Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-420/2022 02.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs: xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Bakı şəhəri, Yasamal rayonu, Şərifzadə küçəsi, ev 52, mənzil 27-də qeydiyyatda olan və yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 17 may 2022-ci il tarixdə saat 09 radələrində Bakı şəhəri Nəsimi rayonu «Kubinka» adlanan ərazidə, istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd şəffaf sellofan bükümündə kustar üsulla hazırlanmış, qəhvəyi rəngli, təmiz çəkisi 1,238 qram təşkil edən narkotik vasitə heroini əldə edib, üzərində saxlayaraq daşımış, həmin gün saat 11:00-da Yasamal RPİ-nin 28-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq narkotik vasitələrin istifadəsində şübhəli bilindiyi üçün həmin polis bölməsinə aparılıb, orada üzərinə şəxsi axtarış və götürmə aparılan zaman qeyd edilən bir ədəd şəffaf sellofan bükümündə olan təmiz çəkisi 1,238 qram təşkil edən narkotik vasitə heroin onun əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 17 may 2022-ci il tarixdə saat 09:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu «Kubinka» deyilən ərazidə tanımadığı kişi cinsli şəxsdən on manat qarşılığında şəffaf rəngli sellofana bükülmüş bir ədəd bükümdə narkotik vasitə olan heroini almış və istifadə etmək üçün əynində olan boz rəngli idman şalvarımın sağ yan cibində gizlətmişdir. Həmin narkotik vasitəni zərurət yarandıqda istifadə etmək üçün üzərində saxlamış və həmin gün saat 11:00-da tək olaraq yaşadığı ünvan 2 ünvanının qarşısında olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini Yasamal Rayon Polis İdarəsinin 28-ci polis bölməsinin əməkdaşları kimi təqdim edib, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onlarla birlikdə həmin polis şöbəsinə getməyini bildirmişdilər. O, polis əməkdaşlarının təklifi ilə razılaşmış və bundan sonra onlar həmin polis bölməsinin inzibati binasına getmişdirlər. Müvafiq araşdırmanın aparılması Yasamal RPİ-nin 28-ci PB-nin təhqiqatçısı, polis mayoru Roman Məmmədova həvalə edilmişdir. Polis bölməsində onun barəsində şübhəli şəxsin tutulması haqqında qərar çıxarılmışdır və onun müdafiəçinin hüquqi yardımından istifadə etmək hüququm təmin edilmişdir. Bundan sonra vəkil Nofəl Əhmədovun iştirakı ilə onun üzərində videoçəkliş vasitəsi ilə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Üzərində şəxsi axtarış keçirilməzdən əvvəl X5 tərəfindən ona hüquq və vəzifələrim izah edilmiş, bu barədə ona müvafiq qərar elan edildikdən sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. X5 tərəfindən keçirilən şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya, narkotik vasitə və ya psixotrop maddənin olub-olmaması, olacağı təqdirdə, həmin əşyaları könüllü olaraq təqdim etmək təklif edilmişdir. O, könüllü olaraq əynində olan boz rəngli idman şalvarın sağ yan cibinə qoyduğu şəffaf sellofana bükülmüş və içərisində narkotik vasitə heroin olan bir ədəd bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. İçərisində narkotik vasitə heroin olan bir ədəd büküm polis əməkdaşı tərəfindən götürülərək, içərisinə baxıldı, orada spesifik qoxulu, qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər maddənin olması gözlə görünmüşdür. Sonra onun üzərində aparılan şəxsi axtarış zamanı iş üzrə əhmiyyət kəsb edən digər maddə və ya əşya aşkar edilməmişdir. O, sorğu zamanı həmin narkotik vasitə heroini şəxsi istifadəsi üçün Nəsimi rayonu «Kubinka» adlanan ərazidən 10 manata tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin büküm içərisindəki kütlə ilə birlikdə orada olan şəxslərin iştirakı ilə boş zərfə qoyularaq qablaşdırılmaqla, zərfin üzəri möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş və həmin protokolla, qablaşdırılmış zərfə onunla bərabər orada olan digər iştirakçılar, həmçinin vəkilin özü də imza etmişdir. O, elədiyi əməldən çox peşiman olmuş narkotik vasitə olan heroin qəbul etsədə, heç vaxt hər hansı bir şəxsə narkotik vasitə satmamışdır. O, qeyd edilən narkotik vasitəni bədənində ağrıları olduğuna görə öz şəxsi istifadəsi üçün əldə etmiş və həmçinin o, həmin vasitəni istifadə etmək üçün üzərimdə saxlamışdır. O, narkotik vasitəni əldə etdiyi şəxsi tanımırmış və həmin şəxsin adı mənə məlum deyilmiş və o, həmin maddəni təsadüfən həmin şəxsdən qarşılıqlı razılıq əsasında almışdır. Həmin şəxs kişi cinsli olmaqla təxminən 40-45 yaşlarında, arıq bədənli, mliyyətçə Azərbaycanlı olması ehtimal edilən şəxs olmuşdur. O, hər dəfə eyni şəxsdən deyil, üzdən tanıdığı, hər-hansı bir anket məlumatlarını bilmədiyi şəxslərdən təsadüf şəklində narkotik vasitə almışdır.Həmin şəxsdən ilk dəfə narkotik vasitə almışdır. O, heç kəsə narkotik vasitə və psixotrop maddə satmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstrəmişdir ki, xx.xx.2022-ci il tarixdə əməliyyat fəaliyyəti ilə bağlı ona məlum olmuşdur ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkoik vasitələrin istifadəsi və daşınmasında şübhəlidir. Ona görə də o bu barədə rəsmi olaraq bölmə rəisinə Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat qrupu yaradılması və əməliyyat tədbirlərinin keçirilməsinə göstəriş verilməsi üçün raportla müraciət etmişdir. Həmin tarixdə bölmə rəisi tərəfindən əməliyyat axtarış tədbirlərinin keçirilməsi və əməliyyat qrupunun yaradılması barədə qərar çıxarılmış, qərarla 28-ci polis bölməsinin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 qrupun üzvü kimi qrupa daxil edilmişdir. Əməliyyat tədbiri keçirilərkən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 11-00-da yaşadığı ünvan 5 ünvan qarşısında müəyyən edilib ona polis bölməsinə gəlməsi təklif edilmiş, o etiraz etməmiş, onlarla birlikdə polis bölməsinə gəlmişdir. Polis bölməsinə gəldikdə Təqsirləndirilən şəxs haqqında qanuni tədbir görülməsi barədə raportla bölmə rəisinə müraciət etmiş, araşdırma X5a həvalə edilmişdir. Polis bölməsində onun, əməliyyat müvəkkili Şahid2 , təhqiqatçı tərəfindən dəvət edilmiş müdafiəçi vəkilin iştirakı ilə təhqiqatçı tərəfindən görünütü qeydiyyatı aparılmaqla şəxsi axtarış və götürmə hərəkəti keçirilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra ona üzərində narkotik vasitə və digər qanunsuz əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, əynindəki boz rəngli idman şalvarının sağ yan içibində bir ədəd şəffaf salofana bükülü narkotik vasitə vardır, həmin maddəni təqdim edib içində narkotik vasitə olan heroin olmasını bildirmiş, narkotik vasitəni həmin tarixdə saat 09 radələrində Nəsimi rayonu ərazisində «Kubinka» deyilən yerdən tanımadığı şəxsdən 10 manata özü istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. Bükülü açıldıqda içərisində qəhvəyi rəngli spesifik iyli maddə olduğu aşkar edildi. Təqsirləndirilən şəxs aşkar edilmiş bükülü maddə zərfə qoyularaq yapışdırılıb 167 saylı möhürlə möhürlənmiş və iştirakçılar zərf üzərində imza edilməklə təsdiq olunub götürülmüş, təhqiqatçı tərəfindən «İphone7» markalı mobil telefonu ilə görüntü qeydiyyata alınmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/2830 № saylı ekspert rəyinə əsasən tədqiqata təqdim edilmiş, üzərində «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün № 167» dairəvi möhür əksi olan, «saxlanılan şəxs Təqsirləndirilən şəxs» sözləri soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 1,238 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli 2634 saylı rəyindən görünür ki, müayinə olunan Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindiromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsini, əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət və təqdimat təmin edilməmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan narkotik vasitənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçilərin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 ay (on ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 09 ay 28 gün (doqquz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli hökm çıxarıldığı vaxtdan, yəni 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbs edilsin və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına göndərilsin. Barəsində seçilmiş həmin həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 65 manat (altmış beş manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin maddi sübutların saxlanc anbarında saxlanılan qalıq çəkisi 1,188 qram narkotik vasitə - heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 26 saylı vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 26 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-420/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-420/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver