Məhkəmə qərarları › İş №1(004)-413/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-413/2023

01.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-413/2023 01.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru X3, Zərərçəkmiş şəxs hüquqi şəxslərin nümayəndələri: Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X5 və Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1974-cü ildə Gəncə şəhərində anadan olmuş , Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan olunmuşdur ondan ötrü ki, o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 06 yanvar 2023-cü il tarixdə saat 15 radələrində ünvan 2 ünvandakı Zərərçəkmiş şəxs1 MMC-nin X7 yerləşən “Bravo” marketə müştəri qismində daxil olduqdan sonra həmin filialın spirtli içkilər bölməsindəki vitrindən 1 ədəd 158 manat dəyərində 0,7 litr tutumlu “Hennessy VSOP” markalı konyak içkisini gizli olaraq talayıb Azərbaycan Supermarket” MMC-nə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 yanvar 2023-cü il tarixdə saat 18 radələrində ünvan 2 ünvandakı Zərərçəkmiş şəxs1 MMC-nin X7 yerləşən “Bravo” marketə müştəri qismində daxil olduqdan sonra həmin filialın spirtli içkilər bölməsindəki vitrindən 1 ədəd 158 manat dəyərində 0,7 litr tutumlu “Hennessy VSOP” markalı Konyak içkisinii gizli olaraq talayıb Azərbaycan Supermarket” MMC-nə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 fevral 2023-cü il tarixdə səhər saatlarında ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin “Yeni Yasamal 2” filialına müştəri qismində daxil olduqdan sonra həmin filialın spirtli içkilər bölməsindəki vitrindən 1 ədəd 375 manat dəyərində 0,75 litr tutumlu «X18 Oak 15 Yo» markalı Viski içkisini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 mart 2023-cü il tarixdə səhər saatlarında ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin “Yeni Yasamal 2” filialına müştəri qismində daxil olduqdan sonra həmin filialın spirtli içkilər bölməsindəki vitrindən 1 ədəd 375 manat dəyərində 0,75 litr tutumlu «X18 Oak 15 Yo» markalı Viski içkisini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 aprel 2023-cü il tarixdə saat 21 radələrində ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin mağazasına müştəri qismində daxil olduqdan sonra həmin filialın spirtli içkilər bölməsindəki vitrindən 1 ədəd 375 manat dəyərində 0,75 litr tutumlu «X18 Oak 15 Yo» markalı Viski içkisini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 aprel 2023-cü il tarixdə səhər saatlarında ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin “Yeni Yasamal 2” filialına müştəri qismində daxil olduqdan sonra həmin filialın spirtli içkilər bölməsindəki vitrindən 1 ədəd 375 manat dəyərində 0,75 litr tutumlu «X18 Oak 15 Yo» markalı Viski içkisini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nə ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o əvvələr dəfələrlə məhkum olunmuş, sonuncu dəfə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum olumuş və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. 25 fevral 2023-cü il tarixdə səhər saatlarında ünvan 4 ünvanda yerləşən “Araz” marketə daxil olub, marketin içərisində bir gədər gəzdikdən sonra 01 ədəd dəyəri 178 manat olan «X18 Oak 12 Yo» markalı Viski içkisini götürüb marketdə gəzişərək heç kimin olmadığı bir yerə çəkilmiş və orada, oğurladığı həmin viskini əynində olan şalvarın bel hissəsinə qoyduqdan sonra marketdən çıxmışdır. Bundan sonra həmin yerdən uzaqlaşmış və işlədiyi avtomobil dayanacağına gedib, orada həmin viskini hissə-hissə olmaqla gün ərzində içmişdir. Bundan başqa, 03 mart 2023 və 13 aprel 2023-cü il tarixlərdə səhər saatlarında yenə də həmin marketə gedib eyni qaydada marketə daxil olaraq spirtli içkilər bölməsindən eyni markalı viskiləri götürüb əynində olan şalvarın bel hissəsinə qoyaraq marketdən çıxmışdır. 07 aprel 2023-cü il tarixdə axşam saatlarında ünvan 6 ünvanda yerləşən “Araz” marketə daxil olub, marketin içərisində bir gədər gəzdikdən sonra 01 ədəd dəyəri 178 manat olan «X18 Oak 12 Yo» markalı Viski içkisini götürüb marketdə gəzişərək heç kimin olmadığı bir yerə çəkilmiş və orada, oğurladığı həmin viskini əynində olan şalvarın bel hissəsinə qoyduqdan sonra marketdən çıxmışdır. O “Araz” marketdən ümumilikdə 04 ədəd 01 ədədinin dəyəri 178 manat olan «X18 Oak 12 Yo» markalı Viski içkisini oğurlamışdır. Bundan başqa eyni qaydada 06 yanvar 2023 və 11 yanvar 2023-cü il tarixlardə ünvan 2 ünvandakı “Bravo” marketə müştəri qismində daxil olaraq oradan oradan hər dəfə 01 ədəd olmaqla cəmi 02 ədəd dəyəri 158 manat olan 0,7 litr tutumlu “Hennessy VSOP” markalı konyak içkisini götürüb marketdə gəzişərək heç kimin olmadığı bir yerə çəkilmiş və orada, oğurladığı həmin viskini əynində olan şalvarın bel hissəsinə qoyduqdan sonra marketdən çıxmışdır. Bundan sonra həmin içkini hissə-hissə olmaqla gün ərzində içmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs1 MMC-nin nümayəndəsi X10 ifadəsində göstərdi ki, “Bravo” marketdə müdüri işləyir. 13 mart 2023-cü il tarixdə işlədiyi marketdə yoxlama aparılan zaman məlum olmuşdur ki, 02 ədəd “Hennessy VSOP” adlı 0,7 litr tutumlu konyaklar əksik gəlir. Daha sonra o, marketdə olan müşahidə kamerasına baxış keçirmiş və həmin vaxt məlum olmuşdur ki, marketdə həmin konyakları xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə naməlum şəxs oğurlayaraq kassaya təqdim etmədən marketdən çıxıb getmişdir. Bundan sonra polis şöbəsinə gedərək baş vermiş oğurluq hadisəsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs1 MMC-yə vurulmuş 316 (üç yüz on altı) manat məbləğində maddi ziyanın və 30.40 (otuz manat qırx qəpik) manat ödənilmədiyini və həmin maddi zərəri və dövlət rüsumunu tələb etdiklərini təsdiq edən ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X8 ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs2 MMC-də hüquqşünas vəzifəsində çalışır. 25 fevral 2023-cü il, 03 mart 2023-cü il və 13 aprel 2023-cü il tarixlərdə ünvan 7 ünvanın yerləşən və 07 aprel 2023-cü il tarixdə ünvan 8 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-ə məxsus marketlərdən oğurluq edilmişdir. Həmin oğurluq hadisələri nəticəsində, yəni həmin oğurluqlar nəticəsində 04 ədəd hər birinin 375 manat dəyəri olan viskilərin oğurlanması nəticəsində Zərərçəkmiş şəxs2 MMC-nə cəmi 1500 manat maddi ziyan dəymişdir. Son olaraq təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs2 MMC-yə vurulmuş 1500 (bir min beş yüz) manat məbləğində maddi ziyanın və 40 (qırx) manat ödənilmədiyini və həmin maddi zərəri və dövlət rüsumunu tələb etdiklərini təsdiq edən ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, 25 may 2021-ci il tarixdən hal-hazıradək Zərərçəkmiş şəxs2 MMC-nin ünvan 4 ünvanda yerləşən “Yeni Yasamal 2” filialının müdiri vəzifəsində işləyir. 20 aprel 2023-cü il tarixdə məhsul çeşidləməsi aparan zaman spirtli içkilər bölməsində olan 3 ədəd “X18” markalı viskilərin yerində olmadığını aşkar etmişdir. Həmin vaxtı ona məlum olmuşdur ki, qeyd etdiyi spirtli içkilər naməlum şəxs tərəfindən oğurlanmışdır. Ona görə də bu barədə Zərərçəkmiş şəxs2 MMC-nin təhlükəsizlik şöbəsinə onlayn qaydada məlumat vermişdir. Sonradan, marketdə quraşdırılmış müşahidə kameraları vasitəsilə videogörüntülərə baxış keçirilən zaman 1 ədədinin dəyəri 375 manat olan 3 ədəd “X18” markalı viskilərin 25 fevral 2023-cü il, 03 mart 2023-cü il və 13 aprel 2023-cü il tarixlərdə, təxminən 40-45 yaşlı, hündür boylu, arıq bədən quruluşlu, saçları ağarmış vəziyyətdə olan kişi cinsli şəxs tərəfindən oğurlandığını müəyyən etmişdir. Baş vermiş yuxarıda qeyd etdiyi oğurluq hadisələri nəticəsində Zərərçəkmiş şəxs2 MMC-nə ümumilikdə 1125 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Zərərçəkmiş şəxs2 MMC-nin xx.xx.2023-cü il tarixli kassa çekindən və müraciətindən görünür ki, bir ədəd “X18” markalı viskinin qiyməti 375 (üç yüz yetmiş beş) manatdır. (Cild İ, i.v. 8-10) “Baxış keçirilməsi haqqında” 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin mağazasıdır. Baxış zamanı oğurluq hadisəsinin görüntüsünü özündə əks etdirən 2 ədəd CD disk götürülərək protokola əlavə edilmişdir. (Cild İ, i.v. 19-23) “İfadənin yerində yoxlanılması haqqında” 22 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə təsdiq etmişdir. (Cild İ, i.v. 57-59) “Baxış keçirilməsi haqqında” 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 10 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin mağazasıdır. Baxış zamanı oğurluq hadisəsinin görüntüsünü özündə əks etdirən 01 ədəd CD disk götürülərək protokola əlavə edilmişdir. (Cild İ, i.v. 99-102) “Diskə baxış keçirilməsi haqqında” 20 aprel 2023-cü il tarixli protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 00:22-də şəxsiyyəti məlum olmayan şəxs marketə girərək içkilərin olduğu vitrinə yaxınlaşıb piştaxtadan 01 ədəd viski içkisini götürüb gödəkcəsinin iç cibinə qoyur və daha sonra kassada həmin məhsulun ödənişini etmədən marketi tərk edərək çıxıb gedir. (Cild İ, i.v. 103) “İfadənin yerində yoxlanılması haqqında” 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd olunanları hadisə yerində göstərməklə təsdiq etmişdir. (Cild İ, i.v. 109-111) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 mart 2023-cü il tarixli 9/1873 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən və fotoşəkil təqdim edilmiş 01 ədəd «Hennessy VSOP» markalı 0,7 litr həcmli konyakın orta bazar qiyməti təxminən 158 manat 2 ədədi 316 manat müəyyən edilir. (Cild İ, i.v. 152-154) “Diskə baxış keçirilməsi haqqında” 08 iyun 2023-cü il tarixli protokoldan görünür ki, şəxsiyyəti məlum olmayan şəxs marketə girərək içkilərin olduğu vitrinə yaxınlaşıb piştaxtadan 1 ədəd spirtli içki şüşəsini götürüb paltosunun cibinə qoyur. (Cild İ, i.v. 201) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli 9/3104 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və Zərərçəkmiş şəxs2 MMC tərəfindən tərtib olunmuş qaimələrdə göstərilən 03 ədəd “X18 Oak 15 Yo 0.75 lt” markalı içkinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü il fevral, mart və aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1020.00 (03 ədəd x 340 manat) manat müəyyən olunur. (Cild İİ, i.v. 1-3) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 02 iyun 2023-cü il tаriхli 3391 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. (Cild İİ, i.v. 4-5) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X13 03 iyun 2023-cü il tarixli 1536 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild İİ, i.v. 6-8) “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyul 2023-cü il tarixli qərardan görünür ki, oğurluq hadisələrini özündə əks etdirən 04 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild İİ, i.v. 21-27) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, yəni onun Zərərçəkmiş şəxs2 MMC-dən “X18 OAK 15 YO” markalı spirtli içkinin deyil “X18 OAK 12 YO” markalı spirtli içkinin oğurlaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. CM-nin: 177.2.2-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, təkrar törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə irəli sürülmüş ittihama görə o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 fevral 2023-cü il tarixdə səhər saatlarında ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin “Yeni Yasamal 2” filialına müştəri qismində daxil olduqdan sonra həmin filialın spirtli içkilər bölməsindəki vitrindən 1 ədəd 375 manat dəyərində 0,75 litr tutumlu «X18 Oak 15 Yo» markalı Viski içkisini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 03 mart 2023-cü il tarixdə səhər saatlarında ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin “Yeni Yasamal 2” filialına müştəri qismində daxil olduqdan sonra həmin filialın spirtli içkilər bölməsindəki vitrindən 1 ədəd 375 manat dəyərində 0,75 litr tutumlu «X18 Oak 15 Yo» markalı Viski içkisini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 07 aprel 2023-cü il tarixdə saat 21 radələrində ünvan 6 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin mağazasına müştəri qismində daxil olduqdan sonra həmin filialın spirtli içkilər bölməsindəki vitrindən 1 ədəd 375 manat dəyərində 0,75 litr tutumlu «X18 Oak 15 Yo» markalı Viski içkisini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nə ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 13 aprel 2023-cü il tarixdə səhər saatlarında ünvan 4 ünvanda yerləşən Zərərçəkmiş şəxs2 MMC-nin “Yeni Yasamal 2” filialına müştəri qismində daxil olduqdan sonra həmin filialın spirtli içkilər bölməsindəki vitrindən 1 ədəd 375 manat dəyərində 0,75 litr tutumlu «X18 Oak 15 Yo» markalı Viski içkisini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-nə ziyan vurmaqla oğurluq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 may 2023-cü il tarixli 9/3104 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda və Zərərçəkmiş şəxs2 MMC tərəfindən tərtib olunmuş qaimələrdə göstərilən 03 ədəd “X18 Oak 15 Yo 0.75 lt” markalı içkinin orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə müvafiq olaraq 2023-cü il fevral, mart və aprel aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1020.00 (03 ədəd x 340 manat) manat müəyyən olunur. İstintaq orqanı əsassız olaraq zərərçəkmiş hüquqi şəxsə məxsus “X18 Oak 15 Yo” markalı spirtli içkinin hər biri 375 manat olmaqla qiymətinin 1500 manat olduğunu qeyd etmiş və bunu mötəbər sübut kimi qiymətləndirmişdir. Halbuki, əldə olunmuş Ekspertiza Mərkəzinin 19 may 2023-cü il tarixli 9/3104 saylı rəyində həmin “X18 Oak 15 Yo” markalı spirtli içkinin qiyməti 340 manat müəyyən edilmişdir. Ekspertiza Mərkəzinin müvafiq rəyi toplanmış sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun gəldiyindən mötəbər sübut kimi qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, ittihamın həcmi azaldılmalı, Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxsdən 04 ədəd “X18 Oak 15 Yo” markalı spirtli içki oğurladığına görə vurduğu maddi ziyanın miqdarının 01 ədədinin qiyməti 340 manat olmaqla, cəmi 1360 manat olması müəyyən edilməli, lakin həcmin azaldılması təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayət əməlinin tövsifini dəyişmədiyindən cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilməsi nəzərə alınmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 21 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 19:00-da şübhəli şəxs qismində tutulmuşdur. (Cild İ, i.v. 46) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 24 aprel 2023-cü il tarixli 4(004)- 312/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 aprel 2023-cü il tarixdən hesablanmaqla, 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 89-91) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 29 aprel 2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan respublikası CM-nin 181.2.1, 181.2.3, 181.2.4, 181.2.5, 185.2.1, 228.2.1-ci maddələri ilə təqsirli bilinib barəsində CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 06 il müddətinə azadlıqdan məhkum etmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 228.4-cü maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 03 ay 22 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Gəncə şəhər Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib barəsində CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 08 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-cü bəndinə uyğun olaraq, amnistiya qərarının 36-cı bəndinə əsasən cəzadan azad olunması barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (Cild İ, i.v. 116-118) Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 1(044)- 157/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət, azadlıqdan məhrum etmə cəzasının bir gününə bir gün hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli həbsə alındığı xx.xx.2021-ci il tarixdən hesablanmışdır. (Cild İ, i.v. 243-249) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 14 saylı cəzaçəkmə müəssisəsinin xx.xx.2021-ci il tarixli məktubundan və Amnistiya aktının tətbiq edilməsi barədə qərarından görünür ki, “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.4-cü bəndinə uyğun olaraq məhkum Təqsirləndirilən şəxs amnistiya tətbiq edilsin, Amnistiya Qərarının 36-ci bəndinə esasen onun cəzadan azad edilməsi, barəsində olan narkomaniyadan məcburi müalicə ləğv edildikdən sonra həyata keçirilməsi qərara alınmışdır. Məhkum Təqsirləndirilən şəxs üzərində olan narkomaniyadan məcburi müalicəsinin cəza çəkdiyi dövr ərzində ləğv olunması mümkün olmadığından barəsində alınmış narkomaniyadan məcburi müalicənin davam etdirilməsinə dair tibbi rəy Respublika Narkololoji mərkəzinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi X13 24 avqust 2023-cü il tarixli xx/xx-10007 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Narkoloji Mərkəzi” publik hüquqi şəxsi Sizin xx.xx.2023-cü il tarixli, 1(004)-413/2023 saylı məktubunuza cavab olaraq bildirir ki, xx.xx.2022-ci il tarixdə 14 saylı Cəzaçəkmə Müəssəsindən xx.xx.1974-cü il təvəllüdlü Təqsirləndirilən şəxs barədə 21/02 Rəy və Gəncə Şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü daxil olmuşdur. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin həyata keçirilməsi üçün mərkəzə yerləşdirilməyib və məcburi müalicədən azad olunmamışdır. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə görə, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs az ağır cinayət əməlinə görə Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 28 oktyabr 2021-ci il tarixli 1(044)- 157/2021 nömrəli hökmü ilə təyin edilmiş 08 (səkkiz) ay 27 (iyirmi yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına münasibətdə onun məhkumluğu hazırki cinayət əməllərini törədərkən ödənilməmişdir. Belə ki, CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün qanunla müəyyən edilmiş 02 il müddətinin axımı onun hökmlə təyin edilmiş cəzanı çəkməkdən azad olunduğu vaxtdan, yəni 19 mart 2022-ci il tarixdən hesablanır. Təqsirləndirilən şəxs 28 oktyabr 2021-ci il tarixli hökm üzrə olan məhkumluğu ödənilmədən hazırki cinayət əməlini törətdiyindən onun əməli CM-nin 18.1-ci maddəsinə müvafiq olaraq cinayətlərin residivini yaradır. CM-nin 65.1-ci maddəsinə əsasən residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz kimi tələbi cəza təyini zamanı məhkəmə tərəfindən nəzərə alınır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin yaranmasını onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri (CM-58.3, CM-86) nəzərə alınmaqla ona təqsirli bilindiyi 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmənin əvvəli tutulduğu gündən, yəni 21 aprel 2023-cü il tarixdən hesablanmalı, cəzasını CM-in 56.1.3-cü maddəsinə əsasən ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 100 (bir yüz) manat Təqsirləndirilən şəxs dövlət büdcəsinə tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə həmçinin hazırki cinayət işi üzrə mülki iddiaçılar Zərərçəkmiş şəxs1 MMCnin nümayəndəsi X10 və Zərərçəkmiş şəxs2 MMC-nin nümayəndəsi X2 tərəfindən Təqsirləndirilən şəxs qarşı verilmiş mülki iddia ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcədə, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 52.5-ci maddəsinə görə iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Beləliklə göstərilənlərə əsəsən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilindiyi üçün, ona bu əməli törətməsi ilə əlaqədar mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nə və Zərərçəkmiş şəxs2 MMC-nə vurduğu maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Məhkəmə Zərərçəkmiş şəxs1 MMC-nə vurulmuş 316 (üç yüz on altı) manat maddi ziyandan təqsirləndirilən şəxs tərəfindən hər hansı məbləğin ödənilməməsini nəzərə alaraq hesab edir ki, mülki iddia tam təmin edilməli, cinayət nəticəsində vurulmuş 316 (üç yüz on altı) manat məbləğində maddi ziyan və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə tutulmalıdır. Məhkəmə Zərərçəkmiş şəxs2 MMC-nə vurulmuş 1360 (bir min üç yüz altmış) manat maddi ziyandan təqsirləndirilən şəxs tərəfindən hər hansı məbləğin ödənilməməsini nəzərə alaraq hesab edir ki, Zərərçəkmiş şəxs2 MMC tərəfindən verilmiş 1500 (bir min beş yüz) manat maddi ziyan və 40 (qırx) manat dövlət rüsumu ilə bağlı mülki iddia qismən təmin edilməli, cinayət nəticəsində vurulmuş 1360 (bir min üç yüz altmış) manat məbləğində maddi ziyan və 40 (qırx) manat dövlət rüsumu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə tutulmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hökmlə ona təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 21 aprel 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə verilmiş mülki iddia təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 316 (üç yüz on altı) manat məbləğində maddi ziyan və 30.40 (otuz manat qırx qəpik) manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin xeyrinə ödənilsin. İş üzrə verilmiş mülki iddia qismən təmin edilsin. Cinayət əməli nəticəsində dəymiş 1360 (bir min üç yüz altmış ) manat məbləğində maddi ziyan və 40 (qırx) manat dövlət rüsumu mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs2 MMC-nin xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə (Az.MEM, VÖEN **********, hesab №142319, X4, KOD–210005, VÖEN **********, m/h AZ34CTRE********************, S.W.İ.F.T. Bik CTREAZ22) keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış 04 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 35 (otuz beş) saata görə 210 (iki yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar