Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-411/2021 05.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X7, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkiz” vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs: 10 avqust 1979-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq ünvan 2nvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 21 avqust 2021-ci il tarixdən yeni növ koronavirus (Covid-19) infeksiyasına yoluxmaqla hava-damcı yolu ilə keçən həmin yoluxucu xəstəliyin daşıyıcısı olduğunu bildiyi halda və İTS.GOV.AZ portalından sms vasitəsi ilə ona göndərilmiş inzibati və cinayət məsuliyyətinə cəlb olunması barədə xəbərdarlığa məhəl qoymayaraq, özünü təcrid qaydalarını pozaraq 30 avqust 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı ünvan 3 ünvanı tərk edərək içərisində ondan başqa 3 nəfər şəxsin olduğu taksi avtomobili ilə Bakı Metropoliteni QSC-nin “20 yanvar” stansiyasına gəlməklə müəyyən olunmuş qaydalara riayət etməyərək karantin rejimini pozaraq “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar- gigiyena qaydalarını pozaraq digər şəxsləri yoluxdura biləcəyi istisna edilmədiyi halda xəstəliyin yayılması üçün real təhlükə yaratmış və həmin gün saat 13 radələrində Metropolitenin 20 yanvar stansiyasında xidmət aparan Bakı Metropolitenində Polis Şöbəsinin PPX-nin əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs koronavirus (Covidl9) infeksiyasına yoluxduğu halda karantin rejimini pozmaqla xəstəliyin yayılması üçün real təhlükə yaratdığından saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 4 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Xırdalan şəhəri, Nəvai küçəsi ev 13 ünvanında ailə üzvlərimlə birlikdə yaşayır. Hazırda heç bir yerdə işləmir. 10 avqust 2021-ci il tarixdə yaşadığı evdə olan zaman səhətində baş ağrıları və halsızlıq olmuşdur. Həyat yoldaşı X2 qonşuluqda yaşayan və onun adını bilmədiyi tibb bacısını evə çağırmışdır. Həmin tibb bacısı onun özünü necə hiss etdiyini və nədən şikayətçi olduğunu soruşmuşdur. O, tibb bacısına baş ağrılarının və halsız olduğunu bildirmişdir. Həmin tibb bacısı ona gündə bir dəfə olmaqla 3 gün müddətinə “Covid 19” xəstəliyinə qarşı sistem qoşmuşdur. Həmin sistemlərdən sonra o, özünü normal hiss etməyə başlamışdır. Qəbul etdiyi sistemlərdən sonra o, heç bir dərman qəbul etməmişəm və həkim qəbulunda olmamışdır. 20 avqust 2021-ci il tarixdə yaşadığı evdə olan zaman o, “Covid 19” virusuna yoluxub-yoluxmadığını yoxlamaqdan ötrü yaşadığı evə TTYS-dan həkim briqadası çağırmışdır. Həmin həkim briqadası ondan və bütün ailə üzvlərindən yaxma götürmüşdür. Həkim briqadası ondan istifadəsində olan mobil nömrəsini istəmişdir ki, yaxmanın nəticəsini sms vasitəsi ilə ona göndərsin. Həmin vaxt istifadəsində olan ***- ***-**-** saylı mobil nömrəni həkimlərə vermişdir. 21.08.2021-ci il tarixdə ***-***-**-** saylı mobil nömrəsinə İTS.GOV.AZ saytından sms gəlmişdir. Həmin sms-də onun 20.08.2021-ci il tarixdə vermiş olduğu yaxmanın nətəcisinin pozitiv olduğu qeyd edilmişdir. Həmçinin həmin smsdə o və ailə üzvləri 14 gün müddət ərzində yaşadıqları evi tərk etməmələri bildirilmişdir. Tərk edəcəkləri halda barələrində inzibati xətalar məcəlləsinin və ya Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə tədbir görüləcəyi qeyd edilmişdir. O, yaşadığı evi yalnız 03 sentyabr 2021-ci il tarixdə tərk edə bilərdi. Lakin o, karantin qaydasına riayət etmədən şüurlu şəkildə karantin qaydasını pozaraq 30 avqust 2021-ci il tarixdə yaşadığı evi tərk etmişdir. O, Xırdalan şəhərindən Bakı şəhərinə metronun 20 yanvar stansiyasına 1 manatlıq taksi ilə gəlmişdir. Həmin taksidə ondan başqa sürücü ilə birlikdə 3 nəfər şəxs olmuşdur. O, taksidən düşərək metronun 20 yanvar stansiyasına enmişdir. Həmin vaxt metrostansiyada xidmətdə olan polis əməkdaşları ona yaxınlaşaraq özünü təqdim etməyini xahiş etmişlər. O, üzərində olan şəxsiyyət vəsiqəsini polis əməkdaşlarına vermişdir. Polis əməkdaşları onun adı və soyadını portla daxil edən zaman onun pozitiv “Covid 19” xəstəsi olduğunu və yaşadığı evi tərk etdiyini bilmişlər. Daha sonra polis əməkdaşları aidiyyət üzrə məruzə etmişlər. Bundan başqa 30 avqust 2021-ci il tarixdə yaşadığı qaynanası X1 rayonu ərazisində adını dəqiq bilmədiyi özəl klinikaların birində əməliyyat olunduğu və qaynanasının əməliyyat olunduğu klinikaya getdiyi üçün tərk etdiyini, Xırdalan şəhərindən taksi ilə Bakı şəhəri metronun 20 yanvar stansiyasınma gələn zaman tibbi maskdadan istifadə etdiyini və tibbi maskanı çıxartmadığını, etdiyi əməlin cinayət olduğunu şüurlu şəkildə dərk etdiyini, onun verdiyi yaxmanın nəticəsi pozitiv çıxdıqdan sonra ərazi aidyyəti üzrə təhkim olunmuş həkim 2-3 gündən bir onunla əlaqə saxlayaraq yaşadığı evi tərk etməməyi bildirdiyini və səhəti ilə maraqlandığını, lakin həkim adı onun yadında qalmadığını, o, şahid qismində ifadə verən zaman qorxduğu üçün ona sistemin adını bilmədiyi tibb bacısı tərəfindən vurulduğunu bildirdiyini, əslində isə ona sistemi həyat yoldaşı X2 vurmuşduğunu, onun yaşadığı evə tibb bacısının gəlmədiyini bildirmişdir. Əməlindən peşman olduğunu, ağır maddi vəziyyətinin olduğunu, ailəli olduğunu, ailəsinə baxan yeganə şəxs olduğunu, bir oğlunun hərbi xidmətdə olması, digər oğlunun isə uşaqlıqdan serebral iflic xəstəsi olmasını, bir qızının isə azyaşlı olduğunu nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, 2011-ci ildən DİO-da 2020-ci ildən isə Bakı şəhər Baş Polis İdarəsinə bivavasitə tabe olan Bakı Metropolitenində Polis şöbəsini PPX-nin 1-ci bölüyünün 3-cü tağımında polis nəfəri vəzifəsində çalışır. 30.08.2021-ci il tarixdə metronun 20 yanvar stansiyasında işdə olmuşdur. Həmin vaxt platformanın pilləkanlarında olan təxminən 40 yaşlarında bir nəfər şəxsin onu görən zaman istiqamətini dəyişib geri qayıtması diqqətini cəlb etmişdir. O, həmin şəxsə yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxsdən özünü təqdim etməsini tələb etmişdir. Həmin şəxs ilk öncə özünü təqdim etməkdən imtina etmişdir. Daha sonra isə özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs cibindən şəxsiyyətini təsdiq edən sənəd çıxardaraq ona təqdim etmişdir. Təqsirləndirilən şəxs ad, soyad və atasının adını ona təhkim olunmuş portala daxil etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs pozitiv “Covid 19” xəstəsi olduğunu görmüşdür. O, Təqsirləndirilən şəxs harada yaşadığını və yaşadığı evi hansı səbəbdən tərk etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs ona qaynanası X1 rayonu ərazisində adını dəqiq bilmədiyi özəl klinikaların birində əməliyyat olunduğunu və o, qaynanasının əməliyyat olunduğu klinikaya getdiyini bildirmişdir. Sonra o, aşkar etdiyi pozitiv “Covid 19” xəstəsi barədə X3 növbətçi hissəsinə telefon vasitəsi ilə şifahi olaraq məlumat vermişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs saxlayıb yoxlayan zaman Təqsirləndirilən şəxs tibbi maskadan istifadə etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Abşeron Rayonu Gigiyena və Epidemiologiya mərkəzindən alınmış 30 avqust 2020-ci il tarixli 1246 saylı məktuba əsasən ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs 22.08.2021-ci il tarixində Covid 19 diaqnozu təsdiqlənmişdir. İş materiallarında olan Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anamotimya birliyindən alınmış 21 sentyabr 2021-ci il tarixli 792/KEŞ nömrəli ekspert rəyindən görünür ki, 1979-cu il təvəllüdlü Təqsirləndirilən şəxs adina tərtib edilmiş tibbi sənədlərdə göstərilənlərə, əsaslanaraq, qərarda qarşıya qoyulan suallara uyğun ekspert komisiyası aşağıdakı nəticəyə gəlir: 1.21.08.2021-ci iltarixdə yeni npöv virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış labarator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğ halda sanitar- gigiyena qaydalarını pozmaqla digər şəxslərin xəstəliyəyoluxdura biləcəyi istisna edilmir. “Covid-19” virus infeksiyasının inkubasiya dövrü 14 gün davam edir və orqanizmin fərdi xüsusiyyətlərindən asılı olaraq sağalma müddəti müxtəlif olur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, şahid ifadəsinə, ekspertiza rəyindən ibarət olan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 139-1.1-ci maddəsinin sanksiyasında 3 növ cəza, yəni cərimə, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, məhkəmə təqsirləndirilən şəxsə həmin alternativ cəzalardan azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini qanunauyğun, ədalətli və humanizm prinsiplərinə uyğun hesab edir. Çünki cəza təyin edilərkən ədalət və humanizm prinsiplərinə əməl edilməli olduğundan, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamı və “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələr nəzərə alınmalıdır. Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli qeyd edilən Sərəncamının 8ci bəndində göstərilmişdir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar; 13.4-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Yuxarıda sadalananlar, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarındakı tövsiyyələri, həm də yüngülləşdirici hallar olduğundan, ağırlaşdırıcı hallar olmadığından sanksiyada nəzərdə tutulmuş daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar mövcud olmur. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, daha ciddi cəzanın təyin edilməsinin müzakirə olunması üçün əsaslar da yoxdur. Çünki “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnər. Plenum Qərarının 3-cü bəndində də müəyyən edildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşqdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Çünki həm hazırkı işin halları, yəni ağırlaşdırıcı halların olmaması, yüngülləşdirici halların olması, həm də Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən qərarına, CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına əsasən təqsirləndirilən şəxs barədə ilk növbədə yüngül cəza növünün təyini məsələsini müzakirə etməyi vacib edir. Bu qeyd edilən halların mövcudluğu, həmçinin Plenum Qərarının 2 və 3-ü bəndində qeyd edilənlər nəzərə alınaraq, daha ciddi cəzanın, yəni azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün hökmdə əsaslandırılma da aparıla bilmir. Çünki azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün ixtiyari bir əsaslandırma deyil, yəni qanundan kənar əsaslandırma deyil, qanuni əsaslandırma, bunun üçünsə CM-nin ümumi hissəsindəki müəyyən edilmiş hallar, həmçinin Plenum Qərarının 2, 3-cü bəndində müəyyən edilmiş nəzərə alınmalı hallar üzrə əsaslandırılma aparılmalıdır. Hazırkı təqsirləndirilən şəxsə münasibətdə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi üçün həmin əsaslar mövcud deyildir. Beləliklə hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1- 59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan AzEMİS elektron məhkəmə sistemi məlumatına əsasən Təqsirləndirilən şəxs evli olmaqla 14.10.2002-ci il təvəllüdlü X10, 20.11.2003-cü il təvəllüdlü X11 və 17.12.2016-cı il təvəllüdlü X5 adlı uşaqları vardır. İş materiallarında olan tibbi sənədlərə əsasən müəyyən edilir ki, X11 uşaqlıqdan serebral iflic xəstəsidir. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf edib, səmimi peşman olmasını, ilk dəfə cinayət törədilməsini, təqsirləndirilən şəxsin ailəli olmasını, himayəsində 1 azyaşlı qızının olmasını, bir oğlunun isə qeyd edilən xəstəliyinin olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs barəsində 24.09.2021-ci il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 il (bir il) müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron yarımadası hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 200 (iki yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-411/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-411/2021
05.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver