Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-415/2023 13.10.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx.xx.2002-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmamış, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talayıb oğurluq, eləcə də satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini əldə etmə, daşıma və saxlama cinayətlərini törətmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədilə xx.xx.2023-cü il tarixdə saat 06 radələrində Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 14 nömrəli evin qarşısından Zərərçəkmiş şəxs məxsus bir ədəd “X14 3” markalı 2020-ci il buraxılışlı 700 manat dəyərində skuteri gizli olaraq talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə 700 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 06 radələrində ünvan 1 ünvanda yaşayan X2 məqsədi olmadan 30 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 1,098 qram ağ rəngli kristallik hissəciklərdən ibarət kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib həmin psixotrop maddəni üzərində daşıyaraq saxlamış, həmin gün saat 07 radələrində Xətai rayon polis idarəsinin 36-cı polis bölməsinin və həmin idarənin X4 əməkdaşları tərəfindən ünvan 1 ünvanda saxlanılaraq Xətai rayon polis idarəsinin 36-cı polis bölməsinə gətirilmiş, polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,098 qram həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Harabe Pub” adlı klubda olan zaman istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 20 manat müqabilində şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan paketdə içərisində bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 0,335 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxil olan narkotik vasitə heroin və bir ədəd şəffaf sellofana bükülmüş, təmiz çəkisi 1,098 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxil olan psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib həmin narkotik vasitə və psixotrop maddəni üzərində daşıyaraq saxlamış, həmin gün saat 04 radələrində Yasamal rayon polis idarəsinin PPXB-nün əməkdaşları tərəfindən Yasamal rayonu, Azərbaycan prospekti 42 ünvanda yerləşən “Şahmat” məktəbinin yaxınlığında saxlanılaraq Yasamal rayon polis idarəsinin 26-cı polis şöbəsinə gətirilmiş, polis bölməsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan paketdə içərisində bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 0,335 qram həmin narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi 1,098 qram həmin psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, boks idman növü ilə məşğul olur və 7 dəfə muxtəlif yarışlarda uğur qazanaraq təltif olunmuşdur. Bir müddətdir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə etməyə başlamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Ü.Hacıbəyov küçəsi ilə piyada hərəkət edən zaman hava cox küləkli olduğu üçün binanın həyətinə girmişdir. Həyətə girdikdən sonra o orada bir ədəd “skuter” görmüşdür. Həmin vaxt maddi sıxıntıları oluğu üçün skuteri götürüb sürǝrǝk oradan uzaqlaşmışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Tural ilə bir yerdə sonuncuya psixotrop maddə almaq məqsədi ilə Kamal adlı şəxsin yaşadığı ünvan 1 ünvanda yerləşən evinə getmişdir. Binanın blokunda olan zaman polis əməkdaşları onları saxlayaraq Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə dəvət etmişlər, o isə polis əməkdaşının tələbinə tabe olaraq onlarla birlikdə polis bölməsinə getmişdir. Həmin vaxt onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmamışdır. Polis bölməsində olan zaman polis əməkdaşları ona bir büküm psixotrop maddə olan metafetamin verib, ondan həmin pisixotrop maddəni cibinə qoyub çəkiliş zamanı cibindən çıxarıb özünə məxsus olduğunu və güya Kamaldan aldığını bildirməsini tələb etmişlər. O isə qorxduğu üçün polis əməkdaşlarına heç bir etiraz etməmiş, polis əməkdaşları tərəfindən ona təqdim olunmuş həmin psixotrop maddəni cibinə qoymuşdur. Daha sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa, onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən daha əvvəl polis əməkdaşları tərəfindən ona təqdim edilmiş, bir ədəd bükülünü masanın üzərinə qoymuşdur. Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin bükülünün içərisində psixotrop maddə metamfetamin var, həmin psixotrop maddəni Kamaldan almışdır. Polis əməkdaşları onun təqdim etdiyi psixotrop maddə olan metamfetamini zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Harabe Pub” adlı klubda əyləndikdən sonra Abid adlı tanışı ilə təksiyə minmək məqsədi ilə “Şahmat” məktəbinin yanına getmişlər. Onlar “Şahmat” məktəbinin qarşısında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşıb, özlərini Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları kimi təqdim etdikdən sonra ondan şəxsiyyəti barədə məlumat almışlar. Bundan sonra polis əməkdaşları onu Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmişlər və o polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla 26-cı polis bölməsinə getmişdir. Orada polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla onun üzərində şəxsi axtarış aparılacağı bildirilmiş və ona üzərində daşınması qanunla qadağan edilmiş əşya varsa onu təqdim etmək təklif olunmuşdur. Bundan sonra o əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən içərisində narkotik vasitə heroin olan bükülünü və icərisində psixotrop maddə metamfetamin olan bükülünü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra Polis əməkdaşı tərəfindən verilən suallara cavab olaraq o bildirmişdir ki, həmin narkotik vasitəni və psixotrop maddəni “Harabe Pub” adlı klubda tanış olduğu şəxsdən almışdır. Polis əməkdaşları ona məxsus narkotik vasitəni və psixotrop maddəni zərfə qoyub qablaşdırmışlar. O, həmin zərfi və protokolu imzalamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman ona qarşı hər hansı fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bakı şəhəri Səbail rayonu 5 nömrəli Mənzil Kommunal Təsərrüfat Birliyində fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə saat 06 radələrində evdən çıxıb 1200 manata aldığı “Mİ” markalı skuterlə işə getmişdir. Ərazini yoxladıqdan sonra əynində olan gödəkçəni dəyişmək məqsədi ilə ünvan 4 ünvanda yaşayan xalasıgilə getmişdir. Orada skuterini binanın həyətində saxlayıb evə qalxmışdır. Təxminən 5 dəqiqə ərzində əynini dəyişdikdən sonra həyətə qayıtdıqda skuterinin yerində olmadığını aşkar etmişdir. Bundan sonra o hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Son olaraq təqsirləndirilən şəxsə qarşı heç bir şikayətinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini və onunla barışdığını bildirib bununla bağlı müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şаhid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 07 may 2023-cü il tarixdə saat 01 radələrində tanışları ilə birlikdə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Harabe Pub” adlı kluba getmişdir. Bir qədər əyləndikdən sonra o tanışı Təqsirləndirilən şəxs ilə birlikdə oradan çıxıb üzü “Şahmat” məktəbinə tərəf getmişdir. “Şahmat” məktəbinin qarşısında olan zaman polis əməkdaşları Əhmədə yaxınlaşmışlar və onları Yasamal RPİ-nin 26-cı PB-nə dəvət etmışlər. Orada Polis əməkdaşlarının sualına cavab olaraq Əhməd üzərində metamfetamin və heroin olduğunu etiraf etmişdir. Daha sonra video çəkiliş aparmaqla müdafiəçinin iştirakı ilə Əhmədə üzərində qanunla qadağan olunmuş əşyaları təqdim etmək təklif olunmuş, Əhməd isə iki bükümü masanın üzərinə qoyaraq həmin bükümlərin birinin içərisində psixotrop maddə digərinin icərisində isə narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhər Yasamal RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 42 ünvanda Şahid4 və Şahid3 ilə birlikdə xidmət apararkən iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşmışlar. Onlar həmin şəxslərə özlərini təqdim edən zaman, həmin şəxslərdən biri qaçmağa başlamışdır. İş yoldaşı Nicat həmin şəxslərdən birinin yanında qalmış, o və Ayxan qaçan şəxsin arxasınca gedib onu saxlamışlar. Bundan sonra hər iki şəxsi Yasamal rayon Polis idarəsinin 26-cı polis bölməsinə aparmışlar. Polis bölməsində həmin şəxslərin Şahid1 və Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra Yasamal RPİ-nin 26-cı PB-nin inzibatı binasında xidməti otaqda təhqiqatçı tərəfindən müdafiəçilərin iştirakları və videoçəkiliş aparmaqla Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxslərdən üzərlərində qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən iki ədəd şəffaf sellofan paketini və iki ədəd mobil telefonu çıxarıb təqdim etmişdir. Həmin sellofan paketlər açıldıqda içərisindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin olduğu aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilmiş başqa heç bir əşya aşkar edilməmişdir. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə, psixotrop maddə və mobil telefonlar təhqiqatçı tərəfindən onların iştirakı ilə zərfə qoyulmuş və zərf onlar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Bakı şəhər Xətai RPİ-nin 36-cı PB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2023-cü il tarixdə ünvan 6 ünvanda yaşayan X7 narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün saat 07 radələrində məlumat əsasında yaradılmış əməliyyat qrupunun üzvü Xətai RPİ-nin X4 əməliyyat müvəkkilləri Şahid7 və Şahid6 ilə birlikdə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Xətai rayonu, Qədir Məmmədov küçəsi 7 ünvana getmişlər. Orada özlərini təqdim etdikdən sonra Kamal Ələkbərovun icazəsi və iştirakı ilə yaşadığı 84 nömrəli mənzilə baxış keçirmək üçün daxil olmuşlar. Həmin vaxt həmin evdə Təqsirləndirilən şəxs və bir neçə nəfər şəxs olmuşdur. Onların sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin ünvana psixotrop maddə metamfetamin qəbul etmək üçün dostu ilə birlikdə Kamalın dəvəti ilə gəldiyini bildirmişdir. Əhməd üzərində psixotrop maddə metamfetamin olduğunu bildirdiyi üçün o Xətai RPİ-nin 36-cı PB-nə dəvət edilmişdir. Əhməd polis əməkdaşının qanuni tələbinə tabe olaraq onlarla birlikdə 36-cı polis bölməsinə gəlmişdir. Polis bölməsinin inzibati binasında videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığı soruşulmuşdur. Həmin suala cavab olaraq Əhməd əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümünü çıxarıb təqdim etmişdir. Əhməd təqdim etdiyi həmin bükümdə psixotrop maddə metamfetamin olduğunu və onu Kamaldan aldığını bildirmişdir. Sonra qeyd edilənlər barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunduqdan sonra bütün iştirakçılar tərəfindən imzalanmaqla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs heç bir fiziki və psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 və Şahid6 ifadələrində Şahid5 ilə eyni məzmunlu ifadə vermişdir. İş üzrə şahid qismində göstərilmiş Şahid3 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 155-157-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdən DİO-da xidmət edir, həmin tarixdən də tutduğu vəzifədə, yəni Bakı şəhər Yasamal RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfəri vəzifəsində polis kiçik serjantı rütbəsində xidmət edir. Xidmətlə əlaqədar olaraq ya gecə növbəsində, ya da gündüz növbəsində Yasamal rayonu ərazisində avto patrul ilə xidmət aparır. xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri, Yasamal rayonu, Azərbaycan prospekti 42 ünvanda avtopatrul ilə Yasamal RPİ-nin post-patrul xidməti bölüyünün polis nəfərləri Şahid2 və Şahid4 ilə birlikdə xidmət apararkən iki nəfər şəxsin özlərini şübhəli apardıqlarını görüb onlara yaxınlaşmışlar. Onlar həmin şəxslərə özlərini təqdim edən zaman, həmin şəxslərdən biri qaçmağa başlamışdır. İş yoldaşı Nicat həmin şəxslərdən birinin yanında qalmış, Ayxanla o, isə qaçan şəxsin arxasınca gedib onu saxlamışlar. Həmin şəxsdən niyə qaçdığını soruşduqda həmin şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra hər iki şəxsi Yasamal rayon Polis idarəsinin 26-cı polis bölməsinə aparmışlar. Polis bölməsində növbətçi hissədə həmin şəxslərdən birinin xx.xx.1983-cü il təvəllüdlü Şahid1 və qaçan şəxsin isə xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Bundan sonra Yasamal RPİ-nin 26-cı PB-nin inzibatı binasında xidməti otaqda təhqiqatçı Anar Həmidli tərəfindən müdafiəçilərin iştirakları və videoçəkiliş ilə Şahid1 və Təqsirləndirilən şəxs üzərlərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl həmin şəxslərdən üzərlərində hər hansı predmetin və ya qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan paket və iki ədəd mobil telefon çıxarıb təqdim etmişdir. Həmin sellofan paket açıldıqda içərisindən bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin mobil telefonlardan birini tapdığını, digər telefonun isə dostuna məxsus olduğunu bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan edilmiş başqa heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra Şahid1 üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Şahid1 üzərindən qanunla qadağan edilmiş heç bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik vasitə, psixotrop maddə və mobil telefonlar təhqiqatçı tərəfindən onların iştirakı ilə zərfə qoyulmuş və zərf onlar tərəfindən imzalanmışdır. Əlavə olaraq bildirmişdir ki, onlar Şahid1 və Təqsirləndirilən şəxs yaxınlaşan zaman yolun kənarında həmin şəxslərdən aralıda bir qız və bir oğlan piyada hərəkət edirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə aparılması haqqında 07 may 2023-cü il tarixli protokoldan görünür ki, saat 06:40 dəqiqədən 07:30 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan paketdə içərisində bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (Cild İ, i.v. 46-47) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 07 may 2023-cü il tаriхli 6/2648 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,335 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd bükümdə təmiz çəkisi 1,098 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na (Siyahı İ) daxildir. (Cild İ, i.v. 55-61) “İfadənin yerində yoxlanması haqqında” 09 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtizai istintaq zamanı verdiyi ilkin ifadəsini hadisə yerində əyani olaraq təsdiq etmişdir. (Cild İ, i.v. 106-109) Diskə baxış keçirilməsi haqqında 09 may 2023-cü il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan paketdə içərisində bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin və bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (Cild İ, i.v. 110-111) “Hadisə yerinə baxış keçirilməsi barədə” 19 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Zərərçəkmiş şəxs məxsus bir ədəd “X14 3” markalı 2020ci il buraxılışlı skuterin oğurlandığı yer Bakı şəhəri, Səbail rayonu, Ü.Hacıbəyov küçəsində yerləşən 14 nömrəli evin qarşısıdır. (Cild İ, i.v. 175-176) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10 aprel 2023-cü il tаriхli 6/1502 nömrəli rəyindən görünür ki, analoji malların texniki göstəricilərinə müvafiq olaraq, ekspertiza təyini qərarında göstərilən bir ədəd “X14 3” markalı, 2020-ci il buraxılışlı skuterin yuxarıda qeyd edilən xüsusatları nəzərə almaqla və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 700,0 manat müəyyən olunur. (Cild 1, i.v. 189- 191) Şəxsi axtarış və götürmə aparılması haqqında 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, saat 08:15 dəqiqədən 08:21 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (Cild İİ, i.v. 28-29) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2023-cü il tаriхli 6/2289 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...qablaşdırıldı (imza) Q.Hüseynov...” sözləri yazılmış zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 1,098 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir və üzərində imzalar, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəvi möhür əksləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8,762 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminlə kimyəvi komponent tərkiblərinə görə eynidir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. (Cild İİ, i.v. 34-39) Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 aprel 2023-cü il tаriхli 6/2293 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №151” dairəci möhür əksləri olan bir ədəd zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 8.762 qram olan ağ rəngli kristallik hisəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı İ) daxildir. (Cild İİ, i.v. 97-102) 03 iyun 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilkin verdiyi ifadəni X8 ilə üzləşmə zamanı bir daha təsdiq etmişdir. (Cild İİ, i.v. 103-104) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi PHŞ-ın ambulator məcburi-narkoloji tibbi yoxlamasına dair 08 iyun 2023-cü il tаriхli 3589 nömrəli rəyinə əsаsən müayinə zamanı Təqsirləndirilən şəxs psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (Cild İİ, i.v. 134-135) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X12 xx.xx.2023-cü il tarixli 1589 nömrəli ekspert rəyindən görünür ki, cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası aşağıdakı qərara gəlir:
1. Təqsirləndirilən şəxs isterik tipli şəxsiyyət pozuntusu qeyd olunur. Təqsirləndirilən şəxs aşkar edilən “isterik tipli şəxsiyyət pozuntusu” onu törətdiyi əməllər dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarından məhrum etməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir.
2. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. (Cild İİ, i.v. 136-138) Diskə baxış keçirilməsi haqqında 07 iyul 2023-cü il tarixli protokoldan görünür ki, Xətai RPİ-nin 36-cı PB-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman sonuncunun əynindəki boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd şəffaf sellofan bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. (Cild İİ, i.v. 157-158) “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 10 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə olan 0,335 qram heroin, ayrı-ayrılıqda təmiz çəkiləri 1,098 qram və 1,098 qram psixotrop maddələr olan metamfetamin və üç ədəd DVD diskləri maddi sübut kimi tanınsın və ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,285 qram heroin, 0,998 qram metamfetamin, 1,048 qram metamfetamin və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ǝdəd “İphone X” markalı mobil telefon sahibi “Tural” adlı şəxs müəyyǝn edilənədək saxlanılması üçün Yasamal RPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, üç ədəd DVD diskləri cinayat işinin materiallarına ǝlavə edilmiş və 01 ədəd “İphone 8 Plus” Gold markalı mobil telefonun sahibi X10 qaytarılması nəzərə alınmışdır. (Cild İİ, i.v. 172-185) Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 177.1 və 234.1-ci maddələri ilə nəzərdə tutulan ittihamda özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, əvvəllər müxtəlif restoranlarda işləmiş, lakin 2022-ci ilin sonlarından heç bir yerdə işləmir. Bakı şəhərində müxtəlif yerlərdə gecələyirmiş. İşsiz olduğuna görə maddi sıxıntıları çox olurmuş. xx.xx.2023-cü il tarixdə səhərə yaxın saatlarda Bakı şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Mc Donalds" kafesinin sol tərəfində hündürmərtəbəli binanın həyətində divan olduğunu görüb orada bir xeyli oturmuş ki, həmin yerin mühafizəçiləri gəlib onu oradan çıxarmışlar, sonra o, təxminən 05 radələrində "Sahil" metro stansiyasının çıxışına gedib orada durmaq istəsə də hava çox küləkli olduğu üçün metro stansiyanın yaxınlığında olan, külək tutmayan binanın həyətinə girmiş, həyətə girən zaman binanın qarşısında bir ədəd “skuter” görmüşdür. Həmin skuteri oğurlayıb sataraq ehtiyaclarını ödəmək qərarına gəlmişdir. Ətrafa baxmış və heç kimin olmadığını görüb skuteri götürüb sürǝrǝk oradan uzaqlaşmışdır. O, skuteri götürüb Bakı şəhəri Təbriz küçəsində yaşayan dostu İdrakgilə gedib orada yemək yedikdən sonra çıxmışdır. “Axundov” parkına gələn zaman oradan keçən tanışları Elxan və üzdən tanıdığı lakin adını bilmədiyi oğlanla görüşmüşdür. O, həmin şəxslərə skuteri oğurladığını va satmaq istədiyini bildirəndə, onlar skuteri satmaqda köməklik göstərəcəklərini bildirmişlər. Onlar birlikdə “Nizami” küçəsinin arxa hissəsində olan “Tolstoy” küçəsinin aşağı hissəsində olan bağa gəlmişlər. Özünün mobil telefonu olmadığına görə onların telefonu ilə dostu Vəfa adlı qıza zəng edərək görüşmək üçün çağırmışdır. Aradan bir neçə dəqiqə keçdikdən sonra Vəfa da gəlmişdir. Onlar parkda görüşmüşlər. Söhbət əsnasında Elxan özündə olan iki ədəd mobil telefonu göstərərək həmin telefonlardan birini satmaq istediyini demişdir. O, da dostu Elşənə zəng vuraraq "Samsung A3" markalı satdıq mobil telefon olduğunu, həmin telefonun qiymətinin 120 manat olduğunu ona demişdir. Onlar belə razılaşmışlar ki, "İst Plazanın" yanında görüşsünlər. O, Vəfa ilə Elşənlə görüşmək üçün gedən zaman skuteri Elxanın yanında qoymuş və qayıdacaqlarını bildirərək oğurluq olduğu üçün skuterlə getmək istəmədiyini bildirmiş və skuteri Elxanın yanında qoyub getmişdir. Elşənlə danışan zaman Elşən razılaşmayaraq həmin telefonu almaq istəmədiyini bildirmişdir. O, da bu barədə Vəfanın telefonu ilə vatsap proqramı vasitəsilə Elxana sms yazıb bildirmişdir. Elxan mesajını oxusa da, lakin heç bir cavab yazmamışdır. Onlar parka qayıdan zaman nə Elxanın, nə də skuterin orada olmadığını görmüşlər. Elxanla əlaqə saxlamaq istəsə də artıq nömrənin bloklandığını görmüşdür. O, “Xəqani” küçəsinə (Malakan) bağına gedərək orada olan taksafonla Elxanın istifadəsində olan nömrəyə zəng vurmuşdur. Elxan zənglərinə cavab verməmişdir. O, Elxanın yaşadığı Yasamal rayonu ərazisində yerləşən köhnə “Sovetski” adlanan əraziyə getmişdir. Evlərinin yerini dəqiq bilmədiyi üçün oranı tapa bilməmişdir. Bundan başqa təxminən bir neçə ay müddətdir ki, psixotrop maddə metamfetamin istifadə edir, lakin aludəçisi deyil. Şəxsi istifadəsi üçün psixotrop maddəni Bakı şəhərində müxtəlif yerlərdə tanımadığı şəxslərdən alır. Psixotrop maddəni əhval ruhiyyəsi yaxşı olsun deyə istifadə edir. Psixotrop maddə aldığı şəxslərin psixotrop maddəni haradan almasını isə bilmir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında psixotrop maddə almaq üçün tanışı Kamal adlı şəxsin yaşadığı ünvan 1 ünvanda yerləşən evinə getmişdir. O, Kamalın psixotrop maddə istifadəçisi olmasını və satmasını şifahi olaraq bilirmiş. Kamalın yaşadığı evə çatdıqda Kamal onu qarşılamış və orada başqa şəxslər də olmuşdur. Belə ki, həmin şəxslər onun tanışları olmuşdur. O, Kamala 30 manat pul vermiş və ondan bir ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin almışdır. O və digər şəxslər orada psixotrop maddə qəbul edəcəkmiş. Saat təxminən 07 radələrində evdə olan zaman evin həyətinə bir neçə nəfər şəxslər daxil olmuşlar. Həmin şəxslər özlərini təqdim edərək Xətai rayon Polis İdarəsinin əməkdaşları olmasını bildirmişlər. Polis əməkdaşları onları sorğu-sual edərək narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəli olduqlarını bildirmişlər və o, da polis əməkdaşlarına özünü təqdim edərək üzərində psixotrop maddə metamfetamin olduğunu demişdir. Bundan sonra polis əməkdaşları onu Xətai rayon Polis İdarəsinin 36-cı polis bölməsinə dəvət etmişlər. O, da etiraz etməyib polis əməkdaşları ilə birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsində xidməti otaqların birinə vəkil dəvət edilmiş, ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə olunmaqla üzərində şəxsi axtarış aparılmışdır. Ona üzərində qanunsuz əşya olub-olmaması barədə sual verilmiş və olduğu halda təqdim etmək təklif olunmuşdur. Bundan sonra o, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Polis əməkdaşı ona həmin maddənin nə olması və haradan əldə etməsi barədə sual verdikdə, o, da həmin maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin psixotrop maddə metamfetamini həmin gün şəxsi istifadəsi üçün Kamal adlı tanışından yaşadığı evdə 30 manata aldığını bildirmişdir. Həmin büküm açılaraq içərisinə baxış keçirilmişdir. Bundan sonra üzərində şəxsi axtarış davam etdirilmiş, lakin başqa heç bir dövriyyəsi qadağan edilmiş qanunsuz əşya aşkar edilməmişdir. Psixotrop maddə polis əməkdaşı tərəfindən elektron tərəzi ilə çəkilmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitə polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, doğruluğunu o və şəxsi axtarışda iştirak edən şəxslər imza etmişlər. Bundan başqa xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Harabe Pub” adlı kluba getmişdir. Orada tanışı Emiliya ilə rastlaşmışdır. Bir qədər söhbət etdikdən sonra klubun içərisində Emiliya ondan ayrılıb digər tanışları ilə oturmuşdur. O, da tək oturub bir qədər spirtli içki qəbul etmişdir. Aradan bir qədər keçdikdən sonra klubda bir nəfər tanımadığı şəxslə təsadüfən tanış olmuşdur. Aralarında olan söhbət zamanı həmin şəxsə psixotrop maddələrdən istifadə etdiyini bildirmişdir. Həmin şəxs ona istədiyi təqdirdə 20 manat müqabilində psixotrop maddə metamfetamin tapa biləcəyini demişdir. O, da həmin şəxslə razılaşıb psixotrop maddə tapmasını deyərək 20 manat pul vermişdir. Aradan təxminən yarım saat keçdikdən sonra saat 03 radələrində həmin şəxs ona bir ədəd kiçik ölçülü şəffaf sellofan paketin içərisində psixotrop maddə olan metamfetamin gətirmişdir. O, həmin paketdə olan psixotrop maddə metamfetamini həmin şəxsdən almışdır. Sonradan həmin kiçik ölçülü paketi açdıqda içərisində əlavə olaraq bir ədəd şəffaf sellofan bükümdə narkotik vasitə heroin də olduğunu görüb hər iki bükümü sonra özü istifadə etmək üçün əynində olan boz rəngli idman şalvarının sağ yan cibinə qoymuşdur. Aradan bir qədər keçdikdən sonra tanışı Tural da kluba gəlmişdir. Tural onunla salamlaşdıqdan sonra bir qədər söhbət etmişlər. Daha sonra o, Tural ilə klubdan çıxarkən Emiliya öz tanışı Abit adlı şəxslə onları tanış edərək küçəyə çıxmışlar. Onlar bir qədər gəzə-gəzə piyada yol getmişlər. O, üzərində narkotik vasitə və psixotrop maddə olması barədə onlara heç nə bildirməmişdir. Klubla üzbəüz parkda Tural ilə gəzişərkən oturacaqlardan birinin alt hissəsində yerdə bir ədəd mobil telefonun işığının yandığını görüb həmin telefonu yerdən götürmüşdür. Həmin telefon ağ rəngli İphone markalı mobil telefon olmaqla uçuş rejimində olmuşdur. Həmin telefonu sonradan sahibinə qaytarmaq üçün götürüb şalvarının sağ yan cibinə qoymuşdur. Bir qədər Emiliya, Tural və Abit ilə birlikdə gəzişdikdən sonra Yasamal rayonu ərazisindəki “Şahmat” məktəbinin qarşısına çatmışlar. Orada o, Turaldan mobil telefonunu taksi sifariş etmək üçün almışdır. Həmin vaxt polis əməkdaşları onlara yaxınlaşmışlar. O, cibində psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğu üçün qaçmağa başlamışdır. Digər uşaqlar isə orada qalmışlar. Bir qədər qaçdıqdan sonra polis əməkdaşları onu saxlayıb, orada olan Abit ilə birlikdə Yasamal rayon polis idarəsinin 26-cı Polis bölməsinə aparmışlar. Digər uşaqları, yəni Emiliya və Turalı orada sonradan görməmişdir. Polis əməkdaşlarının şifahi sorğusu zamanı o, geyindiyi şalvarın cibində metamfetamin və heroin olduğu üçün qaçmaq istədiyini etiraf etmişdir. Polis bölməsində olarkən müdafiəçi dəvət olunmuşdur. Sonradan polis bölməsinin inzibati binasında ona və tanışı Abitə videoçəkiliş ilə müdafiəçinin iştirakı ilə üzərlərinə şəxsi axtarış keçiriləcəyini izah etmişlər. Onlar da etirazları olmadığını bildirmişlər. Şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələri elan olunmuşdur. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı ondan üzərində qanunla qadağan edilmiş hər hansı əşya, maddə və ya predmet olub-olmamağı soruşulmuş, o, da əynində olan boz rəngli idman şalvarının sağ yan cibindən bir ədəd kiçik ölçüdə şəffaf sellofan paketdə içərisində narkotik vasitə heroin olan 1 ədəd şəffaf sellofan büküm və içərisində psixotrop maddə metamfetamin olan 1 ədəd şəffaf sellofan bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun təqdim etdiyi həmin bükümlər təhqiqatçı tərəfindən götürülmüşdür. Sorğu zamanı o, polis əməkdaşlarına üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamini Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Harabe Pub” adlı klubda olan zaman tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Bundan başqa üzərində olan bir ədəd Turala məxsus mobil telefon və bir ədəd yerdən tapdığı mobil telefon da götürülmüşdür. Bundan sonra üzərinə şəxsi axtarış keçirilən zaman qanunla qadağan olunmuş başqa heç bir əşya aşkar olunmamışdır. Daha sonra polislər onun təqdim etdiyi içərisində narkotik vasitə heroin və psixotrop maddə olan bükümü zərfə qoyaraq möhürləyib bu barədə protokol tərtib etmişlər. Bütün iştirakçılar kimi o, da həmin protokolun doğruluğunu öz imzası ilə təsdiq etmişdir. Bundan sonra onunla birlikdə 26-cı polis bölməsinə aparılmış tanışı Emiliyanın tanışı Abitin üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Abitin üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Etdiyi əməllərdən peşman olduğunu bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, skuteri oğurlamağı barədə İdraka heç nə deməmiş, skuterin özünə aid olduğunu demişdir. Elxan satmaq istədiyi "Samsung A 3" markalı mobil telefonu Elşən adlı tanışına göstərmək üçün aparmamışdır. Elxanla belə danışmış ki, o, Elşəni götürüb telefona baxması üçün Elxanın yanına aparmalı imiş, lakin Elşən telefon barədə ona məlumat versə də bəyənməyərək almaq istəmədiyini bildirmiş və danışdıqdan sonra çıxıb getmişdir. Elxanın anket məlumatlarını bilmədiyini, Elxanın mobil nömrəsini də unutduğunu, hazırda xatırlamadığını bildirmişdir. Ona təqdim olunmuş, skuterlə hərəkətdə olan zaman və digər görüntüləri əks etdirən videogörüntülərdə və fotoşəkillərdə olan şəxsin özü olduğunu bildirmişdir. O, skuteri oğurlayan zaman heç kimlə əlbir olmamış, həmin cinayəti tək törətmiş, başqa oğurluq cinayəti də törətməmişdir. xx.xx.2023-cü il tarixdə üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini şəxsi istifadəsi üçün əldə etmiş. O, heç vaxt kiməsə psixotrop maddə metamfetamin satmamış və verməmişdir. xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin özünə məxsusdur, xx.xx.2023-cü il tarixdə saat 03 radələrində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Harabe Pub” adlı klubda olan zaman tanımadığı şəxsdən 20 manat müqabilində almış, həmin bükümləri şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Onun narkotik vasitə və psixotrop maddə əldə etməsi barədə heç kimin məlumatı olmamışdır. xx.xx.2023-cü il tarixdə üzərindən aşkar olunmuş iki ədəd mobil telefondan birini, yəni ağ rəngli İphone markalı mobil telefonu parkda tapmış, digər qara rəngli İphone markalı mobil telefonu isə tanışı Turaldan danışmaq üçün götürmüşdür. Həmin telefon Turala məxsusdur. O, tanışları Tural, Emiliya, Abit və başqa hər hansı şəxs və ya şəxslərə üzərində olan narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən hədiyyə etməmiş, satmamış və ya hər hansı əvəz müqabilində verməmişdir. Ümumiyyətlə o, narkotik vasitə və ya psixotrop maddə satmır. Üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olması barədə yanında olan Emiliya, Tural və Abitin xəbəri olmamışdır. Polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilmədiyini bildirmişdir. (Cild İİ, i.v. 167-171) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli qismən etiraf etməsini, yəni onun üzərində 18 aprel 2023-cü il tarixdə psixotrop maddə olan metamfetamin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən şahidin ifadələri ilə, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi mülkiyyətin xüsusi mülkiyyət, dövlət mülkiyyəti və bələdiyyə mülkiyyəti kimi üç növünü nəzərdə tutmaqla toxunulmaz və dövlət tərəfindən müdafiə olunduğunu təsbit edir. Mülki qanunvericilikdə mülkiyyətin bütün formalarının bərabərliyi və mülkiyyət hüququnun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyi, həmçinin cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət-hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddiləşdiyindən mülkiyyət hüququ da əşya hüquqlarına aiddir. Bu səbəbdən mülkiyyətin müxtəlif obyektlərinə qəsd edən talama cinayətlərini çox vaxt əmlak cinayətləri adlandırırlar. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 177-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır; 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 21-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur.Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin təmiz çəkisi 0.335 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları”nın İİ siyahının 67-ci qrafasına əsasən təmiz halda 0,15 qram metafetamin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Cinayət işinin materiallarından göründüyü kimi iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metafetaminin təmiz çəkisi 1.098 qram təşkil etmişdir ki, qeyd olunan siyahılara əsasən, həmin miqdar Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, o cümlədən narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 177.1 və 234.1ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində CM-lə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İV hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza, törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. İş materiallarında olan: “Şübhəli olan şəxsin tutulması haqqında” 18 aprel 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 07:00-də tutulmuşdur. (Cild İİ, i.v. 19) “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Xətai RPİ-nin İstintaq şöbəsində istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Xətai RPİ-nin İŞ-nin baş müstəntiqi Rövşən Xanbabayevin 19 aprel 2023-cü il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilmişdir. (Cild İİ, i.v. 62- 63) “Qətimkan tədbirinin seçilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 64-65) “Şübhəli olan şəxsin tutulması haqqında” 07 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 04:15-də tutulmuşdur. (Cild İ, i.v. 33) “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 08 may 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal rayon polis idarəsinin müvəqqəti saxlama yerindən azad edilmişdir. (Cild İ, i.v. 93) Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 09 may 2023-cü il tarixli, 4(004)-354/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 may 2023-cü il tarixdən hesablanmaqla 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. (Cild İ, i.v. 101-105) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heçbir məlumat yoxdur. (Cild İ, i.v. 125) X3 tərəfindən təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan ödənilmiş və barışmışlar. Diplom və medallardan görünür ki, Təqsirləndirilən şəxs 2018-ci il tarixdə Boks üzrə “X15” Klubunun açıq birinciliyində 1-ci yer, 2018-ci il tarixdə “Rabitə” boks üzrə Azərbaycan birinciliyində 1-ci yer, 2018-ci il tarixdə Boks üzrə Bakı şəhər açıq birinciliyində 1-ci yer, 2020-ci il tarixdə boks üzrə Azərbaycan birinciliyində 1-ci yer və Gürcüstan Respublikasında keçirilmiş boks üzrə turnirdə 1-ci yerə layiq görülmüşdür. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş zərərin ödənilməsini, ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmalarını, müxtəlif turnirlərdə layiq görüldüyü diplomları, törətdiyi əməli qismən etiraf edərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cinayətlərin təkrar törədilməsini CM-nin 234.1-ci maddəsinə münasibətdə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə, Təqsirləndirilən şəxs məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini düzgün hesab edir. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş, ekspertiza tədqiqatından qalıq qalmış 0.285 qrаm heroin, 0.998 qram metamfetamin və 1.048 qram kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilməli, Yasamal RPİ-nin saxlancına verilmiş 01 ədəd “İphone X” mаrkаlı mobil telefon sahibi “Tural” adlı şəxs müəyyǝn edilənədək Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrasında saxlanmalı, 01 ədəd “İphone 8 plus” mаrkаlı mobil telefonun sahibi X9 qaytarılması nəzərə alınmalı, 03 ədəd DVD disk cinаyət işinin mаtеriаllаrındа saxlanılmalıdır. İş üzrə təyin edilmiş ekspertizalarının üzrə aparılmış tədqiqatların dəyəri olan 212 (iki yüz on iki) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş materinda olan protokollardan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə saat 07:00-da saxlanılaraq “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 19 aprel 2023-cü il tarixli qərarla azad olunmuş, bundan sonra Təqsirləndirilən şəxs 07 may 2023-cü il tarixdə saat 04:15-də saxlanılaraq “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi haqqında” 08 may 2023-cü il tarixli qərarla azad olunmuşdur. Qeyd edilən protokol və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə 24 saatdan artıq və 07 may 2023-cü il tarixdə 24 saatdan artıq saxlanılmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 18 aprel 2023-cü il tarixdə və 07 may 2023-cü il tarixdə şübhəli şəxs qismində saxlanılması hər dəfə 02 gün olmaqla ümumilikdə 04 gün ona təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti cəza saxlanılmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-in 177.1 və 234.1-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-in 56.1.2), barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Hacıyev Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Hacıyev Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKM ETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1ci maddələrində nəzərdə tutulan əməlləri törətməkdə təqsirli bilinərək CM-in 177.1-ci maddəsi ilə 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına və CM-in 234.1-ci maddəsi ilə 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 18 aprel 2023-cü il tarixdən 19 aprel 2023-cü il tarixədək olan 02 (iki) gün və 07 may 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək olan 02 (iki) gün cəmi 04 (dörd) gün müddət azadlıqdan məhrumetmə cəzasının bir günə bir gün hesabı ilə hesablanaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 09 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Yаsаmаl RPİ-nin mаddi sübutlаrı sахlаmа kаmеrаsınа təhvil vеrilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.285 qram narkotik vasitə heroin və 0.998 qram və 1.048 qrаm kustаr üsullu hаzırlаnmış psiхоtrоp mаddə mеtаmfеtаmin məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış və Yasamal RPİ-nin saxlancına verilmiş 01 ədəd “İphone X” mаrkаlı mobil telefon sahibi “Tural” adlı şəxs müəyyǝn edilənədək Yаsаmаl RPİnin mаddi sübutlаrı sахlаmа kаmеrasında saxlanılsın, 01 ədəd “İphone 8 plus” mаrkаlı mobil telefonun sahibi X9 qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut 03 ədəd DVD disk cinаyət işinin mаtеriаllаrındа saxlanılsın. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatların dəyəri olan 212 (iki yüz on iki) manat Təqsirləndirilən şəxs tutulmaqla dövlət büdcəsinə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 50 (əlli) saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 22 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə saxlanılan təqsirləndirlən şəxsə hökmün surəti ona verildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakim: Rauf Daşdəmirov