs ödəniş etməsi ilə bağlı 19 ədəd qəbzlərin surətləri, Zərərçəkmiş şəxs2 təqdim etdiyi Təqsirləndirilən şəxs ödəniş etməsi ilə bağlı 01 ədəd qəbzin surəti və “WhatsApp” ani mesajlaşma proqramında olan sms yazışmalarının surətləri cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 2 (iki) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Tərtər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(061)–24/2024 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş qalan 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının 2 (iki) günü bərabər tutulmaqla (9 ay müddətinə azadlıqdan məhrum etmə) hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə ona, qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 26 gün müddət (ilkin hökm üzrə) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 2 il 5 ay 4 gün (iki il beş ay dörd gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 14 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs1 təqdim etdiyi Təqsirləndirilən şəxs ödəniş etməsi ilə bağlı 19 ədəd qəbzlərin surətləri, Zərərçəkmiş şəxs2 təqdim etdiyi Təqsirləndirilən şəxs ödəniş etməsi ilə bağlı 01 ədəd qəbzin surəti və “WhatsApp” ani mesajlaşma proqramında olan sms yazışmalarının surətləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilmədiyi halda, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-409/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-409/2025
01.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver