Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-414/2025 23.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Pedaqoq: X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X2, xx.xx.1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmmuş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla oğurluq və özgənin əmlakını açıq talamaqla zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla təkrar soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 10:40 radələrində ünvan 2 ünvanda saxlanılmış Zərərçəkmiş şəxs1 məxsus “X10” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq qapısının şüşəsinin açıq olmasından istifadə edib qabaq sağ oturacağın üstündə olan pul qabının içərisindən 700 manat və Azərbaycan Milli Valyutası ilə 510 manat təşkil edən 300 ABŞ dolları pul vəsaitlərini gizli olaraq talayaraq zərər çəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1210 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını açıq talama məqsədi ilə xx.xx.2025-ci il tarixdə saat 18:20 radələrində Bakı şəhəri Yasamal rayonu X5 Naxçıvan küçəsi 15 ünvanında yerləşən “Araz” marketin qarşısına gələrək mağazanın qarşısında dayanmış azyaşlı xx.xx.2014-cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 yaxınlaşaraq sonuncunun əlində anası Zərərçəkmiş şəxs3 məxsus 30 manat pulu açıq talamaqla oradan uzaqlaşıb getməklə zərərçəkmiş Zərərçəkmiş şəxs3 30 manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ifadə verməkdən imtina etsə də, ona qarşı elan olunmuş ittihamda qeyd edilən əməli törətməkdə özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etdiyindən, onun ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmədə tədqiq edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-105/2021 saylı hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR MM-in xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. xx.xx.2022ci il tarixdə cəza müddəti başa çatmışdır. Belə ki, 12 fevral 2025-ci il tarixində, səhər saatlarında Yasamal rayonu, Əbdürrəhim bəy Hüseynzadə küçəsində bir nəfərin avtomobilini park etməsinə kömək etmiş, həmin şəxsin avtomobildən düşərək ərazidən uzaqlaşdığını, bu zaman nəqliyyat vasitəsinin ön sağ şüşəsinin açıq qaldığını görmüş və vəziyyətdən istifadə edərək avtomobilin salonuna daxil olub, orada yerləşən pul qabından 700 manat və 300 ABŞ dolları məbləğində pulu götürdüyünü və həmin vəsaiti şəxsi məqsədləri üçün xərclədiyini bildirmişdir. Habelə, 09 aprel 2025-ci il tarixində “Araz” marketin qarşısında azyaşlı iki şəxsi gördüyünü, onlardan birinin əlində pul olduğunu müşahidə etdiyini, əvvəlcə onlara yaxınlaşıb itlərini sığalladığını və söhbətə başlamaqla diqqəti yayındırmağa çalışdığını, daha sonra həmin uşaqdan pulu saxlamaq üçün istədiyini, o razı olmadıqda isə pulu onun əlindən alaraq uzaqlaşdığını göstərmişdir. Uşağın qardaşı ona yaxınlaşdıqda isə pulu qaytaracağını və ona kömək etməsini istədiyini söyləmiş, sonradan hadisə yerindən qaçaraq uzaqlaşmışdır. Yekun olaraq törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən yüngül növ cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, dəqiq xatırlamadığı tarixdə o, idarə etdiyi “X10” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini ünvan 4 ünvanının qarşısında saxlamışdır. Bu zaman o, avtomobildən düşərək Nizami metrostansiyasının tərəfə getmiş, həmin vaxt avtomobilinin qapılarını bağlasa da, nəqliyyat vasitəsinin ön sağ şüşəsini bağlamağı unutmuşdur. Daha sonra o, avtomobilin yanına qayıtdıqda, ön sağ şüşənin açıq olduğunu görmüş, bundan sonra salonda yerləşən pul qabını açdıqda, ona məxsus 700 manat və 300 ABŞ dolları məbləğində pulun oğurlandığını aşkar etmiş və hadisə ilə bağlı ona avtomobili parklamada kömək edən şəxsdən şübəhlənmişdir. O, baş vermiş oğurluq hadisəsi barədə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin və pedaqoqun iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, dəqiq xatırlamadığı tarixdə, saat 18:00 radələrində o, qardaşı ilə birlikdə yaşadığı ünvanda yerləşən “Araz” marketdə alışverişə getmişdir. Həmin vaxt qardaşı evdə saxladıqları iti də özü ilə götürmüşdür. Onlar marketdən çıxdıqdan sonra marketin qarşısında dayanmışlar. Marketdən çıxdıqda onun əlində pul olmuşdur. Bu zaman tanımadığı bir şəxs onlara yaxınlaşaraq pulu saxlamaq üçün ona verməsini istəmişdir. O isə buna etiraz edərək əlindəki pulu həmin şəxsə verməmişdir. Buna baxmayaraq, həmin şəxs pulu onun əlindən almış, o isə pulu qaytarmağını tələb etdikdə avtomobilindən bir şey götürüb qaytaracağını bildirərək pulu götürüb qaçmış və o qışqırmışdır. Bundan sonra qardaşı anasına zəng vuraraq baş vermiş hadisə barədə məlumat vermişdir. Yekun olaraq Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2 onun qızıdır. Dəqiq xatırlamadığı tarixdə, onun oğlu və qızı məktəbdən gəldikdən sonra “Araz” marketə yollanmışdırlar. Bir qədər sonra oğlu ona zəng edərək Məryəmin ağladığını bildirmiş, o isə dərhal marketə gələrək baş vermiş hadisədən xəbərdar olmuşdur. O, marketdə yerləşən kameragörüntülərinə baxdıqdan sonra hadisə barədə polisə məlumat vermişdir. Hadisənin birbaşa şahidi deyildir. Yekun olaraq Təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı şikayət və ya tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 09 aprel 2025-ci il tarixli protokoldan görünür ki, soyğunçuluq hadisəsinin Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi 25 ünvanında yerləşən “Araz Supermarket"-in giriş pilləkənlərində baş verməsi məlum olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. (Cild İ, i.v. 10-12) “Təqdim olunmuş CD diskin götürülməsi və baxış keçirilməsi haqqında” 09 aprel 2025ci il tarixli protokoldan görünür ki, 01:06 və 00:25 saniyədən ibarət videogörüntülərə baxış keçirilən zaman, bir nəfər kişi cinsli başında ağ rəngli idman papağı, əynində göy rəngli gödəkcə, ağ rəngli sviter, qara rəngli idman şalvarı və ayağında ağ rəngli idman ayaqqabısı olan şəxsin Yasamal rayonu. M.ünvan 7 ünvanında yerləşən Araz marketin qarşısında bir qədər dayandıqdan sonra marketin giriş pilləkənlərində dayanan az yaşlı qıza yaxınlaşaraq onun əlində olan 30 manat pulu aldığı, pulu aldıqdan sonra isə hadisə yerindən uzaqlaşdığı aşkar olunmuşdur. (Cild İ, i.v. 13-14) “Diskin götürülməsi və baxış keçirilməsi haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, video görüntünün müddətinin 01 dəqiqə 06 saniyə və WhatsApp Video 2025-04-10 at 09.22.42 adlı fayl açıldıqda video görüntünün müdətinin 25 saniyə olduğu müşahidə olunur. Həmin video görüntüyə baxış zamanı monitorta hadisənin baş verdiyi tarix vaxt müəyyən olunmadı. Bir nəfər şəxsin marketin qarşısında dayanması daha sonra isə marketə daxil olmaq üçün marketin qapısına tərəf getməsi və orada iki nəfər az yaşlı uşağa yaxınlaşaraq onarla söhbət etməsi, az yaşlı qız uşağının əlindən nəyisə götürdüyü və bir qədər söhbət etməsi, daha sonra az yaşlı qız uşağının həmin şəxsdən nəyisə tələb etməsi lakin həmin şəxsin buna məhəl qoymadan az yaşlı qız uşağını qardaçının yanına göndəri qaçaraq oradan uzaqlaşması müşahidə olunur. (Cild İ, i.v. 51-52) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 12 fevral 2025-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisəsinin Zərərçəkmiş şəxs1 məxsus ünvan 8 ünvanında saxladığı “Hyundai Santafe MİNİK” markalı, **-HR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin içərisində baş verməsi məlum olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. (Cild İ, i.v. 102-106) “Video görüntülərə baxış keçirilməsi barədə” 12 fevral 2025-ci il tarixli, 000626 qeydiyyat nömrəli protokoldan görünür ki, qeydə alınmış video görüntülərə baxış zamanı xx.xx.2025-ci il tarixdə saat təxminən 10:40 radələrində vətəndaş X9 oğlunun ön sağ şüşəsi açıq olan ağ rəngli "Hundai Santafe" markalı ** HR *** d.q.n avtomobilin içərisində olan pul qabıdan 700 manat pul və 300 ABŞ dolları götürərək hadisə yerindən uzaqlaşması qeydə alınmışdır. (Cild İ, i.v. 107-108) “Diskin götürülməsi və baxış keçirilməsi haqqında” 19 fevral 2025-ci il tarixli protokoldan görünür ki, WhatsApp Video 2025-02-12 at 19.47.10 adlı fayl açıldıqda video görüntünün müddətinin 46 saniyə və WhatsApp Video 2025-02-12 at 19.47.28 adlı fayl açıldıqda video görüntünün müdətinin 35 saniyə olduğu müşahidə olunur. Həmin video görüntüyə baxış zamanı monitorta hadisənin baş verdiyi tarix vaxt müəyyən olunmadı. Bir nəfər şəxsin gözəllik salonu ilə vətəndaş Zərərçəkmiş şəxs1 Xanoğlan oğluna məxsus "Hyundai Santafe" mrkalı ** HR *** dövlət nömrə nişanlı avtomobilin arasında olan boş yerdə yəni avtomobilin sağ ön qapısı tərəfədə dayandığı müşahidə olunur. Həmin şəxs ətrafa bir qədər baxdıqdan sonra Zərərçəkmiş şəxs1 Xanoğlan oğluna məxsus "Hyundai Santafe" mrkalı ** HR *** dövlət nömrə nişanlı avtomobilin ön sağ pəncərəsinin açıq olmasından istifadə edərək pəncərǝinin açıq yeridən avtomobilin içərisinə daxil olaraq oradan Anar Hüsenova məxsus pulları götürdüyü və götürdükdən sorna həmin pulları sayaraq avtomobilin yaxınlığından uzaqlaşığı müşahidə olunur. (Cild İ, i.v. 153-154) “Sübutların qiymətləndirilməsi və əməlin tovsif edilməsi haqqında” 19 may 2025-ci il tarixi qərardan görünür ki, ünvan 2 ünvanında yerləşən gözəllik salonuna quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən oğurluq cinayət hadisəsini törətməsini əks etdirən videogörüntü parçaları yaddaşına köçürülmüş elektron məlumat daşıyıcısı olan DVD formatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınmış, Bakı şəhəri, Yasamal rayonu, X6 Naxçıvani küçəsi 25 ünvanında yerləşən “Araz Supermarket"-in qarşısında quraşdırılmış təhlükəsizlik kamerası tərəfindən soyğunçuluq cinayət hadisəsini törətməsini əks etdirən videogörüntü parçaları yaddaşına köçürülmüş elektron məlumat daşıyıcısı olan DVD formatlı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınmışdır. (Cild İ, i.v. 188-197) Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən sonuncunun etirafedici ifadəsi və zərəçəkmiş şəxslərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanmasını (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir. Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr CM-in 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının CM-nin 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Azərbaycan Respublikasının CM-nin 180.2.2-ci maddəsinə əsasən soyğunçuluq, yəni özgənin əmlakını açıq talama təkrar törədildikdə üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1 və 180.2.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 10 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da tutulmuşdur. (Cild İ, i.v. 42-43) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-296/2025 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 10 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 77-81) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə AR MM-in xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. (Cild İ, i.v. 82-83) “Cinayət işinin icraata qəbul edilməsi, cinayət işi üzrə icraatın birləşdirilməsi haqqında” 16 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddə ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi onun Azərbaycan Respublikası CM-nin 180.1-ci maddə ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş, işin istintaqı ********* nömrə altında aparılmışdır. (Cild İ, i.v. 88-89) Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(060)-105/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. (Cild İ, i.v. 161-163) Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Belə ki, CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardığı gündən 01 il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.6-cı maddəsinə əsasən məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan xx.xx.2021-ci il tarixli hökm üzrə məhkumluğu ödənilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 dəymiş zərərin ödənilməsini və onlarla barışmasını, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri və CM-nın 65.2-ci maddəsinin tələblərini nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. Məhkəmə, CM-in 56.1.2-ci maddəsini rəhbər tutaraq qeyd edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1 və 180.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut iki ədəd DVD formatlı disk cinayət işinin materillarında saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1 və 180.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halı və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-in 56.1.3). Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli, 141 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 11 (on bir) manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 180.2.2-ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 180.2.2-ci maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 10 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut iki ədəd DVD formatlı disk cinayət işinin materillarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3 məhkəmədə iştirak etdiyi 30 (otuz) saata görə 330 (üç yüz otuz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-414/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-414/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver