Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-418/2024 06.11.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədli Orxan Qədir oğlunun sədrliyi, Şükürov Rauf Azər oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-cü ildə Ağdam şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 9 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 03 ay müddətinə və Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinib 07 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək cəza çəkdiyinə baxmayaraq törətdiyi həmin cinayətə görə qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülmədən və ödənilmədən yenidən qəsdən etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını vahid niyyətlə ələ keçirmək məqsədi ilə məhkumluq yoldaşı olan Zərərçəkmiş şəxs maddi imkanının yaxşı olduğunu və onun Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 09 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib çəzadan azad edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasına müraciət etdiyini bildikdən sonra Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək cəzadan azad edilməsinə köməklik göstərəcəyinə dair yalan vəd verib onu aldadaraq bu adla Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixdə 3.000 manat, 2022-ci ilin dekabr ayının əvvəllərində isə hissə-hissə 3.000 manat olmaqla ümumilikdə 6.000 manat məbləğində pulu ünvan 2 ünvanında yerləşən pul köçürmə terminalı vasitəsi ilə tanışı Şahid2 adına olan "xxxx" ASC-yə məxsus 416974******2026 nömrəli bank kartına göndərilməklə hissəhissə ümumilikdə vahid niyyətlə əhatə olunan qəsdlə 6.000 manat məbləğində pulunu alıb ələ keçirərək Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmənin iclasında Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, ona 3000 manat pul gəlib çatıb, qalan 2000 manat pulu cəzaçəkmə müəssisəsində almışdır. Cəmi 5000 manat puldur. Demişdir ki, yaxın adam var, şəxsin əfvə salınmasına yardım edəcək. 5000 manat məbləği etiraf edir, 6000 manat düzgün məbləğ deyil. Şahid2 qonşusu olmuşdur. Ondan başqa yardım etmək istəyən olmadı. Uzun müddət qonşuluq münasibəti olub. Zülfiyyə xanım həbsdə olmağını bilirdi. Şahid2 ancaq kartın kodunu demişdi, onu hər hansı qeyri-leqal halın olmaması barədə arxayın saldı. Anasının və digər yaxınlarının bu pul söhbətlərindən xəbəri olmasını istəmirdi. Pulu hissə-hissə götürmüş, məbləğ 5000 manatı keçməyib, müstəntiq onu hədələdiyi üçün 6000 manat yazdı. Əlavə olaraq təqsirləndirilən şəxs bildirdi ki, 2000 manat pulu Zərərçəkmiş şəxs özündən almış, Sahib də həmin pulu öz ailə üzvlərindən almışdır. Mülki iddianı qəbul etmir. Əməlindən səmimi peşman olmasını, atasının şəhid olmasını nəzərə alaraq, barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, onu rəisin yanına çağırmışdılar. Oğlu xəstə idi. Həkim üçün pul götürmüşdür. X13 Elvinin anası gəlib onu günahlandırıb. Rəis də buna görə hüquqi müstəvidə yazılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs ondan güldən ağır söz eşitməyib. Hətta cəzaçəkmə müəssisəsində birgə oturacaqları olmuşdur, həmişə qarşılıqlı hörmət olmuşdur. Sonradan Elvin kimlərinsə sözü ilə hərəkət etməyə başlayıb. Hazırda vəziyyəti səhhət baxımından çox ağırdır. Məhkəmə iclasına 6 iynə vurub gəlmişdir. Axırıncı mərhələ şəkər xəstəsidir. Pulu həyat yoldaşı Amaliya ötürüb. Amaliya Şahid2 kartına 3000 manat pul göndərib, 1000 manat da sonra əlavə verib. Ümumi 4000 manat onlayn göndərilib, 2000 manat isə nağd qaydada verilib. Kartdan çıxarış oluna bilər. İstintaqda yoldaşı ilə bərabər 6000 manat kart vasitəsilə verildiyini qeyd eləmişdir. Cəzaçəkmə müəssisəsinin adının hallanmamasına çalışırdı. Hazırda şikayətçidir, vurulmuş ziyanın ödənilməsini tələb edir, təqsirləndirilən şəxsin cəzalanmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs qonşusu olaraq tanıyır. Digər şəxs Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxs ona 9 saylı cəzaçəkmə müəssisəsindən zəng edərək bank kartı lazım olduğunu deyib. Anasının xəbəri olmasını istəmirdi. O, ona yardım etmək qərarına gəlmişdir. İlk dəfə 3000 manat çatdırıb. Aparıb özünə vermişdir. Daha sonra Şahid2 bildirmişdir ki, həm 3000 manatı, həm də 1000 manatı aparıb Elvinə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, iş barədə çox gec xəbərdar olmuşdur. O, zərərçəkmiş Zərərçəkmiş şəxs cəmi bircə dəfə görmüşdür. Elvin ona demişdi ki, Sahib otaq yoldaşıdır. O, Elvini ona tapşırmışdır. Zərərçəkmiş Zərərçəkmiş şəxs onun əlaqəsi olması barədə yalan deyir. Oğlu Elvin ona ancaq bisetka söhbəti haqqında danışmışdır. Amma pul söhbətlərindən xəbərdar olmamışdır. Hadisələri eşidəndə şoka düşmüşdür. Əgər deyildiyi kimi olsa idi, yəni onun kiməsə məhkumluğu ilə bağlı kömək etməyə şəraiti olsa idi, birinci oğluna kömək edərdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2022-ci ilin dekabr ayında yoldaşı zəng edərək ondan 3000 manat pul istəmişdir. Həmin pulu dekabr 6-ı köçürtmüşdür. 2 gün sonra axşam vaxtı yoldaşı Elvinlə birgə zəng edib və Elvinin səsini eşidirmiş. Telefonda yenə ondan 1000 manat istəyib. Səhərisi gün kartına otuzdurublar. Qadın deyib zəng vuracayıq. Ümumi 4000 manatı özü köçürmüşdür. Qalan söhbətlərdən xəbəri yoxdu. Yerdə qalan 2000 manat barədə yoldaşı özü bilir. Ayda müəyyən məbləğlər yoldaşının özünə göndərmişdir. Bəzən 1000, bəzən isə 1500 manat. Kartın sahibi Zülfiyyə idi. Başqa pul göndərməmişdir. Arif Şükürov qaynının oğludur. Onun kartından istifadə etmişdir. 1000 manatı ona zəng gələndən sonra qaynının oğlu ilə karta vurdu. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli X1 tərəfindən yazılmış etiraf ərizəsində sonuncu Zərərçəkmiş şəxs onun üçün iş görmək məqsədi ilə 6.000 manat pul vəsaiti aldığını etiraf edərək 10 yanvar 2024-cü il tarixədək qaytaracağını bildirmişdir. İş materiallarına əlavə edilmiş 20598 qəbzdən görünür ki, xx.xx.2022-ci il tarixdə Ə***** Z***** E***** qızının adına olan "xxxx" ASC-yə məxsus 416974******2026 nömrəli plastik bank kartına 3.000 manat pul vəsaiti mədaxil edilmişdir. İş materiallarına olan "xxxx" ASC-dən götürülmüş Şahid2 adına qeydiyyata alınmış bank hesabına dair maliyyə əməliyyatları barədə sənədlərdən görünür ki, 416974******2026 nömrəli plastik bank kartı hesabına xx.xx.2022-ci il tarixdə 3.000 manat pul vəsaiti, xx.xx.2022-ci il tarixdə isə 1000 manat pul vəsaiti mədaxil edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərər çəkmiş şəxslərin və şahidlərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər 3 dəfə məhkum edilmişdir. Sonuncu dəfə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(101)-1265/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 07 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının başlanğıcı 10 dekabr 2021-ci il tarixdən hesablanmışdır. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. Cəzaçəkmə müddətinin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs cəzasını xx.xx.2029-cu ildə bitirməli idi. Bununla da Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixə ona təyin olunan cəzasının 2 (iki) il 10 (on) ay 27 (iyirmi yeddi) gününü çəkmiş, cəzasının 4 (dörd) il 7 (yeddi) ay 4 (dörd) gün hissəsi çəkilməmiş qalmışdır. Həmçinin Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ücün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar ücün - ciddi rejimli cəzacəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeyinə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. İş materiallarında olan Elektron Çıxarışa əsasən Təqsirləndirilən şəxs xx.xx.2008-ci il təvəllüdlü X8 qızı, xx.xx.2015-ci təvəllüdlü X2, xx.xx.2020-ci il təvəllüdlü X4 adlı uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ailəli olmasını və 3 uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Hazırkı iş üzrə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri mövcud deyildir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs cəzasının əvvəlinin xx.xx.2021-ci il tarixdən hesablanması, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərə alınmışdır. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış 20598 nömrəli qəbzin və Təqsirləndirilən şəxs ərizəsinin sürətləri cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Bundan əlavə cinayət işi üzrə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qarşı mülki iddia verərək, mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs qarşı törədilmiş dələduzluq cinayət əməli nəticəsində dəymiş 6000 manat pulun mülki cavabdeh (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs tutularaq onun xeyrinə ödənilməsinə dair mülki iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsi xahiş etmişdir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə və ya ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduğu hallarda mülki iddia verməyə haqlıdır. Həmin Məcəllənin 179.1 və 179.2-ci maddələrinin tələblərinə əsasən, cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Eləcə də, Mülki-Prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar CPM-də nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Həmin Məcəllənin 179.3-cü maddəsinə əsasən, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 354.1 və 354.1.1-ci maddələrinə görə, məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq iddianın tam və ya qismən təmin edilməsi əks etdirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə hesab edir ki, həmin mülki iddia təmin edilməlidir. Belə ki, iş üzrə təsdiq edilir ki, 6.000,00 manat maddi ziyan vurulmaqla dələduzluq edilmiş, həmin məbləğ zərəçəkənə qaytarılmadığı üçün, həmin məbləğ təqsirləndirilən şəxsdən tutulub, zərərçəkmiş şəxsə ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, məhkəmə məsrəfi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 23 avqust 2022-ci il tarixli 1(101)- 1265/2022 saylı hökmü ilə təyin olunmuş 7 (yeddi) il 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasını hazırkı hökmlə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasına qismən birləşdirilərək, onun üzərində qəti olaraq 8 (səkkiz) il müddətində azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 10 dekabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkməsi və bu səbəbdən barəsində qətimkan tədbirinin seçilməməsi nəzərə alınsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs vurulmuş ziyana görə 6.000,00 manat tutulub zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs verilsin. İş üzrə maddi sübut kimi tanınmış 20598 nömrəli qəbzin və Təqsirləndirilən şəxs ərizəsinin sürətləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Ruslan Vəliyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə saxlanılan təqsirləndirilən şəxsə təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Orxan Məmmədli
Məhkəmə qərarları › İş №1(004)-418/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-418/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver