Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-415/2025 16.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X4 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Müdafiəçi – Bakı şəhəri Mərkəz vəkil bürosunun vəkili Müdafiəçi2 , Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2002-ci ildə Zərdab rayonu, Şıxbağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Zərdab rayonu, Şıxbağı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində nömrəsiz evdə kirayə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə tanışı Zərərçəkmiş şəxs yaşadığı ünvan 1 ünvanında 12 may 2025-ci il tarixdə qonaq kimi qaldığı zaman, həmin tarixdə saat 05 radələrində Zərərçəkmiş şəxs məxsus 2024-cü il Çin Respublikası istehsalı və 256 GB yaddaş tutumu olan, 2000 manat dəyərində bir ədəd “İphone 15 Pro” markalı mobil telefonu və 585 əyarlı, 3,9 qram çəkisi olan, 550 manat dəyərində bir ədəd kişi qızıl qolbağını gizli olaraq talayaraq zərərçəkmiş şəxsə ümumilikdə 2550 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “FS Club Badam” adlı idman zalı və hamamda kisəçi kimi işləmişdir. Zərərçəkmiş şəxs həmin idman zalına və hamama gəldiyi zaman sonuncu ilə müştəri kimi tanış olmuşdur. 11 may 2025-ci il tarixdə Rəsul hamamda istirahət edib çıxdıqdan sonra söhbət edərkən pivə içmək istədiyini və sifariş etmək istədiyini bildirmişdir. Həmin vaxtı gec saatları olduğundan hamamda sifarişin qəbul olunmayacağını və özünün də pivə içmək istədiyini Rəsula bildirmişdir. Rəsul isə onu başqa bir məkanda pivəyə qonaq edə biləcəyini bildirmiş və onlar razılaşdıqdan sonra sonuncunun idarə etdiyi avtomobillə Rəsulun yaşadığı mənzilinə getmişdir. Evə qalxmazdan əvvəl Rəsul mağazadan pivə almışdır. Onun Rəsulun evinə getməkdə məqsədi isə həmin vaxtı pula ehtiyacı olduğundan sonuncunun evindən hər hansı bir əşya yaxud pul oğurlamaq olmuşdur. Rəsulun mənzilində pivələri içdikdən sonra sonuncu ona taksi ilə çıxıb getməsini bildirsə də, o, hamamda gecələdiyini, hazırda isə içkili vəziyyətdə onu hamama qəbul etməyəcəklərini bəhanə edərək həmin mənzilində qalmaq istədiyini bildirmişdir. Rəsul onunla razılaşdığından o, həmin gecə qeyd olunan mənzilində qalmışdır. Yatmazdan əvvəl Rəsul qolunda olan qolbağı açaraq masanın üzərinə qoymuşdur. Rəsul yatdıqdan sonra, səhərə yaxın saatlarda o, həmin masanın üzərindən Rəsulun bir ədəd “İphone 15 Pro” markalı mobil telefonunu və qeyd olunan qızıl qolbağı götürüb mənzili tərk etmişdir. Evdən çıxmazdan əvvəl mobil telefonun üzərində olan sim nömrəni çıxarıb evdə masanın üzərinə qoymuşdur. O, həmin yeri tərk edərək özünün yaşadığı Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində nömrəsiz evə getmişdir. 12 may 2025-ci il tarixdə “20 Yanvar” metrostansiyasının yaxınlığında yerləşən lombarda gedərək 3,9 qram çəkidə və 585 əyarlı qızıl qolbağı orada öz şəxsiyyət vəsiqəsini təqdim edib, qızılın özünə məxsus olduğunu bildirib girov bileti əsasında girov qoyaraq 330 manat pul götürmüşdür. Bundan sonra o, yenidən öz evinə qayıtmışdır. Zərərçəkmiş şəxs məxsus mobil telefonu isə satmamış və özündə saxlamış, qızıl qolbağın satışından əldə etdiyi pulu isə şəxsi ehtiyaclarına xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənildiyini, ona qarşı şikayət və tələbin olmadığını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, təxminən bir ildən çoxdur ki, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsindəki “FS Club Badam” idman zalına məşq etmək üçün gedir. Həmin yerdə həmçinin hamam xidməti də fəaliyyət göstərir. Təxminən 6 aydır ki, həmin hamamda kisəçi işləyən Təqsirləndirilən şəxs ilə münasibəti vardır. Sonuncu dəfə 11 may 2025-ci il tarixdə axşam saatlarında həmin hamama istirahət etmək üçün getmiş, orada olduğu zaman Rəhmanla söhbət edərkən pivə içmək istədiyini bildirmişdir. Rəhman isə artıq gec saatları olduğundan hamamda sifariş qəbul edilməyəcəyini, özünün də, pivə içmək istədiyini lakin bunun üçün pulunun olmadığını bildirmişdir. O, isə Rəhmanı içkiyə qonaq edə bilcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra birlikdə özünün idarə etdiyi avtomobillə yaşadığı Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə küçəsinə getmişlər. Həmin yerdə olan kafelərə baxdıqda salonda müştərilərin çox olduğunu gördüyü üçün o, Rəhmana mağazadan pivə alaraq öz yaşadığı evdə içmələrini təklif etmişdir. Bundan sonra o, yaxınlıqdakı mağazadan pivə almış və birlikdə yaşadığı mənzilə getmişlər. Evdə pivələri içib bitirdikdən sonra o, Rəhmana taksi sifariş edərək evinə getməsini bildirmişdir. Rəhman isə idman zalında gecələdiyini, həmin vaxtı isə içkili olduğundan onu zala sərxoş vəziyyətdə qəbul etməyəcəklərini, yalnız səhər işə gedə biləcəyini deyərək onun evində gecələmək istədiyini bildirmişdir. O da Rəhmanın xahişini rədd etməyib evində qonaq etmişdir. O, yatmazdan əvvəl qolunda olan qızıl qolbağı açaraq mobil telefonu ilə birlikdə masanın üzərinə qoymuşdur. Səhər, yəni 12 may 2025-ci il tarixdə yuxudan oyandıqda isə Rəhmanın getdiyini görmüşdür. Mobil telefonunu istifadə etmək istədikdə isə telefonun və qolbağının yerində olmadığını görüb Rəhmanın oğurladığından şübhələndiyi üçün sonuncunun iş yerinə getmiş, orada Rəhmanın soyadı və atasının adını öyrənmişdir. Bundan sonra Rəhmanın onun mənzilindən oğurluq etməsi barədə DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış “İphone 15 Pro” markalı mobil telefon 2024-cü il Çin Respublikası istehsalı, 256 GB yaddaş tutumludur, o, həmin mobil telefonu xx.xx.2024-cü il tarixdə 2500 manata almış, hazırda isə həmin telefonun istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti 2000 manatdır. Bir ədəd qızıl qolbağın çəkisi 3,9 qram, 585 əyar olmaqla dəyəri 550 manatdır. Beləliklə də, oğurluq hadisəsi nəticəsində Təqsirləndirilən şəxs ona ümumilikdə 2550 manat maddi ziyan vurmuşdur. Hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək "xxxx" MMC-nin Bakı şəhəri, Nəsimi rayonu, Moskva prospekti 46 ünvanında yerləşən lombard fəaliyyəti ilə məşğul olan filialında operator vəzifəsində çalışır. Adını sonradan bildiyi Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə müştəri qismində həmin filiala gələrək özünə məxsus olduğunu bildirdiyi bir ədəd 585 əyarlı, 3,9 qram çəkidə qızıl qolbağı girov qoyaraq pul götürmək istədiyini bildirdi. O, həmin qolbağı dəyərləndirib girov bileti əsasında 330 manat pul verib qolbağı girov saxlamışdır. xx.xx.2025-ci il tarixdə polis əməkdaşları gələrək həmin qızıl qolbağın oğurluq olması barədə məlumat verilmiş və həmin qızıl üçün verilmiş borc pul tamamilə ödənilmişdir. Bundan sonra o, həmin qızıl qolbağı istintaqa təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 12 may 2025-ci il tarixli protokoldan görünür ki, oğurluq hadisənin baş verdiyi yer ünvan 1 ünvanıdır (i.v. 8-10). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 14 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 14). “Əşyanın götürülməsi və baxış keçirilməsi barədə” 14 may 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikasının Yasamal rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X5 Azərbaycan Respublikasının CPM-nin 51, 85-ci maddələrinin tələblərinə əsasən tərtib etmişdir həmin protokolu iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə ondan ötrü ki, icraatında olan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar sübut əhəmiyyətinə malik olduğuna görə Təqsirləndirilən şəxs təqdim etdiyi 2024-cü il Çin Respublikası istehsalı və 256 GB yaddaş tutumu olan, bir ədəd “İphone 15 Pro” markalı mobil telefon müstəntiq tərəfindən götürülmüşdür (i.v. 42-43). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 14 may 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin, İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X5 Azərbaycan Respublikası CPM-nin 51, 85.4.2, 240.6 və 241-ci maddələrinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə tanınmada iştirak edən xx.xx.1995-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda vəkil köməkçisi işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs iştirakı ilə iş üzrə götürülmüş bir ədəd “İphone 15 Pro” markalı mobil telefon vahid nüsxədə tanınmaya təqdim etmiş, tanıma başlamazdan əvvəl tanıyan şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 239.4-cü maddəsinə əsasən əvvəlcədən ifadə verməkdən imtina etməyə və bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297 və 298-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyəti, habelə özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında-xəbərdar edilmişdir. Tanınmaya aşağıda göstərilən əşya vahid nüsxədə təqdim edildi: “İphone 15 Pro” markalı mobil telefon. Tanıyan şəxs Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan əşya tanınmaya təqdim edildi və Zərərçəkmiş şəxs həmin mobil telefonu tanımaq təklif olundu. Zərərçəkmiş şəxs “iphone 15 Pro” markalı mobil telefonu tanıyaraq özünə məxsus evdən oğurlanmış mobil telefon olduğunu, həmin mobil telefonu görünüş və əlamətlərindən tanıdığını bildirdi (i.v. 45-46). Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus bir ədəd “İphone 15 Pro” markalı mobil telefonu 14 may 2025-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rüstəm Şıxəliyevdən təhvil almışdır (i.v. 47). “İfadənin yerində yoxlanılması haqqında” 16 may 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İstintaq Şöbəsinin müstətiqi, polis kapitanı X5, Yasamal RPİnin inzibati binasında Azərbaycan Respublikası CPM-nin 260-261-ci maddələrinə əsasən həmin protokolu tərtib etmişdir ondan ötrü ki, icraatında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 261-ci maddəsinə əsasən və CPM-nin 51-ci maddəsinin tələblərinə riayət etməklə iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlamış, ifadəsi yerində yoxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsinə əsasən hüquq və vəzifələri izah olundu. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatların hadisə yerində göstərməsi təklif olundu. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən Yasamal RPİ-nin inzibati binasından xidmətə avtomobilə əyləşərək ünvan 1 ünvanına getmişlər. Təqsirləndirilən şəxs həmin evi göstərib mənzil sahibi Zərərçəkmiş şəxsla birlikdə 11 may 2025-ci il tarixdə özünün çalışdığı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsində yerləşən “FS Club Badam” idman zalı və hamamdan birlikdə çıxaraq sonuncunun yaşadığı qeyd olunan mənzilə gəldiyini, evə pivə içdikdən sonra Rəsulun razılığı ilə həmin gecə orada gecələdiyini, 12 may 2025-ci il tarixdə saat 05 radələrində Rəsul yatdıqdan sonra masanın üzərindən ona məxsus bir ədəd “İphone 15 Pro” markalı mobil telefonu və bir ədəd qızıl qolbağını götürüb mənzili tərk etdiyini, mobil telefonu özündə saxlasa da, qızıl qolbağı həmin gün “20 Yanvar” metrostansiyası yaxınlığındakı lombarda girov qoyaraq 330 manat pul götürdüyü bildirdi. İfadənin yerində yoxlanması istintaq hərəkətinin foto görüntüləri mobil telefonla çəkilərək protokola əlavə edildi (i.v. 63- 64). “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” 23 may 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin, İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X5 Azərbaycan Respublikası CPM-nin 51,85.4.2, 240.6 və 241-ci maddələrinə əsasən tərtib etmişdir həmin protokolu ondan ötrü ki, icraatında Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə tanınmada iştirak edən xx.xx.1995-ci ildə Qax rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, Bakı şəhəri 14 saylı Vəkil Bürosunda vəkil köməkçisi işləyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs iştirakı ilə iş üzrə götürülmüş bir ədəd 585 əyarlı 3,9 qram çəkidə qızıl qolbağı vahid nüsxədə tanınmaya təqdim etmiş, tanıma başlamazdan əvvəl tanıyan şəxs Zərərçəkmiş şəxs Azərbaycan Respublikası CPM-nin 239.4-cü maddəsinə əsasən əvvəlcədən ifadə verməkdən imtina etməyə və bilə-bilə yalan ifadə verməyə görə Azərbaycan Respublikası CM-nin 297 və 298-ci maddələrində nəzərdə tutulan cinayət məsuliyyəti, habelə özünün, yaxud yaxın qohumlarının əleyhinə ifadə verməmək hüququ haqqında xəbərdar edildi. Tanınmaya aşağıda göstərilən əşya vahid nüsxədə təqdim edildi: bir ədəd 585 əyarlı 3,9 qram çəkidə qızıl qolbağ. Tanıyan şəxs Zərərçəkmiş şəxs yuxarıda qeyd olunan əşya tanınmaya təqdim edildi və Zərərçəkmiş şəxs həmin qolbağı tanımaq təklif olundu. Zərərçəkmiş şəxs bir ədəd 585 əyarlı 3,9 qram çəkidə qızıl qolbağı tanıyaraq özünə məxsus evdən oğurlanmış qolbağ olduğunu, həmin qolbağı xarici görünüş və əlamətlərindən tanıdığını bildirdi (i.v. 73-74). Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs özünə məxsus bir ədəd 3,9 çəkidə, 585 əyarlı qızıl qolbağı 23 may 2025-ci il tarixdə Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Rüstəm Şıxəliyevdən təhvil almışdır (i.v. 75). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X8 daxil olmuş 30 may 2025-ci il tarixli, 3-28-29/2-5328/2025 saylı məktubdan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü, Zərdab rayonu, Şıxbağı kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb (i.v. 79). “Sübutların qiymətləndirilməsi haqqında” 02 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 180.1-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, X2 barəsində Azərbaycan Respublikası CM-nin 177.2.1,32.5, 177.1 və 194.1-ci maddələri ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi, Zərərçəkmiş şəxs Aydı oğlunun iş üzrə zərərçəkmiş şəxs qismində tanınması barədə qərarın öz qüvvəsində saxlanılması, ona dəymiş ziyanın 2550 manat olaraq qəbul edilməsi və maddi ziyanın tamamilə ödənilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etirafedici ifadələri, Zərərçəkmiş şəxs ifadəsi, şahid X2 ifadəsi, baxış və götürmə keçirilməsi, baxış, tanımaya təqdim etmə və ifadənin yerində yoxlanılması protokolların iş üzrə əhəmiyyət kəsb etdiyi üçün sübut növü qismində qiymətləndirilməsi, Təqsirləndirilən şəxs götürülmüş bir ədəd “İphone 15 Pro” markalı mobil telefon və X1 götürülmüş bir ədəd 585 əyarlı, 3,9 qram çəkidə qızıl qolbağ cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab olunması və həmin əşyaların Zərərçəkmiş şəxs saxlancına verilməsinin nəzərə alınması, qərar barədə iş üzrə prosessual tərəflərə məlumat verilməsi və qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 80-86). Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, həmin ərizədə o, Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama - üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə-hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. İş materiallarında olan: “Cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında” 14 may 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqın aparılması üçün icraata qəbul edilmişdir (i.v. 1). “Materialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə” 14 may 2025-ci il tarixli qərardan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış material istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 12). “Şübhəli şəxsin tutulması haqqında” 14 may 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 14 may 2025-ci il tarixdə, saat 21:00-da tutulmuşdur ( i.v. 33). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 16 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 48). “Təqsirləndirilən şəxsin MSY-dən azad edilməsi və barəsində qətimkan tədbiri seçmə barədə” 16 may 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş xx xxxx 2002-ci ildə Zərdab rayonu, Şıxbağı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Zərdab rayonu, Şıxbağı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu, Xırdalan şəhəri, 20 Yanvar küçəsində nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilərək barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i.v. 60). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 26 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur (i.v. 78). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, gənc olmasını (CM-59.2), cinayət nəticəsində vurulmuş ziyanı könüllü olaraq tamamilə ödəməsini (CM-nin 59.1.13), zərərçəkmiş şəxslə barışıq əldə edilməsi (CM-nin 59.1.12) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, istintaq zamanı şübhəli şəxs qismində saxlandığı müddət bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanmalı (CM 69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 3,9 qram çəkidə 585 əyarlı qızıl qolbaq və bir ədəd “İphone 15 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Abşeron rayonunda çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını Bakı şəhəri Mərkəz Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 01 il 03 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 may 2025-ci il tarixdən 16 may 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlandığı 02 gün azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 gün ona təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 il 02 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Abşeron rayonu və Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış – 1 ədəd 3,9 qram çəkidə 585 əyarlı qızıl qolbaq və bir ədəd “İphone 15 Pro” markalı mobil telefonun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 08 iş saatına görə 88 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-415/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-415/2025
16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver