Məhkəmə qərarları › İş №1(004)-414/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-414/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-414/2023 03.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Tağıyev Müslüm Fariz oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs2 Zərərçəkmiş şəxs və Zərərçəkmiş şəxs2 qanuni nümayəndəsi: Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxxxx 2000-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə seksual xarakterli digər hərəkətlər etmiş, həmçinin sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə günorta saatlarında keçmiş nişanlısı X3 xalası qızı olduğuna görə aşkar surətdə on altı yaşına çatmadığını bildiyi və aralarında iki ildən çox yaş fərqinin olduğu xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 yaşadığı ünvan 2 ünvana ondan borc almaq məqsədi ilə gəlmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 evdə tək olmasından istifadə edib sonuncunun razılığı ilə mənzilin yataq otağında Zərərçəkmiş şəxs2 əynində olan paltarını çıxarıb çarpayıya uzadaraq öz cinsiyyət orqanını sonuncunun arxa keçəcəyinə, yəni anus dəliyinə sürtməklə cinsi ehtirasını təmin edib aşkar surətdə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmadığını bildiyi və aralarında iki ildən çox yaş fərqinin olduğu xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 qarşı seksual xarakterli hərəkətlər etmişdir. Bundan başqa o, Zərərçəkmiş şəxs2 qızıl-zinyət əşyaları almasının səbəbini aydınlaşdırmaq üçün Zərərçəkmiş şəxs1 dəvəti ilə 26 mart 2023-cü il tarixdə saat 14:30 radələrində onun yaşadığı ünvan 3 ünvanına gəlmiş, orada Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs2 qızıl-zinyət əşyalarını ehtiyacı olması səbəbindən borc qismində götürdüyünü dedikdə, Zərərçəkmiş şəxs1 ona irad bildirərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, şəxsi münasibətlərin pozulması kimi qeyd olunan səbəbdən yaranmış mübahisə zamanı əli ilə qəsdən Zərərçəkmiş şəxs1 bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vuraraq ona burunun, sağ qulaq arası nahiyənin sıyrıqları, sol almacıq nahiyəsinin şişkinlik halında əzilməsi, döş qəfəsinin qançırı, sağ əlin İİİ və İV barmaqlarının dırnaq falanqasında, dırnaq sədəfinin bir hissəsinin öz yerindən qopması, dırnaq yatağının aralanması kimi yüngül dərəcəli bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs1 sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 ilə nişanlı olmuş, Zərərçəkmiş şəxs1 Şahid1 xalası, Zərərçəkmiş şəxs2 qızı isə Zərərçəkmiş şəxs1 qızıdır. 2023-cü ilin mart ayında onun maddi çətinlikləri yaranmış, o dost və tanışları bununla bağlı müraciət etmiş, lakin ona maddi kömək edən olmamışdır. Bu səbəbdən o, Zahraya zəng edib maddi çətinlikləri olduğunu və ona pul verməyini xahiş etmişdir. Onun bu xahişinə cavab olaraq Zahra evdə qızıl sep, bir tay qızıl sırğasının olduğunu və həmin qızılları ona verə biləcəyini bildirmişdir. Bundan bir gün sonra o, Zahranın yaşadığı ünvan 3 ünvanına gəlmiş ondan həmin qızılları götürüb getmişdir. O həmin qızılları Zahradan götürdükdən sonra onları satıb şəxsi ehtiyacları üçün xərcləmişdir. Bundan bir gün sonra yəni, 26 mart 2023-cü tarixdə Zahranın anası Ramilə ona zəng edərək yaşadığı evinə çağırmışdır. O, Ramilənin yaşadığı ünvan 3 ünvanında yerləşən evə getmişdir. Həmin vaxt orada Aysənin atası, Aysən, Ramilə və Zahra olmuşlar. Həmin vaxt Ramilə ondan hansı səbəbdən onun qızı Zahradan qızıl zinət əşyalarını götürdüyünü sərt şəkildə soruşmuş və onu təhqir etmişdir. Bundan sonra o, buna cavab olaraq Ramiləni əli ilə bir neçə dəfə vurub həmin evdən çıxıb getmişdir. Yekun olaraq bildirdi ki, o Zərərçəkmiş şəxs2 yaşını bilməmiş, ona qarşı heç bir seksual xarakterli hərəkətlər etməmişdir, Zərərçəkmiş şəxs1 vurduğu üçün əməlindən peşmandır. Hazırda Zərərçəkmiş şəxs1 ilə barışdığı üçün iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdimişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun anası, X6 isə onun xalası qızıdır. Təqsirləndirilən şəxs Ayşənə nişanlı olmuş, sonradan isə nişan qayıtmişdir. Şükranla Ayşən nişanlı olduqları zaman onun onların hər ikisi ilə münasibəti yaxşı olmuşdur. 2023-cü ilin fevral ayının əvvəlində yaşadığı evə gələrkən blokda Şükranı görmüş və evə qalxmişdir. Bundan bir necə dəqiqə sonra Şükran onun telefonuna mesaj yazmışdır ki, “dərman içmişəm və boğazımda qalıbdır, olarmı gəlib su içim?” Bundan sonra Şükran onlara gəlib su içmişdir. Suyu içdikdən sonra Şükran ona demədən onun dodağından öpüb getmişdir. xx.xx.2023-cü il tarixdə Şükran “whatsapp” proqramı vasitəsi ilə pula ehtiyacı olduğunu bildirmişdir, o isə buna cavab olaraq yazmışdır ki, pulu yoxdur. Bir qədər keçəndən sonra Şükran onun yaşadığı evə gəlmişdir. Evdə olarkən Şükran demişdir ki, “bilirəm evdə qızıllar vardır, ona görə mənə qızıl ver”. Həmin vaxt o boynundan asdığı qızıl boyunbağını Şükrana vermişdir. Bundan sonra Şükran onunla yataq otağına keçmiş və onun əynində olan paltarını çıxarıb çarpayıya uzadaraq öz cinsiyyət orqanını onun bədəninin arxa hissəsinə sürtmüşdür. Bundan sonra Şükran çıxıb getmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, xx.xx.2007-ci il tarixdə anadan olmuş Zərərçəkmiş şəxs2 onun qızı, X6 isə bacısı qızıdır. Təqsirləndirilən şəxs Ayşənə nişanlı olmuş, sonradan isə nişan qayıtmişdir. 24 mart 2023-cü il tarixdə gecə saatlarında Zəhra ona demişdir ki, Şükran günorta saatlarında onların evinə gəlib və Zahraya hədə-qorxu gələrək evdə olan Zahranın bir ədəd qızıl boyunbağı və klonunu, bir ədəd ona məxsus olan qızıl sırğanın bir tayını aparmışdır. O, bu məsələyə aydınlıq gətirmək məqsədi ilə 26 mart 2023-cü il tarixdə Şükranı yaşadığı evə çağırmış və qızı ilə onun arasında üzləşdirmə aparmışdır. Üzləşdirmə zamanı Zahra ona dediklərini Şükranın üzünə qarşı demiş və Şükran isə həyəcanlı halda baş verənləri təkzib etmişdir. Həmin vaxt o, Şükrana demişdir ki, “sən qızıma sataşdığın üçün şərəfsizsən”. Həmin vaxt Şükran yumruqla onun üzündən, sinə nahiyəsindən və bədəninin müxtəlif nahiylərindən xəsarət yetirmişdir. Həmin an o, 102-yə zəng vurmuş və bu zaman Şükran qaçıb getmişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın tam ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 onun xalasıdır. Zərərçəkmiş şəxs2 isə onun xalası qızı, Təqsirləndirilən şəxs isə keçmiş nişanlısıdır. Nişanın qaytarmasına səbəb Şükranın xalasının evinə gəlib xalası Ramiləni döyməyi olmuşdur. Şükranla o, nişanlı olduqları müddətdə Şükran dəfələrlə onu döymüşdür. xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, Şükran Zahradan qızılzinət əşyaları zorla almışdır. Bundan sonra Şükran xalası Ramilə və Zahranın evinə gəlmişdir. Evə daxil olandan sonra Şükran xalası Ramiləni yumruqla döyməyə başlamışdır. O və atası Quliyev X1. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək həmin xüsusatları özünə aid hissədə bir daha təsdiq etmişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 96-99-cu vərəqlərində olan ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun bibisı qızıdır. Zahra əvvəl Ukraynada qalırdı və Azərbaycana 2021-ci ilin mart ayında gəlmişdirlər. Gələndən sonra Zahra ilə o, bir-biriləri ilə qohum kimi telefon vasitəsilə əlaqə saxlamışdırlar. Bir-birilərini çox istəyirdilər. Zaman keçdikdən sonra onların münasibətləri sevgiyə çevrilmiş və bir-birilərini sevməyə başlamışdırlar. Uşaqlıqdan böyüklərinin Zahra ilə onun evlənəcəklərini deyirdilər. Onun dayısı Bakı şəhərində yaşayır və hərdən dayısının yanına gəlib dayısının evində qalır. Bakıya gələndə tez-tez bibisinin evinə də qonaq gedir. 2022-ci ilin avqust ayında o, Bakı şəhərinə dayısıgilə qonaq gəlmişdir. Həmin vaxt o, Bakıda olanda Zahra da bilmişdir, çünki, mütəmadi olaraq danışırdılar. Danışıq zamanı o, Zahradan soruşmuşdur ki, “evdə kim vardır ?” Zahra isə demişdir ki, təkdir. O, Zahraya demişdir ki, gəlmək istəyir, Zahra isə demişdir ki, gəl. O, bibisigil, yəni Zahranın yanına getmişdir. Evə daxil olduqdan sonra onlar bir-birilərini sevirdilər deyə bir-birilərinin üzündən öpmüşdürlər. Həmin vaxt ikisi də ehtiraslanmış və qeyri-təbii yolla cinsi əlaqədə olmaq qərarı vermişlər. Çünki, təbii yolla gələcəkdə onlar ailə quranda yengə bilərdi və adət-ənənəyə görə təbii yolla cinsi əlaqədə olmadılar. Təxminən, 10-15 dəqiqə ərzində onlar Zahra ilə qeyri-təbii yolla cinsi əlaqədə oldular və bundan sonra bitirib sağollaşdılar və o, çıxıb getdi. Bundan sonra onlar heç vaxt cinsi əlaqədə olmamışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2023-cü il tarixli 297 nömrəli aktından görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət – burunun, sağ qulaqarxası nahiyənin sıyrıqları, sol almacıq nahiyənin şişkinlik halında əzilməsi, döş qəfəsinin qançırı, sağ əlin İİİ və İV barmaqlarının dırnaq falanqasında, dırnaq sədəfinin bir hissəsinin öz yerindən qopması, dırnaq yatağından aralanması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlğa YÜNGÜL zərər vurmaya aiddir. (i.v. 9-10) AA1158904 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2007-ci il təvəllüdlüdür. (i.v. 31) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2023-cü il tarixli 201 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət – Zərərçəkmiş şəxs2 bədən səthi üzərində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilmədi. Zərərçəkmiş şəxs2 qızlıq pərdəsinin tamlığı pozulmamışdır, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqədə girməyə imkan vermir. Zərərçəkmiş şəxs2 arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Zərərçəkmiş şəxs2 təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmağa xarakterik xəsarət və ya xəsarət izi aşkar edilmədi. (i.v. 43-46) 18 may 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı ifadəsində göstərdiklərini Təqsirləndirilən şəxs üzünə qarşı deyərək bir daha təsdiq etmişdir. (i.v. 86-87) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X5” X11 xx.xx.2023-cü il tarixli 218 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvündə onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. (i.v. 140-142) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli 1571 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 hər hansı psixi xəstəlikdən əziyyət çəkmir. Zərərçəkmiş şəxs2 təsvir olunan hadisə zamanı öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs2 hazırki psixi vəziyyətinə görə psixiatrik mülaicəyə ehtiyacı yoxdur. Zərərçəkmiş şəxs2 iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgtün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 əqli-intellektual inkişafına görə hadisə vaxtı ona qarşı edilən hərəkətlərin xarakter və mahiyyətini anlamaq qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs2 iş üzün əhəmiyyət kəsb edən halları düzgün qavramaq iqtidarındadır. Onda özündən uydurmağa meyillilik əlamətləri aşkar edilmədi. Zərərçəkmiş şəxs2 fərdi-psixi xüsusiyyətlərində aqressivlik əlamətləri müşahidə edilmədi. Onun fərdi-psixi xüsusiyyətlərində ünsiyyətçilik, sadəlövhlük, tez inanmaq, düşdüyü mühitə tez uyğunlaşmaq kimi fərdi-psixi xüsusiyyətə malikdir. (i.v. 143-146) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2023-cü il tarixli 1823 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. (i.v. 153-154) “Sübutların qiymətləndirilməsi haqqında” 05 iyul 2023-cü il tarixli qərardan görünür ki, iş üzrə zərər çəkmiş ifadəsi, üzləşdirmə protokolu, hadisə yerinə baxış protokolu və digər istintaq sənədləri sübut növü kimi, cinayət işi materiallarına əlavə edilmiş bir ədəd DVD disk maddi sübut növü kimi qiymətləndirilərək tanınmışdır. (i.v. 156-163) Məhkəmə, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 ilə seksual xarakterli hərəkətlər etməməsi barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. CM-nin 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 152.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CM-in: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: “Şübhəli şəxsin tutulması haqqında” 18 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 10:30 dəqiqədə tutulmuşdur. (i.v. 71) Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(004)-385/2023 nömrəli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 18 may 2023cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (i.v. 133-135) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmiş şəxsdir. (i.v. 136) Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli notarial və 19 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona qarşı edilmiş hərəkətlərlə bağlı onun haqqında Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə məhkəmədə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan şikayətçi deyildir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Ərizəsini anası Zərərçəkmiş şəxs1 iştirakı ilə özü imzalamışdır. Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş 24 avqust 2023-cü il tarixli notarial və 19 sentyabr 2023-cü il tarixli məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən döyülməyi ilə bağlı onun haqqında Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə məhkəmədə baxılan cinayət işi üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır və ondan şikayətçi deyildir. Ondan heç bir şikayəti və tələbi yoxdur. Gələcəkdə də olmayacaqdır. Ərizəsi öz sözləri əsasında yazılıb. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli 1(004)- 414/2023 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs həmin Məcəllənin 128-ci maddəsi ilə cinayət işi üzrə cinayət məsuliyyətindən azad edilsin və cinayət təqibinə xitam verilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərəri ödəməsini, onunla barışmasını və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə görə təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlanılma müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi tanınmamış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin əvvəli tutulduğu gündən, yəni 18 may 2023-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-nin 41, 44.1, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 18 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 17 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar