Məhkəmə qərarları › İş №1(004)-42/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-42/2024

25.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-42/2024 25.04.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 12:20 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Zəminə Səməd qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, zərərçəkmiş şəxs X2, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-cı il tarixdə Dəvəçi şəhərində doğulmuş, Azərbaycan Resbulikasının vətəndaşı, evli, məhkum olunmamuş, fərdi əməklə məşqul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki olaraq ünvan 2vanda yaşayan, barəsində “başqa yerə getməmək haqqınla iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə ortaq tanışları Şahid2 Vaqif oğlunun və Şahid4 vasitəsilə tanıdığı Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs qohumu Nuriyev- Sərvər Davudxan oğlunun Gəncə Məişət Xidməti Kolleci tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 10356 qeydiyyat nömrəli AB-1LYö090956 saylı Azərbaycan Respublikası Diplomunun Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdic etdirilməsinə köməklik göstərməsi üçün ona müraciət etdikdə bununla əlaqədar hər hans səlahiyyətə malik olmadığı halda yalandan sonuncuya qeyd edilən məsələ ilə bağl köməklik göstərəcəyini bildirib əslində Zərərçəkmiş şəxs məxsus xeyli miqdarda pulu ələ keçirmək məqsədi ilə onu aldadaraq vahid niyyətlə əhatə olunan qəsdlə 2022-ci ilin aprel ayının əvvəllərində Bakı şəhəri Yasamal rayonu X8 kiiçəsi 748 ünvanda yerləşən 2 saylı Bakı Tibb kollecinin yaxınlığında yerləşən kafedə 2000 manat, 2022-ci ilin aprel ayının ortalarında Bakı şəhəri Yasamal rayonu “İşaatçılar” metrosatnsiyasının yaxınlığında X8 küçəsi 139 ünvanda yerləşən ATS-in binasının yaxınlığında 2000 manat, 2022-ci ilin aprel ayının axırlarında Yasamal rayonu X8 küçəsi 10 ünvanda yerləşən “ATV” telekanalının binasımnın yaxınlığında 500 manat, 2022-ci ilin may ayının əvvəllərində Yasamal rayonu 1-ci X3 küçəsi 4/1 ünvanda yerləşən Avtoservisin həyətində 2500 manat xx.xx.2022-ci il tarixdə saat 19:23 dəqiqədə isə onun “Kapital” bank kart hesabına Binəqədi rayonu Biləcəri qəsəbəsi Hacə Həsən küçəsində yerləşən «Orxan» marketdə yerləşən eManat terminalından göndərilmiş 500 manat və 20 oktyabr 2022-ci il tarixdə ünvan 7 ünvanda yerləşən “05 PİJB” adlı pivə kafenin yaxınlığında 5000 manat, ümumilikdə 12500 manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Həmin əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə ittiham elan olunmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilərək verdiyi ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs tanışı Rauf vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs yaxını Nuriyev Sərv; Davudxan oğlunun orta texnilki təhsil diplomunu Təhsil Nazirliyində təsdiqlədə bilif bilməyəcəyini soruşduqda ona edə biləcəyini demişdir. Bu səbəbə görə, ilk dəfə 2022- ilin mart ayında Yasamal rayonu ərazisində Olimp adlanan ərazidə Raufun iş yerin yaxmılığında çayxanada görüşmüşlər, bu zaman onların yanında Elşən və Rauf olmuşdur. Elşən Raufun tanışı olmuşdur. Orada Vüsala işin alınacağını, lakin xərci olduğunu bildirmişdir. Ona bəzi sənədlərin surətini gətirməsini bildirmişdir. Pul barəsin isə məlumatı sənədləri gördükdən sonra deyəcəyini bildirmişdir. Bundan bir neçə g sonra isə Vüsalla əlaqə saxlayaraq diplomu təsdiqlətmək üçün ilkin olaraq 8000 manat •lazım olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs 2022-ci ilin aprel ayının əvvəllərində ünvan 8 ünvanda yerləşən 2 saylı Tibb kollecinin yaxınlığında onunla görüşüb 2000 manat pulu ona vermişdir. Bundan təxminən 10 gün keçəndən sonra 2022-ci ilin aprel ayının ortalarında Zərərçəkmiş şəxs 2000 manat da pulu hazırladığını ona bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs Elşənlə birlikdə ünvan 9 ünvanda yerləşən “İşaatçılar” metrosatnsiyasının yaxınlığında onunla görüşüb 2000 manat pulu ona vermişdir. 2022-ci ilin aprel ayının axırlarında ünvan 9 ünvanda yerləşən “ATV” telekanalının binasının yaxınlığında Zərərçəkmiş şəxs onunla görüşüb 500 manat pulu təklikdə ona vermişdir. Bundan sonra 2022-ci ilin may ayının əvvəllərində Yasamal rayonu Alatavada yerləşən avtoservisin həyətində Vüsalla görüşmüş, həmin görüş zamanı Vüsal ona 2500 manat pulu vermişdir. xx.xx.2022-ci il tarixdə isə Zərərçəkmiş şəxs onun Kapital banka aid 416973*******0789 nömrəli kart hesabına 500 manat pul göndərmişdir. Bundan sonra Zərərçəkmiş şəxs 2022-ci ilin oktyabr ayında diplomu təsdiqlətmək üçün müəyyən problemlər çıxdığını yalandan bildirərək 5000 manat da pul lazım oldğunu bildirmişdir.2022-ci ilin oktaybr ayının ortalarında dəqiq gün yadında deyil, Zərərçəkmiş şəxs qardaşı Şahid1la birlikdə Yasamal rayonu İzmir küçəsində yerləşən “05 PUB” adlı pivə kafenin qarşısına gəlmişlər və orada görüşmüşlər, orada Zərərçəkmiş şəxs 5.000 manat pulu ona vermişdir. Diplomun təsdiqlənməsi üçün Vülal Qabulovdan aldığı pulun ümumi məbləğ 12500 manat olmuşdur. O, Təhsil Nazirliyində və başqa hansısa dövlət qurumundə işləmir, həmçinin Təhsil Nazirliyindədə tanışı olmamışdır. Onun sadəcə həmin vaxt pula ehtiyacı olduğu üçün o, yalandan həmin sənədləri təsdiqlədə biləcəyini demişdir. Tutduğu əməldən peşmanam olmuşdur. 2022-ci ilin iyun ayında Vüsaldan 1100 manat dəyərində Şabran rayonunda yerləşən təmir olunan evin üçün taxta materialını borc almışdır. Diplomun təsdiqlənməsi üçün Vülal Qabulovu aldadıb aldığım 12500 manat pulun 7500 manatını geri qaytarmışdır. Həmin puldan ona 5000 manat pul verəcəyi vardir. Borc aldığı taxta materiallarına görə isə Zərərçəkmiş şəxs 1100 manat borclu pul qalmışam. Həmin pulu qısa vaxtda ödəyəcəyinə söz vermişdir. Zərərçəkmiş şəxs ərizə və müraciətlərində düzgün hesablama aparmadığından qohumu Şahid3 diplıomunu təsdqilətdircəyi adı ilə ona 12600 manat pul verdiyini düzgün göstərməmişdir, bu məqsədlə ona ümumilikdə 12500 manat pul vermişdir. Zərərçəkmiş şəxs qohumu Şahid3 tanımır və onunla görüşməmiş və aralarında heç bir əlaqə olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs törətdiyi əməlindən səmimi peşman olmasını və zərərçəkmişə vurulan ziyanı tam həcmdə ödəməsini, eləcə də zərərçəkmişlə barışması və ondan hər hansı şikayət və tələbin olmamasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə olaraq verilmiş suala cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda ünvan 2vanında yaşayır. Hazırda dövlət büdcəsinə ödəmək üçün lazımı məbləğdə pul vəsaitinə malik deyildir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2022-ci ilin maıt ayında Qobustan rayonu Yekəxana kən- sakini qohumu Şahid3 onunla telefon əlaqəsi saxlayara- bildirmişdir ki, ona məxsus olan orta texniki təhsil diplomunu Təhsil Nazirliyind təsdqilətdirmək lazımdır. Ona bu sahədə çalışanlarla maraqlanıb ona xəbər edəcəvir bildirmişdir. Dostu Elşənlə birlikdə olan zaman Elşənin tanışı Rauf adlı şəxs də onları yanında olmuşdur. Söhbət əsnasında ona diplomun təsdiqlənməsi ilə bağlı köməklik lazıı olduğunu bildirmişdir. Bu zaman Rauf özünün tanışının olduğunu və istənilən səvivyəc hu məsələni həll edə biləcəyini demişdir. Raufun dediyi adam onun dostu Təqsirləndirilən şəxs idi. İlk dəfə 14 mart 2022-ci il tarixdə ilk dəfə Yasamal rayonu ərazisində. Olimp adlanan ərazidə Raufun iş yerinin yaxımlığında çayxanada görüşmüşlər, bu zaman onların yanında Elşən və Rauf da olmuşdur. Görüş zamanı Nahidə qohumunun diplomunun Təhsil Nazirliyi tərəfindən təsdiqlənməsinə köməklik etməyini xahiş etmişdir. Nahid ona problem olmadığını və köməklik edə biləcəyini demişdir. Bundan əlavə Nahid istənilən dövlət qurumuna işə düzəlmək istəyən olsa, köməklik edə biləcəyini demişdir. Nahid bu sözləri dedikdən sonra ona qarşı onda inam yaranmış və düşünmüşdür ki, o ciddi və iş görə biləcək adamdır. Bir neçə gündən sonra Nahid ona diplomun təsdiqlənməsi üçün 8000 manat pul lazım olacağını demişdir, O, Nahidə məsələnini həll edilmsi üçün 2022-ci ilin aprel ayının əvvəllərində ünvan 8 ünvanda yerləşən 2 saylı Tibb kollecinin yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb 2000 manat pulu əlbəəl ona vermişdir. Bundan təxminən 10 gün keçəndən sonra 2022-ci ilin aprel ayının ortalarında dostu Elşənlə birlikdə ünvan 9 ünvanda yerləşən “İşaatçılar” metrosatnsiyasının yaxınlığında Nahid Qurbanda görüşüb 2000 manat pulu əlbəəl vermişdir. Bundan təxminən 15 gün sonra, yəni 2022-ci ilin aprel ayının axırlarında ünvan 9 ünvanda yerləşən “ATV” telekanalının binasının yaxınlığında Təqsirləndirilən şəxsla görüşüb 500 manat pulu təklikdə əlbəəl vermişdir. Üçüncü dəfə pul verdikdən təxminən 10 gün sonra, yəni 2022-ci ilin may ayının əvvəllərində ünvan 10 ünvanda yerləşən avtoservisin həyətində Nahid Qurbanola görüşüb 2.500 manat pulu vermişdir. xx.xx.2022ci il tarixdə isə Təqsirləndirilən şəxs bankomat kart hesabına Binəqəri rayonu Biləçəi qəsəbəsi Hacə Həsən küçəsi ünvan yerləşən Orxan marketdə yerləşən eManal terminalından 500 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs eManat terminalı vasitəsilə pulu göndərməyib barədə ödəniş qəbzin surətini ilkin araşdırma dövründə izahatıma əlavə etmişəm. Bundan sonra Təqsirləndirilən şəxs diplomu təsdiqlətmək üçün müəyyən problemlər çıxdığını bildirərək 5000 manat da pul lazım oldğunu bildirmişdir. Sonuncu dəfə 20 oktyabr 2022-ci il tarixdə qardaşı Şahid1la birlikdə Yasamal rayonu T bilisi prospektində yerləşən Avropa Hoteli ilə üzbəüz olan İzmir küçəsi 9 ünvanda yerləşən “05 PUB” adlı pivə kafenin qarşısında Nahid Qurbanola görüşüb 5.000 manat pulu əlbəəl vermişdir. Beləliklə Təqsirləndirilən şəxs qohumu Şahid3 diplıomunu təsdqilədircəyi adı ilə ondan ümumilikdə 12.500 manat pul almasına baxmayaraq vədinə əməl etməmişdir. Düzgün hesablama aparmadığından ərizə və müraciətlərində Təqsirləndirilən şəxs qohumu Sərvər Nuriye\ diplıomunu təsdqilətdircəyi adı ilə 12600 manat pul aldığını göstərmişdir. Nahic Qurbanova qohumu Şahid3 diplıomunu təsdqilətdircəyi adı ilə ondan aldığı 1250( manat pulun hamısı özünə məxsusdur. Bununla əlaqədar Şahid3 ona pu verməmişdir.Bundan əlavə Nahid məndən Şabran rayonunda yerləşən evlərinin təmiı üçün 2022-ci ilin iyun ayının sonunda 1100 manat dəyərində taxta materiallarını onları evinə göndərməyini xahiş etmişdir. Nahid həmin taxtaların pulunu 2022-ci ilin avqu: ayının 5-nə qədər qaytaracağını bildirmişdir və həmin taxta materiallarına görə 110 manat pul ona borclu qalmışdır. Təqsirləndirilən şəxs diplomun təsdiqlənməsi üçün yalan v? verib ələ keçirdiyi ümumilikdə 12500 manat puldan şikayət ərizəsi yazandan sonra ilk araşdırma dövründə 2000, 2.500 və 1.000 manat, cinayət işi başlandıqdan sonra isə 2.0( manat, ümumilikdə 7.500 manat pulu ona qaytarmışdır, qalan 5000 manat hissəsi qaytarmamışdır. Ona göndərdiyi taxta materiallarını görə isə 1100 manat borclu qalmışdı İfadəsinin sonunda Zərərçəkmiş şəxs bildirmişdir ki, ona vurulmuş zərər Təqsirləndirilən şəxs tərəfindən tam həcmdə ödənmiş və o təqsirləndirilən şəxslə barışmışdır. Hazırda təqsirləndirilən şəxsdən hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Vaqif oğlu ifadəsində göstərmişdir ki, o, 2007-ci ildən bərbər olaraq fərdi qaydada çalışır. Şahid4 təxminən 10 ilə yaxındır ki tanıyır. Təqsirləndirilən şəxs Vahic oğlunu isə təxminən 3 ildir ki tanıyır. Nahid onunla qonşu olmuşdur, onu həmir vaxtdan tanıyır və Nahidlə çox yaxın dostluq münasibətimiz vardır. Elşənin dostı Vüsalın adını dəfələrlə eşitsə də, onu qiyabi olaraq tanımışdır, əyani olaraq Vüsal görməmişdir. 2022-ci ilin mart ayında Elşən ona bildirmişdir ki, Vüsal adınd dostu var və onun qohumunun diplomunu təsdiq etdirmək lazımdır. Belə ola halda ona demişdir ki, onun tanışı var, adı Nahiddir istəsə, tanış edər. Əgər Nahi bu işi görə biləcəyini desə özü öz aralarında razılığa gəlib danışıq edərlər.Nahid! danışdıqdan sonra ona bildirmişdir ki, mobil nömrəni ver, onunla əlaqə saxlasınla Elşənlə danışdıqdan təxminən 10 gün sonra Nahidin nömrəsini Vüsala verər? Nahidlə əlaqə saxlamasını bildirmişdir. Təxminən 2022-ci ilin aprel ayında X10 rayonu ərazisində 2 saylı Tibbi kollecinin yaxınılığında yerləş? çayxanda Nahidlə onu gözləmişlər,Nahidlə onların yanına getmişlər. Orada olan zaman Elşən Vüsalı onunla və Nahidlə tanışı etmişdir. O, X5 tanış etmişdir. Orada olan zaman o, Vüsalla Nahidə bundan sonra söhbətə qarışmayacağını, özləri aralarında danışıb həll etməsini bildirmişdir. Vüsal qohumunun diplomunun təsdiq edilməsi ilə bağlı məsələni Nahidə dedi Nahid isə problem olmadığını həll edə biləcəyini lakin hazırda yeyim içmək üçün görüşdüyünü dedi, İşlə bağlı başqa vaxt görüşüb danışmağı Vüsala bildirdi. Bundan sonra biz hamımız birlikdə yemək yeyərək spirtli içki qəbul etdik. Təxminən 2022- ci ilin noyabr-dekabr aylarında Vüsal mənim yanıma tez-tez gələrək bildirdi ki Nahidlə əlaqə saxlaya bilmir. Nahidi necə tapa biləcəyini soruşurdu. Mən ona Nahidin telefonuna zəng etməsini bilıdirdikdə zəng çatmadığını dedi və nə baş verdiyini soruşanda o mənə hcçnə bildirmədən çıxıb getmişdir. Bir müddət sonra Vüsal ona zəng vuraraq yenə də Nahidi tapa bilmədiyini, qohumunun diplomunun təsdiqlənməsi üçün Nahidə 8.500 manat pul verdiyini, lakin vədinə əməl etmədiyini demişdir. Vüsala nə üçün indi ona zəng etdiyini, onun yanında Nahidə pul vermədiyini bildirmişdir. Vüsal isə ona inciməməsini, polisə müraciət edən zaman onun da adını qeyd cdəcəyəyini bildirmiş, o da etiraz etməmişdir. xx.xx.2023-cü il tarixdə Yasamal RPİ 27-ci PB-nə çağrılaraq Zərərçəkmiş şəxs şikayəti ilə əlaqədar izahat yazmışdır.Güman edir ki, Şahid4 düşünmüşdür ki, bərbər işləyir, ətrafında bunu həll edə biləcək insanın ola bilər. Bu səbəblə zəng edərək dostu Vüsalın qohumunun diplomunu təsdiq etdirmək lazım olduğunu bildirmişdir. O, heç vaxt heç kimə sənəd işinin düzəldilməsində köməklik etməmişəm. Nahid bu məsələni həll edə biləcəyni düşünmüşdür. Həmin zaman Nahidin harada işləməsi ilə bağlı məlumatı yox idi və Nahidin əvvəllər kiminsə sənəd işində işini həll etdiyini eşitməmişdir. Sadəcə olaraq düşündüm ki Nahid Vüsala köməklik göstərə bilər. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Daxili işlər orqanının işçisi kimi təqdim etməmişdir.Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs verdiyi pulun məbləğini bilirmiş, Vüsal onun yanında Nahidə pul verməmişdir. Vüsala qarşı dələduzluq etdiyini Vüsal ona zəng vurub məlumat verdikdən sonra məlumatı olmuşdur. Nahid Vüsaldan aldığı puldan ona pul verməmişdir. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Nərimanov rayonu 1-ci Cıdır döngəsi ev 7-də ailə üzvləri tlə birlikdə yaşayır. Bərbər kimi fərdi əməklə məşqul olan Şahid2 təxminən 10 ilə yaxındır k; tanıyır, həmçinin Zərərçəkmiş şəxsla da dostluq edir. Dostu Zərərçəkmiş şəxsla birlikdə tanış Şahid2 yanında olan zaman Zərərçəkmiş şəxs söhbət əsnasında qohumunur diplomunun təsdiqlənməsi ilə bağlı köməklik edə biləçək şəxs lazım olduğum bildirmişdir. Bu zaman Rauf özünün tanışının olduğunu və istənilən səviyyədə bı məsələni həll edə biləcəyini demişdir. 14 mart 2022-ci il tarixdə Yasamal rayon ərazisində Olimp adlanan ərazidə Raufun iş yerinin yaxımlığında Təqsirləndirilən şəxsl görüşmüşlər, bu zaman onların yanında həmin vaxt Rauf da olmuşdur. Görüş zamar Zərərçəkmiş şəxs Nahidə qohumunun diplomunun Təhsil Nazirliyi tərəfində təsdiqlənməsinə köməklik etməyini xahiş etmişdir. Nahid ona problem olmadığını \ köməklik edə biləcəyini demişdir. Bundan sonra Zərərçəkmiş şəxs arasında nə söhb olmasından məlumatı olmamışdır. 2022-ci ili aprel ayının axırlarında Vüsal Qabulc qohumunun diplom məsələsi ilə bağlı Təqsirləndirilən şəxs görüşə getmək istədiyini, ona < onunla birlikdə görüşə getməyini təklif etmiş, etiraz etməyərək razılaşmışdır. Vüs Qabulovla birlikdə Bakı şəhəri, Yasamal rayonu İnşaatçılar metrostasiyasının yaxınlığın X9 küçəsi 139 ünvanda yerləşən ATS-in binasının qarşısına gəlmişdir. Təqsirləndirilən şəxs da ora gələrək onlarla salamlaşıb görüşmüşdür. Orada Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs qohumunun diplopunun Təhsil Nazirliyində təstiq olunmasına köməklik edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs Nahidlə bir qədər söhbət etdikdən sonra onun yanında və iştirakı ilə Təqsirləndirilən şəxs 2000 manat pulu vermişdir. Bundan sonrakı dövrlər də Zərərçəkmiş şəxsla bir neçə dəfə Təqsirləndirilən şəxsla görüşüb qohumunun diplopunun Təhsil Nazirliyində təstiq olunması məzmununda söhbətlər aparmışıq, həmin söhbətlərdə Təqsirləndirilən şəxs yaxın vaxtlarda məsələnin müsbət həllini tapacağını vəd etmişdir. Sonradan eşitmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla görüşüb sonuncunun qohumunun diplopunun Təhsil Nazirliyində təstiq olunmasına köməklik edicəyini vəd edərək hissə-hissə olmaqla ümumilikdə 12500 manat pulunu ələ keçirmişdir. Hətta Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs Şabran rayonunda yerləşən evinin təmiri üçün 2022-ci ilin iyun ayının sonunda göndərdiyi 1100 manat dəyərində taxta materiallarının pulunu verməyərək ona borclu qalmışdır. Cinayət işinin istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, o, Abşeron rayonu Nübar qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Qobustan rayonu Yekəxana kənd sakini qohumu Şahid3 məxsus orta texniki təhsil diplomunu Təhsil Nazirliyində təsdiqlətdirmək məqsədilə Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxs Şahid3 məxsus orta texniki təhsil diplomunu Təhsil Nazirliyində təsdiqlətdirəcəyini vəd edərək 2022-ci ilin mart ayından oktyabr ayınadək olan müddət ərzində hiss hissə olmaqla 12500 manat pulunu alaraq heç bir iş görməyərək ələ keçirmişdir!İətta 2022-ci ilin oktaybr ayında qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə sonuncu dəfə ünvan 12 ünvanda yerləşən “05 PUB” adlı pivə kafesinin qarşısında görüşmüşdür. Həmin görüşdə o özüdə iştirak etmişdir. 05 PUB” adlı pivə kafesinin qarşısında qardaşı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla bir qədər söhbət etdikdən sonra 5000 manat pulu əlbəəl sayıb Nahidə vermişdir. Təqsirləndirilən şəxs qardaşı Vüsalı arxayın edərək tezliklə Şahid3 diplomunu təsdiq etdrəcəyini bildirmişdir. Bundan sonra orada Təqsirləndirilən şəxs qardaşı Zərərçəkmiş şəxsla aralanıb getmişlər. Təqsirləndirilən şəxsla qardaşı Zərərçəkmiş şəxs görüşlərində bir dəfc iştirak etmişdir, digər görüşlərində iştirak etməmişdir. Təqsirləndirilən şəxs vədinə əmə etməyərək qardaşı Zərərçəkmiş şəxs 12500 manat pulunu ələ keçirmişdir. X6 dediyinə görə Nahid ona Şabran rayonunda yerləşən evlərinin təmiri üçüı 2022-ci ilin iyun ayının sonunda 1100 manat dəyərində taxta materiallarını göndərməy xahiş etmişdir. Nahid həmin taxtaların pulunu 2022-ci ilin avqust ayının 5-nə qədə qaytaracağını bildirsə də, hal-hazıra kimi 1100 manat pulu qardaşı Zərərçəkmiş şəxs borcu qalmışdır. İş materiallarında olan məhkəmə istintaqında tədqiq edilmiş: “Cinayət törətməkdə şübhəli şəxs barəsində axtarış elan olunması və tutulması haqqında” 17 iyun 2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (İ/V. 80). “Axtarışda olan şəxsin tutulması barədə” 21 iyun 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 16:00-da saxlanılaraq Yasamal RPİ-nin MSY-nə təhvil verilmişdir. (İ/V. 98). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. (İ/V. 120). “Təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbiri seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror Bakı şəhəri Yasamal rayon prokuroru, baş ədliyyə müşaviri Elman Süleymanov tərəfindən həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiəsindən imtina edilmiş və həbslə bağlı olmayan başqa qətimkan tədbirinin seçilməsinin təmin edilməsi qərara alınmışdır. (İ/V. 137-139). “Qətimkan tədbirinin seçilməsi haqqında” 22 iyul 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqınla iltizam” qətimkan tədbiri seçilmişdir (İ/V. 140-141). Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən və Səbail RPİ İŞ-nin müstəntiqi Elşən Bədəlzadənin cinayət təqibi üzrə icraata xitam verilməsi və şəxsin cinayət məsuliyyətindən azad edilməsi haqqında qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RJPİ-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə icraata Azərbaycan Respublikası CM-nin 73.2-ci və Azərbaycan Respublikası CPMnin 40.3-cü maddələrinə əsasən xx.xx.2023-cü il tarixdə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. (İ/V. 86-92). Zərərçəkmiş şəxsin məhkəməyə təqdim etdiyi ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər tam həcmdə ödənmiş və təqsirləndirilən şəxslə barışmış və ona qarşı hər hansı maddi tələbinin və şikayətinin olmamasını təsdiq etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi, eləcə də işin digər materialları ilə tam sübuta yetirilir. Belə olan halda təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgəsinin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə o halda dələduzluq hesab edilir ki, təqsirləndirilən şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirməyə və yaxud əmlak hüquqları əldə etməyə yönəlmiş olsun. Dələduzluğun mənası baxımından əmlak hüquqları əldə etmə dedikdə, müxtəlif əşyalar üzərində mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı Qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmişə vurulmuş zərəri tam həcmdə ödəməsini və onunla barışmasını, eləcə də zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanunun təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsini 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək tutulduğu 01 (bir) gün müddət bir günə iki gün hesablanmaqla ona təyin ediləcək cəzadan çıxılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2 və 158.3cü maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət, Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələbinə görə hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 2vanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməli, Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilməli, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqınla iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 22 sentyabr 2023-cü il tarixli, 1(004)-488/2023 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. 22 sentyabr 2023-cü il tarixdən isə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 06 (altı) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 50 (əlli) iş saatına bərabər hesab edilərək, göstərilmiş 50 (əlli) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia, məhkəmə xərci və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 21 iyul 2023-cü il tarixdən 22 iyul 2023-cü il tarixədək (saatlarla hesablanmaqla) şübhəli şəxs qismində saxlanıldığı 01 gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesablanmaqla 02 gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 01 il 05 ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2vanını axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq icra qurumuna həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs haqqında seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhəri 26 saylı Vəkil Bürosunun hesabına 300 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar