Məhkəmə qərarları › İş №1(004)-410/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-410/2023

29.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-410/2023 29.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxxxx 1965-ci ildə Sabirabad rayonunda anadan olan, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərid əməklə məşğul olan, məhkum olunmayan, ünvan 1 ünvanda qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 25 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanın qarşısında tanışı Şahid ilə dayanıb söhbət edərkən həmin vaxt oradan keçən digər tanışı Zərərçəkmiş şəxs Şahid işə nə vaxt çıxacağını soruşduqda heç bir səbəb olmadan sonuncuya «qoyunla» söhbət etməməsini bildirmiş, Zərərçəkmiş şəxs təhqir olunmasının səbəbini soruşmaq və ünvanına xoşagəlməz sözlər deyilməsinə aydınlıq gətirmək üçün ona yaxınlaşıb öz iradını bildirdikdə, Zərərçəkmiş şəxs haqlı iradını bəhanə edib heç bir əsaslı səbəb olmadan mübahisə yaradaraq ictimai qaydaya, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərərək ucadan nalayiq ifadələr işlədib səs-küy salmaqla ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər edib özünün müstəsna şəxsiyyət olmasını, başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün özünü Zərərçəkmiş şəxs, onunla birlikdə olan Şahid və ətrafda olan şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərin şəxsiyyətinin fövqündə qoymaqla sağ əlində olan şüşə stəkandan silah qismində istifadə edib Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə qəsdən vurub zor tətbiq etməklə sonuncuya başın sağ təpə nahiyənin əzilmiş yarası kimi dərəcəsinə görə həm ayrı-ayrılıqda, həm də ümümlikdə qəsdən sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o qeyri rəsmi olaraq Bakı şəhəri Yasamal rayonu Ə.Cəmil küçəsində avtomobil duracağında nəzarətçi kimi fəaliyyət göstərir. Şahid onunla bir yerdə avtomobil duracağında nəzarətçi kimi fəaliyyət göstərir, Zərərçəkmiş şəxs isə tanıyır, onunla heç bir şəxsi münasibəti olmamışdır. 25 oktyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində o, həmin duracaqda olan zaman Şahinin Fəzaillə danışdığını görüb və həmin vaxt duracaqda olan avtomobillrdən birini getmək istədiyi üçün o Şahinə “kolxoznan söbət etmə” demişdir. Bunu eşitdikdən sonra Zərərçəkmiş şəxs əsəbi şəkildə onun üstünə gəlmiş və özünü müdafiə məqsədi ilə əlində olan şüşə stəknanla Fəzayilin baş nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra onların arasında mübahisə yaranaraq səs küy olmuşdur və bu səbəbdən ətrafda olan insanlar onların yanına gələrək onlari aralamışlar. Əlavə olaraq bildirmişdir ki, o Fəzail Cəfərovu xuliqanlıq niyyəti ilə deyil özünü müdafiə etmək məqsədi ilə vurmuşdur. Yekun olanar zərəçəkmiş şəxslə barışdığı üçün iş üzrə icraata xitam veriməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid onun tanışıdır, Təqsirləndirilən şəxs isə tanıyır, onların heç bir şəxsi münasibətləri olmamışdır, sadəcə bir birlərini görən zaman uzaqdan salamlaşmışlar. 25 oktyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Cəmil küçəsində Şahidla söybət edən zaman bir qədər kənarda dayanan Təqsirləndirilən şəxs Şahinə “kolxozçu ilə danışma” demişdir. Bundan sonra o Tahirə tərəf getmiş lakin, Tahir onu nalayiq söyüşlə təhqir edib, sonradan isə əlində olan şüşə stəknanla onun baş nahiyəsinə bir dəfə vurmuşdur. Bundan sonra ətrafdan olan şəxslər onları aralamışlar. Son olaraq ərizə ilə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, aralarında barışıq əldə olunduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Lazım oğlunu təxminə 2-3 ildir ki, tanıyır, Təqsirləndirilən şəxs isə təxminən 20 ildir ki, tanıyır. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir birlərini tanıyırlar, yəni bir birlərini görəndə salamlaşırlar, lakin aralarında heç bir şəxsi münasibətləri yoxdur. 25 oktyabr 2022-ci il tarixdə saat təxminən 23 radələrində Bakı şəhəri Yasamal rayonu Ə.Cəmil küçəsində Fəzail Cəfərovla söybət edən zaman bir qədər kənarda dayanan Təqsirləndirilən şəxs ona “qoyunlarla danışma” demişdir. Bundan sonra Fəzayıl Tahirə tərəf getmiş lakin, Tahir onu nalayiq söyüşlə təhqir etmiş, sonradan isə əlində olan şüşə stəkanla onun baş nahiyəsinə bir dəfə vurmuşdur. Hadisə 10 dəqiqə ərzində davam etmiş, kafenin işçiləri və ətrafda olan şəxslər onları aralamışlar İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 31 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, X1 iştirakı ilə ünvan 3 ünvanın qarşısında 25 oktyabr 2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs tərəfindən əlində olan şüşə stəkanla Fəzayil Cəfərovun baş nahiyəsinə vuraraq xəsarət yetirməsi və göstərilən ünvanın olması barədə baxış protokol tərtib edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 10-11) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 31 oktyabr 2022-ci il tarixli, 1117 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarət- başın sağ təpə nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığa qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunur. (i.v. 16- 18) “Şahidin və ya zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 07 iyun 2023-cü il tarixli protokoldan görünür ki, zərərçəkmiş şəxs X5 göstərdiyi xüsusatları aydınlaşdırmaq məqsədi ilə ifadəsini yerində yoxlanılarkən Təqsirləndirilən şəxs tərəfindən əlində tutduğu şüşə sətəkanla baş nahiyəsinə bir dəfə qəsdən vuraraq ona xəsarət yetirməsi yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinin materialına əlavə edilmişdir. (i.v. 31-34) 10 iyun 2023-cü il tarixli “üzləşdirmə protokolu”ndan görünür ki, zərərçəkmiş şəxs X5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı X9 Haqverdiyev tərəfindən əlində tutduğu şüşə stəkanla baş nahiyəsinə bir dəfə qəsdən vuraraq ona xəsarət yetirməsi ilə bağlı ifadəsində göstərdiklərini sonuncunun üzünə qarşı bildirmişdir. (i.v. 46-48) “Şahidin və ya zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” 10 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs göstərdiyi xüsusatları aydınlaşdırmaq məqsədi ilə ifadəsini yerində yoxlanılarkən o, törətdiyi cinayət əməlini hadisə yerində əyani şəkildə göstərməklə istintaqa verdiyi ifadələrində göstərdiyi halları bir daha təsdiq etmişdir. Bununla bağlı olaraq protokol tərtib edilmiş və fotoşəkillər çəkilərək cinayət işinin materialına əlavə edilmişdir. (i.v. 49-52) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X4” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 13 iyun 2023-cü il tarixli, 20/1117 nömrəli rəyindən görünür ki, X1 bədəni üzərində aşkar edilmiş xəsarət- başın sağ təpə nahiyəsinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığa qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. Qeyd olunan xəsarətin şəxsin özü tərəfindən özünə yetirməsi inkar olunur. X1 başın sağ təpə nahiyəsinin zəilmiş yarası yıxılma və ya sətəkanla, həmçinin küt dəmir alətlə vurulması nəticəsində əmələ gəlməsi inkar olunmur. X1 başın sağ təpə nahiyəsinin əzilmiş yarası itələmə və əl zərbəsi nəticəsində törənməsi inkar olunur. (i.v. 60-63) Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı etdiyi hərəkətdə xuliqanlıq əməlinin əlamətləri olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X2 tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidi ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in 221.3-cü maddəsinə əsasən bu məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli CM-in 221.3-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v. 64) “Qətimkan tədbiri seçilməsi haqqında” 24 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. (i.v. 99) Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs 3-cü qrup əlildir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını, dəymiş zərərin ödənilməsini, əməlindən peşman olmasını, ilk dəfə az ağır cinayət əməli törətməsini və 3-cü qrup əlil olmasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13, 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. CM-in 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, “həbs” qətimkan tədbiri seçilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli, cəzaçəkmə müddətinin əvvəli hökm elan edildiyi vaxtdan hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.2). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 06 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm elan edildiyi vaxtdan, yəni 29 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilərək, onun barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X6 məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxşə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar