Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-423/2023 23.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X6, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs: X2, onun nümayəndəsi, “Mirzəyev və partnyorları” vəkil bürosunun vəkili Nümayəndə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs: X4 və müdafiəçisi “Prospekt” vəkil bürosunun vəkili Müdafiəçi X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən Yasamal Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında şikayət verilmişdir. Xüsusi ittiham qaydasında şikayət, şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi, təhqir və böhtan xarakterli məlumatların xx.xx.2023 və xx.xx.2023-cü il tarixdə “Kanal 13 xəbər” adlı youtube sosil şəbəkədəixx.xx.2023-cü il tarixdə “Azad söz” adlı facebook sosial şəbəkəsində, xx.xx.2023-cü il tarixdə “Abzasmedia” adlı youtube sosial şəbəkədə yayılması ilə əlaqədar olmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs X1 nümayəndəsi Nümayəndə məhkəməyə təqdim edilən xüsusi ittiham qaydasında şikayətdən imtina etmədən və xitam verilmədən geri qaytarılmasını, düzəliş edib yenidən məhkəməyə təqdim etmək hüququ itirilmədən şikayətinin sənədlərlə birlikdə geri qaytarılmasını məhkəmədən xahiş etdi. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X4 və müdafiəçisi Müdafiəçi şikayətin geri qaytarılmasına etirazı olmadığını bildirdi. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı səbəblərə görə məhkəmə baxışının keçirilməsi qeyri-mümkündür və xüsusi ittiham qaydasında şikayət icraata qəbul edilmədən geri qaytarılmalıdır. Belə ki, CPM-nin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Hazırkı iş üzrə şikayət vermiş tərəf şikayətinin və əlavə edilmiş sənədlərinin geri qaytarılmasını tələb etdiyindən, xüsusi ittiham qaydasında şikayət və əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 293, 299, 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X2 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayət və əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardan 20 gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-423/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-423/2023
23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver