Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-422/2025 16.12.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Saat 13:50 Hakim Cavadzadə Rəşad Bəylər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mirzəyev Çingiz Rövşən oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1969-cu ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Aşağı Əylis kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməkə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, ümumi əmək qabiliyyətinin cüzi itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətmişdir. Belə ki, o, 17 iyun 2024-cü il tarixdə saat 16:00 radələrində ünvan 2 ünvanın 67 nömrəli mənzilində bacısı qızı Zərərçəkmiş şəxs yüngül həyat tərzi sürdüyünü iddia etməsi nəticəsində baş vermiş mübahisə zamanı əli ilə qəsdən bacısı qızı Zərərçəkmiş şəxs başının və bədəninin müxtəlif nahiyələrinə şillə və yumruq zərbələri endirib sonuncuya sol ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sol körpücükaltı nahiyəsinin, sol bazunun və hər iki budun qançırları, sol bazunun hematoması kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirərək qəsdən sağlamlığına YÜNGÜL zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs təqsirli olması iş materiallarında sübutlarla sübuta yetirilməmiş və onun təqsirli olması qənaətinə gələrkən istintaq orqanının istinad etdiyi sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməklə öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı Şahid2 qızıdır. O, həmin şəxsin dayısıdır. Bacısı qızı Zərərçəkmiş şəxs 2023-cü il tarixdə rəsmi qaydada həyat yoldaşından boşanmışdır. Bundan sonra onların qulağına çatmışdır ki, həmin şəxs başqa şəxslərlə görüşür və münasibəti vardır. 17 iyun 2024-cü il tarixdə rəhmətə gedən yaxın adamlarının hüzn mərasimindən çıxdıqdan sonra həmin şəxsin yaşadığı ünvan 3 ünvanına bacısıgilin evinə yollanmışdır. O həmin ünvana hüzn mərasimindən onunla bərabər iştirak edən qardaşı Elçin, bacısı Nazilə və anası Səyyarə ilə birlikdə getmişdir. Mənzilə çatdıqda o və qardaşıgil Sevinclə söhbət etməyə başlamışdır. Onlar həmin şəxsə bildirmişdir ki, etdiyi əməllərdən çəkinsin və yüngül həyat tərzi keçirməsin. Lakin Sevinc təkidlə belə bir şeyin olmadığını və həmin əməlləri etmədiyini bildirmişdir. Daha sonra eyni məzmunlu söhbət zamanı Sevinc and içərək etdiyi əməlləri boynuna almamış və bu zaman o, əsəbləşərək səsini ucaldıb danışmışdır. Mübahisə əsanasında Sevinci qorxutmaq məqsəsi ilə “oradan bıçaq gətir bunun başını kəsəcəm” sözlər işlətmişdir lakin həqiqətdə belə bira şey etməmişdir. Onlar təxminən 1 saata yaxın həmin şəxslə söz mübahisəsi etmişdir. Lakin həmin zaman kəsimində o və ya qardaşı Elçin həmin şəxsi vurmamış və ya hər hansı bir fiziki təsir göstərməmişdir. Sevincin barələrində qeyd etdikləri yalandır. Sevinc onlardan əvəz çıxmaq üçün onlara şər atır ki, onlar həmin şəxsin yaxasından əl çəksin və qarışmasınlar. İfadəsinin sonunda bildirmişdir ki, hazırkı iş üzrə onun heç bir günahi yoxdur və əsassız yerə məsuliyyətə cəlb olunmuşdur. Ona görə də məhkəmədən ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq təqsirləndirilən şəxs bildirmişdir ki, hadisə günü onlar Sevincə keçmiş həyat yoldaşı ilə görüşməsini bildirmələrinə baxmayar o bunları inkar etmişdir lakin sonradan ona həyat yoldaşı Qaratel Məmmədovanın onları görməsini bildirdikdən sonra o həmin halı etiraf etməyə məcbur olmuşdur. Sevinci nə o, nə də ki qardaşı Elçin vurmamışdır, döyməmişdir. Sevincə məxsus qızılın onun arvadı Qarateldə olması yalandır, qızıl onun özünə qayratılmışdır, bildiyi qədər hadisədən əvvəl Sevinc onun arvadına 3700 manat faizə pul vermişdir, o, bunları sonradan bilmişdir, bununla baqlı aralarında narazılıq olmuşdur, qızıl və pull bağlı Sevinc polisə müraciət etmişdir. 2024-cü ilin avqust ayında bu hadisələr baş verdikdən sonra Sevincin pulu ona ödənilmişdir. Mübahisə əsnasında Sevinci qorxutmaq məqsədi ilə “oradan bıçaq gətir bunun başını kəsəcəm” sözlər işlətmişdir lakin həqiqətdə belə bir şey etməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, hadisə baş verən vaxt ailəsi ilə ünvan 3 ünvanında yaşamışdır. Həmin evdə o, anası, atası, qardaşı və oğlu Yusiflə birlikdə yaşamışdır. 2012ci il tarixdə X4 ilə rəsmi qaydada ailə qurmuşdur. Həmin evlilikdən 2014-cü il təvədllüdlü Şahid1 adında bir oğlu vardır. 2023-cü ilin oktyabr ayında həyat yoldaşı Bəhruz Əliyev ilə məişət problemləri ucbatından rəsmi qaydada boşanmışdır. xx.xx.2024-cü il tarixdə oğlu Yusifin ibtidai sinif buraxılışı ilə bağlı atası Bəhruzla yenidən bir araya gəlmişdir. Həm də boşanmadan sonra arada olan əmlak bölgüsü ilə əlaqədar o keçmiş həyat yoldaşı ilə vəkilin də məsləhətinə əsasən xoş rəftar etmişdir ki, rahat qızıllarını ala bilsin. Bu zaman onun ailəsi onların arasında olan xoş münasibətdən narahat olmuşdur. Anası dəfələrlə ona həmin şəxslə xoş danışmamalı olduğunu bildirmişdir. Lakin o, işinin həll olunması üçün yenə də öz bildiyi qaydada hərəkət etmişdir. Həmin məzun günündə yəni xx.xx.2024-cü il tarixdə uşağın atası onları məclisə aparmaq üçün gəlmişdir. Anası həmin şəxslə onun bu qədər yaxın olduğunu görüb hiddətlənmiş və onun özünün də xəbəri olmadan dayıları Elçin və Vilayətə bu barədə məlumat vermişdir. 17 iyun 2024-cü il tarixdə saat təxminən 15:30 radələrində dayıları Elçin və Vilayət, nənəsi Səyyarə və xalası Nazilənin onların yaşadığı ünvana gəldiyini görmüşdür. Həmin şəxslər gələn kimi dayısı Vilayət ona bildirmişdir ki, “sən niyə Bəhruzla hələdə görüşürsən. Sənə demişik ki, boşanmısansa birdəfəlik bu münasibəti bitir.” O da həmin şəxslərə niyə xoş münasibət göstərməsinin səbəbini bildirmişdir. Lakin həmin şəxs yumruqla onun başına, sinəsinə qollarına zərbələr endirərək onu Bəhruzla xoş danışdığına görə küçə söyüşləri ilə təhqir etmişdirlər. Bu zaman onun yanında oğlu Yusif, anası Mənsumə də olmuşdur. Heç kim onu həmin şəxslərin əlindən almamışdır. Dayıları ona təzyiq göstərərək pəncərəni açıb demişdilər ki, özünü pəncərədən aşağı atsın. Atmasa stolu başına çırpacaqlarını bildirmişdirlər. Lakin o, həmin şəxslərin dediklərini etməmişdir. Bundan sonra ona bildirmişdirlər ki, paltarlarını yığsın və evdən çıxıb getsin. O da paltarlarını yığıb oğlunu götürüb evdən çıxmışdır. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, hadisə günü o oğlu Yusifi ingilis dili müəlliminin yanına aparmaq üçün hazırlaşarkən dayıları Vilayət və Elçin, anası və xalası, həmçinin nənəsi də onlara gəlmişlər və ondan nə üçün keçmiş əri ilə görüşdüyünü, onunla münasibət saxladığını bildirmişlər onu küçə söyüşləri ilə təhqir etmişdirlər. İlk əvvəl Təqsirləndirilən şəxs onu evin dəhlizində sifətindən və başından vurmuşdur, sonra qonaq otağında və yataq otağında, mətbəxdə də vurmuşdur. Dayısı Elçin onu vurmamışıdır yalnız onu digər dayısı Vilayət yumruq və təpiklə vurmuşdur, evdə mübahisə başladıqdan bir qədər sonra o öz mobil telefonunda səs yazma funksiyasını işə salaraq orada olan adamların səsini yazmışdır, həmin səs yazısından da görünür ki, onu təqsirləndirilən şəxs döymüşdür, ona xəsarətlər yetirmişdir. Zərərçəkmiş şəxsdən Polis orqanlarında vermiş olduğu ilkin izahatında “əlləri ilə sifətinin hər iki tərəfindən sillə ilə vurduqdan sonra sinə nahiyyəsinə cırmaqlar atdı” kimi ifadəsi ilə əlaqədar soruşduqda zərərçəkmiş şəxs belə bir hal olmadığını bildirmişdir. Ondan həmçinin “dayım Vilayət Elçin dayımı qızışdırdı Elçin də əliylə sol çiyin nahiyəmə bir neçə dəfə vurdu” kimi qeyd etdiyi əvvəlki ifadəsi ilə əlaqədar söruşulduqda bildirmişdir ki, “Elçin dayısı onu vurmamışıdr, onu yalnız Vilayət dayısı vurmuşdur.” Həmçinin ona verilmiş suala cavab olaraq bildirmişdir ki, iş üzrə şahid olan azyaşlı oğlu Yusifə məhkəmədən əvvəl onun verəcəyi ifadəsi ilə bağlı heç bir halı izah etməmişdir. Təqsirləndirilən şəxsin arvadı Qaratel Məmmədova ilə bağlı bildirmişdir ki, 2024-cü ilin yanvar ayında ona müvəqqəti olaraq özünə məxsus olan qızıl-zinət əşyalarını və pul vermişdir, həmin ilin avqust ayında pulu qaytamışdır lakin qızılı hələ də qaytarmamışdır. Eyni zamanda bildirmişdir ki, baş vermiş hadisə barədə polis orqanlarına şikayət ərizəsini hadisə baş verdiyi gün yəni xx.xx.2024-cü il tarixdə etmişdir, lakin hansı səbəbdən cinayət işi üzrə bütün sənədlərdə onun müraciətinin xx.xx.2024-cü il tarixi qeyd olunmasını izah edə bilməmişdir. Bundan başqa ibtidai araşdırma zamanı təyin olunmuş məhkəmə-tibbi ekspertizasında konkret olaraq ekspertin yanında müayinə məqsədi ilə neçə dəfə olması və neçə dəfə onu müayinə etmələri ilə bağlı sədrlik edənin üç dəfə təkrarən ona verilmiş suala cavab olaraq bildirmişdir ki, müayinə məqsədi ilə ekspertin yanında cəmi bir dəfə olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, təqsirləndirilən şəxsin qardaşıdır. Zərərçəkmiş şəxs onun bacısı Şahid2 qızıdır. Zərərçəkmiş şəxs 2023-cü il tarixdə rəsmi qaydada həyat yoldaşından boşanmışdır. Bundan sonra bizim qulağımıza çatdı ki, həmin şəxs başqa şəxslərlə görüşür və münasibəti vardır. Bu bizi bərk narahat etdi və bundan sonra ailəvi yığılaraq ona ağıl verməyə getdik. 17 iyun 2024-cü il tarixdə həmin şəxsin yaşadığı ünvan 3 ünvanına bacımgilin evinə yollandıq. Mən oraya qardaşım Vilayət, bacım Nazilə və anam Səyyarə ilə birlikdə getmişdim. Mənzilə çatdıqdailkin olaraq mən Sevinclə söhbət etməyə başladım. Sevinc mənə dedi ki, dayı gəl keçək obiri otağa bir dayı bacı qızı kimi söhbət edək.Biz keçdirk yataq otağına və söhbət zananı mən ona dedim ki, Sevinc ayrılmısansa daha o adamla görüşməyin doğru deyil, əyər barışmaq istəyirsən barış evlən onda sənə sözümüz yoxdur. Bundan sonra Sevinc mənə dayı “sən öl” elə şey olmayıb deyəndə qardaşım Vilayət ona dedi ki, niyə ona “sən öl” vurursan axı səni Qaratel görübdür dedi, ondan sonra boynuna aldı. Sonra vilayət onu vurmaq istəyəndə mən onun qabağına küçdim onu vurmağa qoymadım. Biz ona bildirdik ki, etdiyi əməllərdən çəkinsin və yüngül həyat tərzi keçirməsin. Lakin o təkidlə belə bir şeyin olmadığını və həmin əməlləri etmədiyini bildirdi. Daha sonra qardaşım Vilayət əsəbləşərək səsini ucaldıb danışdı. Biz təxminən 1 saata yaxın həmin şəxslə sözlə mübahisə etdik. Əlavə olaraq verilmiş sula cavab olaraq bildirmişdir ki, sözügedən hadisənin əvvəlindən axırınadək orada olmuşdur və qardaşı Vilayətin Sevincı yumruqla, təpilkə vurmasını, onun üzərinə bıçaqla hücum etməsini, mübahisə zamanı stulu götürərək zərərçəkmişi vurmaq istəməsini görməmişdir belə hal ümumiyyətlə mövcud olmamışdır. Zərərçəkmiş şəxs üzərində sonradan aşkar olunan xəsarətləri özü yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, zərərçəkmiş şəxsin doğma anasıdır. Bildirirəm ki, qızım Zərərçəkmiş şəxs 2023-cü ıl tarixdə rəsmi qaydada həyat yoldaşından boşanmışdır. Bundan sonra bizim qulağımıza çatdı ki, həmin şəxs başqa şəxslərlə görüşür və münasibəti vardır. 17 iyun 2024-cü il tarixdə mən evə gəldikdə gördüm ki, qardaşlarım Vilayət, Elçin, bacım Nazilə və anam Səyyarə yaşadığımız ünvan 5 ünvanına evə qonaq gəldilər. Mənzilə çatdıqda qardaşımgil Sevinclə söhbət etməyə başladılar. Biz ona bildirdik ki, əgər boşanmısansa həmin adamla yenidən görüşməyin doğru deyildir. Lakin o təkidlə belə bir şeyin olmadığını və həmin əməlləri etmədiyini bildirdi. Daha sonra eyni məzmunlu söhbət zamanı o and içərək etdiyi əməlləri boynuna almadı və bu zaman qardaşım Vilayət əsəbləşərək səsim ucaldıb danışdı. Biz təxminən 1 saata saata yaxın həmin şəxslə söz mübahisəsi etdik. Lakin həmin zaman kəsimində mər Sevinci kiminsə vurduğunu və ya hər hansı bir fiziki təsir göstərdiyini görməmişəm. Sevincin qeyd etdikləri yalandır. O dayılarına şər atır ki, onlar Sevincin yaxasından əl çəksin və ona qarışmasın. Əlavə olaraq verilmiş sula cavab olaraq bildirmişdir ki, sözügedən hadisənin əvvəlindəndən axırınadək orada olmuşdur və qardaşı Vilayətin Sevincı yumruqla, təpilkə vurmasını, onun üzərinə bıçaqla hücum etməsini, mübahisə zamanı stulu götürərək zərərçəkmişi vurmaq istəməsini görməmişdir belə hal ümumiyyətlə mövcud olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir o təqsirləndirilən şəxsin anasıdır və zərərçəkmiş şəxs isə onun nəvəsidir. Nəvəm Zərərçəkmiş şəxs 2023-cü il tarixdə rəsmi qaydada həyat yoldaşından boşanmışdır, bundan sonra bizim qulağımıza çatdı ki, həmin şəxs başqa şəxslərlə görüşür və münasibəti vardır. Bu bizi bərk narahat etdi və həmin gün biz ailələlikcə hüzn yerindən birbaşa qızım Məsumənin yaşadığı ünvan 6 ünvanına evə qonaq gəldik. Biz oraya oğullarım Vilayət və Elçin həmçinin qızım Nazilə ilə birlikdə getmişdik. Mənzilə çatdıqda mən və övladlarım Sevinclə söhbət etməyə başladıq. Biz ona bildirdik ki, etdiyi əməllərdən çəkinsin və yüngül həyat tərzi keçirməsin. Lakin o təkidlə belə bir şeyin olmadığını və həmin əməlləri etmədiyini bildirdi. Daha sonra eyni məzmunlu söhbət zamanı o and içərək etdiyi əməlləri boynuna almadı və bu zaman Vilayət əsəbləşərək səsini ucaldıb danışdı. Biz təxminən 1 saata yaxın həmin şəxslə söz mübahisəsi etdik. Lakin həmin zaman kəsimində mən Sevinci kiminsə vurduğunu və ya hər hansı bir fiziki təsir göstərdiyim görməmişəm. Sevincin qeyd etdikləri yalandır. O dayılarına şər atır ki, onlar Sevincin yaxasından əl çəksin və ona qarışmasınlar. Əlavə olaraq verilmiş sula cavab olaraq bildirmişdir ki, sözügedən hadisənin əvvəlindəndən axırınadək orada olmuşdur və oğlu Vilayətin nəvəsi Sevincı yumruqla, təpilkə vurmasını, onun üzərinə bıçaqla hücum etməsini, mübahisə zamanı stulu götürərək zərərçəkmişi vurmaq istəməsini görməmişdir belə hal ümumiyyətlə mövcud olmamışdır. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş X3 məhkəmə iclasında elan edilmiş ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs onun bacısının qızıdır. Zərərçəkmiş şəxs 2023cü il tarixdə rəsmi qaydada həyat yoldaşından boşanmışdır. Bundan sonra onların qulağına çatmışdır ki, həmin şəxs başqa şəxslərlə görüşür və münasibəti vardır. Onları bu hal bərk narahat etdiyindən ailəvi yığılıb ona köməklik etmək istəmişlər. Bundan sonra biz hamımız yığılaraq bacım qızına ağıl vermək üçün bacımgilə gəldik 17 iyun 2024-cü il tarixdə ünvan 7 ünvanına evə qonaq gəldik. Biz oraya qardaşlarım Vilayət və Elçin həmçinin anam Səyyarə ilə birlikdə getmişdik. Mənzilə çatdıqda onlar Sevinclə söhbət etməyə başlamışlar. Biz ona bildirdik ki, etdiyi əməllərdən çəkinsin və yüngül həyat tərzi keçirməsin. Lakin o təkidlə belə bir şeyin olmadığını və həmin əməlləri etmədiyim bildirdi Daha sonra eyni məzmunlu söhbət zamanı o and içərək etdiyi əməlləri boynuna almadı və bu zaman qardaşım Vilayət əsəbləşərək səsini ucaldıb danışdı Biz təxminən 1 saata yaxın həmin şəxslə söz mübahisəsi etdik. Lakin həmin zaman kəsimində mən Sevinci kiminsə vurduğunu və ya hər hansı bir fiziki təsir göstərdiyini görməmişəm Sevincin qeyd etdikləri yalandır. O dayılarına şər atır ki, onlar Sevincin yaxasından əl çəksin və ona qarışmasın. Məhkəmə istintaqı zamanı qanuni nümayəndə Zərərçəkmiş şəxs və müəllim psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş yetkinlik yaşına çatmamış Şahid1 bildirmişdir ki, hadisə baş verən gün anası ilə birlikdə ingilis dili müəlliminin yanına getməyə hazırlaşan zaman anasının dayıları Vilayət, Elçin, nənəsi Məsumə, Səyyarə və anasının xalası Nazilə onlara gəlmişlər, atası ilə anası danışdığına görə anası ilə mübahisə etməyə başlamışlar. Vilayət birinci evin dəhlizdə anası Sevinci yumruqla başından qolundan vurmuş, sonra hamısı keçdi qonaq otağına orda da Vilayət anasını vurmuşdur, sonra digər otaqlarda da vurmuşdur.Sonra Vilayət dedi ki, gəl özünü at pencərədən yerə mən anamdan tutdum ki atmasın özün, sonra vilayət stulu götürüb anasının başına vurmaq istəyəndə o ələrini yuxarı qaldırıb onun qarşısında duraraq ona bunu etməyə imkan verməmişdir. Daha sonra Vilayət mətbəxdən bıçaq götürərək anasını vurmaq istəyəndə o ələrini yuxarı qaldırıb onun qarşısında duraraq ona bunu etməyə imkan verməmişdir və Vilayət əlindəki bıçağı yataq otağındakı stolun üstünə qoyduqdan sonra yenə də anasını vurmağa davam etmişdir. Eyni zamanda bildirmişdir ki, Elçin də anasını başının arxasına yumruqla vurdugunu görmüşdür. Sonra hamısı anasının üzünə tüpürdükdən sonra çıxıb getmişlər o isə anası ilə birlikdə evi tərk edib Nuranə adlı şəxsin evinə getmişlər. Halbuki ibtidai araşdırma zamanı ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun anasıdır. O, ailəsi ilə ünvan 3 ünvanında yaşamışdır. Həmin evdə o, anası Zərərçəkmiş şəxs, nənəsi, babası və dayısı ilə birlikdə yaşamışdir. 2012-ci il tarixdə anası Zərərçəkmiş şəxs atası X4 ilə rəsmi qaydada ailə qurmuşdur. 2023-cü ilin oktyabr ayında anası və atası məişət problemləri ucbatından rəsmi qaydada boşanmışdır. xx.xx.2024-cü il tarixdə onun ibtidai sinif buraxılışı ilə bağlı atası Bəhruzla yenidən bir araya gəlmişdilər. Həmin məzun günündə yəni xx.xx.2024-cü il tarixdə atası onları məclisə aparmaq üçün gəlmişdir. Nənəsi Məsumə anasının atası ilə yaxın olduğunu görüb hiddətlənmiş və bu barədə onun anasının dayıları Elçin və Vilayətə məlumat vermişdir. 17 iyun 2024-cü il tarixdə saat təxminən 15:30 radələrində onun anasının dayıları Elçin və Vilayət, anasının nənəsi Səyyarə və anasının xalası Nazilənin onlara gəldiyini görmüşdür. Həmin şəxslər gələn kimi anasının dayısı Vilayət anasına qışqırmağa başlamışdır. Anası da həmin şəxslərə atası Bəhruzla niyə xoş münasibət göstərməsinin səbəbini bildirmişdir. Lakin Vilayət yumruqla onun anası Sevincin başına, sinəsinə və qollarına zərbələr endirərək küçə söyüşləri ilə təhqir edirdi. Bu zaman o, ağlamağa başlamışdır. Bundan sonra həmin şəxslər onun anası Sevincə bildirdilər ki, paltarlarını yığsın və evdən çıxıb getsin. Onlar da paltarlarını yığıb anası ilə evdən çıxıb Nuranə xalagilə getmişlər. Sədrlik edən şahidə hansı səbəbdən ilkin ifadəsi ilə hazırki ifadəsi arasında ziddiyyətlərin mövcud olması barədə konkret olaraq “Vilayətən onun anasının üztünə bıçaq çəkməsi, stulu qaldıraraq anasını vurmaq istəməsi, Elçinin onun anasının başından yumruqla vurması” ilə əlaqədar soruşduqda şahid heç bir cavab verməmişdir. Şahid həmçinin məhkəməyə gələrkən anasının ona nə üçün məhkəməyə getmələrini izah etdiyini və bəzi halların onun yadına saldığını məhkəməyə bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul olunması haqqında” 27 dekabr 2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs 18 iyun 2024-cü il tarixdə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə rəsmi ərizə ilə müraciət edərək 17 iyun 2024-cü il tarixdə dayıları Elçin və Vilayət adlı şəxslərin onu yaşadığı mənzildə döydüklərini bildirməsi barədə toplanmış materiallar əsasında fakta görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət işi başlanmışdır. (İ/V 01) İş materiallrında olan 18 iyun 2024-cü tarixli ərizədən görünür ki, Əliyeva X7 Rayon Polis İdarəsinin 29-cu Polis şöbəsinə rəsmi ərizə ilə müraciət edərək 17 iyun 2024cü il tarixdə dayıları Elçin və Vilayət adlı şəxslərin onu yaşadığı mənzildə döydüklərini bildirmişdir. (İ/V. 4) İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 646 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sol körpücükaltı nahiyəsinin, sol bazunun və hər iki budun qançırları, sol bazunun hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. Eyni zamanda rəyin iş haqqında məlumat hissəsində qeyd olunur ki, xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs təkrar məhkəmə tibbi müayinədən keçirildi. (İ/V. 19-21) “Götürmə haqqında” 15 yanvar 2025-ci tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı özünə məxsus mobil telefon ilə hadisənin gedişatını səs yazısına qeyd etmiş və həmin səs yazısını bi ədəd DVD disk yükləyərək istintaq orqanına təqdim etmişdir.(İ/V 43). Məhkəmə istintaqı zaman maddi sübut kimi cinayət işinə əlavə edilmiş həmin DVD diskdə olan səs yazısı səsləndirilmiş və həmin səs yazısından müəyyən olunur ki, bir neçə şəxs (səs tonlarından təxmini müəyyən etmək olur ki, onlar hazırkı cinayət işi üzrə zərəçəkmiş şəxs, təqsirləndirilən şəxs və şahidlərdir ) uca səslə sözlə biri birləri ilə mübahisə edirlər və həmin səsdə Şahid1 səsinə oxşar yəni uşaq səsi eşidilmir və müəyyən olunmur. Elçin Əliyevin səsinə oxşar səs - Zərərçəkmiş şəxs “sən öz keçmiş ərinlə gəzirsən” bildirir. Zərərçəkmiş şəxs isə cavabında “mənim onunla axırım yoxdur, gəzib neynirəm” deyir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs həyat yoldaşına yüngül əxlaqlı qadın deyir. Daha sonra səs yazısında X15 bildirir ki, səni vurmadım ki mən. Zərərçəkmiş şəxs da bildirir ki, düzdü məni səni vurmamısan dayım vurubdu. Bundan sonra Təqsirləndirilən şəxs səsi gəlir və aralarında olan mübahisə eşidilir. Mübahisə zamanı Zərərçəkmiş şəxs yenə Təqsirləndirilən şəxs həyat yoldaşının ünvanına xoşagəlməz ifadə işlədir. Bundan sonra Zərərçəkmiş şəxs “etmə, vurma” səsləri eşidilir. Daha sonra isə həmin şəxslər arasında söz mübahisəsinin getdiyi görünür. “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında” 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə üzrə ittiham elan edilmişdir. (İ/V. 70). “Qətimkan tədbirinin seçilməsi haqqında” 15 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (İ/V82). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmayan şəxsdir. (İ/V. 49). Məhkəmənin sorğusu əsasında əldə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yasamal RPİ-nin 29-cu Polis idarəsinin xx.xx.2025-ci il tarixli 21787 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs həmin idarəyə 2024-cü ildə iki dəfə və 2025-ci ildə isə iki dəfə müraciəti olmuşdur, onlardan üçü Təqsirləndirilən şəxs arvadı X2 barədə olmuşdur (qızıl zinyət əşyalarının, eləcə də 10000 manat məbləğində pulunun qaytarılmaması və onu hədələməsi ilə bağlı). “Sübutların qiymətləndirilməsi haqqında” 03 iyin 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə zərərçəkmiş şəxsin ifadəsi, məhkəmə-tibbi ekspertizasının rəyi, 1 ədəd DVD disk və ona baxış keçirilməsi haqqında protokol və digər protokolların sübut kimi qəbul edilməsi qərara alınmışdır. Hadisəni olduğu kimi bildirməyərək qərəzli ifadə verdikləri üçün şahidlər Elçin Əliyevin, Şahid2, Səyyarə Əliyevanın və Nazilə Əliyevanın ifadələri sübut kimi qəbul edilməməsi ilə əlaqədar qərar qəbul edilmişdir (i.v.108-144). Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, ekspertiza rəyinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsiri sübuta yetirilməmişdir. Hazırkı ittiham üzrə Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlərin nə vaxt və kim tərəfindən yetirilməsi mübahisəli olmaqla həmin hal üzrə zidiyyətli və şübhəli məqamlar müəyyən edilmişdir. Məhkəmənin gəldiyi qənaətə görə istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs ittihamda göstərilən tarixdə və şəraitdə xəsarətlərin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsinə dair kifayət qədər sübut toplanılmamış, toplanılmış sübutlar isə xəsarətin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini təsdiq etmək və ona AR CM-nin 128-ci maddəsi ilə ittiham irəli sürülməsi üçün yetərli olmamışdır. Məhkəmə qeyd edir ki, ittiham aktında istinad edilən cinayət əməlinin baş vermə şəraitinə dair nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Zidiyyətli və şübhəli məqamlar təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Belə ki, cinayət və cinayət prosessual qanunvericiliyinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamları təqsirləndirilən şəxsin ziyanına aradan qaldırıb, həmin şəxsin ziyanına onun cinayət törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları təqsirləndirilən şəxsin xeyrinə həll etməli olması qanunvericiliklə birbaşa müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə gəldiyi qənaətin əsaslandırılması üçün istintaq orqanının və hazırda məhkəmədə ittiham tərəfinin Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübutların ayrı-ayrılıqda tədqiq edilməsini zəruri hesab edir. İttiham tərəfinin təqsirləndirilən şəxsin təqsirliliyi ilə bağlı sübutların dairəsinə nəzər salınanda görünür ki, həmin sübutlar zərərçəkmiş şəxsin ifadəsindən, məhkəmə-tibbi ekspertizasının rəyindən və 1 ədəd DVD diskdə olan səs yazısından ibarətdir. Məhkəmə ilkin olaraq qeyd edir ki, ilk növbədə zərərçəkmiş şəxsin məhkəmə istintaqına qədərki mərhələdə verdiyi ifadələrlə məhkəmə istintaqı zamanı verdiyi ifadələrinin əlaqəli və müqayisəli şəkildə tədqiq edilməsini zəruri hesab edir. Ona görə ki, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs ona qarşı cinayət törətmiş şəxsin kimliyi ilə əlaqədar müxtəlif vaxtlarda fəqli ifadələr vermişdir və bu halı kifayət qədar inandırıcı və ağlabatan şəkildə nə ibtidai istintaq zamanı nə də ki, məhkəmə araşdırması zamanı izah edə bilməmişdir. Belə ki, məhkəməyədək icraat materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli (i.v.4) ərizədə, (i.v.6) xx.xx.2024-cü il tarixli ilkin izahatında, (i.v.7) xx.xx.2024-cü il tarixli protokolda, (i.v.16) xx.xx.2024-cü il tarixli ərizəsində, (i.v.20-21) xx.xx.2024-cü il tarixli ekspertiza rəyində qeyd olunan izahatında, (i.v.24-25) xx.xx.2024-cü il tarixli izahatında, (i.v.40-42) xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxs qismində verdiyi ifadəsində bildirmişdir ki, 17 iyun 2024-cü il tarixdə yaşadıqları ünvanda dayıları Təqsirləndirilən şəxs və Elçin Əliyev tərəfindən döyülmüşdür, hər iki şəxsin cəzalanmasını xahiş edir. Lakin sonradan xx.xx.2025-ci il tarixli zərərçəkmiş şəxsin əlavə dindirilməsi protokolundan habelə məhkəmə iclasındakı ifadəsindən görünür ki, Zərərçəkmiş şəxs ifadəsini dəyişərək onu Elçin Əliyev deyil digər dayısı olan hazirkı iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs döydüyünü bildirmişdir. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs bu ziddiyətli, ilikin ifadəsindən fəqli ifadələrin verməsinin nə ilə əlaqədar olması söruşulduqda zərərçəkmiş şəxs bildirmişdir ki, “səs yazılarına qulaq asanda da görünür ki Elçin dayım mənimlə söhbət edir və məhz Vilayət dayım gəərək mənə zərbələr edndirir və mənə bədən xəsarəti yetirir”. Məhkəmə qeyd edir ki, zərərçəkmiş şəxsin ona qarşı cinayət törətmiş şəxsin E.Əliyev deyil Təqsirləndirilən şəxs olmasını yəni özü şəxsən gördüyü, iştirakçısı olduğu bir hadisəni bu şəkildə primitiv əkildə əsaslandırması heç bir sağlam məntiqə sığmır, səmimi və qərəzsiz ifadə kmi qəbul edilə bilməz. Məhkəmə bildirir ki, baş vermiş hər hansı bir hadisə reallıqda olduğu kimi zərərçəkmiş şəxs tərəfindən təqdim edilərsə, hadisə ilə bağlı bildirdiyi halları əvvəldən axıradək dəyişilməz şəkildə təsvir edərsə (ifadəsi eyni şəkildə dəyişilməz qalarsa), subyektiv yanaşmaya (istəyindən asılı olaraq hadisə iştirakçısı olmuş şəxslərin ona qarşı cinayət törətməsini və ya törətməməsini bildirmədən) yol vermədiyi halda həmin ifadələr mötəbər sübut kimi nəzərə alına və ittiham hökmünün çıxarılması üçün əsas ola bilər. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxsin yuxarıda qeyd edilən şəkildə vermiş olduğu ziddiyətli, dəyişkən ifadələri inandırıcı qəbul edilə bilməz, şübhəlidir və məhkəmə belə qənaətə gəlir ki, belə bir məzmunda ifadənin verilməsində məqsəd Təqsirləndirilən şəxs məsuliyyətə cəlb olunmasından ibarət olmuşdur. Belə ki, məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs keçmiş həyat yoldaşı ilə gizlin şəkildə görüşməsini ilkin olaraq görən və bu barədə məlumat verən şəxs Təqsirləndirilən şəxs arvadı X2 olmuşdur. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs ilə Q.Məmmədova arasında qızıl zinyət əşyalarının və 10000 manat pulun qaytarılmaması səbəbindən uzun müddətdir ki, mübahisə gedir, məhz bu səbəbdən münasibətləri pozulmuşdur, hətta Zərərçəkmiş şəxs bu barədə polis orqanlarına üç dəfə yazılı şəkildə müraciət etmişdir. Digər tərəfdən maddi sübut kimi işə əlavə edilmiş DVD diskdə olan səs yazından müəyyən olunur ki, Zərərçəkmiş şəxs Q.Məmmədova barəsində xöşagəlməz ifadə işlədərək onun barəsində yüngül əxlaqlı qadın (həmin ifadəni pis formada işlədir) deyir. Məhkəmə eyni zamanda qeyd etmək istəyir ki, bir şəxs başqa bir şəxs və ya şəxslər tərəfindən fiziki təsirə məruz qalmışdırsa, döyülmüşdürsə həmin şəxs onu vuran, döyən şəxsi (əlaxüsus həmin şəxslər onun yaxından tanıdığı şəxslərdirsə) mütləq qaydada həmin şəxsin kim olduğunu həmin an bilməlidir və polis orqanına müraciət edirsə düzgün ifadə verərək onu vuran şəxsin adını, kimliyini dəqiq qeyd etməlidir. Əgər bu hal baş vermirsə yəni zərərçəkmiş şəxs müxtəlif məzmunda (hazırkı işdə olduğu kimi) hər dəfəsində fəqli ifadə verərək əvvəl bir şəxsin sonradan isə digər bir şəxsin onu döyməsini bildirirsə belə olan halda həmin ifadələr şübhə altına alınmaqla, etibarlı, dürüst, qərəzsiz eyni zamanda ittihamı təsdiq edən mötəbər sübut kimi qəbul edilə bilinməz. Zərərçəkmiş şəxsin ifadəsinin həqiqiliyini şübhə altına alan digər əhəmiyyətli olan hal ondan ibarətdir ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında hadisə baş verdikdən dərhal sonra ərizə ilə polis orqanlarına müraciət etməsini bildirdiyi halda iş materiallarından görünür ki, o bir gün sonra ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxsin ifadəsinin həqiqiliyini şübhə altına alan digər əhəmiyyətli olan hal ondan ibarətdir ki, məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs polis orqanlarında vermiş olduğu ilkin izahatında qeyd etdiyi “əlləri ilə sifətinin hər iki tərəfindən sillə ilə vurduqdan sonra sinə nahiyyəmə cırmaqlar atdı” kimi ifadəsinə aydınlıq gətirilməsi ondan soruşulduqda zərərçəkmiş şəxs belə bir hal olmadığını, ərizəsində belə sözlər yazmadığını bildirməklə özü tərəfindən əlyazma üsulu ilə yazdığı ərizəsindəki ifadələri qəti şəkildə inkar etmişdir. Zərərçəkmiş şəxsin məhkəmə istintaqında vermiş olduğu digər ziddiyyətli ifadəsi ondan ibarətdir ki, Zərərçəkmiş şəxs baş vermiş hadisə ilə əlaqədar polis orqanlarına hadisə baş verən gün müraciət etdiyini bildrsə də cinayət işinin materiallarından, hətta şəxsin özünün əyazma üsulu ilə yazmış olduğu ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs polis orqanlarına ərizə ilə bir gün sonra yəni 18 iyun 2024-cü il tarixdə müraciət etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, nə qədər ki, zərərçəkmiş şəxsin iş üçün əhəmiyyətli olan hallarnan bağlı verdiyi ifadəsi obyektiv həqiqəti əks etdirmir, davamlı, ardıcıl deyildir, digər obyektiv sübutlarla reallıqda öz təsdiqini tapmır deməli həmin ifadələr etibarlı deyildir, ziddiyyətlidir ittihamın vüerilməsi üçün mötəbər sübut hesab oluna bilməz və öz etibarlılığını itirməklə bərabər şəxsə qarşı verilmiş ittihamın əsasını təşkil edə bilməz. Zərərçəkimiş şəxsin yuxarıda qeyd olunan dəyişkən, davamlı olmayan, ziddiyyətli, özünü təkzib edən formada vermiş olduğu ifadələri zərərçəkmiş şəxsin digər məsələlərlə bağlı bildirmiş olduğu faktların, iş üçün əhəmiyyətli olan halların həqiqiliyinə, onların real olmasına, obyektiv həqiqəti əks etdirməsinə dair məhkəmədə şübhələr yaradır. Bu da öz növbəsində məhkəmə istintaqı zamanı dindirilmiş şahid ifadələrinin real olmasına dair məhkəmədə müvafiq qənaətin yaranması üçün əsas yaratmışdır. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir.Yəni ittihamı təsdiq etməli olan sübut birmənalı olaraq təqsirləndirilən şəxsin təqsirli olmasını tsdiq etməli, mötəbərliyi şübhə doğurmamalı, iş üzrə digər sübutlarla şübhə altına alınmamalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs AR CMnin 128-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən digəri məhkəmə tibbi-ekspertizasının rəyi olmuşdur. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 646 nömrəli rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sol ənsə nahiyəsinin şişkinlik halında əzilməsi, sol körpücükaltı nahiyəsinin, sol bazunun və hər iki budun qançırları, sol bazunun hematoması küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarda qeyd olunan tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Qeyd olunan xəsarətlərin şəxsin özü tərəfindən özünə yetirilməsi, eləcə də yıxılması nəticəsində törənməsi inkar olunur. Yuxarıda qeyd olunan ekspert rəyinə münasibətdə isə məhkəmə qeyd edir ki, birincisi müvafiq ekspert rəyi Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlərin müəyyən edilməsini təsdiq edən sübut olsa da, həmin ekspert rəyi Zərərçəkmiş şəxs üzərində aşkar olumuş xəsarətlərin təqsirləndirilən şəxs tərəfindən ona yetirilməsini təsdiq edən sübut növü hesab edilmir. İkincisi məhkəmə araşdırması zamanı həmin ekspert rəyinin mötəbərliliyini şübhə altına alan təkzib olunmaz hal öz təsdiqini tapmışıdır. Belə ki, sözügedən ekspert rəyində qeyd edilmişdir ki, “Ekspertizanın başlama tarixi 18 iyun 2024-cü il və ekspertizanın başa çatma tarixi 27 iyun 2024-cü il” kimi göstərilmişdir, habelə rəyin iş haqqında məlumat bölməsində qeyd olunmuşdur ki, “xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs TƏKRAR məhkəmə tibbi müayinədən keçirildi. Sol bazu nahiyəsində olan hematomanın ölçüsü və gərginliyi bir qədər azalmışdır.” Ekspertiza rəyindən görünür ki, Zərərçəkmiş şəxs üzərində iki dəfə ayrı ayrı vaxtlarda tibbi müayinə aparıldıqdan sonra müvafiq rəy verilmişdir. Belə olan halda reallıqda Zərərçəkmiş şəxs ekspertiza mərkəzinə ümumilikdə iki dəfə getməli olmalı və müəayinədən keçməlidir. Lakin məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsə sədrlik edən tərəfindən üç dəfə təkrar olaraq sual verilməsinə baxmayaraq o həmin mərkəzə cəmi bir dəfə getdiyini məhkəməyə bildirmişdir. Bu isə onu təsdiq edir ki, cinayət işi üzrə verilmiş ekspertiza rəyində mövcud olmayan hal qeyd edilmişdir yəni xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs TƏKRAR məhkəmə tibbi müayinədən keçirilmədiyi halda, onun barəsində müvafiq rəy verilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edilmişdir ki, məhkəmə-tibbi eskspertizasının rəyində zərərçəkmiş şəxsin ilkin müayinədən doqquz gün sonra təkrar müayinəyə gəldiyi gəstərilsə də bu hal zərərçəkmiş şəxsin ifadəsi ilə öz təsdiqin tapmamış, əksinə zərərçəkmişin təkrar müayinədən keçmədiyi müəyyən edilmişdir. Reallıqda baş verməmiş halın ekspert rəyində əks etdirilməsi həmin rəyin obyektivliyini və etibarlılığını şübhə altına alır və onun ittihamın verilməsi üçün sübut kimi qəbul etdilməsini mümkünsüz edir. Belə olan halda məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi yuxarıda qeyd edilən sübut təqsirləndirilən şəxsin birincisi qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsini, ikincisi isə zərərçəkmiş şəxsin üzərində həqiqətən də xəsarətlərin olmasını təsdiq edən sübut deyildir. AR CPM-nin 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ittiham tərəfinin Təqsirləndirilən şəxs AR CMnin 128-ci maddəsi ilə təqsirli olması qənaətinə gələrkən istinad etdiyi sübut növlərindən digəri bir ədəd DVD diskdə olan səs yazısı olmuşdur. Bu sübutla bağlı məhkəmə ilkin olaraq qeyd edir ki, həmin səs yazısı zərərçəkmiş şəxs tərəfindən öz telefonu vasitəsilə (orada olan şəxslərdən gizli şəkildə) məqsədli şəkildə əvvəlcədən hadisəni gələcəkdə sübut etmək üçün çəkilmişdir və həmin səs yazısından görünür ki, Zərərçəkmiş şəxs və bir nəfər şəxs sözlü mübahisə edərlər, sonra Zərərçəkmiş şəxs “məni dayım vurdu”, “eləmə”, “vurma” sözlərin işlədir. Lakin həmin səs yazısında Zərərçəkmiş şəxs başqa digər şəxslərdən Zərərçəkmiş şəxs vurmayın, döyməyin və sairə kimi sözlərin işlədilməsi eşidilmir. Halbuki, hadisə baş verən yerdə Zərərçəkmiş şəxs doğma anası və nənəsi olmuşlar. Digər tərəfdən məhkəmə qeyd edir ki, görüntü olmadığı halda yalnız səs yazısında olan səslər, qışqırıqlar və sairələrlə Təqsirləndirilən şəxs təqsirli olması qənaətinə gəlinməsi mümkün deyildir. Belə ki, səs yazısına qulaq asan istənilən tərəf (istər müdafiə tərəfi, istərsə də ittiham) öz mövqeyinə uyğun həmin halları başa düşə, qəbul edə, özünə uyğun (özünə sərf edən) tərəfdən yanaşmaqla sübut kimi istifadə edə bilər. Başqa sözlə desək həmin sübut birbaşa kiminsə hansısa əməli tötətməsini və ya törətməməsini təsdiq etmək iqtidarında deyildir. Bundan başqa məhkəmə qeyd edir ki, səs yazısı mübahisənin olmasını, hədə qorxu, mübahisə zamanı səslər və emosional vəziyyətə dair sübut kimi istifadə oluna bilər. Lakin konkret olaraq kimin kimi vurduğunu, zərbənin olub-olmadığını, zərbənin gücünü və nəticəsini, zərbənin, zərərin kimi tərəfindən yetirildiyini obyektiv şəkildə müəyyən etmir. Digər tərəfdən hər hası bir səs yazısı Cinayət Məcələsinin 128-ci maddəsi üzrə ittiham üçün mütləq qaydada sübuta yetirilməli olan fiziki zorakılıq faktını (vurma, döyməni) xəsarətin mövcudluğu, səbəbli əlaqə (vurulma –xəsarət) elementlərini heç birini və yaxd da ən yaxşı halda dolayı əlamətlərini göstərə bilər, lakin birbaşa sübut kimi rol oynamır. Qeyd olunanları ümumiləşdirərək məhkəmə qeyd edir ki, səs yazısı və oxşar dolayı sübutlar cinayətin baş vermə faktını və təqsirləndirilən şəxsin hərəkətlərini şübhəsiz təsdiq etmədikdə, ittiham hökmünün əsasını təşkil edə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda qeyd edilən diskdə olan səs yazısı Təqsirləndirilən şəxs ona istinad olunan əməlin törətməsi təsdiq edən sübut deyildir. Bundan başqa məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər Elçin Əliyev, Şahid2, Səyyarə Əliyeva zərərçəkmiş şəxsin ifadəsində qeyd etdiyi halları təkzib etməklə bərabər təqsirləndirilən şəxs tətəfindən Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirmədiyini bildirmişlər. Məhkəmə iclasında ifadəsi elan olumuş Nazilə Əliyevanın ifadəsindən də görünür ki, həmin şəxs də təqsirləndirilən şəxs tətəfindən Zərərçəkmiş şəxs hər hansı bir xəsarət yetirmədiyini təsdiq edir. Məhkəmə istintaqı zamanı dindirilmiş zərəçəkmiş şəxsin azyaşlı oğlu Şahid1 məhkəmə iclasında bildirmişdir ki, anasını Təqsirləndirilən şəxs döymüşdür, sonra mətbəxdən bıçaq gətirərək onu vurmaq istəmişdir, lakin o, buna imkan verməmişdir, Təqsirləndirilən şəxs bıçağı stolun üztünə qoymuşdur, sonra stulu götürüb anasının başından vurmaq istəmişdir lakin o, buna imkan verməmişdir. İfadəsində həmçinin bildirmişdir ki, Elçin Əlivey də onun anasının başına yumruqla vurmuşdur. Məhkəmə ilk əvvəl şahidlər Elçin Əliyevin, Şahid2, Səyyarə Əliyevanın və Nazilə Əliyevanın ifadələrinin etibarlılığına və inandırıcılığına qiymət verərək hesab edir ki, həmin ifadələr obyektiv həqiqəti əks etdirir və mötəbər hesab edilərək nəzərə alınmalıdır. Məhkəmə bu qənaətini onunla əsaslandırır ki, həmin şahidlərdən biri zərərçəkmiş şəxsin doğma anasıdır və heç bir halda ana öz övladının (hətta döyən şəxs onun qardaşı olsa belə) vurulnasına, döyülməsinə razı ola bilməz, belə hal olarsa ona dərhal reaksiya verərdi, döyülməsinə maneə olardı, qızını müdafiə edərdi, ən azından övladını vuran şəxslərə öz səsini yüksəltməklə maneə olmağa çalışardı. Lakin iş materiallarında olan DVD diskdə olan səs yazısında zərərçəkmiş şəxsin anasının belə bir hərəkət etməsini müəyyən etmək mümkün olmamışdır. Başqa sözlə desək qeyd olunan hallar baş vermiş olsa idi həmin səs yazısında bunlar öz əksini tapardı. Bu isə onu deməyə əsas verir ki, zərərçəkmiş şəxsin anası olan Şahid2, həmçinin Elçin Əliyevin, Səyyarə Əliyevanın və Nazilə Əliyevanın ifadələrində bildirdikləri hallar işin həqiqi hallarını əks etdirir və mötəbər sübutlar hesab olunmaqla nəzərə alınmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Şahid1 məhkəmə iclasında bildirdiyi hallar işin həqiqi hallarına uyğun gəlmədiyi, cinayət işinin materialları ilə təsdiq olumadığı, nəinki digər şahidlər hətta anası olan zərərçəkmiş şəxsin özü tərəfindən təsdiq edilməyən halları bildirdiyi üçün həmin ifadə hazırki iş üzrə sübut kimi qiymətləndirilə və nəzərə alına bilməz. Belə ki, şahidin “Təqsirləndirilən şəxs tərəfindən bıçaq gətirərək Zərərçəkmiş şəxs vurmaq istəməsi lakin onun buna imkan verməməsi, sonradan stulu götürüb anasının başından vurmaq istəməsi, lakin onun buna imkan verməməsi, həmçinin şahid Elçin Əliveyevin də onun anası Zərərçəkmiş şəxs başına yumruqla vurması” kimi məzmunda verdiyi ifadə həmin şahiddən başqa digər kimsə bildirməmişdir. Başqa sözlə desək Şahid1 ifadəsində həqiqətdə mövcud olmayan halları bildirmişdir və belə olan halda onun ifadəsinin digər hissələri də şübhəli olmaqla, etibarli və mötəbər hesab oluna bilməz. Yuxarıda qeyd edilənləri ümümiləşdiriərək məhkəmə bildirir ki, CPM-nin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs tərəfindən qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsini müəyyən etmək mümükün deyildirsə deməli ittiham tərəfindən toplanmış ilkin sübutlar yetərsizdir, məhkəməyə təqdim olumuş sübutlar mötəbərliyinə əsaslı şübhə vardır və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamin sübuta yetirilməsində mötəbər hesab edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, ziddiyyətli, şübhəli, qeyri obyektiv sübutlat əsasında formalaşdırılmış ittiham hüquqi baxımdan əsassızdır və təqsirləndirilən şəxsin CM-nin 128-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsi üçün yetərli və mötəbər sübutlar mövcud deyildir. Göstərilənləri nəzərə alaraq məhkəmə bir daha qeyd edir ki, məhkəmə baxışının nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olmasını təsdiq edən sübutlar kifayət qədər olmadığından, ittihamda göstərilən cinayətin törədilməsində onun təqsirli olması sübuta yetirilmir. Beləliklə məhkəmə qeyd edir ki, ittiham aktında təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinin baş verməsinə dair şübhəli nəticələr və faktlar təqsirləndirilən şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Göstərilən bütün bu hallar Təqsirləndirilən şəxs AR CM-nin 128-ci maddəsi ilə təqsirli olmasının sübuta yetirilmədiyi qənaətinə gəlməyə imkan verir ki, belə olan halda Təqsirləndirilən şəxs AR CPM-nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirildiyi AR CMnin 128-ci maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının: 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. 63-cü maddəsinin İİ hissəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. X9 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı (2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabr 2021-ci il tarixli Plenum qərarının 23-cü bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin qərarın 58-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, CPM-in 42.1.4-cü maddəsində bəraətin əsası kimi təsbit edilmiş təqsirliliyinin sübuta yetirilməməsi dedikdə, irəli sürülmüş ittiham üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün sübut edilməsinə zərurət olan əməlin təqsirin müvafiq (qəsd və ya ehtiyatsızlıq) formasında törədilməsinin sübuta yetirilməməsi, yəni məhkəmədə cinayət-prosessual qanunun tələblərinə müvafiq surətdə baxılmış ittiham tərəfinin sübutlarının şəxsin təqsirliliyinin təsdiq olunması haqqında yekun nəticəyə gəlmək üçün kifayət etməməsi və yaxud toplanmış sübutlarla şəxsin təqsirsizliyinin təsdiq edilməsi başa düşülməlidir. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. 42.1.4-cü maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 127.3-cü maddəsinə əsasən ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. 42.2.4-cü maddəsinə əsasən bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır; 146.1-cü maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Beləliklə, məhkəmə ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə onun təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri tədbiri ləğv edilməli iş üzrə maddi sübut kimi tanınmış iki ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalmalı, Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa, göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına da pul köçürülməlidir. Belə ki, cinayət işi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatına daxil olduqdan sonra, Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün o, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(004)- 422/2025 saylı qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi ilə təmin edilmişdir. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinin tələblərinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” qərarına və ona 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 11 (on bir) manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı cinayət işinin materialları ilə tanış olmağa, təqsirləndirilən şəxslə görüşməyə, vəsatətlər verməyə, sorğular verib cavab almağa, ilkin hazırlıq və məhkəmə iclaslarında iştirak etməyə, məhkəmə çıxışının hazırlanmasına sərf edilmiş vaxtın 40 (qırx) iş saatına bərabər hesab edilərək, göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42, 344-347, 349, 351- 353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona Azərbaycan Respublikası CPM-nin 42.1.4-cü maddəsinə əsasən bəraət verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – 2 ədəd “DVD” disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs bəraət alması ilə əlaqədar onun cinayət məsuliyyətinə cəlb edilməsi, habelə pozulmuş hesab etdiyi hüquqlarının bərpası, vurulmuş maddi, fiziki və yaxud mənəvi ziyanın ödənilməsi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhəri Bakı şəhəri 4 saylı Vəkil Bürosunun hesabına 440 (dörd yüz qırx) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Rəşad Cavadzadə
Məhkəmə qərarları › İş №1(004)-422/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-422/2025
16.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver