Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-418/2025 19.11.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1947-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, "xxxx" MTK-nın sədri işləyir, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 259.2.3 və 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, öz qulluq mövqeyindən istifadə etməklə, bioloji inkişafda olmuş, meşə fonduna daxil olmayan, yaşıllıqların mühafizəsi sahəsində yerləşən ağacları qanunsuz kəsərək (götürərək) külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, öz qulluq mövqeyindən istifadə etməklə xx.xx.2024-cü il tarixdə sədri olduğu, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MTK tərəfindən, Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında inşa edilmiş yaşayış binasının arxasında yerləşən, "xx.xx.2002-ci il tarixli JN0916 nömrəli KOD 01100003 saylı X12 Hüququna Dair" Dövlət Aktına əsasən, həmin MTK-ya daimi istifadə edilməsi üçün verilmiş, lakin çıxarış üzrə mülkiyyətində olmayan ərazidən, bioloji inkişafda olmuş, meşə fonduna daxil olmayan, yaşıllıqların mühafizəsi sahəsində yerləşən ümumilikdə 116 ədəd Ayland cinsli ağacları kəsdirərək, "Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”-nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarına əsasən Bakı, Sumqayıt və Gəncə şəhərləri ərazisində qanunsuz kəsilməsinə görə 3 dəfə artırılıb hesablanmaqla, yəni diametri 0-4 sm və hər birinin qiyməti 160 manat olmaqla 36 ədəd ağacların kəsilməsinə görə 17280 (160x3x36) manat, diametri 5-8 sm və və hər birinin qiyməti 200 manat olmaqla 36 ədəd ağacların kəsilməsinə görə 21600 (200x3x36) manat, diametri 9-12 sm və hər birinin qiyməti 240 manat olmaqla 21 ədəd ağacların kəsilməsinə görə 15120 (240x3x21) manat, diametri 13-16 sm və hər birinin qiyməti 300 manat olmaqla 8 ədəd ağacların kəsilməsinə görə 7200 (300x3x8) manat, diametri 17-20 sm və hər birinin qiyməti 360 manat olmaqla 8 ədəd ağacların kəsilməsinə görə 8640 (360x3x8) manat, diametri 21-24 sm və hər birinin qiyməti 400 manat olmaqla 5 ədəd ağacların kəsilməsinə görə 6000 (400x3x5) manat, diametri 42 sm və qiyməti 1000 manat olmaqla 1 ədəd ağacın kəsilməsinə görə 3000 (1000x3x1) manat və diametri 48 sm və qiyməti 1600 manat olmaqla 1 ədəd ağacın kəsilməsinə görə 4800 (1600x3x1) manat olmaqla 116 ədəd Ayland cinsli ağacları kəsdirməsi nəticəsində təbiətə 83640 (səksən üç min altı yüz qırx) manat olmaqla külli miqdarda ziyan vurulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, memardır və 1997-ci ildə yaradılmış "xxxx" MTK-nı təsis etmişdir. Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən yaşayış binası 1998-ci ildə "xxxx" MTK tərəfindən inşa edilmişdir. Həmin bina ilkin olaraq beş blokdan ibarət olmuş, 6cı blokun bünövrəsi inşa edilsə də, yarımçıq vəziyyətdə qalmışdır. Həmin binadan kənarda yerləşən torpaq sahəsində qazanxana inşa edilmişdir. Qazanxananın arxasına xeyli sayda zibil atılmışdır. Bununla əlaqədar dövlət qurumuna ərazinin təmizlənməsi ilə bağlı dəfələrlə müraciət etmişdir. 2024-cü ilin noyabr ayında ölkədə keçirilən “COP29” ilə əlaqədar olaraq ərazinin zibillikdən təmizlənməsi məqsədi ilə üçün qonşular ona müraciət etmiş, o da sözügedən ərazini öz hesabına təmizlətdirməyi öhdəsinə götürmüşdür. Bununla əlaqədar xx.xx.2024-cü il tarixdə fəhlələr dəvət edib tapşırmışdır ki, binanın həyətində, həyətdən təxminən 2 metr hündürlükdə olan ərazidə qazanxananın ətrafını zibillərdən təmizləsinlər. Oraya təmizlik işləri görməsi üçün dəvət etdiyi iki fəhlə orada cəmi 10-15-dəqiqə işləmiş, tikanlı kol-kosları və zibil tullantılarını təmizləmişlər. Həmin vaxt fəhlələr orada kəsilmiş ağacları görmüş və ona məlumat vermişdirlər. O, təmizlik işlərinin aparıldığı əraziyə keçə bilməmiş, fəhlələrə həmin ağacları bir yerə yığmasını tapşırmışdır. Təmizlik işləri aparılan vaxt fəhlələrin əlində heç bir alət belə olmamışdır. Bundan sonra ona zəng gələrək bildirilmişdir ki, həmin fəhlələr polislər tərəfindən aparılmışdır. Həmin gün o, axşama qədər Polis Bölməsində qalmışdır. Səhəri gün Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Cavad adlı şəxs ona zəng edərək ağacların kəsildiyi əraziyə gəlməsini və oraya birlikdə baxış keçirmələrini təklif etmişdir. O isə həmin əraziyə keçə bilməyin çətin olduğunu bildirərək özlərinin əraziyə baxış keçirməsini və kəsilən ağacları qeyd etmələrini demişdir. Bundan sonra Nazirliyin nümayəndəsi ona kəsilən ağacların adının Ayland olduğunu bildirmiş, o isə orda ağac olmadığını, sadəcə kol-kos olduğunu bildirmişdir. Sonradan o, Nazirliyin nümayəndəsinə inanaraq izahatında sözügedən ərazidə Ayland ağacının kəsildiyini qeyd etmişdir. Lakin onun həmin ağacın görünüşü, xüsusiyyətləri barədə heç bir məlumatı olmamışdır. Üç gündən sonra Nazirliyin nümayəndəsi gələrək aparılan araşdırma zamanı həmin ərazidən 116 ədəd Ayland cinsdən ağacların kəsilməsi qeyd olunmuş Akt tərtib etmişdir. O, həmin aktı imzalamaqdan imtina etmişdir. Çünki həmin ərazidə Ayland cinsli ağacları kəsdirməmişdir. Həmin ərazidə hündür kollar və zibillər olduğu üçün orada narkotik vasitələrdən istifadə edən şəxslərin yığışmamaları və ərazinin ümumi təmiz olması üçün ərazidə yalnız tikanlı kol-kosları və ərazinin zibil tullantı olan yerlərini təmizlətmişdir. O, orada Ayland cinsli ağacların olduğunu görməmişdir. O, ərazidə təmizlik işləri gördürən zaman kəsilmiş ağacların olmasını müşahidə etmiş və həmin ağacların ərazinin arxa tərəfində tikilən ev sahibləri tərəfindən kəsildiyini düşünmüşdür. Məhkəmə iclasında cinayət işinin materiallarına əlavə edilmiş fotoşəkillərə baxan zaman Təqsirləndirilən şəxs müəyyən ağacların onun tapşırığı ilə kəsildiyini, lakin onların ağac deyil, kol-kos olduğunu, diametri qalın olan ağacların kəsilməsindən xəbəri olmadığını bildirmişdir. İş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının qarşısında ağacların qanunsuz kəsilməsi faktı barədə Şahid9 və Şahid10 tərəfindən çağrı mərkəzinə daxil olan məlumat əsasında qeyd olunan ünvanda ETSN-nin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şahid7, "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs və onun iştirakı ilə baxış keçirilmiş və kəsilmiş ağacların növü və ölçüləri müəyyən edilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, ərazidə mövcud olmuş Ayland cinsli ağaclar qanunsuz olaraq kəsilmişdir. Təqsirləndirilən şəxs bununla bağlı yazılı izahat vermiş eləcə də bildirmişdir ki, ərazinin tullantılardan təmizlənməsi və abadlaşdırılması məqsədilə sözügedən ərazidə olan kol-kosları kəsmişdir. Onlar tərəfindən Təqsirləndirilən şəxs kəsdiyi kol-kosların Ayland cinsli ağaclar olduğunu izah olunmuşdur. Sözügedən əraziyə keçmək çətin olduğundan orada yerləşən kötükləri Təqsirləndirilən şəxs göstərmək mümkün olmadığından, onlar Təqsirləndirilən şəxs "xxxx" MTK-ya məxsus ərazidə yarımçıq saxlanılmış tikintidə yerləşən və sağlam vəziyyətdə olan Ayland cinsindən olan ağacları göstərmişlər. Bundan sonra ümumilikdə 116 ədəd ağacın kəsilməsi nəticəsində “Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydası”-nın təsdiq edilməsi haqqında qərara əsasən Bakı, Sumqayıt və Gəncə şəhərləri ərazisində qanunsuz kəsilməsinə görə 3 dəfə artırılmaqla hesablanmışdır. Beləliklə, ağacların kəsilməsi nəticəsində ümumilikdə 83640 manat maddi ziyan vurulması hesablanmış və toplanmış materialları hüquqi qiymət verilməsi üçün Baş Prokurorluğa göndərilmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş ETSN-nin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin məsləhətçi-müfəttişi Şahid7 zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yaşamışdır. Hazırda ailə vəziyyəti ilə əlaqədar oraya gəlib-gedir, daimi yaşamır. Həmin bina "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs tərəfindən inşa olunmuşdur. Həmin binanın ərazisi Təqsirləndirilən şəxs tərəfindən abadlaşdırılmışdır. Lakin binanın arxa tərəfini kol-kos basmış və xoşagəlməz şərait yaranmışdır. Bununla əlaqədar o, Təqsirləndirilən şəxs ilə görüşərək, binanın arxa həyətini kol-kos basdığını bildirib ətrafı gözəlləşdirmək adına həmin ərazini niyə təmizlətdirmədiyini soruşmuşdur. Bu söhbətdən sonra dəqiq xatırlamadığı tarixdə sözügedən ərazidə bir fəhlənin zibil tullantıları və tikanlı kol-kosları təmizlədiyini müşahidə etmişdir. Günortadan sonra o, həmin fəhlənin orada olmadığını görüb Aidə xanıma zəng edərək harda olduğunu soruşmuş, Aidə xanım isə ona fəhlənin polislər tərəfindən tutulub aparıldığını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, sözügedən ərazidə ağac olmamış, ancaq kol-kos olmuşdur. Hazırda həmin binada daimi olaraq yaşamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o fəhlədir. Bəzən Təqsirləndirilən şəxs onu yük daşımaq və ya boşaltmaq, həmçinin təmir işləri ilə əlaqədar çağırmışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs onu çağıraraq evində mebel daşımaq lazım olduğunu bildirmişdir. O, da digər fəhlə tanışı Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gedərək günortaya kimi Təqsirləndirilən şəxs tapşırığı ilə ona məxsus olan avtomobil qarajında işləmiş, günortadan sonra isə Təqsirləndirilən şəxs onlara bina tərəfdə olan zibilxananı təmizləməyi və zibil tullantılarını daşımağı tapşırmışdır. Bundan sonra onlar binanın qarşısında olan zibilxananı təmizləməyə başlamışdırlar. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları gələrək təmizlik işlərini dayandırmış və onları qanunsuz ağac kəsməkdə şübhəli bilinərək bölməyə aparmışlar. Aparılmış araşdırma zamanı məlum olmuşdur ki, "xxxx" MTK-a məxsus ərazidən ağaclar kəsilmişdir. O, həmin gün qeyd olunan ərazidə fəhlə kimi işləmiş, işimiz zibil tullantılarını yığışdırmaq olmuş, əllərində hər hansı bir alət olmamışdır. Orada təmizlik işləri görərkən kəsilmiş ağaclar və kötükləri olmuşdur. Həmin ağacların kim tərəfindən və nə vaxtı kəsilməsindən məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilən xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən yaşayış binasında yaşayır. xx.xx.2024-cü il tarixdə, "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs 3 nəfər fəhlə ilə birlikdə, binanın arxa həyətində yerləşən ağacları kəsdirdiyini görmüşdür. Həmin vaxt Aidə xanımın göstərişi ilə fəhlələr əllərində mişar və balta ilə ağacları kəsmişdirlər. Həmin ərazidə bundan əvvəl çoxlu ağac olmuşdur. O, bu barədə dərhal AR DİN-nin 102 Xidmətinə zəng vuraraq məlumat vermişdir. Bundan sonra polis əməkdaşları gələrən 2 nəfər fəhləni aparmışdırlar. Daha sonra oraya Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırmaq Təsərrüfat Birliyindən gələrək 11 ədəd ağacın kəsilməsi qeydə alınmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs "xxxx" MTK-nın sədri olmuşdur. İlk gündən o, ərazidə qanunsuz işlərlə məşğul olaraq ərazidə yerləşən ağacları kəsib qanunsuz tikinti aparmışdır. Lakin sonradan Təqsirləndirilən şəxs tərəfindən aparılan qanunsuz tikinti Yasamal Rayon İcra Hakimiyyəti tərəfindən dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 3 ay əvvəl ünvan 5 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində kirayə yaşamışdır. O, həmin binada təxminən iki ildən artıq müddətdə yaşamışdır. O, orada ağac görməmiş, sadəcə kol-kos görmüşdür. Sözügedən ərazidə hər zaman zibil olmuş və oranı Təqsirləndirilən şəxs təmizlətdirmişdir. Onun həmin əraziyə fəhlələrin gəlib mişarla ağac kəsməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanında yaşayır. Binanın ərazisində kol-kos olması, uşaqlar üçün oynamaq və əylənmək üçün əlverişli şəraitin olmaması səbəbindən o, "xxxx" MTK sədri Təqsirləndirilən şəxs müraciət edərək ərazinin təmizlənməsinə kömək etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müvafiq təmizlik işlərinin aparılacağını bildirmişdir. Təqsirləndirilən şəxs fəhlə tutaraq zibil-tullantıların və tikanlı kol-kosların təmizlənməsini təşkil etmişdir. Sonradan o, əraziyə kənar şəxslərin gəlib-getməsini və baxış keçirməsini görmüş, bununla əlaqədar Təqsirləndirilən şəxs məlumat almışdır. Təqsirləndirilən şəxs ona vəziyyəti izah etdikdən sonra o, Təqsirləndirilən şəxs əgər istəyirsə, ondan ətrafın təmizlənməsini özünün xahiş etdiyini izah edə biləcəyini bildirmişdir. O, həmin binada uzun müddətdir ki, yaşayır, lakin orada ağacların olması ona məlum deyildir, hazırda da orada ağac yoxdur. O, sadəcə orada ağac köklərinin olduğunu bilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu N.Nərimanov prospekti 127 ünvanında yerləşən "xxxx" MMMC-də komendat vəzifəsində işləyir. Həmin Cəmiyyət 2021-ci ildə təsis edilmiş, o, da həmin cəmiyyətdə komendat vəzifəsində işə başlamışdır. Dəqiq xatırlamadığı tarixdə "xxxx" MTK-nın sədri olan Təqsirləndirilən şəxs bir qrup fəhlə tutaraq özünə məxsus ərazidə yerləşən ağacları kəsdirmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin əraziyə iki fəhlə gətirmiş və həmin fəhlələr iki gün ərzində işləyərək ağacları kəsmişdirlər. Binanın sakinləri bunu görüb "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinə məlumat vermiş və MMMC-nin rəhbəri bu barədə şikayət etmişdir. O, həmin ərazidə çoxlu yaşıllıq olduğunu və orada ən çox el arasında “şeytan” ağacı adlandırılan ağacların bitdiyini bildirmişdir. Ağacların kəsildiyi vaxt o, həyətdə motor səsləri eşitmişdir. Lakin fəhlələrin mişarla ağac kəsmək üçün elektrik enerjini hardan əldə etməsi barədə məlumatlı deyildir. O, həmin ərazi üzrə səlahiyyətli olmadığından ağacların qanunsuz kəsilməsinə müdaxilə etməmişdir. Edilən şikayətdən sonra polis əməkdaşları həmin gün nahar fasiləsində əraziyə gələrək fəhlələri aparmışdırlar. Daha sonra ərazidə Ekologiya Nazirliyinin əməkdaşları gələrək kəsilən ağacların ölçülərini götürmüş və müvafiq araşdırma aparmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə səhər saat 11:00 radələrində evdə olan zaman sakinlər onun telefonuna zəng edərək "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs bir qrup fəhlə tutaraq Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən binanın həyətində arxa tərəfdəki ağacları kəsdirdiyini bildirmişdirlər. O, dərhal yaşadığı mənzildən çıxaraq üzbəüzdə yerləşən bina tərəfə getmiş və orada iki nəfər fəhlənin əlində mişarla ağacları kəsdiyini görmüşdür. Bundan sonra o, yaşadığı mənzilə qayıdaraq Ekologiya Nazirliyinin qaynar xəttinə zəng etmiş, lakin xəttə düşə bilməmişdir. Bundan sonra binanın sakini Şahid9 ona zəng edərək artıq ağacların kəsilməsi barədə polisə məlumat verdiyini bildirmişdir. Daha sonra o, Bakı şəhər İcra Hakimiyyəti X1suz ağac kəsilməsi barədə məlumat vermişdir. Təxminən günorta saat 13:00 radələrində artıq polislər gələrək fəhlələri aparmışdırlar. Səhəri gün Ekologiya Nazirliyinin əməkdaşları gələrən əraziyə baxış keçirmiş və kəsilən ağacların ölçmələrini aparmışdırlar. O isə Yasamal RPİ-yə dəvət olunaraq hadisə barədə izahat vermiş, lakin iş üzrə zərərçəkmiş şəxs kimi yox, şahid qismində cəlb olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yaşayır. xx.xx.2024-cü il tarixdə o, evdən çıxmış, qayıdan zaman "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs bir qrup fəhlə tutaraq, binanın həyətin yerləşən ağacları kəsdirdiyi ona məlum olmuşdur. Həmin vaxt ora polislər gələrək ağacları kəsən fəhlələri aparmışlar və Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırmaq Təsərrüfat Birliyinin nümayəndələri gələrək ağacların kəsildiyi ərazidə ölçmələr aparmışdırlar. Sözügedən ərazidə ağaclar çox olmuş və ərazi yaşıllıq olmuşdur. O, ağacların kəsilməsi prosesinin şahidi olmasa da, çəkilən fotoşəkillərdən görünür ki, ağacları kəsən fəhlələri Təqsirləndirilən şəxs gətirərək onlara ağacların kəsilməsi barədə göstəriş vermişdir. O, hətta binanın mühafizəçisindən fəhlələri gətirən maşını nəyə görə buraxdığını soruşmuş, mühafizəçi isə ona həmin şəxslərin onu aldadaraq maşının həyətdə olan zibilləri daşıyıb aparmaq üçün gəldiyini bildirmişdir. Ona görə də mühafizəçi həmin maşını içəri buraxmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu N.Nərimanov prospekti 127 ünvanında yerləşən "xxxx" MMMC-ni Mühafizə Xidmətində işləyir. Onun iş vaxtı səhər saat 07:30-dan başlayır. Mühafizə qaydalarına əsasən onun əraziyə kənar şəxsləri buraxmaq ixtiyarı yoxdur. 07 noyabr 2024-cü il tarixində təxminən səhər 10-11 radələrində tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq maşınla gəldiyini və Təqsirləndirilən şəxs tərəfindən həyətdəki zibilləri təmizləmək üçün çağırıldıqlarını bildirmişdir. Həmin ərazidə yerləşən həyətdə zibillik olduğundan və ətrafa çox pis qoxu yayıldığından o, həmin maşını zibillərin təmizlənilməsindən ötrü içəri buraxmışdır. Bir müddət sonra onun qulağına motor səsləri gəlmiş, onun əyləşdiyi postdan təxminən 250 metr aralıda yerləşən həyətdə ağacların kəsildiyini görmüşdür. O, onun xidməti ərazisinə daxil olmasa da, həmin ərazidə Təqsirləndirilən şəxs yaxınlaşaraq ağac kəsməsini soruşmuş, Təqsirləndirilən şəxs isə ona “öz həyətimdir, özüm bilərəm” deyərək işinə davam etmişdir. Bundan sonra o, yenidən öz postuna qayıtmışdır. Sonradan ağacların kəsilməsini görən sakinlərin şikayəti əsasında polis əməkdaşları gələrək ona yaxınlaşmışlar, onun ad və soyadını qeyd edərək ondan ağacların harada kəsilməsini soruşmuşlar. O da ağacların qonşu həyətdə kəsildiyini bildirərək onlara həyəti göstərmişdir. Bundan sonra polislər təxminən nahar vaxtı orada işləyən fəhlələri aparmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, 23 ildir ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən binanın 11-ci mərtəbəsində yaşayır. Sözügedən ağacların kəsilməsi iddia olunan ərazi onun yaşadığı mənzildən aydın şəkildə görünür. Orada o, ağac görməmiş, orada sadəcə kol-kos olmuşdur. Həmin ərazidə çox anti-sanitar şərait mövcud olmuş, narkoman şəxslər oraya yığışmışdırlar. O, bununla əlaqədar AR DİN-nin 102 Xidmətinə məlumat vermişdir. O, həmin ərazidə ağacların kəsilməsini görməmişdir. Orada yerləşən kol-koslar sadəcə olaraq budanmışdır və hazırda orada daha çox kol-kos bitmişdir. Sonradan eşitmişdir ki, orada yerləşən kol-koslar Aylandr ağacı adlanırmış və onlar kəsilmişdir. Onun ağacların kim tərəfindən kəsilməsi barədə məlumatı olmamışdır. Təqsirləndirilən şəxs həmin ərazini yaşıllaşdıran və gözəlləşdirən şəxs olduğundan, onun ağac kəsə bilən şəxs ola biləcəyini hesab etmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 20 ildən artıqdır ki, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində yaşayır. Təqsirləndirilən şəxs onun yaxın rəfiqəsidir. Binanın ərazisində kol-kos olması səbəbindən "xxxx" MTK sədri Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında keçirilən “COP-29” tədbiri ilə əlaqədar həmin ərazini təmizləməyə məcbur olmuşdur. Təqsirləndirilən şəxs fəhlə tutaraq zibil-tullantıların və tikanlı kol-kosların təmizlənməsini təşkil etmişdir. O, həmin binada uzun müddətdir ki, yaşayır, lakin orada ağacların olması ona məlum deyildir. Orada olan kol-kosları Təqsirləndirilən şəxs yığışdırmışdır. Hadisənin baş verdiyi gün o, evdə olsa da, hadisə barədə sonradan xəbər tutmuşdur. Həmin gün o, bayırdan heç bir elektrikli motor səsi eşitməmişdir. O Təqsirləndirilən şəxs ağac kəsə biləcək şəxs olduğunu hesab etmir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu N.Nərimanov prospekti 127 ünvanında yerləşən binada yaşayır. Dəqiq xatırlamadığı tarixdə o, evdən çıxdığı zaman bir nəfər şəxsin binanın həyətində yerləşən ağacabənzər kolları kəsdiyini görmüşdür. Həmin vaxt o, düşünmüşdür ki, həmin ağaclar binanın komendantının tapşırığı ilə kəsdirilir. Çünki həmin ağaclar zərərli olduğundan onun özü də həmin ağacları kəsdirmək istəyirmiş. Evdən çıxıb getdikdən təxminən bir neçə saat sonra binanın digər sakinləri ona zəng edərək ağacların kəsildiyini məlumat vermiş, o isə bu barədə Ekologiya Nazirliyinə zəng edərək məlumat vermişdir. Bundan sonra Ekologiya Nazirliyinin əməkdaşları gələrək, həmin əraziyə baxış keçirmişlər. O, ağacların hansı alətlə kəsildiyinə fikir verməmişdir. Orada yerləşən yalnız zərərli kolkoslar olmuşdur, hansı ki, onun özü də həmin kol-kosları kəsdirməyi planlaşdırmışdır. O hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs təqsiri yoxdur, sadəcə Təqsirləndirilən şəxs zərər vurmaq istənilir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin Meşə Mühafizəsi şöbəsində baş məsləhətçi vəzifəsində çalışır. Cinayət işinin materiallarına əlavə olunmuş fotoşəkillərə əsasən bildirir ki, fotoşəkillərdə olan ağaclar yaşıllıqlarda bitən Ayland tipli ağaclardır. Bu ağacların 2 saat ərzində kəsilməsi mümkündür. Diametri kiçik olan ağacların balta kimi kəsici alətlərlə kəsilməsi mümkün olsa da, sözügedən 116 Ayland tipli ağaclar yalnız motorlu mişar vasitəsilə kəsilə bilərdi. Bakı şəhəri, Yasamal rayonu N.Nərimanov prospekti 127 ünvanında yerləşən binada yaşayır. Dəqiq xatırlamadığı tarixdə o, evdən çıxdığı zaman bir nəfər şəxsin binanın həyətində yerləşən ağacabənzər kolları kəsdiyini görmüşdür. Həmin vaxt o, düşünmüşdür ki, həmin ağaclar binanın komendantının tapşırığı ilə kəsdirilir. Çünki həmin ağaclar zərərli olduğundan onun özü də həmin ağacları kəsdirmək istəyirmiş. Evdən çıxıb getdikdən təxminən bir neçə saat sonra binanın digər sakinləri ona zəng edərək ağacların kəsildiyini məlumat vermiş, o isə bu barədə Ekologiya Nazirliyinə zəng edərək məlumat vermişdir. Bundan sonra Ekologiya Nazirliyinin əməkdaşları gələrən əraziyə baxış keçirmişlər. O, ağacların hansı alətlə kəsildiyinə fikir verməmişdir. Orada yerləşən yalnız zərərli kol-koslar olmuşdur, hansı ki, onun özü də həmin kol-kosları kəsdirməyi planlaşdırmışdır. O hesab edir ki, iş üzrə Təqsirləndirilən şəxs təqsiri yoxdur, sadəcə Təqsirləndirilən şəxs zərər vurmaq istənilir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş 23 noyabr 2024-cü il tarixli 88440 nömrəli aktından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarına uyğun olaraq fiziki, vəzifəli və hüquqi şəxslər tərəfindən yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla ağacların və kolların götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın miqdarı aşağıdakı cdvələ uyğun müəyyən edilmişdir. Qeyd: Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyan üç dəfə artırılmaqla hesablanmışdır. Yasamal rayonu, Nərimanov prospekti 127 ünvanında ağacların məhv edilməsi barədə tərtib olunmuş cədvəl: Götürülmüş (kəsilmiş), zədələnmiş (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilmiş hər bir ağacın diametri, santimetrlə (torpaq səthindən götürülməklə) və kol Ağac və kol Diametr (sm) Sayı (ədəd) Dəymiş ziyanın məbləği (manatla) tikinti və abadlaşdırma məqsədi ilə 160,0x3x36= 17280,0 200,0x3x36 = 21600,0 240,0x3x21 = 15120,0 Ayland 0-4 sm 36 Ayland 5-8 sm 36 Ayland 9-12 sm 21 Ayland 13-16 sm 8 300,0 x 3 x 8 = 7200,0 Ayland 17-20 sm 8 360,0 x 3 x8 = 8640,0 Ayland 21-24 sm 5 400,0 x 3 x 5 = 6000,0 Ayland 48 sm 1 Ayland 42 sm 1 Cəmi: 116 ədəd ağac 1600,0x3x1 =4800,0 1000,0x3x 1 = 3000,0 83640,0 tikinti və abadlaşdırma istisna olmaqla Cəmi dəymiş ziyanın məbləği: 83640,0 (səksən üç min altı yüz qırx) manat. (Cild İ, i.v. 7-9) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan "xxxx" MTK qanuni təmçilçi (VÖEN **********) Təqsirləndirilən şəxs adınna dövlət qeydiyyatına alınmışdır. (Cild İ, i.v. 15) 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəhbərliyinə ünvanlanmış "xxxx" MTK-nın sədri Təqsirləndirilən şəxs tərəfindən verilmiş izahatdan görünür ki, Bakı şəhəri Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası onun tərəfindən tikilmişdir. Həmin binanın qarşı tərəfində MTK-ya məxsus torpaq sahəsində abadlaşdırma, belə ki, ərazidə olan tullantıları yığışdırılması məqsədilə ərazidə olan yaşıllıqların bir hissəsi kəsilmişdir. Onun sifarişi əsasında ağac kəsilməmişdir. Bildirmişdir ki, həmin ərazi MTK-nın mülkiyyətindədir. İzahat zamanı fotoşəkillər çəkilərək iş materiallarına əlavə olunmuşdur. (Cild İ, i.v. 20-49) “Baxış keçirilməsi haqqında” 31 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindəsinin prokuroru, kiçik ədliyyə müşaviri X19 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Şahid7 iştirakı ilə Bakı şəhəri Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının arxasında olan ərazidə baxış kesirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baxış aparılan yer Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının arxasında olan ərazidir. Müəyyən olunun ki, həmin yaşayış binası N.Nərimanov prospektinin kənarında, avtomobil yoluna paralel inşa edilməklə həmin yoldan binanın həyətinə daxil olmaq mümkündür. Binanın həyətində olan mühafizəçi otağının yanından həyətə daxil olundu və həyətin bir tərəfində avtomobillərin daxil olması üçün yol, digər tərəfində isə uşaq bağçası və qazılmış bünövrə sahəsinin olması müəyyən edildi. Binanın həyətinin demək olar ki, tən orta hissəsindən pilləkən vasitəsilə təxminən iki metr hündürlüyə qalxdıqda orada kəsilmiş ağac hissələri və tullantıların qalaqlanmış formada yığılması və həmin hissədə bir ədəd dərənin olması görünür.Baxışda iştirak edən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Şahid7 bildirdi ki, həmin ərazidə hazırda qalaqlanmış formada olan ağaclar xx.xx.2024-cü il tarixdə Memar 3 MTK-nın direktoru Təqsirləndirilən şəxs tapşırığına əsasən kəsilmişdir. xx.xx.2024cü il tarixdə bina sakinlərinin müraciəti əsasında həmin kəsinti aşkar edilərək əraziyə baxış keçirilmiş və kəsilmiş ağacların növü və ölçüləri müəyyən edilmişdir. Şahid7 tərəfindən kəsilmiş ağaclar araşdırmaya və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aparıcı eksperti X2 təqdim edildi və ölçü aləti vasitəsilə kəsilmiş ağacların kötük hissələrinin diametrləri ölçüldü. Müəyyən edilir ki, ərazidə mövcud olmuş d= 0-4 sm olan 36 ədəd, d= 5-8 sm olan 36 ədəd, d=9-12 sm olan 21 ədəd, d=13-16 sm olan 8 ədəd, d=17-20 sm olan 8 ədəd, d=21-24 sm olan 5 ədəd, d= 42 sm olan 1 ədəd və d=48 sm olan 1 ədəd Ayland cinsli ağaclar qanunsuz olaraq kəsilmişdir. xx.xx.2002-ci il tarixli JN 0916 nömrəli X12 hüququna dair dövlət aktına əsasən torpaq sahəsi kooperativ yaşayış evinin tikintisi məqsədilə Memar-3 MTK-nın istifadəsinə verilmişdir.Şahid7 bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına uyğun olaraq ümumilikdə 116 ədəd ağacın kəsilməsi nəticəsində 83640 (səksən üç min altı yüz qırx) manat vurulmuş ziyan hesablanmışdır. (Cild İ, i.v. 24-32) “Baxış keçirilməsi haqqında” 10 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsindəsinin prokuroru, kiçik ədliyyə müşaviri X19 tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi-müfəttişi Zərərçəkmiş şəxs iştirakı ilə Bakı şəhəri Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının qarşısında olan ərazidə baxış kesirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, baxış aparılan yer Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmənzilli yaşayış binasının qarşısında olan ərazidir. Müəyyən olunun ki, həmin yaşayış binası N.Nərimanov prospektinin kənarında, avtomobil yoluna paralel inşa edilməklə həmin yoldan binanın həyətinə daxil olmaq mümkündür. Binanın həyətində olan mühafizəçi otağının yanından həyətə daxil olduqda həyətin bir tərəfində avtomobillərin daxil olması üçün yol, digər tərəfində isə uşaq bağçası və qazılmış katlavan sahəsi vardır. Binanın həyətinin demək olar ki, tən orta hissəsindən pilləkən vasitəsilə təxminən iki metr hündürlüyə qalxdıqda orada kəsilmiş ağac hissələri və tullantıların qalaqlanmış formada yığılması və həmin hissədə bir ədəd dərənin olması görünür. Baxışda iştirak edən 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi- müfəttişi Zərərçəkmiş şəxs bildirdi ki, həmin ərazidə hazırda qalaqlanmış formada olan ağaclar xx.xx.2024-cü il tarixdə Memar 3 MTK-nın direktoru Təqsirləndirilən şəxs tapşırığına əsasən kəsilmişdir. 23.11,2024-cü il tarixdə bina sakinlərinin müraciəti əsasında həmin kəsinti aşkar edilərək əraziyə baxış keçirilmiş və kəsilmiş ağacların növü və ölçüləri müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən kəsilmiş ağaclar təqdim edildi və ölçü cihazı vasitəsilə diametrləri ölçüldü. Müəyyən edilir ki, ərazidə mövcud olmuş d= 0-4 sm olan 36 ədəd, d= 5- 8 sm olan 36 ədəd, d=9-12 sm olan 21 ədəd, d=13-16 sm olan 8 ədəd, d=17-20 sm olan 8 ədəd, d=21-24 sm olan 5 ədəd, d= 42 sm olan 1 ədəd və d=48 sm olan 1 ədəd Ayland cinsli ağaclar qanunsuz olaraq kəsilmişdir. xx.xx.2002-ci il tarixli JN 0916 nömrəli X12 hüququna dair dövlət aktına əsasən torpaq sahəsi kooperativ yaşayış evinin tikintisi məqsədilə Memar- 3 MTK-nın istifadəsinə verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli qərarına uyğun olaraq ümumilikdə 116 ədəd ağacın kəsilməsi nəticəsində 83640 (səksən üç min altı yüz qırx) manat vurulmuş ziyan hesablanmışdır. (Cild İ, i.v. 49-53) Təqsirləndirilən şəxs verdiyi ilkin ifadəsindən görünür ki, MTK-nın sədri kimi xx.xx.2024-cü il tarixdə fəhlələr dəvət edərək tapşırmışdır ki, binanın həyətində, həyətdən təxminən 2 metr hündürlükdə olan ərazidə qazanxananın ətrafında bitmiş Ayland ağaclarını kəsib ərazinizibillərdən təmizləsinlər və həmin hissədə yol açsınlar. (Cild İ, i.v. 57-58) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Kompleks Məhkəmə-bioloji və Məhkəmə-Əmtəəşünaslıq ekspertizasının xx.xx.2025-ci il tarixli 7/207-9/712 saylı rəyindən görünür ki, Məhkəmə-Bioloji ekspertiza üzrə: Bakı şəhəri, Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının arxasındakı ərazidə kəsilmiş 36 ədəd diametri 4 sm, 36 ədəd diametri 5-8 sm, 21 ədəd diametri 9-12 sm, 8 ədəd diametri 13-16 sm, 8 ədəd diametri 17-20 sm, 5 ədəd diametri 21-24 sm, 1 ədəd diametri 48 sm, 1 ədəd diametri 42 sm olan ümumi cəmi sayı 116 ədəd orta yaş dövürlərində olub, kök üstə yaş vəziyyətdə bioloji inkişafda olan Ayland cinsli ağaclar kəsilərək məhv edilmişdirlər. Hazırlanmış müvafiq elmi metodika olmadığından qərarda qoyulmuş "Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti 127 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş yaşayış binasının arxasındakı ərazidə kəsilmiş 116 ədəd ağacların nə zaman kəsilməsi müəyyən edilsin" sualı üzrə tədqiqat işləri aparılmadı. Məhkəmə-Əmtəəşünaslıq ekspertiza üzrə: Ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məsləhətçi-müfəttişi Şahid7 tərəfindən tərtib edilmiş akta əlavə edilmiş hesablama cədvəlinə əsasən 116 ədəd ağacların tikinti və abadlaşdırma məqsədi ilə məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 83640,00 manat; Qeyd: Bakı, Gəncə və Sumqayıt şəhərlərində yerləşən ağac və kolların, yaşıllıqların mühafizəsi sahəsində qanunvericiliyin tələbləri pozulmaqla götürülməsi (kəsilməsi), zədələnməsi (boy artımının dayandırılması dərəcəsinədək) və ya məhv edilməsi nəticəsində dəymiş ziyan üç dəfə artırılmaqla hesablanır. (Cild İ, i.v. 245-248) 14 iyun 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid6 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləyərək təsdiq etmişdir. (Cild İİ, i.v. 59-61) 14 iyun 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid9 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Şahid9 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləyərək təsdiq etmişdir. (Cild İİ, i.v. 62-64) 14 iyun 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid10 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Şahid10 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləyərək təsdiq etmişdir. (Cild İİ, i.v. 65-67) 14 iyun 2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, istintaq zamanı Şahid8 ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Şahid8 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləyərək təsdiq etmişdir. (Cild İİ, i.v. 68-70) İfadənin yerində yoxlanılması haqqında 15 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılmış və ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərib təsdiq etmişdir. (Cild İİ, i.v. 71-80) İfadənin yerində yoxlanılması haqqında 10 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, X7 ifadəsi yerində yoxlanılan zaman sonuncu istintaq zamanı bildirdiklərini bir daha hadisə yerində təsdiq edərək 02 ədəd qızıl üzüyün, ona məxsus 01 ədəd qızıl boyanbağının, 01 ədəd eynəyin, 01 ədəd mobil telefonun və 01 ədəd sarj alətinin onun yaşadığı mənzildən oğurlandığı Bakı şəhəri Yasamal rayonu Mikayıl Muşviq küçəsi məhəllə 501 bina 2A mənzil 14-dəki yataq otağında olan kamotun syirməsini, dəhlizdəki şkafın gözlüyünü, mətbəxt otağını əyani olaraq göstərmişdir. Bununla bağlı olaraq fotoşəkillər çəkilərək cinayət işinin materiallarına əlavə edilmişdir. (Cild İİ, i.v. 162-165) Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etməməsini, yəni onun tapşırığı ilə kol-kosların kəsildiyini və həmin kol-kosların sadəcə Ayland kimi qiymətləndirildiyini, fotoşəkillərdə diametri qalın olan ağacların kəsilməsindən xəbəri olmadığı barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. CM-nin: 259.2.3 və 259.2.4-cü maddəsinə əsasən Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə və külli miqdarda ziyan vurmaqla törədildikdə - cinayət nəticəsində vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 259-cu maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən Bu Məcəllənin 259.1-ci və 260.1-ci maddələrində “xeyli miqdar” dedikdə beş min manatdan yuxarı, lakin iyirmi min manatdan artıq olmayan məbləğ, 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə iyirmi min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, 259.4-cü, 260.1-2-ci və 260.4-cü maddələrində isə “xüsusilə külli miqdar” dedikdə əlli min manatdan yuxarı olan məbləğ başa düşülür. Göründüyü kimi Təqsirləndirilən şəxs tərəfindən Ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi) cinayət əməli törədildiyi zaman yəni 07 noyabr 2024-cü il tarixdə CM-nin 259.4-cü maddəsi olmamış həmçinin CM-nin 259-cu maddəsinin qeyd hissəsində 259.2.4-cü, 260.1-1-ci və 260.3-cü maddələrində “külli miqdar” dedikdə, yeddi min manatdan artıq olan məbləğ başa düşülür göstərilmiş və bununlada Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin tərkibini yaratmışdır. CM-nin 10-cu maddəsinin tələbləri nəzərə alınaraq CM-nin 259.2.4-cü maddəsi üzrə cəzanın ağırlaşması halı nəzərə alınaraq Təqsirləndirilən şəxs cinayət əməlini törətdiyi zaman qüvvədə olan qanunla müəyyən edilmiş həddə cəzalandırılmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 259.2.3 və 259.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair xx.xx.2025-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (Cild İ, i.v. 243) “Qətimkan tədbirinin seçilməsi haqqında” 16 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (Cild İİ, i.v. 144-145) Məhkəmə, Təqsirləndirilən şəxs 78 yaşında olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmadığını müəyyən edir. Məhkəmə, yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri, onun həyat və tərbiyə şəraiti, əqli və psixi inkişaf səviyyəsi, şəxsiyyətinin digər xüsusiyyətləri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxsin ittiham olunduğu maddənin sanksiyasında ciddi cəza növü qismində azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, yuxarıda şərh edilənlər baxımından törədilən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla yanaşı, Təqsirləndirilən şəxs 78 yaşında olmasını onun cəzasını yüngülləşdirici hal kimi nəzərə alınmaqla təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə, təqsirləndirilən şəxs barəsində qeyd olunanları, yüngülləşdirici halı nəzərə alaraq, habelə qeyd olunan normaları Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 259.2.3 və 259.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, CM-in 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, CM-in: 52-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: - yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; - elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; - məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; - müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir; 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır; 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs "xxxx" MTK-da sədr vəzifəsində işləyərək öz qulluq mövqeyindən istifadə edərək hazırki cinayət əməlini törətməsini nəzərə alaraq hesab edir ki, ona CM-nın 46.2-ci maddəsinə əsasən əsas cəzadan əlavə olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növündə cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikasi Nazirlər Kabinetinin 28 aprel 2025ci il tarixli, 141 nömrəli Qərarınə əsasən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 770 (yeddi yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikası CPM-nin 44.1, 197-198, 341-349, 351- 353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.3 və 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında, həmçinin hüquqi şəxslərdə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı, Sumqayıt şəhərinin və Abşeron rayonun ərazı hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə ekspertiza xərci 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X3, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 70 (yetmiş) saata görə 770 (yeddi yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 28 saylı Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-418/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-418/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver