Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-410/2025 28.10.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Seyidov Mirsadiq Mirsəttar oğlunun sədrliyi, Nəcəfli İlham Əmrah oğlunun katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçi – Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X2 nümayəndəsi Bakı şəhəri 12 saylı vəkil bürosunun vəkili Nümayəndə, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, 24 avqust 1995-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, AzVirt MMC-də sürücü işləyən, İsmayıllı rayonu, Qalagah kəndi ünvanında qeydiyyatda olmaqla ünvan 1aşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs elan edilmiş ittihama əsasən o, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmaqla zərərçəkmiş şəxslərin ağır bədən xəsarətləri almasına səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə saat 20:59-da “BC” kateqoriyalı sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi “Toyota Hillux” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi ilə üzü Əlimərdanbəy Topçubaşov küçəsi istiqamətində hərəkət edib İ.Səfərli küçəsi ilə B.Səfəroğlu küçəsinin kəsişməsinə çatdığı zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərini pozaraq, yəni eyni əhəmiyyətli yolların kəsişdiyi yolayrıcında relssiz nəqliyyat vasitəsinin sürücüsünün sağdan yaxınlaşan nəqliyyat vasitələrinə yol verməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırması” yol nişanının) tələblərini pozaraq yəni 30 km/saata qədər məhdudlaşdırılmış yolda 30-40 km/saat sürətlə idarə etməklə eyni əhəmiyyətli yolayrıcına sağdan daxil olan, Şahid3 idarə etdiyi Renault Megane markalı **-SY-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, toqquşma nəticəsində aşaraq yol ayrıcında səkidə sol tərəfdə dayanmış xx.xx.2013-cü il təvəllüdlü, Rusiya Federasiyasının vətəndaşı Zərərçəkmiş şəxs2 və xx.xx.1983-cü il təvəllüdlü Rusiya Federasiyasının vətəndaşı X6 vurmuş, nəticədə Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beynin əzilməsi, sol alın payı nahiyəsinin lövhəvari epidural hematoması, sol təpə-alın sümüklərinin xətti sınığı, sol alıntəpə nahiyəsində dərialtı hematomasından ibarət sağlamlığa ağır zərər vurmasına səbəb olan və X4palı kəllə beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyəsində dərialtı hematoma, çanaq həlqəsinin deformasiyalaşdıran sol qalça, oma, sol oturaq sümüklərinin sınıqları, sol qasıq sümüyünün sımfiz kənarında yerdəyişməyən, sirkə kasasının kənarında oynaq səthinə keçən çoxparçalı az yerdəyişmiş sınıqları, 1-ci boyun fəqərəsinin və 3-cü qabırğanın, sol bazu sümüyünün cərrahi boynunun və böyük qabarının yerdəyişən qəlpəli sınığından ibarət sağlamlığına ağır zərər vurulmasına səbəb olan xəsarətlər yetirməklə ehtiyyatsızlıqdan yol-nəqliyyat hadisəsi törətmişdir. Bununla da Təqsirləndirilən şəxs AR CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixində Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən yaşadığı ünvana qayıdarkən “Qış Parkı”nın yanında təmir işləri aparıldığı üçün istiqamətini dəyişərək “Bravo” supermarketinin yanında sola - Bəşir Səfəroğlu küçəsinə dönmüş və həmin küçəyə daxil olmuşdur. Növbəti kəsişmədə, yəni B.Səfəroğlu və İ.Səfərli küçələrinin kəsişməsini keçərkən, yol ayrıcının sonuna yaxın idarə etdiyi Toyota Hilux markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qanadından zərbə aldığını hiss etmiş və nəticədə avtomobil çevrilmişdir. Avtomobil çevrilən zaman onun sol arxa qanad hissəsi piyada səkisində dayanan iki nəfər piyadaya - Pimenova Natalya və Zərərçəkmiş şəxs2 dəymişdir. Avtomobildən düşərək piyadaların yerdə uzandığını gördüyü üçün dərhal Daxili İşlər Nazirliyinin 102 Zəng Xidməti Mərkəzinə və 103 X11 Yardım Stansiyasına zəng etmişdir. Əlavə olaraq bildirmişdir ki, idarə etdiyi avtomobili sağ arxa tərəfdən vuran Renault Megane markalı avtomobilin sağ qabaq sərnişin oturacağından düşən bir şəxsin hadisə yerindən qaçdığını müşahidə etmişdir. Zərərçəkmiş şəxslər Pimenova Natalya və Zərərçəkmiş şəxs2 müalicəsi və xəstəxana xərcləri üçün ümumilikdə 3800-3900 manat arası məbləğdə xərc çəkmişdir. Suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş şəxslər “Semaşkoya” aparıldıqdan sonra o da rus dilini bilmədiyi üçün rus dili bilən dostu ilə birlikdə xəstəxanaya getmiş, orada onlara nə köməklik lazım olsa edəcəyini bildirmiş, dərman və digər gündəlik xərclərini qarşılamış, daha sonra isə “Ege Hospitalda” tanışı olduğu üçün zərərçəkmiş şəxslərin ora aparılmasını və orada müalicə almasını təklif etmiş, onlar isə etiraz edərək istəmədiklərini bildirmişlər. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X9 göstərmişdir ki, xx.xx.2024-cü il tarixində saat 20 radələrində ailəsi birlikdə Bakı şəhərində gəzintidən sonra evə qayıdan zaman Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi İslam Səfərli küçələrinin kəsişməsində səkinin üzərində dayanmışlar. Sonra anidən 2 avtomobil toqquşmuş və toqquşma nəticəsində avtomobillərdən biri səkiyə çırpılaraq ailəsinə xəsarət yetirmişdir. Ətrafda insanlar olduğu üçün dərhal təcili yardım çağıraraq onları “Semaşko” xəstəxanasına aparmışlar. İlk öncə qızı və yoldaşı reanimasiyada olmuş, daha sonra isə onları palataya yerləşdirmişlər. “Semaşko” xəstəxanası onların xoşuna gəlmədiyi üçün yoldaşını əməliyyat üçün “Bona Dea” xəstəxanasına aparmışdır. Suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ilk başlarda qohumları və dostları ilə birlikdə gələrək onlara köməklik göstərmiş, dərmanlar və digər ehtiyaclarını qarşılamış, təxminən 2000 manat məbləğində onlara xərc çəkmişdir, lakin axıra qədər köməklik göstərməmişdir, “Bona Dea” xəsatəxanasında 20000 manat xərcləri çıxmış və hazırki dövrə qədər müalicə davam etdirilir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini tələb etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə idarə etdiyi Renault Megane markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu Zivərbəyov Əhmədbəyov küçəsindən hərəkətə başlamışdır. Hərəkətə başlayan zaman bibisioğlu Şahid2 və onun dostu Roman adlı şəxs avtomobildə əyləşmişdilər. Bakı şəhərində bir qədər maşın idarə etdikdən sonra Yasamal rayonu, İ.Səfərli küçəsinə təxminən 21 radələrində daxil olmuşdur. Həmin küçəyə daxil olarkən yol hərəkət nişanlarını diqqətlə izləmişdir. Təxminən 35-45 km/saat sürətlə hərəkət edən zaman B.Səfəroğlu küçəsi ilə hərəkətdə olan Toyota Hillux markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən qarşısına çıxdığı üçün həmin avtomobillə toqquşmuşdur. Toqquşma ani baş verdiyi üçün həmin an əyləci basmaq imkanı olmamışdır. Avtomobildən düşdükdən sonra 2 nəfərin xəsarət aldığını görmüşdür. Nicata dərhal təcili tibbi yardıma zəng etməyi tələb etmiş və həmin andan Nicatın dostu Romanın orada olmadığını görmüşdür. Suallara cavab olaraq bildirmişdir ki, hadisə çox sürətli baş verdiyindən həmin an maşını saxlamaq və hadisənin qarşısını almaq imkanı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə dayısıoğlu Şahid3 idarə etdiyi Renault Megane markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Yasamal rayonu Zivərbəyov Əhmədbəyov küçəsindən hərəkətə başlamışdır. Hərəkətə başlayan zaman o və dostu Şahid1 avtomobildə əyləşmişlər. Bakı şəhərində bir qədər maşın idarə etdikdən sonra Yasamal rayonu, İ.Səfərli küçəsinə təxminən 21 radələrində daxil olmuşlar. Təxminən 20-30 km/saat sürətlə hərəkət edən zaman B.Səfəroğlu küçəsi ilə hərəkətdə olan Toyota Hillux markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən qarşılarına çıxdığı üçün həmin avtomobillə toqquşmuşlar. Toqquşma ani baş verdiyi üçün həmin an əyləci basmaq imkanı olmamışdır. Avtomobildən düşdükdən sonra 2 nəfərin xəsarət aldığını görmüşdür. Dərhal təcili tibbi yardıma zəng etmiş və həmin andan dostu Romanın orada olmadığını görmüşdür. Suallara cavab olaraq bildirmişdir ki, o, avtomobilin arxa sağ oturacığında əyləşmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə dostu Şahid2 dayısı oğlu Şahid3 idarə etdiyi Renault Megane markalı **-SY-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Yasamal rayonu, Zivərbəyov Əhmədbəyov küçəsindən hərəkətə başlamışdır. Hərəkətə başlayan zaman Şahid2 avtomobilin arxasında əyləşmişdir. Şahid3 isə avtomobili idarə edirdi. Bildirmişdir ki, o, avtomobilin ön sağ yan tərəfində əyləşmişdir. Tural Bakı şəhərində bir qədər maşın idarə etdikdən sonra Yasamal rayonu, İ.Səfərli küçəsinə təxminən 21 radələrində daxil olmuşdur. Təxminən 35-45 km/saat sürətlə hərəkət edən zaman B.Səfəroğlu küçəsi ilə hərəkətdə olan Toyota Hillux markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobil anidən çıxdığı üçün həmin avtomobillə toqquşmuşdur. Toqquşma ani baş verdiyi üçün həmin an Turalın əyləci basmaq imkanı olmamışdır. O, həmin an özünü itirdiyi üçün hadisə yerindən uzaqlaşmışdır. Suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə belə hadisə yaşadığı üçün qorxub qaçmış, lakin sonradan əlaqə saxlayaraq hadisənin nəticəsini öyrənmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiklərini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. Həmçinin, Rusiya Federasiyasında olduqları üçün həmin şəxslərlə Whatsapp tətbiqi vasitəsi ilə əlaqə yaradılmış, onlar ibtidai istintaq zamanı vermiş olduqları ifadələrini təsdiq etdiklərini və təqsirləndirilən şəxsdən şikayətçi olduqlarını bildirmişlər. İbtidai istintaq zamanı verdiyi zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Bakı şəhərində gəzintidən sonra evə qayıdan zaman saat 20 radələrində Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi İslam Səfərli küçələrinin kəsişməsində səkinin üzərində uşaq ağladığı üçün dayanmışlar. Həmin vaxt dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil aşaraq ona və 11 yaşlı qızına dəymiş və o, yıxılaraq huşunu itirmişdir. Toqquşma nəticəsində ağır bədən xəsarətləri almışdır. Daha sonra onu təcili tibbi yardım ilə xəstəxanaya apararaq ilkin tibbi yardım göstərmişlər. İbtidai istintaq zamanı qanuni nümayəndənin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, baş verən hadisə zamanı huşunu itirdiyi üçün heç nəyi xatırlamırdı. Atasının ona dediklərindən bilir ki, xx.xx.2024-cü il tarixdə o, valideynləri ilə birlikdə Bakı şəhərində gəzintidən sonra evə qayıdan zaman saat 20 radələrində Yasamal rayonu, Bəşir Səfəroğlu küçəsi ilə İslam Səfərli küçələrinin kəsişməsində səkinin üzərində balaca bacısı ağladığı üçün dayanmışlar. Həmin vaxt dövlət qeydiyyat nişanını xatırlamadıqları avtomobil aşaraq ona və anasına dəymiş və o, yıxılaraq huşunu itirmişdir. Toqquşma nəticəsində ağır bədən xəsarətləri almışdır. Daha sonra onu təcili tibbi yardım ilə xəstəxanaya apararaq ilkin tibbi yardım göstərmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış aparılması haqqında” 06 sentyabr 2024-cü il tarixli protokoldan görünür ki, yolnəqliyyat hadisəsi yeri Bakı şəhəri, Yasamal rayonu, B.Səfəroğlu küçəsi ilə İ.Səfərli küçəsinin kəsişməsidir. Yolun işlək hissəsi düzdür. Yol örtüyünün növü asfaltdır. Yol örtüyünün eni 5 metr, hərəkət zolaqlarının sayı 1, yolun hərəkət hissəsinin eni 4 metr, hərəkət hissəsinin sayı 1-dir. Yolun hərəkət hissəsinə sağdan səki birləşir. Həmin yol (küçə) sahəsi elektrik işığı ilə işıqlandırılır. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti: hər iki avtomobil. Şinlərin izləri, tormozlama izləri, nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri aşkar edilməmişdir. Nəqliyyat vasitəsinin sınmış və itmiş hissələrinin mövcudluğu, nəqliyyat vasitələrinin ətrafdakı əşyalara toxunma izləri və paltar parçaları, qanabənzər iz, beyin maddəsi, sürütləmə və s. izlər aşkar edilməmişdir (i.v. 4-14). 06 sentyabr 2024-cü il tarixli, 2/48726 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə günü Şahid3 ayıq vəziyyətdə olmuşdur (i.v. 16). 06 sentyabr 2024-cü il tarixli, 2/48727 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, hadisə günü Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur (i.v. 17). “Təqdim etmə və götürmə barədə” 17 oktyabr 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis leytenantı İman Quliyev Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrini rəhbər tutaraq, icraatında olan HK-1/1330 nömrəli material üzrə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, qeyd edilən material üzrə X7 yol nəqliyyat hadisəsi zamanı almış olduğu xəsarətlərə görə dəymiş maddi ziyan ödənilməsi üçün Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş ümumilikdə 2000 (iki min) manat pul X7 ödənməsi məqsədilə sayılıb götürüldü (i.v. 50). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və X12” X17 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 372 nömrəli rəyindən görünür ki, vətəndaş X3 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyəsində dərialtı hematoma, çanaq həlqəsinin deformasiyalaşdıran sol qalça, oma, sol oturaq sümüklərinin sınıqları, sol qasıq sümüyünün sımfiz kənarında yerdəyişməyən, sirkə kasasının kənarında oynaq səthinə keçən çoxparçalı az yerdəyişmiş sınıqları, 1-ci boyun fəqərəsinin və 3-cü qabırğanın, sol bazu sümüyünün cərrahi boynunun və böyük qabarının yerdəyişən qəlpəli sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir (i.v. 54-57). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və X12” X17 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 371 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 Dmitriyevnanın adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarət - qapalı kəllə beyin travması, baş beynin əzilməsi, sol alın payı nahiyəsinin lövhəvari epidural hematoması, sol təpə-alın sümüklərinin xətti sınığı, sol alın-təpə nahiyəsində dərialtı hematoma küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir (i.v. 61-63). “Qanuni nümayəndənin tanınması haqqında” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Pimenov Qanuni nümayəndə Polina Dmitrievna yetkinlik yaşına çatmayan olduğu üçün onun qanuni nümayəndəsi qismində tanınmışdır (i.v. 70). “zərərçəkmiş şəxs qismində tanımaq barədə” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 75-76). “zərərçəkmiş şəxs qismində tanımaq barədə” 11 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 82-83). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli, 8/2975 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Hillux markalı, 77PV672 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 30 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində Azərbaycan Republikasının Qanununun 64-cü maddəsinin 1ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Renault Megane markalı 90SY187 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Şahid3 avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 35-45 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Azərbaycan Republikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 92-95). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X15 daxil olmuş xx.xx.2025-ci il tarixli, xx/xx-2884 nömrəli məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs yuxarıda adı göstərilən mərkəzdə narkoloji qeydiyyatda yoxdur ( i.v. 133). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X15 daxil olmuş 26 fevral 2025-ci il tarixli, 3-28-29/2-2072/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü, İsmayıllı rayonu, Qalağan kəndində yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə xx.xx.2013-xx.xx.2013; xx.xx.2013-xx.xx.2013-cü il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada stasionar müayinədə olub ( i.v. 134). “Diskə baxış keçirilməsi haqqında” 15 mart 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis leytenantı X16, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, xx.xx.2024-cü il tarixdə Yasamal rayonu, B.Səfəroğlu küçəsi ilə İ.Səfərli küçələrinin kəsişməsində “Toyota Hillux” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobillə **-SY-*** dövlət qeydiyyat nişanlı Renault Megane markalı minik avtomobilinin toqquşması nəticəsində baş vermiş yol-nəqliyyat hadisəsində qeydə alınmış və 01 ədəd DVD-R diskə köçürülmüş video görüntülər xidməti iş otağında baxış keçirmiş, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R» formatlıdır. Disk üzəri ağ rəngdədir. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “Hp” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman 01 ədəd video görüntü olan 01 fayl vardır. Video görüntü 26 saniyədən ibarətdir. Video faylın 05-ci saniyədə, videoda 20:59:27-ci saniyə əks olunmuşdur. “Toyota Hillux” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə **-SY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə toqquşması və səkidə sol tərəfdə dayanmış 2 nəfər şəxsin vurulması görünür. Video faylın 17-ci saniyədə, videoda 20:59:38-ci saniyə əks olunmuşdur. **-SY-*** dövlət qeydiyyat nişanlı minik avtomobildən sürücü və 2 nəfər sərnişin düşdüyü görünür. Video faylın 20-ci saniyədə, videoda 20:59:43-cü saniyə əks olunmuşdur. **-SY-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sol qabaq tərəfindən düşən sərnişin Səfərli küçəsi ilə qaçması görünür. Həmin «DVD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (i.v. 139). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X17 tərəfindən verilmiş 12 mart 2025-ci il tarixli, 819 nömrəli rəydən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Bunu cinayət işi materialları, anamnestik məlumatlar və hal-hazırkı psixatrik müayinənin nəticələri və s. sübut edir ki. Belə ki, Təqsirləndirilən şəxs hər hansı psixi pozuntu əlamətləri təsvir olunmamış, həmçinin hazırki müayinə zamanı psixi xəstəlik əlamətləri müəyyən edilməmişdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri aşkar olunur. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikasının CM-nin 21ci maddəsinin təsiri altına düşmür (i.v. 147-149). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsindən daxil olmuş 23 aprel 2025-ci il tarixli, 3-13-53/2-1402/25 nömrəli məktubdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs (AD146730) sürücülük vəsiqəsinin məhdudiyyəti olmayıb və hal-hazırda yoxdur (i.v. 157). Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli, 8/767 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Hillux markalı, 77PV672 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 30 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində Azərbaycan Republikasının Qanununun 64-cü maddəsinin 1ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Renault Megane markalı 90SY187 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Şahid3 avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 35-45 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur (i.v. 158-162). “Sübutların qiymətləndirilməsi haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 263-1 və 143-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, 01 (bir) ədəd “DVD-R” formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinin materialına əlavə edilməsi, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının, məhkəmə psixatrik ekspertizasının rəyləri və eləcə də digər iş materiallarının ********* nömrəli cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, Şahid3 barəsində Azərbaycan Respublikasının CM-nin 263-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Şahid3 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328-ci maddəsi ilə inzibati cərimə tətbiq edilməsi üçün Yasamal RPİ-nin DYPŞ-nə göndərilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 264-cü maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 179-186). Təqdim edilmiş çeklərdən görünür ki, zərərçəkmiş şəxslərin müalicəsi məqsədilə X19 Hospital xəstəxanasına müxtəlif tarixlərdə ödənişlər edilmişdir. Təqdim edilmiş qəbzlərdən görünür ki, X9 ilə X5 arasında Zərərçəkmiş şəxs1 qulluq xidməti göstərməyi ilə bağlanmış müqavilə əsasında X1 müxtəlif tarixlərdə 350 manat, 700 manat, 700 manat və 700 manat məbləğində ödənişlər edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsi, şahidlərin ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün irəli sürdüyü dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs B.Səfəroğlu və İ.Səfərli küçələrinin kəsişməsini keçərkən, yol ayrıcının sonuna yaxın idarə etdiyi Toyota Hilux markalı, **-PV- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qanadından zərbə aldığını hiss etdiyini və nəticədə avtomobilin çevrildiyini, avtomobilin çevrilən zaman onun sol arxa qanad hissəsi piyada səkisində dayanan iki nəfər piyadaya - Pimenova Natalya və Zərərçəkmiş şəxs2 dəydiyini, avtomobildən düşərək piyadaların yerdə uzandığını gördüyü üçün dərhal Daxili İşlər Nazirliyinin 102 Zəng Xidməti Mərkəzinə və 103 X11 Yardım Stansiyasına zəng etdiyini, idarə etdiyi avtomobili sağ arxa tərəfdən vuran Renault Megane markalı avtomobilin sağ qabaq sərnişin oturacağından düşən bir şəxsin hadisə yerindən qaçdığını müşahidə etdiyini, həmin şəxsin avtomobili idarə edən şəxs olduğunu, çox güman ki, içkili vəziyyətdə olduğuna görə avtomobilin sahibi ilə yer dəyişdiyini və hadisə yerindən uzaqlaşdığına şübhə etdiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir. İş materiallarına əlavə edilmiş hadisənin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, video faylın 05-ci saniyədə, videoda 20:59:27-ci saniyə əks olunmuşdur. “Toyota Hillux” markalı **-PV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə **-SY-*** dövlət qeydiyyat nişanlı minik avtomobil ilə toqquşması və səkidə sol tərəfdə dayanmış 2 nəfər şəxsin vurulması görünür. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 08 yanvar 2025-ci il tarixli, 8/2975 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Hillux markalı, 77PV672 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 30 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində Azərbaycan Republikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Renault Megane markalı 90SY187 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Şahid3 avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 35-45 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Azərbaycan Republikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli, 8/767 nömrəli rəydən görünür ki, istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Toyota Hillux markalı, 77PV672 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 3-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 30 km/saat sürətdən artıq sürətlə idarə etdiyi şəraitdə onun hərəkətlərində Azərbaycan Republikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Renault Megane markalı 90SY187 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərini texniki nöqteyi nəzərdən tədqiq etməyə lüzum yoxdur. Sürücü Şahid3 avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 30 km/saata qədər məhdudlaşdırılmış yolda 35-45 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və X12” X17 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 372 nömrəli rəyindən görünür ki, vətəndaş X3 adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarətlər - qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, alın-təpə nahiyəsində dərialtı hematoma, çanaq həlqəsinin deformasiyalaşdıran sol qalça, oma, sol oturaq sümüklərinin sınıqları, sol qasıq sümüyünün sımfiz kənarında yerdəyişməyən, sirkə kasasının kənarında oynaq səthinə keçən çoxparçalı az yerdəyişmiş sınıqları, 1-ci boyun fəqərəsinin və 3-cü qabırğanın, sol bazu sümüyünün cərrahi boynunun və böyük qabarının yerdəyişən qəlpəli sınığı küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-ci il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və X12” X17 tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının 21 oktyabr 2024-cü il tarixli, 371 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs2 Dmitriyevnanın adına tərtib olunmuş tibbi sənəddə qeyd olunan xəsarət - qapalı kəllə beyin travması, baş beynin əzilməsi, sol alın payı nahiyəsinin lövhəvari epidural hematoması, sol təpə-alın sümüklərinin xətti sınığı, sol alın-təpə nahiyəsində dərialtı hematoma küt əşyanın təsirindən törənmişdir, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Məhkəmə, zərərçəkmiş şəxslərin və şahidlərin bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. O da qeyd edilməlidir ki, hadisə zamanı həmin yerdən qaçan şəxs Şahid1 avtomobildə əyləşən sərnişin olduğu və digər avtomobili idarə edən şəxs Şahid3 isə srəxoş olmadığı 06 sentyabr 2024-cü il tarixli, 2/48726 nömrəli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolu, hadisənin videogörüntüsü, şahid ifadələri və digər təqdiq edilmiş sübütlarla tam təsdiqini tapdığından təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi bu hallarda təkzib olunmuşdur. Beləliklə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, ekpert rəyləri, video görüntü, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri özünümüdafiə xarakterli ifadə və məsuliyyətdən qaçma cəhdi kimi qiymətləndirir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələrinin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 263.1- 1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yolnəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 09 yanvar 2025-ci il tarixli qərardan görünür ki, faktla bağlı Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və cinayət işi ibtidai araşdırılma aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1). “Materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” 07 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-nin 263.1-ci və 264-cü maddələrinin tərkib əlamətlərinin olması, bu kateqoriya işlər üzrə ibtidai istintaqın aparılmasının məcburiliyi nəzərə alınmaqla, toplanmış materialın araşdırmanın davam etdirilməsindən ötrü aidiyyəti üzrə Yasamal RPİ-nin İstintaq şöbəsinə göndərilməsi qərara alınmışdır (i.v. 25-26). “Cinayət işinin icraatının dayandırılması haqqında” 12 yanvar 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat iş üzrə məhkəmə yol-nəqliyyat hadisələrinin ekspertizası nəticəsi olmadan təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsi müəyyən etmək mümkün olmadığından və istintaq müddətinin lüzumsuz axımının qarşısının alınması məqsədi ilə dayandırılmışdır (i.v. 90). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işinin icraatı təzələnmişdir (i.v. 96). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 106-107). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 18 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 121-122). AR DİN-nin BƏSİİ tərəfindən verilmiş 19 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 140). “Məcburi gətirilmə haqqında” 04 aprel 2025-ci il tarixli qərardan görünür ki, xx.xx.1995-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Qalagah kəndi ünvanda qeydiyyatda olmaqla ünvan 3an Təqsirləndirilən şəxs məcburi qaydada Yasamal RPİ-nin İŞ-nə gətirilməsi, qərarın icrasının Yasamal RPİ-nin 26-cı PB-nə həvalə edilməsi qərara alınmışdır (i.v. 150-151). “Qətimkan tədbirlərinin tələblərini pozduğu üçün şəxsin barəsində axtarış elan edilməsi və icraatın dayandırılması haqqında” 09 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1995-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Qalagah kəndi ünvanda qeydiyyatda olmaqla ünvan 3an Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi, Təqsirləndirilən şəxs olduğu yer müəyyən ediləcəyi təqdirdə tutularaq Yasamal RPİ-nin İŞ-nə təhvil verilməsi, Təqsirləndirilən şəxs yeri müəyyən edilənədək iş üzrə icraatın dayandırılması qərara alınmışdır (i.v. 153-154). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 163-164). “Cinayət işi üzrə icraatın dayandırılması haqqında” 21 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə craat Təqsirləndirilən şəxs tutulub istintaqa təqdim olunanadək dayandırılmışdır (i.v. 168-169). “Könüllü gəlmə haqqında” 30 may 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal rayon Polis İdarəsinin istintaq Şöbəsinin müstəntiqi, polis leytenantı X16 Azərbaycan Respublikası CPM-nin 51 və 85-ci maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu xx.xx.1995-ci il tarixdə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonu, Qalagah kəndi ünvanda qeydiyyatda olmaqla ünvan 3an Təqsirləndirilən şəxs bu gün Yasamal RPİ-nin inzibati binasına gəlib özünü təqdim etmək istəyini bildirdi. O, bildirdi ki, xəstəliyi ilə əlaqədar yaşadığı ünvanda olmamış, xəstələndiyi üçün müalicə alıb sağalmış, istintaqdan qaçmaq və gizlənmək məqsədi olmamışdır. O, bildirdi ki, onun istintaqa könüllü gəlməsində hər hansı rəsmi və ya başqa şəxs və ya şəxlər tərəfindən hər hansı psixioloji və ya digər təsirlər olmamışdır (i.v. 170). “Cinayət işi üzrə icraatın təzələnməsi haqqında” 30 may 2025-ci il tarixli qərardan görünür ki, Əlili X13 RPİ-nin İstintaq Şöbəsinə könüllü gələrək özünü təqdim etdiyi üçün ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 171-172). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında zərəçəkmiş şəxslərlə barışmaq və onlara dəymiş ziyanın ödənilməsi ilə bağlı ciddi addımlar atmaması, həmçinin həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almamasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM 59.2), cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini (AR CM 59.1.14.) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında iki əsas cəza növü, yəni əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməklə azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması nəzərdə tutulsa da, işin hallarına və təqsirləndirilən şəxsin davranışına hüquqi qiymət verildikdə, yalnız azadlıqdan məhrumetmə cəzasının təyin olunması zəruri və ədalətli hesab edilir. Belə ki, Təqsirləndirilən şəxs həm ibtidai istintaq, həm də məhkəmə icraatının gedişində törətdiyi əməli etiraf etməmiş, hadisənin səbəb və nəticələrinə obyektiv yanaşmamış, zərərçəkmiş şəxslərlə barışmaq və onlara dəymiş ziyanın ödənilməsi istiqamətində real və səmimi addımlar atmamışdır. Bu hal onun əməlindən sonra məsuliyyətə münasibətinin laqeydliyini göstərməklə, şəxsiyyətini mənfi səciyyələndirən amil kimi qiymətləndirilməlidir. Törədilmiş cinayət nəticəsində iki nəfərin sağlamlığına ağır dərəcəli xəsarət yetirilməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi, ictimai təhlükəliliyi yüksək olan əməllərdən biridir. Təqsirləndirilən şəxs tərəfindən bu əməl nəqliyyat təhlükəsizliyi qaydalarının ciddi pozulması ilə törədilmiş və zərərçəkmiş şəxslərə qarşı məsuliyyətsiz və etinasız münasibət nümayiş etdirilmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). İş üzrə verilmiş mülki iddia ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X9 Təqsirləndirilən şəxs özünün və Zərərçəkmiş şəxs2 müalicəsinə xəstəxanada cəmi 20455 (iyirmi min dörd yüz əlli beş manat), dayə üçün ümumilikdə 2450 manat, Vəkil ilə bağladığı müqavilə üçün 1500 manat, Garabakh adlı müalicəvi mərkəzdə günü minimum 3 həftə müalicə 395 manat*21=8295 manat, Psixoloqda alacağı müalicəözü və qızı üçün ümumilikdə 960 manat, 7000 manat əməliyyatın icrası üçün, 35897 rubl+ 19841 rubl, anası üçün 34688 rubl pul məbləğində biletlər alınmışdır (müvafiq olaraq 791+436 manat və 590 manat, Osteopatın qəbulunda cəmi 250 manat. Qomeopatın qəbulunda müalicə 5000 rubl- yəni 108 manat, zədələnmiş paltarlara görə kompensasiya- 300 manat, yola və parkinq xidmətinə görə 600 manat, müalicəvi massaj həftədə 3 dəfə 1 ay ərzində, cəmi 480 manat, əlavə olaraq 3 ay müalicəvi massaj üçün əlavə olaraq 1440 manat, basseynə abonement aylıq 200 manat 6 ay ərzində cəmi 1200 manat, mənəvi zərərə görə 5000 manat, ümumilikdə ona və qızına dəymiş maddi zərərə görə 51810 (əlli bir min səkkiz yüz on) manat və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 246 (iki yüz qırx altı) manat məbləğində vəsaitin Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə mülki iddiaçının nümayəndəsi iddianın təmin edilməsini xahiş etmiş, lakin təqsirləndirilən şəxs və mülki cavabdeh isə mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə mülki iddia ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizəni, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X2 Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar Cinayət-Prosessual Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Eyni Məcəllənin 354.1-ci maddəsinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın baxılmamış saxlanması əks etdirilir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında göstərilmişdir ki, yalnız mülki iddianın tələbləri ittihamda göstərilən maddi ziyanla bilavasitə bağlı olmadıqda və yaxud ittihamda göstərilən maddi ziyanın miqdarından artıq olduqda və mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bildikdə, məhkəmə əsaslandığı motivləri hökmün təsviri-əsaslandırıcı hissəsində göstərməklə mülki iddiaçının həmin iddia ilə mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnu təmin etmək üçün mülki iddianın baxılmamış saxlanılmasına dair qərar qəbul edə bilər. Beləliklə, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X9 tərəfindən mülki iddianın mahiyyəti üzrə həll edilməsi üçün kifayət qədər sübutlar məhkəməyə təqdim edilməmişdir ki, bu da mülki iddia üzrə ödənilməli olan məbləğlərin dəqiqləşdirilməsi üçün zəruri olan əlavə araşdırmalar aparılmasına və məhkəmə baxışının həddindən artıq uzanmasına səbəb ola bilər. Belə ki, həqiqətən də həmin ödənişlərin xəsarətlə bağlı xərclərdən əmələ gəldiyi, hər bir zərərçəkmiş şəxsə hansı məbləğdə ziyan vurulduğu, ekspertiza təyin edilərək bəzi halların müəyyən edilməsi və zərərçəkmiş şəxslərə qulluq edən şəxsə həmin pul məbləğlərinin ödənilməsinin təsdiq edilməsi üçün onun dindirilməsi və s. digər halların araşdırılması məhkəmə baxışının həddindən artıq uzanmasına və prosessual qənaət prinsipinin və CPM-nin obyektiv həqiqətin müəyyən edilməsi prinsipinin pozulmasına gətirib çıxarar. Nəzərə alınmalıdır ki, mülki iddianın məbləği mülki cavabdeh tərəfindən mübahisələndirilir. Göründüyü kimi, mülki iddiaya hazırkı cinayət mühakimə icraatı çərçivəsində təqdim edilmiş sübutlarla tam qiymət verilməsi mümkün olmamaqla, mülki iddiaya mülki mühakimə icraatı qaydasında baxılması və həll edilməsi həm, mülki iddiaçının həm də mülki cavabdehin mənafeyinə uyğundur. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, yuxarıda göstərilənlərə əsasən mülki iddia baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 180.3-cü maddəsinə əsasən, cinayət mühakimə icraatı zamanı verilmiş, lakin məhkəmə tərəfindən baxılmadan saxlanılmış mülki iddia sonradan mülki mühakimə icraatı qaydasında verilə bilər. Odur ki, mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X2 təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı mülki mühakimə icraatı qaydasında mülki iddia vermək hüququ Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X8 izah olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 il 06 ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut – 01 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 256 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Mülki iddiaçılar Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X2 Təqsirləndirilən şəxs qarşı mülki iddiası baxılmamış saxlanılsın. Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi X8 vurulmuş ziyanın ödənilməsinə dair mülki icraat qaydasında iddia vermək hüququ izah olunsun. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 40 iş saatına görə 440 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “4 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-410/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-410/2025
28.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver