Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-42/2025 26.05.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X28 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, müdafiəçilər – Abşeron Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “Faiq Nağıyev və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi5, təqsirləndirilən şəxslər (mülki cavabdehlər) – Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1960-cı il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, 27 iyun 2024-cü il tarixdə Yasamal Rayon Məhkəməsi tərəfindən barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 və xx xxxxxx 1981-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, ünvan 3 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, 06 iyul 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 verilmiş ittihama əsasən o, qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və X19 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncunun arvadı X14 Tovuz şəhərində yerləşən Adil Qasımov adına tam orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq 2022-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşiriyyatı inzibati binasının 6-cı mərtəbəsində yerləşən 12 nömrəli otaqda Zərərçəkmiş şəxs2 17.000 manat, 2023-cü ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində yerləşən 12 nömrəli otaqda Zərərçəkmiş şəxs2 22.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirib verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs2 ümumilikdə 39.000 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (1-ci epizod) Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və X19 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncunu Tovuz rayonu, Öysüzlü kənd orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq 08 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində yerləşən 12 nömrəli otaqda Zərərçəkmiş şəxs1 25.000 manat, 2023-cü ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində yerləşən 12 nömrəli otaqda Zərərçəkmiş şəxs1 10.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirib verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs1 ümumilikdə 35.000 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (2-ci epizod) Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X19 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs5 onlara qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncunu Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 238 saylı uşaq bağçasına direktor vəzifəsinə təyin etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq Zərərçəkmiş şəxs5 Şahid4 vasitəsilə Şahid5 göndərmiş olduğu 50000 manat pulun 40000 manat hissəsini 08 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Nərimanov rayonu, Atatürk prospekti 165/1 ünvanında yerləşən «Atatürk» istirahət parkının yaxınlığında Şahid5 alıb ələ keçirərək verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs5 ümumilikdə 40.000 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.(3-cü epizod) Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X19 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs4 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncunun oğlu Şahid1 Dövlət Vergi Xidmətinin tabeliyində olan İdarələrin birinə müfəttiş vəzifəsinə işə qəbul etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq 02 avqust 2023-cü il tarixdə ünvan 6 ünvanında yerləşən «Bulik» şirniyyat mağazasının yaxınlığında Şahid2 vasitəsilə Zərərçəkmiş şəxs4 məxsus 50 manat, 09 avqust 2023-cü il tarixdə ünvan 7 ünvanında yerləşən «Bayıl» parkında Zərərçəkmiş şəxs4 26.500 manat, 12 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində yerləşən 12 nömrəli otaqda Zərərçəkmiş şəxs4 3.500 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirib verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs4 ümumilikdə 30.050 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir. (4-cü epizod) Bundan başqa, Təqsirləndirilən şəxs2 təkrarən etibardan sui-istifadə etmə və aldatma etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı X19 ilə razılığa gəlib qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs3 Oktay qızının ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncunu Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyi adı ilə yalan vəd verib aldadaraq 29 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal aryonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində yerləşən 12 nömrəli otaqda Zərərçəkmiş şəxs3 5.000 manat, 03 oktyabr 2023-cü il tarixdə, saat 18:34-da ünvan 9 ünvanında yerləşən «Neptun» supermarketin içərisində quraşdırılmış ödəmə terminalı vasitəsilə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4 adına olan "xxxx" ASC-yə məxsus 5243-7544-1038-1337 nömrəli kart hesabına göndərdiyi 5.000 manat, 05 oktyabr 2023-cü il tarixdə, saat 19:06-da Bakı şəhəri, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən mağazanın içərisində quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs3 Vüsalə Ağaşovanın adına olan "xxxx" ASC-yə məxsus 4169-7388-4623-8966 nömrəli kart hesabına göndərdiyi 5.000 manat, 06 oktyabr 2023- cü il tarixdə, saat 18:33-də Bakı şəhəri, Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən «Bia» adlı marketin içərisində quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4 adına olan "xxxx" ASC-yə məxsus 5243-7544- 1038-1337 nömrəli kart hesabına göndərdiyi 1.480 manat, 06 oktyabr 2023-cü il tarixdə, saat 18:45-də Bakı şəhəri, Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən marketin içərisində quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Zərərçəkmiş şəxs3 Zərərçəkmiş şəxs4 adına olan "xxxx" ASC-yə məxsus 5243-7544-1038-1337 nömrəli kart hesabına göndərdiyi 20 manat, 07 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində yerləşən 12 nömrəli otaqda Zərərçəkmiş şəxs3 5.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq ələ keçirib verdiyi vədə əməl etməyib Zərərçəkmiş şəxs3 Oktay qızına ümumilikdə 21.500 manat olmaqla xeyli miqdarda maddi ziyan vuraraq dələduzluq etmişdir.(5-ci epizod) Təqsirləndirilən şəxs1 verilmiş ittihama əsasən o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs2 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncunun həyat yoldaşı X14 Tovuz şəhərində yerləşən Adil Qasımov adına tam orta məktəbdə direktor vəzifəsinə işə qəbul etdirəcəyinə dair yalan vəd verib, inandırıb aldadaraq, 2022-ci ilin sentyabr ayının sonunda Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində olan 12 nömrəli otaqda Zərərçəkmiş şəxs2 17.000 manat, 2023-cü ilin yanvar ayının əvvəlində Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində olan 12 nömrəli otaqda Zərərçəkmiş şəxs2 22.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alaraq verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs2 ümumilikdə 39.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. (1-ci epizod) Bundan başqa, Təqsirləndirilən şəxs1 təkrarən aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin xeyli miqdarda əmlakını keçirmək məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və X19 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 ona qarşı yaranmış etibarından sui-istifadə edərək sonuncunu Tovuz rayonu, Öysüzlü kənd orta məktəbinə direktor vəzifəsinə təyin etdirəcəyi adı ilə yalan vəd verib inandırıb, aldadaraq 08 oktyabr 2022-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində olan 12 nömrəli otaqda Zərərçəkmiş şəxs1 25.000 manat, 2023-cü ilin fevral ayında Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə ünvanda yerləşən Azərbaycan Nəşriyyatı inzibati binasının 6-cı mərtəbəsində olan 12 nömrəli otaqda Zərərçəkmiş şəxs1 10.000 manat pulu vahid niyyətlə əhatə olunan qəsdlə alıb ələ keçirərək, verdiyi vədə əməl etməyib aldatmaqla Zərərçəkmiş şəxs1 ümumilikdə 35.000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. (2-ci epizod) Bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Belə ki, iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həmin dövrdə “Maarif” nəşriyyatında direktor işləmiş, həmçinin İncəsənət Universitetində dərs deyirmiş. Əvvəllər Sevinc xanımı tanımamış, onları Ramil adlı şəxs tanış etmişdir. Ramil özünü “KQB” əməkdaşı kimi təqdim etmişdir. Bir dəfə Ramil ona zəng edərək demişdir ki, Təhsil Nazirliyində onun üçün adam tapıb. O da həmin dövrdə çalışırmış ki, Təhsil Nazirliyindən 3-4 ədəd kitab alıb çap etdirsin, çünki işi budur. Onu Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinin yaxınlığındakı restoranlardan birinə çağırmışlar, orada ilk dəfə Sevinc xanımı görmüşdür. Restoranda üçü birlikdə oturub söhbət etmişlər. Sevinc xanım özünü təqdim edərək demişdir ki, Təhsil Nazirliyində işləyir, qardaşı isə Prezidentin Mühafizə Xidmətində çalışır. Ona kitab çap etdirmək üçün kömək edə biləcəyini demiş, hətta sonradan kitabların adlarının İnformatika 1, İnformatika 2, İnformatika 3 olduğunu da bildirmişdir. Sonra ondan bu işin ona nə kimi fayda verəcəyini soruşmuş, o da ona veriləcək məbləğdən onların faizini verəcəyini qeyd etmişdir. Nazirlikdən kitap çapı tenderini alaraq ona verməsi üçün 2023-cü ilin oktyabr ayında Bakı şəhəri, Yasamal rayonunda yerləşən «Avalon» restoranında Sevincin yanında tanışı X20 əlbə-əl 4.700 manat pul versə də, lakin işini həll etməmiş və bu günə qədər onun pulunu qaytarmamışdır. Əhməd və Gülnarəyə zəng edərək Sevincin Təhsil Nazirliyində digər vəzifəyə keçdiyini, bundan sonra onların işini X6 edəcəyini bildirmişdir. 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 ona zəng edərək, həyat yoldaşı Mehriban xanımı Tovuz rayonunda işlədiyi orta məktəbə direktor vəzifəsinə işə düzəlməsinə köməklik göstərməyi xahiş etmişdir. O, Əhmədə tanışı Təqsirləndirilən şəxs1 Təhsil Nazirliyində işlədiyini, Sevincin ona kitab çapı üçün nazirlik tərəfindən keçiriləcək tenderin qalibi olmağa köməklik edəcəyini bildirərək Sevinc xanımdan Əhmədin həyat yoldaşını da həmin orta məktəbə direktor vəzifəsinə keçməsinə köməklik etməsi üçün xahiş edə biləcəyini bildirmişdir. Bundan sonra, Sevincin mobil nömrəsini Əhmədə vermişdir. Əhməd Sevinclə danışmış və o, bildiyi qədəri ilə Sevinc Əhmədə 35.000 manat müqabilində həyat yoldaşı X14 Tovuz rayonunda yerləşən orta məktəbə direktor təyin edilməsinə köməklik edə biləcəyini bildirdikdən sonra razılaşmışlar. 2022-ci ilin təxminən sentyabr-oktyabr aylarında Əhməd Bakı şəhərinə gələrək onun ofisində Sevincə ilkin olaraq 17.000 manat pul vermişdir. Sevinc Əhmədə növbəti ilin fevral ayına qədər Mehribanın işinin düzələcəyini bildirmiş və qalan pulu da işi düzəldikdən sonra alacağını bildirmişdir. Bundan bir neçə gün sonra Əhməd Sevincə yenidən zəng edərək bacısı Zərərçəkmiş şəxs1 Tovuz rayonunda işlədiyi orta məktəbə direktor təyin edilməsini ondan xahiş etmişdir. Həmin danışıq zamanı o, Sevincin yanında olmuşdur. Sevinc Əhmədə bacısının şəhid ailəsi olduğundan aşağı qiymətə Tovuz rayonunda olan şəhidin adına olan orta məktəbə direktor vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Gülnarə Sevinclə özü danışmış və Gülnarə Tovuz rayonunda öz işlədiyi məktəbə direktor düzəlməsinə köməklik etməyi xahiş etmişdir. Sevinc Gülnarədən bu vəzifə üçün 35.000 manat pul tələb etmişdir. Lakin onun özü Əhmədə zəng edərək Sevincin onun özünün işini, yəni hələ ki, vəd verdiyi tender işini düzəltmədiyini, Sevincə pul vermək üçün tələsməmələrini və bir az səbr etmələrini demişdir. Təxminən 2022-ci ilin oktyabr ayında Gülnarə onun ofisinə gələrək onun yanında Sevincə ilkin olaraq 25.000 manat pul vermişdir. Lakin üstündən xeyli müddət keçdikdən sonra nə onun işini, nə də ki Əhməd və Əhmədin bacısı Gülnarənin işi düzəlmədiyindən Sevincdən pulu tələb etmişlər. Zərərçəkmiş şəxs3 2023-cü ilin əvvəllərindən tanışı Şahid3 Rəfael oğlunun vasitəsilə tanımışdır. Belə ki, 2019-cu il tarixdən 2024-cü ilin yanvar ayına kimi olan müddət ərzində o, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində 12 nömrəli otağı Azərbaycan Nəşriyyatı ilə müqavilə bağlayaraq icarəyə götürüb ofis kimi işlətməklə dizayner kimi fəaliyyət göstərmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında Türkel onun iş yerinə gələrək Bakı şəhərində yerləşən tam orta məktəblərin birinə direktor vəzifəsinə təyin olunmaq istədiyini ona demişdir. Həmin ərəfədə onun özü də Şuşa musiqi məktəbinə direktor vəzifəsinə təyin olunmaq üçün X9 tanışı Pərinisə adlı şəxsin yanında 40.000 manat pul vermişdir. Buna görə də Diləfruz adlı qadının vasitəsilə Türkeli işə qəbul etdirə biləcəyini demişdir. Türkelin yanında Diləfruz adlı qadına zəng edib bu barədə demiş, Diləfruz 25.000 manat pulun müqabilində Türkeli özünün işlədiyi orta məktəbə direktor vəzifəsinə təyin etdirəcəyini demişdir. Həmçinin həmin vaxtı Türkel özü telefonu ondan götürüb Diləfruzla danışmışdır. X69 25.000 manat pul verəcəyini demişdir. Türkelin ona deməsindən sonra məlum olmuşdur ki, Türkel Diləfruzun göndərdiyi kartlara ümumilikdə 21.500 manat pul göndərmişdir. Həmçinin həmin ərəfədə təxminən 2-3 dəfə Türkel və Diləfruz onun iş otağında görüşüb danışıqlar aparmışlar. Türkel işə qəbul olunması üçün 21.500 manat pulu özü Diləfruzun verdiyi müxtəlif kartlara göndərmişdir. Həmçinin həmin kartlardan biri Diləfruzun oğlu Pərvin Quliyevə məxsus olmuşdur. Zərərçəkmiş şəxs4 2023-cü ilin iyul ayından tanışı Şahid2 vasitəsilə, Şahid2 isə təxminən 2022-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən kitab mağazasında görüb təsadüfən tanımışdır. 2023-cü ilin avqust ayının əvvəllərində İsmayıl və Abusət onun iş yerinə gəlmişlər. Söhbət əsnasında İsmayıl oğlunu işə qəbul etdirmək istədiyini dedikdə o, onlara bu barədə Diləfruz adlı qadına deyə biləcəyini bildirmişdir. Həmin vaxtı o, onların yanında Diləfruza zəng edib bu barədə demiş və telefonu danışması üçün İsmayıla vermişdir. Onun yanında onlar danışıq aparmışlar və İsmayılın oğlunun işə qəbul olunma məsələsini 40.000 manata razılaşmışlar. İlkin olaraq hazırda tarixini xatırlamadığı vaxtda İsmayıl onun iş yerində onun yanında Diləfruza 3.000 manat pul vermişdir. Təxminən 1 həftə sonra Bayıl parkının içərisində İsmayıl onun yanında Diləfruza 27.000 manat pul vermişdir. Bundan sonra İsmayılın oğlunu təxminən 3-4 dəfə Vergilər Nazirliyinə çağırmışlar. Diləfruz İsmayıldan işin düzəlməsi ilə bağlı müddət almağa başlamışdır. Həmin ərəfədə Diləfruz ondan 15.000 manat borc pul istədikə o, pulunun olmadığını demişdir. Həmin vaxtı Diləfruz İsmayıl ilə danışmaq istədiyini demişdir. Bundan sonra onun yanında İsmayıl Diləfruz ilə danışmış və Zərərçəkmiş şəxs4 onu tanıdığı üçün Diləfruza vermək üçün ona borc məqsədilə 15.000 manat pul vermişdir. Həmin gün Diləfruz onun iş yerinə gələrək həmin pulu ondan götürmüşdür. 2023-cü ilin oktyabr ayında məlum olmuşdur ki, Diləfruz İsmayılın oğlunun işini həll edə bilmir. Buna görə İsmayıl pulunu tələb etməyə başlamışdır. Həmin ərəfədə onun özü İsmayıla 22.000 manat pul vermişdir. X45 8.000 manat pul vermişdir. Həmin pullardan 2750 manat pul Abusətə onun özü vermiş, 600 manatı isə Diləfruz Abusətə vermişdir. İsmayılın ona Diləfruza verməyi üçün verdiyi 15.000 manat pulu isə Diləfruz ona qaytarmadığından o, 15.000 manat pulu İsmayıla qaytara bilməmişdir. Şahid5 2023-cü ilin təxminən fevral ayından tanıyır. Belə ki, Samirə ilkin olaraq ona zəng edib iki nəfər tanışı olduğunu, onlardan birini, yəni Zərərçəkmiş şəxs5 bağça müdirəsi, digərini isə, yəni adını bilmədiyi şəxsin Bakı şəhərində yerləşən orta məktəblərin birinə ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul etdirə biləcəyini soruşduqda Samirəyə bu barədə X9 deyəcəyini və əlavə məlumat verəcəyini bildirmişdir. Samirə də ondan Diləfruzla danışmağını xahiş etmişdir. Bundan sonra Diləfruz ilə danışmış, Diləfruz da həmin iki nəfər şəxsi qeyd olunan işlərə qəbul etdirə biləcəyini demişdir. Belə ki, Diləfruz bağça müdirəsi vəzifəsinə düzəltmək üçün 40.000 manat, ibtidai sinif müəlliməsi vəzifəsinə işə qəbul etdirmək üçün 22.000 manat pul istəmişdir. Onun özü də Samirəyə bu barədə dedikdə Samirə onunla razılaşmışdır. 2023-cü ilin mart ayında gününü xatırlamadığı vaxtda Samirə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən metronun «Gənclik» stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5 bağçaya müdirə vəzifəsinə qəbul olunmasından ötrü ona əlbə-əl 40.000 manat pul vermişdir. Həmin gün Diləfruz və sonuncunun qızı Elvina onun işlədiyi nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində 12 nömrəli otağa gəlmişlər. O, həmin iş otağında qeyd olunan 40.000 manat pulu tam şəkildə Diləfruzun yanında sonuncunun qızı Elvinaya vermiş, Elvina da pulu saydıqdan sonra Diləfruza vermişdir. Diləfruz həmin işi iki ay müddətinə həll edəcəyinə vəd vermişdir. 01 iyul 2023-cü il tarixdə işə qəbul olunmalı olan Aynuru Təhsil Nazirliyinə çağırmışlar. Sonradan Samirə ona zəng edərək Aynurun işinin həll olunduğunu və Aynurun Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən bağçalardan birinə müdirə vəzifəsinə işə qəbul edildiyini bildirmişdir. Lakin dörd ay sonra Samirə ona bildirmişdir ki, Aynur bağça müdirəsi təyin olunmayıb. Bundan sonra məlum olmuşdur ki, Diləfruz ondan başqa bir neçə nəfər şəxsdən də işə qəbul ilə bağlı pullar alaraq dələduzluq etmişdir. 2022ci ilin dekabr ayında o, Bakı şəhər Baş Polis İdarəsinə çağırılmış və çağırılmağının səbəbi, Diləfruzu tanıyıb tanımadığını öyrənmək olmuşdur. X46 ilə tanış olmuşdur. O, bildiyi qədəri ilə onları da kimlərinsə işə düzəltmək adı ilə vətəndaşların pullarını ələ keçirilməsi ilə bağlı şahid qismində dəvət etmişlər. Bundan sonra o, Diləfruz və Çimnaz ilə Bakı şəhərində restoranda görüşmüş, söhbət əsnasında Diləfruz ona təhsil ilə bağlı nə problem olarsa onun həll etmək gücündə olduğunu bildirmişdir. Bundan bir neçə gün sonra Diləfruz onun ofisinə gəlmiş, Diləfruza Sevincin onun vasitəsilə tanıdığı Əhmədin yoldaşı Mehribanı və Gülnarəni məktəbə direktor təyin olunması üçün ümumilikdə 35.000 manat pul aldığını, lakin vədinə əməl etmədiyi barədə bildirmişdir. Diləfruz Əhmədin həyat yoldaşı Mehriban və Gülnarənin işini 45000 manat pul müqabilində düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Diləfruz onun yanında Mehriban və Gülnarə ilə telefon vasitəsi ilə danışmışdır. Təxminən 2023-cü ilin fevral ayında Əhməd onun ofisinə gələrək onun yanında 32000 manat pulu Diləfruza vermiş, həmin vaxt onun özü də əlavə olaraq 3000 manat pulu Diləfruza vermişdir. Onun pulu verməkdə məqsədi Diləfruzun məbləğ ilə razılaşmaması olmuşdur. Əks halda Diləfruz razılaşmadığından iş düzəldikdən sonra isə Əhməd 10.000 manat pul da Diləfruza verəcəkdir. Bundan sonra bir neçə dəfə Gülnarə və Mehribana Təhsil Nazirliyindən sms gəlmiş və onlar da Bakı şəhərinə gəlmişlər, lakin onları nazirlikdə qəbul edən olmamışdır. Sonuncu dəfə onun özü də onlarla birgə nazirliyə getmiş, orada olan zaman nazirliyin qəbul şöbəsindən adını sonradan bildiyi Seva adlı qadın Gülnarəyə bir neçə günə sertifikatlarının veriləcəyini bildirmişdir. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 alınmış 21500 manatın 5500 manatını o almış, qalan pulu isə Diləfruza vermişdir. Zərərçəkmiş şəxs2 işində ona 39000 manat pul verildiyini demişdir. Sonra Zərərçəkmiş şəxs1 35000 manat almış və bu işdə aldığı puldan 25000 Sevincə, qalanını isə Diləfruza vermişdir. Sevinc işi həll etmədikdən sonra Diləfruzla təsadüfən tanış olduğunu, daha doğrusu Diləfruzun onu tapdığını və “eşitmişəm ki, Sevinc səni zibilə salıb, mən bu məsələdə sənə kömək edə bilərəm” dediyini bildirmişdir. Sevinc puldan 22000 manatın Əhmədə qaytarıldığını, sonra 19000 manat pulu Əhmədə özü qaytardığını bildirmişdir. Gülnarənin də pulundan 10300 manatını özünün qaytardığını qeyd etmişdir. Zərərçəkmiş şəxs4 30050 manat deyil, 45000 manat almışdır. O pulun da hamısını Diləfruza vermişdir. O pulu özü götürməmiş, Diləfruza vermişdir. O, bu olanlarla bağlı təxminən 2023-cü ilin oktyabr ayında Diləfruz barəsində Nərimanov Rayon Polis İdarəsinə şikayət etdiyini bildirmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, müəllimə işləyir, 2022-ci ilin iyun-iyul aylarında tanışı Adıgözəlov Ramil adlı şəxs onların məktəbinin kitablarını gətirirmiş. Ondan xahiş etmişdir ki, ona dərslik kitabının çap edilməsi üçün adam tapsın. Günün birində Adıgözəlov Ramil ona demişdir ki, İsmayıl müəllimlə gəl sizi tanış edim. O ərəfədə məktəbin jurnalının üzlüyü itmiş, onun üz qabığını çıxartdırmaq lazım olmuşdur. Həmin gün “Azərnəşriyyat”ın binasının 6-cı mərtəbəsinə gedərək orada İsmayıl müəllimlə görüşmüş, iki mədəni insan kimi tanış olmuşlar. İsmayıl özünü təqdim edərək bildirmişdir ki, o, uzun müddət Nəşriyyatda işləmiş və hazırda kitab çapı ilə məşğuldur. Orada biraz söhbət edib ayrılmışlar. 2022-ci ilin sentyabr ayında qızının təhsil haqqına görə pul lazım olduğundan mobil telefon ilə zəng edərək İsmayıldan ona 1800 manat pul borc verməsini xahiş etmişdir. O da ona demişdir ki, narahat olma, oğluma deyərəm kredit götürüb sənə pul atar. Həmin gün İsmayıl onun kartına 1800 manat pulu oğlu vasitəsi ilə yollamış, həmçinin İsmayıl ona əlbə-əl 500 manat pul vermişdir. Bir dəfə Elbəy müəllimlə oturmuşlar, İsmayıl bəy də onu tanıyırmış. Sonra İsmayıl bəy ona zəng etmişdir ki, “Sevinc xanım, haradasınız?” O da demişdir ki, onlar Elbəy müəllimlə Azadlıq prospektində restoranda oturmuşlar, kitab çapı ilə məşğuldurlar. Demişdir ki, “hə, mən də burada yaxınlardayam, gəlirəm indi.” O, gəlmiş, onu görən kimi soruşmuşdur ki, “qanın niyə qaradır?” O da demişdir ki, universitetdən təhsil haqqını tam tələb edirlər, 500 manat çatmır, kömək edə bilərsən? Demişdir ki, təbii ki, problem yoxdur. Bir müəllim yoldaş var, məktəb direktorudur, onun işlədiyi məktəbdə İsmayıl müəllimin dostunun oğlunun problemi var idi. O, İsmayıl müəllimə təklif etmişdir ki, onun o direktorla yaxşı münasibəti var, istəyirsə, ondan xahiş etsin. O, direktora zəng edərək xahiş etmişdir. Sonra İsmayıl müəllimin dostu onun kartına 500 manat pul atmışdır. İsmayıl müəllim o pulu ona vermiş, amma o, İsmayıl müəllimə demişdir ki, pul söhbəti olmasın, amma o bilmirmiş ki, pul kimdən gəlmişdir. Həmin vaxtlar o, öz qızılını satmaq istəyirmiş. İsmayıl müəllim qoymamışdır ki, qızılı satmaq olmaz, bəs biz nə günün dostuyuq?! Bununla da İsmayıl ona ümumilikdə 2.200 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayında o, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 11-ci otaqda, yəni İsmayılın iş otağında İsmayıl ilə görüşüb qızının xəstəliyi barədə məlumat vermişdir. Həmin vaxtı İsmayıl Tovuz rayonunda torpaq sahəsi satdığını, bunun üçün ona pul göndəriləcəyini deyib ona borc pul verə biləcəyini, sonradan həmin pulu ondan istəməyəcəyini deyib iki üç gündən sonra gəlməyini demişdir. O da təxminən 2-3 gündən sonra İsmayılın həmin iş otağına gedib İsmayıl ilə görüşmüşdür. Həmin vaxtı İsmayıl ağ rəngli zərfi çıxarmışdır. Həmin zərfin üzərində “Mehriban” yazısı olan konverti açaraq yanında üç dəfə saymış, həmin konvertin içərisində 25.000 manat pul olmuşdur. Ondan soruşmuşdur ki, sənə nə qədər pul lazımdır? O da demişdir ki, 7.000 manat pul lazımdır. Konvertdən 7.000 manat çıxararaq ona vermiş, o da demişdir ki, İsmayıl müəllim, bu pulu tez zamanda qaytara bilməyəcək. İsmayıl da ona torpaq sahəsini satdığını və narahat olmamasını demişdir. Bununla da həmin ərəfədə İsmayılın ona verdiyi pul 9.200 manat olmuşdur. O, İsmayıl müəllimə zəng etmişdir ki, “İsmayıl müəllim, gəl bu işi tez həll edək, ona 8.000 manat versin, o da qızılları girovdan çıxarsın və ona pulunu geri versin”. İsmayıl müəllim onunla razılaşmış və ona 8.000 manat pulu vermişdir. O, qızılları girovdan çıxarmış və İsmayıl müəllimə zəng etmişdir ki, görüşsünlər, borcunu qaytaracaq. İsmayıl müəllim isə israrla bildirmişdir ki, o pulları ona borc kimi verməmiş, o pulu ona bağışlamışdır. Bundan sonra o, İsmayıl ilə təxminən 5-6 ay müddətində əlaqə saxlamamışdır. 2023-cü ilin fevral ayında İsmayıl ona zəng edərək bildirmişdir ki, «vaxtında mən sənə kömək etmişəm, indi sənin mənə köməyin lazımdır». O, İsmayılın həmin iş otağına getmiş və İsmayıl ona bildirmişdir ki, Diləfruz adlı qadın kimlərisə işə qəbul etdirmək məqsədilə ondan 35.000 manat pul almışdır. İsmayıl ondan xahiş etmişdir ki, o, Gülnarəyə zəng edib xahiş etsin ki, pulu qaytarmağa müddət versin, o, isə İsmayılla razılaşmayıb çıxıb getmişdir. Bundan sonra İsmayıl ona Gülnarə ilə danışmağını, əks halda ona verdiyi pulu qaytarmağını bildirmişdir. İsmayıl onun iş yerinə gələcəyini dedikdə bu səbəbdən o, İsmayıl ilə razılaşmışdır. Bundan sonra İsmayıl ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 186 ünvanında İsmayıla məxsus avtomobildə görüşmüş, həmin vaxtı İsmayıl öz mobil telefonu ilə Zərərçəkmiş şəxs1 zəng edib telefonu ona vermişdir. O, Gülnarə ilə salamlaşıb adının Sevinc olmasını, İsmayılın borca aldığı 35.000 manat pulu xəstə olduğu üçün 10 günə verəcəyini demişdir. Bundan sonra Gülnarə ona bildirmişdir ki, pulu İsmayıla Tovuz rayonunda yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə düzəlməsi üçün verib. Həmin vaxtı Gülnarə hətta ona bildirmişdir ki, İsmayıl və Diləfruz adlı şəxs üç dəfə onu Tovuz rayonundan Bakı şəhərinə gətizdirib Nazirliyin qarşısında kiminləsə görüşdürüb, onun əri şəhid olub və İsmayıl onun hissləri ilə oynamışdır. Bundan sonra o, telefonda Gülnarəyə «elə bilin ki, sizə yığmamışam» deyib telefonu İsmayıla verib avtomobildən düşüb çıxıb getmişdir. 2023-cü ilin yay aylarında qızı Nəzrin ona yaşadığı evdə olan zaman bildirmişdir ki, İsmayıl artıq ikici dəfədir ki, onun təhsil aldığı Universitetin qarşısına gəlib «sənə maşın alacam, anana de ki, narahat olmasın, pula görə məndən qaçmasın» demişdir. 12 noyabr 2023-cü ildə o, tanışı Ramil Adıgözəlova zəng edərək «sən məni necə bir insanla tanış etmisən, mənim dalımca, qızımın dalınca gəlir» bildirmişdir. Bundan sonra o, Ramil sonuncunun tanışı və İsmayılın köhnə dostu Bayram adlı şəxs ilə birlikdə İsmayılın iş otağına getmişlər. İsmayılın otağına yaxınlaşmaq istədikdə otaqdan səs-küy gəldiyini eşitmişlər. Onlar İsmayılın otağına girən zaman İsmayıl əlini Ramilə tərəf uzadaraq yanında olan şəxslərə onların pullarının Ramildə olmasını bildirdikdə Ramil də həmin vaxtı quran kitabını götürüb üstünə əlini qoyaraq «gəl sən də əlini qoy ki, mənə pul vermisən» bildirmişdir. Həmin vaxtı İsmayıl həmin şəxslərə bildirmişdir ki, pullarının 20.000 manatı Sevincdədir. Bu vaxtı Mehriban İsmayıla «sən bizə göstərdiyin Təhsil Nazirliyinin işçisi Sevinc bu deyil, həmin qadın sarı saçlı idi» demişdir. Bu zaman emosional olaraq uca səslə o, İsmayıla qışqıraraq «sən oğlunun ruhuna and içib pulu mənə bağışladığını deyirsən, indi də bunlar kimlərdir deyə bildirmişdir. Sonra o, Gülnarə və Mehribanı dinlədikdən sonra ona aydın olmuşdur ki, əvvəllər İsmayıl borclu olduğu şəxslər əslində işə qəbul olunmaları üçün İsmayıla 75.000 manat pul vermişlər. Mehribana İsmayıl zərfi açıb ona 8.000 manat pul verəndə zərfin üzərində onun adının olduğunu demişdir. Həmin vaxt İsmayıla demişdir ki, ona verdiyi 20.000 manat pul kimin borcudursa ona qaytara bilər. İsmayıl da Mehriban və Əhmədi ona göstərərək pulların həmin şəxslərə məxsus olmasını və pulu onlara qaytarmağını demişdir. Onun özü də Mehriban və Əhmədə 20.000 manat pulu aylıq ən azı 500 manat olmaqla verəcəyini demişdir. Təxminən iki gün sonra Mehriban ona zəng edib borc müqaviləsi bağlamağı təklif etdikdə Mehriban və Əhməd ilə birlikdə metronun «Nizami» stansiyasının yaxınlığında yerləşən nömrəsini xatırlamadığı notariat ofisinə getmiş, ofisdə onlara borc müqaviləsinin bağlanılması üçün 20.000 manat pul qoyulmağın vacibliyini bildirmişlər. Bu səbəbdən də onların arasında borc müqaviləsini bağlamaq baş tutmamışdır. Sonra 2023cü ilin noyabr ayında Mehribana təklif etmişdir ki, rahat olmaları üçün videoçəkiliş etsinlər. Mehriban razılıq verdikdən sonra onun özü danışıb özünü təqdim edərək qeyd etmişdir ki, Mehriban xanımdan aldığı 20.000 manat borcu qısa müddətdə qaytaracağına söz verir. Həmin vaxtdan, yəni 04 dekabr 2023-cü il tarixdə Əhmədin kartına 800 manat, sonra 04 yanvar 2023-cü il tarixdə 1.400 manat, 2023-cü ilin fevral ayının əvvəlində 2.000 manat, 2023-cü ilin mart ayının əvvəlində 4.000 manat, 2023-cü ilin aprel ayının sonunda 1.000 manat pul göndərməklə Əhmədə ümumilikdə 9.200 manat pul vermiş olmuşdur. Hazırki vaxtda onun Əhməd və Mehribana 10.800 manat verəcəyi vardır. İsmayılın dedikləri yalandır. Belə ki, Əhməd ona əlbə-əl ümumiyyətlə pul verməmiş, onun özü Əhməd və Mehribanı cəmi bir dəfə İsmayılın otağında görmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ramillə İsmayıl müəllimin otağına gedəndə o, əli ilə onları göstərərək demişdir ki, “sizin pulunuz buradadır.” Ramil də əsəbləşərək onun üzərinə getmiş, onu vurmaq istəmiş, onları aralamışlar. Ramil ona demişdir: “Nə pulu, sən mənə harda pul vermisən? Sən deyildin, qızım deyib övladlığa götürüb Sevincə pulu bağışlayan?” Orada İsmayıl müəllim özü də təsdiqləmişdir ki, bəli, o, ona pulu bağışlamış, amma indi vəziyyəti çətindir, pulu qaytarsın. O da Mehriban xanımla danışıb razılaşmışdır ki, o pulu onlara hər ay ödəyəcək, bunu təsdiq etmək üçün notariusa yaxınlaşsalar da, borcu təsdiq etmək mümkün olmamışdır. Bu zaman o, onlara borcu etiraf etmək və onu ödəmək öhdəliyi ilə bağlı video görüntünü çəkib vermişdir. Amma sonra elə olmuşdur ki, heç aylarla ödəməyə ehtiyac qalmamış, bankdan kredit götürüb onların 20.000 manat borcunu ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, 2023-cü ilin əvvəllərində ortaq qohumları vasitəsi ilə tanıdığı Asəf adlı şəxs məclislərin birində söhbət zamanı ona bildirmişdir ki, onun nüfuzlu tanışları var və 30.000 manat pulun müqabilində ona vəzifəyə təyin olunmağında köməklik göstərə bilər. O, həmin vaxt Asəfə ehtiyac olmadığını bildirsə də, daha sonra, yəni 2023-cü ilin sentyabr ayında Asəflə əlaqə saxlayaraq sonuncunun təklifi barədə maraqlandıqda Asəf danışıb ona xəbər edəcəyini bildirmişdir. Bundan bir neçə gün sora Asəf yenidən onunla əlaqə saxlamış və Təqsirləndirilən şəxs2 üçüncü şəxs kimi konfrans edərək «Whatsapp» tətbiqi vasitəsilə üçlükdə danışmışlar. Asəf işi İsmayılın həll edəcəyini bildirdikdən sonra İsmayılla görüşüb bu barədə danışmağı ona təklif etmişdir. Bundan sonra onun özü 29 sentyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Dövlət Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində 12-ci otaqda, yəni İsmayılın iş otağında İsmayıl ilə görüşmüşdür. Həmin vaxtı İsmayıl ona özünün Azərbaycan Dövlət Nəşriyyatında nəşriyyat direktoru olmasını bildirmişdir. Söhbət əsnasında İsmayıl 25.000 manat pulun müqabilində onu Bakı şəhərində yerləşən tam orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə vəd verdikdə həmin vaxtı İsmayıl ilə razılaşmış və həmin vaxtı, yəni 29 sentyabr 2023-cü il tarixdə İsmayılın iş otağında İsmayıla əlbəəl 5.000 manat pul və onun anket məlumatları olan «CV» blankını verib İsmayıla pulun qalan hissəsini, yəni 20.000 manat pulu 1-2 gün ərzində verəcəyini demişdir. Bundan sonra 03 oktyabr 2023-cü il tarixdə, saat 18:34-da ünvan 9 ünvanında yerləşən «Neptun» supermarketin içərisində quraşdırılmış ödəmə terminalı vasitəsilə İsmayılın ona göndərdiyi Zərərçəkmiş şəxs4 məxsus kart hesabına 5.000 manat pul göndərmişdir. Bundan sonra 05 oktyabr 2023-cü il tarixdə, saat 19:06-da Bakı şəhəri, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən mağazanın içərisində quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərdiyi Vüsalə Ağaşovaya məxsus kart hesabına 5.000 manat pul göndərmişdir. Daha sonra 06 oktyabr 2023-cü il tarixdə, saat 18:33-də Bakı şəhəri, Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən «Bia» adlı marketin içərisində quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 ona dediyi Zərərçəkmiş şəxs4 məxsus kart hesabına 1.480 manat pul göndərmişdir. Həmin gün, yəni 06 oktyabr 2023-cü il tarixdə saat 18:45-də Bakı şəhəri, Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən marketin içərisində quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 ona dediyi Zərərçəkmiş şəxs4 məxsus kart hesabına 20 manat pul göndərmişdir. Sonuncu dəfə 07 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Dövlət Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində 12-ci otaqda, yəni İsmayılın iş otağında İsmayıla əlbəəl 7.000 manat pul vermişdir. Bununla da İsmayıla ümumilikdə 21.500 manat pul vermiş olmuşdur. Bir həftə sonra İsmayıl ilə əlaqə saxlayaraq iş barədə İsmayıldan soruşduqda İsmayıl artıq onun işinin həll olduğunu bildirərək ondan vaxt istəmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 12 oktyabr 2023-cü il tarixdə onu ünvan 11 ünvanında yerləşən Bakı şəhəri Təhsil İdarəsinə aparmış və o, İsmayıl ilə birlikdə bir neçə saat Təhsil İdarəsinin qarşısında Rauf adlı şəxsi gözləmişdir. Söhbət əsnasında İsmayıl Rauf adlı şəxsin Təhsil İdarəsində qəbul otağında işlədiyini, onun ərizəsinin Rauf tərəfindən alınacağını bildirmişdir. Bir neçə saatdan sonra Rauf adlı şəxs onun mobil telefonuna zəng edərək Təhsil İdarəsinin qarşısında olduğunu demişdir. Bu vaxt İsmayıl Raufun onu görməməsini deyib avtomobildə onu gözləmiş və onun özü tək Raufla görüşmüşdür. Söhbət əsnasında Rauf ondan işini kimin vasitəsilə həll etdiyini soruşduqda o, ad çəkməmək üçün bilmədiyini demişdir. Rauf bir neçə nəfər şəxsin dələduzluqla məşğul olduğunu deyib hətta İsmayılın adını da çəkərək bildirmişdir ki, əgər həmin şəxslərlə işini həll edirsə onun işi alınmayacaqdır. Bununla da Raufla onun danışığı sonlanmış və onlar sağollaşıb ayrılmışlar. Sonradan o, İsmayılın yanına qayıtsa da, Raufun dedikləri barədə İsmayıla heç bir söz deməmişdir. Həmin gün yaşadığı evə gedib Raufa zəng edib ona dedikləri barədə soruşduqda Rauf ona bildirmişdir ki, «bizə heç nə çatmayıb, bizə pul çatsa işin düzələcək». O, isə İsmayıla pul verdiyini Raufa bildirdikdə Rauf da ona İsmayıl ilə danışmağını demişdir. Daha sonra 12 noyabr 2023-cü il tarixdə onun özü İsmayıl ilə iş barədə yenidən maraqlandıqda İsmayıl onu yenidən Təhsil İdarəsinə apararaq onu Cahid müəllimlə görüşdürəcəyini və Cahid müəllimin ondan ərizəsini alacağını demişdir. Təhsil İdarəsinin qarşısında İsmayıl onu gözləmiş, onun özü tək Təhsil İdarəsinin inzibati binasına daxil olduqda bir nəfər şəxs ondan bir neçə metr kənarda dayanmış şəxs ona əli ilə işarə edib onu yanına çağırmış, həmin şəxsə yaxınlaşaraq ondan kim olmasını soruşduqda həmin şəxs adının Cahid olduğunu və kadrlar şöbəsində işlədiyini ona bildirib nümunə ərizə forması verərək ona ərizə yazdırmışdır. Sonra sağollaşıb oradan çıxaraq İsmayılın yanına qayıtmış və bu barədə demişdir. Daha sonra İsmayıl 2024-cü ilin yanvar ayında işin həll olunacağını bildirmişdir. 2024-cü ilin yanvar ayında İsmayıl ilə yenidən əlaqə saxlamış, dəfələrlə İsmayılın iş yerinə gedərək işi barədə soruşduqda İsmayıl onu müxtəlif bəhanələrlə aldadaraq hələ gözləməyini bildirmişdir. O, artıq aldadıldığını başa düşdüyü üçün İsmayıldan pulunu geri tələb etdikdə hər dəfə telefon danışığı və otağında olan zaman pulu bir neçə saata qaytaracağını İsmayıl söz versə də, lakin vədinə əməl etməyərək onu aldatmışdır. Sonradan Rauf adlı şəxs barədə özü maraqlandıqda adının Rauf olmadığını, əsl adının Elşad olması, həmçinin İsmayılın Təhsil İdarəsində kadrlar şöbəsində işlədiyini dediyi Cahid adlı şəxsin ev alqı-satqısı ilə məşğul olan bir şəxs olması ona məlum olmuşdur. 24 yanvar 2024-cü il tarixdə İsmayıl öz iş otağında ondan iş yerini dəyişmək məqsədilə 21.500 manat pul almasını, həmin pulu müxtəlif şəxslərə verdiyini, pulun özündə olmadığını, 31 yanvar 2024-cü il tarixədək pulunun bir hissəsini, qalan hissəsini isə iki ay müddətində, yəni yanvar, fevral və mart ayları ərzində tam qaytaracağını A4 kağızda öz xətti ilə yazaraq imzalamışdır. Lakin İsmayıl yenə də verdiyi vədə əməl etməyərək ona qarşı dələduzluq etdiyi üçün İsmayılın barəsində Yasamal rayon Polis İdarəsinə ərizə ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs2 onun Pirallahı qəsəbəsində məktəb direktoru keçməsi üçün 25.000 manat Diləfruz Mustafayevaya verməsi barədə dedikləri yalandır. İsmayılın onu Bakı şəhərində yerləşən tam orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə vəd verdiyi üçün İsmayıla ümumilikdə 21.500 manat pul vermişdir. Diləfruz adlı qadın əvvəldən ona hər-hansı bir vəd verməmiş, lakin iş alınmadıqda Diləfruz zəng edərək ona Təhsil Nazirliyindən zəng olunacağını və qəbula çağırılacağını bildirmişdir. Lakin onun özü Diləfruz adlı qadına hərhansı bir məbləğdə pul verməmişdir. O, Diləfruz adlı qadınla ümumiyyətlə görüşməmişdir. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr Diləfruz adlı qadının istifadəsində olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 2023-cü ilin iyul ayının sonundan, Şahid2 isə təxminən 30 ildir ki, tanıyır. Belə ki, onun oğlu Şahid1 2016-cı il tarixdə ali məktəbi bitirsə də, hazırkı vaxta kimi oğlu özünə iş tapa bilməmişdir. Buna görə bu barədə tanışlarına, o cümlədən tanışı Abusətə demişdir. 2023-cü ilin iyul ayının sonunda Abusət ona tanışı Təqsirləndirilən şəxs2 yüksək vəzifəli şəxslərlə əlaqəsinin olduğunu, istənilən vəzifəyə işə qəbul etdirmək imkanının olduğunu bildirmişdir. Həmin vaxtı Abusət Təqsirləndirilən şəxs2 ilə telefonla danışdıqdan sonra ona oğlunun diplomunu, hərbi bileti və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərini, həmçinin sənədləri qəbul edən şəxsə şirinlik kimi 50 manat pul verməli olduğunu dedikdə o, razılaşmış və 02 avqust 2023-cü il tarixdə qeyd olunan sənədlərin təsdiq olunmuş surətlərini və 50 manat pulu İsmayıla çatdırması üçün ünvan 6 ünvanında yerləşən «Bulik» şirniyyat mağazasının yaxınlığında Abusətə vermişdir. Bundan sonra 08 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl» parkında o, Abusət və Təqsirləndirilən şəxs2 ilə görüşmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs2 özünü ona mətbəə işçisi kimi təqdim etmiş və Vergilər Nazirliyində işləyən tanışlarının vasitəsilə onun oğlu Şahid1 53.000 manat pulun müqabilində Dövlət Vergi Xidmətinin tabeliyində olan İdarələrin birinə müfəttiş vəzifəsinə işə qəbul etdirəcəyini vəd vermişdir. O, oğlunun işə qəbul olunması ilə bağlı pulu əvvəlcədən vermək niyyətində olmadığını bildirdikdə Təqsirləndirilən şəxs2 isə pulun yarı hissəsinin əvvəldən verməyin zəruri olduğunu, pulun qalan hissəsini isə onun oğlunun işə qəbul olunmasına dair əmr verildikdən sonra verməyini ona demişdir. Təqsirləndirilən şəxs2 dediklərinə inaraq sonuncu ilə razılaşmış, səhəri gün, yəni 09 avqust 2023-cü il tarixdə o, Abusət və Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl» parkında görüşüb özünə məxsus 26.500 manat pulu Abusətin yanında əlbəəl Təqsirləndirilən şəxs2 vermişdir. Təqsirləndirilən şəxs2 pulları ondan götürüb saydıqdan sonra pulun nə üçün əksik olmasını soruşduqda İsmayıla danışdıqları kimi ilkin olaraq pulun tam yarı hissəsini verdiyini demişdir. İsmayıl buna etiraz edib əvvəldən 30.000 manat pulun ödənilməsinin vacib olduğunu ona bildirdikdə o, da 3.500 manat pulu iki gün sonra iş yerində verəcəyini Təqsirləndirilən şəxs2 demişdir. Bundan sonra, yəni 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otağına gedərək orada Təqsirləndirilən şəxs2 əlbə-əl 3.500 manat pul vermişdir. Təqsirləndirilən şəxs2 pulları ondan götürüb sayıb cibinə qoyduqdan sonra 15 sentyabr 2023-cü il tarixə kimi onun oğlunun Vergi İdarələrinin birinə müfəttiş vəzifəsinə işə qəbul olunmasına dair əmrin veriləcəyinə bir daha vəd vermişdir. 2023-cü ilin avqust ayının sonunda onun özü Təqsirləndirilən şəxs2 zəng etdikdə sonuncu oğlunun əmrinin tezliklə veriləcəyini bildirib ona pulun qalan hissəsini hazırlamağını dedikdə İsmayıla pulun qalan hissəsini bankdan götürdüyünü və danışdıqları məbləğin hazır olduğunu demişdir. 02 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 onu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl» parkına görüşə çağırmış, həmin gün Təqsirləndirilən şəxs2 ilə görüşdükdə sonuncu onda pul olmasını bilməsi səbəbindən iki gün müddətinə qaytarmaq şərti ilə ondan 15.000 manat borc pul istəmiş, o, da razılıq verərək Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı ünvan 13 ünvanının qarşısına gedərək 15.000 manat pulu borc məqsədilə əlbəəl İsmayıla vermişdir. İsmayıl həmin vaxtı əmrin veriləcəyinə bir daha ona vəd vermişdir. 2023-cü ilin avqust ayının sonunda Təqsirləndirilən şəxs2 15.000 manat pulu verdikdən bir həftə müddət keçməsinə baxmayaraq pulu qaytarmadığı üçün sonuncuya zəng edərək borca verdiyi 15.000 manat pulunu geri tələb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hissə-hissə olmaqla əvvəlcə əlbəəl 3.000 manat, sonra iki dəfə olmaqla əlbəəl 5.000 manat və 5.000 manat, xx.xx.2023-cü il tarixdə bank kartına 1.467 manat pul göndərməklə İsmayıl ondan borca aldığı 15.000 manat pulu tam şəkildə ona qaytarmışdır. Təqsirləndirilən şəxs2 ondan aldığı borc pulu yubatdığı üçün oğlunun işini də həll etməyəcəyini bildiyi üçün verdiyi 30.050 manat pulu da İsmayıldan geri istəmişdir. Təqsirləndirilən şəxs2 hər dəfə ondan pulu qaytarması üçün müddət istəyərək əvvəlcə 10.000 manat, 2023-cü ilin noyabr ayında isə 1.000 manat ona qaytarmaqla cəmi 11.000 manat pul qaytarmış və qalan 19.050 manat pulu isə tezliklə qaytaracağına vəd versə də, hazırkı vaxta kimi həmin pulu qaytarmamışdır. 25 dekabr 2023-cü il tarixdə Abusətlə birlikdə Təqsirləndirilən şəxs2 ilə görüşmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs2 qalıq 19.050 manat pulu 15 yanvar 2024-cü il tarixədək qaytaracağına vəd vermişdir. Lakin Təqsirləndirilən şəxs2 hazırkı vaxta kimi 19.050 manat pulu qaytarmayaraq ona qarşı dələduzluq etmişdir. Zərərçəkmiş şəxs3 tanımır, onunla görüşü və iş barəsində heç bir danışığı olmamışdır. Təqsirləndirilən şəxs2 ona verməli olduğu pulu qaytarmaq üçün ondan bank kartını istəmiş, İsmayıla bank kartını göndərdikdə onun bank kartına həqiqətən də 6.500 manat pul göndərilmişdir. O, həmin pulların Zərərçəkmiş şəxs3 tərəfindən onun bank kartına göndərilməsini bilməmiş və Təqsirləndirilən şəxs2 da bu barədə ona deməmişdir. Təqsirləndirilən şəxs2 dedikləri yalandır. Belə ki, ona bütün vədləri Təqsirləndirilən şəxs2 vermişdir. O, oğlunun işi ilə əlaqədar 30.000 manat pulu və boc olaraq 15.000 manat pulu konkret olaraq İsmayıla vermiş, Diləfruz adlı şəxslə heç bir danışığı olmamış, sonuncu ona heç bir vəd verməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ünvan 14 ünvanda tək yaşayır. Onun həyat yoldaşı X41 1992-ci ildə şəhid olmuş və iki qızı övladı olmaqla övladları ailəlidir. 1990-cı ildən Tovuz rayonunda müxtəlif məktəblərdə ibtidai sinif müəlliməsi işləmiş, hazırda Tovuz şəhərində A.Puşkin adına orta məktəbdə ibtidai sinif müəlliməsidir. 2022-ci ilin oktyabr ayının əvvəlində qardaşı Zərərçəkmiş şəxs2 onun yaşadığı evə gələrək Tovuz şəhəri, Adil Qasımov adına orta məktəbdə ədəbiyyat müəlliməsi işləyən Ceyran müəlliməyə sonuncunun qardaşı oğlu dediyi Təqsirləndirilən şəxs2 müəyyən pul müqabilində həmin məktəbə direktor vəzifəsinə təyin edilməsinə köməklik edə biləcəyini təklif etdiyini, lakin Ceyran müəllimənin yaşı ilə əlaqədar bu vəzifəsini istəməyərək, bu işi qardaşı Əhmədin həmin məktəbdə işləyən həyat yoldaşı X15 təklif etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 onun qardaşı Zərərçəkmiş şəxs2 həyat yoldaşı Mehriban Əhmədovanın işlədiyi məktəbə direktor düzəlməsinə köməklik edəcəyinə dair söz verərək 17.000 manat pul aldığını bildirmiş və Təqsirləndirilən şəxs2 ona da işlədiyi məktəbə direktor keçməyinə köməklik edə edəcəyini bildirmişdir. O, bundan sonra Təqsirləndirilən şəxs2 mobil nömrəsini alaraq İsmayıla zəng etmiş, özünü İsmayıla təqdim etdikdən sonra İsmayıl onu Bakı şəhərinə görüşə dəvət etmişdir. 2022-ci ilin oktyabr ayının əvvəlində Bakı şəhərinə gələrək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otağında İsmayıl ilə görüşmüşdür. İsmayıl onun yanında Təhsil Nazirliyində işlədiyini, lakin adını ona demədiyi bir qadınla telefon vasitəsi ilə danışaraq onun yaşadığı yer, iş yeri və sair barədə məlumat vermişdir. Bundan sonra İsmayıl ona 35.000 pul müqabilində onu Tovuz rayonu Öysüzlü kənd orta məktəbinə direktor təyin edilməsinə köməklik edə biləcəyini, həmin pul vəsaitindən 25.000 manatı yaxın günlərdə verməyini, qalan 10.000 manat pulu isə direktor təyin ediləndən sonra verməli olduğunu bildirmişdir. İsmayıl ona bildirmişdir ki, növbəti tədris ilində, yəni 2023-cü ilin sentyabr ayında qeyd olunan məktəbə direktor təyin olunacaq. İsmayıl ilə razılaşdıqdan sonra 08 oktyabr 2022-ci il tarixdə yenidən İsmayılın işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otağında İsmayıla 25.000 manat pul vermişdir. O, pulu İsmayıla verən zaman onların yanında başqa şəxs və ya şəxslər olmamışdır. 2023-cü ilin yanvar ayında İsmayıl ona «Whatsapp» vasitəsi ilə görüntülü zəng edib yanında olan X10 ona göstərərək işini Diləfruzun gördüyünü bildirmişdir. Danışıq zamanı İsmayıl və Diləfruz ona işinin tezləşdiyini, 2023-cü ilin fevral ayında direktor təyin olunmağı üçün qalan 10.000 manat pulu da verməyini bildirmişlər. Bundan sonra 2-3 gün ərzində qeyd olunan pulu hazırlayıb Bakı şəhərinə gələrək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otağında İsmayıla 10.000 manat pul vermişdir. Bu zaman da ofisdə İsmayılla ondan başqa heç bir şəxs olmamışdır. 2023-cü ilin fevral ayının sonlarında İsmayıla zəng edərək işin nə yerdə olduğunu soruşmuş və İsmayıl yaxın günlərdə işin düzələcəyini ona bildirdikdə İsmayıla həmin məktəbə artıq direktor təyin olunduğunu demişdir. Bundan sonra təxminən mart ayının əvvəlində Diləfruz adlı xanım ona «Whatsapp» vasitəsi ilə səsli mesaj göndərərək həmin məktəbə müvəqqəti direktor təyin olunduğunu, yaxın günlərdə onun təyin olunacağını bildirmişdir. 2023-cü ilin may ayının əvvəlində ***-***-**-** saylı mobil nömrədən ona zəng gəlmiş, özünü ona Təhsil Nazirliyinin işçisi, adını isə Elçin kimi tədqim edən şəxs onu sertifikat almağı üçün Təhsil Nazirliyə çağırmışdır. 04 may 2023-cü il tarixdə Elçin adlı şəxslə görüşmək üçün Təhsil Nazirliyinin inzibati binasının qarşısına gəlsə də, lakin Elçin ona zəng edərək Bakı Təhsil İdarəsinə gəlməyini bildirdiyi üçün o, ünvan 11 ünvanında yerləşən Bakı şəhəri Təhsil İdarəsinin qarşısına gəlib Elçinlə görüşmüşdür. Elçin ona Təhsil Nazirinin vəzifəli şəxsi Eşqin Bağırovun onu qəbul edərək sertifikat verəcəyini, lakin həmin şəxsin başqa şəhərə ezam olunduğu üçün daha sonra veriləcəyini bildirmişdir. Bunndan sonra o, Tovuz şəhərinə geri qayıtmışdır. 2023-cü ilin avqust ayında o, qardaşı Əhməd və sonuncunun həyat yoldaşı Mehriban ilə birlikdə Təhsil Nazirliyinin qarşısında İsmayıl ilə görüşmüşdür. İsmayıl onlara Təhsil Nazirliyinin əməkdaşının onları çağıraraq sertifikat verəcəyini bildirmişdir. Bir müddət gözlədikdən sonra nazirliyin qəbul şöbəsindən Seva adlı qadın çıxıb onlara yaxınlaşaraq nazirin işdə olmadığını, bir neçə gündən sonra sertifikatlarına nazir tərəfindən möhür vurularaq onlara veriləcəyini bildirmişdir. Bundan sonra yenidən onlar Tovuz şəhərinə qayıtmışlar. 2023-cü ilin sentyabr ayında ***-***-**-** saylı mobil nömrədən ona zəng gəlmiş və özünü Təhsil Nazirliyinin əməkdaşı Cavidan müəllimin köməkçisi kimi təqdim edən Rauf adlı şəxs onu sertifikat almaq üçün Təhsil Nazirliyinə dəvət etmişdir. Yenidən o, qardaşı Əhməd və Mehriban ilə birlikdə Təhsil Nazirliyinin qarşısına getmişlər. Bir müddət Nazirliyin qarşısında gözlədikdən sonra Rauf adlı şəxsə zəng etsələr də, lakin sonuncu zənglərinə cavab verməmişdir. Bundan sonra İsmayıla zəng edərək özlərinin Nazirliyə girərək işin nə yerdə oluduğunu soruşacaqlarını bildirdikdə İsmayıl Diləfruzun onların nazirliyə girməmələrini, əgər girsələr işlərinin pozulacağını bildirmişdir. Onlar yenidən rayona qayıdaraq İsmayıldan pullarını geri tələb etməyə başlamışlar. İsmayıl və Diləfruz müxtəlif bəhanələr gətirərək dələduzluq etmişlər. İsmayıl ondan aldığı 35.000 manat puldan ona hazırkı vaxta kimi hissə-hissə olmaqla cəmi 5.000 manat pul qaytarmışdır. Bundan başqa Əhmədə vurulmuş maddi ziyandan isə 13.500 manat pul qardaşı Əhmədə qaytarılmışdır. ***-***-**-** saylı mobil nömrə X7 istifadəsindədir. Ceyran Tovuz şəhəri Adil Qasımov adına tam orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəlliməsi işləyir. ***-***-**-** adlı nömrə Seva adlı şəxsin istifadəsində olmuşdur. Sonuncunun anket məlumatlarını bilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs1 Fəxrədin qızı onun bacısı, X29 isə onun həyat yoldaşıdır. X76 şəhərində A.Puşkin adına tam orta məktəbdə ibtidai sinif müəlliməsi, həyat yoldaşı Mehriban isə Tovuz şəhərində yerləşən Adil Qasımov adına tam orta məktəbdə biologiya müəlliməsi işləyir. 2022-ci ilin sentyabr ayında onun həyat yoldaşı Mehriban ona işlədiyi məktəbdə ədəbiyyat müəlliməsi olan Ceyran müəllimənin qohumu Təqsirləndirilən şəxs2 müəyyən pul müqabilində onu həmin məktəbə direktor vəzifəsinə təyin olunmasına köməklik edə biləcəyi təklifini etdiyini və onunla bu barədə danışmağı həyat yoldaşı ondan xahiş etmişdir. Təqsirləndirilən şəxs2 mobil nömrəsini əldə etdikdən sonra İsmayılla danışmışdır. İsmayıl ona özünün Təhsil Nazirliyinin işçisi olduğunu, 35.000 manat pulun müqabilində həyat yoldaşı Mehribanı işlədiyi Tovuz şəhərində yerləşən Adil Qasımov adına tam orta məktəbdə direktor vəzifəsinə təyin etdirəcəyinə vəd vermişdir. İsmayıl ilə razılaşdıqdan sonra 2022-ci ilin sentyabr ayının sonunda Bakı şəhərinə gələrək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otaqda İsmayıla əlbəəl 17.000 manat pul vermişdir. İsmayıl ona 2023-cü ilin yanvar ayında onun həyat yoldaşı Mehribanı Tovuz şəhəri Adil Qasımov adına tam orta məktəbin direktor vəzifəsinə təyin etdirdikdən sonra qalan 18.000 manat pulu verməli olduğunu demişdir. 2022-ci ilin dekabr ayında İsmayıl ona zəng edərək Mehribanın işlədiyi məktəbə direktor təyin oluna bilməyəcəyini və əlavə 10.000 manat da vermək şərti ilə Mehribanı Tovuz şəhərində yerləşən Nəsrəddin Tusi adına tam orta məktəbə direktor vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. İsmayıl ilə razılaşdıqdan sonra 2023-cü ilin yanvar ayının əvvəlində İsmayılın işlədiyi Bakı şəhərinə gələrək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otaqda İsmayıla əlbəəl 22.000 manat pul vermişdir. Qalan 5.000 manat pulu isə yoldaşının direktor vəzifəsinə təyin olunandan sonra verməli olduğunu demişdir. Bundan başqa o, bacısı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 onun həyat yoldaşını 45.000 manat pul müqabilində işlədiyi məktəbə direktor vəzifəsinə təyin olunmasına köməklik edəcəyini bildirmiş və istəyərsə onu da işlədiyi Tovuz şəhəri Adil Qasımov adına orta məktəbə direktor vəzifəsinə təyin olunmasına köməklik edə biləcəyini bildirmişdir. Onun bacısı İsmayılın nömrəsini ondan aldıqdan sonra İsmayıl ilə danışmış və İsmayıl bacısı Gülnarədən sonuncunun məktəbə direktor təyin olunması üçün ümumilikdə 35.000 manat pul almışdır. İsmayıl sertifikat alınması üçün bir neçə dəfə onun bacısını və yoldaşını Təhsil Nazirliyinə dəvət etmişdir. Onlar deyilən kimi Təhsil Nazirliyinə gəlmişlər, lakin hər dəfə İsmayılın sertifikatın sonraya qalacağını bildirdikdən sonra rayona qayıtmışlar. Tanışı Şahid5 da Təqsirləndirilən şəxs2la o, tanış etmişdir. Təqsirləndirilən şəxs2 Samirədən də sonuncunun qohumunu Bakı şəhərində yerləşən uşaq bağçasına müdirə vəzifəsinə işə düzəldəcəyinə vəd verib 40.000 manat pul alaraq ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 2023-cü ilin aprel ayının əvvəlində Bakı şəhəri, Atatürk parkının qarşısında onun yanında Şahid5 qohumunu uşaq bağçasına müdirə vəzifəsinə təyin olunmasına köməklik etməsi müqabilində 40000 manat pul almışdır. Onun İsmayıla vermiş olduğu ümumilikdə 39.000 manat puldan İsmayıl ona 11.500 manat, Sevinc isə 2.000 manat qaytarmaqla ona ümumilikdə 13.500 manat pul qaytarılmış, lakin 25.500 manat pul isə hazırkı vaxta kimi ona qaytarılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, Şahid4 təxminən iki il olar ki, dövlət tədbirlərində iştirak edərkən tanımışdır. Sonradan Yasəmən ilə onun arasında yaxşı münasibətlər olmuşdur. Belə ki, onun özü hazırda özəl mərkəzlərin birində psixoloq-loqoped işləyir. Təxminən 25-26 mart 2023-cü il tarixdə o, Yasəmənin qızının il dönümü ilə əlaqədar hüzür mərasimində iştirak edərkən Yasəmən ilə söhbət zamanı sonuncu ona əlində işlər olduğunu, Təhsil Nazirliyində işləyən adını demədiyi dostunun vasitəsilə 50.000 manat pulun müqabilində onu Bakı şəhəri Binəqədi rayonunda yerləşən 238 saylı uşaq bağçasına direktor vəzifəsinə təyin etdirəcəyinə vəd vermişdir. O da razılıq vermiş və həmin məbləğdə pulu toplayıb təxminən 01 aprel 2023-cü il tarixdə Yasəmənin yaşadığı Bakı şəhəri, Xətai rayonunda yerləşən «Ukrayna» dairəsinin yaxınlığında «Mirəlinin moykası» adlanan yeni tikili binada olan mənzilində Yasəmənə əlbəəl 50.000 (əlli min) manat pul vermişdir. Yasəmən pulları ondan götürüb saydıqdan sonra bir daha bir ay yarım müddət ərzində onu Binəqədi rayonunda yerləşən 238 saylı uşaq bağçasına direktor vəzifəsinə təyin etdirəcəyini, Təhsil Nazirliyindən ona zəng gələcəyini və Təhsil nazirliyinə çağırılacağını vəd vermişdir. 12 aprel 2023-cü il tarixdə ***-***-**-** saylı mobil nömrədən ona zəng gəlmiş və adını Əziz müəllim kimi təqdim edərək özünün Təhsil Nazirliyində insan resursları şöbəsində işlədiyini deyib xx.xx.2023-cü il tarixdə, saat 10:00 üçün onu Təhsil nazirliyinə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə özünü Əziz kimi təqdim edən şəxs həmin nömrədən ona zəng edib Təhsil Nazirinin ölkə hüdudlarından kənarda olduğu üçün onu qəbul edə bilən şəxs olmadığını demişdir. Təxminən 20 gün sonra Əziz adlı şəxs ona həmin nömrədən zəng edib görüşməyi təklif etdikdə o da razılıq verib Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən 252 nömrəli orta məktəbin yaxınlığında Əziz ilə görüşmüşdür. Həmin vaxtı Əzizin yanında X54 (***-***-**-**) olmuşdur. Söhbət əsnasında Əziz ona bildirmişdir ki, onun işə qəbul olunmağı üçün onlara pul çatmayıb, onları Eşqin Bağırov göndərib ki, onun bu iş üçün nə qədər pul verdiyini öyrənsinlər. O da onlara aradakı şəxsə 30.000 manat pul verdiyini demişdir. Həmin vaxtı Əkbər də onun nə qədər məbləğdə pul verməyini bilmək istədiyini ondan soruşmuşdur. Əziz bildirmişdir ki, «siz onları sıxışdırın ki, bizə pul versinlər». Hətta Əziz Təhsil Nazirliyində işləyən Eşqin Bağırovun adamı olduğundan onların görüşü barədə heç kəsə deməməyini tapşırmışdır. Bundan sonra o, Yasəmənə bildirmişdir ki, verdiyi pul Təhsil Nazirliyində işləyən şəxslərə çatmamışdır. Yasəmən də həmin şəxslərə pul verdiyini demişdir. 01 avqust 2023-cü il tarixdə Əziz ona zəng edərək ona ***-***-**-** saylı mobil nömrə deyib həmin nömrəyə Whatsapp vasitəsilə zəng edib “238 saylı uşaq bağçasının açarını almış, verdilər açarı, heç bir problem yoxdur” sözlərini deyərək göndərməyini xahiş edərək bildirmişdir ki, həmin səsi onun adamlarına göndərib pul alıb onun işə qəbulu ilə bağlı əmrinin veriləcəyini demişdir. Əzizin ona dediyi ***-***-**-** saylı mobil nömrə sonuncunun «Whatsapp» nömrəsi olmuşdur. Bundan sonra Əziz onun həmin səs yazısını Yasəmənə göndərmiş, Yasəmən də ona zəng edərək bildirmişdir ki, «sənin işin alınıb, mənə niyə xəbər etmirsən, mənə mesaj göndərdilər, sən açarı götürmüsən». Bu mesajdan sonra Yasəmən ondan yayınmağa başlamışdır. Sonra ona məlum olmuşdur ki, Yasəmənin bu səs barədə əvvəldən məlumatı olmuş, bunu onu susdurmaq və müddət qazanmaq məqsədi ilə Yasəmən və Əziz bunu birgə etmişdir. Bundan sonra Əziz təxminən iki ay müddətində ona müxtəlif vədlər verməklə müddət qazanmağa davam etmişdir. Təxminən iki ay keçdikdən sonra Yasəmənə zəng edib işinin düzəlmədiyini və pulunu qaytarmasını demişdir. 31 dekabr 2023-cü il tarixdə Yasəmən ondan aldığı 50.000 manat puldan ona cəmi 10.000 manat pul qaytarmışdır, lakin qalan 40.000 manat pulu isə hazırkı vaxta kimi qaytarmamışdır. Həmin müddətdə Yasəmən ondan yayınmış, onun telefonlarını blok etmişdir. Bu səbəbdən 16 may 2024-cü il tarixdə o, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə Yasəmənin ona qarşı dələduzluq etməsi barədə şikayət etmişdir. Sonradan ona məlum olmuşdur ki, özünü ona Əziz müəllim kimi təqdim edərək Təhsil Nazirliyində insan resursları şöbəsində işlədiyini deyən şəxs Şahid6dur. ***-***-**-** və ***-***-**-** saylı mobil nömrə sonuncunun istifadəsində olmuşdur. Şahid5 Tanırıverdi qızını, Təqsirləndirilən şəxs2, X16 tanımır, həmin şəxslərlə görüşü və danışığı olmamışdır. Onu işə qəbul etdirəcəyinə Yasəmən vəd vermiş və pulu Yasəmənə vermişdir. Lakin sonradan adını Əziz kimi təqdim edən Şahid6 onun işə qəbul olunmağı ilə bağlı vədlər verərək ondan müddət istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun atasıdır. Şahid2 onun atasının tanışıdır və qiyabi olaraq 7-8 ildir ki, tanıyır. 2023-cü ilin iyul ayının sonunda atası Zərərçəkmiş şəxs4 tanışı Şahid2 vasitəsilə Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Belə ki, onun özü bir müddət əvvəl ali məktəbi bitirsə də, işsiz olduğu üçün işə qəbul olunmağına dair atası müxtəlif tanışlarına, o cümlədən tanışı Abusətə məlumat vermişdir. Abusət də tanışı Təqsirləndirilən şəxs2 yüksək vəzifəli şəxslərlə əlaqəsinin olduğunu, istənilən vəzifəyə işə qəbul etdirmək imkanının olduğunu onun atasına bildirmişdir. Həmin vaxtı Abusət, Təqsirləndirilən şəxs2 ilə telefonla danışdıqdan sonra onun atasına onun diplomunun, hərbi biletinin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətlərini, həmçinin sənədləri qəbul edən şəxsə şirinlik kimi 50 manat pul verməli olduğunu demişdir. 2023-cü ilin avqust ayında atasının sözü ilə onun özü tək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otağa gedərək orada Təqsirləndirilən şəxs2 ilə görüşmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs2 onu Dövlət Vergi Xidmətinin tabeliyində olan İdarələrin birinə müfəttiş vəzifəsinə işə qəbul etdirəcəyini vəd vermişdir. Bundan sonra 02 avqust 2023-cü il tarixdə ona məxsus sənədlərin təsdiq olunmuş surətlərini və 50 manat pulu İsmayıla çatdırması üçün onun atası Abusətə vermişdir. Bundan sonra 08 avqust 2023-cü il tarixdə atası Zərərçəkmiş şəxs4 Abusətin yanında Təqsirləndirilən şəxs2 onu Dövlət Vergi Xidmətinin tabeliyində olan İdarələrin birinə müfəttiş vəzifəsinə işə qəbul etdirməsi üçün Təqsirləndirilən şəxs2 əlbəəl 26.500 manat pul vermişdir. Bundan sonra onun atası Zərərçəkmiş şəxs4 əlavə 3.500 manat pul verməklə onun işi ilə bağlı ümumilikdə Təqsirləndirilən şəxs2 30.000 manat pul vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 onun atasından əlavə iki gün müddətinə qaytarmaq şərti ilə 15.000 manat borc pul almış, lakin vədinə əməl etməyərək müddəti uzatmaqla hissə-hissə həmin 15.000 manat pulu atasına qaytarmışdır. Təqsirləndirilən şəxs2 onun atasından aldığı borc pulu yubatdığı üçün onun işini də həll etməyəcəyini bildiyi üçün atası verdiyi 30.000 manat pulu Təqsirləndirilən şəxs2 geri istəmişdir. Təqsirləndirilən şəxs2 hər dəfə atasından pulu qaytarması üçün müddət istəyərək əvvəlcə 10.000 manat, 2023-cü ilin noyabr ayında isə 1.000 manat pul qaytarmaqla cəmi 11.000 manat pul qaytarmış və qalan 19.050 manat pulu isə tezliklə qaytaracağına vəd versə də, hazırkı vaxta kimi həmin pulu Təqsirləndirilən şəxs2 onun atasına qaytarmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 2022-ci il tarixdə «topaz» mərc oyunları məntəqəsində təsadüfən görüb tanımışdır. Zərərçəkmiş şəxs4 təxminən 30 ildir ki, tanıyır. Şahid1 isə onun tanışı Zərərçəkmiş şəxs4 oğludur. 2023-cü ilin iyul ayının sonunda Zərərçəkmiş şəxs4 oğlu Hüseynin ali məktəbi uzun müddətdir ki, bitirdiyini, hazırda işsiz olduğunu və iş axtardığını ona demişdir. Həmin vaxtdan əvvəl tanışı Təqsirləndirilən şəxs2 istənilən şəxsi istənilən vəzifəyə işə qəbul etdirmək imkanının olduğunu demişdir. Təqsirləndirilən şəxs2 ona dediyi yadına düşdüyü üçün o, Zərərçəkmiş şəxs4 belə tanışının olduğunu, Təqsirləndirilən şəxs2 istənilən vəzifəyə işə qəbul etdirmək imkanının olmasını demişdir. Zərərçəkmiş şəxs4 xahişi ilə Təqsirləndirilən şəxs2la əlaqə saxlayaraq sonuncuya bu barədə məlumat vermişdir. 08 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl» parkında o, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs2 ilə görüşmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs2 Vergilər Nazirliyində işləyən tanışlarının vasitəsilə Hüseyni 53.000 manat pulun müqabilində Vergi İdarələrinin birinə müfəttiş vəzifəsinə işə qəbul etdirəcəyini vəd vermişdir. Zərərçəkmiş şəxs4 oğlunun işə qəbul olunması ilə bağlı pulu əvvəlcədən vermək istəmədiyini dedikdə Təqsirləndirilən şəxs2 isə 30.000 manat pulun əvvəldən verməyin zəruri olduğunu, qalan 23.000 manat pulu isə Hüseynin işə qəbul olunmasına dair əmr verildikdən sonra verməsini demişdir. Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 dedikləri ilə razılaşıb səhəri gün, yəni 08 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl» parkında o, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs2 ilə görüşmüşdür. Orada Zərərçəkmiş şəxs4 onun yanında oğlunun işə qəbul olunması ilə bağlı Təqsirləndirilən şəxs2 əlbəəl 26.500 manat pul vermişdir. İki gün keçdikdən sonra, yəni 12 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 deməsinə görə qalan 3.500 manat pulu Təqsirləndirilən şəxs2 iş otağında əlbəəl sonuncuya vermişdir. Sonradan Zərərçəkmiş şəxs4 ona deməsinə görə Təqsirləndirilən şəxs2 borc pul istədiyi üçün o, sonuncuya 15.000 manat borc pul vermişdir. Sonradan Zərərçəkmiş şəxs4 ona deməsinə görə bilmişdir ki, Təqsirləndirilən şəxs2 borc məqsədilə aldığı 15.000 manat pulu və Hüseynin işə qəbul olunması ilə bağlı aldığı 30.000 manat puldan 11.000 manat pul qaytarmış, lakin qalan 19.000 manat pulu qaytarmamışdır. Zərərçəkmiş şəxs4 ona verdiyi Şahid1 işə qəbul olunmasına dair sənədlərin təsdiq olunmuş surətlərini və 50 manat pulu Təqsirləndirilən şəxs2 çatdırmışdır. Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 aldığı pullardan ona pul verməmişdir. Onun bu işdə heç bir marağı olmamışdır. Həmin ərəfədə ona 3.000 manat pul lazım olduğundan Təqsirləndirilən şəxs2 ona hissə-hissə olmaqla 3.000 manat borca pul vermişdir. Həmin məbləğdə pulun Təqsirləndirilən şəxs2 məxsus olduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs3 təxminən 10 ildir ki, tanıyır və ailəvi dostluq münasibətləri olmuşdur. Təqsirləndirilən şəxs2 təxminən 10 ildir ki, tanıyır və Təqsirləndirilən şəxs2 onun həyat yoldaşının qohumudur. 2023-cü ilin əvvəllərində Türkel ona müraciət edərək Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə işə qəbul olunmaq istədiyini demişdir. Həmin vaxtı o, Türkelə Azərbaycan Nəşriyyatının direktoru olan tanışı Təqsirləndirilən şəxs2 onu işə qəbul etdirə biləcəyini demiş və İsmayılın əlaqə nömrəsini Türkelə verib İsmayıl ilə danışmasını bildirmişdir. Bundan sonra Türkel özü İsmayıl ilə əlaqə saxlayıb danışmış və sonradan İsmayıl ilə görüşmüşdür. Sonradan Türkelin ona deməsinə görə İsmayılın onu Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə işə qəbul etməsi üçün İsmayıla ümumilikdə 21.500 manat pul vermişdir. X64 pulların verilməsində onun özü iştirak etməmiş, sonradan Türkel özü bunu ona demişdir. Sonradan ona məlum olmuşdur ki, İsmayıl Türkeli heç bir vəzifəyə işə qəbul etdirməmişdir. İsmayıl ona hər-hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs5 5-10 il arası olarkı tanıyır. Şahid5 onun qudasıdır. Samirə hüquqşünas olmaqla yanaşı Azərbaycan İqtisad Universitetində baş müəllim işləyir. 2023-cü ilin təxminən yanvar və ya fevral aylarında Aynur ona müraciət edərək oğlunun xəstəliyi ilə əlaqədar Bakı şəhəri ərazisində bağçaların birinə direktor vəzifəsində işləmək istədiyini, bununla bağlı ona kömək edə biləcək tanışının olub-olmadığını ondan soruşduqda o, öyrənib məlumat verəcəyini Aynura demişdir. Bundan sonra o, qohumu Samirəyə tanışı Aynur adlı qadının oğlunun lal-kar olduğunu, hazırda bağçaların birinə direktor vəzifəsinə təyin olunmaq istədiyini dedikdə Samirə öyrənib ona deyəcəyini bildirmişdir. Bir neçə gündən sonra Samirə ona zəng edib bildirmişdir ki, bu iş üçün 60-70 min manat arası pul istəyirlər, sən Aynurdan soruş, gör nəyə gücü çatır. O da Aynura işə qəbul ilə əlaqədar nə qədər məbləğdə pul verməyə gücünün çatdığını soruşduqda Aynur bağçaya direktor təyin olunmağın qiymətinin 25.000 manat olmasını ona demiş, onun özü də bu barədə Samirəyə bildirmişdir. Samirə Aynuru 50.000 manat pulun müqabilində işə qəbul etdirə biləcəyini bildirdikdən sonra o, Samirənin sözünü Aynura demişdir. 2023-cü ilin mart ayının sonunda Aynur onun yaşadığı ünvan 16 ünvanında yerləşən mənzilinə gələrək ona əlbəəl 50.000 manat pul vermişdir. Səhəri gün o, qohumu Samirənin yaşadığı ünvan 17 ünvanına gedərək Aynurun ona verdiyi 50.000 manat pulu tam şəkildə Samirəyə vermişdir. Samirə pulu ondan aldıqda Aynuru Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən bağçaların birinə direktor vəzifəsinə təyin etdirəcəyini demişdir. O, Aynurdan 50.000 manat pulu alıb Samirəyə verdiyini Aynura bildirməmişdir. 05 aprel 2023-cü il tarixdə Təhsil Nazirliyindən Aynura mesaj gəlmiş və Aynur ona bu barədə demişdir. O da ona zəng gəldikdə oraya getməsini Aynura demişdir. Sonra Aynur ona Təhsil Nazirliyindən Əziz adlı şəxsin zəng edib onu çağırdığını bildirmişdir. 2023-cü ilin iyun-iyul aylarında Aynur ona zəng edərək Təhsil Nazirliyindən Əziz adlı şəxsin çağırdığını və Eşqin müəllim ilə görüşdüyünü, Binəqədi rayon İcra Hakimiyyətində Leysan müəllimlə görüşməyə getməsini bildirməsini demişdir. Sonra Aynur ona zəng edərək Leysan müəllimin yanında olduğunu, İcra Hakimiyyətində işləyən Nəzakət adlı qadınla Təhsil nazirliyinin əməkdaşları ilə birlikdə bağçaya açarı götürməyə gedəcəklərini bildirmişdir. Növbəti həftənin birinci günü Aynurdan açarı götürüb-götürmədiyini soruşduqda Aynur ona açarı götürmədiyini dediyi üçün onun özü də Samirəyə zəng edib Aynurun açarı götürmədiyini demişdir. Samirə də ona Aynurun səsini «Whatsapp» vasitəsilə göndərmişdir. Həmin səs yazısında Aynur qeyd etmişdir ki, «Salam Elçin müəllim, necəsiz, mən gedib açarı götürdüm, heç problem yoxdur, bir az təmir işləri var, məndən kimsə nəsə desə absurddur, problemi yoxdur, mənim heç kimlə əlaqəm yoxdur». O, Aynura zəng edib həmin səs yazısı barədə soruşduqda Aynur ona gedib açarı götürdüyünü demişdir. Lakin Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Aynur bildirmişdir ki, «onlar məni arxayın etmişlər ki, sənin əmrini verdirəcəyik, Yasəmən xanımla əlaqən olmasın». Bundan sonra o, arxayın olmuşdur ki, Aynur işə qəbul edilib. Bundan sonra üç ay Aynurdan xəbər çıxmamışdır. Üç aydan sonra Aynur ilə görüşərkən Aynur işə qəbul olunmadığını ona demişdir. O da üç ay ərzində nə üçün bu barədə ona demədiyini soruşduqda Aynur demişdir ki, «Nazirlikdəki adamlar demişlər ki, Yasəməni işə qatma, biz sənin əmrini verəcəyik». Lakin o, Aynurun dediyi və görüşdüyü şəxslərin heç birini tanımır. 2023-cü ilin avqust ayının əvvəlində Samirə ona 10.000 manat pul verib bildirmişdir ki, «heç kimə bu barədə demə, ola bilər ki, Aynurun əmrini verərlər, əmri verilsə deyəcək, apar pulu kimə ver, 40.000 manatla alınarsa 10.000 manatı Aynurun özünə verərsən». 2023-cü ilin dekabr ayında Aynura birlikdə Bakı şəhəri Baş Polis İdarəsinə gedib ərizə ilə müraciət etməyi təklif etmişdir. Lakin Aynur ona gənc qadın olduğunu, heç vaxt polisdə olmadığını bildirib ona inandığını, onun getməsini demişdir. Bakı şəhəri Baş Polis İdarəsinə Samirənin 40.000 manat pul verdiyi şəxs Samirədən 40.000 manat pulu almasına dair yazı yazmış və 2023-cü ilin dekabr ayının sonuna kimi 40.000 manat pulu qaytaracağına söz vermişdir. Həmin vaxtda qeyd olunan şəxs 40.000 manat pulu qaytarmadığı üçün Samirənin ona verdiyi 10.000 manat pulu öz yaşadığı mənzildə tam şəkildə Aynura qaytarmışdır. Samirə hansı şəxsin vasitəsilə Aynuru işə qəbul etdirəcəyini ona deməmişdir. Təqsirləndirilən şəxs2, X19 və X42 tanımır. Şahid5 Tanərverdi qızı bu işin müqabilində ona hər-hansı bir məbləğdə pul verməmiş və gələcəkdə verəcəyini də ona bildirməmişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X43 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 Diləfruz xanımın vasitəsi ilə tanıyır, o, bir söz şahidi olmuşdur ki, Diləfruz xanım özü ona şəxsən etiraf edib ki, İsmayıldan bu qədər pul almışdır. Bir gün ona Ceyhun adında müstəntiqdən zəng gəlmiş və ona Diləfruzu tanıyırsız demiş, o da tanıdığını demişdir. Daha sonra İsmayılı tanıyıb-tanımadığını soruşmuş, o da tanıdığını demişdir. Bundan sonra ondan Diləfruz və İsmayılın haqq hesabları barədə nə deyə bilərsiz deyə soruşduqdan sonra demişdir ki, telefon mikrafondadır və Diləfruz da yanındadır. Onlar üçü – İsmayıl, o və Diləfruz biryerdə olarkən, bir də onun oğlu və Diləfruzun qızı beşi biryerdə olarkən Diləfruz Pərnisənin oğlunu işə düzəltmək istəyir demiş, Diləfruz demişdir ki, ona inanmırsansa İsmayıldan soruş. İsmayıl demişdir ki, Aynur adında xanım var, Diləfruz onu bağçaya işə düzəldib, ona dedi ki, ondan pul götürməyəcək, daha sonra İsmayıl demişdir ki, “oğluvu işə düzəldim sənə sübut edəcəm ki, mən bu işi görə bilirəm”. Sonra dedi ki, Sevinc xanım var, onun da pulunu alıb gətirib vermişdir, bir də Tovuzdan kimlərsə demiş, ümumi 200000 manat pul adı çəkilmişdir, 35000-40000-15000 manat belə söhbətlər olub, o da bunları müstəntiqə demişdir. Diləfruzu Xuraman xanım vasitəsi ilə tanımışdır. Xuraman ona demişdir ki, Diləfruz iş görəndir. Gələcək gəlinini liseydə işə düzəltmək adı ilə ondan 11000 manat pul almışdır. İsmayılın iş yerinə getmiş, 2500 götürmüşdür. Diləfruz həmin liseyin katibəsi adından Çimnaz adında bir xanımla, onun gəlinini danışdıraraq deyib ki, “sizin sənədlər bizə daxil olub”. Daha sonra o, liseyə gedərək rəhbərliyə demiş, oradan isə elə adında bir xanım olmadığını və tanımadıqlarını demişlər. Sonradan o, pulu BŞBPİ vasitəsi ilə almışdır. Daha sonra iş Nəsimi Rayon Polis İdarəsinə müstəntiq Mahmud Sərvəliyevin icraatına daxil olmuşdur. İsmayıl ona Diləfruzu güvənli biri kimi tanıtmış, sonradan ona and vermişdir ki, şikayət etməsin. İsmayıl and içmişdir ki, “nəvəmin canı bir nəfəri bağçaya düzəldib, indi bağça müdürüdür”. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X33 ifadəsində göstərmişdir ki, İsmayılı 2022-ci ildən “Maarif” nəşriyyatın direktoru kimi tanıyırmış. Diləfruzun İsmayıla 35000 azn verdiyini gözü ilə görmüş, 24 dekabr 2023-cü ildə “Başkənt restoran”-ına İsmayıl onu çağırmışdır ki, Türkel adında xanım qardaşı ilə bərabər çox aqressiv şəkildə şikayətə gəlmişlər. Diləfruz İsmayıla və Türkelə demişdir ki, 12 yanvara kimi ona vaxt versinlər pulu verəcək, buna boyun durmağını istəmişdir. O da bildirmişdir ki, onu tanımır və razılaşmamışdır. İsmayıl öz kabinetində 35000 Azn Diləfruza vermişdir. Diləfruzu İsmayıl müəllimin yanında tanımışdır. Kafedə görüşəndə Diləfruz pulu yanvar ayının 12-nə kimi çatdıracağını demişdir. İsmayıl müəllim də deyirmiş ki, o, Diləfruzun yerinə nə qədər pul qaytarmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X55 ifadəsində göstərmişdir ki, 10 ildir ki, Sevinci tanıyır. Zirədə çörək yeyərkən qızı Sevincə yığaraq bildirmişdir ki, ona 500 azn pul lazımdır və anası da bildirmişdir ki, lombarddan götürüb verər. İsmayıl Sevincə demişdir ki, o, Sevincin faizə pul götürməsinə icazə verməz, özü ona həmin pulu verə bilər. İsmayıl da dostundan təxmini (250 azn) kimi borc götürüb Sevincə vermişdir. Sevinc həmin məbləği borc kimi qəbul etsə də, İsmayıl bunu borc kimi vermədiyini bildirmişdir. Ancaq Sevinc həmin məbləği qaytarmışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X34 ifadəsində göstərmişdir ki, İsmayılı çoxdan tanıyır və onu dayısı vasitəsi ilə tanımışdır, Sevinc xanımı da onun vasitəsi ilə tanıyıblar. Sevinc xanım ona zəng etmişdir ki, nəsə jurnal düzəltmək lazımdır, o da İsmayıla zəng etmiş, o da demişdir ki, görüşək danışaq. Sonra onlar üçü kafedə görüşmüş, çay içmiş və Sevinc ona lazım olan jurnalı dedikdən sonra İsmayıl demişdir ki, həll edəcək. Sevinc ondan jurnalın qiymətini soruşmuş, o da qarşılığında heç bir ödəniş tələb etməmişdir. Üstündən 3 ay keçdikdən sonra Sevinc ona zəng edib demişdir ki, İsmayıl ona 3 aydır zəng edir və ona, qızına maşın alacağını demiş, qızının arxasınca məktəbə gəldiyini bildirmiş, bundan sonra o, ondan jurnalların düzəldiyini soruşduqda o da düzəlmədiyini demişdir. Bundan sonra o, İsmayıla yığaraq bu hərəkətin ona ayıb olduğunu demiş, 2 gün sonra o, Bayram dayı, Sevinc birlikdə İsmayılın ofisinə gedərək içəriyə daxil olmuş, orada içəridə 2 cavan, 1 yaşlı xanım və 2 kişi ofisdə mübahisə edirmişlər, arvad və əri demişlər ki, “sən bizi direktor düzəldirdin, bu qədər pul aldın qadının adı (Diləfruz), həmin vaxt bibisi demişdir ki, İsmayıl niyə belə etdin, İsmayıl da demişdir ki, nə bilim ağlım gedib. Sonradan Sevinc xanıma 500, 3000, 1000 manat, təxmini 20000 azn-ə kimi pul verdiyini də demiş və Sevincə bunu borc kimi verdiyini demişdir, Sevinc isə ağlaya-ağlaya “sən onu mənə kömək kimi etmişdin” demişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımış və görüşmüşdür. Zərərçəkmiş şəxs4 oğlunu işə düzəltmək istədiyini demiş və o da bu cür işlər görə biləcək adamlarının olduğunu bildirmişdir. Tanışları Elşad və Ələkbər o vaxt bu cür işlər görürmüşlər. O, Təqsirləndirilən şəxs2 aldığı 30.000 manat pulu Elşada vermiş, ancaq sonradan Elşad bu 30.000 manat pulu iş alınmadığı üçün geri qaytarmışdır. Bundan sonra Elşad bəydən iş alınmadığı üçün həmin 30.000 manatı geri alaraq İsmayıla Əhmədova qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxs4 xahiş edərək ondan 15.000 manat borc pul istəmişdir. Zərərçəkmiş şəxs4 onunla görüşəndə o bildirmişdir ki, artıq intihar dərəcəsinə çatmışdır. O, ağır şəkər xəstəsi olduğu üçün bəzi məlumatların yadından çıxdığını bildirmişdir. Həmçinin qeyd etmişdir ki, o, ümumiyyətlə 30.000 manat almamış, Sevinc xanım bu epizodlarda iştirak etməmişdir. O, Zərərçəkmiş şəxs4la Elmlərdə işlə bağlı vaxt verməsi üçün görüşdüyünü bildirmişdir. O, Zərərçəkmiş şəxs4 bildirmişdir ki, 2 günə 15.000 manat lazımdır. O, bu pulu depozit qoymaq üçün lazım olduğunu və 2 günə qaytaracağını bildirmişdir. Təqsirləndirilən şəxs2 Sevinc xanımla çox dərin münasibətləri olmuşdur. Həmçinin, İlkin adlı şəxslə də münasibətləri var. Suallara cavab olaraq Zərərçəkmiş şəxs4 15000 manat pulu almağını Təqsirləndirilən şəxs2 istədiyini, Türkelin məktəb direktoru keçmək istədiyini, Təqsirləndirilən şəxs2la şəxsən danışdığını, 20000-23000 manat Türkeldən pul alındığını, Türkelin ona pul vermədiyini, Aynurəni bağça müdiri düzəltmək üçün 30000 manat pulu İsmayılın aldığını bildirmişdir. Şahidlər Şahid6 və Şahid5 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdiyi ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. 2015-ci il tarixdən hazırkı vaxta kimi Ağdam müsiqi məktəbinin direktoru vəzifəsində işləyir. X10 təxminən 1 il yarım olar ki, tanıyır. 12 oktyabr 2023-cü il tarixdə Diləfruz ona zəng edərək bir nəfər şəxslə Təhsil Nazirliyinin qarşısında görüşüb həmin şəxsə rəhbərliyin burada olmadığını, əlaqə onunla saxlanılacağını deməyini ondan xahiş etdikdə o, etiraz etməmiş və həmin gün Təhsil Nazirliyinin yanında əvvəllər tanımadığı, istintaq zamanı adını bildiyi Zərərçəkmiş şəxs3 yaxınlaşıb adının Türkel olmasını soruşmuş və həqiqətən də Türkel olduğunu öyrəndikdən sonra Türkelə özünü Rauf kimi təqdim edərək işə qəbul edən şəxsin burada olmadığını, özlərinin onunla əlaqə saxlayacağını demişdir. Həmin vaxtı o, Türkelin əlaqə nömrəsini özündən soruşmuşdur. Həmin gün axşam Türkelə zəng edib bildirmişdir ki, əgər iş görmək üçün kiməsə pul veribsə onun işi alınmayacaqdır. Bundan sonra Türkel ilə telefonla təxminən 2-3 dəfə əlaqə saxlamış, lakin Türkel ilə cəmi bir dəfə görüşmüşdür. Türkel ilə görüşdən təxminən beş gün sonra Türkelə əsl adının Elşad olmasını demişdir. X19 onu Zərərçəkmiş şəxs3 ilə görüşməyə göndərməsi müqabilində ona hər-hansı bir məbləğdə pul verməmiş və ya verəcəyinə vəd verməmişdir. Təqsirləndirilən şəxs2 tanımır və həmin şəxslə heç bir danışığı olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs2 2023-cü ilin mart ayından tanışı Zərərçəkmiş şəxs2 vasitəsilə tanımışdır. Əhməd isə onun qohumudur. Şahid4 onun bacısı Sahibə Əsgərovanın qayınanasıdır. Yasəmənlə heç bir ədavəti və ya qərəzli münasibəti yoxdur. 2023-cü ilin mart ayının sonlarında qohumu Yasəmənlə görüşüb söhbət edən zaman Yasəmən yaxın tanışı Zərərçəkmiş şəxs5 xeyriyəçi biri olduğunu və hazırda bağça direktoru vəzifəsinə düzəlmək istədiyini bildirərək ondan Aynura köməklik etməyini xahiş etmişdir. O, isə Əhmədin həyat yoldaşı Mehriban və bacısı Gülnarənin işini düzəldən bir nəfər, yəni Təqsirləndirilən şəxs2 olduğunu və bu barədə onlardan məlumat alıb cavab deyəcəyini bildirmişdir. Daha sonra Yasəmən ondan təkidlə xahiş etdiyi üçün onun özü Əhmədlə əlaqə saxlamış, Əhməddən bacısı və həyat yoldaşının işini düzəldən şəxs barəsində məlumat almışdır. Əhməd həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğunu, etibar olunacaq biri olduğunu və Təhsil Nazirliyinin işçiləri ilə isti münasibətinin olduğunu ona söyləmişdir. Əhmədə həmin şəxslə əlaqə yaratmağına ona köməklik etməsini xahiş etdikdən sonra Əhməd Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni ona verdiyi üçün o, 2023-cü ilin təxminən mart ayında İsmayıla zəng edərək özünü təqdim etmiş, İsmayıla bacısının qayınanasının rəfiqəsi Aynurun bağça müdirəsi vəzifəsinə təyin olunmaq istədiyini demişdir. İsmayıl isə özünü Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edib mötəbər əlaqələrinin olduğunu və Aynurun işinin həll edilməsinin mümkün olduğunu ona bildirib bu işin həll edilməsi müqabilində 60-80 min manat arası xərclərinin çıxacağını söyləmişdir. İsmayıldan bu iş barədə ətraflı maraqlanıb ona məlumat verməsini və işə qəbulla əlaqədar pulun aşağı etməsini xahiş etmişdir. Bundan bir neçə gün sonra İsmayıl ona zəng edərək Aynurun Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 238 saylı uşaq bağçasına müdir vəzifəsinə təyin edilməsinin mümkün olduğunu və bu işin həlli üçün hələlik 40.000 manat pul tələb olunduğunu bildirmişdir. İsmayıla iş həll edildikdən sonra pulu verə biləcəyini söyləsə də İsmayıl bu şərtlə razılaşmamış və sənədlər Təhsil Nazirliyində qeydiyyatdan keçdikdən dərhal sonra həmin pulun verilməli olduğunu bildirmişdir. İsmayılın bu təkidli tələbindən sonra o, bu barədə Yasəmənə məlumat vermiş, Yasəmən də öz növbəsində Aynura ətaflı məlumat verərək sonuncudan razılıq almışdır. İsmayılın tələb etdiyi sənədləri, anket məlumatları (SV) və şəxsiyyət vəsiqəsinin foto şəklini “whatsapp” tətbiqi vasitəsilə Yasəmən vasitəsilə ona göndərilmiş və onun özü də onları onlayn qaydada İsmayıla göndərmişdir. Görüş zamanı İsmayıldan Aynurun işini kim tərəfindən həll edəcəyini soruşduqda İsmayıl Təhsil Nazirinin müşaviri Valeh Mirzəliyevlə iş gördüyünü və bu işin sonunda 50.000 manat olacağını ona demişdir. 28 mart 2023-cü il tarixdə Yasəmən onun yaşadığı ünvan 17 ünvanına gələrək ona əlbə-əl 50.000 manat pul vermişdir. Bundan sonra Aynura işə qəbul sənədlərinin qeydiyyata alınması barədə mesaj gəlmiş və onlar məsələnin müsbət istiqamətdə getdiyinin şahidi olmuşlar. 06 aprel 2023-cü il tarixə saat 10:00 üçün Aynuru Təhsil Nazirliyinə Elçin müəlim çağırmışdır. Bunu Aynur özü Yasəmənə, Yasəmən də ona demişdir. Bundan sonra həmin görüş təxirə salınaraq xx.xx.2023-cü il tarixə saat 11:00-a təyin edilmişdir. Aynur Təhsil Nazirliyinə gedib Elçin müəllim ilə görüşmüş, sonuncu Aynura lazım olan sənədləri toplayıb gətirməsini demişdir. Bunu da Aynur özü Yasəmə, Yasəmən də ona demişdir. Yasəmən hətta Aynurun təşəkkür etdiyini demişdir. Bu səbəbdən İsmayıl ona zəng edərək Aynuru Nazirliyin kadrlar şöbəsində qəbul etdiklərini ona bildirdikdə İsmayıla məlumatının olduğunu demişdir. Həmin vaxtı İsmayıl 40.000 manat pulu tələb etmiş və əks halda işin alınmayacağını bildirmişdir. Onun özü də həmin tələbi Yasəmənə çatdırmışdır. Onlarla razılaşdiqdan 1 gün sonra 08 aprel 2023-cü il tarixdə Yasəmənin xahişinə əsasən İsmayılla «Vhatsapp» vasitəsi ilə əlaqə saxlayaraq Bakı şəhəri, Nərimanov rayonunda yerləşən, «Atatürk» parkının yaxınlığında görüşüb qohumu Zərərçəkmiş şəxs2 yanında 40.000 manat pulu əlbə-əl İsmayıla vermişdir. İsmayıl pulu götürdükdən sonra iki ay müddətində Aynurun Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 238 saylı uşaq bağçasına direktor vəzifəsinə əmrinin veriləcəyinə vəd vermişdir. Həmin ərəfədə müxtəlif vaxtlarda Aynura ***-***-**-** saylı mobil nömrədən zənglər olunmuş, özlərini Təhsil Nazirliyinin əməkdaşları, Elçin, Rasim və Əziz adlı şəxslər Aynuru Təhsil Nazirliyinə dəvət etmişdirlər. Orada həmin şəxslər xidməti otaqlarda Aynuru qəbul edib işə qəbul ilə bağlı danışıqlar aparmışdırlar. X80 Təhsil Nazirliyində Eşqin adlı şəxs ilə iki dəfə görüşməsini demişdir. Aynurun Yasəmənə deməsinə görə Aynur ikinci dəfə Eşqin adlı şəxsin qəbulunda olan zaman Eşqin telefonun düyməsini basıb Xəyalə Əhmədovanı otağa çağırmış, sonuncu da otağa gəlmiş və Aynur Xəyalə ilə birlikdə digər otağa keçib orada əlavə iki nəfər işə qəbul olunmaq üçün gələn şəxslər olmasını, Xəyalənin Aynura bağçaya direktor təyin edilməsi barədə imzalanması üçün hazırlanan sənədləri göstərmiş, Aynur həmin sənədlərə qol çəkmək istədikdə Xəyalə həmin sənədləri geri çəkərək bildirmişdir ki, «sənin adamların bizi görməyib». Yasəmən bunları ona dedikdən sonra onun özü İsmayıla zəng edib bu barədə soruşduqda İsmayıl ona bildirmişdir ki, «ola bilməz, narahat olmayın, pulu Valeh Mirzəliyevin anasına çatdırmış, Aynur işə qəbul olunacaq». 2023-cü ilin may ayında İsmayıldan Aynurun işi barədə maraqlandıqda İsmayıl Təhsil Nazirinin Quba- Xaçmaz bölgəsində görüşləri olduğunu, xx.xx.2023-cü il tarixə düşdüyü üçün tədbirlərin olduğunu bildirmişdir. 26 iyun 2023-cü il tarixdə Aynur Yasəmənə zəng edib Təhsil Nazirliyinə gedib məhkumluq haqqında arayış verdiyini demişdir. O, da Yasəmənə xx.xx.2023-cü il tarixdə rəsmi iş gününün olmadığını demişdir. X81 zəng edib bildirmişdir ki, «orada adamlar oturur, bir sənədim qalmışdı, aparıb onu verdim». 2023-cü ilin iyul ayında İsmayıl ona zəng edib Aynurun idarə etdiyi «Lexus» markalı avtomobil ilə Elçin adlı şəxslə birlikdə Binəqədi İcra Hakimiyyətinin Başçısının müavini Leysan Məmmədovun qəbuluna getdiklərini bildirmişdir. Sonra Aynur özü Yasəmənə zəng edib təşəkkürünü bildirmiş, hətta demişdir ki, orada işləyən Nəzakət adlı qadın onu bağçaya aparıb təqdim edəcəkdir. Bir həftədən sonra Aynur işinin nə üçün uzandığını Yasəməndən soruşmuşdur. Beləliklə Aynur bir neçə dəfə qəbulda olsa da işin həll edilmədiyini görüb Yasəmənə narazılıq etmiş və onun özü də bu səbəbdən İsmayılla əlaqə saxlayıb nə üçün işin həll edilmədiyini soruşmuşdur. İsmayıl isə heç bir narahatçılıq olmadığını söyləyərək məsələni yenidən nəzarətində saxlayacağını ona bildirmişdir. Sonradan o, Yasəmən vasitəsilə Aynura irad bildirmişdir ki, işi bir nəfər qoy həll etsin. Lakin İsmayılın müxtəlif bəhanələr gətirildiyini görüb pulu geri qaytarmasını tələb etmişdir. İsmayıl isə hər dəfə yeni yalanlar danışıb onlardan vaxt almış, sonda isə ondan aldığı 40.000 manat pulu Diləfruz adlı qadına verdiyini, sonuncunun isə ona 2.000 manat pul verməsini demişdir. Bu səbəbdən o, İsmayılın özündə olan pulu verməsini, yerdə qalan məbləği isə kimə veribsə alıb qaytarmasını tələb etmiş, buna baxmayaraq bu günə qədər İsmayıl 40.000 manat puldan ona bir manat da olsa qaytarmamışdır. 2023-cü ilin noyabr ayında İsmayıl onların təkidlə pulun qaytarılmasını tələb etdikləri vaxt ***-***-**-** saylı mobil nömrədən Aynura zəng edərək adının İlkin olduğunu bildirən, özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim etmiş şəxs heç bir narahatçılığa səbəb olmadığını söyləyib Aynuru nazirliyə dəvət etmiş, Aynur isə həmin şəxsin çağırışına getməmişdir. Sözü gedən şəxsin İsmayılla əlaqəli olduğunu düşünmüşdür. Çünki nə zaman İsmayıldan iş barədə və ya pulun qaytarılması barədə danışıqlar etsələr həmin şəxslər Aynura zəng edərək onu qəbula dəvət etmiş və ya müxtəlif vədlər vermişlər. 01 avqust 2023-cü il tarixdə İsmayıla zəng edib pulu tələb etmiş, əks halda hüquq-mühafizə orqanlarına müraciət edəcəklərini bildirmişdir. Təxminən 3-4 saatdan sonra İsmayıl ona Aynurun səs yazısını göndərmişdir. Aynur həmin səs yazısında demişdir ki, «salam Elçin müəllim, mən bu gün getdim bağçanın açarını götürdüm, orda biraz remont işləri gedir, mənim də adımdan kimsə danışırsa absurddur, mənim heç kimlə alaqəm yoxdur». Bundan sonra İsmayıl ona səs yazısını göndərmişdir ki, «məni təhqir etdiz...». Sonra onun özü Yasəmənə Aynurun səs yazısını göndərmişdir. Bu məsələdən sonra Aynurun işi üçün, yəni əmr verilməsində əlavə istəniləcək 10.000 manatı avqust ayında Yasəmənə geri qaytarmışdır. Çünki bu işdə onların arasında onsuz da onun heç bir marağı, maddi gözləntisi olmamışdır. Amma Aynurun bu səs yazısından sonra düşünmüşdür ki, həmin adamlar əmr veriləndən sonra əlavə pulu istəsələr elə o pulu Yasəmən saxlasın və elə hal olsa Aynurun özünə qaytarsın ki, Aynurun özü əlavə ödəsin. Çünki ismayıl o vaxtlar ona demişdir ki, Aynur gedib Təhsil Nazirliyindən deyib ki, «lazımdırsa mən sizə əlavə hörmət edəcəm». Bu səbəbdən də, o, həmin 10.000 manat pulu Yasəmənə avqust ayında qaytarmışdır. O, Yasəmənə demişdir ki, nə vaxt əmr verilsə aparıb 10.000 manat pulu Aynura qaytarar. 01 avqust 2023-cü il tarixdə o, 10.000 manat pulu öz yaşadığı mənzildə Yasəmənə qaytarmışdır. Bundan sonra onlar dəfələrlə İsmayıldan 40.000 manat pulu geri qaytarmasını tələb etsələr də nəticəsi olmamış, əksinə İsmayıl oğluna toy etmiş, mebel almış və sair işlər görmüşdür. Başqa çarə qalmadığna görə Yasəmən və o, (Yasəmənin vasitəsilə) Aynurdan dəfələrlə xahiş etmişlər ki, birlikdə Polisə müraciət etsinlər. Aynur isə hər dəfə qəti olaraq imtina etmişdir. Nəticədə Yasəmən Bakı şəhər Baş polis İdarəsinə, onun özü isə bir neçə aydan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə ərizə ilə müraciət etmişdir. Elçin, Əziz adları ilə özlərini Təhsil Nazirliyinin əməkdaşları kimi təqdim edən şəxslərin anket məlumatları barədə onun heç bir məlumatı yoxdur. Təqsirləndirilən şəxs2 kimlərlə əməkdaşlıq edib pulu mənimsədiyi barədə əlavə məlumatı yoxdur. X10 tanımır, həmin şəxslə onun görüşü və ya danışığı olmamışdır. Onun bu işdə heç bir maddi təmənnası və maddi marağı olmamışdır. Qəti olaraq bu məsələdə heç bir maddi gəlir əldə etməmişdir. Bunu yuxarıda adları çəkilən şəxslərin hər üçü təsdiq edə bilər. Heç vaxt da belə bir vəziyyətlə qarşılaşmamışdır. Onun məqsədi Yasəmən xanımın çoxsaylı təkidlərindən sonra sadəcə kiməsə təmənnasız kömək etmək olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “MPAY” ödəmə terminalı vasitəsi ilə aparılmış əməliyyatları özündə əks etdirən qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus 5243********1337 nömrəli bank kartına 03 oktyabr 2023-cü il tarixdə 5000 manat, 06 oktyabr 2023-cü il tarixdə 1480 manat məbləğində pul vəsaiti köçürülmüşdür (cild 01, i.v.26-31). “eManat” ödəmə terminalı vasitəsi ilə aparılmış əməliyyatları özündə əks etdirən qəbzlərdən görünür ki, Zərərçəkmiş şəxs4 məxsus son 8 rəqəmi 10381337 nömrəli bank kartına 06 oktyabr 2023-cü il tarixdə 20 manat məbləğində pul vəsaiti köçürülmüşdür (cild 01, i.v.31). 13 fevral 2025-ci il tarixli baxış protokolundan görünür ki, vətəndaş Zərərçəkmiş şəxs4 müraciəti ilə əlaqədar təhqiqat zərurəti yarandığından hadisə yerində olmuş, vətəndaş Zərərçəkmiş şəxs4 pulu Azərbaycan Nəşriyyatının müvafiq mərtəbəsində 125-ci otaqda Təqsirləndirilən şəxs2 iş otağında pulu vermişdir (cild 01, i.v.53-56). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 06 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v.117). “İfadənin yerində yoxlanılması haqqında” 07 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə Təqsirləndirilən şəxs2 pul verdiyi ünvanı göstərmişdir (cild 01, i.v.145-146). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 06 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 01, i.v.151). “İfadənin yerində yoxlanılması haqqında” 08 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsi yerində yoxlanmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə sonuncu dəfə Təqsirləndirilən şəxs2 pul verdiyi ünvanı göstərmişdir (cild 01, i.v.160-161). “Diskə baxış keçirilməsi haqqında” 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X35, icraatında olan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə etməklə, iş materiallarına əlavə edilmiş 01 ədəd diskə baxış keçirmiş, diskə baxış keçirilən zaman «CD-R» formatlı olması, üzərində «Ahuarg» və «CD-R» yazılarının həkk olunması müəyyən olunmuş, həmin disk açıldıqda içərisində «İsmayil nermanoglu ses», «kadrlara chagirilma söhbeti», «nazir muavini sohbeti», «otagina devet», «pulun karta oturmagi» və «pulun qaytarilacagi vedi» adlı 06 ədəd səs yazısının olması aşkar edilmişdir. 1-ci «İsmayil nermanoglu ses» adlı səs yazısısında iş barəsində danışıqlar aparılması və Təqsirləndirilən şəxs2 yanvar ayının 15-nə kimi işi düzüb qoşacağını bildirməsi müəyyən edilir. 2-ci «kadrlara chagirilma sohbeti» adlı səs yazısısında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 oğlu Şahid1 3-cü gün, ayın 30-u kadrlara çağırılacağını və hər şeyin həll olunacağını tam əmin etməsi müəyyən edilir. 3-cü «nazir muavini sohbeti» adlı səs yazısısında Təqsirləndirilən şəxs2 adamın nazir müavini olduğunu adını deyə bilmədiyini qeyd etməsi müəyyən edilir. 4-cü «otagina devet» adlı səs yazısısında Təqsirləndirilən şəxs2 özünün işlədiyi Azərbaycan Nəşriyyatının 6-cı mərtəbəsində 12-ci otağa dəvət etməsi müəyyən edilir. 5-ci «pulun karta oturmagi» adlı səs yazısında Təqsirləndirilən şəxs2 pulun karta oturdağını, arxayın olmasını deməsi müəyyən edilir. 6-cı «pulun qaytarilacagi vedi» adlı səs yazısısında Təqsirləndirilən şəxs2 «müəllim» dediyi şəxsə kiminsə kredit götürəcəklərini, ona 60.000 pul verməli olduqlarını, axşam görüşüb söhbət etməyi, işin düzələcəyini, heç kimin pulunun heç kimdə qalmadığını deməsi müəyyən edilir. Baxış Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti otaqda aparılmaqla protokol tərtib edilmişdir (cild 01, i.v.165). “Diskə və sənədə baxış keçirilməsi haqqında” 09 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X35, icraatında olan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə etməklə, Zərərçəkmiş şəxs3 təqdim etdiyi 01 ədəd diskə baxış keçirmiş, diskə baxış keçirilən zaman «DVD-R» formatlı olması, üzərində «Gold» və «DVD-R» yazılarının həkk olunması müəyyən olunmuş, həmin disk açıldıqda içərisində «WhatsApp Audio 2024-03-25 at 1.06.18 PM (1)», «WhatsApp Audio 2024-03-25 at 1.06.18 PM», «WhatsApp Audio 2024-03-25 at 1.06.19 PM (1)», «WhatsApp Audio 2024-03-25 at 1.06.19 PM (2)», «WhatsApp Audio 2024-03-25 at 1.06.19 PM», «WhatsApp Audio 2024- 03-25 at 1.06.20 PM (1)» və «WhatsApp Audio 2024-03-25 at 1.06.20 PM» adlı 07 ədəd səs yazısının olması aşkar edilmişdir. 1-ci «WhatsApp Audio 2024-03-25 at 1.06.18 PM (1)» adlı səs yazısında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 pulları qaytaracağına dair vədlər verməsi müəyyən olunur. 2-ci «WhatsApp Audio 2024-03-25 at 1.06.18 PM» adlı səs yazısı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 hazırda 5.000 manat pul verməsini, 15.000 manat pulu isə verəcəyini deməsi, sonuncunun isə 5.000 manat pulu gətirməsini Trükel Abdıyevaya deməsi müəyyən olunur. 3-ci «WhatsApp Audio 2024-03-25 at 1.06.19 PM (1)» adlı səs yazısında Təqsirləndirilən şəxs2 işi düzəltməsini Zərərçəkmiş şəxs3 deməsi müəyyən olunur. 4-cü «WhatsApp Audio 2024-03-25 at 1.06.19 PM (2)» adlı səs yazısında Təqsirləndirilən şəxs2 cavab gözləməsini deməklə vəd verməsi müəyyən edilir. 5-ci «WhatsApp Audio 2024-03-25 at 1.06.19 PM» adlı səs yazısı 4-cü səs yazısı ilə eyni olması müəyyən edilir. 6-cı «WhatsApp Audio 2024-03-25 at 1.06.20 PM (1)» adlı səs yazısında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 "xxxx" kartlarından birinə pul göndərməsini, kartların fərqi olmadığını deməsi müəyyən edilir. 7-ci «WhatsApp Audio 2024-03-25 at 1.06.20 PM» adlı səs yazısında Təqsirləndirilən şəxs2 Asəflə danışmasını Zərərçəkmiş şəxs3 deməsi müəyyən edilir. Bundan başqa təqdim olunmuş, Təqsirləndirilən şəxs2 tərəfindən yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixi qeyd olunmuş əlyazmada sonuncunun 21.500 manat pul almasını təsdiq etməsinə dair əlyazma olması müəyyən edilir. Bundan başqa təqdim olunmuş «Vhatsapp» tətbiqində olan yazışmaların Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında aparılması, sonuncunun Zərərçəkmiş şəxs3 bank kartlarının foto şəkillərini göndərməsi, sonuncunun həmin kartlara pul göndərməsinə dair çekləri göndərməsi müəyyən edilir. Baxış Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti otaqda aparılmaqla protokol tərtib edilmişdir (cild 01, i.v.166). “Götürülmə haqqında” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik- leytenantı X35, Azərbaycan Respublikası CPM-nin 51, 85, 242 və 247-ci maddələrinin tələblərini rəhbər tutub, protokol tərtib etmişdir, həmin protokolu şahid Təqsirləndirilən şəxs2 iştirakı ilə tərtib etmişdir ondan ötrü ki, icraatında istintaq edilən ********* nömrəli işinin istintaq zərurəti ilə əlaqədar olaraq şahid Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 02 ədəd disk Təqsirləndirilən şəxs2 götürülmüş, götürmə zamanı texniki vasitələrdən istifadə olunmamışdır (cild 01, i.v.208). “Diskə baxış keçirilməsi haqqında” 16 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X35, icraatımda olan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə etməklə, şahid Təqsirləndirilən şəxs2 təqdim etdiyi 02 ədəd diskə baxış keçirmiş, diskə baxış keçirilən zaman həmin disklərin «CD-R» formatlı olması müəyyən olunmuşdur. 1-ci disk açıldıqda içərisində «AUD-20240502-WA0019», «AUD-20240502- WA0021», «AUD-20240502-WA0032», «AUD-20240502-WA0033», «AUD-20240502- WA0034», «AUD-20240502-WA0035», «AUD-20240502-WA0083» və «PTT- 20240515-WA0011» adlı səs yazılarının olması müəyyən edilir. «AUD-20240502-WA0019» adlı səs yazısında bir məktəbə təhsil işçilərinin aparılıb qoyulmasını deməsi müəyyən edilir. «AUD-20240502-WA0021» adlı səs yazısında X6 nəticəsini gözləməsini deməsi müəyyən edilir. «AUD-20240502-WA0032» adlı səs yazısında X6 Türkelin qaynar xəttə zəng etməsini, direktorların adlarının siyahısında adının çıxacağını, seçkilərə görə 25-dən təyinatlarının veriləcəyini, Türkelin yerinə keçən adamın olmayacağını, Türkelin olacağını, sonuncunun oturub gözləməsini deməsi müəyyən edilir. «AUD-20240502-WA0033» adlı səs yazısında X6 Türkelə təbri etmək üçün zəng edəcəyini, Türkelin yerinin heç kimə verilməyəcəyini, «zauç» işləməsi, aktivliyinə görə tanınmış qadın olması, ayın 15-dən 25-nə qədər 4-5 gün qalmış şəxsiyyətini götürüb gedib adını yoxlamasını, adının orada olmasını görəcəyini, siyahıların indi getdiyini, ona görə vaxtın uzandığını deməsi müəyyən edilir. «AUD-20240502-WA0034» adlı səs yazısında X6 ayın 25-i təyinata çığırılmasını, İlahə adı şəxsin qarşılayacağını, İlahənin bir neçə şöbənin müdiri olduğunu, Ayın 16-18-i adının çıxacağını deməsi müəyyən edilir. «AUD-20240502-WA0035» adlı səs yazısında X6 16-18-i arası şəxsiyyətdə getməsini deməsi müəyyən edilir. «AUD-20240502-WA0083» adlı səs yazısısında «Türkel sabah da, 11-i nə olacaqolacaq, olmayacaq gələcəm siznən, gedəcəm bir başa tutulmağa, türməyə» sözlərini deməsi müəyyən edilir. «PTT-20240515-WA0011» adlı səs yazısısında əhəmiyyətli məlumat müəyyən edilmir. «AUD-20240502-WA0073» adlı səs yazısısında 2-ci disk açıldıqda içərisində «AUD-20240502-WA0055», «AUD-20240502- WA0056», «AUD-20240502-WA0057», «AUD-20240502-WA0058», «AUD-20240502- WA0060, «AUD-20240502-WA0062, «AUD-20240502-WA0063, «AUD-20240502- WA0064, «AUD-20240502-WA0066, «AUD-20240502-WA0067, «AUD-20240502- WA0068, «AUD-20240502-WA0069, «AUD-20240502-WA0070, «AUD-20240502- WA0071, «AUD-20240502-WA0073», «AUD-20240502-WA0076», «AUD-20240502- WA0077», «AUD-20240502-WA0078», «AUD-20240502-WA0083», «AUD-20240502- WA0085» və «AUD-20240502-WA0012» adlı səs yazılarının olması müəyyən edilir. «AUD-20240502-WA0055» adlı səs yazısında X6 ondan xəbər gözləməsini, dedikdən sonra gəlməsini deməsi müəyyən edilir. «AUD-20240502-WA0056» adlı səs yazısında X6 Zaur adlı şəxsə müxtəlif vədlər verməsi müəyyən edilir. «AUD-20240502-WA0057» adlı səs yazısında X6 Zaur adlı şəxsə əmanətin qaytarılacağını deməsi, İsmayıl müəllimin vasitəsilə verdiyi kimi də alacağını deməsi müəyyən edilir. «AUD-20240502-WA0058», «AUD-20240502-WA0060, «AUD-20240502- WA0062, AUD-20240502-WA0063, «AUD-20240502-WA0064, «AUD-20240502-WA0066, «AUD-20240502-WA0067, «AUD-20240502-WA0068, «AUD-20240502-WA0069, «AUD- 20240502-WA0070, «AUD-20240502-WA0071, «AUD-20240502-WA0073», «AUD- 20240502-WA0076», «AUD-20240502-WA0077», «AUD-20240502-WA0078», «AUD- 20240502-WA0083», «AUD-20240502-WA0085» «AUD-20240502-WA0012» adlı səs yazılarının da X9 məxsus olması, sonuncunun Zaur adlı şəxsə müxtəlif vədlər verməklə gözləməsini deməsi və eyni məzmunlu səs yazılarının olması müəyyən edilir. «AUD-20240502-WA0012» adlı səs yazında əhəmiyyət kəsb edən məlumat aşkar edilmir. Baxış Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti otaqda aparılmaqla protokol tərtib edilmişdir (cild 01, i.v.210-211). “Yaddaş kartına baxış keçirilməsi haqqında” 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat təminatı şöbəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı, kiçik ədliyyə müşaviri X62, həmin protokolu tərtib etmişdir, Azərbaycan Respublikası CPM- nin 51,85 və 236-cı maddəsinə əsasən ondan ötrü ki, icraatında olan 02/5-578q-24 saylı material üzrə Zərərçəkmiş şəxs1 tərəfindən təqdim olunmuş «yaddaş kartı»na baxış keçirməyə başlamışdır. «yaddaş kartı»nın üzərinə «Kingston» sözləri yazılıb. “Yaddaş kartı”na baxış zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda səsli mesajlar göndərərək, onu işinin yaxın günlərdə həll olunacağını, Təhsil Nazirliyi tərəfindən ona zəng gələcəyini, onu həmin nazirliyə dəvət olunacağı, Zərərçəkmiş şəxs2ovun arvadı Mehriban Əhmədovaya da eyni məzmunlu səsli mesajlar göndərdiyi, onların işini əvvəlcə Sevinc adlı, daha sonra isə Diləfruz adlı qadının görəcəyini bildirdiyi, bundan başqa G.Əhmədovaya Tovuz rayonunda məktəblərə direktor vəzifəsinə keçmək istəyən şəxslərə də pul müqabilində həmin vəzifəyə təyin olunmalarına köməklik edə biləcəyi dediyi müəyyən edilmişdir (cild 01, i.v.222). 17 may 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs4 cinayət işi üzrə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (cild 02, i.v.45-50). 17 may 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs3 cinayət işi üzrə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (cild 02, i.v.51-57). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 29 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 02, i.v.111). “İfadənin yerində yoxlanması haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə Təqsirləndirilən şəxs2 pul verdiyi ünvanı göstərmişdir (cild 02, i.v.119- 122). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 25 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 02, i.v.124). “İfadənin yerində yoxlanması haqqında” 29 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə Təqsirləndirilən şəxs2 pul verdiyi ünvanı göstərmişdir (cild 02, i.v.132- 135). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X84 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 6306 nömrəli məktubdan görünür ki, xx.xx.1960cı il təvəllüdlü, ünvan 18 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs2 arxiv məlumatına görə xx.xx.2017-xx.xx.2018; xx.xx.2018-xx.xx.2018; xx.xx.2019-xx.xx.2019-cu il tarixlərdə yuxarıda adı göstərilən xəstəxanada gündüz stasionarı şöbəsində yarım stasionar rejimli müalicədə olub. Məlumat üçün bildirilmişdir ki, sizə verdiyimiz məlumat sorğuda göstərilən şəxslərin yuxanda adı göstərilən xəstəxanada müalicədə olubolmamasını əks etdirir. Həmin şəxsin ( və ya şəxslərin) psixiatrik kabinetdə qeydiyyatda olub-olmamasını dəqiqləşdirmək üçün yaşayış yeri üzrə poliklinika və yaxud Mərkəzi Rayon Xəstəxanasına müraciət etməyiniz tövsiyə olunur (cild 02, i.v.141). “Zərərçəkmiş şəxs qismində tanınma haqqında” 31 may 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərər çəkmiş şəxs qismində tanınmışdır (cild 02, i.v.154). “Götürülmə haqqında” 31 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik- leytenantı X35, Azərbaycan Respublikası CPM-nin 51, 85, 242 və 247-ci maddələrinin tələblərini rəhbər tutub, tərtib etmişdir həmin protokolu Zərərçəkmiş şəxs5 iştirakı ilə ondan ötrü ki, icraatında istintaq edilən ********* nömrəli işinin istintaq zərurəti ilə əlaqədar olaraq Zərərçəkmiş şəxs5 istintaqa təqdim etdiyi 01 ədəd yaddaş kartı Zərərçəkmiş şəxs5 götürülmüş, götürmə zamanı texniki vasitələrdən istifadə olunmamış, protokol tərəfindən ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və qeyd daxil olmamışdır (cild 02, i.v.163). “Yaddaş kartına baxış keçirilməsi haqqında” 31 may 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X35, icraatında olan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə etməklə, Zərərçəkmiş şəxs5 təqdim etdiyi 01 ədəd yaddaş kartına baxış keçirmiş, yaddaş kartına baxış keçirilən zaman həmin yaddaş kartının tünd gümüşü rəngli, üzərində «Hp» və «16GB» yazılarının həkk olunması və 16 gb həcmli olması müəyyən olunmuş, həmin yaddaş kartının içərisində 47 ədəd «OGG Video File (VLC) (.ogg)» formatlı səs yazılarının olması müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.24» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun adını demədiyi şəxsin dediklərinə əsasən Xətai rayonunda bağçaya müdir yerinin olmasını, işə qəbul olunmaq üçün 50.000 manat pul lazım olmasını, rayonlarda işə qəbulun ucuz, şəhərdə isə baha olması bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.27(3)» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun Zərərçəkmiş şəxs5 bəlli gün deyildiyini, qəbul edəcəklərini və narahat olmamasını bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.28(3)» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun Zərərçəkmiş şəxs5 Maştağa, Suraxanı və Bilgəh deyilsə razı olmamasını və şəhəri istəməsini deməsini bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.28» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun Zərərçəkmiş şəxs5 özünün rahat olmasını, ayın 22-də bu işlərin, qəbulların artıq yekunlaşacağını, ona deyiləcəyini bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.29 (1)» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun Zərərçəkmiş şəxs5 sakit qalmasını, sahab və ya 4-cü gün axşama qədər əmrinin veriləcəyini bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.29 (3)» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun Zərərçəkmiş şəxs5 iş və pul barəsində heç kimə heçnə deməməsini tapşırması və sakit gözləməsini deməsi müəyyən edilir. Yaddaş kartında olan digər səs yazıları dinlənilərkən eyni məzmunlu danışıqlar olması müəyyən edilir. Baxış Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti otaqda aparılmaqla protokol tərtib edilmişdir (cild 02, i.v.165). “İfadənin yerində yoxlanması haqqında” 31 may 2024-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ifadəsi yerində yoxlanılmış və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etməklə Şahid4 pul verdiyi ünvanı göstərmişdir (cild 02, i.v.170- 174). 03 fevral 2024-cü il tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs2 2023-cü ildə Şahid5 Bakı şəhərində yerləşən bağçaların birinin müdiri vəzifəsinə düzəltmək adı ilə 40.000 manata vəsait aldığını və həmin vəsaiti yaxın vaxtlarda ödəyəcəyinə söz vermişdir (cild 02, i.v.209). 22 iyun 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, cinayət Cinayət işi üzrə Zərərçəkmiş şəxs5 ilə Şahid4 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs5 cinayət işi üzrə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Şahid4 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (cild 03, i.v.40-45). 22 iyun 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs1 cinayət işi üzrə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (cild 03, i.v.46-52). 22 iyun 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 cinayət işi üzrə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (cild 03, i.v.53-58). 22 iyun 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı X21 cinayət işi üzrə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs1 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (cild 03, i.v.59-64). 22 iyun 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, cinayət işi üzrə Şahid5 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Şahid5 cinayət işi üzrə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmişdir (cild 03, i.v.65-72). “Götürülmə haqqında” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik- leytenantı X35, Azərbaycan Respublikası CPM-nin 51, 85, 242 və 247-ci maddələrinin tələblərini rəhbər tutub, tərtib etmişdir həmin protokolu şahid X17 iştirakı ilə ondan ötrü ki, icraatında istintaq edilən ********* nömrəli işinin istintaq zərurəti ilə əlaqədar olaraq şahid X17 istintaqa təqdim etdiyi 01 ədəd disk X11 götürülmüş, götürmə zamanı texniki vasitələrdən istifadə olunmamışdır. Protokol tərəfindən ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və qeyd daxil olmamışdır (cild 03, i.v.79). “Diskə baxış keçirilməsi haqqında” 24 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X35, icraatında olan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə etməklə, şahid X17 təqdim etdiyi 01 ədəd diskə baxış keçirmiş, diskə baxış keçirilən zaman həmin diskin «CD-R» formatlı olması, üzəri gümüş rəngli olmaqla üzərində zavod üsulu ilə «Verbatim» yazısı həkk olunmuşdur. Həmin diskin içərisində «1», «2», «3», «4», «5» və «6» adlı, «МРЗ» formatlı səs yazılarının olması müəyyən edilmişdir. «2» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 ünvanına dediyi sözlər, Sevincin oyun oynaması, 5000 manat verilməsi kimi fikirlər bildirməsi müəyyən edilir. «3» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 pulun qaytarılması barədə sözləri deməsini tapşırması müəyyən edilir. «4» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 15.000 manat pulu ayın 5-nə kimi qaytarılması, barədə sözlər deməsini, rahat olmasını tapşırması müəyyən edilir. «5» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 «mənlə əlaqə saxlayın, onunla işiniz yoxdur, mən verəcəm» kimi sözlər deməsini tapşırması müəyyən edilir. «6» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 «kömək edəcəm, qorxma Sevinc, kömək edəcəm sənə ay bədbaxt, özümü qurtarım» kimi sözlər deməsini tapşırması müəyyən edilir. Baxış Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti otaqda aparılmaqla protokol tərtib edilmişdir (cild 03, i.v.90). “Götürülmə haqqında” 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X35, Azərbaycan Respublikası CPM-nin 51, 85, 242 və 247-ci maddələrinin tələblərini rəhbər tutub, tərtib etmişdir həmin protokolu şahid Təqsirləndirilən şəxs2 iştirakı ilə ondan ötrü ki, icraatında istintaq edilən ********* nömrəli işinin istintaq zərurəti ilə əlaqədar olaraq şahid Təqsirləndirilən şəxs2 istintaqa təqdim etdiyi 01 ədəd disk Təqsirləndirilən şəxs2 götürülmüş, götürmə zamanı texniki vasitələrdən istifadə olunmamış, protokol tərəfindən ucadan oxunmuş, iştirakçılar tərəfindən əlavə və qeyd daxil olmamışdır (cild 03, i.v.92). “Diskə baxış keçirilməsi haqqında” 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X35, icraatında olan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı naddələrinin tələblərinə riayət etməklə etməklə, şahid Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd diskə baxış keçirmiş, diskə baxış keçirilən zaman həmin diskin «DVD-R» formatlı olması, üzəri ağ rəngli olmaqla üzərində heç bir yazı yoxdur. Həmin diskin içərisində «AUD-20240625-WA0002», «AUD-20240625- WA0003» və «AUD-20240625-WA0004» adlı, «OPUS» formatlı faylların olması müəyyən edilir. Lakin həmin faylların açılması mümkün olmadığından səs yazısı və ya video görüntü olmasını müəyyən etmək mümkün deyildir. Baxış Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti otaqda aparılmaqla protokol tərtib edilmişdir (cild 03, i.v.94). “s görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis polkovnik-leytenantı X35, Azərbaycan Respublikası CPM-nin 51, 85, 242 və 247-ci maddələrinin tələblərini-rəhbər tutub, tərtib etmişdir həmin protokolu şahid Təqsirləndirilən şəxs1 iştirakı ilə ondan ötrü ki, icraatında istintaq edilən ********* nömrəli işinin istintaq zərurəti ilə əlaqədar olaraq şahid Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 01 ədəd disk və 09 vərəqdən ibarət ödəniş qəbzləri Təqsirləndirilən şəxs1 götürülmüşdür. Götürmə zamanı texniki vasitələrdən istifadə olunmamışdır. Protokol tərəfindən ucadan oxundu, iştirakçılar tərəfindən əlavə və qeyd daxil olmamışdır (cild 03, i.v.178). **********3 nömrəli qəbzin surətindən görünür ki, 16 may 2024-cü il tarixdə 416973******6861 nömrəli kartdan 523915******4015 nömrəli kart 500 manat məbləğində pul köçürülmüşdür (cild 03, i.v.179). ********** nömrəli qəbzin surətindən görünür ki, 16 yanvar 2024-cü il tarixdə 416973******6861 nömrəli kartdan 523915******4015 nömrəli karta 800 manat məbləğində pul köçürülmüşdür (cild 03, i.v.180). ********** nömrəli qəbzin surətindən görünür ki, 09 fevral 2024-cü il tarixdə 416973******6861 nömrəli kartdan 523915******4015 nömrəli karta 100 manat məbləğində pul köçürülmüşdür (cild 03, i.v.181). **********3 nömrəli qəbzin surətindən görünür ki, 14 mart 2024-cü il tarixdə 416973******6861 nömrəli kartdan 523915******4015 nömrəli karta 2.000 manat məbləğində pul köçürülmüşdür (cild 03, i.v.182). **********8 nömrəli qəbzin surətindən görünür ki, 03 aprel 2024-cü il tarixdə 416973******6861 nömrəli kartdan 523915******4015 nömrəli karta 2.000 manat məbləğində pul köçürülmüşdür (cild 03, i.v.183). **********7 nömrəli qəbzin surətindən görünür ki, 14 may 2024-cü il tarixdə 416973******6861 nömrəli kartdan 523915******4015 nömrəli karta 500 manat məbləğində pul köçürülmüşdür (cild 03, i.v.184). **********9 nömrəli qəbzin surətindən görünür ki, 06 iyun 2024-cü il tarixdə 416973******6861 nömrəli kartdan 523915******4015 nömrəli karta 500 manat məbləğində pul köçürülmüşdür (cild 03, i.v.185). **********9 nömrəli qəbzin surətindən görünür ki, 05 iyun 2024-cü il tarixdə 416973******6861 nömrəli kartdan 523915******4015 nömrəli karta 2.000 manat məbləğində pul köçürülmüşdür (cild 03, i.v.186). ********** nömrəli qəbzin surətindən görünür ki, 09 fevral 2024-cü il tarixdə 416973******6418 nömrəli kartdan 523915******4015 nömrəli karta 1.300 manat məbləğində pul köçürülmüşdür (cild 03, i.v.187). “Diskə və sənədlərə baxış keçirilməsi haqqında” 30 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnikleytenantı X35, icraatında olan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə etməklə, şahid Təqsirləndirilən şəxs1 istintaqa təqdim etdiyi 01 ədəd diskə 09 vərəqdən ibarət sənədlərə baxış keçirmişdir. Diskə baxış keçirilən zaman həmin diskin «DVD-R» formatlı olması, üzəri ağ rəngli olmaqla üzərində heç bir yazı yoxdur. Həmin diskin içərisində «WhatsApp Audio 2024-06-28 at 19.55.41 (1)», «WhatsApp Audio 2024-06-28 at 19.55.41 (2)», «WhatsApp Audio 2024-06-28 at 19.55.41 (3)», «WhatsApp Audio 2024-06-28 at 19.55.41», «WhatsApp Audio 2024-06-28 at 19.55.42 (1)» və «WhatsApp Audio 2024-06-28 at 19.55.42» adlı, «mp3» formatlı səs yazılarının olması müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.41 (1)» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs1 qıza aid olması, sonuncunun Təqsirləndirilən şəxs2 ünvanına Diləfruzdan pulları alıb camaata verməsini, cavabdeh olmadığını və Gülnarə xanıma deməsini bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.41 (2)» adlı səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 «kömək edəcəm, qorxma Sevinc, kömək edəcəm sənə ay bədbaxt, özümü qurtarım» kimi sözlər deməsini tapşırması müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.41 (3)» adlı səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun ayın 20-nə kimi 35.000-i alıb verəcəyini, sonrasının Təqsirləndirilən şəxs1 boynuna almasını deməsi müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.41» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs1 qıza aid olması, sonuncunun Diləfruzun pullar vermədiyi halda özünün polisə şikayət edəcəyini bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.42 (1)» adlı səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 15.000 manat pulu ayın 5-nə kimi qaytarılması barədə sözlər deməsini, rahat olmasını tapşırması müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.42» adlı səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 «başını itirib, övladını itirib, yolan qoy», 25, 26, 27-nə kimi pulu verəcəyini Mehribana deməsini Gülnarəyə də verəcəklərini deməsini tapşırması müəyyən edilir. Bundan başqa təqdim edilən 09 vərəqdən ibarət sənədlərə baxış keçirilən zaman 416973*****6861 nömrəi bank hesabından 523915*****4015 nömrəli bank hesabına müxtəlif vaxtlarda 500 manat, 800 manat, 100 manat, 2.000 manat, 2.000 manat, 500 manat, 500 manat, 2.000 manat, 1.300 manat olmaqla ümumilikdə 9.700 (doqquz min yüz) manat pul köçürülməsi müəyyən edilir. Baxış Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti otaqda aparılmaqla protokol tərtib edilmişdir (cild 03, i.v.190). “Diskə baxış keçirilməsi haqqında” 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis polkovnik-leytenantı X35, icraatında olan ********* nömrəli cinayət işinin istintaq zərurəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə riayət etməklə etməklə, Zərərçəkmiş şəxs5 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində toplanmış material üzrə təqdim etdiyi 01 ədəd diskə baxış keçirmiş, diskə baxış keçirilən zaman həmin diskin «DVD-R» formatlı olması, üzəri gümüşü rəngli olmaqla üzərində «Verbatim» və «DVD-R» yazılarının olması aşkar edilmişdir. Həmin diskin içərisində 54 ədəd «Opus» formatlı səs yazılarının olması müəyyən edilir. Həmin səs yazıları dinlənildikdə qeyd olunan danışıqların Şahid4 və digər şəxslərlə işə qəbul ilə əlaqədar pul verməsi və 40.000 manat pulunu tələb etməsinə dair səs yazılarının olması müəyyən edilir. Baxış Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti otaqda aparılmaqla protokol tərtib edilmişdir (cild 03, i.v.242). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X84 tərəfindən verilmiş Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 05 iyun 2024-cü il tarixli, 1642 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmədiyindən onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hal-hazırda hər hansı psixi xəstəlik qeyd olunmur. Təqsirləndirilən şəxs2 törətdiyi əməl dövründə (01 avqust 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək) hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs2 öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs2 cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunduğu təqdirdə törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs2 hal-hazırda da, öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 01 avqust 2023-cü il tarixdən 01 noyabr 2023-cü il tarixədək olan dövrdən əvvəlki vaxtlarda müddət qeyri-müəyyən olduğundan sualın həmin hissəsinin cavablandırılması mümkün deyil. Ekspertizaya təqdim olunmuş cinayət işi materiallarında Təqsirləndirilən şəxs2 təqsirləndirilən şəxs qismində cəlb olunduğunu təsdiq edən hər hansı sənəd təqdim olunmayıb. Beləliklə Təqsirləndirilən şəxs2 nə zaman ittiham təqdim olunan vaxt məlum olmadığından sualı cavablandırmaq mümkün deyil (cild 04, i.v.1-4). “Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından X6 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə, o cümlədən X22, X30 və Şahid6 əməllərinə və digər xüsusatlara qiymət verilməsindən ötrü Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4cü maddələri ilə ayrıca cinayət işinin ayrılması və icraata qəbul edilərək ibtidai istintaqının davam etdirilməsi, hazırki cinayət işindən müvafiq sənədlərin kserosurətlərinin çıxarılaraq həmin cinayət işinə əlavə edilməsi, ayrılmış cinayət işinin ********* nömrə altında istintaqının aparılması qərara alınmışdır (cild 04, i.v.45-46). “Sübutların qiymətləndirilməsi haqqında” 23 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 27 iyun 2024-cü il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş, ittihama əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmadığına görə həmin ittiham qüvvədə saxlanılması və barəsində Bakı şəhəri Yasamal rayon Məhkəməsinin qərarı ilə «həbs» qətimkan təbdirinin seçildiyinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 06 iyul 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittihama əlavə və dəyişikliklərin edilməsi zərurəti yaranmadığına görə həmin ittihamın qüvvədə saxlanılması və barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdirinin seçilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və X6 barəsində 178.2.3, 311, 310 və 32.4,312-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 15.000 manat pul vəsaiti alması epizodu üzrə Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası CM-in 178-ci maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs3 pulunun ələ keçirilməsi epizodunda Şahid3 barəsində Azərbaycan Respublikası CM-in 178 və 307-ci, Zərərçəkmiş şəxs4 və istintaqa məlum olmayan Vüsalə Ağaşova adlı şəxsin barəsində Azərbaycan Respublikası CM-in 178-ci, Zərərçəkmiş şəxs4 pulunun ələ keçirilməsi epizodunda Şahid2 barəsində Azərbaycan Respublikası CM-in 178, 194 və 307-ci, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 pulunun ələ keçirilməsi epizodlarında X7 və istintaqa məlum olmayan Seva adlı qadının barəsində Azərbaycan Respublikası CM-in 178 və 307-ci, Zərərçəkmiş şəxs5 pulunun ələ keçirilməsi epizodunda isə Şahid4ın, Şahid5, X36, istintaq məlum olmayan Xəyalə Əhmədova, Eşqin Bağırov, Valeh Mirzəliyev, İlkin, Əziz, Rasim, Nəzakət və Leysan adlı şəxslərin barəsində Azərbaycan Respublikası CM-in 178 və 307-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs5 barəsində Azərbaycan Respublikası CM-in 29,312-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, araşdırma dövründə Zərərçəkmiş şəxs3 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” disk, Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmiş və 21.500 manat pul vəsatinin Təqsirləndirilən şəxs2 tərəfindən alınmasını təsdiq edən edən 01 vərəqədən ibarət iltizam, o cümlədən smartfonlar üçün nəzərdə tutulmuş “Whatsapp” ani mesajlaşma mübadilə sistemi ilə göndərilmiş elektron ödəniş terminalları vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitlərinin ödənilməsini təsdiq edən ödəniş qəbzlərinin, “Unibank" ASC-yə və "xxxx" ASC-yə məxsus bank kartlarının təsvirləri olan 06 vərəqənin cinayət işi üzrə maddi sübut kimi tanınması və maddi sübutların iş materiallarına əlavə edildiyinin nəzərə alınması, araşdırma dövründə Zərərçəkmiş şəxs4 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” diskin cinayət işi üzrə maddi sübut kimi tanınması və “CD” diskin iş materiallarına əlavə edildiyinin nəzərə alınması, araşdırma dövründə Təqsirləndirilən şəxs2 təqdim etdiyi audioyazılar olan 02 ədəd “CD” diskin cinayət işi üzrə maddi sübut kimi tanınması və 02 ədəd “CD” diskin iş materiallarına əlavə edildiyinin nəzərə alınması, araşdırma dövründə Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş idarəsinin Əməliyyat təminatı şöbəsinin mühüm işlər üzrə böyük əməliyyatçısı, kiçik ədliyyə müşaviri X62 tərəfindən Zərərçəkmiş şəxs1 götürülmüş audioyazılar olan 01 ədəd “Yaddaş kartı”-nın cinayət işi üzrə maddi sübut kimi tanınması və “Yaddaş kartının” iş materiallarına əlavə edildiyinin nəzərə alınması, araşdırma dövründə Zərərçəkmiş şəxs5 təqdim etdiyi audioyazılar olan 01 ədəd “Yaddaş kartı”-nın cinayət işi üzrə maddi sübut kimi tanınması və “Yaddaş kartının” iş materiallarına əlavə edildiyinin nəzərə alınması, araşdırma dövründə X18 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” diskin cinayət işi üzrə maddi sübut kimi tanınması və “CD” diskin iş materiallarına əlavə edildiyinin nəzərə alınması, araşdırma dövründə Təqsirləndirilən şəxs1 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” disk və 09 vərəqədən ibarət ödəniş qəbzlərinin cinayət işi üzrə maddi sübut kimi tanınması, “CD” diskin və qəbzlərin iş materiallarına əlavə edildiyinin nəzərə alınması, Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxslərə elan ediləcək ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə ilkin araşdırma materialları, zərərçəkmiş şəxslərin dindirmə protokolları, üzləşdirmə protokolları, şahidlərin dindirməsi haqqında protokollar, o cümlədən “CD” disklərə və yaddaş kartlarlarına baxış aparılması haqqında tərtib edilmiş protokolların cinayət işi üzrə sübut növü kimi qiymətləndirilməsi, cinayət işinin materiallarında X23, Şahid4 kimi oxunması, cinayət işinin materiallarında X56 Zərərçəkmiş şəxs3 kimi oxunması, cinayət işinin materiallarında Musayeva X44 Aynur Kamil qızı kimi oxunması, cinayət işinin materiallarında Əsgərova X12 Samirə Tanırverdi qızı kimi oxunması, cinayət işinin materiallarında Abbasov X57 Asəf Rəfail oğlu kimi oxunması, cinayət işinin materiallarında X3 Ramil Səhrad oğlu kimi oxunması, cinayət işinin materiallarında X1 Diləfruz Əbil qızı kimi oxunması, cinayət işi üzrə maddi ziyan vurulmasına kifayət qədər əsaslar olmadığından X8 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınması, Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilən və götürülən təqsirləndirilən şəxs kimi hesab edilməsi, Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmadığının nəzərə alınması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsi və onun Zərərçəkmiş şəxs5 məxsus 40.000 manat pul vəsaitini Şahid5 almasını etiraf etməsinə baxmayaraq Zərərçəkmiş şəxs5 məxsus 40000 manat pul vəsaitini, həmçinin Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 hər hansı bir məbləğdə pul vəsaitlərini almadığını və həmin pul vəsaitlərinin X6 şəxsən almasını, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 məxsus pul vəsaitlərinin bir hissəsinin Təqsirləndirilən şəxs1 və bir hissəsinin isə Diləfruz Mustafayeva tərəfindən şəxsən alınmaları və onun həmin pul vəsaitlərindən almadığı barədə ifadəsində göstərdiyi xüsusatlar qeyri-səmimi, qeyriobyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilməsi və tərəfimdən qəbul edilmiş 27 iyul 2024-cü il tarixli qərarla vəsatət kimi qəbul edilib rədd edildiyinin nəzərə alınması, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməməsi və onun Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2nın direktor vəsifəsinə təyin-edilmələrinə görə 20.000 manat pul almadığı və yalnız 16.550 manat pulu Təqsirləndirilən şəxs2 borc alması barədə ifadəsində göstərdiyi xüsusatlar qeyri-səmimi, qeyri-obyektiv olduğundan və istintaq materialları ilə kifayət qədər təkzib edildiyindən özünü müdafiə xarakterli dəlil kimi qiymətləndirilməsi və tərəfimdən qəbul edilmiş 06 iyul 2024-cü il qərarla vəsatət kimi qəbul edilib rədd edildiyinin nəzərə alınması, X6 müəyyən edilməməsi cinayət işinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 aid olan hissəsinin məhkəməyə verilməsinə mane olmadığını və əksinə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qanuni mənafelərinin təmin edilməsinə maneəçilik törətdiyini, araşdırmanın və cinayət işinin məhkəməyə göndərilməsini yolverilməz dərəcədə uzatdığını, həmçinin cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam, obyektiv və vaxtında baxılmasına mane olmayan və onun xarakterinə görə ayrıca baxılması mümkün olan bütün hallarda cinayət təqibi üzrə icraatın ayrılmasına yol verildiyini nəzərə alaraq Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə istintaqı aparılan ********* №-li cinayət işindən X6 barəsində Azərbaycan Respublikası CM-in 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yeni cinayət işinin ayrılması haqqında qərar qəbul edilməsi, ********* №-li cinayət işindən zəruri sənədlərin kserosurətləri çıxarılaraq yeni ayrılmış cinayət işinə əlavə edilməsi, X6, o cümlədən X22, X30 və Şahid6 əməllərinə və digər xüsusatlara yeni ayrılmış cinayət işində hüquqi qiymət verilməsi qərara alınmışdır (cild 04, i.v.5-43). Zərərçəkmiş şəxs4 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyandan 26000 manat ödənilmiş, 19000 manat isə qalmışdır. Zərərçəkmiş şəxs1 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyandan 5.000 manat ödənilmiş, 30.000 manat isə qalmışdır. Həmçinin mülki iddia məsələsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs3 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, ona dəymiş ziyandan heç bir ödəniş olunmamış, həmçinin mülki iddia məsələsinə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Zərərçəkmiş şəxs2 tərəfindən xx.xx.2025-ci il tarixdə məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət nəticəsində ona vurduğu ziyan ümumi 39.000 manat təşkil edir, 39.000 manatdan 20.000 manat ziyanı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 düşən məbləğdən (19.000 manatdan) 11.500 manat ödəsə də, qalan 7.500 manatı ödəməmişdir. Odur ki, 7.500 manat ziyanı Təqsirləndirilən şəxs2 tələb etdiyini bildirmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi özlərinin ziddiyyətli ifadələri, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndinə əsasən törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakınınəvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarın 4-cü bəndində göstərilmişdir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Məhkəmə iclasında təqsirləndirilən şəxslər hər biri özlərini onlara elan edilmiş ittihamda təqsirli bilmədiklərini, onların zərərçəkmiş şəxsləri aldatmadıqlarını, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 aldığı məbləğin şəxsi borc olduğunu, Təqsirləndirilən şəxs2 isə zərərçəkmiş şəxslərdən aldıqları məbləğlərin bir hissəsinin Sevincə, digər hissəsinin isə Diləfruza verildiyini bildirsələr də, uzun sürən məhkəmə istintaqı zamanı müdafiə tərəfinin hər bir dəlili tam və hərtərəfli araşdırılmış və onların ifadələrində səmimi olmamaları müəyyən edilmişdir. Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs2 öz müdafiəsi üçün irəli sürdüyü (hər bir epizod üzrə ayrı-ayrılıqda) dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində (1-ci və 2-ci epizod üzrə) aşağıdakıları qeyd etmişdir: (1-ci epizod üzrə) 2022-ci ilin avqust ayında Zərərçəkmiş şəxs2 ona zəng edərək, həyat yoldaşı Mehriban xanımı Tovuz rayonunda işlədiyi orta məktəbə direktor vəzifəsinə işə düzəlməsinə köməklik göstərməyi xahiş etmişdir. O, Əhmədə tanışı Təqsirləndirilən şəxs1 Təhsil Nazirliyində işlədiyini, Sevincin ona kitab çapı üçün nazirlik tərəfindən keçiriləcək tenderin qalibi olmağa köməklik edəcəyini bildirərək Sevinc xanımdan Əhmədin həyat yoldaşını da həmin orta məktəbə direktor vəzifəsinə keçməsinə köməklik etməsi üçün xahiş edə biləcəyini bildirmişdir. Bundan sonra, Sevincin mobil nömrəsini Əhmədə vermişdir. Əhməd Sevinclə danışmış və o, bildiyi qədəri ilə Sevinc Əhmədə 35.000 manat müqabilində həyat yoldaşı X14 Tovuz rayonunda yerləşən orta məktəbə direktor təyin edilməsinə köməklik edə biləcəyini bildirdikdən sonra razılaşmışlar. 2022-ci ilin təxminən sentyabroktyabr aylarında Əhməd Bakı şəhərinə gələrək onun ofisində Sevincə ilkin olaraq 17.000 manat pul vermişdir. Sevinc Əhmədə növbəti ilin fevral ayına qədər Mehribanın işinin düzələcəyini bildirmiş və qalan pulu da işi düzəldikdən sonra alacağını bildirmişdir. Bundan bir neçə gün sonra Əhməd Sevincə yenidən zəng edərək bacısı Zərərçəkmiş şəxs1 Tovuz rayonunda işlədiyi orta məktəbə direktor təyin edilməsini ondan xahiş etmişdir. Həmin danışıq zamanı o, Sevincin yanında olmuşdur. Sevinc Əhmədə bacısının şəhid ailəsi olduğundan aşağı qiymətə Tovuz rayonunda olan şəhidin adına olan orta məktəbə direktor vəzifəsinə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Gülnarə Sevinclə özü danışmış və Gülnarə Tovuz rayonunda öz işlədiyi məktəbə direktor düzəlməsinə köməklik etməyi xahiş etmişdir. Sevinc Gülnarədən bu vəzifə üçün 35.000 manat pul tələb etmişdir. Lakin onun özü Əhmədə zəng edərək Sevincin onun özünün işini, yəni hələ ki, vəd verdiyi tender işini düzəltmədiyini, Sevincə pul vermək üçün tələsməmələrini və bir az səbr etmələrini demişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs2 işində ona 39000 manat pul verilmiş, Sevinc puldan 22000 manatın Əhmədə qaytarıldığını, sonra 19000 manat pulu Əhmədə özünün qaytardığını bildirmişdir. (2-ci epizod üzrə) təxminən 2022-ci ilin oktyabr ayında Gülnarə onun ofisinə gələrək onun yanında Sevincə ilkin olaraq 25.000 manat pul vermişdir. Lakin üstündən xeyli müddət keçdikdən sonra nə onun işini, nə də ki Əhməd və Əhmədin bacısı Gülnarənin işi düzəlmədiyindən Sevincdən pulu tələb etmişlər. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs1 35000 manat almış və bu işdə aldığı puldan 25000 Sevincə, qalanını isə Diləfuruza vermişdir. Gülnarənin də pulundan 10300 manatını özünün qaytardığını qeyd etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, İsmayıl ona özünün Təhsil Nazirliyinin işçisi olduğunu, 35.000 manat pulun müqabilində həyat yoldaşı Mehribanı işlədiyi Tovuz şəhərində yerləşən Adil Qasımov adına tam orta məktəbdə direktor vəzifəsinə təyin etdirəcəyinə vəd vermişdir. İsmayıl ilə razılaşdıqdan sonra 2022-ci ilin sentyabr ayının sonunda Bakı şəhərinə gələrək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otaqda İsmayıla əlbəəl 17.000 manat pul vermişdir. 2022-ci ilin dekabr ayında İsmayıl ona zəng edərək Mehribanın işlədiyi məktəbə direktor təyin oluna bilməyəcəyini və əlavə 10.000 manat da vermək şərti ilə Mehribanı Tovuz şəhərində yerləşən Nəsrəddin Tusi adına tam orta məktəbə direktor vəzifəsinə təyin etdirəcəyini bildirmişdir. İsmayıl ilə razılaşdıqdan sonra 2023-cü ilin yanvar ayının əvvəlində İsmayılın işlədiyi Bakı şəhərinə gələrək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otaqda İsmayıla əlbəəl 22.000 manat pul vermişdir. Qalan 5.000 manat pulu isə yoldaşının direktor vəzifəsinə təyin olunandan sonra verməli olduğunu demişdir. Bundan başqa o, bacısı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 onun həyat yoldaşını 45.000 manat pul müqabilində işlədiyi məktəbə direktor vəzifəsinə təyin olunmasına köməklik edəcəyini bildirmiş və istəyərsə onu da işlədiyi Tovuz şəhəri Adil Qasımov adına orta məktəbə direktor vəzifəsinə təyin olunmasına köməklik edə biləcəyini bildirmişdir. Onun bacısı İsmayılın nömrəsini ondan aldıqdan sonra İsmayıl ilə danışmış və İsmayıl bacısı Gülnarədən sonuncunun məktəbə direktor təyin olunması üçün ümumilikdə 35.000 manat pul almışdır. Belə ki, Təqsirləndirilən şəxs2 2023-cü ilin aprel ayının əvvəlində Bakı şəhəri, Atatürk parkının qarşısında onun yanında Şahid5 qohumunu uşaq bağçasına müdirə vəzifəsinə təyin olunmasına köməklik etməsi müqabilində 40000 manat pul almışdır. Onun İsmayıla vermiş olduğu ümumilikdə 39.000 manat puldan İsmayıl ona 11.500 manat, Sevinc isə 20.000 manat qaytarmaqla ona ümumilikdə 31.500 manat pul qaytarılmış, lakin 7.500 manat pul isə hazırkı vaxta kimi ona qaytarılmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində 2022-ci ilin oktyabr ayının əvvəlində Bakı şəhərinə gələrək, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otağında İsmayıl ilə görüşmüşdür. İsmayıl onun yanında Təhsil Nazirliyində işlədiyini, lakin adını ona demədiyi bir qadınla telefon vasitəsi ilə danışaraq onun yaşadığı yer, iş yeri və sair barədə məlumat vermişdir. Bundan sonra İsmayıl ona 35.000 pul müqabilində onu Tovuz rayonu Öysüzlü kənd orta məktəbinə direktor təyin edilməsinə köməklik edə biləcəyini, həmin pul vəsaitindən 25.000 manatı yaxın günlərdə verməyini, qalan 10.000 manat pulu isə direktor təyin ediləndən sonra verməli olduğunu bildirmişdir. 2022-ci il tarixdə yenidən İsmayılın işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otağında İsmayıla 25.000 manat pul vermişdir. 2023-cü ilin yanvar ayında İsmayıl ona «Whatsapp» vasitəsi ilə görüntülü zəng edib yanında olan X10 ona göstərərək işini Diləfruzun gördüyünü bildirmişdir. Danışıq zamanı İsmayıl və Diləfruz ona işinin tezləşdiyini, 2023-cü ilin fevral ayında direktor təyin olunmağı üçün qalan 10.000 manat pulu da verməyini bildirmişlər. Bundan sonra 2-3 gün ərzində qeyd olunan pulu hazırlayıb Bakı şəhərinə gələrək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otağında İsmayıla 10.000 manat pul vermişdir. İsmayıl və Diləfruz müxtəlif bəhanələr gətirərək dələduzluq etmişlər. İsmayıl ondan aldığı 35.000 manat puldan ona hazırkı vaxta kimi hissə-hissə olmaqla cəmi 5.000 manat pul qaytarmışdır. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 isə ifadəsində zərərçəkən şəxslər Əhməd və Gülnarə ilə hər hansı işin həlli ilə bağlı vəd vermədiyini və bunun müqabilində pul almadığını bildirmişdir. “İfadənin yerində yoxlanması haqqında” 29 may 2024-cü il tarixli protokoldan, 22 iyun 2024-cü il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti aparılmış və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 cinayət işi üzrə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs2 üzünə qarşı deyərək ifadəsini bir daha təsdiq etmiş və pul məbləğinin harada verilməsini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 hər vəchlə cinayət məsuliyyətindən yayınmaq üçün heç bir sübuta dayanmayan dəlillər irəli sürmüş, irəli sürdüyü dəlillərin həqiqiliyini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Lakin işin həqiqi hallarından görünür ki, Ələkbərov X13 Sevinc Həqiqət qızı ilə birlikdə qabaqcadan razılaşaraq zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 həyat yoldaşını və Zərərçəkmiş şəxs1 direktor vəzifəsinə təyin edilməsi barədə yalan vədlər verərək 35000 manat Gülnarədən və 39000 manat pulu isə Əhməddən əldə etmişlər. (3-cü epizod üzrə). Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində aşağıdakıları qeyd etmişdir ki, Şahid5 2023-cü ilin təxminən fevral ayından tanıyır. Belə ki, Samirə ilkin olaraq ona zəng edib iki nəfər tanışı olduğunu, onlardan birini, yəni Zərərçəkmiş şəxs5 bağça müdirəsi, digərini isə, yəni adını bilmədiyi şəxsin Bakı şəhərində yerləşən orta məktəblərin birinə ibtidai sinif müəlliməsi vəzifəsinə qəbul etdirə biləcəyini soruşduqda Samirəyə bu barədə X9 deyəcəyini və əlavə məlumat verəcəyini bildirmişdir. Samirə də ondan Diləfruzla danışmağını xahiş etmişdir. Bundan sonra Diləfruz ilə danışmış, Diləfruz da həmin iki nəfər şəxsi qeyd olunan işlərə qəbul etdirə biləcəyini demişdir. Belə ki, Diləfruz bağça müdirəsi vəzifəsinə düzəltmək üçün 40.000 manat, ibtidai sinif müəlliməsi vəzifəsinə işə qəbul etdirmək üçün 22.000 manat pul istəmişdir. Onun özü də Samirəyə bu barədə dedikdə Samirə onunla razılaşmışdır. 2023-cü ilin mart ayında gününü xatırlamadığı vaxtda Samirə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən metronun «Gənclik» stansiyasının yaxınlığında Zərərçəkmiş şəxs5 bağçaya müdirə vəzifəsinə qəbul olunmasından ötrü ona əlbə-əl 40.000 manat pul vermişdir. Həmin gün Diləfruz və sonuncunun qızı Elvina onun işlədiyi nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində 12 nömrəli otağa gəlmişlər. O, həmin iş otağında qeyd olanan 40.000 manat pulu tam şəkildə Diləfruzun yanında sonuncunun qızı Elvinaya vermiş, Elvina da pulu saydıqdan sonra Diləfruza vermişdir. Diləfruz həmin işi iki ay müddətinə həll edəcəyinə vəd vermişdir. 01 iyul 2023-cü il tarixdə işə qəbul olunmalı olan Aynuru Təhsil Nazirliyinə çağırmışlar. Sonradan Samirə ona zəng edərək Aynurun işinin həll olunduğunu və Aynurun Bakı şəhəri Yasamal rayonu ərazisində yerləşən bağçalardan birinə müdirə vəzifəsinə işə qəbul edildiyini bildirmişdir. Lakin dörd ay sonra Samirə ona bildirmişdir ki, Aynur bağça müdirəsi təyin olunmayıb. Bundan sonra məlum olmuşdur ki, Diləfruz ondan başqa bir neçə nəfər şəxsdən də işə qəbul ilə bağlı pullar alaraq dələduzluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2023-cü ilin mart ayının sonunda Aynur onun yaşadığı ünvan 16 ünvanında yerləşən mənzilinə gələrək ona əlbəəl 50.000 manat pul vermişdir. Səhəri gün o, qohumu Samirənin yaşadığı ünvan 17 ünvanına gedərək Aynurun ona verdiyi 50.000 manat pulu tam şəkildə Samirəyə vermişdir. 2023-cü ilin avqust ayının əvvəlində Samirə ona 10.000 manat pul verib bildirmişdir ki, «heç kimə bu barədə demə, ola bilər ki, Aynurun əmrini verərlər, əmri verilsə deyəcək, apar pulu kimə ver, 40.000 manatla alınarsa 10.000 manatı Aynurun özünə verərsən». Bakı şəhəri Baş Polis İdarəsinə Samirənin 40.000 manat pul verdiyi şəxs Samirədən 40.000 manat pulu almasına dair yazı yazmış və 2023cü ilin dekabr ayının sonuna kimi 40.000 manat pulu qaytaracağına söz vermişdir. Həmin vaxtda qeyd olunan şəxs 40.000 manat pulu qaytarmadığı üçün Samirənin ona verdiyi 10.000 manat pulu öz yaşadığı mənzildə tam şəkildə Aynura qaytarmışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid5 görüş zamanı İsmayıldan Aynurun işini kim tərəfindən həll edəcəyini soruşduqda İsmayıl Təhsil Nazirinin müşaviri Valeh Mirzəliyevlə iş gördüyünü və bu işin sonunda 50.000 manat olacağını ona demişdir. 28 mart 2023-cü il tarixdə Yasəmən onun yaşadığı ünvan 17 ünvanına gələrək ona əlbə-əl 50.000 manat pul vermişdir. Onlarla razılaşdıqdan 1 gün sonra 08 aprel 2023-cü il tarixdə Yasəmənin xahişinə əsasən İsmayılla «Whatsapp» vasitəsi ilə əlaqə saxlayaraq Bakı şəhəri, Nərimanov rayonunda yerləşən, «Atatürk» parkının yaxınlığında görüşüb qohumu Zərərçəkmiş şəxs2 yanında 40.000 manat pulu əlbə-əl İsmayıla vermişdir. İsmayıl isə hər dəfə yeni yalanlar danışıb onlardan vaxt almış, sonda isə ondan aldığı 40.000 manat pulu Diləfruz adlı qadına verdiyini, sonuncunun isə ona 2.000 manat pul verməsini demişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 cavab olaraq Aynurəni bağça müdiri düzəltmək üçün 30000 manat pulu İsmayılın aldığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində təxminən 25-26 mart 2023-cü il tarixdə o, Yasəmənin qızının il dönümü ilə əlaqədar hüzür mərasimində iştirak edərkən Yasəmən ilə söhbət zamanı sonuncu ona əlində işlər olduğunu, Təhsil Nazirliyində işləyən adını demədiyi dostunun vasitəsilə 50.000 manat pulun müqabilində onu Bakı şəhəri Binəqədi rayonunda yerləşən 238 saylı uşaq bağçasına direktor vəzifəsinə təyin etdirəcəyinə vəd vermişdir. O da razılıq vermiş və həmin məbləğdə pulu toplayıb təxminən 01 aprel 2023-cü il tarixdə Yasəmənin yaşadığı Bakı şəhəri, Xətai rayonunda yerləşən «Ukrayna» dairəsinin yaxınlığında «Mirəlinin moykası» adlanan yeni tikili binada olan mənzilində Yasəmənə əlbəəl 50.000 (əlli min) manat pul vermişdir. Təxminən iki ay keçdikdən sonra Yasəmənə zəng edib işinin düzəlmədiyini və pulunu qaytarmasını demişdir. 31 dekabr 2023-cü il tarixdə Yasəmən ondan aldığı 50.000 manat puldan ona cəmi 10.000 manat pul qaytarmışdır, lakin qalan 40.000 manat pulu isə hazırkı vaxta kimi qaytarmamışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs2 2023-cü ilin aprel ayının əvvəlində Bakı şəhəri, Atatürk parkının qarşısında onun yanında Şahid5 qohumunu uşaq bağçasına müdirə vəzifəsinə təyin olunmasına köməklik etməsi müqabilində 40000 manat pul almışdır. “Diskə baxış keçirilməsi haqqında” 07 iyul 2024-cü il tarixli protokoldan görünür ki, həmin səs yazıları dinlənildikdə qeyd olunan danışıqların Şahid4 və digər şəxslərlə işə qəbul ilə əlaqədar pul verməsi və 40.000 manat pulunu tələb etməsinə dair səs yazılarının olması müəyyən edilir. Baxış Bakı şəhəri, Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti otaqda aparılmaqla protokol tərtib edilmişdir (cild 03, i.v.242). Bununla yanaşı,məhkəmə istintaqı zamanı iş materillarında olan diskə baxış keçirilmiş və diskdə 47 ədəd «OGG Video File (VLC) (.ogg)» formatlı səs yazılarının olması müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.24» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun adını demədiyi şəxsin dediklərinə əsasən Xətai rayonunda bağçaya müdir yerinin olmasını, işə qəbul olunmaq üçün 50.000 manat pul lazım olmasını, rayonlarda işə qəbulun ucuz, şəhərdə isə baha olması bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.27(3)» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun Zərərçəkmiş şəxs5 bəlli gün deyildiyini, qəbul edəcəklərini və narahat olmamasını bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.28(3)» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun Zərərçəkmiş şəxs5 Maştağa, Suraxanı və Bilgəh deyilsə razı olmamasını və şəhəri istəməsini deməsini bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.28» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun Zərərçəkmiş şəxs5 özünün rahat olmasını, ayın 22-də bu işlərin, qəbulların artıq yekunlaşacağını, ona deyiləcəyini bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.29 (1)» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun Zərərçəkmiş şəxs5 sakit qalmasını, sahab və ya 4-cü gün axşama qədər əmrinin veriləcəyini bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-05-30 at 09.57.29 (3)» adlı səs yazısı dinlənildikdə qeyd olunan səsin Şahid4 məxsus olması, sonuncunun Zərərçəkmiş şəxs5 iş və pul barəsində heç kimə heçnə deməməsini tapşırması və sakit gözləməsini deməsi müəyyən edilir. Yaddaş kartında olan digər səs yazıları dinlənilərkən eyni məzmunlu danışıqlar olması müəyyən edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2, zərərçəkən şəxsin və şahidlərin ifadələrində göstərdikləri hallar ziddiyət təşkil etməmiş və Təqsirləndirilən şəxs2 oğlu 40000 manat pulu aldığını qəbul etmişdir ki, bu işin mübahisəsiz halıdır. Lakin Diləfruz tərəfindən verilmiş vədin əməl ediləcəyindən pulu ona verdiyini qeyd etsə də, zərəçəkən şəxsin və şahidlərin ifadələrində və təqdim olunmuş WhatsApp tədbiqində olan səs yazıları bir birini tamamlayan mötəbər sübut olduğundan təqsirləndirilən şəxsin ifadəsi təkzib edilmişdir. Məhkəmə işin həlli barədə vədin İsmayıl və başqaları tərəfindən verilməsini inandırıcı hesab edir, həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi halın müdafiə xarakterli olduğunu və məsuliyyətdən yayınmağa cəhd kimi qiymətləndirir. (4-cü epizod üzrə). Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində aşağıdakıları qeyd etmişdir ki, Zərərçəkmiş şəxs4 2023-cü ilin iyul ayından tanışı Şahid2 vasitəsilə, Şahid2 isə təxminən 2022-ci il tarixdən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən kitab mağazasında görüb təsadüfən tanımışdır. 2023cü ilin avqust ayının əvvəllərində İsmayıl və Abusət onun iş yerinə gəlmişdir. Söhbət əsnasında İsmayıl oğlunu işə qəbul etdirmək istədiyini dedikdə o, onlara bu barədə Diləfruz adlı qadına deyə biləcəyini bildirmişdir. Həmin vaxtı o, onların yanında Diləfruza zəng edib bu barədə demiş və telefonu danışması üçün İsmayıla vermişdir. Onun yanında onlar danışıq aparmışlar və İsmayılın oğlunun işə qəbul olunma məsələsini 40.000 manata razılaşmışlar. İlkin olaraq hazırda tarixini xatırlamadığı vaxtda İsmayıl onun iş yerində onun yanında Diləfruza 3.000 manat pul vermişdir. Təxminən 1 həftə sonra Bayıl parkının içərisində İsmayıl onun yanında Diləfruza 27.000 manat pul vermişdir. Bundan sonra İsmayılın oğlunu təxminən 3-4 dəfə Vergilər Nazirliyinə çağırmışlar. Diləfruz İsmayıldan işin düzəlməsi ilə bağlı müddət almağa başlamışdır. Həmin ərəfədə Diləfruz ondan 15.000 manat borc pul istədikə o, pulunun olmadığını demişdir. Həmin vaxtı Diləfruz İsmayıl ilə danışmaq istədiyini demişdir. Bundan sonra onun yanında İsmayıl Diləfruz ilə danışmış və Zərərçəkmiş şəxs4 onu tanıdığı üçün Diləfruza vermək üçün ona borc məqsədilə 15.000 manat pul vermişdir. Həmin gün Diləfruz onun iş yerinə gələrək həmin pulu ondan götürmüşdür. 2023-cü ilin oktyabr ayında məlum olmuşdur ki, Diləfruz İsmayılın oğlunun işini həll edə bilmir. Buna görə İsmayıl pulunu tələb etməyə başlamışdır. Həmin ərəfədə onun özü İsmayıla 22.000 manat pul vermişdir. X45 8.000 manat pul vermişdir. Həmin pullardan 2750 manat pul Abusətə onun özü vermiş, 600 manatı isə Diləfruz Abusətə vermişdir. İsmayılın ona Diləfruza verməyi üçün verdiyi 15.000 manat pulu isə Diləfruz ona qaytarmadığından o, 15.000 manat pulu İsmayıla qaytara bilməmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs4 30050 manat deyil, 45000 manat almışdır. O pulun da hamısını Diləfruza vermişdir. O pulu özü götürməmiş, Diləfruza vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, 02 avqust 2023-cü il tarixdə qeyd olunan sənədlərin təsdiq olunmuş surətlərini və 50 manat pulu İsmayıla çatdırması üçün ünvan 6 ünvanında yerləşən «Bulik» şirniyyat mağazasının yaxınlığında Abusətə vermişdir. Bundan sonra 08 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl» parkında o, Abusət və Təqsirləndirilən şəxs2 ilə görüşmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs2 özünü ona mətbəə işçisi kimi təqdim etmiş və Vergilər Nazirliyində işləyən tanışlarının vasitəsilə onun oğlu Şahid1 53.000 manat pulun müqabilində Dövlət Vergi Xidmətinin tabeliyində olan İdarələrin birinə müfəttiş vəzifəsinə işə qəbul etdirəcəyini vəd vermişdir. 09 avqust 2023-cü il tarixdə o, Abusət və Təqsirləndirilən şəxs2 ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl» parkında görüşüb özünə məxsus 26.500 manat pulu Abusətin yanında əlbəəl Təqsirləndirilən şəxs2 vermişdir. Bundan sonra, yəni 12 avqust 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 işlədiyi Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otağına gedərək orada Təqsirləndirilən şəxs2 əlbə-əl 3.500 manat pul vermişdir. 02 sentyabr 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 onu Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl» parkına görüşə çağırmış, həmin gün Təqsirləndirilən şəxs2 ilə görüşdükdə sonuncu onda pul olmasını bilməsi səbəbindən Diləfruzun ilə telefonla danışmış və iki gün müddətinə qaytarmaq şərti ilə ondan 15.000 manat borc pul istəmiş, o, da razılıq verərək Təqsirləndirilən şəxs2 ilə birlikdə yaşadığı ünvan 13 ünvanının qarşısına gedərək 15.000 manat pulu borc məqsədilə əlbəəl İsmayıla vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 hissə-hissə olmaqla əvvəlcə əlbəəl 3.000 manat, sonra iki dəfə olmaqla əlbəəl 5.000 manat və 5.000 manat, xx.xx.2023-cü il tarixdə bank kartına 1.467 manat pul göndərməklə İsmayıl ondan borca aldığı 15.000 manat pulu tam şəkildə ona qaytarmışdır. cəmi 11.000 manat pul qaytarmış və qalan 19.050 manat pulu isə tezliklə qaytaracağına vəd versə də, hazırkı vaxta kimi həmin pulu qaytarmamışdır. O, oğlunun işi ilə əlaqədar 30.000 manat pulu və borc olaraq 15.000 manat pulu konkret olaraq İsmayıla vermiş, Diləfruz adlı şəxslə heç bir danışığı olmamış, sonuncu ona heç bir vəd verməmişdir. Lakin borc pul olan 15000 manatı İsmayıla verərkən İsmayılın telefonu vasitəsi ilə Diləfruzla danışsa da və pulun Diləfruz istəməsinə baxmayaraq İsmayılı tanıdığı üçün borc pulu ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 08 avqust 2023-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən «Bayıl» parkında o, Zərərçəkmiş şəxs4 və Təqsirləndirilən şəxs2 ilə görüşmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs2 Vergilər Nazirliyində işləyən tanışlarının vasitəsilə Hüseyni 53.000 manat pulun müqabilində Vergi İdarələrinin birinə müfəttiş vəzifəsinə işə qəbul etdirəcəyini vəd vermişdir. Zərərçəkmiş şəxs4 oğlunun işə qəbul olunması ilə bağlı pulu əvvəlcədən vermək istəmədiyini dedikdə Təqsirləndirilən şəxs2 isə 30.000 manat pulun əvvəldən verməyin zəruri olduğunu, qalan 23.000 manat pulu isə Hüseynin işə qəbul olunmasına dair əmr verildikdən sonra verməsini demişdir. Orada Zərərçəkmiş şəxs4 onun yanında oğlunun işə qəbul olunması ilə bağlı Təqsirləndirilən şəxs2 əlbəəl 26.500 manat pul vermişdir. İki gün keçdikdən sonra, yəni 12 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs4 deməsinə görə qalan 3.500 manat pulu Təqsirləndirilən şəxs2 iş otağında əlbəəl sonuncuya vermişdir. Sonradan Zərərçəkmiş şəxs4 ona deməsinə görə Təqsirləndirilən şəxs2 borc pul istədiyi üçün o, sonuncuya 15.000 manat borc pul vermişdir. Həmin ərəfədə ona 3.000 manat pul lazım olduğundan Təqsirləndirilən şəxs2 ona hissə-hissə olmaqla 3.000 manat borca pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında atasının sözü ilə onun özü tək Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 125 nömrəli otağa gedərək orada Təqsirləndirilən şəxs2 ilə görüşmüş, söhbət əsnasında Təqsirləndirilən şəxs2 onu Dövlət Vergi Xidmətinin tabeliyində olan İdarələrin birinə müfəttiş vəzifəsinə işə qəbul etdirəcəyini vəd vermişdir. Bundan sonra 02 avqust 2023-cü il tarixdə ona məxsus sənədlərin təsdiq olunmuş surətlərini və 50 manat pulu İsmayıla çatdırması üçün onun atası Abusətə vermişdir. Bundan sonra 08 avqust 2023-cü il tarixdə atası Zərərçəkmiş şəxs4 Abusətin yanında Təqsirləndirilən şəxs2 onu Dövlət Vergi Xidmətinin tabeliyində olan İdarələrin birinə müfəttiş vəzifəsinə işə qəbul etdirməsi üçün Təqsirləndirilən şəxs2 əlbəəl 26.500 manat pul vermişdir. Bundan sonra onun atası Zərərçəkmiş şəxs4 əlavə 3.500 manat pul verməklə onun işi ilə bağlı ümumilikdə Təqsirləndirilən şəxs2 30.000 manat pul vermişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 onun atasından əlavə iki gün müddətinə qaytarmaq şərti ilə 15.000 manat borc pul almışdır. Təqsirləndirilən şəxs2 hər dəfə atasından pulu qaytarması üçün müddət istəyərək əvvəlcə 10.000 manat, 2023-cü ilin noyabr ayında isə 1.000 manat pul qaytarmaqla cəmi 11.000 manat pul qaytarmış və qalan 19.050 manat pulu isə tezliklə qaytaracağına vəd versə də, hazırkı vaxta kimi həmin pulu Təqsirləndirilən şəxs2 onun atasına qaytarmamışdır. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs2 vasitəsi ilə tanımış və görüşmüşdür. Zərərçəkmiş şəxs4 oğlunu işə düzəltmək istədiyini demiş və o da bu cür işlər görə biləcək adamlarının olduğunu bildirmişdir. Tanışları Elşad və Ələkbər o vaxt bu cür işlər görürmüşlər. O, Təqsirləndirilən şəxs2 aldığı 30.000 manat pulu Elşada vermiş, ancaq sonradan Elşad bu 30.000 manat pulu iş alınmadığı üçün geri qaytarmışdır. Bundan sonra Elşad bəydən iş alınmadığı üçün həmin 30.000 manatı geri alaraq Zərərçəkmiş şəxs4 qaytarmışdır. Daha sonra Zərərçəkmiş şəxs4 xahiş edərək ondan 15.000 manat borc pul istəmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı iş materillarında olan diskə baxış keçirilmiş və diskdə 06 ədəd səs yazısının olması müəyyən edilmişdir. 1-ci «İsmayil nermanoglu ses» adlı səs yazısısında iş barəsində danışıqlar aparılması və Təqsirləndirilən şəxs2 yanvar ayının 15-nə kimi işi düzüb qoşacağını bildirməsi müəyyən edilir. 2-ci «kadrlara chagirilma sohbeti» adlı səs yazısısında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs4 oğlu Şahid1 3-cü gün, ayın 30-u kadrlara çağırılacağını və hər şeyin həll olunacağını tam əmin etməsi müəyyən edilir. 3-cü «nazir muavini sohbeti» adlı səs yazısısında Təqsirləndirilən şəxs2 adamın nazir müavini olduğunu adını deyə bilmədiyini qeyd etməsi müəyyən edilir. 4-cü «otagina devet» adlı səs yazısısında Təqsirləndirilən şəxs2 özünün işlədiyi Azərbaycan Nəşriyyatının 6-cı mərtəbəsində 12-ci otağa dəvət etməsi müəyyən edilir. 5-ci «pulun karta oturmagi» adlı səs yazısında Təqsirləndirilən şəxs2 pulun karta oturdağını, arxayın olmasını deməsi müəyyən edilir. 6-cı «pulun qaytarilacagi vedi» adlı səs yazısısında Təqsirləndirilən şəxs2 «müəllim» dediyi şəxsə kiminsə kredit götürəcəklərini, ona 60.000 pul verməli olduqlarını, axşam görüşüb söhbət etməyi, işin düzələcəyini, heç kimin pulunun heç kimdə qalmadığını deməsi müəyyən edilir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 pulun onun yanında Diləfruza verməsi və görüləcək işlə bağlı vədin onun yox Diləfruzun verməsi ilə bağlı arqumenti absurd olmaqla məhkəmə inandırıcı hesab etmir və zərərçəkən şəxsin, şahidlərin ifadələrində və səs yazılarında göstərdikləri 40000 manat pulu İsmayil Ələkbərov aldığını qəbul etmişdir ki, bu işin mübahisəsiz halıdır. Lakin işin Diləfruz tərəfindən verilmiş vədin əməl ediləcəyindən pulu ona verdiyini qeyd etsə də, məhkəmə işin həlli barədə vədin Təqsirləndirilən şəxs2 və başqaları tərəfindən verilməsini və pulun da onun tərəfindən alınmasını inandırıcı hesab edir. (5-cü epizod üzrə). Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində aşağıdakıları qeyd etmişdir ki, Zərərçəkmiş şəxs3 2023-cü ilin əvvəllərindən tanışı Şahid3 Rəfael oğlunun vasitəsilə tanımışdır. Belə ki, 2019-cu il tarixdən 2024-cü ilin yanvar ayına kimi olan müddət ərzində o, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində 12 nömrəli otağı Azərbaycan Nəşriyyatı ilə müqavilə bağlayaraq icarəyə götürüb ofis kimi işlətməklə dizayner kimi fəaliyyət göstərmişdir. 2023-cü ilin sentyabr ayının ortalarında Türkel onun iş yerinə gələrək Bakı şəhərində yerləşən tam orta məktəblərin birinə direktor vəzifəsinə təyin olunmaq istədiyini ona demişdir. Həmin ərəfədə onun özü də Şuşa musiqi məktəbinə direktor vəzifəsinə təyin olunmaq üçün X9 tanışı Pərinisə adlı şəxsin yanında 40.000 manat pul vermişdir. Buna görə də Diləfruz adlı qadının vasitəsilə Türkeli işə qəbul etdirə biləcəyini demişdir. Türkelin yanında Diləfruz adlı qadına zəng edib bu barədə demiş, Diləfruz 25.000 manat pulun müqabilində Türkeli özünün işlədiyi orta məktəbə direktor vəzifəsinə təyin etdirəcəyini demişdir. Həmçinin həmin vaxtı Türkel özü telefonu ondan götürüb Diləfruzla danışmışdır. X69 25.000 manat pul verəcəyini demişdir. Türkelin ona deməsindən sonra məlum olmuşdur ki, Türkel Diləfruzun göndərdiyi kartlara ümumilikdə 21.500 manat pul göndərmişdir. Həmçinin həmin ərəfədə təxminən 2-3 dəfə Türkel və Diləfruz onun iş otağında görüşüb danışıqlar aparmışlar. Türkel işə qəbul olunması üçün 21.500 manat pulu özü Diləfruzun verdiyi müxtəlif kartlara göndərmişdir. Həmçinin həmin kartlardan biri Diləfruzun oğlu Pərvin Quliyevə məxsus olmuşdur. Verilə suallara cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs3 alınmış 21500 manatın 5500 manatını o almış, qalan pulu isə Diləfruza vermişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, söhbət əsnasında İsmayıl 25.000 manat pulun müqabilində onu Bakı şəhərində yerləşən tam orta məktəblərin birinə direktor vəzifəsinə təyin etdirəcəyinə vəd verdikdə həmin vaxtı İsmayıl ilə razılaşmış və həmin vaxtı, yəni 29 sentyabr 2023-cü il tarixdə İsmayılın iş otağında İsmayıla əlbəəl 5.000 manat pul və onun anket məlumatları olan «CV» blankını verib İsmayıla pulun qalan hissəsini, yəni 20.000 manat pulu 1-2 gün ərzində verəcəyini demişdir. Bundan sonra 03 oktyabr 2023-cü il tarixdə, saat 18:34-da ünvan 9 ünvanında yerləşən «Neptun» supermarketin içərisində quraşdırılmış ödəmə terminalı vasitəsilə İsmayılın ona göndərdiyi Zərərçəkmiş şəxs4 məxsus kart hesabına 5.000 manat pul göndərmişdir. Bundan sonra 05 oktyabr 2023-cü il tarixdə, saat 19:06-da Bakı şəhəri, Pirallahı qəsəbəsi, Əzizbəyov küçəsində yerləşən mağazanın içərisində quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 göndərdiyi Vüsalə Ağaşovaya məxsus kart hesabına 5.000 manat pul göndərmişdir. Daha sonra 06 oktyabr 2023-cü il tarixdə, saat 18:33-də Bakı şəhəri, Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən «Bia» adlı marketin içərisində quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 ona dediyi Zərərçəkmiş şəxs4 məxsus kart hesabına 1.480 manat pul göndərmişdir. Həmin gün, yəni 06 oktyabr 2023-cü il tarixdə saat 18:45-də Bakı şəhəri, Pirallahı rayonu, Süleyman Bağırov küçəsində yerləşən marketin içərisində quraşdırılmış ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs2 ona dediyi Zərərçəkmiş şəxs4 məxsus kart hesabına 20 manat pul göndərmişdir. Sonuncu dəfə 07 oktyabr 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Dövlət Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində 12-ci otaqda, yəni İsmayılın iş otağında İsmayıla əlbəəl 5.000 manat pul vermişdir. Bununla da İsmayıla ümumilikdə 21.500 manat pul vermiş olmuşdur. Yanvar, fevral və mart ayları ərzində tam qaytaracağını A4 kağızda öz xətti ilə yazaraq imzalamışdır. Təqsirləndirilən şəxs2 onun Pirallahı qəsəbəsində məktəb direktoru keçməsi üçün 25.000 manat Diləfruz Mustafayevaya verməsi barədə dedikləri yalandır. Diləfruz adlı qadın əvvəldən ona hər-hansı bir vəd verməmiş, lakin iş alınmadıqda Diləfruz zəng edərək ona Təhsil Nazirliyindən zəng olunacağını və qəbula çağırılacağını bildirmişdir. Lakin onun özü Diləfruz adlı qadına hər-hansı bir məbləğdə pul verməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Türkelin ona deməsinə görə İsmayılın onu Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə işə qəbul etməsi üçün İsmayıla ümumilikdə 21.500 manat pul vermişdir. Məhkəmə iclasında əlavə şahid qismində dindirilmiş X2 cavab olaraq Türkelin məktəb direktoru keçmək istədiyini, Təqsirləndirilən şəxs2la şəxsən danışdığını, 20000- 23000 manat Türkeldən pul alındığını, Türkelin ona pul vermədiyini, bildirmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 ifadəsində Türkelin ona deməsinə görə İsmayılın onu Bakı şəhəri ərazisində yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə işə qəbul etməsi üçün İsmayıla ümumilikdə 21.500 manat pul verdiyini bildirmişdir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı iş materillarında olan diskə baxış keçirilmiş və diskdə içərisində 07 ədəd səs yazısının olması müəyyən olunmuşdur. 1-ci « səs yazısında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 pulları qaytaracağına dair vədlər verməsi müəyyən olunur. 2-ci səs yazısı Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs2 hazırda 5.000 manat pul verməsini, 15.000 manat pulu isə verəcəyini deməsi, sonuncunun isə 5.000 manat pulu gətirməsini Trükel Abdıyevaya deməsi müəyyən olunur. 3-ci səs yazısında Təqsirləndirilən şəxs2 işi düzəltməsini Zərərçəkmiş şəxs3 deməsi müəyyən olunur. 4-cü səs yazısında Təqsirləndirilən şəxs2 cavab gözləməsini deməklə vəd verməsi müəyyən edilir. 5-ci səs yazısı 4-cü səs yazısı ilə eyni olması müəyyən edilir. 6-cı adlı səs yazısında Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 "xxxx" kartlarından birinə pul göndərməsini, kartların fərqi olmadığını deməsi müəyyən edilir. 7-ci adlı səs yazısında Təqsirləndirilən şəxs2 Asəflə danışmasını Zərərçəkmiş şəxs3 deməsi müəyyən edilir. Bundan başqa təqdim olunmuş, Təqsirləndirilən şəxs2 tərəfindən yazılaraq imzalanmış xx.xx.2024-cü il tarixi qeyd olunmuş əlyazmada sonuncunun 21.500 manat pul almasını təsdiq etməsinə dair əlyazma olması müəyyən edilir. Bundan başqa təqdim olunmuş «Vhatsapp» tətbiqində olan yazışmaların Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs2 arasında aparılması, sonuncunun Zərərçəkmiş şəxs3 bank kartlarının foto şəkillərini göndərməsi, sonuncunun həmin kartlara pul göndərməsinə dair çekləri göndərməsi müəyyən edilmişdir. Bununla yanaşı,məhkəmə istintaqı zamanı iş materillarında olan disklərə baxış keçirilmiş və 1-ci disk açıldıqda içərisində «AUD-20240502-WA0019», «AUD-20240502- WA0021», «AUD-20240502-WA0032», «AUD-20240502-WA0033», «AUD-20240502- WA0034», «AUD-20240502-WA0035», «AUD-20240502-WA0083» və «PTT-20240515- WA0011» adlı səs yazılarının olması müəyyən edilir. «AUD-20240502-WA0019» adlı səs yazısında bir məktəbə təhsil işçilərinin aparılıb qoyulmasını deməsi müəyyən edilir. «AUD-20240502-WA0021» adlı səs yazısında X6 nəticəsini gözləməsini deməsi müəyyən edilir. «AUD-20240502-WA0032» adlı səs yazısında X6 Türkelin qaynar xəttə zəng etməsini, direktorların adlarının siyahısında adının çıxacağını, seçkilərə görə 25-dən təyinatlarının veriləcəyini, Türkelin yerinə keçən adamın olmayacağını, Türkelin olacağını, sonuncunun oturub gözləməsini deməsi müəyyən edilir. «AUD-20240502-WA0033» adlı səs yazısında X6 Türkelə təbri etmək üçün zəng edəcəyini, Türkelin yerinin heç kimə verilməyəcəyini, «zauç» işləməsi, aktivliyinə görə tanınmış qadın olması, ayın 15-dən 25-nə qədər 4-5 gün qalmış şəxsiyyətini götürüb gedib adını yoxlamasını, adının orada olmasını görəcəyini, siyahıların indi getdiyini, ona görə vaxtın uzandığını deməsi müəyyən edilir. «AUD-20240502-WA0034» adlı səs yazısında X6 ayın 25-i təyinata çığırılmasını, İlahə adı şəxsin qarşılayacağını, İlahənin bir neçə şöbənin müdiri olduğunu, Ayın 16-18-i adının çıxacağını deməsi müəyyən edilir. «AUD-20240502-WA0035» adlı səs yazısında X6 16-18-i arası şəxsiyyətdə getməsini deməsi müəyyən edilir. «AUD-20240502-WA0083» adlı səs yazısısında «Türkel sabah da, 11-i nə olacaqolacaq, olmayacaq gələcəm siznən, gedəcəm bir başa tutulmağa, türməyə» sözlərini deməsi müəyyən edilir. «PTT-20240515-WA0011» adlı səs yazısısında əhəmiyyətli məlumat müəyyən edilmir. «AUD-20240502-WA0073» adlı səs yazısısında 2-ci disk açıldıqda içərisində «AUD-20240502-WA0055», «AUD-20240502- WA0056», «AUD-20240502-WA0057», «AUD-20240502-WA0058», «AUD-20240502- WA0060, «AUD-20240502-WA0062, «AUD-20240502-WA0063, «AUD-20240502- WA0064, «AUD-20240502-WA0066, «AUD-20240502-WA0067, «AUD-20240502- WA0068, «AUD-20240502-WA0069, «AUD-20240502-WA0070, «AUD-20240502- WA0071, «AUD-20240502-WA0073», «AUD-20240502-WA0076», «AUD-20240502- WA0077», «AUD-20240502-WA0078», «AUD-20240502-WA0083», «AUD-20240502- WA0085» və «AUD-20240502-WA0012» adlı səs yazılarının olması müəyyən edilir. «AUD-20240502-WA0055» adlı səs yazısında X6 ondan xəbər gözləməsini, dedikdən sonra gəlməsini deməsi müəyyən edilir. «AUD-20240502-WA0056» adlı səs yazısında X6 Zaur adlı şəxsə müxtəlif vədlər verməsi müəyyən edilir. «AUD-20240502-WA0057» adlı səs yazısında X6 Zaur adlı şəxsə əmanətin qaytarılacağını deməsi, İsmayıl müəllimin vasitəsilə verdiyi kimi də alacağını deməsi müəyyən edilir. «AUD-20240502-WA0058», «AUD-20240502-WA0060, «AUD-20240502- WA0062, AUD-20240502-WA0063, «AUD-20240502-WA0064, «AUD-20240502-WA0066, «AUD-20240502-WA0067, «AUD-20240502-WA0068, «AUD-20240502-WA0069, «AUD- 20240502-WA0070, «AUD-20240502-WA0071, «AUD-20240502-WA0073», «AUD- 20240502-WA0076», «AUD-20240502-WA0077», «AUD-20240502-WA0078», «AUD- 20240502-WA0083», «AUD-20240502-WA0085» «AUD-20240502-WA0012» adlı səs yazılarının da X9 məxsus olması, sonuncunun Zaur adlı şəxsə müxtəlif vədlər verməklə gözləməsini deməsi və eyni məzmunlu səs yazılarının olması müəyyən edilir. «AUD-20240502-WA0012» adlı səs yazında əhəmiyyət kəsb edən məlumat aşkar edilmir. Belə ki, işin həqiqi hallarından görünür ki, Təqsirləndirilən şəxs2 işin görülməsi üçün vədin onun tərəfindən zərərçəkmiş şəxsə verilmədiyi və pulun da onun tərəfindən alınmadığını qeyd etsə də, zərərçəkən şəxsin, şahidlərin ifadələrində, təqdim edilmiş səs yazıları və həmçinin İsmayıl tərəfindən bank kartlarının göndərilməsi ilə 21500 manat pulun Türkel tərəfindən İsmayıla verilməsi açıq-aydın müəyyən edilir. Məhkəmə işin həlli barədə vədin Təqsirləndirilən şəxs2 tərəfindən verilməsini inandırıcı hesab edir və İsmayılın ifadəsində qeyd etdiyi halın müdafiə xarakterli olduğunu və işin həqiqi halları ilə uzlaşmayan ifadələr kimi qiymətləndirir. Beləliklə, ittihamda göstərilən hər bir epizodlar üzrə təqdim olunmuş pul məbləğlərinin Təqsirləndirilən şəxs2 əlbə-əl verildiyi və həmçinin işin həll olunması ilə bağlı razılaşmanın isə Təqsirləndirilən şəxs2 və başqaları ilə olduğunu zərərçəkən şəxslər və şahidlərin ifadələri və digər sübutlarla müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs2 bəzi sənədlər təqdim etməsi üçün vaxt verilməsini xahiş etmiş, məhkəmə tərəfindən həmin sənədlərin təqdim edilməsi üçün təqsirləndirilən şəxsə kifayət qədər vaxt verilərək məhkəmə iclaslarının dəfələrlə təxirə salınmasına baxmayaraq təqsirləndirilən şəxs həmin sənədləri məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı, iş materiallarında olan kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 05 iyun 2024-cü il tarixli, 1642 saylı rəyindən də görünür ki, Təqsirləndirilən şəxs2 özünü müdafiə etmək məqsədi ilə baş vermiş hadisələr üzrə bəzi xüsusatları öz xeyrinə uyğun tərzdə yönəldərək danışa biləcəyi göstərilmişdir. Yuxarıda sadalanan, təqsirləndirilən şəxsin irəli sürdüyü, fərqli və biri digəri ilə əlaqəsi olmayan dəlillər keçirilmiş kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının rəyində göstərildiyi qaydada sadəcə Təqsirləndirilən şəxs2 öz xeyrinə uyğun, lakin işin həqiqi halları ilə uyğun olmayan dəlillər irəli sürməsinə və cinayət məsuliyyətindən yayınmağa cəhd etməsinə dəlalət edir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərə qarşı dələduzluq etməməsinə və onların pulunu aldadaraq ələ keçirməməsinə dair irəli sürdüyü dəlillər məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla iş materiallarında olan sübutlarla təkzib edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 öz müdafiəsi üçün irəli sürdüyü dəlillərə qiymət verilməsini zəruri hesab edir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək bildirmişdir ki, müəllimə işləyir, 2022-ci ilin iyun-iyul aylarında tanışı Adıgözəlov Ramil adlı şəxs onların məktəbinin kitablarını gətirirmiş. Ondan xahiş etmişdir ki, ona dərslik kitabının çap edilməsi üçün adam tapsın. Günün birində Adıgözəlov Ramil ona demişdir ki, İsmayıl müəllimlə gəl sizi tanış edim. O ərəfədə məktəbin jurnalının üzlüyü itmiş, onun üz qabığını çıxartdırmaq lazım olmuşdur. Həmin gün “Azərnəşriyyat”ın binasının 6-cı mərtəbəsinə gedərək orada İsmayıl müəllimlə görüşmüş, iki mədəni insan kimi tanış olmuşlar. İsmayıl özünü təqdim edərək bildirmişdir ki, o, uzun müddət Nəşriyyatda işləmiş və hazırda kitab çapı ilə məşğuldur. Orada biraz söhbət edib ayrılmışlar. 2022-ci ilin sentyabr ayında qızının təhsil haqqına görə pul lazım olduğundan mobil telefon ilə zəng edərək İsmayıldan ona 1800 manat pul borc verməsini xahiş etmişdir. O da ona demişdir ki, narahat olma, oğluma deyərəm kredit götürüb sənə pul atar. Həmin gün İsmayıl onun kartına 1800 manat pulu oğlu vasitəsi ilə yollamış, həmçinin İsmayıl ona əlbə-əl 500 manat pul vermişdir. Bir dəfə Elbəy müəllimlə oturmuşlar, İsmayıl bəy də onu tanıyırmış. Sonra İsmayıl bəy ona zəng etmişdir ki, “Sevinc xanım, haradasınız?” O da demişdir ki, onlar Elbəy müəllimlə Azadlıq prospektində restoranda oturmuşlar, kitab çapı ilə məşğuldurlar. Demişdir ki, “hə, mən də burada yaxınlardayam, gəlirəm indi.” O, gəlmiş, onu görən kimi soruşmuşdur ki, “qanın niyə qaradır?” O da demişdir ki, universitetdən təhsil haqqını tam tələb edirlər, 500 manat çatmır, kömək edə bilərsən? Demişdir ki, təbii ki, problem yoxdur. Bir müəllim yoldaş var, məktəb direktorudur, onun işlədiyi məktəbdə İsmayıl müəllimin dostunun oğlunun problemi var idi. O, İsmayıl müəllimə təklif etmişdir ki, onun o direktorla yaxşı münasibəti var, istəyirsə, ondan xahiş etsin. O, direktora zəng edərək xahiş etmişdir. Sonra İsmayıl müəllimin dostu onun kartına 500 manat pul atmışdır. İsmayıl müəllim o pulu ona vermiş, amma o, İsmayıl müəllimə demişdir ki, pul söhbəti olmasın, amma o bilmirmiş ki, pul kimdən gəlmişdir. Həmin vaxtlar o, öz qızılını satmaq istəyirmiş. İsmayıl müəllim qoymamışdır ki, qızılı satmaq olmaz, bəs biz nə günün dostuyuq?! Bununla da İsmayıl ona ümumilikdə 2.200 manat pul vermişdir. Bundan sonra 2022-ci ilin oktyabr ayında o, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasının 6-cı mərtəbəsində yerləşən 11-ci otaqda, yəni İsmayılın iş otağında İsmayıl ilə görüşüb qızının xəstəliyi barədə məlumat vermişdir. Həmin vaxtı İsmayıl Tovuz rayonunda torpaq sahəsi satdığını, bunun üçün ona pul göndəriləcəyini deyib ona borc pul verə biləcəyini, sonradan həmin pulu ondan istəməyəcəyini deyib iki üç gündən sonra gəlməyini demişdir. O da təxminən 2-3 gündən sonra İsmayılın həmin iş otağına gedib İsmayıl ilə görüşmüşdür. Həmin vaxtı İsmayıl ağ rəngli zərfi çıxarmışdır. Həmin zərfin üzərində “Mehriban” yazısı olan konverti açaraq yanında üç dəfə saymış, həmin konvertin içərisində 25.000 manat pul olmuşdur. Ondan soruşmuşdur ki, sənə nə qədər pul lazımdır? O da demişdir ki, 7.000 pul lazımdır. Konvertdən 7.000 çıxararaq ona vermiş, o da demişdir ki, İsmayıl müəllim, bu pulu tez zamanda qaytara bilməyəcək. İsmayıl da ona torpaq sahəsini satdığını və narahat olmamasını demişdir. Bununla da həmin ərəfədə İsmayılın ona verdiyi pul 9.200 manat olmuşdur. O, İsmayıl müəllimə zəng etmişdir ki, “İsmayıl müəllim, gəl bu işi tez həll edək, ona 8.000 manat versin, o da qızılları girovdan çıxarsın və ona pulunu geri versin”. İsmayıl müəllim onunla razılaşmış və ona 8.000 manat pulu vermişdir. O, qızılları girovdan çıxarmış və İsmayıl müəllimə zəng etmişdir ki, görüşsünlər, borcunu qaytaracaq. İsmayıl müəllim isə israrla bildirmişdir ki, o pulları ona borc kimi verməmiş, o pulu ona bağışlamışdır. Bundan sonra o, İsmayıl ilə təxminən 5-6 ay müddətində əlaqə saxlamamışdır. 2023-cü ilin fevral ayında İsmayıl ona zəng edərək bildirmişdir ki, «vaxtında mən sənə kömək etmişəm, indi sənin mənə köməyin lazımdır». O, İsmayılın həmin iş otağına getmiş və İsmayıl ona bildirmişdir ki, Diləfruz adı qadın kimlərisə işə qəbul etdirmək məqsədilə ondan 35.000 manat pul almışdır. İsmayıl ondan xahiş etmişdir ki, o, Gülnarəyə zəng edib xahiş etsin ki, pulu qaytarmağa müddət versin, o, isə İsmayılla razılaşmayıb çıxıb getmişdir. Bundan sonra İsmayıl ona Gülnarə ilə danışmağını, əks halda ona verdiyi pulu qaytarmağını bildirmişdir. İsmayıl onun iş yerinə gələcəyini dedikdə bu səbəbdən o, İsmayıl ilə razılaşmışdır. Bundan sonra İsmayıl ilə Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 186 ünvanında İsmayıla məxsus avtomobildə görüşmüş, həmin vaxtı İsmayıl öz mobil telefonu ilə Zərərçəkmiş şəxs1 zəng edib telefonu ona vermişdir. O, Gülnarə ilə salamlaşıb adının Sevinc olmasını, İsmayılın borca aldığı 35.000 manat pulu xəstə olduğu üçün 10 günə verəcəyini demişdir. Bundan sonra Gülnarə ona bildirmişdir ki, pulu İsmayıla Tovuz rayonunda yerləşən orta məktəblərin birinə direktor vəzifəsinə düzəlməsi üçün verib. Həmin vaxtı Gülnarə hətta ona bildirmişdir ki, İsmayıl və Diləfruz adlı şəxs üç dəfə onu Tovuz rayonundan Bakı şəhərinə gətizdirib Nazirliyin qarşısında kiminləsə görüşdürüb, onun əri şəhid olub və İsmayıl onun hissləri ilə oynamışdır. Bundan sonra o, telefonda Gülnarəyə «elə bilin ki, sizə yığmamışam» deyib telefonu İsmayıla verib avtomobildən düşüb çıxıb getmişdir. 2023-cü ilin yay aylarında qızı Nəzrin ona yaşadığı evdə olan zaman bildirmişdir ki, İsmayıl artıq ikici dəfədir ki, onun təhsil aldığı Universitetin qarşısına gəlib «sənə maşın alacam, anana de ki, narahat olmasın, pula görə məndən qaçmasın» demişdir. 12 noyabr 2023-cü ildə o, tanışı Ramil Adıgözəlova zəng edərək «sən məni necə bir insanla tanış etmisən, mənim dalımca, qızımın dalınca gəlir» bildirmişdir. Bundan sonra o, Ramil sonuncunun tanışı və İsmayılın köhnə dostu Bayram adlı şəxs ilə birlikdə İsmayılın iş otağına getmişlər. İsmayılın otağına yaxınlaşmaq istədikdə otaqdan səs-küy gəldiyini eşitmişlər. Onlar İsmayılın otağına girən zaman İsmayıl əlini Ramilə tərəf uzadaraq yanında olan şəxslərə onların pullarının Ramildə olmasını bildirdikdə Ramil də həmin vaxtı quran kitabını götürüb üstünə əlini qoyaraq «gəl sən də əlini qoy ki, mənə pul vermisən» bildirmişdir. Həmin vaxtı İsmayıl həmin şəxslərə bildirmişdir ki, pullarının 20.000 manatı Sevincdədir. Bu vaxtı Mehriban İsmayıla «sən bizə göstərdiyin Təhsil Nazirliyinin işçisi Sevinc bu deyil, həmin qadın sarı saçlı idi» demişdir. Bu zaman emosional olaraq uca səslə o, İsmayıla qışqıraraq «sən oğlunun ruhuna and içib pulu mənə bağışladığını deyirsən, indi də bunlar kimlərdir deyə bildirmişdir. Sonra o, Gülnarə və Mehribanı dinlədikdən sonra ona aydın olmuşdur ki, əvvəllər İsmayıl borclu olduğu şəxslər əslində işə qəbul olunmaları üçün İsmayıla 75.000 manat pul vermişlər. Mehribana İsmayıl zərfi açıb ona 8.000 manat pul verəndə zərfin üzərində onun adının olduğunu demişdir. Həmin vaxt İsmayıla demişdir ki, ona verdiyi 20.000 manat pul kimin borcudursa ona qaytara bilər. İsmayıl da Mehriban və Əhmədi ona göstərərək pulların həmin şəxslərə məxsus olmasını və pulu onlara qaytarmağını demişdir. Onun özü də Mehriban və Əhmədə 20.000 manat pulu aylıq ən azı 500 manat olmaqla verəcəyini demişdir. Təxminən iki gün sonra Mehriban ona zəng edib borc müqaviləsi bağlamağı təklif etdikdə Mehriban və Əhməd ilə birlikdə metronun «Nizami» stansiyasının yaxınlığında yerləşən nömrəsini xatırlamadığı notariat ofisinə getmiş, ofisdə onlara borc müqaviləsinin bağlanılması üçün 20.000 manat pul qoyulmağın vacibliyini bildirmişlər. Bu səbəbdən də onların arasında borc müqaviləsini bağlamaq baş tutmamışdır. Sonra 2023-cü ilin noyabr ayında Mehribana təklif etmişdir ki, rahat olmaları üçün videoçəkiliş etsinlər. Mehriban razılıq verdikdən sonra onun özü danışıb özünü təqdim edərək qeyd etmişdir ki, Mehriban xanımdan aldığı 20.000 manat borcu qısa müddətdə qaytaracağına söz verir. Həmin vaxtdan, yəni 04 dekabr 2023-cü il tarixdə Əhmədin kartına 800 manat, sonra 04 yanvar 2023-cü il tarixdə 1.400 manat, 2023-cü ilin fevral ayının əvvəlində 2.000 manat, 2023-cü ilin mart ayının əvvəlində 4.000 manat, 2023-cü ilin aprel ayının sonunda 1.000 manat pul göndərməklə Əhmədə ümumilikdə 9.200 manat pul vermiş olmuşdur. Hazırki vaxtda onun Əhməd və Mehribana 10.800 manat verəcəyi vardır. İsmayılın dedikləri yalandır. Belə ki, Əhməd ona əlbə-əl ümumiyyətlə pul verməmiş, onun özü Əhməd və Mehribanı cəmi bir dəfə İsmayılın otağında görmüşdür. Verilən suallara cavab olaraq bildirmişdir ki, Ramillə İsmayıl müəllimin otağına gedəndə o, əli ilə onları göstərərək demişdir ki, “sizin pulunuz buradadır.” Ramil də əsəbləşərək onun üzərinə getmiş, onu vurmaq istəmiş, onları aralamışlar. Ramil ona demişdir: “Nə pulu, sən mənə harda pul vermisən? Sən deyildin, qızım deyib övladlığa götürüb Sevincə pulu bağışlayan?” Orada İsmayıl müəllim özü də təsdiqləmişdir ki, bəli, o, ona pulu bağışlamış, amma indi vəziyyəti çətindir, pulu qaytarsın. O da Mehriban xanımla danışıb razılaşmışdır ki, o pulu onlara hər ay ödəyəcək, bunu təsdiq etmək üçün notariusa yaxınlaşsalar da, borcu təsdiq etmək mümkün olmamışdır. Bu zaman o, onlara borcu etiraf etmək və onu ödəmək öhdəliyi ilə bağlı video görüntünü çəkib vermişdir. Amma sonra elə olmuşdur ki, heç aylarla ödəməyə ehtiyac qalmamış, bankdan kredit götürüb onların 20.000 manat borcunu ödədiyini qeyd etsə də, özünü müdafiə üçün göstərdiyi bu dəlillər iş materillarında olan sübutlarla öz təsdiqini tapmamış, əksinə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və iş materillarında olan sübutlarla təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs İsmayılın onunla şəxsi münasibətlərinin olması səbəbi ilə, ona lombarddan qızıl çıxartması, qızının xəstəliyi, digər çətin vəziyyətlər ilə əlaqədar ona pul verməsi ilə bağlı irəli sürdüyü absurd dəlilə münasibətdə isə məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs İsmayılın az vaxt ərzində tanıdığı Sevincə çətin vəziyyətində kömək göstərərək 20000 manat pul göndərməsinə (verməsi) dair dəlilinin şəxsi təxəyyülünün məhsulu olmasının göstəricisi olmaqla, onun göstərdiyi halların reallığı əks etdirmədiyi açıq-aydın görünür. Məhkəmə Təqsirləndirilən şəxs1 bu dəlilini də sadəcə özünün müdafiəsi üçün uydurulmuş dəlil kimi qiymətləndirir və onun hər məhkəmə iclasında həqiqəti əks etdirməyən dəlillərə sığınmasına tənqidi yanaşır. Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, onun İsmayıla vermiş olduğu ümumilikdə 39.000 manat puldan İsmayıl ona 11.500 manat, Sevinc isə 20.000 manat qaytarmaqla ona ümumilikdə 31.500 manat pul qaytarılmış, lakin 7.500 manat pul isə hazırkı vaxta kimi ona qaytarılmamışdır. Bununla yanaşı, məhkəmə istintaqı zamanı iş materiallarında olan “Yaddaş kartı”na baxış zamanı Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs1 müxtəlif vaxtlarda səsli mesajlar göndərərək, onu işinin yaxın günlərdə həll olunacağını, Təhsil Nazirliyi tərəfindən ona zəng gələcəyini, onu həmin nazirliyə dəvət olunacağı, Zərərçəkmiş şəxs2ovun arvadı Mehriban Əhmədovaya da eyni məzmunlu səsli mesajlar göndərdiyi, onların işini əvvəlcə Sevinc adlı, daha sonra isə Diləfruz adlı qadının görəcəyini bildirdiyi, bundan başqa G.Əhmədovaya Tovuz rayonunda məktəblərə direktor vəzifəsinə keçmək istəyən şəxslərə də pul müqabilində həmin vəzifəyə təyin olunmalarına köməklik edə biləcəyi dediyi müəyyən edilmişdir (cild 01, i.v.222). Bununla yanaşı,məhkəmə istintaqı zamanı iş materillarında olan diskə baxış keçirilmiş və diskdə içərisində diskin içərisində «1», «2», «3», «4», «5» və «6» adlı, «МРЗ» formatlı səs yazılarının olması müəyyən edilmişdir. «2» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 ünvanına dediyi sözlər, Sevincin oyun oynaması, 5000 manat verilməsi kimi fikirlər bildirməsi müəyyən edilir. «3» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 pulun qaytarılması barədə sözləri deməsini tapşırması müəyyən edilir. «4» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 15.000 manat pulu ayın 5-nə kimi qaytarılması, barədə sözlər deməsini, rahat olmasını tapşırması müəyyən edilir. «5» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 «mənlə əlaqə saxlayın, onunla işiniz yoxdur, mən verəcəm» kimi sözlər deməsini tapşırması müəyyən edilir. «6» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 «kömək edəcəm, qorxma Sevinc, kömək edəcəm sənə ay bədbaxt, özümü qurtarım» kimi sözlər deməsini tapşırması müəyyən edilir. Bununla yanaşı, məhkəmə istintaqı zamanı iş materillarında olan 01 ədəd disk və 09 vərəqdən ibarət ödəniş qəbzləri Təqsirləndirilən şəxs1 götürülmüşdür. Diskə baxış keçirilən zaman həmin diskin içərisində «WhatsApp Audio 2024-06-28 at 19.55.41 (1)», «WhatsApp Audio 2024-06-28 at 19.55.41 (2)», «WhatsApp Audio 2024- 06-28 at 19.55.41 (3)», «WhatsApp Audio 2024-06-28 at 19.55.41», «WhatsApp Audio 2024-06-28 at 19.55.42 (1)» və «WhatsApp Audio 2024-06-28 at 19.55.42» adlı, «mp3» formatlı səs yazılarının olması müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.41 (1)» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs1 qıza aid olması, sonuncunun Təqsirləndirilən şəxs2 ünvanına Diləfruzdan pulları alıb camaata verməsini, cavabdeh olmadığını və Gülnarə xanıma deməsini bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.41 (2)» adlı səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 «kömək edəcəm, qorxma Sevinc, kömək edəcəm sənə ay bədbaxt, özümü qurtarım» kimi sözlər deməsini tapşırması müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.41 (3)» adlı səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun ayın 20-nə kimi 35.000-i alıb verəcəyini, sonrasının Təqsirləndirilən şəxs1 boynuna almasını deməsi müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.41» adlı səs yazısı dinlənildikdə həmin səs yazısının Təqsirləndirilən şəxs1 qıza aid olması, sonuncunun Diləfruzun pullar vermədiyi halda özünün polisə şikayət edəcəyini bildirməsi müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.42 (1)» adlı səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 15.000 manat pulu ayın 5nə kimi qaytarılması barədə sözlər deməsini, rahat olmasını tapşırması müəyyən edilir. «WhatsApp Audio 2024-06-28 at 19.55.42» adlı səs yazısının Təqsirləndirilən şəxs2 məxsus olması, sonuncunun Təqsirləndirilən şəxs1 «başını itirib, övladını itirib, yolan qoy», 25, 26, 27-nə kimi pulu verəcəyini Mehribana deməsini Gülnarəyə də verəcəklərini deməsini tapşırması müəyyən edilir. Bundan başqa təqdim edilən 09 vərəqdən ibarət sənədlərə baxış keçirilən zaman 416973*****6861 nömrəi bank hesabından 523915*****4015 nömrəli bank hesabına müxtəlif vaxtlarda 500 manat, 800 manat, 100 manat, 2.000 manat, 2.000 manat, 500 manat, 500 manat, 2.000 manat, 1.300 manat olmaqla ümumilikdə 9.700 (doqquz min yüz) manat pul köçürülməsi müəyyən edilir. Belə ki, Təqsirləndirilən şəxs1 onun kartına təqsirləndirilən şəxs tərəfindən göndərilmiş pul məbləğlərinin göndərilmə səbəbi kimi hər dəfə müxtəlif səbəblərə (borc verməsinə və ya ondan şəxsi münasibətlər yaratmaq istəməsinə) istinad etmiş və onun bir məhkəmə iclasında göstərdiyi xüsusat digər məhkəmə iclasında elə özünün ifadəsi ilə də təkzib edilmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 ifadələrində səmimi olmamasına inam yaradan digər bir nüans ondan ibarətdir ki, hər iki epizod üzrə Əhməd və Gülnarə ilə işin görüləcəyi barədə vedin verilməsi və pulun alınması zamanı İsmayıl ilə birlikdə həmin yerdə olmasa da, zərərçəkən şəxslər İsmayılın yanında olan zaman telefonla danışıq apararaq pulun alınmasında iştirak etmiş, işin sonrakı gedişatında da iştirak edərək və pulun qaytarılacağı barədə yalan vədlər verərək şikayət edilməsin deyə işi uzatmış, həmçinin çıxılmaz vəziyyət yarandıqda Əhməd və Gülnarə ilə borc müqaviləsi bağlamaq istəmiş və bundan əlavə özünü günahkar hiss edərək vurulmuş ziyanın müəyyən hissəsini ödəmiş və İsmayılın ona qaytarmayacağı şərti ilə pul göndərdiyini və onun həmin pulları öz ehtiyaclarına xərclədiyini etiraf etməsi Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı sözügedən iki epizodla bağlı həqiqətə uyğun olmayan ifadələr verməsinə və cinayət məsuliyyətdən yayınmağa cəhd etməsinə dəlalət edir və onun göstərdiyi xüsusatlar təqsirləndirilən, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri və digər sübütlarla təkzib edilmişdir. Bundan başqa, məhkəmə onu qeyd edir ki, Əhməd və Gülnarəni polisə şikayət verməkdən yayındırmağa çalışması Təqsirləndirilən şəxs1 cinayətin iştirakçısı olmaqla İsmayıl və özünü cinayət məsuliyyətinə cəlb edilməkdən qorumağa cəhd etməsinə dəlalət edən haldır. Məhkəmə təqsirləndirilən şəxsin bu dəlilini də sadəcə özünün müdafiəsi üçün uydurulmuş dəlil kimi qiymətləndirir və onun hər məhkəmə iclasında həqiqəti əks etdirməyən dəlillərə sığınmasına tənqidi yanaşır. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hər məhkəmə iclasında irəli sürdüyü fərqli dəlillər məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamaqla iş materiallarında olan sübutlar, o cümlədən, təqsirləndirilən şəxsin özünün ziddiyyətli ifadələri ilə təkzib edilmişdir. İş üzrə təqsirləndirilən şəxslər hər ikisi ifadələrində xəbərsiz bu hərəkətləri etdiklərini, hansı məbləğdə pul almasından digərinin özünə münasibətdə xəbərinin olmadığını bildirsələr də, məhkəmə təqsirləndirilən şəxsin bu arqumentlərini də reallıqdan kənar olan və AR CM-nin 178.2.1-ci maddəsi ilə məsuliyyətdən yayınmaq naminə verilmiş dəlil kimi qiymətləndirir. Məhkəmə tərəflərin qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayəti törətməsi qənaətinə gələrkən işin həqiqi hallarını, o cümlədən, təqsirləndirilən şəxslərin məhkəmə iclasında həmin xüsusatla bağlı verdikləri ifadələrində göstərdikləri halların real və inandırıcı olmamasını, onların məhz vəziyyətlərinin yüngülləşdirilməsi üçün birinin digərindən xəbərsiz zərərçəkmiş şəxsdən pul almalarını göstərmələri qənaətinə gəlir. Məhkəmə göstərilənləri ümumiləşdirib iş materiallarında olan sübutları tədqiq edərək, məhkəmə iclaslarında verilmiş ifadələri, ifadələr arasında olan uyğunsuzluqları tam, hərtərəfli və obyektiv təhlil edərək Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs1 (35000 manat pulunu) və Zərərçəkmiş şəxs2 (39000 manat pulunu) aldadaraq o n l a r ı n p u l l a r ı n ı ələ keçirdikləri qənaətinə gəlir, həmçinin Təqsirləndirilən şəxs2 və başqaları ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs5 (40.000 manat pulunu), Zərərçəkmiş şəxs4 (30.050 manat pulunu), Zərərçəkmiş şəxs3 Oktay qızının (21.500 manat pulunu) aldadaraq pul vəsaitini ələ keçirdikləri qənaətinə gəlir və təqsirləndirilən şəxslərin öz müdafiələri üçün irəli sürdükləri dəlillərin isə sübuta yetirilmədiyini və iş materialları ilə təkzib edildiyini vurğulayır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin hər birinin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdikləri əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərin törətdikləri əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 18 may 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu barədə məlumat yoxdur (cild 02, i.v.71). “Cinayət işinin icraatının dayandırılması haqqında” 11 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə cinayəti törətməkdə şübhəli bilinən X19 tapılana kimi cinayət işinin icraatının dayandırılması qərara alınmışdır (cild 03, i.v.21-22). “Cinayət işinin icraatının təzələnməsi və icraata qəbul edilməsi haqqında” 22 iyun 2024-cü il tarixli qərardan görünür ki, istintaq hərəkətlərinin keçirilməsindən ötrü ********* nömrəli cinayət işinin icraatı təzələnmiş və icraata qəbul edilmişdir (cild 03, i.v.37-38). “Şübhəli şəxsin tutulması haqqında” 25 iyun 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 25 iyun 2024-cü il tarixdə, saat 13:00 dəqiqədə saxlanılaraq hüquqları məhdudlaşdırılmışdır (cild 03, i.v.101). “Cinayət işinin tövsif edilməsi haqqında” 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikasının CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir (cild 03, i.v.115-116). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 27 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 03, i.v.122-124). Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 4(004)-601/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbstemənin əvvəli 25 iyun 2024-cü il tarixdən, saat 13:00-dan hesablanmaqla 01 ay 14 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir (cild 03, i.v.148-153). Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 X47 ilə 19 sentyabr 2004-cü ildə nikahlarını bağlamışlar (cild 03, i.v.189). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 iyul 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur (cild 03, i.v.217). Doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2005-ci il təvəllüdlü X38 və xx.xx.2016-cı il təvəllüdlü X48 adında övladları vardır (cild 03, i.v.228). “Başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilməsi haqqında” 06 iyul 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir (cild 03, i.v.230). Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş 06 iyul 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 02 il şərti sınaq müddəti müəyyən edilmiş, xx.xx.2019-cu ildə şərti cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır (cild 03, i.v.236-237). Bakı Ağır Cinayətlər Məhkəməsinin 31 oktyabr 2017-ci il tarixli, 1(101)-1001/2017 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməklə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, Təqsirləndirilən şəxs1 təyin olunmuş azadlıqdan məhrum etmə cəzası şərti olaraq tətbiq edilmiş və onun barəsində 02 (iki) il sınaq müddəti müəyyən edilmişdir (cild 03, i.v.243- 264). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini boynuna almamasını, onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxslərin bir neçəsinə dəymiş ziyanı qismən ödəməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə Təqsirləndirilən şəxs2 CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, cəzasını ağırlaşdıran halların olmaması, cinayət nəticəsində dəymiş ziyanın ödənilməməsini və zərərçəkmiş şəxslərin hazırda şikayətçi olduqlarını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkün olmadığını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə qeyd edir ki Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini boynuna almamasını, həmçinin əvvəllər AR CM-nin 178.3.2-ci maddəsi ilə məhkum olmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərin bir neçəsinə dəymiş ziyanı qismən ödəməsini, himayəsində azyaşlı uşağının olmasını (CM-59.1.4) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığı, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə (himayəsində azyaşlı uşağının olması) təsiri nəzərə alınmalıdır. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs1 tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, yuxarıda göstərilən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi AR CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Bakı şəhərində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs1 elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs1 üzərinə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs3 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” disk, Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmiş və 21.500 manat pul vəsatinin Təqsirləndirilən şəxs2 tərəfindən alınmasını təsdiq edən edən 01 vərəqədən ibarət iltizam, o cümlədən smartfonlar üçün nəzərdə tutulmuş “Whatsapp” ani mesajlaşma mübadilə sistemi ilə göndərilmiş elektron ödəniş terminalları vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitlərinin ödənilməsini təsdiq edən ödəniş qəbzləri, "xxxx" ASC və "xxxx" ASC-yə məxsus bank kartlarının təsvirləri olan 06 vərəq, Zərərçəkmiş şəxs4 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” disk, Təqsirləndirilən şəxs2 təqdim etdiyi audioyazılar olan 02 ədəd “CD” disk, Zərərçəkmiş şəxs1 götürülmüş audioyazılar olan 01 ədəd “Yaddaş kartı”, Zərərçəkmiş şəxs5 təqdim etdiyi audioyazılar olan 01 ədəd “Yaddaş kartı”, X18 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” disk və Təqsirləndirilən şəxs1 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” disk və 09 vərəqədən ibarət ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılmalıdır. Bununla yanaşı, məhkəmə gələcəkdə təqsirləndirilən şəxslərin AR CM-nin 80- 1-ci maddəsi ilə nəzərdə tutulmuş imkandan istifadə edərək cəzadan azad olunmaq hüquqlarından istifadə edə bilmələrinin təmin edilməsi üçün onların hər birinin cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən edilməli olmasını zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 40-cı bəndində göstərilmişdir ki, dələduzluq cinayəti iştirakçılıqla törədildiyi hallarda isə ziyan və büdcəyə ödənişlər Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə müvafiq olaraq cinayətin iştirakçılarının hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyətindən, vurulmuş zərərin həcminə və xarakterinə onun təsirindən asılı olaraq məhkəmə tərəfindən müəyyən olunmuş paylara müvafiq surətdə ödənilir. İştirakçılıqla törədilən dələduzluq cinayətlərinə görə məhkum edilmiş şəxslərin hökmün icrası qaydasında icraatda Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən cəzadan azad edilməsi məsələsi də hər bir iştirakçının payına müvafiq olaraq həll edilməli olduğundan, hətta iştirakçılar mahiyyəti üzrə cinayət işinə baxılması zamanı ziyanı ödəmək niyyətində olmadıqları halda belə, məhkəmə hər bir iştirakçının cinayət nəticəsində meydana gəlmiş ziyanda payını (ödəməli olduğu ziyanın miqdarını) müəyyən etməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra Cinayət Məcəlləsinin 73-1.1 və ya 73- 1.2-ci maddələrində göstərilən hallar meydana gəldikdə isə cəza çəkən şəxs Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə müvafiq olaraq cəzadan azad edilməlidir. AR CM-nin 80-1-ci maddəsinə əsasən məhkum edilmiş şəxs cəza çəkdiyi dövrdə cinayət məsuliyyətdən azad etmə ilə bağlı bu Məcəllənin 73.2, 73-1.1, 73-1.2 və 73-2-ci maddələrində, habelə 72, 263 və 306-cı maddələrinin “Qeyd” hissələrində nəzərdə tutulmuş şərtləri yerinə yetirdikdə cəza çəkməkdən azad edilir. Odur ki, məhkəmə adı çəkilən Plenum qərarında göstərilənləri, təqsirləndirilən şəxslərin hər birinin cinayətin törədilməsində iştirakının dərəcə və xarakterini nəzərə alaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs1 vurulmuş 35000 manat (5000 manatı ödənildiyindən 30000 manat qalmışdır) məbləğində ziyanda Təqsirləndirilən şəxs1 payının 10000 manat həcmində, Təqsirləndirilən şəxs2 payının isə 25000 manat həcmində müəyyən edilməsi qənaətinə gəlir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən Zərərçəkmiş şəxs2 vurulmuş 39.000 manat məbləğində ziyanda Təqsirləndirilən şəxs1 payının 20.000 manat (20.000 manat Təqsirləndirilən şəxs1 tərəfindən ödənilmişdir) həcmində, Təqsirləndirilən şəxs2 payının isə 19000 manat (11.500 manat Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir) həcmində müəyyən edilməsi qənaətinə gəlir. Həmçinin digər zərərçəkmiş şəxslərə vurulmuş ziyana münasibətdə isə Təqsirləndirilən şəxs2 tərəfindən müstəqil şəkildə ödənilməlidir. İş üzrə verilmiş mülki iddialar ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir: Cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs5 nümayəndəsi Müdafiəçi1 Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş maddi zərərə görə 40.000 (qırx min) manat, mənəvi zərərə görə isə 4.000 (dörd min) manat və 223 (iki yüz iyirmi üç) manat ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs5 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cinayət işi üzrə mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş maddi zərərə görə 30.000 (otuz min) manat məbləğin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxslər və mülki iddiaçılar iddianın təmin edilməsini xahiş etmiş, təqsirləndirilən şəxs və mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə irəli sürülmüş mülki iddialar ilə bağlı proses iştirakçılarını dinləyib, mülki iddiaya dair ərizələri, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs5 nümayəndəsi Müdafiəçi1 tərəfindən verilmiş mülki iddia qismən əsaslı olduğu üçün qismən, mülki iddiaçı Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş mülki iddia isə əsaslı olduğu üçün tam təmin edilməlidir. Belə ki, Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarının 21-ci bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti hökm çıxarılarkən mülki iddianın həllinə aid CPM-nin 324, 326, 330cu maddələrinin tələblərinin ciddi yerinə yetirilməsi zərurətinə cəlb edilsin. Həmin tələblərə görə məhkəmə hökmdə mülki iddianın tam və ya hissə ilə təmin edilməsinin və ya rədd edilməsinin motivini göstərməlidir. İddia tam və ya hissə ilə təmin edildikdə, müvafiq hesablamalar aparmaqla mülki iddianın məhz hansı qanuna əsasən təmin edildiyi hökmdə qeyd edilməlidir. Bir neçə müttəhimə qarşı mülki iddia verilmişsə, hökmdə hansı məbləğin, kimlərdən müştərək qaydada, hansıların isə kimlərdən pay şəklində alınması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin: 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2-ci maddəsinə əsasən Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 1097-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. İş materiallarında olan iddia ərizəsindən görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs5 nümayəndəsi Müdafiəçi1 Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş maddi zərərə görə 40.000 (qırx min) manat, mənəvi zərərə görə isə 4.000 (dörd min) manat və 223 (iki yüz iyirmi üç) manat ödənilmiş dövlət rüsumunun Təqsirləndirilən şəxs2 tutularaq Zərərçəkmiş şəxs5 ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmçinin iş materiallarında olan iddia ərizəsindən görünür ki, mülki iddiaçı Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs2 tərəfindən cinayət nəticəsində vurulmuş maddi zərərə görə 30.000 (otuz min) manat məbləğin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, mülki cavabdeh Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs5 cinayət nəticəsində 40.000 (qırx min) manat maddi ziyanın vurulması məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından irəli sürülmüş mülki iddia həmin hissədə təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, mülki iddiaçı tərəfindən mülki iddianın verilməsinə görə dövlət rüsumu qismində ödənilmiş 223 (iki yüz iyirmi üç) manat pul məbləğinin 210 (iki yüz on) manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, məhkəmə qeyd edir ki, mülki iddiaçı Zərərçəkmiş şəxs5 cinayət nəticəsində ona vurulmuş mənəvi zərər üçün təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 4.000 (dörd min) manat məbləğində pul vəsaiti tələb etmişdir. Məhkəmə hesab edir ki, mülki iddia bu hissədə təmin edilməməlidir. Belə ki, uzun sürən məhkəmə istintaqı zamanı mülki iddiaçı tərəfindən cinayət nəticəsində mənəvi ziyanın vurulması ilə bağlı pul tələbi irəli sürülsə də, öz tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etməmişdir. (Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.) Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia cinayət nəticəsində mənəvi zərərin ödənilməsi hissəsində təmin edilməməlidir. Həmçinin məhkəmə hesab edir ki, (təqsirləndirilən şəxslər) mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 mülki iddiaçı (zərərçəkmiş şəxs) Zərərçəkmiş şəxs1 cinayət nəticəsində 30.000 (otuz min) manat maddi ziyan vurulması məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından irəli sürülmüş mülki iddia tam təmin edilməli və 20000 manatı Təqsirləndirilən şəxs2 və 10000 manatı isə Təqsirləndirilən şəxs1 tutularaq ona ödənilməlidir. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında deyilir ki, mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Azərbaycan Respublikası Kostitusiya Məhkəməsinin yuxarıda adı çəkilən Qərarında deyilir ki, mənəvi ziyanin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikası Kostitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. "İnsan Hüquqlarının və X40 Haqqında Konvensiya"nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri -əmlak zərəri vurulduqda ödənilə bilər. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarının 10-cu bəndində izah edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş “Zəfər” Vəkil Bürosunun vəkilləri Müdafiəçi3 və Müdafiəçi4 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 25 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Mülki iddiaçı Zərərçəkmiş şəxs5 mülki cavabdeh Təqsirləndirilən şəxs2 qarşı mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs2 40.000 (qırx min) manat maddi zərər tutularaq Zərərçəkmiş şəxs5 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Mülki iddianın verilməsinə görə ödənilmiş dövlət rüsumunun 210 (iki yüz on) manat hissəsi Təqsirləndirilən şəxs2 tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs5 xeyrinə ödənilsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki cavabdehlər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşı mülki iddiası tam təmin edilsin. Mülki cavabdehlər Təqsirləndirilən şəxs2 20.000 (iyirmi min) manat və Təqsirləndirilən şəxs1 10.000 (on min) manat maddi zərər tutularaq Zərərçəkmiş şəxs1 ödənilsin. Maddi sübut - iş üzrə Zərərçəkmiş şəxs3 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” disk, Təqsirləndirilən şəxs2 tərəfindən icra edilmiş və 21.500 manat pul vəsatinin Təqsirləndirilən şəxs2 tərəfindən alınmasını təsdiq edən edən 01 vərəqədən ibarət iltizam, o cümlədən smartfonlar üçün nəzərdə tutulmuş “Whatsapp” ani mesajlaşma mübadilə sistemi ilə göndərilmiş elektron ödəniş terminalları vasitəsilə müxtəlif məbləğlərdə pul vəsaitlərinin ödənilməsini təsdiq edən ödəniş qəbzləri, "xxxx" ASC-yə və "xxxx" ASC-yə məxsus bank kartlarının təsvirləri olan 06 vərəq, Zərərçəkmiş şəxs4 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” disk, Təqsirləndirilən şəxs2 təqdim etdiyi audioyazılar olan 02 ədəd “CD” disk, Zərərçəkmiş şəxs1 götürülmüş audioyazılar olan 01 ədəd “Yaddaş kartı”, Zərərçəkmiş şəxs5 təqdim etdiyi audioyazılar olan 01 ədəd “Yaddaş kartı”, X18 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” disk və Təqsirləndirilən şəxs1 təqdim etdiyi audioyazılar olan 01 ədəd “CD” disk və 09 vərəqədən ibarət ödəniş qəbzləri cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi3 xx.xx.2025-ci il tarixli məhkəmə iclasınadək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat və xx.xx.2025-ci il tarixdən sonrakı məhkəmə iclaslarında sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 05 iş saatına görə 55 manat, cəmi 235 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Zəfər” Vəkil Bürosunun vəkili Müdafiəçi4 xx.xx.2025-ci il tarixli məhkəmə iclasınadək sərf etdiyi hər iş saatına görə 06 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 30 iş saatına görə 180 manat və xx.xx.2025-ci il tarixdən sonrakı məhkəmə iclaslarında sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 05 iş saatına görə 55 manat, cəmi 235 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-42/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-42/2025
26.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver