Məhkəmə qərarları › İş №1(004)-411/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-411/2022

20.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-411/2022 20.12.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, onun müdafiəçisi “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Cəbrayıl rayonunun Qumlaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, himayəsində bir azyaşlı uşağı olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, Cəbrayıl rayonu Qumlaq kəndində qeydiyyatda olmaqla ünvan 1ünvanda yaşamış, hazırkı cinayət işi üzrə barəsində “polisin nəzarəti altına vermə haqqında” qətimkan tədbiri seçilmiş, hazırda digər cinayət işi ilə əlaqədar Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(004)-672/2022 saylı qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, 05 sentyabr 2021-ci il tarixdə saat 03:00 radələrində tamah niyyəti ilə özgə əmlakını talama məqsədi ilə Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs1 məxsus olmaqla 02 sentyabr 2021-ci il tarixdə nəqliyyat vasitələrinə sərəncam verilməsi haqqında etibarnamə əsasında Zərərçəkmiş şəxs2 tərəfindən idarə edilərək Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 3 nömrəli ünvanda park edilmiş dəyəri 8000 (səkkiz min) manat olan 2007-ci il buraxılışlı “Daewoo Nexia” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qapısının açıq olmasından və açarın açar yuvasında olmasından istifadə edib həmin avtomobilə əyləşib mühərriki işə salaraq sərbəst şəkildə idarə edib uzaqlaşmaqla gizli olaraq taladıqdan sonra törətdiyi cinayət əməlinin ifşa olunmasının qarşısını almaq məqsədi ilə həmin avtomobilin banında olan **-CG-*** dövlət qeydiyyat nömrə nişanlarını sökərək istintaqla müəyyən edilməyən tarixdə Bakı şəhəri Yasamal rayonu İnşaatçılar metrostansiyasnın yaxınlığından tapdığı Şahid6 Əlizamin oğluna məxsus olan “Nissan Maxima" markalı avtomobilin ** OS *** dövlət qeydiyyat nömrə nişanlarını “Daewoo Nexia" markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin banının ön və arxa hissəsinə bağlayıb Bakı şəhərində ödəniş müqabilində 2 (iki) gün müddətində sərnişin daşımaqla taksi fəaliyyəti ilə məşğul olub ələ keçirdiyi əmlak üzərində sərəncam verməklə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 8000 (səkkiz min) manat dəyərində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə ittiham edilmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona CM-nin 177.2.4-cü maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 04 sentyabr 2021-ci il tarixdə gecə saat 24:00 radələrində özünə məxsus olmaqla idarə etdiyi “Daewoo Nexia" markalı ** OK *** dövlət qeydiyyat nişanlı minik avtomobiliylə hərəkət edərkən Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 7 ünvanında avtomobilinin işlək yerində nasazlıq yaranmışdır və bu səbəbdən o, hərəkəti davam etdirə bilməyərək dayanmışdır. Belə olan halda idarə etdiyi avtomobili saxlayaraq bir neçə saat avtomobildə yaranmış olan nasazlığını aradan qaldırmaq üçün çalışsa da avtomobili təmir edə bilməmişdir. Sonradan onun avtomobilinin dayandığı yerin yaxınlığında “Daewoo Nexia" markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin park edilib saxlanıldığını görmüş və 05 sentyabr 2021-ci il tarixdə saat təxmiynən 03:00 radələrində həmin avtomobilə yaxınlaşmış, öz avtomobilinin nasaz hisssəsi ilə həmin “Daewoo Nexia" markalı avtomobilin hissəsini dəyişmək qərarına gəlmişdir. Bu məqsədlə “Daewoo Nexia" markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq kapotunu açmaq istəmişdir. Əlini ön sol qapıya atdıqda qapının açıq olduğunu görmüş, sükanı arxasına əyləşmiş və sürət qutusunun yanında avtomobilin açarlarını görüb avtomobili işə salmışdır. Avtomobilini təmir etdirmək üçün pulu olmadığı üçün “Daewoo Nexia" markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmaq, bir iki günlük həmin avtomobildən istifadə etməklə taksi fəaliyyəti göstərərək pul qazanıb öz avtomobilini təmir etdirmək sonradan həmin avtomobili sahibinə qaytarmaq qərarına gəlmişdir. Özünə məxsus “Daewoo Nexia" markalı, ** OK *** dövlət qeydiyyat nişanlı avtomobili həmin əraziya yaxın bir yerdə saxlayıb (avtomobili itələyərək aparmış) sonradan “Daewoo Nexia" markalı, **- CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gəlmiş və səhərisi gün həmin avtomobillə taksi kimi fəaliyyət göstərmişdir. 06 sentyabr 2021-ci il tarixdə saat 22:00 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində avtomobilinə iki nəfər sərnişin biri qadın, digəri isə kişi əyləşmiş və onları Rusiya səfirliyinin yaxınlığına aparmağını bildirmişdirlər. Sərnişinlər Nəsimi rayonu ərazisində “Al Market” mağazasının qarşısında avtomobili saxladaraq mağazadan alış veriş etmişlər. Bundan sonra o, avtomobilini işə salıb yoluna davam edərkən üç nəfər mülki geyimli şəxs ona saxla desə də həmin şəxslərin sərnişin olduqlarını başa düşmüş və onlara əhəmiyyət verməyib avtomobili sürüb oradan uzaqlaşmışdır. Lakin həmin şəxslər onu həmin yerdən təxmiynən 500 metr aralıda saat 22:50 dəqiqədə ünvan 4 ünvanının qarşısında saxladaraq özlərini Yasamal RPİ-nin 27-ci Polis bölməsinin əməkdaşları kimi təqdim edərək onu bölməyə gətirmişlər. 27-ci polis bölməsində “Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili mənimsəmə məqsədi olmadan qaçırmağını etiraf etmişdir. Avtomobilin üzərdəki dövlət qeydiyyat nömrəsini dəyişdirməmişdir. “Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı oğurlamaq məqsədi olmamış, onun məqsədi həmin avtomobillə bir iki gün sürüb sərişin daşıyıb pul qazanıb özünə məxsus olan nasaz avtomobili təmir etdirmək, həmin avtomobili darə etmək istəyinin onda yaranması və sonradan avtomobili götürdüyü yerə aparıb orada saxlaması olmuşdur. Ümumiyyətlə onda özündən asılı olmayaraq digər avtomobilləri sürmək həvəsi və istəyi olduğundan o bu kimi hərəkətləri edir, başqa şəxslərə məxsus avtomobilləri əgər qapısı açıq vəziyyətdə və açarları üzərindədirsə onda həmin avtomobil sürüb yoxlamaq qərarına gəlir. Hazırda zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə barışmışdır, ondan hər hansi bir şikayət və tələbləri yoxdur, onlara ziyan dəyməmişdir, törətdiyi əməl istintaq orqanı tərəfindən düzgün tövsif edilməmişdir, o, həmin avtomobili sürmək məqsədilə qaçırmışdır. Hazırda məhz belə bir cinayət törətdiyinə görə, yəni AR CM-nin 185.2.2-ci maddəsi ilə barəsində cinayət işi vardır. Ona görə hesab edir ki, onun hazırkı əməli AR CM-nin 185.1-ci maddəsi ilə düzgün tövsif edilməli və barəsində 8 noyabr –Zəfər günü ilə bağlı qəbul edilmiş amnistiya aktının tətbiq edilməsi məsələsi məhkəmə tərəfindən həll edilməlidir. Belə olan halda o, barəsində olan cinayət işinin bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır, etiraz etmir. Sonda törətdiyi cinayət əməlindən peşman olduğunu və məhkəmədən ədalətli ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Verilən suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, tərəfindən qaçırılmış “Daewoo Nexia" markalı, **-CG-*** nömrəli avtomobilin sonradan qabaq və arxa hissəsində olan dövlət nömrə nişanının Yasamal rayonu “İnşaatçılar” metrostansiyasının yaxınlığında olan zibil qutularının yanından tapdığı ** OS *** dövlət qeydiyyat nişanları ilə dəyişdirilməsi barədə qeyd edilmiş hallar həqiqəti əks etdirmir. Belə ki, həmin qeyd edilən nömrələr avtomobilin yük yerində olmaqla ona məxsus olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra o, özü həmin nömrələri avtomobilin baqajından çıxararaq onlara təhvil vermişdir. Həmin vaxt polis əməkdaşları onun tərəfindən nömrələri təqdim etməsinin şəklini də çəkmişlər. Bütün bu proses polis bölməsində baş vermiş, foto şəkillər çəkilmiş, lakin nədənsə cinayət işinin materiallarına əlavə edilməmişdir. Bu halın həqiqət olmasını onun avtomobilinə sərnişin kimi minən və iş üzrə şahid qismində dindirilən şəxslər də təsdiq edə bilərlər. Həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, iş materiallarında olan ifadələrində guya həmin nömrələri dəyişdirməsi ilə bağlı yazılanlar yalandır, müstəntiqə belə bir ifadə verməmişdir. Polis bolməsində gətirildikdən sonra o, öz xətti ilə izahat vermiş, hər bir şeyi olduğu kimi orada göstərmişdir. Sonradan işi aparan müstəntiq öz kompyuterində yazaraq çap etdiyi iş üzrə imzaladığı ifadələrinin və digər sənədlərin həmin izahatla eynilik təşkil etdiyini bildirdiyi üçün o, ifadələrini və digər sənədləri imzlamışdır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 dəfələrlə lazımi qaydada məhkəmə iclaslarına dəvət edilmələrinə baxmayaraq, onlar məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclaslarna gələ bilmədiklərini, məhkəmə iclaslarının onların iştirakı olmadan keçrilməsini xahiş etməkə bərabər təqsirləndirilən şəxslə barışdıqlarını, ona qarşı şikayət və tələblərinin olmamasını bildirmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsininin 87.6.11-ci və 315.1-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin məhkəmə iclaslarında iştirakı onun hüququ kimi müəyyən olunmuşdur. Həmin Məcəllənin 315.2-ci maddəsinin tələblərinə görə zərərçəkmiş şəxs (xüsusi ittihamçı) ictimai və ya ictimai-xüsusi ittiham qaydasında həyata keçirilməli cinayət təqibi üzrə məhkəmə iclasına gəlmədikdə, məhkəmə cinayət prosesi tərəflərinin fikrini dinlədikdən sonra onun iştirakı olmadan cinayət təqibi ilə bağlı olan bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsinin, qanuni və əsaslı yekun məhkəmə qərarının çıxarılmasının mümkünlüyü barədə məsələni həll edir. Zəruri hallarda məhkəmə baxışı təxirə salınır və məhkəmə iclası başqa vaxta keçirilir. Məhkəmə, proses iştirakçılarının rəyini nəzərə alaraq, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadələrini əsas götürməklə məhkəmə iclasının oların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, öz şəxsi istifadəsi üçün 2007-ci il buraxılışlı gümüşü metall rəngli “Daewoo Nexia” markalı, 57-CG-O51 dövlət qeydiyyat nişanlı minik avtomobili almışdır. Həmin avtomobili 2021-ci ilin may ayına kimi istifadə etmiş və avtomobili satmaq qərarına gəlmişdir. Bu məqsədlə 04 may 2021-ci il tarixdə avtomobili Gəncə şəhərinə avtomaşın bazarına satışa çıxartmış və bazarda Gəncə şəhər sakini Şahid1 avtomobilinə baxaraq almaq istədiyini bildirmişdir. Əvvəlcə avtomobilini 8500 manata təklif etsə də onlar sövdələşib avtomobili 8200 manata razılaşmışlar. Həmin gün Şəmkir şəhərinə gələrək avtomobili adından qeydiyyatdan çıxartmadan, Şəmkir rayonu 1 saylı Notariat kontorunda Şahid1 avtomobili öz adına keçirmək və avtomobillə bağlı sair əqdlər başlamaq üçün baş etibarnamə vermişdir. Bundan sonra 02 sentyabr 2021-ci il tarixdə Şahid1 avtomobili Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 8000 manata satmışdır. Hal hazırda ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs “Daewoo Nexia” markalı, **-CG- *** dövlət qeydiyyat nişanlı minik avtomobili oğurlamış, polis əməkdaşları tərəfindən yaxalanaraq avtomobil Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Lakin bununla belə “Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi dəyişilməmiş, avtomobil hal-hazıra kimi onun mülkiyyətindədir. Hal hazırda avtomobil Zərərçəkmiş şəxs2 mülkiyyətinə keçmiş və ona məxsusdur. X8 markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı görə mülki iddiası və tələbi yoxdur. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs1 adına olan “Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli, 2007-ci il istehsalı olan avtomobili 02 sentyabr 2021-ci il tarixdə Şahid1 8000 manata pul vəsaiti qarşılığında alıb baş etibarnamə əsasında idarə etmişdir. Həmin avtomobili 04 sentyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti 3 ünvanın qarşısında saxlayaraq işə getmişdir. 05 sentyabr 2021-ci il tarixdə saat 10:15 dəqiqədə işdən çıxaraq avtomobilinin saxladığı yerə gəlmiş, lakin avtomobilinin orada olmadığını aşkar etmişdir. Ona görə də avtomobilinin naməlum şəxs tərəfindən qaçırılması qənaətinə gələrək 05 sentyabr 2021-ci il tarixdə saat 11:55 dəqiqədə Azərbaycan Respublikası DİN-nin “102” Xidməti-zəng mərkəzinə zəng vuraraq bu barədə məlumat vermiş, həmçinin Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə gələrək avtomobilinin qaçırılması haqqında ərizə yazmışdır. Polis əməkdaşları ilə birlikdə avtomobili saxladığı Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti 3 ünvana baxış keçirmişlər. 06 sentyabr 2021-ci il tarixdə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində “Daewoo Nexia” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilini qaçıran və adını və soyadını sonradan bildiyi Təqsirləndirilən şəxs avtomobilini idarə edərkən saxlanılmış və avtomobili ona qaytarmışdır.“Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili qaşırılması nəticəsində avtomobilinə heç bir ziyan dəyməmiş, avtomobilə hər hansı bir ziyan vurulmamış və avtomobilin üzərindən hər hansı bir ehtiyat hissəsi çıxarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsinə göstərmişdir ki, 06 sentyabr 2021-ci il tarixdə saat 22:00 radələrində tanışı Şahid3 ilə birlikdə Rusiya Fedarasiyasının səfirliyi yaxınlığında yaşadığı evə getmək üçün taksi gözləmiş, bir neçə dəqiqədən sonra “Daewoo Nexia” markalı taksi avtomobilin gəldiyini görərək avtomobili saxladaraq avtomobilə əyləşmişlər və sürücüyə göstərilən ünvana getməsini xahiş etmişdir. Onlar Bakı şəhəri Nəsimi rayonu ərazisində “Kubinka” adlanan yerdə “Al Market” mağazasında ərzaq almaq üçün avtomobili saxlatmışdır. Avtomobildən düşərək marketə gedib qayıdaraq avtomobilə əyləşən zaman bir neçə mülki geyimli şəxs avtomobilə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək avtomobili saxlamasını bildirmişlər. Lakin avtomobilin sürücüsü onların tələbinə məhəl qoymayaraq avtomobili sürüb oradan uzaqlaşmışlar. Polislən avtomobili təqib etmiş, onların tələbi ilə sürücü Xəyyam avtomobili saxlamışdır. Polis əməkdaşları onları polis bölməsinə gətirmişlər və orada izahat vermişlər. Sonradan ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili qaçırmışdır. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, taksi kimi əyləşdiyi avtomobilin dövlət qeydiyyat nömrəsi **-CG-*** olmuşdur. Bu barədə o, saxlanıldıqdan dərhal sonra polis bölməsində verdiyi ilkin zahatında da bu barədə bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da eyni xususuatlar üzrə ifadə verərək Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişdir. Verilən suallara cavab olaraq şahid bildirmişdir ki, taksi kimi əyləşdiyi avtomobilin dövlət qeydiyyat nömrəsi **-CG-*** olmuşdur. Bu barədə o, saxlanıldıqdan dərhal sonra polis bölməsində ilkin zahatında da bu barədə bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, “Daewoo Nexia” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli, 2007-ci il istehsalı olan avtomobili 2021-ci ilin fevral ayında Bakı şəhərində avtomobil satışı bazarından almışdır. Lakin avtomobil ürəyincə olmadığından onu satmaq qərarına gəlmişdir. “Turbo.az” internet səhifəsində elan yerləşdirmişdir. 02 sentyabr 2021-ci il tarixdə Zərərçəkmiş şəxs2 Gəncə şəhərinə gələrək avtomobilə baxış keçirib avtomobili 8000 manata ondan almışdır. Avtomobili idarə etmək üçün Zərərçəkmiş şəxs2 baş etibarnamə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası DİN-nin 102 Xidməti zəng və həmçinin 27-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək baş etibarnamə əsasında idarə etdiyi “Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili 04 sentyabr 2021-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri, Yasamal rayonu Tbilisi prospekti 3 ünvanın qarşısında saxlayaraq işə getməsini, 05 sentyabr 2021-ci il tarixdə saat 10:15 dəqiqədə işdən çıxaraq avtomobilinin saxladığı yerə gəldikdə, avtomobilinin orada olmadığını aşkar etməsini, avtomobilinin naməlum şəxs tərəfindən qaçırılmasını göstərmişdir. Zərərçəkmiş şəxs2 müraciəti əsasında Yasamal RPİ-nin 27-ci polis Bölməsinin təhqiqatşısı Çingiz Qurbanov tərəfindən araşdırma aparıldı və həmin gün avtomobili ələ keçirən şəxsin yerini müəyyən etmək üçün əməliyyat axtarış tədbiri keçirilməsi üçün tapışrıq verildi. Yasamal RPİ-nin 27ci polis bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Elxan Talıbov və polis leytenantı Şahid5la birlikdə əməliyyat axtarış tədbirlərini həyata keçirməyə başlamış, daxil olmuş əməliyyat məlumatına əsasən “Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı, gümüşü metal rəngli avtomobilin ** OS *** dövlət qeydiyyat nişanı altında Bakı şəhəri, Nəsimi rayonunda hərəkət etdiyi göstərildiyindən, polis leytenantı Elxan Talıbov və polis leytenantı Şahid5la birlikdə DİN-nin Təhlükəsizlik şəhər məlumat mərkəzi ilə əlaqə saxlamış və həmin avtomobil izlənilmiş, Daewoo Nexia” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin Nəsimi rayonu ərazisində “Al Market” mağazasının qarşısında saxlanılmasını, avtomobilə yaxınlaşdıqda avtomobilin sükanı arxasında şəxsiyyəti sonradan məlum olan Təqsirləndirilən şəxs, daha bir nəfər kişi və bir nəfər qadın olduğunu görmüşlər. Sürücüyə avtomobili saxlamasını desələrdə əhəmiyyət verməyib avtomobili sürmüş, ona görə də avtomobili təqib edərək saat 22.50 dəqiqədə Nəsimi RPİ-nin polis nəfərləri ilə birlikdə ünvan 8 ünvanın qarşısında avtomobili saxlatmışlar. Avtomobili idarə edən Təqsirləndirilən şəxs və avtomobildə olan sərnişinlər şəxsiyyətləri sonradan məlum olan Şahid2 və Şahid3 Məmmədkərim qızını Yasamal RPİ-nin 27-ci polis bölməsinə gətirərək raportla təhqiqatçısı, polis baş leytenantı Çingiz Qurbanova təhvil vermişlər. Bakı şəhəri Nəsimi rayonunda və Yasamal rayonunda təqib edib idarə etdiyi avtomobillə saxlayıb 27-ci PB-nə gətirən zaman sürücü Təqsirləndirilən şəxs “Daewoo Nexia” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobildə hər hansı bir zədə və sındırma izi yaxud avtomobilin hər hansı bir hissəsindən sökülməsini onlar müşahidə etməmişdirlər. Avtomobil saz və işlək vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs “Daewoo Nexia” markalı avtomobili 57-CG-O51 dövlət qeydiyyat nişanını sökərək, tapdığı başqa avtomobilə məxsus ** OS *** dövlət qeydiyyat nişanı ilə qaçırdığı avtomobili idarə etmişdir. **-CG-*** dövlət qeydiyyat nişanı isə həmin avtomobilin yük yerində olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, eyni xususuatlar üzrə ifadə verərək Şahid4 ifadəsində göstərilənləri təsdiq etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 Əlizamin oğlunun məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, özünə məxsus olan 2003-cü il buraxılışlı gümüşü “Nissan Maxima” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 2016-cı ilədək istifadə etmiş və həmin il də qardaşı X1 idarə etmək üçün baş etibarnamə vermişdir. Hal hazıra kimi avtomobili qardaşı Samir idarə etmişdir. 2018-ci ildən avtomobil təmirə dayandırılmışdır. Təqsirləndirilən şəxs Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 məxsus “Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili oğurlayaraq ona məxsus olan “Nissan Maxima” markalı avtomobilin ** OS *** dövlət qeydiyyat nişanlarını oğurladığı avtomobilin banına ön və arxa hisssinə bağlayaraq Bakı şəhərində ödəniş müqabilində sərnişin daşımaqla taksiçilik fəaliyyəti ilə məşğul olmuş və polislər tərəfindən yaxalanmışdır. Samirdən “Nissan Maxima” markalı avtomobilin ** OS *** dövlət qeydiyyat nişanlarının hansı şəraitdə Təqsirləndirilən şəxs əlinə keçməsini soruşduqda qardaşı, Nissan Maxima” markalı avtomobilin nömrə nişanlarının köhnəlməsi və çürümə səbəbindən yenisi ilə əvəz etməsini və köhnə nömrə nişanlarını Yasamal rayonu ərazisində olan İnşaatçılar metrostansiyasının yaxınlığında olan zibil üçün qoyulmuş qutunun yanına atmasını demişdir. Onun və qardaşı X5 Quliyevlə heç bir münasibətləri olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 185.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. (i.v. 01); cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında 07 sentyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs özgənin avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq qaçırmasına əsaslı şübhələr olduğu üçün o, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur (səh. 44-46). 08 sentyabr 2021-ci il tarixli iltizamdan görünür ki, Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri semilmişdir. (i.v. 72); 15 sentyabr 2021-ci il tarixli “avtomaşına baxış keçirilmə haqqında” protokoldan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus olan “Daewoo Nexia” markalı, **-CG- *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilə hər hansı bir zərər yetirilməmiş, avtomobil saz vəziyyətdə olmuşdur (i.v114-118). “Hadisə yerinə baxış keçirilmə” protokolundan görünür ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanda baş vermişdir (i.v 14-17). 07 sentyabr 2021-ci il tarixli “əşyaya baxış keçirmə və götürülmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa Şahid6 məxsus “Nissan Maxima” markalı avtomobilin 02 ədəd ** OS *** dövlət qeydiyyat nömrə nişanlarını təqdim etmiş və həmin avtomobilə məxsus dövlət qeydiyyat nişanlarına baxış keçirilərək protokol tərtib edilmişdir (i.v 33-35). xx.xx.2021-ci il tarixli, Dövlətqaçqınkomun Mehdiabad qəsəbəsi üzrə MKİS-in arayışından görünür ki, Quliyev X2 rayonundan məcburi köçkündür. (i.v 151). Təqsirləndirilən şəxs tərəfinən verilmiş ərizədən görünür ki, o, barəsində olan cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsinə etiraz etmir. (i.v 154). cinayət işi üzrə icraata xitam verilməsi barədə 30 noyabr 2021-ci il tarixli qərardan görünür ki, “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 8-ci və 1.6-ci bəndinə əsasn Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmiş və iş üzrə icraata xitam verilmişdir. (i.v 156-161). cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarın ləğv edilməsi və əməlin tövsif edilməsi haqqında 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, “cinayət işi üzrə icraata xitam verilməsi barədə 30 noyabr 2021-ci il tarixli qərar” ləğv edilərək iş üzrə icraat təzələnmiş və cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsindən həmin məcəllənin 177.2.4-cü maddəsinə tövsif edilmişdir. (i.v 167-170). “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilmişdir. (i.v 243-244). Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 may 2022-ci il tarixli 9/2398 nömrəli rəyi ilə təsdiq olunurki, Respublikada şəhərlərində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə ekspertiza təyini haqqında qərarda göstərilən 2007-ci il istehsalı, gümüş metal rəngli, ‘’Daewoo Nexia” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2021-ci il sentyabr ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 7500 manat müəyyən olunur (i.v. 217-219). 15 sentyabr 2021-ci il “maddi sübut kimi tanınmaq haqqında” qərardan və 14 iyul 2022-ci il tarixli “sübutlara qiymət verilməsi haqqında” qərardan görünür ki, Daewoo Nexia markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil istintaqın gedişində maddi sübut kimi tanınmış və məhkəmə hökmü qanuni qüvvəyə minənə kimi saxlanc üçün qəbzlə zərərçəkən Zərərçəkmiş şəxs2 qaytarılmışdır. Şahid6 Əlizamin oğluna məxsus olan Nisan Maxsima markalı avtomobilin ** OS *** dövlət qeydiyyat nişanları istintaqın gedişində maddi sübut kimi tanınmış və AR DİN-nin BDYPİ-nə təhvil verilmişdir. (i.v. 120-122, 263- 276). Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2021-ci il tarixli arayışdan və cinayət işinə əlavə edilmiş hökmlərin surətlərindən görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1, 263.2-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunmuş və 02 il 02 ay müddətinə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum edimişdir. Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 avqust 2016-cı il tarixli qərarı ilə 02 ay 04 gün müddətinə vaxtından əvvəl azad olunmuşdur.Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 83.1.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxslər barəsində - sınaq müddəti başa çatdığından yəni 05 il 11 gün keçdiyi üçün məhkumluğu ödənilmiş və məhkumluğu olmayan şəxs hesab olunur və onun 05 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş qəsdən az ağır cinayət əməli törətməsi cinayətlərin residivini yaratmır (i.v. 129-134, 198-201). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 4(004)-672/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 185.2.2-ci maddəsi ilə istintaqı aparılan digər cinayət işi ilə əlaqədar əvvəli xx.xx.2022-ci il tarixindən hesablanmaqla 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət xidmətinin Cəbrayıl rayon şöbəsinin xx.xx.2022-ci tarixli 126 nömrəli arayışından məlum olur ki, təqsirləndirilən şəxsin oğlu 2004-cü il təvəllüdlü X3 həqiqətən xx.xx.2022-ci il tarixdə səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi tərəfindən müddətli həqiqi xidmətə göndərilmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə ünvanlanmış teleqramdan görünür ki, o, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə dövlət ittihamçısını, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, şahidləri dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 185.1ci maddəsinə tövsif olunmalıdır. Belə ki, Təqsirləndirilən şəxs xeyli miqdarda ziyan vurmaqla oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə ittiham elan olunmuşdur. Halbuki, işin faktiki hallarından da görünür ki, Təqsirləndirilən şəxs “Daewoo Nexia” markalı **-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirmişdir. Məhkəmə bu qənaətə gələrkən ilk növbədə onu qeyd edir ki, oğurluq cinayəti birbaşa qəsdlə törədilən cinayətdir və oğurlur obyektiv cəhətdən özgənin əmlakını gizli talamada ifadə olunur. Talamanın subyektiv cəhətinin zəruri əlaməti isə tamah məqsədinin olmasıdır. Məhkəmə hesab edir ki, təqsirli şəxs özgə əmlakını götürərkən tamah məqsədi güdmüşsə, iş üzrə bu halı təsdiq edən kifayət qədər və mötəbər sübutlar varsa onda onun əmlakı əldə etmək üsul və vasitələrindən asılı olmayaraq törədilmiş əməl oğurluq kimi tövsif edilə bilər. Bütün digər hallarda törədilmiş əməlin oğurluq kimi qiymətləndirilməsinə yol verilmir. Yuxarıda qeyd edilənlərədən irəli gələrək məhkəmə qeyd edir ki, sözügedən halın hazırkı cınayət işi üzrə mövcud olması məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Digər tərəfdən "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 3 mart tarixli 1 №-li qərarının 8-ci bəndində qeyd edilir ki, tamah məqsədi olmadan özgənin əmlakının əldə edilməsinə yönəlmiş, hüquqazidd hərəkətlər, məsələn, əmlakı sonradan mülkiyyətçiyə qaytarmaq niyyətilə törədilmiş hərəkətlər, oğurluq və ya soyğunçuluq cinayətlərinin tərkibini yaratmır. İşin hallarından asılı olaraq, buna əsaslar olduqda, belə hərəkətlər CM-nin 322-ci maddəsi və ya digər maddələri ilə tövsif edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarının tövsiyyələrini rəhbər tutaraq hesab edir ki, təqsirləndirilən şəxsin əməli talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə kimi qiymətləndirilməlidir. Belə ki, həmin əməlin törədilməsi nəticəsində təqsirləndirilən şəxs avtomobil üzərində mülkiyyət hüququnu pozmuşdur, lakin oğurluq cinayətindən fərqli olaraq burada avtomobilin mülkiyyətçisinin ona məxsus olan mülkiyyət hüququ tam itirilməmiş, yalnız onun bəzi elementləri daha çox sahiblik və istifadə hüququ itirilmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, “talama məqsədi olmadan nəqliyyat vasitəsini qaçırma” - “talamadan” nəqliyyat vasitəsinə yiyələnmə məqsədinə görə də fərqlənir. Azərbaycan Respublikasının Cənayət Məcəlləsinin 185-ci maddəsi nəqliyyat vasitəsinin müvəqqəti istifadə üçün qaçırılmasını nəzərdə tutur. Əgər avtomobili qaçıran şəxs nəqliyyat vasitəsini daimi olaraq öz istifadəsinə, sahibliyinə, sərəncamına keçirmək məqsədi güdürsə yalnız o zaman törədilmiş əməl əmlakın talanması hesab olunur. Məhs bu nöqteyi nəzərdən məhkəmə hesab edir ki, məhkəmə istintaqında araşdırilmalı hallardan biri də təqsirləndirilən şəxsin qaçırdığı avtomobili özünün daimi istifadəsində saxlamaq istəməsinin olub olmaması, avtomobili özünün sərəncamına keçirilməsi məqsədinin (buna cəhd edib etməməsi) olub olmaması, ümumiyyətlə avtomobil yiyələnərkən məqsədinin nədən ibarət olmasıdır. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq ələ keçirdiyi avtomobilin hər hansı bir hissəsini sökərək satmamış, dəyişdirməmiş, bu məqsədlərlə üçünçü bir şəxsə təkliflər etməmişdir, avtomobilə hər hansı ziayan vurmamışdır. İstər ibtidai istintaq zamanı, istərsə də məhkəmə istintaqı zamanı verdiyi ifadəsində avtomobili qaçırmaqda məqsədinin “öz avtomobilini düzəltdirməyə pulu olmadığından qaçırdığı avtomobillə taksi kimi işləyib onu düzəltdirmək sonra avtomobili götürdüyü yerə qaytarmaq” və digər səbəb isə onun özündən asılı olmayaraq digər şəxslərə məxsus avtomobiləri sürmək istəyinin və həvəsinin (qapısı açıq və acarlar üzərində olarsa) olmasıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin gətirdiyi dəlillər inandırıcıdir. Belə ki, Yasamal Rayon Məhkəməsinin 4(004) 627/2022 saylı qərarndan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2022-ci il tarixdə Respublika Klinik xəstəxanasının həyətində park edilmiş A.İbişova məxsus “X9” markalı avtomobilin qapılarının açıq olmasından istifadə edərək salona daxil olmuş, avtomobilin üzərində olan açar ilə mühərriki işə salıb hadisə yerindən uzaqlaşmışdır. Həmin fakta görə Azərbaycan Respublikasının Cənayət Məcəlləsinin 185.1-ci maddəsilə cinayət işi başlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs 10 avqust 2022-ci il tarixdə Yasamal rayonunda yerləşən Musabəyov parkının yanında park edilmiş “X9” markalı avtomobilin qapılarının açıq olmasından istifadə edərək salona daxil olmuş, avtomobilin üzərində olan açar ilə mühərriki işə salıb hadisə yerindən uzaqlaşmışdır. Həmin fakta görə Azərbaycan Respublikasının Cənayət Məcəlləsinin 185.1-ci maddəsilə cinayət işi başlamışdır. Yuxarıda qeyd edilən faktlara əsaslanaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs başqa şəxslərə aid olan avtomobilləri ələ keçirdiyini dərk edir, bunu arzu edir və həmin avtomobillərə yiyələnməkdə məqsədi onlar sürməklə istifadə etmək olmuşdur. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əmələ cinayət-hüquqi qiymət verilərkən həmin əməl Azərbaycan Respubliksı Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1 və 3-cü bəndlərinin şərh edilməsinə dair” 23 aprel 2018-ci il tarixli qərarı ilə müəyyən edilmiş hüquqi mövqeyə uyğun dəyərləndirilməlidir. Həmin qərarda qeyd edilmişdir ki, oğurluq cinayətinin tərkib əlamətlərinin müəyyən edilməsi həmin əmələ cinayət-hüquqi qiymət verilməsi üçün böyük əhəmiyyət kəsb edir. Cinayət tərkibinin formalaşmasında zəruri və fakültativ əlamətlərin böyük əhəmiyyəti vardır. Zəruri əlamətlər hər bir cinayət tərkibinə məxsus elə əlamətlərdir ki, onlar mövcud olmadıqda cinayət tərkibi yaranmır. Fakültativ əlamətlər isə bütün cinayət tərkibləri üçün zəruri olmayan və fərqli tərkiblərdə müxtəlif rol oynayan əlamətlərdir. Belə əlamətlərə cinayətin obyektiv tərəfini səciyyələndirən cinayətin törədilmə vaxtı, yeri, üsulu, cinayətin subyektiv tərəfini xarakterizə edən motiv və məqsəd və s. aiddir. Cinayət tərkibi əlamətlərinin zəruri və fakültativ əlamətlərə bölünməsi ayrı-ayrı cinayət tərkiblərinin müəyyənləşdirilməsi və oxşar cinayətlərin bir-birindən fərqləndirilməsi üçün böyük əhəmiyyət kəsb edir. Məsələn, özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətinin zəruri əlaməti (177-ci maddə), ümumi təhlükəli üsul qəsdən adam öldürmə cinayətinin tövsifedici əlaməti (120.2.4-cü maddə) hesab olunur. Cinayət tərkibinin konkretləşdirilmiş və qiymətləndirici əlamətlərinin də böyük hüquqi əhəmiyyəti vardır. Konkretləşdirilmiş əlamətlər Cinayət Məcəlləsinin normalarının mətnində birmənalı müəyyənləşdirilmişdir. Məsələn, oğurluq cinayətlərində vurulmuş ziyanın məbləği (177-ci maddənin “Qeyd” hissəsi), iqtisadi fəaliyyət sahəsində olan cinayətlərdə xeyli və külli miqdarda vurulmuş ziyanın həddi (190-cı maddənin “Qeyd” hissəsi) və s. Cinayət Məcəlləsinin 177-ci maddəsinin təhlili belə qənaətə gəlməyə əsas verir ki, özgənin əmlakını gizli olaraq talama oğurluq cinayətinin obyektiv cəhətinin zəruri əlamətidir. Gizli olaraq talama həmin əməllər təkrar törədildiyi hallarda da zəruri əlamət kimi çıxış edir. Mülkiyyətçiyə və ya əmlakın digər sahibinə vurulmuş ziyanın məbləği isə konkretləşdirilmiş əlamət kimi qanunverici tərəfindən cinayət tərkibinin zəruri əlamətləri nəzərə alınmaqla həmin maddənin “Qeyd” hissəsində göstərilmişdir. Yuxarıda qeyd edilmiş Konstitusiya Məhkəməsinin Plenum qərarında nəzərdə tutulmuş hüquqi mövqedən çıxış edərək məhkəmə bildirir ki, hazırkı cinayət işi üzrə əmlak (avtomobil) sahibinə ittiham aktında qeyd edildiyi kimi zərərçəkmiş şəxslə 8000 (səkkiz min) manat məbləğində ziyanın həqiqətən dəydiyi müəyyən olunduğu (öz təsdiqin tapdığı) halda Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsi ilə tövsif edilə bilər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “Qeyd” hissəsinin 2-ci bəndində göstərilən xeyli miqdar 177.2-ci maddəsinə aid olmaqla cinayət tərkibinin konkretləşdirici əlaməti kimi çıxış edir. Halbuki, məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 məxsus olan “Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və baxış zamanı avtomobilə hər hansı bir zərər yetirilməmiş, avtomobil saz vəziyyətdə olmuşdur (15 sentyabr 2021-ci il tarixli “avtomaşına baxış keçirilmə haqqında” protokol i.v114-118). Eyni zamanda nəzərə alınmalıdır ki, özgənin əmlakını talama cinayətlərinin əksəriyyəti maddi tərkibli cinayət olduğundan belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təhlükəli nəticənin- əmlakın mülkiyyətçisinə real maddi ziyan vurulmasının movcud olmasıdır. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə real maddı ziyanın vurulması öz təsdiqini tapmamışdır. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs avtomobili qaçırdıqdan sonra onun üzərində olan **-CG-*** dövlət qeydiyyat nişanının digər nişanla yəni ** OS *** dövlət qeydiyyat nişanı ilə əvəz edilməməsi ilə bağlı gətirdiyi dəlillərə dair qeyd edir ki: birincisi- həmin halın baş verdiyini təsdiq edən və inkar edən şahid ifadələri vardır və məhkəmə ağlabatanlıq və inandırıcılıq baxımından həmin halın - yəni avtomobilin üzərində olan nömrələrin dəyişdirilməsinin baş vermədiyini bildirən şahidlərin ifadələrini həmin ifadələr tərəfsiz və qərəzsiz mənbəydən verildiyi (alındığı) üçün mötəbər hesab edir. Belə ki, şahidlərdən Çingiz Qurbanov və Şahid3 sərnişin qismində təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildə olarkən həmin avtomobil polis əməkdaşları tərəfindən saxlanılmış və dərhal sonra həmin şəxslərin ilkin olaraq izahatları və sonradan ifadələri alınmışdır. Hər iki şahid ilkin verdikləri izahatlarinda (i.v.21-24), sonradan verdikləri ifadələrində (i.v. 140-146) və məhkəmə iclası zamanı verdikləri ifadələrində “**-CG-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil bizim taksi axtardığımızı görüb bizə yaxınlaşdı kimi” ifadələr vermişdirlər. Belə olan halda məhkəmə hesab edir ki, bir halda ki, həmin şəxlər müstəqil şəxslərdir və iş üzrə hər hansı bir maraq və məqsəd güdmürlər həmin şəxslərin ifadələri digər sübutlara münasibətdə mötəbər hesab edilməli və iş üzrə əhəmiyyət kəsb edən hal onların ifadələri nəzərə alınmaqla müəyən edilmiş hesab edilməlidir. İkincisi - şahid qismində dindirilmiş Şahid4 və Şahid5 ifadələrində qeyd etdiyi hallar, yəni qaçırılan avtomobil saxlanılarkən onun üzərində **-CG-*** dövlət qeydiyyat nişanı deyil, ** OS *** dövlət qeydiyyat nişanının olması barədə bildirdikləri məhkəmə istintaqı zamanı ifadələrdən başqa digər əyani sübut vasitəsi ilə öz təsdiqini tapmamışdır. Halbuki, şahidlər ifadələrində “DİN-nin Təhlükəsizlik şəhər məlumat mərkəzi ilə əlaqə saxlanılmış və həmin avtomobil izlənilmiş, Daewoo Nexia” markalı, ** OS *** dövlət qeydiyyat nişanlı avtomobilin Nəsimi rayonu ərazisində “Al Market” mağazasının qarşısında saxlanılması məlum olduğundan onlar həmin avtomobilə yaxınlaşdıqlarını” bildirmişdirlər. Lakin videomüşahidə kameralarında gördükləri bildirilsə də bunu əks etdirən CD disk əlavə edilməyib, saxlandıqdan sonra protokol tərtib edilərkən həmin halı təsdiq edəcək foto şəkillər çəkilərək iş materiallarına əlavə edilməmişdir. Digər tərəfdən məhkəmə qeyd edir ki, Bakı şəhərində qaçırılmış avtomobilin marka və modelinə uyğun minlərlə avtomobil olmasını nəzərə alaraq sözügedən avtomobilin məhs ** OS *** dövlət qeydiyyat nişanı ilə idarə edilməsinin müəyyən edilməsi və onun izlənməsi inandırıcı hesab edilə bilməz. Üçüncüsü – hətta qəbul edilsə belə ki, avtomobillin üzərinə digər nömrə bağlanaraq idarə edilmişdir, bu hal özü-özlüyündə törədilmiş əməlin oğurluq cinayəti kimi qiymətləndirilməsi üçün əsas hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifı ilə bağlı yalnış nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 349.5-ci maddəsi ilə müəyyən edilmişdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.» Məhkəmə belə nəticəyə gəlir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin oğurluq kimi deyil, talama məqsədi olmadan qanunsuz olaraq avtomobili ələ keçirmə cinayəti kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, Təqsirləndirilən şəxs əməlini əsassız və qanunsuz olaraq, Cinayət Məcəlləsinin 177.2.4 -cü maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində Azərbaycan Respublikasının CM-nin 177.2.4-cü maddəsinin tərkib əlamətlərinin olması məhkəmə istintaqı zamanı təkzib olunduğundan, onun əməli Azərbaycan Respublikasının CM-nin 185.1-ci maddəsinə tövsif olunmalıdır. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməli 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarının təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad olunaraq iş üzrə icraata xitam verilməlidir. Belə ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və həmin əməl CM-nin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olması, həmçinin iş materiallarına əsasən təqsirləndirilən şəxsin Cəbrayıl rayonundan məcburi köçkün düşmüş şəxs olması halı onun töərtdiyi əməlin yuxarıda qeyd edilən Amnistiya qərarının 1.6-cı və 9.1-ci bəndlərinin təsiri altına düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır. (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) Həmin Qərarın 14-cü hissəsinə əsasən bu Qərarın 8-ci və 9-cu hissələri amnistiya aktı qüvvəyə mindiyi günədək cinayət törətmiş şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 23.5-ci bəndinə əsasən məhkəmələr tərəfindən amnistiya – bu Qərarın 2.5-ci, 2.12-ci, 2.13-cü və 3.2-ci bəndlərində, 4-cü, 5-ci, 6-cı və 9-cu hissələrində nəzərdə tutulan şəxslər barəsində tətbiq edilir. Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndinin tətbiq edilməli olduğunu, eyni zamanda müdafiə tərəfinin amnistiyanin tətbiqi ilə bağlı razılıq mövqeyini və həmin Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlərin müəyyən edilmədiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, “8 noyabr- Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 9.1-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinin tələbinə əsasən şəxsin cinayət törədərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 132.1.6-cı maddəsinin tələbinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarında saxlanma müddəti ərzində işdə saxlanmalı və ya maraqlı təşkilat və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara təhvil verilməlidir. Həmçinin Cinayət- Prosessual Məcəlləsinin 132.1.7-ci maddəsinin tələbinə əsasən dəyəri olmayan digər əşyalar məhv edilməlidir. Odur ki, iş üzrə maddi sübut “Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınmalı, iş üzrə maddi sübut 02 ədəd ** OS *** nömrə nişanları AR DİN-nin BDYPİ-nə təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə olunan əmlak yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs hal-hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 avqust 2022-cı il tarixli qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Zəfər Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, təqsirləndsirilən şəxs Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-411/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının müdafiəsi Zəfər Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona xx.xx.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Zəfər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.8, 43, 305, 321,344-347 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsindən həmin Məcəllənin 185.1-ci maddəsinə tövsif edilsin. “8 noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarının 9.1-ci bəndi tətbiq edilməklə Аzərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 185.1-ci mаddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmiş Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən аzаd edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayə işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs hal-hazırda Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 avqust 2022-cı il tarixli 4(004)-672/2022 saylı qərarı ilə əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə həbs qismində qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. İş üzrə maddi sübut “Daewoo Nexia” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut 02 ədəd ** OS *** nömrə nişanları AR DİN-nin BDYPİ-nə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat miqdarında ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Zəfər Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar