Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-415/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkil X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, Azərbaycan Respublikası DİN-in Baş Dövlət Yol İdarəsininə bilavasitə tabe olan Müayinə mərkəzinin diaqnostika qrupunun nəqliyyat vasitələrinin texniki vəziyyətinə nəzarətçi (mülki) vəzifəsində işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 14 fevral 2021-ci il tarixdə saat 20:50 radələrində ünvan 2 ünvanında yerləşən 7 saylı mənzildə əvvəllər qeyri-rəsmi nikah münasibətində yaşadığı Zərərçəkmiş şəxs ilə ailə məişət zəminində aralarında yaranmış münaqişə zamanı yumruqla sonuncunun üz nahiyəsindən vuraraq zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üst dodağın sol hematoması, içəri səthinin qançırı və səthi əzilmiş yarası ilə nəticələnən xəsarətlər yetirməklə sağlamlığının qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Həmin əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, Çinarəni 2016-cı ildən tanıyır. Çinarə ilə aralarında qeyrirəsmi münasibətləri olmuşdur. Onların bu münasibəti 2019-cu ilin oktyabr ayına kimi davam etmişdir. Daha sonra münasibətləri münaqişlərə çevrildiyindən Çinarədən ayrılmışdır. Çinarə onu 14 fevral 2021-ci il tarixdə saat 20:00-da ünvan 3 ünvanında səbəbsiz yerə boğaz nahiyəsində tutaraq boğmağı və yumruqla üz nahiyəsində vuraraq xəsarət yetirməyi barədə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət etmişdir. İstintaq dövründə etiraf eləməsədə, indi özünü təqsirli bilir və peşmançıliq hissi keçirir. Həmçinin onu da qeyd etmişdir ki, Çinarə qız övladı Nurbanunun ondan olduğunu bildirir. Hazırda atalığın müəyyən edilməsi ilə bağlı məhkəmə mübahisələri davam edir. Lakin buna baxmayaraq Çinarə və qizı Nurbanu qaldığı mənzilə görə hər ay 500 manat pul ödəyir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2016-cı ildə Təqsirləndirilən şəxs ilə tanış olmuş və qeyrirəsmi qaydada yaşamışlar, bu qeyri-rəsmi münasibətlərindən 2018-cu ildə qız övladı doğulmuşdur. Əvvəlcə ünvan 4 ünvanında yaşamışlar. Tanışlıqlarının ilk günlərində münasibətləri normal olmuşdur. Təqsirləndirilən şəxs ona yeni mənzil alacağına söz vermişdir. ünvan 4 ünvanını ipoteka yolu ilə aldığını və bundan sonra həmin mənzildə yaşayacaqlarına söz vermişdir. Bir gün söhbət əsnasında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs həmin mənzili kirayə tutmuş, həmin mənzil başqa şəxsə məxsusdur. Bunda sonra Rüfətə nəyə görə onu aldatdığını soruşduqda, Rüfət onu yenə müxtəlif yollarla aldadaraq mənzili alacağına söz vermişdir. Həmin ərəfələrdə, 2017-ci ilin may ayında Rüfətə qız övladına hamilə qaldığını, yaşamaq üçün mənzili olmadığı, bu səbəbə görə uşağı tələf etdirmək istədiyini bildirmişdir. Rüfət ona dünyaya gələcək uşağın onları bir parçası olduğunu və uşağı dünyaya gətirməyini xahiş etmişdir. O da, fikrindən yayınmış və 09 fevral 2018-ci il tarixdə qız övladı dünyaya gəlmişdir. Bundan sonra uşaq üçün doğum haqqında şəhadətnamə almaq istəmiş, bu fikri Rüfətə bildirdikdə, Rüfət müxtəlif bəhanələr gətirərək uşaq üçün doğum haqqında şəhadətnamə almamışdır. Anası Qızxanımla birlikdə Rüfətlə söhbət edərək doğum haqqında şəhadətnaməni almasını tezləşdirməsini tələb etmişlər. 2019-cu ilin dekabr ayından onlar ünvan 5 ünvanına köçmüşlər. 2020-ci ilin oktyabr ayından Rüfət yaşadıqları evə gəlməmişdir. Bir dəfə Rüfətin iş yerinə gedərək ondan ailəsinə sahib çıxmasını tələb etmişdir. Rüfət evə gəlməsə də, tez-tez onunla əlaqə saxlayaraq uşaqla danışmışdır. 2020-ci ilin dekabr ayında Rüfət ondan məhkəməyə şikayət etmiş, onun bu şikayətindən məyus olaraq onunla əlaqəni kəsmişdir. Sonuncu dəfə 14 fevral 2021-ci il tarixdə Rüfət ona zəng vuraraq uşağı görmək üçün yaşadığı evə gəlmək istədiyini bildirəndə ona etiraz etmişdir. Bundan təxminən 2 dəqiqə sonra həmin gün saat 20:00-da yaşadığı mənzilin qapısını döyülmüş, qapını açmışdır. Rüfətə yalançı olduğunu, onu məhkəməyə verdiyini, uşağın doğum haqqında şəhadətnaməsini almadığı üçün uşağı ona göstərmək istəmədiyini bildirdikdə Rüfət onu hədələməyə başlayaraq «səni it kimi diləndirəcəm» ifadəsini işlətmiş və onu əli ilə itəliyərək mənzilə daxil olmuş və övladını qucaqlamağa başlamışdır. Həmin vaxt ona nəyə görə məhkəməyə şikayət etdiyini soruşanda aralarında mübahisə yaranmış, Rüfət əli ilə onun boğaz nahiyəsindən tutmuş və boğaraq onun başına oyun açacağını söyləyərək hədələmişdir. Daha sonra onun üz nahiyəsindən yumruqla vuraraq ona xəsarət yetirərək mənzildən çıxıb getmişdir. Bundan sonra o, bu barədə DİN-nin 102 xidmətinə məlumat vermiş və Yasamal RPİ-nin 29-cu PŞ-də ərizə yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs qızının doğum günündən olan şəkilləri, ona yazdığı sms mətninin şəkillərini, ona 14 fevral 2021-ci il tarixdə vuraraq dodaq nahiyəsinə xəsarət yetirdiyi şəkilləri və yaşadıqları mənzildə olan fotoşəkilini ifadəsinə əlavə etmişdir. Təqsirləndirilən şəxs bu hadisədən əvvəl ona xəsarət yetirmiş, bununla bağlı Hüquq mühafizə orqanlarına müraciət etməmişdir. Onun boğaz nahiyəsində xəsarət izi qalmadığından AR-sı SN-nin MTE və PA birliyinin məhkəmə tibb ekspertizasında onun yalnız dodaq nahiyəsində olan xəsarət qeyd edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Yasamal rayon MTE şöbəsinin məhkəmə tibb ekspertizasının 17.02.2021-ci il tarixli 98 №-li rəyində göstərdilmişdir ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarət- üst dodağın sol hematoması, içəri səthinin qançırı və səthi əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən şəraitdə və müddətdə, yəni 14.02.2021-ci il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. iş vər. 14-15 Həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinə əlavə etdiyi Abşeron rayon məhkəməsinin hakimi Cəmilə Səfiyeva tərəfindən atalığın müəyyən edilməsi ilə bağlı təyin edilmiş 19 may 2021-ci il tarixli “2(012)-2803/2021” saylı mülki iş üzrə qərardadı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MTE və Pataloji Anatomiya birliyi Publik hüquqi şəxsin 15.07.2021-ci il tarixli 395/2021-MTBŞ nömrəli rəyin surətindən görünür ki, Təqsirləndirilən şəxs ekspertizaya təqdim olunmuş uşağın, anası Zərərçəkmiş şəxs olan 09.02.2018-ci il təvəllüdlü qız uşağının atasıdır. iş vər. 83-90 İstintaq zamanı hadisə yerinə baxış keçirilərəkən hadisə yerinin ünvan 6 ünvanın olması müəyyən edilmişdir. iş vər. 57-63 Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsinin alınma prosesinə dair videoçəkilişi özündə əks etdirən həmin elektron maqnit məlumat daşıyıcısı olan “CD-R” markalı disk 06.10.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. iş vər. 168-177 Təqsirləndirilən şəxs ifadəsinin alınma prosesinə dair videoçəkilişi özündə əks etdirən həmin elektron maqnit məlumat daşıyıcısı olan “CD-R” markalı disk 06.10.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır iş vər. 168-177 İstintaq zamanı Yasamal rayon məhkəməsinin 06.09.2021-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən 22.09.2021-ci il tarixli 19909 saylı məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd «CD-R» disk elektron maqnit daşıyıcısını xidməti kompüterə daxil edib, həmin CD-R diskdə olan 6 ədəd «**********11 sms.txt», «**********11.txt», «**********49 sms.txt» «**********49.txt» «abunechiler.xls», və «antena.xlsx» adlanan telefon danışıqları aparılan nömrələrə aid zənglərin məxsusluğuna və detallaşdırılmasına dair fayllara baxış keçirərək iş üzrə Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ***-***-**-**sim-kart nömrəsində aşağıdakı məlumatların olmasını müəyyən edilmişdir. «**********11.txt», adlanan faylda olan məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ********* simkart nömrəsindən 12.02.2021-ci il tarixdən saat 00:00:00dan 16.02.2021-ci il saat 23:59:59-ə kimi olan müddət ərzində daxil olan, çıxan SMS yazışmalarının və zənglər barədə məlumatları,Zərərçəkmiş şəxs istifadəsində olan ********* simkart nömrəsi ilə 51 dəfə mütəmadi SMS yazışması və danışıqları qeydə alınmışdır. Bundan başqa «Antena.xlsx» adlanan faylda olan məlumatlara əsasən Təqsirləndirilən şəxs istifadə etmiş olduğu ********* simkart nömrəsindən və Zərərçəkmiş şəxs istifadə etmiş olduğu ********* simkart nömrəsindən 12.02.2021-ci il tarixdə saat 09:11-dan 16.12.2021-ci il saat 21:52-ə kimi olan müddət hansı ərazidə yerləşən anten dairəsində olması qeydə alınmışdır. iş vər. 139-153 "xxxx" MMC-dən 22.09.2021-ci il tarixli 19909 saylı məktubla Yasamal RPİ-nin İŞ-nə təqdim olunmuş 01 ədəd «CD-R» markalı disk obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən 06.10.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. iş vər. 168-177 Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış tələbnamə ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. iş vər.40 İş materiallarında olan 17.11.2021-ci il tarixli Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl “böyük ictimai təhlükə törətməyən cinayətlər” kateqoriyasına aid olduğundan, iş üzrə vurulmuş maddi ziyan olmadığından və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, maddi sübut olan 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmiş və onun hüquqlarının müdafiəsi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili X3 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03.05.2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs oğluna göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri Mərkəz Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” 05 noyabr 2021-ci il tarixli Azərbaycan Respublikası Milli Məclisinin Amnistiya qərarının 9.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X2 vəkil işlədiyi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına 240 (iki yüz qırx) manat məbləğində pul köçürülsün. İş üzrə mülki iddia yoxdur. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim:Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-415/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-415/2021
17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver