Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-417/2021 24.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üstündə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Yasamal rayonu “Nərimanov” heykəlinin yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,481 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üstündə saxlamaqla daşımış 09 avqust 2021-ci il tarixdə saat 18:30-dəqiqədə ünvan 2 ünvanın qarşısında Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin Yasamal RPİ-nin Cinayət Axtarışı Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ-nin inzibati binasına gətirilmiş, inzibati binada onun üstünə şəxsi axtarış aparılan zaman üzərində olan qara rəngli parça materialdan olan kənarları gümüşü rəngli dəmir olan əl çantasının içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş təmiz çəkisi 0,481 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o, təqribən 1 il 3 aydır ki, narkotik vasitə qəbul edir. Öz istifadəsi üçün narkotik vasitələri isə Bakı şəhəri ərazisində müxtəlif ərazilərdə və müxtəlif vaxtlarda tanımadığı şəxslərdən almışdır. Sonuncu dəfə isə 09 avqust 2021-ci il tarixdə günorta saatlarında Yasamal rayonu “Nərimanov” heykəlinin yaxınlığına getmişdir. Orada üzdən tanıdığı, narkotik maddələrin satışı ilə məşğul olduğunu bildiyi, heç bir anket məlumatlarını və əlaqə vasitələrini bilmədiyi şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində narkotik vasitə olan heroin almışdır. O, həmin şəxsə bir ədəd 10 manatlıq əskinas verdikdən sonra qeyd etdiyi həmin şəxs bir ədəd siqaretin gümüşü kağızına bükülmüş olan narkotik vasitə heroini ona vermişdir. O da, bundan sonra həmin bükümü götürdükdən sonra uzaqlaşmışdır və həmin bükümü üzərində olan qara rəngli əl çantasının içərisinə qoymuşdur. Həmin tarixdə saat 18:30 radələrində Bakı şəhəri Yasamal rayonu Qədirli küçəsi 2 ünvanının qarşısında olarkən 2 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər. Polis əməkdaşları onun narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirərək onu Yasamal RPİ-nin İnzibati binasına dəvət etmişlər. Yasamal RPİ-nin inzibati binasına gələn zaman xidməti otaqların birinə dəvət edilmişdir. Təhqiqatçı tərəfindən təkrarən ona hüquqları izah edildikdən sonra hüquqlarının müdafiə olunması üçün vəkil siyahısı təqdim edilmişdir və heç bir etirazı olmadığı üçün ona vəkil təyin edilmişdir. Bundan sonra isə saat 19:30-da təqdim edilmiş müdafiəçinin də iştirakı ilə şübhəli şəxs qismində saxlanılmağı elan olunmaqla hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı tərəfindən ondan üzərində olan qeyri-qanuni əşyaları onlara təqdim etməyi təklif edilibdir. Həmin vaxt təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkiliş aparılacağı izah edilmiş və o heç bir etiraz etmədiyindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi axtarış keçirilməsi başlanmışdır. O, da öz məsuliyyətini və etdiyi əməli dərk etdiyindən təhqiqatçının təklifindən sonra üzərində olan qara rəngli parça materialdan, kənarları dəmir olan əl çantasının içərisindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bağlamada olan bükümü könüllü olaraq təhqiqatçıya təqdim etmiş və həmin bükümdə narkotik vasitə olan heroin olduğunu və həmin narkotik vasitəni hansı yolla əldə etməyi barədə məlumat vermişdir. Bundan başqa isə həmin çantadan 01 ədəd prima markalı siqaret qutusunun içərisindən limon duzu, 01 ədəd 5 qramlıq içərisində maye olan tibbi şprist, 01 ədəd boş vəziyyətdə olan dərman qabınıda könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Daha sonra isə təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qeyri qanuni heç nə aşkar olunmamışdır. Sonra isə polis əməkdaşlarının və orada olan iştirakçıların da iştirakı ilə protokol tərtib edilibdir və o, doğruluğunu imza edərək təsdiq etmişdir. Onun üzərində olan və təqdim etdiyi içərisində narkotik vasitə olan siqaretin gümüşü rəngli kağızına bükülmüş bağlamada olan büküm, 01 ədəd prima markalı siqaret qutusunun içərisindən limon duzu, 01 ədəd 5 qramlıq içərisində maye olan tibbi şprist və 01 ədəd boş vəziyyətdə olan dərman qabı zərfə qoyularaq möhürlənib və protokolla birlikdə götürülübdür. O, tutularkən və polis bölməsində olarkən, istərsə də MSY-də saxlanılarkən ona heç bir zor tətbiq edilməyibdir. Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və atasının İ-ci qrup əlil omasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. 09 avqust 2021-ci il tarixdə xidmət etdiyi Yasamal RPİ-nin CAŞ-nə xidməti ərazidə Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumat barədə dərhal tərəfindən raport əsasında idarənin rəhbərliyinə məruzə edilərək məlumatın yoxlanılması və Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat qrupu yaradılmaqla əməliyyat tədbirinin keçirilməsinə icazə verilməsini xahiş etmişdir. Həmin məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul edildikdən sonra həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilməklə Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili polis mayoru Şahid2 oğlundan ibarət əməliyyat qrupu yaradılmışdır. Bununla bağlı o, 09 avqust 2021-ci il tarixdə polis əməkdaşı Şahid2la birlikdə xidməti ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamış və həmin gün saat 18:30-da əməliyyat məlumatında bildirilən zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin ünvan 4 ünvanının qarşısında piyada hərəkət etdiyini görüb dərhal ona yaxınlaşaraq saxlamışdırlar. Həmin şəxsin şəxsiyyəti ilə maraqlandıqda müəyyən olunmuşdur ki, o, 19.12.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs oğludur. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz əldə olunmasında və istifadəsində şübhəli olması barədə Yasamal RPİ-nə məlumat daxil olması barədə məlumat verilmiş və onlarla bərabər Yasamal RPİ-nin inzibati binasına getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs onların təklifinə razılıq verdiyi üçün onlarla birlikdə Yasamal RPİ-nə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs saxlanılaraq idarəyə gətirilməsi barədə tərəflərindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi X6 baş təhqiqatçısı, polis mayoru Əli Məmmədova həvalə olunmuşdur. Bununla bağlı, X12 Baxşiyevin üzərində şəxsi axtarış keçirilməmişdən əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək vəkillərin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etməkdən ötrü Bakı şəhəri Mərkəz Vəkil Bürosnun vəkili Müdafiəçi tərəfindən dövlət büdcəsi hesabına müdafiə olunmasını istədiyindən təhqiqatçı Əli Məmmədov vəkil Müdafiəçi Yasamal RPİ-nə dəvət etmişdir. Əli Məmmədov tərəfindən Təqsirləndirilən şəxs 09 avqust 2021-ci il tarixdə saat 19:30 şübhəli şəxs qismində tutularaq, ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra video yazan texniki vasitə kimi «Samsung» markalı mobil telefonun video çəkmə funksiyasından istifadə edilərək çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirməyə başlayarkən ona təhqiqatçı tərəfindən təklif olunmuşdur ki, əgər üzərində qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə varsa onda könüllü çıxarıb təqdim etsin. Təqsirləndirilən şəxs da həmin təklifi qəbul edərək üzərində olan qara rəngli parça materialdan kənarları gümüşü rəngli dəmir olan əl çantasının içərisindən 01 ədəd 5 qramlıq içərisində maye olan tibbi şprist, 01 ədəd “Prima” markalı siqaret qutusunun içərisindən limon duzu, 01 ədəd boş vəziyyətdə şüşə dərman qabı, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edərək, həmin bir ədəd bükümdə narkotik vasitə heroin olduğunu bildirmişdir. 01 ədəd büküm təhqiqatçı tərəfindən açılan zaman içərisində tünd qəhvəyi rəngli, tozşəkilli, spesikif qoxuya malik maddə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Yasamal rayonu ərazisində yerləşən Nərimanov heykəlinin yaxınlığında adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Əli Məmmədov tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən qeyri qanuni heç bir əşya aşkar edilməmişdir. Daha sonra isə keçirilmiş şəxsi axtarışla və qara rəngli parça materialdan kənarları gümüşü rəngli dəmir olan əl çantasının içərisində olan kütlələrin Təqsirləndirilən şəxs aşkar olunub-götürülməsi ilə bağlı Əli Məmmədov tərəfindən müvafiq protokol tərtib olunmaqla ondan aşkar olunmuş həmin kütlələr qablaşdırılmış və möhürlənərək götürülmüşdür. O da, şəxsi axtarışda iştirak etmiş, bütün şəxslər kimi həmin protokolu öz imzası ilə təsdiq etmişdir. Həmçinin şəxsi axtarış və götürmə aparılarkən videoyazan texniki vasitə olan «samsung » markalı mobil telefonun video çəkmə funkiyası ilə çəkilmiş görüntü diskə köçürülərək protokola əlavə edilmişdir. Təqsirləndirilən şəxs həm əvvəllər həmdə saxlanıldığı dövrdə narkotik vasitələrin satışı ilə məşğul olmasına dair heç bir əməliyyat məlumatı daxil olmadığını, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitəni satan şəxsi və onun narkotik vasitəni əldə edib satması müəyyən etmək mümkün olmamışdır Məhkəmə islasında şahid qismində dindirilmiş Şahid2 oğlu Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərdiklərini öz ifadəsində bir daha təsdiq etmişdir. Cinayət işinin 22-ci vərəqəsində olan 09 avqust 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 73-75-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 09 avqust 2021-ci il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 38-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/3402 saylı, 10 avqust 2021-ci il tarixli ekspertiza rəyinə əsasən müəyyən olmuşdur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Arayışlar üçün 42 N-li dairəvi möhür əksi “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” sözləri, soyad və imza qeyd edilmiş bir ədəd kağız paketin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,481 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Təqsirləndirilən şəxs üzərindən götürülmüş ekspertiza tədqiqatına 0,05 qram sərf edildikdən sonra qalıq 0,431 qram çəkidə narkotik vasitə heroin qalığı 10.08.2021-ci il tarixdə bağlamaya qoyularaq möhürlənib qaytarılmışdır. Cinayət işinin 38-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri müvafiq olaraq 65.0 (altmış beş) manat təşkil etmişdir. Cinayət işinin 97-106-cı vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 14 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroin və 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, 01 (bir) ədəd disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 95-96-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X10 şəxsi Ambulator X3 ekspert komissiyasının 04 setyabr 2021-ci il tarixli, 3257 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin nəticələnən asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Lakin, hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətinin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 88-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 14 avqust 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işinin materiallarında olan 011833 saylı vəsiqənin surətindən görünür ki, X8 (Təqsirləndirilən şəxs atası) İ qrup əlildir. Cinayət işinin materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, videoçəkiliş 12 avqust 2021-ci il tarixdə saat 19:30-da Yasamal RPİ-nin inzibati otaqlarından birində qeydə alınmışdır. Baxış zamanı diskdə 01 ədəd mp4 VTS_1.1 VOB yazılmış 06 dəqiqə 40 saniyə video fayl vardır. Həmin video faylda olan görüntülərdən görünür ki, Yasamal RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Əli Məmmədov, Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2 oğlunun, Yasamal RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1, Müdafiəçi iştirakları ilə 09 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİnin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını elan edir. Təhqiqatçı çəkilişin Samsung markalı mobil telefon vasitəsi ilə aparılacağını qeyd edir. Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra təhqiqatçı hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşur, Təqsirləndirilən şəxs isə heç bir vəsatətinin və ya etirazının olmadığını bildirir. Daha sonra təhqiqatçı Azərbaycan Respublikası CPM-nin 246-cı maddəsində nəzərdə tutulan müddəaları elan edir. Bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilir və onların üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa könüllü təqdim etməsi təklif edilir. Həmin təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan qara rəngli parça materialdan kənarları gümüşü rəngli dəmir olan əl çantasını könüllü olaraq masanın üzərinə qoyur. Şübhəli şəxs həmin çantadan içərisində maye olan tibbi şpristi təqdim edərək həmin mayenin su olduğunu, bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü təqdim edərək həmin bükümdə narkotik vasitə heroin olduğunu, həmin bükümü Yasamal rayonu Nərimanov heykəlinin yaxınlığında adını və anket məlumatlarını bilmədiyi şəxsdən 10 manat pul ödəyərək əldə etdiyini, həmin narkotik vsitəni şəxsi istifadəsi üçün əldə etdiyini, 1 il 3 aydır ki, narkotik vasitə qəbul etdiyini bildirir. Daha sonra boş olan şüşə qabı təqdim edərək həmin şüşə qabda narkotik vasitə hazırlayacağını, Prima markalı siqaretin qutusunun içərisində sarı rəngli paketi təqdim edərək həmin paketdə limon duzu olduğunu, limon duzunu narkotik vasitə hazırlayarkən istifadə etdiyini bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılır lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükülüyə baxış zamanı tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlənin olması aşkar edilir. Həmin bükülü boş olan ağ rəngli zərfin içərisinə qoyularaq DİN-in Zərflər üçün 42 saylı möhürü ilə möhürlənib imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülür. Qablaşdırılmış zərflər Təqsirləndirilən şəxs Müdafiəçi, polis əməkdaşları tərəfindən imzalanır. Daha sonra təhqiqatçı içərəsində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdiyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşımaya görə cinayət məsuliyyətini müəyyən edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini və atasının İ-ci qrup əlil omasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının 09 avqust 2021-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəzaçəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X3nın 04 setyabr 2021-ci il tarixli, 3257 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,431 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 65.0 (altmış beş) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Ş.T.Əliyevaya dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili Ş.T.Əliyevaya məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 09 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,431 qram çəkidə narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 65.0 (altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs hüquqi xidmətə görə Bakı şəhər 4 saylı Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 50 saata görə 300 (üç yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhər 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-417/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-417/2021
24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver