Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-412/2023 20.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs Mehman oğlu və onun müdafiəçiləri Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, 14 avqust 1999-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanda qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Mehman oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Mehman oğlu satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib üzərində daşımaqla yaşadığı evdə saxlamış və satmışdır. Belə ki, o, 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində “İçəri şəhər” metrostansiyasının yaxınlığında satış məqsədi ilə qanunsuz olaraq Şahid1 140 manat müqabilində təmiz çəkisi 12,28 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı ünvan 2 ünvanda saxlamış, 31 yanvar 2023-cü il tarixdə saat 17 radələrində həmin qurudulmuş marixuananın 5,65 qramını 10 manat pulun qarşılığında tanışı Şahid2 satmış, digər hissəsini, yəni cəmi 06 ədəd bükümdə olmaqla cəmi təmiz çəkisi 6,63 qram təşkil edən hissəsini yaşadığı evin yataq otağındakı qara rəngli bel çantasının içərisində saxlamış, 01 fevral 2023-cü il tarixdə saat 05:00 dəqiqədə yaşadığı ünvan 2 ünvanın yaxınlığında Bakı şəhəri, Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması və satışında şübhəli bilindiyinə görə tutulduqdan sonra həmin tarixdə saat 06:30 dəqiqədə yaşadığı evə keçirilən baxış zamanı mənzilin yataq otağında olan qara rəngli bel çantasının içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 1,05 qram, 1,08 qram, 1,08 qram, 1,06 qram, 1,3 qram və 1,06 qram olmaqla ümumi təmiz çəkisi 6,63 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə qurdulmuş marixuana və 01 ədəd elektron tərəzi aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs Mehman oğlu məhkəmə iclasında özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək bildirdi ki, o tutulmamışdan əvvəl “Wolt” şirkətində kuryer işləmişdir. 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən metronun “İçəri Şəhər” stansiyasının yaxınlığında «Məmməd» adlı şəxsdan 140 manat pulun müqabilində şəxsi istifadə üçün 10 qram narkotik vasitə olan marixuana almışdır. 31 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Sübhan adlı tanışı ona zəng edib, özünün istifadə etməsi üçün ondan marixuana istəmiş, o isə Sübhana razılıq cavabı vermişdir. Bundan sonra Sübhan onun bank hesabına 10 manat pul köçürtmüş və o həmin pulun müqabilində heç bir qazanc əldə etmədən Sübhan üçün narkotik vasitə əldə etmişdir. Bundan sonra Sübhan yenidən ona zəng edərək həmin narkotik vasitənin Elgün adlı şəxsin ondan götürəcəyini bildirmişdir. O, Sübhanla razılaşmış və həmin gün saat 17 radələrində Elgün adlı şəxslə Bakı şəhəri Səbail raoynu Bayıl qəsəbəsi ərazisində görüşüb Sübhana çatdırması üçün 01 ədəd bükümdə narkotik vasitə olan marixuananı ona vermişdir. Bundan sonra Elgün çıxıb getmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:00 radələrində yaşadığı evin həyətində olan zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları olduqlarını bildirib onu həmin polis bölməsinə dəvət etmilər. O, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinə getmişdir. Orada olan zaman müdafiəçinin iştirakı ilə ona, üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya narkotik vasitə, psixotrop maddənin olub-olmamasını soruşmuşlar. Həmin vaxtı o, polis əməkdaşlarına üzərində heç bir qeyri-qanuni əşya, predmet və ya maddə olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış və heç bir qeyri-qanuni əşya aşkar edilməmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı evdə istifadəsi üçün saxladığı 06 ədəd bükümdə narkotik vasitə olan marixuana vardır. Bundan sonra polis əməkdaşları ona zor tədbiq edib döyərək ona məcbur etmişlər ki, video çəkiliş aparılmaqla evə baxış keçirən zaman o həmin narkotik vasitə olan marixuannanı satış məqsədi ilə saxladığını etiraf etsin. Daha sonra polis əməkdaşları ilə birlikdə o, yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilinə getmiş və polis əməkdaşları tərəfindən yaşadığı evə axtarış keçirilmişdir. O, baxış zamanı könüllü olaraq evin yataq otağındakı özünə məxsus qara rəngli bel çantasının içərisində saxladığı 06 ədəd bükümdə narkotik vasitə olan marixuananı təqdim etmişdir. Bundan sonra polis əməkdaşları özləri ilə gətirdikləri tərəzini ona verib video çəkiliş zamanı həmin tərəzinin özünə məxsus olmasını bildirməsini təkəb etmişlər. O polis bölməsində olan zaman polis əməkdaşları tərəfindən döyüldüyü üçün və bundan sorada döyülməkdan qorxduğu üçün video çəkiliş zamanı həmin tərəzinin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Polis əməkdaşları tərəfindən onun təqdim etdiyi içərisində narkotik vasitə olan marixuana olan bükümlər və həmin tərəzi qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Yekun olaraq bildirdi ki, o heç vaxt narkotik vasitənin satışı ilə məşğul olmamışdır, onun evindən aşkar edilmiş narkotik vasitə olan marixuananı şəxsi istifadəsi üçün almışdır, tərəzi isə ona məxsus deyildir, o Sübhandan 10 manat almış və həmin pulun müqabilində narkotik vasitə olan marixuana alıb Sübhana vermişdir, yəni o Sübhana verdiyi narkotik vasitədən gəlir əldə etməmişdir. Şəxsi istifadəsi məqsədi ilə narkotik vasitə saxladığı üçün əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o CM-nın 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində həbs qətimkan təqbidi seçilmişdir. Təqsirləndirilən şəxs tutulmamışdan 2-3 ay əvvəl tanımış, Təqsirləndirilən şəxsla münasibətləri yarandıqdan sonra Ayxan müxtəlif vaxtlarda pul müqabilində ondan qurudulmuş marixuana almışdır. 30 yanvar 2023-cü il tarixdə Ayxan onunla telefon əlaqəsi saxlayıb narkotik vasitə istədiyini bildirmişdir. O, Ayxanla görüşüb ona təxminən 100-150 manat müqabilində ona 06 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı vermişdir. O, Ayxanın narkotik vasitələrin satışı ilə məşğul olubolmamasından xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Mehman oğlu onun tanışıdır, Şahid3 Sərmaz oğlu ilə isə dostluq münasibəti vardır. Bir müddətdirki narkotik vasitə olan marixuanadan istifadə edir. 31 yanvar 2023-cü il tarixdə saat təxminən 16-17 radələrində o Ayxanla telefon vasitəsi ilə əlaqə saxlayıb ondan onun üçün narkotik vasitə olan marixuana almağı xahiş etmiş və Ayxan buna razılıq verdikdən sonra o Ayxanın bank hesabına 10 manat köçürtmüşdür. Bundan sonra o Elgünə zəng edərək ondan Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi ərazisində Ayxanla görüşüb və özünün istifadə etməsi üçün Ayxanın aldığı marixuananı götürüb ona çatdırmasını xahiş etmişdir. Elgün razılıq verdikdən sonra o Ayxanın telefon nömrəsini Elgünə vermişdir. Həmin gün, yəni 31 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin yaxınlığında Elgün Ayxanla görüşüb ondan 01 büküm marixuananı götürmüşdür. Bundan sonra o Elgünlə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “İçəri Şəhər” metrostansiyasının yaxınlığına görüşmüşən zaman polis əməkdaşları onları saxlayıb Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Əlavə olaraq bildirmişdir ki, o hesab edir ki, Ayxan onun verdiyi pula ona narkotik vasitə olan marixuana almış və heç bir gəlir eldə etməmişdir, bundan əvvəl bir necə dəfə o Ayxanla bir yerdə narkotik vasitə olan marixuanadan istifadə etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Sərmaz oğlu ifadəsində göstərmişdir ki, Şahid2 onun dostudur. 31 yanvar 2023-cü il tarixdə saat 17 radələrində Sübhan ona zəng edib Ayxan adlı şəxsdən özünün istifadə etməsi üçün marixuananı götürüb ona çatdırmasını xahiş etmiş və o buna razılıq verdikdən sonra Sübhan Ayxanın nömrəsini ona vermişdir. Bundan sonra təxminən saat 18-19 radələrdə o Ayxana zəng edib onunla Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində Ayxanla görüşüb ondan 01 büküm narkotik vasitə olan marixuana götürmüşdür. Bundan qısa müddət sonra o Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 Mail" ticarət mərkəzinin yaxınlığında Sübhanla görüşüb Ayxandan aldığı 01 ədəd bükümdə marixuananın Sübhana vermiş və bu zaman polis əməkdaşları onlara yaxınlaşıb onları onları Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Hazırda onun CM-nın 234.1-ci maddəsi ilə təqsirlədirilməsinə dair cinayət işinin istintaqı davam etdirilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o Səbail RPİ-nin 9-cu Polis Bölməsində əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 31 yanvar 2023-cü il tarixdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinə Şahid2 və Şahid3 narkotik vasitələrin qanunsuz əldə edilməsi, istifadəsi və daşınması ilə məşğul olmaları barədə əməliyat məlumatı daxil olmuş. Bundan sonra həmin məlumatı yoxlamaq məqsədi ilə o, Şahid5, Şahid8 Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin yaxınlığına getmişlər. Orada onlar Şahid2 və Şahid3 yaxınlaşaraq onlari Səbail RPİ-nin 9cu Polis Bölməsində dəvət etmişlər. Hər iki şəxs polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Polis Bölməsində olan saxlanılan şəxslərə üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş, bundan sonra Sübhan bir büküm narkotik vasitə olan marixuana təqdim edərək, bildirmişdir ki, həmin narkotik vasitəni Elgün xahişi ilə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsində Ayxan adlı şəxsdən götürmüşdür. Bu məlumatı aldıqdan sonra onlar Sübhanın dediyi Ayxan adlı şəxsin şəxsiyyət məlumatlarını müəyyən etmişlər. Araşdırma zaman onlara məlum olmuşdur ki, həmin şəxs ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs Mehman oğludur. 01 fevral 2023-cü il tarixdə saat 05 rədələrində onlar Bakı şəhəri, Yasamal rayonu, Ü.Əkbərov küçəsi ev 100 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq onu Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət etmişlər. O, da onların təkliflə razılaşaq heç bir müqavimət göstərmədən onlarla birlikdə bölməyə gəlibdir. Bundan sonra isə xidməti otaqların birində video çəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində olan hər hansı qanunsuz əşyaları könüllü olaraq təqdim etməsini təklif edilmişlər. Bundan sonra Ayxan üzərində daşınması qanunla qadağan olunmuş heç bir əya olmadığını bildirmişdir, lakin onların sualına cavab olaraq Ayxan bildirmişdir yaşadığı evdə narkotik vasitə olan marixuana saxlayır. Bundan sonra onlar Ayxanın yazılı razılığı ilə onun yaşadığı ünvan 1 ünvanda yerləşən mənzilə getmişlər və oradan Ayxana saxlaması qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuşdur. Bundan sonra Ayxan mənzilin yataq otağında olan qara rəngli bel çantasının içərisində saxladığı 06 büküm narkotik vasitə olan marixuananı və bir ədəd eləktron tərəzini tərəzini təqdim etmişdir. Onların sualına cavab olaraq Ayxan təqdim etdiyi narkotik vasitəni Məhəmməd adlı şəxsdən aldığını bildirmişdir. Həmin narkotik vasitə olan marixuana və tərəzi zərfə qoyularaq qablaşdırılmış, həmçinin zərfin üzəri möhürlənərək imzalanmaqla təsdiq edilmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs Mehman oğluna qarşı heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında dindirilmiş Şahid5, Şahid7 və Şahid8 da Şahid4 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özlərinə aid hissədə bir daha təsdiq etmişlər. İş üzrə şahid qismində göstərilmiş Şahid6 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 2-ci cildinin 220-222-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, Səbail RPİ-nin 9-cu Polis Bölməsində Şahid2 və Şahid3 narkotik vasitələrin qanunsuz əldə edilməsi, istifadəsi və daşınmasında şübhəli olmaları barədə aparılan təhqiqat araşdırılmaları zamanı Şahid2 narkotik vasitəni əldə etdiyi mənbənin, yəni “Ayxan” adlı şəxs barədə məlumatı əsasında təhqiqatçının əməliyyat tapşırığına əsaslanaraq, “Ayxan” adlı şəxsin təxirəsalınmadan müəyyən edilməsi və təhqiqat orqanına cəlb olunması məqsədilə əməliyyat axtarış tədbirləri davam etdirilmiş, bu zaman müəyyən edilmişdir ki, şəxsiyyəti “Ayxan” adı ilə məlum olan şəxs 14 avqust 1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxsdur. Bu məqsədlə həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 01 fevral 2023-cü il tarixdə saat 05:00 radələrində yaşadığı ünvan 6 ünvanın qarşısında saxlanılmışdır. Sonra Təqsirləndirilən şəxs yaxınlaşmış və özlərini təqdim edib Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları olduqlarını bildirərək xidməti vəsiqələrini təqdim edib. Təqsirləndirilən şəxs Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyib onlarla birgə 9-cu Polis Bölməsinə getmişdir. Polis Bölməsində X13 tərəfindən müdafiəçi dəvət ediləndən sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, sonra qərar əsasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan tünd yaşıl rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd “Red Mi” markalı mobil telefonu masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərində heç bir qeyriqanuni əşya olmadığını, lakin yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilində bel çantasının içərisində narkotik vasitə olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan olunmuş heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs mənzilində təxirəsalınmaz axtarış və götürmə aparılması üçün yaradılmış əməliyyat qrupu və təhqiqatçı ilə birlikdə o da, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilinə yollanmışdır. 01 fevral 2023-cü il tarixdə səhər saat 06:30 radələrində Təqsirləndirilən şəxs yaşadığı mənzildə təxirəsalınmaz axtarış və götürmə həyata keçirilmiş, bu zaman Təqsirləndirilən şəxs yataq otağına daxil olaraq oradan bir ədəd qara rəngli idman (çiyinlikli) çantasını çıxarıb çarpayının üzərinə qoymuşdur. Sonra həmin çanta açılmış, içərisindən Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsi və VÖEN-i, "xxxx" ASC-yə aid qəbzin surəti, bir ədəd qutusunda elektron tərəzi, bir ədəd “Xiaomi Redmi” markalı mobil telefon aparatı və 06 ədəd şəffaf sellofana bükülmüş vəziyyətdə bükümlər aşkar olunmuşdur. Sonra Təqsirləndirilən şəxs mənzilində, yəni yataq otağında, mətbəxdə və qonaq otağında axtarış keçirilmiş, lakin mənzildən başqa heç bir qeyri-qanuni əşya, maddə və ya predmet aşkar olunmamışdır. Sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs məxsus qara rəngli çantadan aşkar olunaraq götürülmüş bükümlər, elektron tərəzi, mobil telefon aparatı və sənədlər polietilen torbada qablaşdırılaraq götürülmüşdür. Bununla Təqsirləndirilən şəxs mənzilinə axtarış aparılması başa çatmışdır. Sonda toplanılmış material ekspertiza tədqiqatından sonra maddi sübutlarla birlikdə İstintaq şöbəsinə təhvil verilmiş, Təqsirləndirilən şəxs isə. Səbail RPİ-nin MSY-nə göndərilmişdir. O, hadisədən əvvəl Təqsirləndirilən şəxs tanımamış, sonuncu ilə heç bir münasibəti, ədavəti və ya düşmənçiliyi olmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, Şahid2 əynindəki boz rəngli gödəkçənin sağ cibindən 01 ədəd kağız bükümü təqdim etmişdir. Həmin bükümdə narkotik vasitə marixuanaya bənzər maddənin olması aşkar edilmişdir. Şahid2 həmin narkotk vasitəni tanışı “Ayxan” adlı şəxsdən 10 manata aldığını bildirmişdir. (Cild İ, i.v. 83-84) “Şəxsi axtarış və götürmə aparılması haqqında” 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinin inzibati binasında, xidməti otaqda şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman o, “RedMi" markalı mobil telefonu masanın üzərinə qoymuş və üzərində heç bir qeyri-qanuni əşya olmadığını, lakin yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilində bel çantasının içərisində narkotik vasitə olduğunu bildirmiş, daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qanunla qadağan olunmuş heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. (Cild İ, i.v. 138-139) Təqsirləndirilən şəxs tərəfindən verilmiş 01 fevral 2023-cü il tarixli ərizədən görünür ki, ona məxsus ünvan 1 ünvanında təxirəsalınmaz axtarış və götürmə aparılmasına etiraz etməmişdir. (Cild İ, i.v. 141) “Mənzildə təxirəsalınmaz axtarış və götürmə aparılması haqqında” 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri Yasamal rayonu Ümid Əkbərov küçəsi ev 100 ünvanda yerləşən mənzildə axtarış və götürmə istintaq hərəkəti keçirilmiş, bu zaman mənzilin 2-ci mərtəbəsində Təqsirləndirilən şəxs məxsus yataq otağında özünə məxsus qara rəngli bel çantasının içərisindən bir ədəd qara rəngli mobil telefon aparatı, bir ədəd qutusunda bir ədəd elektron tərəzi, bir ədəd ağ kağıza bükülü vəziyyətdə Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsi və VÖEN, içərisində tünd yaşıl rəngli, ot şəkilli kütlə olduğu müəyyən olunan 06 ədəd şəffaf sellofan bükümlər aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı mənzildə axtarış davam etdirilmiş, lakin mənzildən qanunla qadağan olunmuş heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. (Cild İ, i.v. 144) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 01 fevral 2023-cü il tarixli 7/146 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Saxlanılan şəxs Şahid2...” yazısı və imzalar olan kağız paketdəki 01 (bir) ədəd kağız bükülüdə təmiz çəkisi – 5.65 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. (Cild İ, i.v. 200-204) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 01 fevral 2023-cü il tarixli 7/145 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş ağ kağız üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs..” yazısı və imzalar olan sellofan torbadakı 06 (altı) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 1,05 qram; 1,08 qram; 1,08 qram; 1,06 qram; 1.3 qram; 1,06 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ümumi çəkisi - 6.63 qramdır. Bir ədəd elektron tərəzinin üzərində çətənə (kannabis) bitkisinin hissəcikləri yoxdur. (Cild İ, i.v. 205-208) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Materialların məhkəmə ekspertizası, “Narkotik vasitələrin psixotrop maddələrin və onların prekursorlarının, güclü təsir edən və zəhərli maddələrin, dərman preparatların tədqiqi” eskpertizasının 02 fevral 2023-cü il tarixli 7/150 saylı rəyindən görünür ki, Şahid1, Təqsirləndirilən şəxs, Şahid2 Səbi oğludan götürülmüş marixuanalar tərkiblərinə görə eynidirlər. (Cild İİ, i.v. 12-15) “Maddi sübut hesab etmə haqqında” 04 fevral 2023-cü il tarixli qərardan görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi və cəmi 06 ədəd bükümdə ümumi təmiz çəkisi 6.63 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 6.03 qram narkotik vasitə qurudulmuş marixuana, saxlanılması üçün Səbail RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. (Cild İİ, i.v.137-138) “Diskə baxış keçirilməsi haqqında” 24 mart 2023-cü il tarixli protokoldan görünür ki, üzərində “Verbatim CD-R 700 mb 80 min” yazı olan diskdə bir ədəd fayl yerləşir. Həmin layl “2_**********293930960” adlı 22.9 MB yaddaşı olan “MP4 Video File (.mp4)” formatlı videofayldır. Videofayl 0:02:44 dəqiqə müddətdə davam edir. Videofayl qapalı otaq şəraitində lentə alınmışdır, otaqda 03 nəfər mülki geyimli və 01 nəfər xüsusi polis geyimində 03 nəfər kişi əks olunur. Həmin kişilərdən biri özünü Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçı, polis leytenantı Toğrul Əsgərli olaraq təqdim edir, daha sonra iki nəfər Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid6, polis kapitanı Şahid7 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılacağı bildirilir. Sonuncuya Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra üzərində şəxsi axtarış keçiriləcəyi bildirilir və üzərində hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki tünd yaşıl (xaki) rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd mobil telefonu çıxarıb təqdim edir və üzərində qanunla qadağan olunmuş heç bir nə olmadığını, lakin evindəki bel çantasında narkotik vasitə olduğunu, bir gün əvvəl “Sübhan" adlı şəxsə 10 manata 01 ədəd sellofan bükümdə narkotik vasitə marixuana satdığını və başqa şəxsin narkotik vasitəni ondan götürdüyünü bildirir. X13 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir, geyim əşyaları və ayaqqabıları bir-bir yoxlanılır, lakin onun üzərindən heç bir qeyri-qanuni əşya və ya maddə aşkar edilmir. Videogörüntü həmin anda başa çatır. (Cild İİ, i.v. 170) “Diskə baxış keçirilməsi haqqında” 24 mart 2023-cü il tarixli protokoldan görünür ki, üzərində “Verbatim CD-R 700 mb 80 min” yazı olan diskdə bir ədəd fayl yerləşir. Həmin fayl “2_**********293930915” adlı 63.3 MB yaddaşı olan “MP4 Video File (.mp4)” formatlı videofayldır. Videofayl 0:07:34 dəqiqə müddətdə davam edir. Videofayl öncə binanın dəhlizində, ardınca isə. dəhlizdən sol tərəfdə yerləşən qapalı ev şəraitində lentə alınmışdır. Həmin evdə 04 nəfər mülki geyimli və 01 nəfər xüsusi polis geyimində 05 nəfər kişi əks olunur. Həmin kişilərdən biri özünü Səbail RPİ-nin 9-cu Polis Bölməsinin təhqiqatçı polis leytenantı Toğrul Əsgərli olaraq təqdim edir, daha sonra Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməliyyat müvəkkilləri, polis leytenantı Şahid6, polis kapitanı Şahid7, Səbail RPi-nin 9-cu Polis Bölməsinin rəis müavini polis mayoru Şahid8 və Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili X6 iştirakı ilə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanda yerləşən mənzilində axtarış aparılacağı bildirilir. Sonuncuya Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildikdən sonra yaşadığı mənzildə hər hansı bir qanunla qadağan olunmuş əşya və ya maddə olub-olmaması sorğu-sual edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı ünvan 8 ünvanda yerləşən mənzilin ikinci mərtəbəsində olan qəhvəyi rəngli, şüşəli qapısı olan yataq otağının qapısını açıb yataq otağına daxil olur, onun ardınca müdafiəçi və polis əməkdaşları da yataq otağına daxil olurlar. Bundan sonra Təqsirləndirilən şəxs yataq otağında yerdən götürdüyü qara rəngli idman tipli bel (çiyin) çantasını çarpayının üzərinə qoyur. Sonra polis əməkdaşları tərəfindən həmin çantanın əsas iri cibi açılır, bu zaman həmin çantanın iri cibindən bir ədəd qara rəngli mobil telefon aparatı, bir ədəd qutusunda bir ədəd elektron tərəzi, bir ədəd ağ kağıza bükülü vəziyyətdə Təqsirləndirilən şəxs aid şəxsiyyət vəsiqəsi və VÖEN, içərisində tünd yaşıl rəngli, ot şəkilli kütlə olduğu müəyyən olunan 06 ədəd şəltat sellofan bükümlər və geyim əşyaları aşkar olunaraq çıxarılır. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı mənzildə təxirəsalınmaz axtarış aparılır, mənzilin qonaq otağı, mətbəx otağı və sanitar qovşaqlarında diqqətlə və dəqiqliklə axtarış aparılaraq. məişət və mətbəx əşyaları, mebellər, örtüklər, geyim əşyaları, qablar və digər əşyalar bir-bir yoxlanılır, lakin mənzildən qanunla qadağan olunmuş heç bir əşya, maddə, predmet və ya sənəd aşkar olunmur. Daha sonra X13 tərəfindən Təqsirləndirilən şəxs mənzilindən qara rəngli bel çantasından aşkar olunmuş mobil telefon aparatı, şəxsiyyət vəsiqəsi. VÖEN. qutusuna qoyularaq elektron tərəzi və 06 ədəd sellofan bükümlər, sənədləri qoyduğu kağız parçası ağ rəngli boş polietilen torbada qablaşdırılır, torbanın tutacağı DİN-in 166 saylı möhürü ilə möhürlənir. Videogörüntü həmin anda başa çatır. (Cild İİ, i.v. 171-172) “Diskə baxış keçirilməsi haqqında” 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in BİKİ-dən 20/1- 2300 m saylı. xx.xx.2023-cü il tarixli məktubla cinayət işinə əlavə olunmuş “Verbatim CD-R disc” adlı, üzərində “Səbail RPİ 3- 13-47/2-4655/2023” əlyazma yazıları yazılmış 01 (bir) ədəd diskə baxış keçirdilmiş, baxış zamanı müəyyən edilmişdir ki, diskin yaddaşında “Analitik təhlil_**********21”, “Analitik təhlilin izahı”, “Səbail_B-S yer dəyişdirmə/Hamısı - abunə ilə)_**********21”, “Səbail_SMS məzmun (qarşı abunə ilə)_**********21”, “Səbail_SMS Statistika (qarşı abunə ilə)_**********21” və “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********21” adlı fayllar yerləşdirilmişdir.
1. “Analitik təhlil_**********21” adlı fayla baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********21 saylı mobil telefon nömrəsinə 01 noyabr 2022-ci il tarixdən 12 yanvar 2023-cü il tarixədək olan müddət ərzində iş üzrə istintaq əhəmiyyəti kəsb etməyən müxtəlif şəxslərin mobil telefon nömrələrinə, o cümlədən iş üzrə təqsirləndirilən şəxslər Şahid2 adına qeydiyyatda olan 055 *** ** ** saylı mobil telefon nömrəsinə 04 dəfə, Şahid1 adma qeydiyyatda olan 070 *** ** ** mobil telefon nömrəsinə 03 dəfə və 070 *** ** ** saylı mobil telefon nömrəsinə 23 dəfə müxtəlif vaxtlarda zənglər daxil olmuş və çıxarılmışdır.
2. Qovluqda yerləşən “Səbail_B-S yer dəyişdirmə (Hamısı - abunə ilə)_ **********21” adlı fayla baxış keçirildi, baxış zamanı müəyyən olundu ki. həmin faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********521 mobil telefon nömrəsi 01 noyabr 2022-ci il tarixdə saat 00:18:53-dən xx.xx.2023-cü il tarixdə saat 22:58:15-dək olan müddət ərzində həmin tarixdə saat 20:19:35-dək olan müddət ərzində Bakı şəhərinin Səbail rayonu. Yasamal rayonu. Xətai rayonu. Nizami rayonu və Nərimanov rayonun inzibati ərazilərində. 31 yanvar 2023-cü il tarixdə saat 17:48:35-dən 18:20:51-dək olan müddətədək isə. Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi M.Hüseynov küçəsi 29 saylı yaşayış binasında quraşdırılmış “Bakcell Telekom" MMC-yə aid antenn dairələrinin altında olmuşdur. Baxış zamanı istintaq əhəmiyyəti kəsb edən faylda olan siyahıdan 01 vərəqdən ibarət çıxarış axınlı printerdən A4 formatlı kağıza çap edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir.
3. “Səbail_SMS məzmun (qarşı abunə ilə)_**********21” adlı fayla baxış keçirildi və baxış zamanı müəyyən edildi ki, faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********21 mobil telefon nömrəsinə 01 noyabr 2022-ci il tarixdən 01 fevral 2023-cü il tarixdək olan müddətdə daxil olan və çıxan sms mətnləri əks olunmuşdur. Qeyd olunan fayldan görünür ki, faylda Təqsirləndirilən şəxs istifadəsində olmuş +**********21 mobil telefon nömrəsindən 01 yanvar 2023-cü il tarixdə saat 10:50:26-də Şahid1 ifadəsində olmuş +**********17 saylı mobil telefon nömrəsinə "Atom var hiraz 5 10 gram lazimdi burdaam 150 əninda” mövzuda; 07 noyabr 2022-ci il tarixdə 19:27:31-də “Zaur Niyazov adlı abunəçi adına qeydiyyatda olan +**********71 mobil telefon nömrəsindən "Bir faizdi zaretkam telrfonu aç görüşək" mövzusunda və 01 noyabr 2022-ci il tarixdə saat 19:09:48də “Məmmədov ilkin Hafiz oğlu” adlı abunəçi adma qeydiyyatda olan +**********40 mobil telefon nömrəsinə “4098 0944 1600 2614” mövzuda sms (ismarıc) mətnləri daxil olmuş və göndərilmişdir. Baxış zamanı istintaq əhəmiyyəti kəsb edən laylda olan siyahıdan 02 vərəqdən ibarət çıxarış axınlı printerdən A4 formatlı kağıza çap edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir.
4. “Səbail_SMS Statistika (qarşı abunə ilə)_**********21” və “Səbail_Zəng statistika (qarşı abunə ilə)_**********21” adlı fayllara baxış keçirildi və baxış zamanı müəyyən edildi ki, həmin fayllarda Təqsirləndirilən şəxs istifadəsində olan+**********21 mobil telefon nömrəsinə ötürülən məlumatların hamısı qeyd olunmuşdur. Qeyd olunan faylda istintaq əhəmiyyəti kəsb edən hallar müəyyən edilməmişdir. (Cild İİ, i.v. 178-185) “Diskə baxış keçirilməsi haqqında” 25 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “X21” markalı mobil telefon aparatında sonuncuya məxsus, "xxxx" MMC-yə aid +**********21 mobil telefon nömrəsinin sim kartı keçirdilmişdir. Mobil telefonda yazılmış “kontaktlar” və “zənglər” tətbiqetməsinə baxış keçirilsə də, həmin tətbiqetmələrin zəng siyahısında “Axundov” adı ilə iş üzrə təqsirləndirilən şəxs Şahid1 istifadəsində olan “*** *** ** **” mobil telefon nömrəsin, “Sübhan” adı ilə iş üzrə təqsirləndirilən şəxs Şahid2 istifadəsində olan “*** *** ** **” mobil telefon nömrəsi, “İqqr” adı ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş “055 858 2109” mobil telefon nömrəsi, “Tərəzi” adı ilə ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş “*** *** ** **” mobil telefon nömrəsi, “Kamil” adı ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş “*** *** ** **” mobil telefon nömrəsi, “Kamil Cin” adı ilə şəxsiyyəti istintaqla müəyyən edilməmiş “*** *** ** **” mobil telefon nömrəsinin, həmçinin istintaq əhəmiyyəti kəsb etməyən çoxsaylı kontakın qeydiyyatının aparılması və çoxsaylı zənglər edilməsi, zənglərin daxil olmaması və buraxılmış zənglərin mövcud olması müəyyən olunmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus “Xiaomi RedMi" markalı mobil telefonunda “instaqram” sosial medai tətbiqetməsi üzərindən əsasən məişət və istintaq əhəmiyyəti kəsb etməyən digər mövzularda mətnli mesajlaşmaların aparılması müəyyən edilmiş, baxış zamanı iş üzrə maraq əhəmiyyəti kəsb edən digər hallar müəyyən edilməmişdir. (Cild İİ, i.v. 191-203) Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X19 Şəxsi Ambulator X2 nəticələrinə dair xx.xx.2023-cü il tarixli 2040 nömrəli rəyindən görünür ki, X1 istifadə etmə halları olub. Lakin hal-hazırda X3 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı X5 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild İİ, i.v. 249-250) “Sübutların qiymətləndirilməsi haqqında” 19 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs mənzilindən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi və cəmi 06 ədəd bükümdə ümumi təmiz çəkisi 6,63 qram olan narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və ekspertiza tədqiqatından qalıq qalmış 6,03 qram narkotik vasitə qrudulmuş marixuana məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Səbail RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. İş üzrə şəxsi axtarış və götürmə aparılmasına və təxirəsalınmaz axtarış və götürmə aparılmasına dair video görüntünə əks etdirən 2 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. (Cild İİ, i.v. 58-74) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli 3-16-17/38/2-5538/2023 saylı məktubundan görünür ki, həbs edilmiş şəxs X9 xx.xx.2023-cü il tarixdə Bakı istintaq təcridxanasına daxil olmuş və təlimata uyğun olaraq təcridxananın Tibb-sanitar hissəsində ilkin tibbi müayinədən keçirilərək onun adına tibbi kitabça açılmışdır. Müayinə zamanı bədəninə baxış keçirilərkən sağ baldırın yuxarı 1/3-də köhnə çapıq toxuması müşahidə edilmişdir. 24 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, Yasamal Rayon Məhkəməsində keçirilən məhkəmə baxışı zamanı o, Səbail RPİ-nin 9-cu PB-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qaldığını qərəzli şəkildə bildirmişdir. Ona qarşı Səbail RPİ-nin 9-cu PB-də polis əməkdaşları tərəfindən hər hansı bir formada fiziki zorakılıq tətbiq edilməmişdir. Bədəni üzərində hər hansı bir xəsarət yoxdur. Həhkəmə-tibb ekspertizasından keçmək istəmir. Toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən 182-C-23 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, hər hansısa bir işdə işləmir və təxminən 2 ildir, narkotik vasitə olan marixuanadan istifadə edir. O, Şahid3 tanımış, Elgünlə dostluq münasibəti vardır. 31 yanvar 2023-cü il tarixdə saat 17:30 radələrində fəhlə kimi işlədiyi Bakı şəhəri Xətai rayonu Zığ qəsəbəsində yerləşən tikintidən çıxdıqdan sonra Elgünə zəng edib demişdir ki, Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi ərazisində Ayxan adlı şəxslə görüşsün və özünün istifadə etməsi üçün Ayxandan aldığı marixuananı Ayxandan götürüb ona çatdırsın. Elgün də etiraz etməmiş vəo, Ayxanın mobil telefon nömrəsini Elgünə vermişdir. Bundan sonra Ayxandan narkotik vasitə almaq üçün Ayxannın əvvəlcədən ona vermiş olduğu bank kartına 10 manat pul köçürmüşdür. Həmin gün, yəni 31 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “28 Mall” ticarət mərkəzinin yaxınlığında o, Elgünlə görüşmüş və Elgün, Ayxan adlı şəxsdən aldığı 01 büküm marixuananı ona vermişdir. Bundan sonra Elgünlə birlikdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən “İçəri Şəhər” metrostansiyasının yaxınlığına getmiş, az sonra əvvəllər tanımadığı polis əməkdaşları onlara yaxınlışıb özlərini təqdim etmiş və onları Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət etmişlər. Onlar etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə Səbail RPİ-nin 9-cu Polis Bölməsinə getmişlər. Orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş vəşübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuş, daha sonra müdafiəçinin iştirakı ilə onun üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə, psixotrop maddə və sair varsa təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı o, əynində olan boz rəngli gödəkçənin sağyan cibindən özünün istifadə etməsiüçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı, içərisində marixuana olan 01 ədəd bükümüçıxarıb otaqda olan masanın üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış vəəynində olan boz rəngli şalvarın sol yan cibindən özünə məxsus «Xiaomi Redmi» markalı mobil telefon aşkar edilmişdir. Bundan başqa hər hansısa bir əşya, yaxud predmet aşkar olunmamışdır. Sorğu zamamo. polis əməkdaşlarına üzərindən aşkar olunmuş 01 ədəd bükümün içərisində olan maddənin narkotik vasitə olan marixuana olduğunu, həmin marixuananı 31 yanvar 2023-cü il tarixdə dostluq münasibətində olduğu Elgün vasitəsilə tanışı Ayxandan 10 manat pulun müqabilində aldığını vəüzərində saxladığını bildirmişdir. Onun üzərindən aşkar edilmişhəmin 01 ədəd büküm polis əməkdaşları tərəfindən kağız zərfə qoyularaq qablaşdırılmış, müvafiq qeydlər aparılmış və bütün proseslər videoformatda qeydə alınaraq, protokol tərtib edilmiş, o. digər iştirakçılarla birlikdə tərtib edilmiş protokola və qablaşdırılmış zərfin üzərinə imza etmişdir.O. narkotik vasitələrdən istifadəetsə də, satışı ilə məşğul olmamış, üzərindən aşkar edilmiş qurudulmuş marixuanadan başqa qanunla əldə edilməsi və saxlanılması qadağan olunan əşya və ya predmetdən hər hansısa bir yerdə saxlamamış, gizlətməmişdir. Onu polis əməkdaşlarısaxlayan, Səbail RPİ-nin 9-cu Polis Bölməsinəaparan zaman və orada olan müddətdəona qarşı heç bir fiziki və ya psixoloji güc və ya vasitə tətbiq etməmiş.heç bir xəsarət almamış və xəsarəti yoxdur,həkim müayinəsindən və tibbi ekspertizadan keçmək istəməmişdir.O,Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olduğunu bilmişdir. (Cild İ, i.v. 223-226) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç bir işdə işləmir. O, tutulmamışdan təxminən bir ay əvvəl narkotik vasitə marixuananın satışı ilə məşğul olmağa başlamışdır. 30 yanvar 2023-cü il tarixdə Bakı şəhəri Səbail rayonu ərazisində yerləşən metronun “İçəri Şəhər” stansiyasının yaxınlığında «Məmməd» adlı şəxslə görüşmüş və 140 manat pulun müqabilində həmin şəxsdən satıb qazanc əldə etməsi üçün 10 qram narkotik vasitə olan marixuana almışdır. 31 yanvar 2023-cü il tarixdə saat 16 radələrində Sübhan adlı tamşıonun mobil telefonuna zəng edib, özünün istifadə etməsi üçün marixuana almaq istədiyini bildirmiş, o, etiraz etməmiş və Sübhan onun 4098 5844 6898 6920 nömrəli bank kartı hesabına 10 manat pul göndərmişdir. Bundan sonra Sübhan yenidən ona zəng edərək Elgün adlı şəxsin gəlib onunla görüşəcəyini və aldığı narkotik vasitə marixuananı həmin Elgün adlı şəxsə verməsini demişdir. O, Sübhanla razılaşmış və həmin gün saat 17 radələrində Elgün adh şəxslə Bakı şəhəri Səbail rayonu Bayıl qəsəbəsi ərazisində görüşüb Sübhana çatdırması üçün 01 ədəd bükümdə narkotik vasitə olan marixuananı vermişdir. Bundan sonra Elgün çıxıb getmişdir. Həmin gün gecə saatlarında polis əməkdaşları yaşadığı evin qarşısında ona yaxınlaşaraq, Səbail RPİ-nin 9-cu Polis Bölməsinə dəvət etmişlər. O, etiraz etməyərək, polis əməkdaşları ilə birlikdə 9-cu Polis Bölməsinə getmiş, orada dəvət edilmiş müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuş və şübhəli şəxs kimi hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçimin iştirakı ilə ona, üzərində qanunla qadağan olunmuş əşya, narkotik vasitə, psixotrop maddə və sair varsa, təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı o, polis əməkdaşlarına üzərində heç bir qeyri-qanuni əşya, predmet və ya maddə olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmış və heç bir qeyri-qanuni əşya, predmet yaxud maddə aşkar edilməmişdir. Sorğu zamanı o, polis əməkdaşlarına bildirmişdir ki, yaşadığı evdə satmaq üçün saxladığı 06 ədəd bükümdə narkotik vasitə olan marixuana vardır. Sonra polis əməkdaşları ilə birlikdə o, yaşadığı ünvan 4 ünvanda yerləşən mənzilinə getmiş və polis əməkdaşları tərəfindən yaşadığı evə axtarış keçirilmişdir. O, baxış zamanı könüllü olaraq evin yataq otağındakı özünə məxsus qara rəngli bel çantasının içərisində saxladığı 06 ədəd bükümdə narkotik vasitə olan marixuananı, həmçinin 01 ədəd elektron tərəzini polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları tərəfindən həmin bükümlər qablaşdırılmış, qeydlər aparılmış və bütün proseslər videoformatda qeydə alınaraq, protokol tərtib edilmiş, o, digər iştirakçılarla birlikdə tərtib edilmiş protokola və qablaşdırılmaya imza etmişdir. O, yaşadığı evdən aşkar edilmiş 06 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı satıb qazanc əldə etmək məqsədi ilə «Məmməd» adh şəxsdən almış və həmin marixuananın çəkisini müəyyən etmək məqsədi ilə elektron tərəzidən istifadə etmişdir. Onun yaşadığı evdən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanadan başqa qanunla əldə edilməsi və saxlanılması qadağan olunan əşya və ya predmetlərdən hər hansısa bir yerdə saxlamamış, gizlətməmişdir. Onu polis əməkdaşları saxlayan. Səbail RPİ-nin 9-cu Polis Bölməsinə aparan zaman və orada olduğu müddətdə ona qarşı heç bir formada fiziki və ya psixoloji güc və ya vasitə tətbiq etməmişlər, heç bir xəsarət almamış və xəsarəti olmamışdır, ona görə həkim müayinəsindən və tibbi ekspertizadan keçmək istəməmiş, ümumiyyətlə, bütün olanlarla bağlı heç bir şikayəti və ya tələbi olmamışdır. (Cild İ, i.v. 246- 249) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsi, yəni təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitələri satmaq niyyəti olmaması və polis əməkdaşları tərəfindən döyülməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahid ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Bundan başqa, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, şahid qismində dindirilmiş Şahid2 Təqsirləndirilən şəxs verdiyi puldan sonuncunun hər hansı gəlir əldə etməməsi barədə ifadəsini, Təqsirləndirilən şəxs Mehman oğlunun Şahid2 aldığı puldan hər hansı gəlir əldə etməməsinə dair ifadələrini cinayət işi üzrə irəli sürülmüş digər sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsi özünü müdafiə xarakteri daşımaqla cinayət işi üzrə mötəbər sübutlarla təkzib edildiyinə görə ittihamın həlli üçün kifayət edən sübut növü kimi qəbul edilə bilməz. Təqsirləndirilən şəxsin mənzilindən aşkar edilmiş narkotik vasitə olan marixuananın 06 bükümdə və elektron tərəzi olmasını nəzərə alaraq və yuxarıda qeyd olunan Plenum qərarının müddəalarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs Mehman oğlunun əməli CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs Mehman oğlu tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. CM-in 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” 01 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Mehman oğlu həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur; (Cild İ, i.v. 129) Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 02 fevral 2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Mehman oğlu barəsində həbsetmənin əvvəli 01 fevral 2023-cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 114-116) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin təqdim etdiyi 21 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Mehman oğlu əvəllər məhkum olunmamışdır. (Cild İİ, i.v. 147). Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs Mehman oğlunun ilk dəfə az ağır cinayət əməli törətməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs Mehman oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mehman oğluna cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs Mehman oğluna məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs Mehman oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Mehman oğlundan aşkar edilib götürülmüş, hazırda Azərbaycan Respublikası DİN-nin Bakı Şəhər Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanma anbarında saxlanılan və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6.03 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 156 (bir yüz əlli altı) manat pul vəsaiti Təqsirləndirilən şəxs Mehman oğlundan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Mehman oğlunun CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Mehman oğlu CM-in 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 01 fevral 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), Təqsirləndirilən şəxs Mehman oğlu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs Mehman oğlunun məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X15 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs Mehman oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X15 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Mehman oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 01 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Mehman oğlunun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Mehman oğlu ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Maddi sübut kimi tanınaraq saxlanılması üçün Səbail RPİ-nin saxlancına təhvil verilmiş və tədqiqatdan sonra qalıq çəkisi 6.03 qram olan narkotik vasitə qurudulmuş marixuana və bir ədəd elektron tərəzi məhv edilsin. Maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin saxlancına təhvil verilmiş “Xiaomi RedMi” markalı mobil telefon qanuni sahibi Təqsirləndirilən şəxs Mehman oğluna qaytarılsın. İş üzrə sübut - 04 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza xərci 156 (bir yüz əlli altı) manat Təqsirləndirilən şəxs Mehman oğlundan tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X4, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Mehman oğluna göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov