Məhkəmə qərarları › İş №1(004)-41/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-41/2022

29.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-41/2022 29.04.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat: 10:35 Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs X5 və onun müdafiəçisi “Mərkəz” Vəkil Bürosunun vəkili X7 iştirakları ilə, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkulmuğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 təqsirləndirilir ondan ötrü ki, o, yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb təkrar törədilməklə oğurluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 01.09.2021-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs1 kirayə yaşadığı ünvan 2 ünvanın giriş qapsının açarını blokda olan sayğac qutusunun içərisindən götürüb açarla həmin mənzilin qapısını açaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 mülkiyyətində olmaqla ona məxsus bir ədəd dəyəri 700 manat olan ağ rəngli «Zimmer» markalı «ZM-HS3210» modelli televizoru, bir ədəd dəyəri 10 manat olan qara rəngli pul kisəsini və həmin pul kisəsinin içərisində olan 45 manat nəğd pulu gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumlikdə 755 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 05 sentyabr 2021 -ci il tarixdə saat 22 radələrindən, 06 sentyabr 2021-ci il tarixdə saat 06 radələrinədək olan müddət ərizində ayrı-ayrı vaxtlarda üç dəfəyə olmaqla vahid niyyətlə əhatə olunun qəsdlə Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri ünvan 13al rayonu Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B, mənzil 2 saylı ünvanın giriş qapsının açarını blokda olan sayğac qutusunun içərisindən götürüb açarla həmin mənzilin qapısını açaraq yaşayış sahəsinə qanunsuz daxil olaraq oradan, Zərərçəkmiş şəxs2 mülkiyyətində olmaqla ona məxsus bir ədəd dəyəri 1599 manat «Samsung» markalı kondisoneri, bir ədəd dəyəri 350 manat olan «Bosch» markalı, «PBY6C6B60O» modeli, qara rəngli, 1 hissəsi elektriklə, 3 hissəsi qazla işləyən qaz plitəsini, mənzilin hamam, dəhliz və mətbəxinin divarlarına çəkilmiş 100 metirlik, bir metri 40 qəpik olmaqla ümümlikdə 40 manat dəyərində elektrik naqillərini və həmin ünvanda usta işləyən Zərərçəkmiş şəxs3 mülkiyyətində olmaqla ona məxsus mənzilin dəhlizində bir ədəd dəyəri 300 manat olan divar deşici preforatoru və mənzilin uşaq otağında bir ədəd dəyəri 300 manat olan təmir üçün nəzərdə tutulan kompresoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 ümumlikdə 1989 (bir min doqquz yüz səkkən doqquz) manat, Zərərçəkmiş şəxs3 ümumlikdə 600 (altı yüz) manat olmaqla ümumilikdə zərərçəkmiş şəxslərə 2589 (iki min beş yüz səkksən doqquz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkəti ilə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X10 ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01.09.2021-ci il tarixdə təxminən saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, H.Seyidzadə küçəsi, 15 saylı evin blokunda yerləşən su sayğac qutusunun içərisində mənzil açarları tapmaq məqsədi ilə baxmış və orada mənzilin qapsının açarının olduğunu görmüşdür. O həmin açarları götürüb 11 saylı mənzilin qapsına yaxınlaraq, qapını 2 dəfə əli ilə döyərək, evdə heç kimin olmadığından əmin oldudan sonra, həmin mənzili açarla açıb mənzilə daxil olmuşdur. Bundan sonra mənzilin qonaq otağında yerləşən «Zimmer» markalı televizoru və həmin televizovun arxasında bir ədəd qara rəngli pul qabını götürüb mənzili tərk etmişdir. Oradan bir qədər kənarlaşdıqdan sonra həmin pul qabını açıb içərisində olan 45 manat pulu götürüb, pul qabını isə tullamışdır. Bundan sonra Bakı şəhəri ünvan 13al rayonu 2-ci Alatavada yaşayan Ağa adlı tanışına «Zimmer» markalı televizoru 100 manata satmışdır. Həmin pulları isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrində Bakı şəhəri, ünvan 13al rayonu, Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B saylı evin blokunda yerləşən su sayğac qutusunun içərisində mənzil açarları tapmaq məqsədi ilə baxmış və orada mənzilin qapısının açarının olduğunu görmüşdür. O həmin açarları götürüb 2 saylı mənzilin qapısına yaxınlaşaraq, qapını 2-3 dəfə əli ilə döyərək, evdə heç kimin olmadığından əmin oldudan sonra, həmin mənzili açarla açıb mənzilə daxil olmuşdur. Mənzilə daxil olarkən mənzildə təmir işlərinin aparılmasını və mənzildə təmir üçün bir çox əşyaların olduğunu görmüşdür. Bu zaman o, ilk olaraq mənzilin dəhlizində olan bir ədəd divar deşici preforatoru və qonaq otağında yerləşən bir ədəd “Bosch” markalı qaz plitəsini birlikdə götürüb mənzili tərk etmişdir. Bundan sonra o dəqiq xatırlamadığı bir yerə qaz plitəsini qoymuş, deşici preforatoru isə satmaq üçün ünvan 13al rayonu, Mikayıl Müşviq küçəsində dayanıb yoldan piyada keçən tanımadığı şəxsə 60 manata satmışdır. Həmin gün saat 23 radələrində o, yenidən Bakı şəhəri, ünvan 13al rayonu, Hüseyn Cavid prospekti 528-ci məhəllə, ev B, 2 saylı mənzilə gələrək oğurluq etmək məqsədi ilə mənzilə daxil olub, mənzilin hamam, dəhliz və mətbəxinin divarlarına çəkilmiş təxminən 100 metrlik elektrik naqillərini divarlardan sökərək bir yerə topalayıb və mənzilin uşaq otağında olan bir ədəd kompressorunu elektrik naqillərlə birlikdə götürüb 06 sentyabr 2021-ci il tarixdə saat 03 radələrində mənzili tərk etmişdir. Evdən oğurladığı naqilləri bir neçə saat əvvəl qoyduğu qaz plitəsinin yanına yığmışdır. Bundan sonra o, yenidən həmin mənzildən saat 06 radələrində həmin mənzilə daxil olaraq mənzilin qonaq otağında yerləşən bir ədəd “Samsung” markalı kondisionerini götürüb mənzili tərk etmişdir. O həmin kondisioneri digər oğurladığı əşyaların yanına qoymuşdur. Bundan sonra o oğurladığı əşyaları Elmarın yaşadığı Bakı şəhəri, ünvan 13al rayonu, 2-ci Alatava, ev 97 saylı ünvana aparmaq məqsədi ilə taksi saxlayıb bir ədəd kompresoru, qaz plitəsini və “Samsung” markalı kondisoneri həmin avtomobilə yükləmiş, elektrik naqillərini isə lazımsız olduğundan orada kənar bir yerə tullamışdır. Bundan sonra o oğurladığı qaz plitəsini Elşad adlı şəxsə 50 manat borcunun əvəzinə vermişdir. Yekun olaraq o əməlindən peşman olduğunu, zərəçəkmiş səxslərə dəymiş zərərərin ödənildiyini, onlarla barışdığını və himayəsində yaşlı valideynlərinin olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, ünvan 2 ünvanında uşaqları ilə birlikdə kirayə yaşayır. O, günorta vaxtlarında işlədiyi üçün ara sıra uşaqlarının evə gəlib daxil ola bilmələri məqsədi ilə açarı blokda olan su sayğacının qutusunun içərisinə qoymuşdur. 01.09.2021-ci il tarixdə saat 09 radələrində işə gedən zaman evin qapısını bağlayıb açarını blokun 4-cü mərtəbəsində olan su sayğacının qutusunun içərisinə qoyub getmişdir. Bundan bir müddət sonra o evə gələn zaman su sayğacının qutusunun içərisinə baxıb açarın orada olmadığını gördükdə uşaqların evdə olduqlarını zənn etmişdir. Mənzilinə çatdıqda qapının açıq olduğunu və açarın qapının qıfılının üzərində olduğunu görüb mənzilə daxil olmuşdur. Bundan sonra qonaq otağına gələn zaman orada 700 manata aldığı Zimmer markalı ağ rəngli televizorun və həmin televizorun arxasında qoyduğu içərisində təxminən 45 manat olan pul kisəsində də yerində olmadığını aşkar etmişdir. Bundan sonra DİN-nin 102 zəng xidməti mərkəzinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın tam ödənildiyini bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, 2021-ci il tarixdən Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, ünvan 13al rayonu, Hüseyn Cavid prospekti 528-ci məhəllə, ev B, mənzil 2 saylı ünvanda lazımi təmir işlərini aparır. Zərərçəkmiş şəxs2 mənzilində təmir işləri aparıldığından, ona aid olan mənzilin ümumi qapısının açarını daimi mənzilin blokunda yerləşən su sayğacının qutusunun içərisinə qoymuşdur ki, o, lazım olanda həmin açarı oradan götürüb istifadə etsin. 06 sentyabr 2021-ci il tarixdə saat 10:30 radələrində mebel ustası Rüfət adlı şəxs Zərərçəkmiş şəxs2 zəng edərək ona məxsus Bakı şəhəri ünvan 13al rayonu Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B, mənzil 2 saylı mənzilin qapısının açarının su sayğacının içərisində olmadığını barədə məlumat vermişdir. Bundan sonra elə həmin günü saat təxminən 11 radələrində Zərərçəkmiş şəxs2 işdən evə gəlmiş, həmin su sayğacının qutusunun içərisində mənzilin qapsının açarının yerində olmadığını görüb mənzilin qapısına yaxınlaşmış qapının açıq olduğunu görmüşdür. Bundan dərhal sonra o mənzilə daxil olduqda mənzilin qonaq otağında yerləşən Zərərçəkmiş şəxs2 məxsus bir ədəd dəyəri 1599 manat olan “Samsung” markalı kondisionerin, bir ədəd dəyəri 350 manat olan “Bosch” markalı qaz plitəsinin, mənzilin hamam, dəhliz və mətbəxinin divarlarına çəkilmiş 100 metrlik, bir metri 40 qəpik olmaqla ümümilikdə 40 manat dəyərində elektrik naqillərinin və ona məxsus mənzilin dəhlizində olan bir ədəd dəyəri 300 manat olan divar deşici preforatorun və mənzilin uşaq otağında olan bir ədəd dəyəri 300 manat olan təmir üçün nəzərdə tutulan kompressorunun oğurlanmasını aşkar etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 baş vermiş oğurluq hadisəsi ilə əlaqədar, ünvan 13al RPİ-nin 26-cı PB-nin gedərək orada şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin hadisə nəticəsində Zərərçəkmiş şəxs2 ümümlikdə 1989 manat, ona isə ümümilikdə 600 manat dəyərində maddi ziyan dəymişdir. Başqa heç bir əşya oğurlanmamışdır. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını və ona dəymiş ziyanın ödənilmədiyini lakin, onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. İş üzrə zərərçəkmiş şəxs qismində göstərilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 21-24-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri ünvan 13al rayonu Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B, mənzil 2 saylı ünvanda qeydiyyatdadır və faktiki Bakı şəhəri, ünvan 13al rayonu, X19 prospekti ev 192 a, mənzil 8 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri ünvan 13al rayonu Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B, mənzil 2 saylı ünvanın ona məxsusdur, həmin yaşayış binası 4 mərətəli binadan, 2 saylı mənzil ümumi 03 otaqdan, 1 qonaq otağı, 1 yataq otağı, 1 uşaq otağı, hamam və sanitar qovşağından ibarətdir. Mənzilin təmirə ehtyac olduğundan, təmir işləri aparıldığın, buna görə də ona aid olan mənzilin ümumi qapsının açarını o, həmişə mənzilin blokunda yerləşən su sayğacının qutusunun içərisinə qoyur, ustalara lazım olanda həmin açarı oradan götürüb istifadə edirlər. Belə ki, 06 sentyabr 2021-ci il tarixdə saat 10:30 radələrində mebel ustası Rüfət adlı şəxs ona zəng edərək Bakı şəhəri ünvan 13al rayonu Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B, mənzil 2 saylı mənzilin qapısının açarı su sayğacının içərisində olmadığını bu barədə məlumat vermişdir. Bundan sonra elə həmin günü saat təxminən 11 radələrində o, işdən evə gəlmiş, həmin su sayğacının qutusunun içərisində mənzilin qapsının açarının yerində olmadığını, bundan sonra o, mənzilin qapsına yaxınlaşıb, mənzilin qapsının qıfılının içərisində açarın sınmış vəziyyətdə olduğunu, mənzilin qapsının açıq olduğunu və mənzilə daxil olduqda mənzilin qonaq otağında yerləşən ona məxsus bir ədəd dəyəri 1599 manat «Samsung» markalı kondisonerini, bir ədəd dəyəri 350 manat olan «Bosch» markalı qaz plitesini, mənzilin hamam, dəhliz və mətbəxinin divarlarına çəkilmiş 100 metirlik, bir metri 40 qəpik olmaqla ümümlikdə 40 manat dəyərində elektrik naqillərini və usta X6 məxsus mənzilin dəhlizində olan bir ədəd dəyəri 300 manat olan divar deşici preforatorunu və mənzilin uşaq otağında olan bir ədəd dəyəri 300 manat təmiri üçün nəzərdə tutulan kompressorunun oğurlanmasını aşkar etmişdir. Bundan sonra o, baş vermiş oğurluq hadisəsi ilə əlaqədar, ünvan 13al RPİ-nin 26-cı PB-nin gedərək orada şikayət ərizəmlə müraciət etmiş, sonra isə polis əməkdaşları ilə tərəfindən hadisə yerinə baxış keçirmiş və baş vermiş hadisə barədə məlumat vermişdir. Həmin hadisə nəticəsində ona ümümlikdə 1989 manat və usta Royal Əkbərova isə ümümlikdə 600 manat dəyərində maddi ziyan dəymişdir.Onun mənzilindən ona məxsus bir ədəd dəyəri 1599 manat «Samsung» markalı kondisonerini, bir ədəd dəyəri 350 manat olan «Bosch» markalı qaz plitesini, mənzilin hamam, dəhliz və mətbəxinin divarlarına çəkilmiş 100 metirlik, bir metri 40 qəpik olmaqla ümümlikdə 40 manat dəyərində elektrik naqillərini və usta X6 məxsus mənzilin dəhlizində olan bir ədəd dəyəri 300 manat olan divar deşici preforatorunu və mənzilin uşaq otağında olan bir ədəd dəyəri 300 manat təmiri üçün nəzərdə tutulan kompressordan başqa heç bir əşya oğurlanmamışdır. Bundan başqa əlavə ifadəsi alınmış Zərərçəkmiş şəxs2 göstərmişdir ki, o, istintaq zamanı verdiyi ifadələrini tam təsdiq edir, mən məhkəmə əmtəəşünaslıq ekspertizasının 20 oktyabr 2021-ci il tarixli № 9/6922 saylı rəylə razı olmadığını, ona məxsus bir ədəd «Bosch» markalı, «PBY6C6B60O» modeli,qara rəngli, 1 hissəsi elektriklə, 3 hissəsi qazla işləyən qaz plitəsinin dəyəri 350 manat təşkil edir. O, bir ədəd «Bosch» markalı, «PBY6C6B60O» modeli, qara rəngli, 1 hissəsi elektriklə, 3 hissəsi qazla işləyən qaz plitəsinin dəyəri 350 manat məbləğində qimətləndirməklə 350 manat dəyərləndirir, ona məxsus bir ədəd «Bosch» markalı, «PBY6C6B60O» modeli, qara rəngli, 1 hissəsi elektriklə, 3 hissəsi qazla işləyən qaz plitəsinin 350 manat dəyərində qiymətləndirəsini xahiş etmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, ünvan 7 ünvanında qeydiyyatdadır və həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 2016cı il tarixdən bu günə kimi ünvan 8 ünvanda yerləşən mebel təmiri ofsində mebel ustası işləyir, ona müxtəlif vətəndaşlar mebellərin sifarişi və təmiri ilə əlaqədar müraciət edirlər və o, isə onlara xidmət göstərir. O, Zərərçəkmiş şəxs2 2021-ci ilin avqust ayının təxminən sonunda bir müştəri kimi tanıdığını, beləki ona məxsus Bakı şəhəri, ünvan 13al rayonu, Hüseyn Cavid prospekti 528-ci məhəllə, ev B, mənzil 2 saylı ünvanın mətbəxinə mebellərin sifarişini qəbul etdiyini bildimişdir. Həmin müddət ərizində isə həmin ünvanda müəyyən təmir işləri aparılırdı. Belə ki, 06 sentyabr 2021-ci il tarixdə saat 10:30 radələrində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, ünvan 13al rayonu, Hüseyn Cavid prospekti 528-ci məhəllə, ev B, mənzil 2 saylı ünvana mətbəx mebellərini gətirmiş və həmin vaxtı oradan o, Zərərçəkmiş şəxs2 zəng edərək onun həmin ünvanda olduğunu bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs2 ona işdə olduğundan və 2 saylı mənzilinin qapısının açarının blokunda yerləşən su sayğacının qutusunun içərisinə qoyduğunu və onun həmin açarı götürüb qapını açaraq mətbəx mebellərini mənzilin mətbəxinə yerləşdirməyini və özü isə bir qədər sonra gələcəyini bildirmişdir. Bundan sonra o, həmin su sayğacının qutusunun içərisinə baxaraq orada 2 saylı mənzilin qapsının açarının olmadığını müəyyən etmiş, bundan sonra o, yenidən Zərərçəkmiş şəxs2 zəng edərək həmin su sayğacının qutusunun içərisində mənzilin qapısının açarının orada olmadığı barədə məlumat vermişdir. Elə həmin gün saat təxminən 11 radələrində Zərərçəkmiş şəxs2 işdən həmin ünvana gəlmiş və həmin su sayğacının qutusunun içərisində mənzilin qapısının açarının yerində olmadığını görüb bundan sonra mənzilin qapısına yaxınlaşıb, mənzilin qapısının qıfılının içərisində açarın sınmış vəziyyətdə olduğunu, mənzilin qapısının açıq olduğunu və mənzilə daxil olduqda mənzilin qonaq otağında yerləşən ona məxsus bir ədəd dəyəri 1599 manat “Samsung” markalı kondisionerini, bir ədəd dəyəri 350 manat olan “Bosch” markalı qaz plitəsini, mənzilin hamam, dəhliz və mətbəxinin divarlarına çəkilmiş 100 metrlik, bir metri 40 qəpik olmaqla ümümilikdə 40 manat dəyərində elektrik naqillərini və usta X6 məxsus mənzilin dəhlizində olan bir ədəd dəyəri 300 manat olan divar deşici preforatorunu və mənzilin uşaq otağında olan bir ədəd dəyəri 300 manat olan təmir üçün nəzərdə tutulan kompressorunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmasını aşkar etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs2 baş vermiş oğurluq hadisəsi ilə əlaqədar, ünvan 13al RPİ-nin 26-cı PB-nin gedərək orada şikayət ərizəmlə müraciət etmişdir. Bundan sonra o, isə həmin metbəx mebellərini həmin ünvanın mətbəxinə yerləşdirmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid2 оğlu ifаdəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 13al rayonu, 2-ci Alatava, ev 95 saylı ünvanda yerləşən mağazada meyvə-tərəvəzlərin satışı ilə məşğul olur. 06 sentyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrində o, meyvə-tərəvəz satışı ilə məşğul olan zaman daimi müştərisi olan Elmar və onun tanışı sonradan adını bildiyi Rafail adlı şəxslə birlikdə gələrək Elmarın əlində gətirdiyi “Bosch” markalı qaz plitəsini ona təqdim edərək ona olan 50 manat borcun əvəzinə verməsini təklif etmişdir. O, Elmardan həmin “Bosch” markalı qaz plitəsini haradan əldə etdiyini soruşduqda, Elmar onun sualına cavab olaraq bildirmişdir ki, həmin qaz plitəsini ona pay olaraq vermişlər. Bundan sonra Elmarın və onun yanında olan tanışının təklifi ilə razılaşıb “Bosch” markalı qaz plitəsini 50 manat borcun əvəzinə almışdır. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid5 Nağı оğlu ifаdəsində göstərmişdir ki, O, X10 ilə təxminən 2020-ci il tarixdə Bakı şəhəri, ünvan 13al rayonu, 2-ci Alatavada kirayə yaşayarkən tanış olmuşdur. 06 sentyabr 2021-ci il tarixdə səhər saatlarında o, yaşadığı ünvan 10 ünvanında olan zaman evin qapısını Rəfail Mehdili döyərək onu evin həyətinə dəvət etmiş və özü ilə gətirdiyi bir ədəd qaz plitəsi, bir ədəd “Samsung” markalı kondisionerini və bir ədəd kompressorunu o, guya hansısa bir ünvanda usta işlədiyi üçün ona pulun əvəzinə ev sahibi verdiyini bildirib, həmin əşyaları onun evinin həyətinə qoymağını xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həmin əşyaları onun evinin həyətinə qoymuşdur. Bundan sonra o, Təqsirləndirilən şəxs bir ədəd qaz plitəsini isə onun yaşadığı ünvandan bir qədər aralıqda yaşayan meyvə-tərəvəzin satışı ilə məşğul olan Elşad adlı şəxsə 50 manat borcun əvəzinə verməyini xahiş etmiş, Rafail isə onun bu xahişinə razılıq vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ona bir ədəd qaz plitəsini pay olaraq vermiş və digər əşyalarını isə aparmışdır. Həmin gün axşam saatlarında Təqsirləndirilən şəxs onun yaşadığı evə gəlmiş və onlar birlikdə qaz plitəsini götürüb Elşad adlı şəxsin işlədiyi meyvə-tərəvəz mağazasına gedərək ona olan 50 manat borcun əvəzinə vermişlər. Həmin vaxtı Rafail ona həmin əşyaların oğurluq olması barədə heç bir məlumat verməmiş və bundan onun heç bir məlumatı olmadığını bildirmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid6 оğlu ifаdəsində göstərmişdir ki, qonşuluqda yaşayan Rəfail adlı şəxs onun yaşadığı evə gələrək televizor satdığını bildirmişdir. O və qardaşı Şahid7 televizorun qiymətini soruşduqda Rafail onlara televizorun qiymətinin 100 manat olduğunu bildirmişdir. Onlar Rafail ilə razılaşaraq həmin televizoru 100 manata almışlar. Bundan bir müddət sonra yəni 02.09.2021-ci il tarixdə onlar həmin televizoru 180 manata satmışlar. 06.09.2021-ci il tarixdə polis əməkdaşları yaşadıqları ünvana gələrək satdıqları televizorun oğurluq olmasını bildirmişlər. Onların həmin televizorun oğurluq olması barədə məlumatları olmamışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid7 оğlu ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 209-211-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 01.09.2021-ci il tarixdə qonşuluqda yaşayan Rəfail adlı şəxs yaşadıqların ünvana gələrək televizor satdığını bildirmişdir. O, və qardaşı Şahid6 televizorun qiymətini soruşmuş və münasib qiymətə olarsa alacaqlarını bildirmişlər. Rafail isə onlara sonradan televizorun 100 manat olduğunu bildirmiş, onlar onunla razılaşdıq və Rəfail televizoru onlara gətirmiqş və onlar televizoru yoxladıqdan sonra televizorun müqabilində həmin Rafailə 10 manatlıq 20 manatlıq əskinaslardan ibarət olmaqla 100 manat pul vermişlər. 02.09.2021-ci il tarixdə onun sənədi olmadığı üçün qardaşı Şahid6 sənədi ilə televizoru satmaq üçün Lalafo elanlar saytına elan qoymuşlar. Saytda televizorun qiymətini 230 manat qoymuş və həmiin günü 1 nəfər xanım zəng vuraraq televizoru almaq istədiyini və qiymətini bir az münasib etməyini istəmişdir. Onlar isə həmin qadınla 180 manata razılaşaraq və həmin günü həmin xanım gələrək televizorun pulunu ödəmiş və qardaşı Şahid6 şəxsiyyət vəsiqəsi ilə televizoru satmışlar. 06.09.2021-ci il tarixdə polis əməkdaşları yaşadıqları ünvana gələrək satdıqları televizorun oğurluq olmasını bildirdilər. Həmin şəxs onların qonşuluqlarında 2-ci Alatavada yaşadığı üçün qonşuluq münasibətləri zəminində tanımışdır. Onun həmin televizorun oğurluq olması barədə məlumatı olmamış və həmin televizoru 100 manat müqabilində almışlar. Həmin şəxs Lalafo mobil tətbiqi vasitəsi ilə onlarla əlaqə saxlamış və onların ünvanına gələrək televizoru 180 manat müqabilində almışdır. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 1-ci cildinin 102-104-cü vərəqlərində olan ifadəsində göstərmişdir ki, ünvan 11 ünvanında pasport qeydiyyatındadır və həmin ünvanda oğlu Şahid5 Nağı oğlu ilə birlikdə yaşayır. 1980-ci il tarixdə həyat yoldaşı X11 ilə ailə həyatı qurmş və həmin nikadan xx xxxxxxx 1981-ci il təvəllüdlü Şahid5 Nağı oğlu vardır. 2002-ci il tarixdə onun həyat yoldaşı X11 vəfat edib. Təqsirləndirilən şəxs tanımadığını, oğlu Şahid5 onu tanıyıb-tanımaması barədə onun məlumatı olmadığnı bildirmişdir. Onun yaşadığı ünvandan bir qədər aralıqda yerləşən ünvan 13al rayonu 2-ci Alatava ev 95 saylı ünvanda yerləşən meyvə tərəvəz satışı ilə məşğul olan Şahid2 tanıdığını və ona meyvə tərəvəz lazım olanda meyvə tərəvəz alır. Təqsirləndirilən şəxs tərəfindən 05 sentyabr 2021-ci il tarixdə təxminən saat 22 radələrindən , 06 sentyabr 2021-ci il tarixdən təxminən saat 06 radələrindək olan müddət ərizində Bakı şəhəri ünvan 13al rayonu Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B, mənzil 2 saylı mənzildən bir ədəd «Samsung» markalı kondisonerini, bir ədəd «Bosch» markalı qaz plitesini, elektrik naqillərini, bir ədəd divar deşici preforatorunu və mənzil təmiri üçün nəzərdə tutulan kompressorunun oğurlanmasından, həmin əşyalardan bir ədəd «Samsung» markalı kondisonerini, bir ədəd «Bosch» markalı qaz plitesini və mənzil təmiri üçün nəzərdə tutulan kompressorunu sonradan satmaq məqsədi ilə onun onun oğlu Elmarın yəni onun yaşadığı Bakı şəhəri ünvan 13al rayonu 2ci Alatava ev 97 saylı ünvanına gətirməsindən, Elmarı yuxudan oyadıb həmin əşyaları onun ünvanına yığmasından, 06 sentyabr 2021-ci il tarixdə saat 22 radələrində oğlu Elmar onun yaşadığı ünvandan bir qədər aralıqda yəni ünvan 13al rayonu 2-ci Alatava ev 95 saylı saylı ünvanda yerləşən meyvə-tərəvəz satışı ilə məşğul olan Elşad adlı şəxsə 50 manat borcu olduğundan, həmin borcun əvəzinə onun oğurladığı qaz plitəsini Elşada verməsindən onun heç bir məlumatı olmadığını bildirmişdir. Həmin günü yəni 06 sentyabr 2021-ci il tarixdə saat 06 radələrində o evdə olmuş, həmin günü Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda qalmamış və Təqsirləndirilən şəxs həmin göstərilən əşyaları onun yaşadığı ünvana gətirməmişdir. Oğlu Elmarın həmin hadisə ilə əlaqədar məlumatı olubolmamasından onun heç bir məlumatı olmadığını bildirmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid4 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 10-11-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Bakı şəhəri ünvan 13al rayonu Tbilisi prospekti ev 68, mənzil 2 ünvanda pasport qeydiyyatındadır və həmin ünvanda tək yaşayır.Onun yaşadığı ünvanda olan televizoru köhnə olduğundan və işlədilmiş televizov almaq qərarına gəlmişdir. Belə ki, 02 sentyabr 2021-ci il tarixdə saat təxminən 14 radələrində o, «Lalafo» elanlar saytında televizor almaq məqsədi ilə həmin sayıta daxil olaraq işlədilmiş və daha münasib qiymətə televizor axtardığın, həmin «Lalafo» elanlar saytında Rəşad adlı şəxs tərəfindən «Zimmer» markalı televizorun 180 manat pula satışı qoyulmuş və həmin şəxsin istifadə etdiyi ***-***-**-** mobil telefon nömərəsinidə yerləşdirmişdir. Elə həmin günü o, Rəşad adlı şəxsin istifadə etdiyi ***-***-**-** mobil telefonuna zəng edərək «Zimmer» markalı televizorun 180 manat pula almağını və hansı ünvana gəlməyimi bildirmişdir. Bu zaman Rəşad adlı şəxs onu onun yaşadığı Bakı şəhəri ünvan 13al rayonu 2-ci Alatava ev 45 saylı ünvanda yaşadığını və həmin ünvanda olduğunu bildirmişdir. Bundan sonra elə həmin günü o, Rəşad adlı şəxsin ünvanına getmiş və orada «Zimmer» markalı televizoru ona göstərmiş və telefizorun saz və işlək vəziyyətdə olduğunu yoxladıqdan sonra 180 manat pula razılaşıb ona 180 manat pul vermişdir. Bundan sonra Rəşad adlı şəxsin şəxsiyyət vəsiqəsinin sürətini alaraq həmin şəxsiyyət vəsiqəsinin sürətindəüzərində isə öz xətti ilə yazaraq öz istəyilə satdığını qeyd etmişdir. Həmin şəxsiyyət vəsiqəsini sürətini və «Zimmer» markalı televizoru götürüb ünvanı tərk etmişdir. 06 sentyabr 2021-ci il tarixdə o, yaşadığı Bakı şəhəri ünvan 13al rayonu Tbilisi prospekti ev 68, mənzil 2 saylı ünvanda olan zaman Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları gələrək özlərini təqdim etməklə, ona 02 sentyabr 2021-ci il tarixdə Rəşad adlı şəxs tərəfindən «Zimmer» markalı televizorun 180 manat pula satdığını və həmin televizorun oğurluq olmasını bildirmişlər. Bundan sonra polis əməkdaşları ondan sorğu sual etdikdən sonra «Zimmer» markalı televizorun oğurluq olduğundan onlara təqdim etməyini bildirmişlər və o, isə könüllü olaraq həmin televizoru polis əməkdaşlarına təqdim etmişdir. 02 sentyabr 2021-ci il tarixdə Rəşad adlı şəxsdən «Zimmer» markalı televizoru 180 manat pula alarkən, həmin televizor ona məxsus olduğunu və pula ehtiyacı olduğunu bildirmişdir. Həmin vaxtı Rəşad adlı şəxs həmin telenvizorun oğurluq olması barədə ona məlumat verməmiş və buna görə də onun bu barədə heç bir məlumatı olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 06 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd dəyəri 1599 manat “Samsung” markalı kondisonerini, bir ədəd dəyəri 350 manat olan «Bosch» markalı qaz plitesini, mənzilin hamam, dəhliz və mətbəxinin divarlarına çəkilmiş 100 metirlik, bir metri 40 qəpik olmaqla ümümlikdə 40 manat dəyərində elektrik naqillərini və usta Zərərçəkmiş şəxs3 məxsus mənzilin dəhlizində bir ədəd dəyəri 300 manat olan divar deşici preforatorunu və mənzilin uşaq otağında bir ədəd dəyəri 300 manat olan mənzil təmiri üçün nəzərdə tutulan kompressorunun naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin Bakı şəhəri ünvan 13al rayonu Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B, mənzil 2 saylı ünvanın olması müəyyən edilmişdir. (Cild İ, i.v. 8-13) “İfadənin yerində yoxlanması haqqında” 09 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılarkən ona məxsus bir ədəd dəyəri 1599 manat «Samsung» markalı kondisonerini, bir ədəd dəyəri 350 manat olan «Bosch» markalı qaz plitesini, mənzilin hamam, dəhliz və mətbəxinin divarlarına çəkilmiş 100 metirlik, bir metri 40 qəpik olmaqla ümümlikdə 40 manat dəyərində elektrik naqillərini və usta iş üzrə zərərçəkmiş şxəs Zərərçəkmiş şəxs3 məxsus mənzilin dəhlizində bir ədəd dəyəri 300 manat olan divar deşici preforatorunu və mənzilin uşaq otağında bir ədəd dəyəri 300 manat olan mənzil təmiri üçün nəzərdə tutulan kompresorunun Təqsirləndirilən şəxs tərəfindən oğurluq edərək gizli yolla ələ keçirdiyi yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin Bakı şəhəri ünvan 13al rayonu Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B, mənzil 2 saylı ünvanın olması müəyyən edilmişdir. (Cild İ, i.v. 27-33) “İfadənin yerində yoxlanması haqqında” 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, hadisə yeri olan Bakı şəhəri ünvan 13al rayonu Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B, mənzil 2 saylı ünvanın sahibi iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 Xanlar oğlunun icazəsi əsasında, daxil olaraq A.X.Rəhimova məxsus bir ədəd dəyəri 1599 manat «Samsung» markalı kondisonerini, bir ədəd dəyəri 350 manat olan «Bosch» markalı qaz plitesini, mənzilin hamam, dəhliz və mətbəxinin divarlarına çəkilmiş 100 metirlik, bir metri 40 qəpik olmaqla ümümlikdə 40 manat dəyərində elektrik naqillərini və usta iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 məxsus mənzilin dəhlizində bir ədəd dəyəri 300 manat olan divar deşici preforatorunu və mənzilin uşaq otağında bir ədəd dəyəri 300 manat olan mənzil təmiri üçün nəzərdə tutulan kompressorunun oğurladığı yeri əyani olaraq göstərmiş və həmin yer onun göstərdiyi yerlə eynilik təşkil etmişdir. (Cild İ, i.v. 80-86) “Götürmə aparılması haqqında” 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, X10 06 sentyabr 2021-ci il tarixdə saat 10 radələrində bir ədəd kompresoru, bir ədəd qaz plitəsini və bir ədəd “Samsung” narkalı kondisioneri saxlanması üçün verdiyini bildirmişdir. (Cild İ, i.v. 89-93) “Baxış keçirilməsi haqqında” 23 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 könüllü olaraq istintaqa təqdim etdiyi bir ədəd “Bosch” markalı qaz pilitəsi saz və işlək vəziyyətdədir. (Cild İ, i.v. 94-95) “Əşyanın zərərçəkmiş şəxsə tanınmaya təqdim edilməsi haqqında” 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 təqdim olunan bir ədəd “Bosch” markalı qaz plitəsini xarici görnüşündən və zahiri əlamətlərindən tanıyaraq ona məxsus olmasını bildirmişdir. (Cild İ, i.v. 96) “Video görüntüyə baxış keçirilməsi haqqında” 24 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs və onun hüquqlarnı müdafiə edən Bakı şəhəri ’’Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs oğlu və onun hüquqlarnı müdafiə edən Bakı şəhəri ’’Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakdan ilə Təqsirləndirilən şəxs, 05 sentyabr 2021-ci il tarixdə saat 22 radələrindən, 06 sentyabr 2021-ci il tarixdə saat 06:13 radələrinədək olan müddət ərzində Bakı şəhəri ünvan 13al rayonu, Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B, mənzil 2 saylı ünvanda yerləşən Zərərçəkmiş şəxs2 qediyyatda olduğu ünvanın ümumi giriş qapsından əlində bir ədəd mənzil təmiri üçün nəzərdə tutulan kompresorunun və bir ədəd «Samsung» markalı kondisonerinin çiynində aparması gizli yolla oğurlaması müşahidə olunmuşdur. (Cild İ, i.v. 129) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 01 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 iştirakı ilə 01 sentyabr 2021-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş və X.S.Novuruzovaya məxsus bir ədəd dəyəri 700 manat olan ağ rəngli, «Zimmer» markalı «ZM-HS3210» modelli televizorunu, bir ədəd dəyəri 10 manat olan qara rəngli pul kisəsini və həmin pul kisəsinin içərisində olan 45 manat nəğd pulunu naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığı yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin ünvan 20 ünvanın olması müəyyən edilmişdir. (Cild İ, i.v. 154-155) “Təqdim etmə və götürmə haqqında” 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Şahid4 könüllü olaraq təqdim etdiyi bir ədəd ağ rəngli, «Zimmer» markalı «ZM-HS3210» modelli televizorun iş üzrə əhəmiyyət kəsb etdiyindən Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı polis baş leytenantı Elçin Bədəlzadə tərəfindən götürülmüş və baxış keçirilmişdir. Baxış zamanı Şahid4 yuxarıda göstərilən faktı bir daha təsdiq edərək bir ədəd ağ rəngli, «Zimmer» markalı «ZM- HS3210» modelli televizoru məhz ona “ Rəşad” adlı şəxs tərəfindən ona 180 manat pula satdığını bildirmişdir. (Cild İ, i.v. 157-158) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 9/6832 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ağ rəngli, “Zimmer” markalı, “ZM- HS3210” modelli televizorun istifadədə olmaması nəzərə alınmaqla 2021-ci il sentyabr ayına olan orta bazar qiyməti təxminən 180.00 manat müəyyən olunur. (Cild İİ, i.v. 66-68) “Maddi sübut kimi tanınma haqqında” 04 noyabr 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd istifadədə olmuş, üzərində bir ədəd ağ rəngli, “Zimmer” markalı, “ZM-HS3210” modelli televizor maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 Saməddin qızına qaytarılmışdır. (Cild İİ, i.v. 69-70) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 oktyabr 2021-ci il tarixli, 9/6922 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyindən görünür ki, ekspertiza 01 ədəd “Bosch” markalı, “PBY6C6B60O” modelli, qara rəngli, 1 hissəsi elektriklə, 3 hissəsi qazla işləyən qaz plitəsinin istifadədə olması nəzərə alınmaqla 2021-ci ilin sentyabr ayına olan orta bazar qiyməti təxminən 250.0 manat müəyyən edilir. (Cild İİ, i.v. 72-74) “Maddi sübut kimi tanınma haqqında” 04 noyabr 2021-ci il tarixli qərardan görünür ki, bir ədəd istifadədə olmuş, üzərində bir ədəd “Bosch” markalı, “PBY6C6B60O” modelli, qara rəngli, 1 hissəsi elektriklə, 3 hissəsi qazla işləyən qaz plitəsi maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. (Cild İİ, i.v. 75-76) Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 05.11.2021-ci il tarixli qəbzdən görünür ki, bir ədəd ağ rəngli, “Zimmer” markalı, “ZM-HS3210” modelli televizoru təhvil almışdır. (Cild İİ, i.v. 85, 157) “Video görüntüyə baxış keçirilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 sentyabr 2021-ci il tarixdə saat 11:52 dən, saat 12:04dək olan müddət ərzində Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 21 ünvandan bir ədəd ağ rəngli, «Zimmer» markalı «ZM-HS3210» modelli televizorunu, bir ədəd qara rəngli pul kisəsini və həmin pul kisəsinin içərisində olan 45 manat nəğd pulunun oğurlayaraq tərk etməsi müşahidə olunmuşdur. (Cild İİ, i.v. 87) “İfadənin yerində yoxlanması haqqında” 05 noyabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılarkən ona məxsus bir ədəd dəyəri 700 manat olan ağ rəngli, «Zimmer» markalı «ZM-HS3210» modelli televizorunu, bir ədəd dəyəri 10 manat olan qara rəngli pul kisəsini və həmin pul kisəsinin içərisində olan 45 manat nəğd pulunun Təqsirləndirilən şəxs tərəfindən oğurluq edərək gizli yolla ələ keçirdiyi yeri əyani olaraq göstərmiş, həmçinin hadisə yerinin Bakı şəhəri ünvan 13al rayonu Hüseyn Cavid prospekti 528-ci məhəllə ev B, mənzil 2 saylı ünvanın olması müəyyən edilmişdir. (Cild İİ, i.v. 89-91) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 05.11.2021-ci il tarixli qəbzdən görünür ki, bir ədəd “Bosch” markalı, “PBY6C6B60O” modelli, qara rəngli, 1 hissəsi elektriklə, 3 hissəsi qazla işləyən qaz plitəsini təhvil almışdır. (Cild İİ, i.v. 85, 158) Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 10 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus bir ədəd istifadədə olmuş, üzərində bir ədəd ağ rəngli, “Zimmer” markalı, “ZM-HS3210” modelli televizor maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs1 Saməddin qızına qaytarılmışdır. Zərərçəkmiş şəxs2 məxsus bir ədəd istifadədə olmuş, üzərində bir ədəd “Bosch” markalı, “PBY6C6B60O” modelli, qara rəngli, 1 hissəsi elektriklə, 3 hissəsi qazla işləyən qaz plitəsi maddi sübut kimi tanınmış və saxlanması üçün sahibi Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Cinayət işinin materiallarında olan baxış, götürmə və ifadələrin yerində yoxlanılması haqqında protokollar, təqsirləndirilən şəxsin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, ifadələrin yerində yoxlanılması protokolları, video görüntü diskləri, maddi sübutlar və əhəmiyyət kəsb etməklə ziddiyyətlər yaratmayan sənədlər cinayət işi üzrə obyektiv və mötəbər sübut kimi tanınmışdır. (Cild İİ, i.v. 103-122) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X14 kompleks stasionar məhkəmə psixiatrik və psixoloji ekspertizasının 02.03.2022-ci il tarixli 22 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona ittiham olunan cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs aşkarlanan impulsiv tipli şəxsiyyətin emosional davamsız pozuntusu cinayət hadisəsini törətdiyi dövrdə onu öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam həcmdə dərk etmək və onlan tam həcmdə idarə etmək iqtidarından məhrum etmişdir. Buna görə də anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 22.1 -ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.3 və 22.2-ci maddələrinin təsiri altına düşmür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X10 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özünün və zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 fevral 2005-ci il tarixli Qərarının 19-cu bəndinə görə yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə, oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair” 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, CM-lə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-in 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Sözügedən qərarda həmçinin qeyd edilir ki, daxil olma yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə oğurluq, soyğunçuluq və ya quldurluq etmək məqsədi ilə qanunsuz olaraq girmə kimi qiymətləndirilməlidir. Girmə həm açıq, həm də gizli formada maneələri aradan qaldırmaqla, orada olan insanların, həmçinin mühafizəçilərin müqavimətini qırmaqla, yaxud onları aldatmaq yolu ilə və ya bu hərəkətləri etmədən həyata keçirilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə və yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; Beləliklə, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X5 əməli CM-nin 177.2.2 və 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, X5 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, X8 CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Şübhəli şəxsin tutulması haqında 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, X10 həmin tarixdə saat 21:50-də şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 194) Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli 4(006)- 392/2021 saylı qərarından görünür ki, X10 barəsində həbsetmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, 67-70, 235-238) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 20.09.2021-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs, Bakı Qarnizonu Hərbi Tribunalının 12.01.1994-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 2-ci hissəsi, 83-cü maddəsinin 3-cü hissəsi, 42-1-ci və 38-cü maddələri təqsirli bilinərək 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hökmün icrası 02 il tərixə salınmışdır. Bundan başqa Təqsirləndirilən şəxs, Bakı Şəhəri Nizami Rayon Məhəkməsinin 22 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM- nin 128-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzasına məhkum edilmişdir. (Cild İ, i.v. 58-60) Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 22.09.2020-ci il tarixli 1(007)-130/2020 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinmiş və ona, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 01 (bir) il müddətinə islah işləri növündə cəza təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən məhkəməyədək icraat zamanı 22 fevral 2020-ci il tarixdən 24 fevral 2020-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət bir günə dörd gün hesabı ilə hesablanaraq, Təqsirləndirilən şəxs təyin edilən islah işləri cəzasından 08 (səkkiz) gün çıxılsın və ona çəkilməsi üçün qəti olaraq, qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla, 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə islah işləri cəzası müəyyən edilmişdir. (Cild İİ, i.v. 13-18) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhər Probasiya İdarəsinin 22.04.2022-ci il tarixli 21-1/3-5391-10 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nizami Rayon Məhkəməsinin 1(007)-130/2020 saylı, 22.09.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək, 11 ay 22 gün müddətinə hər ay qazancından 15% dövlət nəfinə tutulmaqla islah işləri növündə cəzaya məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.8-ci bəndinin təsiri altına düşdüyü üçün Bakı Şəhər Probasiya İdarəsinin 10.11.2021-ci il tarixli qərarı ilə cəzadan azad edilmiş və idarənin qeydiyyatından çıxarılmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 29 aprel 2022-ci il tarixli ərizədən görünür ki, cinayət işi üzrə təqsirləndirlən şəxs qismində tanınan X10 ilə barışmışdır və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. X8 qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli ərizədən görünür ki, təqsirləndirlən şəxs X10 ilə barışmışdır və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. X8 qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaq. Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 29.12.2021-ci il tarixli notarial ərizədən görünür ki, Bakı Şəhəri ünvan 13al Rayon Məhkəməsinin icraatında olan 1(004)-455/2021 saylı cinayət işi üzrə təqsirləndirilən şəxs X3 heç bir şikayət və tələbi yoxdur. Göstərilən halların nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. 83.3.2-ci maddəyə görə azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzasını çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 18.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar və yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, X5 zərərçəkmiş şəxslərə dəymiş zərərin tam ödənilməsini, onlarla barışmasını və sonuncuların ona qarşı şikayət və tələbinin olmamasını, törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını, hadisəsini törətdiyi dövrdə cinayətin anlaqlılığı istisna etməyən psixi pozuntusu olan şəxs tərəfindən törədilməsini (Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən 02 mart 2022-ci il tarixli 22 saylı rəyi) Cinayət Məcəlləsinin 59.1.9, 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.9, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, X8 cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X5 CM-in 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X10 CM-in 177.2.2 və 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış, bir ədəd ağ rəngli, “Zimmer” markalı “ZM-HS3210” modelli televizorun Zərərçəkmiş şəxs1, maddi sübut kimi tanınmış, bir ədəd “Bosch” markalı , “PBY6C6B60O” modeli,qara rəngli, 1 hissəsi elektriklə, 3 hissəsi qazla işləyən qaz plitəsinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizaslərı üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat X3 tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs X5 məhkəməyədək icraat dövründə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X9 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X8 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat, X9 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: X10 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. X10 hökmlə ona təyin olunmuş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablansın. X5 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış, bir ədəd ağ rəngli, “Zimmer” markalı “ZM-HS3210” modelli televizorun Zərərçəkmiş şəxs1, maddi sübut kimi tanınmış, bir ədəd “Bosch” markalı , “PBY6C6B60O” modeli,qara rəngli, 1 hissəsi elektriklə, 3 hissəsi qazla işləyən qaz plitəsinin Zərərçəkmiş şəxs2 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat X3 tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X4, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. X8 göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkilləri Müdafiəçi məhkəməyədək icraat zamanı iştirak etdiyi 60 (altmış) saata görə 360 (üç yüz altmış) manat, X9 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri ünvan 13al Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar