Məhkəmə qərarları › İş №1(004)-41/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-41/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-41/2023 06.03.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X9, zərərçəkmiş şəxslər X1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8, müdafiəçi Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1994-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuş, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talama məqsədilə təkrarən oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarix saat 19:00-dan xx.xx.2022-ci il tarix saat 10:00 radələrinədək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonu Mətbuat prospekti 24 saylı binanın həyətində dayanmış Zərərçəkmiş şəxs5 məxsus olan Vaz 2107 markalı ** UR *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidini açmaq yolu ilə həmin avtomobilin salonuna daxil olaraq avtomobilin salonuna quraşdırılmış 1 ədəd 500 (beş yüz) manat dəyərində Pioner 7750 BT markalı maqnitofonu gizli yolla talamaqla ələ keçirib Zərərçəkmiş şəxs5 500 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixə saat 15:00-dan saat 20:30 radələrinədək olan müddət ərzində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 16 saylı binanın həyətində dayanmış Zərərçəkmiş şəxs4 məxsus olan Vaz 2107 markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidini açmaq yolu ilə həmin avtomobilin salonuna daxil olub avtomobilin salonuna quraşdırılmış 1 ədəd 150 (yüz əlli) manat dəyərində Pioner markalı maqnitofonu gizli yolla talamaqla ələ keçirib Zərərçəkmiş şəxs4 150 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində ünvan 2 ünvanda yerləşən binanın həyətində dayanmış Zərərçəkmiş şəxs3 məxsus olan Vaz 21214 markalı ** CH *** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarına quraşdırılmış hər biri 180 manat dəyərində olan 2 ədəd ümumilikdə 360 manat dəyərində yan güzgülərini gizli yolla talamaqla ələ keçirib Zərərçəkmiş şəxs3 360 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində ünvan 3 ünvanda yerləşən binanın həyətində dayanmış Zərərçəkmiş şəxs7 məxsus olan Vaz 2107 markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidini açmaqla avtomobilin qapısını açmaq yolu ilə avtomobilin salonuna daxil olub avtomobilin salonuna quraşdırılmış hər biri 100 (bir yüz) manat olan ümumilikdə 400 (dörd yüz) manat dəyərində 4 ədəd Pioner markalı səsgücləndiricini gizli yolla talamaqla ələ keçirib Zərərçəkmiş şəxs7 400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 02:00-dan 13:20-dək olan müddət ərzində ünvan 4 ünvanda yerləşən binanın həyətində dayanmış Zərərçəkmiş şəxs8 məxsus olan Vaz 2107 markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidini açmaqla avtomobilin salonuna daxil olub avtomobilin salonunda quraşdırılmış 1 ədəd 160 (yüz altmış) manat dəyərində Pioner markalı maqnitofonu gizli yolla talamaqla ələ keçirib Zərərçəkmiş şəxs8 160 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 18:00-dan xx.xx.2022-ci il tarixdə saat 08:40-dək olan müddət ərzində ünvan 5 ünvanda yerləşən binanın həyətində dayanmış Zərərçəkmiş şəxs1 məxsus olan Chevrolet Camaro markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının açıq olmasından istifadə edib avtomobilin salonuna daxil olaraq avtomobilin salonuna quraşdırılmış 1 ədəd 850 (səkkiz yüz əlli) manat dəyərində Pioner markalı maqnitofonu gizli yolla talamaqla ələ keçirib Zərərçəkmiş şəxs1 850 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 00:10-dan saat 07:30-dək olan müddət ərzində ünvan 6 ünvanda yerləşən binanın həyətində dayanmış Zərərçəkmiş şəxs6 məxsus olan Reno Toros markalı ** HS *** dövlət qeydiyyat nişanlı avtomobilin qapısının kilidini açmaqla avtomobilin salonuna daxil olub avtomobilin salonunda arxa tərəf ayaqaltında içərisində avtomobil üçün ehtiyat açarları olan 1 ədəd 470 (dörd yüz yetmiş) manat dəyərində diplomatı gizli yolla talamaqla ələ keçirib Zərərçəkmiş şəxs6 470 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 iyun 2022-ci il tarixdən xx-xx.2022-ci il tarixə keçən gecə keçən saat 03 radələrində ünvan 7 ünvanda yerləşən binanın həyətində dayanmış X2 məxsus olan Chrysler Crossfire markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan qapısının şüşəsini sındırmaqla həmin qapını açaraq avtomobilin salonuna daxil olub avtomobilin salonuna quraşdırılmış 1 ədəd 750 manat dəyərində Pioner markalı maqnitofonu gizli olaraq talamaqla ələ keçirib zərərçəkmiş şəxs E.Əbdülsəlimzadəyə 750 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 3 ildən artıq bir müddətdir ki, müxtəlif növ narkotik vasitə və psixotrop maddələrin istifadəsi ilə məşğul olur. Heç yerdə işləmədiyi üçün o, narkotik vasitə əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. O, adətən narkotik vasitələri Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» adlanan ərazidə küçədə, tanımadığı müxtəlif şəxslərdən pul ilə əldə edərək təklikdə şəxsi tələbatı üçün qəbul edir. Pul tapa bilmədəyəndə oğurluq etmək qərarına gəlmiş və bunun üçün avtomobillərdə olan maqnitofonları oğurlamağı qərarlaşdırmışdır. Çünki, bu oğurluq üsulu onun üçün asan bir üsul idi. xx.xx.2022-ci il tarixə gecə saat 02 radələrində Bakı şəhəri Yasamal rayonu Şərifzadə küçəsi 16 saylı binanın həyətində piyada hərəkət edirdi və həmin vaxt binanın qarşısında dayanmış Vaz 2107 markalı ** OE *** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin qapısının kilidini açıb avtomobilin qapısını açmaqla avtomobilin salonuna daxil olub salonunda quraşdırılmış 1 ədəd modelini xatırlamadığı Pioner markalı maqnitofonu gizli yolla oğurlayıb hadisə yerini tərk etmişdir. Həmin günü səhər saatlarında maqnitofonu Bakı şəhəri 8-ci mikrorayon bazarına aparıb tanımadığı şəxsə 40 (qırx) manat satmış, əldə etdiyi gəliri isə şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa yenə oğurluq etmək məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində ünvan 3 binanın həyəti ilə piyada hərəkət edirdi və həmin vaxt binanın qarşısında dayanmış Vaz 2107 markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin qapısının kilidini açıb avtomobilin qapısını açmaqla avtomobilin salonuna daxil olub salonunda quraşdırılmış 4 ədəd modelini xatırlamadığı Pioner markalı səsgücləndiriciləri gizli yolla oğurlayıb hadisə yerini tərk etmişdir. Həmin günü səhər saatlarında səsgücləndiriciləri Bakı şəhəri 8-ci mikrorayon bazarına aparıb iki ədədini satsa da yerdə qalan 2 ədədini alan olmadığı üçün sata bilməmişdir. Bundan başqa yenə oğurluq etmək məqsədilə xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində ünvan 4 binanın həyəti ilə piyada hərəkət edirdi və həmin vaxt binanın qarşısında dayanmış Vaz 2107 markalı ** XZ *** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin qapısının kilidini açıb avtomobilin qapısını açmaqla avtomobilin salonuna daxil olub salonunda quraşdırılmış 1 ədəd modelini xatırlamadığı Pioner markalı maqnitofonu gizli yolla oğurlayıb hadisə yerini tərk etmişdir. Həmin günü səhər saatlarında maqnitofonu Bakı şəhəri 8-ci mikrorayon bazarına aparıb tanımadığı şəxsə 50 (əlli) manat satımış, əldə etdiyi gəliri isə şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa yenə oğurluq etmək məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 02 radələrində ünvan 5 binanın həyəti ilə piyada hərəkət edirdi və həmin vaxt binanın qarşısında dayanmış Chevrolet Camaro markalı ** VH *** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin qapısının açıb olmasını görüb avtomobilin qapısını açmaqla avtomobilin salonuna daxil olub salonunda quraşdırılmış 1 ədəd modelini xatırlamadığı Pioner markalı maqnitofonu gizli yolla oğurlayıb hadisə yerini tərk etmişdir. Həmin günü səhər saatlarında maqnitofonu Bakı şəhəri 8-ci mikrorayon bazarına aparıb tanımadığı şəxsə 40 (qırx) manat satmış, əldə etdiyi gəliri isə şəxsi tələbatları üçün xərcləmişdir. Bundan başqa yenə oğurluq etmək məqsədilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə saat 04 radələrində ünvan 7 binanın həyəti ilə piyada hərəkət edirdi və həmin vaxt binanın qarşısında dayanmış Chrysler Crossfire markalı ** CZ *** dövlət qeydiyyat nişanlı avtomobili görmüş və ətrafa nəzər salıb onu heç kimin görmədiyinə əmin olduqdan sonra avtomobilin qapısının kilidini açmaq istəmiş, lakin aça bilməmişdir. Həmin vaxt yerdən götürdüyü daşla avtomobilin qabaq sol yan şüşəsini sındırıb qapısını açmaqla avtomobilin salonuna daxil olub salonunda quraşdırılmış 1 ədəd modelini xatırlamadığı Pioner markalı maqnitofonu gizli yolla oğurlayıb hadisə yerini tərk etmişdir. Həmin günü səhər saatlarında maqnitofonu Bakı şəhəri 8-ci mikrorayon bazarına aparıb tanımadığı şəxsə 150 (yüz əlli) manat satmış, əldə etdiyi gəliri isə şəxsi tələbatları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində oğurladığı Pioner markalı özü ilə aparıb satmaq istəyərkən tanımadığı polis əməkdaşları ona yaxınlaşmış və oğurluq etməkdə şübhəli olduğu üçün onu polis bölməsinə dəvət etmişdirlər. O, bölməyə gedib törətdiyi əməlləri barədə hər şeyi danışmışdır. Beləliklə o özünü sadaladığı 5 epizod üzrə təqsirli bilir, digər 3-ü üzrə və özünü təqsirli bilmir. Özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və etiraf etdiyi epizodlar üzrə zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi, DVD disklərdə video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Chrysler Crosfire markalı ** CZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Hər gün avtomobilini işdən gələndən sonra yaşadığı binanın qarşısında saxlayır. xx.xx.2022-ci il tarixdə saat 22:00 radələrində növbəti dəfə işdən gəlmiş və avtomobilini yaşadığı binanın qarşısında saxlayıb evə qalxmışdır. Gecə saat 03:15 radələrində qonşusu onun mobil telefonuna zəng edərək avtomobilinin sürücü tərəfdən şüşəsinin sındırılmış halda olduğunu bildirmişdir. O, xəbəri alan kimi dərhal avtomobilinin yanına düşmüş və avtomobilinə yaxınlaşanda aşkar etmişdir ki, avtomobilinin sürücü tərəfdən olan qapısının şüşəsi sındırılmışdır. Avtomobilə nəzər yetirəndə görmüşdür ki, avtomobilinin salonunda olan ona məxsus bir ədəd Pioner markalı maqnitofon naməlum şəxs (şəxslər) tərəfindən gizli yolla oğurlanmışdır. Dərhal gördükləri barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, qonşusu Namiq ona hadisə günü gecə saat 03:15 radələrində telefonla məlumat vermişdir ki, avtomobilinin sürücü tərəfdən şüşəsi sındırılmış haldadır. O, bu xəbəri alan kimi dərhal aşağı düşmüş və görmüşdür ki, avtomobilindən oğurluq olmuşdur. Hazırda ona dəymiş zərər tam ödənilib. Ona görə də onun şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Vaz 21214 markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Hər gün avtomobilini işdən gələndən sonra yaşadığı binanın qarşısında saxlayır. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində növbəti dəfə işdən gəlmiş və avtomobilini yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. Həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə saat 08:45 radələrində işə getmək üçün avtomobilinin yanına gəlmiş və avtomobilinə yaxınlaşanda görmüşdü ki, avtomobilinin qapısında olan iki ədəd sağ və sol yan güzgülər yerində deyildir. Həmin an dərk etmişdir ki, naməlum şəxs (şəxslər) tərəfindən gizli yolla oğutlanmışdır. Dərhal gördükləri barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Əlavə olaraq bildirmişdir ki, cinayət işi üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası rəyində ona dəymiş maddi ziyanın 360 (üç yüz altmış) manat olması göstərilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, Vaz 2107 markalı ** OE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Hər gün avtomobilini işdən gələndən sonra yaşadığı binanın qarşısında saxlayır. xx.xx.2022-ci il tarixdə saat 15:00 radələrində növbəti dəfə işdən gəlmiş və avtomobilini yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. Saat 20:30 radələrində işə getmək üçün avtomobilinin yanına gəlmiş və avtomobilinə yaxınlaşanda görmüşdür ki, avtomobilinin qapısı açıqdır. Avtomobilə daxil olub salonuna baxanda aşkar etmişdir ki, salonda olan bir ədəd Pioner markalı maqnitofon naməlum şəxs (şəxslər) tərəfindən gizli yolla oğurlanmışdır. Dərhal gördükləri barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Hazırda məhkəməyə ərizə təqdim edərək, qeyd edir ki, onun təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Vaz 2107 markalı ** UR *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Hər gün avtomobilini işdən gələndən sonra yaşadığı binanın qarşısında saxlayır. xx.xx.2022-ci il tarixdə saat 19:00 radələrində növbəti dəfə işdən evə gəlmiş və avtomobilini yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. Həmin günün səhərisi, yəni xx.xx.2022-ci il tarixdə saat 10:00 radələrində işə getmək üçün avtomobilinin yanına gəlmiş və avtomobilinə yaxınlaşanda görmüşdür ki, avtomobilinin salonunda olan 1 ədəd Pioner 7750 BT markalı maqnitofon yerində deyildir. Həmin an dərk etmişdir ki, naməlum şəxs (şəxslər) tərəfindən gizli yolla oğulanmışdır. Dərhal gördükləri barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Vaz 2107 markalı ** DP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Hər gün avtomobilini işdən gələndən sonra yaşadığı binanın qarşısında saxlayır. xx.xx.2022-ci il tarixdə o, avtomobilini həmişə saxladığı yerdə saxlayıb evə getmişdir. Xəstə olduğu üçün evdə yatmış və avtomobilinə yaxın gedə bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində işə getmək üçün avtomobilinin yanına gəlmiş və avtomobilinə yaxınlaşanda görmüşdür ki, avtomobilinin yan qapıları açıq vəziyyətdədir. Avtomobilinə nəzər salanda aşkar etmişdir ki, avtomobilin salonunda arxa pəncərənin yanında olan 4 ədəd Pioner markalı səsgücləndirici yerində deyildir. Həmin an dərk etmişdir ki, naməlum şəxs (şəxslər) tərəfindən gizli yolla oğulanmışdır. Dərhal gördükləri barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onunla barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, Vaz 21074 markalı ** XZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Hər gün avtomobilini işdən gələndən sonra yaşadığı binanın qarşısında saxlayır. xx.xx.2022-ci il tarixdə gecə saat 02:00 radələrində növbəti dəfə işdən gəlmiş və avtomobilini yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. Həmin günü günorta, yəni xx.xx.2022-ci il tarixdə saat 13:20 radələrində işə getmək üçün avtomobilinin yanına gəlmiş və avtomobilinə yaxınlaşanda görmüşdür ki, avtomobilinin qapısı açıq haldadır, avtomobilin alın şüşəsi isə sındırılmış haldadır. Avtomobilinə nəzər yetirəndə görmüşdür ki, avtomobilin salonunda olan 1 ədəd Pioner markalı, modelini xatırlmamadığı 160 manat dəyərində maqnitofon naməlum şəxs (şəxslər) tərəfindən gizli yolla oğurlanmışdır. Dərhal gördükləri barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Hazırda onun şikayət və tələbi yoxdur, ona dəymiş ziyan tam şəkildə ödənilib. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, Chevrolet Camaro markalı ** VH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Hər gün avtomobilini işdən gələndən sonra yaşadığı binanın qarşısında saxlayır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində növbəti dəfə işdən gəlmiş və avtomobilini yaşadığı binanın qarşısında saxlayıb evə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 08:40 radələrində işə getmək üçün avtomobilinin yanına düşmüş və avtomobilinə yaxınlaşanda aşkar etmişdir ki, avtomobilinin salonunda olan ciblik hissə aşılmış haldadır, salonda olan bir ədəd Pioner markalı maqnitofon naməlum şəxs (şəxslər) tərəfindən gizli yolla oğurlanmışdır. Dərhal gördükləri barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Daha sonra Zərərçəkmiş şəxs1 məhkəməyə ünvanladığı ərizədə ona dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını və onunla barışmasını göstərmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Zərərçəkmiş şəxs6 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, o, avtomobil ustası işləyir, fərdi əməklə məşğul olur. Reno Toros markalı ** HS *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsusdur. Hər gün avtomobilini işdən gələndən sonra yaşadığı binanın yaxınlığında yerləşən ünvan 6 ünvanda saxlayır, çünki, həmin yerlərə işıq düşür. xx.xx.2022-ci il tarixdə gecə saat 00:10 radələrində növbəti dəfə işdən evə gəlmiş və avtomobilini həmişə saxladığı yerdə saxlayıb evə getmişdir. Həmin günü səhər saatlarında, yəni saat 07:30 radələrində işə getmək üçün avtomobilinin yanına gəlmiş və avtomobilinə əyləşib işə getmişdir. Həmin günü axşam işdən evə qayırdırdı və avtomobili həmin yerdə saxlayın avtomobilin salonuna nəzər yetirəndə görmüşdür ki, ona məxsus içərisində avtomobil üçün açar dəstləri olan bir ədəd diplomat çanta yerində, yəni avtomobilin salonunun arxa ayaq altı hissəsində deyildir. Həmin an dərk etmişdir ki, naməlum şəxs (şəxslər) tərəfindən gizli yolla oğulanmışdır. Dərhal gördükləri barədə Azərbaycan Respublikası DİN-in 102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Vaz 21214 markalı ** CH *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus olmuşdur. Həmin avtomobil sənədlə onun adınadır. Həmin avtomobili 2021-ci ilin avqust ayında o, Zərərçəkmiş şəxs3 baş etibarnamə əsasında satmışdır. Həmin avtomobilə dair onun heç bir mülki hüququ yoxdur. Avtomobildə olan oğurluq nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Avtomobilin sahibi Osman olduğundan maddi ziyan Osmana dəymişdir. Oğurluq faktı ilə əlaqədar ona heç bir maddi ziyan dəymədiyindən onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Vaz 2107 markalı ** OE *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil onun adınadır, lakin mülkiyyətçisi oğlu Ruslandır. Belə ki, avtomobili alanda onun adına rəsmiləşdirmişdirlər, lakin avtomobili oğlu Ruslan üçün almışdır və Ruslanla bir ünvanda yaşayırlar. Avtomobilin faktiki sahibi Ruslandır. Avtomobildə baş vermiş oğurluq faktı nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Maddi ziyan Ruslana dəymişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Reno Toros markalı ** HJ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus olmuşdur. Həmin avtomobil sənədlə onun adınadır. Həmin avtomobili xatırlamadığı müddətdə xatırlamadığı şəxsə baş etibarnamə əsasında satmışdır. Həmin avtomobilə dair onun heç bir mülki hüququ yoxdur. Avtomobildə olan oğurluq nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Maddi ziyan avtomobilin hazırki sahibinə dəymişdir. Oğurluq faktı ilə əlaqədar ona heç bir maddi ziyan dəymədiyindən onun heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid4 ibtidai istintaqda verdiyi ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, ifadəsində göstərmişdir ki, Vaz 2107 markalı ** XZ *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ona məxsus olmuşdur. Həmin avtomobil sənədlə onun adınadır. Həmin avtomobili xatırlamadığı müddətdə xatırlamadığı şəxsə baş etibarnamə əsasında satmışdır. Həmin avtomobilə dair onun heç bir mülki hüququ yoxdur. Avtomobildə olan oğurluq nəticəsində ona heç bir maddi ziyan dəyməmişdir. Maddi ziyan avtomobilin hazırki sahibinə dəymişdir. Oğurluq faktı ilə əlaqədar ona heç bir maddi ziyan dəymədiyindən onun heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 1-ci cild 84-87-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 2-ci cild 119-132-ci vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, 02 (iki) ədəd “Pioneer” markalı səsgücləndirici və 02 (iki) ədəd DVD disk maddi sübut kimi tanınmışdır. Səsgücləndiricilər Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, disklər isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 88-91-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 23.08. 2022-ci il tarixli, 9/5683 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadəsi olması nəzərə alınmaqla 2022-ci ilin may ayında olan orta bazar qiyməti ümumi dəyəri 30 manat, təqdim edilməyən 1 cüt 1 il istifadədə olmuş Mercedes Galenvangen markalı avtomobil üçün yan güzgülərin 2022-ci ilin may-iyun aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 360 manat müəyyən edilir. Digər istehsal tarixi 4 ildən 1 ayadək olan Pioner markalı maqnitofonlar haqqında ətraflı məlumat (modeli, sayı, texniki göstəriciləri və s.) olmadığından qiymətləndirmə aparmaq mümkün olmadı. Həmçinin ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri - 50 (əlli) manat müəyyən edilmişdir. Cinayət işinin 2-ci cild 71-81-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən xx.xx.2022ci il tarixdə tərtib edilmiş tələbnamədən, həmçinin məhkəmə hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası 234.1-ci maddəsi ilə qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxslər X5, Zərərçəkmiş şəxs7, X1, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs4 məhkəməyə ünvanlanmış ərizələrindən görünür ki, onlara vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Cinayət işinin materiallarında olan 02 (iki) ədəd DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs tək ətrafa nəzər salaraq avtomobillərə yaxınlaşır və avtomobilin salonuna daxil olub salondan hansısa əşyanı götürüb hadisə yerindən uzaqlaşır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə maddi ziyan vurmaqla oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspert rəyi, DVD disklərdə olan video görüntülərlə və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5, həmçinin Zərərçəkmiş şəxs6 qarşı törətmiş olduğu cinayət əməlləri üzrə özünü təqsirli bilməməsi ilə bağlı məhkəmə iclasında verdiyi ifadəsini onun şəxsi mülahizələri kimi qiymətləndirir və hesab edir ki, həmin xüsusatlar zərərçəkmiş şəxslərin ifadəsi və işin digər materialları ilə tamamilə təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun ifadəsi özünümüdafiə xarakteri daşıyır və belə ifadə verməklə o, məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törədən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən maddəsinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü qismən təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslərin bir qisminə dəymiş ziyanın ödənilməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə məhkəmə hesab edir ki, hazırkı iş üzrə cinayət əməli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törədildiyi müəyyən olunduğundan, həmin hökm ilə Təqsirləndirilən şəxs təyin edilmiş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə ona təyin olunacaq cəza Azərbaycan Respublikasının CM-nın 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli və həmin hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinin normalarından görünür ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilən cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmün məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən qərarında eyni zamanda göstərilmişdir ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş məhkəmənin hökmünə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 08 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək 21 (iyirmi bir gün) müddətində həbsdə saxlanılması müddətini Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə müvafiq olaraq azadlıqdan məhrum etmə müddəti kimi nəzərə alaraq həmin müddət ona təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkmə müddətinin əvvəli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmünə əsasən 29 iyun 2022-ci il tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Bakı şəhəri Yasamal RPİ-də saxlanılan iş üzrə maddi sübut olan 02 (iki) ədəd “Pioneer” markalı səsgücləndirici hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılmalı, həmçinin iş üzrə digər maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili M.T.Şahmarova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili M.T.Şahmarovun məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkməsi nəzərə alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikasının CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətinə azadlığdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyun 2022-ci il tarixli hökmü ilə təyin olunmuş 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə həbsdə saxlanıldığı 08 iyun 2022-ci il tarixdən 29 iyun 2022-ci il tarixədək, yəni 21 (iyirmi bir gün) müddət nəzərə alınmaqla, onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 09 (doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 29 iyun 2022-ci il tarixdən hesablansın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut olan 02 (iki) ədəd “Pioneer” markalı səsgücləndirici hökm qanuni qüvvəyə mindikdən sonra sahibinə qaytarılsın. İş üzrə digər maddi sübut olan 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X6, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili X7 məhkəmədə iştirak etdiyi 55 saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında (Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********)) olan hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkməsi nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar