Məhkəmə qərarları › İş №1(004)-424/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-424/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-424/2022 01.11.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxslərin müdafiəçiləri: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1999-cu il tarixdə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orla təhsilli, işləməyən, məhkum olunmamış. Masallı rayonu, Lürən kəndində qeydiyyatda olmaqla ünvan 1-də yaşayan, hazırkı iş üzrə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, həmçinin barəsində Binəqədi rayon Polis İdarəsində istintaqı aparılan digər ********* saylı cinayət işi üzrə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx.xx.2000-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Masallı rayonu, Lürən kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanının qarşısında əkiz qardaşı Şahid1 ilə özlərinə məxsus mopedi təmir edən zaman Şahid2 və Zərərçəkmiş şəxs onlara həmin yeri təmir etdikləri mopedin tullantıları ilə çirkləndirmələri barədə tutmuş olduqları haqlı iradları səmimi qəbul etməmələri səbəbindən aralarında baş vermiş münaqişə zamanı qardaşı Təqsirləndirilən şəxs2 ilə bir qrup şəxs halında birləşərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə ictimai yer hesab olunan yaşayış binasının qarşısında ucadan səs-küy salmaqla cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə sifət və qarın nahiyələrindən qəsdən vuraraq ona qarın nahiyəsinin əzilmiş yarası kimi, həmçinin Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs yumruqla bir dəfə alın nahiyəsindən qəsdən vuraraq ona sağ alın-təpə nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 məhkəməyə verilmiş ittiham aktına əsasən təqsirləndirilir ondan ötrü ki, o, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində ünvan 2 ünvanının qarşısında qardaşları Şahid1 və Təqsirləndirilən şəxs1 özlərinə məxsus mopedi təmir edən zaman Şahid2 və Zərərçəkmiş şəxs onlara həmin yeri təmir etdikləri mopedin tullantıları ilə çirkləndirmələri bardə tutmuş olduqları haqlı iradları səmimi qəbul etməmələri səbəbindən aralarında baş vermiş münaqişə zamanı qardaşı Təqsirləndirilən şəxs1 ilə bir qrup şəxs halında birləşərək heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə ictimai yer hesab olunan yaşayış binasının qarşısında ucadan səs-küy salmaqla cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib Zərərçəkmiş şəxs yumruqla bir dəfə alın nahiyəsindən qəsdən vuraraq ona sağ alın-təpə nahiyəsinin əzilmiş yarası kimi, həmçinin Amil Sərhdov da Zərərçəkmiş şəxs əl və ayaq zərbələri ilə sifət və qarın nahiyələrindən qəsdən vuraraq ona qarın nahiyəsinin əzilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək bir qrup şəxs tərəfindən ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona qarşı elan edilmiş ittiham üzrə baş vermiş hadisədə özünü CM-nin 221.2.1-ci maddəsi üzrə təqsirli bilməyərək, özünü CMnin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, əkiz qardaşı Aqil və balaca qardaşı Adil ilə birlikdə moped vasitəsi ilə paketçi işləyirlər. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o, və əkiz qardaşı Aqil yaşadığı ünvan 3 ünvanının qarşısında işlədikləri mopedi təmir edən zaman iki nəfər sonradan adlarının Ziya və İldırım olduğunu öyrəndiyi şəxslər mobil telefonda danışdığı şəxsə nalayiq ifadələr işlədərək onlara tərəf gəlmişlər. Onlar həmin şəxslərin yaxınlıqda olan kafedən çıxdıqlarını görüb sərxoş olduqlarını düşünərək onlara fikir verməmişlər. Həmin şəxslər onlara yaxınlaşmış və onlardan Ziya adlı şəxs onlara irad bildirmişdir ki guya onlar blokun qabağında yerə məişət tullantıları alırlar. Bu zaman onlar həmin şəxslərə bildirmişdir ki bu məhəllədə yaşayırlar və orada heç bir yerə zibil atmırlar. Həmçinin zibilləri olanda yaxınlıqda olan məişət tullantıları qutusuna atırlar. Bu barədə o. Ziya ilə söhbət edən zaman onlara demişdir ki. içkili olduqlarını başa düşdükləri üçün və söz söhbət yaranmasın deyə nə deyirlərsə etməyə hazırdırlar. Bu söz həmin şəxslərin xoşuna gəlmədiyi üçün Ziya blokun qarşısına zibil atanı söyməyə başlamışdır. Elə həmin vaxt İldırım Aqili kənara çəkib aparmışdır. O, Ziya ilə söhbət edən zaman anidən qardaşı Aqilin “sən kimsən məni vurursan” sözünü eşidib onlar tərəfə getmişdir. İldırımın yumruqla qardaşını vurduğunu görən kimi o da yumruqla İldırımı sifət nahiyəsindən vurmuşdur. İldırım başını aşağı əydiyi üçün dizi ilə İldırımı aşağıdan yuxarıya doğru sifət və qarın nahiyələrindən vurub boynundan tutaraq sıxmağa başlamışdır. Həmin vaxt Ziya arxadan ona hücum edib başının arxa nahiyəsi və qaburğa nahiyələrindən yumruqla bir neçə dəfə zərbələr endirmişdir. Aqil isə araya girərək onları aralaşdırmağa çalışmışdır. Həmin vaxt oraya üzdən tanıdığı, lakin adlarını bilmədiyi qonşular və balaca qardaşı Adil gəlib onları aralaşdırmışdır. Bundan sonra Ziya onların yanında qalmış. İldırım isə yaxınlıqdakı kafeyə doğru getmişdir. Onlar isə təmir etdikləri mopedi binanın blokuna salmışlar. Bir qədər sonra bir neçə nəfər şəxs onlara yaxınlaşaraq İldırımı kimin vurduğunu soruşmuş, onlar da həmin şəxlərə İldırımı onun vurduğunu və sonuncunun etdiyi hərəkətləri danışmışlar. Bu zaman İldırım əlində bıçaqla onların üstünə doğru gələn zaman sonuncunun qarşısına birinici balaca qardaşı Adil çıxmış, həmin vaxt onun qarşısını Ziya kəsdiyi üçün o, Ziya ilə münaqişə edirmiş. Ziya onu yumruqla baş nahiyəsindən vururmuş. Həmin vaxt o, qardaşı Aqilin bədənindən qan axdığını görüb qışqırmışdır ki bıçaqladılar kömək edin. Lakin onlara heç kim köməklik elməmişdir. Hadisə yerinə gələn polis əməkdaşları onlara kömək edib qardaşını xəstəxanaya aparmışlar. Həmin vaxt polislər gələndə artıq o görmüşdür ki. İldırım və Ziya qaçıb gediblər. Həmin münaqişə zamanı onu xx.xx.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Yasamal rayonu, A.Abbasov küçəsi bina 16 ünvanının qarşısında İldırım və Ziya adlı şəxslər baş nahiyəsindən vurublar. Qardaşı Aqili isə İldırım öncə şillə və yumruqla sifət və baş nahiyəsindən, daha sonra isə bıçaqla sol kürəkallı və sol əlinin birinci barmağından vuraraq xəsarət yetirmişdir. Həmin münaqişə Ziya və İldırım adlı şəxslərin sərxoş vəziyyətdə onlara əsassız iradlar tutması və onları yüksək səslə nalayiq ifadələrlə təhqir etməsi səbəbindən baş vermişdir. Səs-küyə hadisə yerinə üzdən tanıdğı qonşular və tanımadığı çoxlu sayda şəxslər toplaşmış, münaqişə təxminən 25-30 dəqiqə davam etmişdir. Hadisə vaxtı İldırımın qardaşı Aqilə xəsarət yetirdiyi bıçaq qəhvəyi rəngli taxat dəstəyi olan, təxminən 20 sm uzunluqda olmaqla tiyə hissəsi bir tərəfli kəsicilik funksiyasına sahib mətbəx bıçağı olmuşdur. Həmin vaxt İldırım qardaşı Aqili vurduğu üçün İldırımı ancaq o vurmuş, başqa heç kim İldırımı nə əli ilə, nə də ki başqa bir əşya ilə vurub xəsarət yetirməmişdir. Hadisə vaxtı İldırım sərxoş olduğu üçün tarazlığını itirib özü iki-üç dəfə yerə yıxılmışdır. Ola bilsin ki, həmin xəsarətləri yıxılan zaman alsın. Həmin vaxt bıçaq İldırımın əlində olub, başqa heç kimdə bıçaq olmamışdır. Həmin vaxt heç kim Ziyanı döyüb xəsarət yetirməmişdir. Əksinə Ziya onu vurub xəsarət yetirmişdir. Ziyanın harada və hansı şəriatdə xəsarət almasından xəbəri yoxdur. Onu münaqişə zamanı İldırım və Ziya adlı şəxslər döysə də, onların ona vurduqları zərbələrin izləri bədənində qalmamışdır. O, həmin zərbələrin təsirindən fiziki ağrılar hiss etmişdir. Göstərilənlərə əsasən onun hər hansı bir xüliqanlıq niyyəti, kimisə vurmaq niyyəti olmamışdır. Mübahisəni onlar başlamamış, mübahisəni Ziya ilə İldırım başlamış, onlara sataşmışlar, söyüş söymüş, onlarla mübahisə etməyə başlamışlar, həmin mübahisəyə ilk əvvəl Ziya başlamış, Ziya onunla mübahisə etmiş, tutaşmış, cüssəcə zəif olan qardaşını isə cüssəcə güclü olan İldırım tərəfindən vurulduğunu görüb, İldırımı vurmuşdur ki, qardaşına xəsarət yetirməsin. Həmçinin İldırım xuliqanlıq etdiyindən və qardaşı Şahid1 bıçaq zərbəsi vurduğundan, Zərərçəkmiş şəxs CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanmış, Yasamal rayon Məhkəməsi tərəfindən hökm çıxarılmışdır. Həmin iş üzrə də İldırımla barışmışlar. Bu səbəbdən də özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilir. Törətdiyi əməldən peşman olduğunu və hazırda zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, ona dəymiş ziyanı tam ödədiyi üçün, zərər çəkən şəxsin ondan şikayət və tələbinin olmadığı üçün, bunu nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona qarşı elan edilmiş ittiham üzrə baş vermiş hadisədə özünü CM-nin 221.2.1-ci maddəsi üzrə təqsirli bilməyərək, özünü CMnin 128-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o, evdə olan zaman qardaşları Aqil və Amil yaşadığı ünvan 3 ünvanının qarşısında işlədiyi mopedi təmir edirlərmiş. O, bir müddət sonra həyətdən səs gəldiyini eşidib eyvandan həyətə baxan zaman görmüşdür ki, bir nəfər sonradan adının İldırım olduğunu öyrəndiyi şəxs qardaşı Aqillə, digər tərəfdə isə sonradan adının Ziya olduğunu öyrəndiyi şəxs qardaşı Amillə mübahisə edirlər. O, dərhal evdən çıxıb həyətə düşən zaman görmüşdür ki, İldırım qardaşı Aqili yaxasından tutub blokun qapısına sıxıb. O, İldırımın qardaşı Aqili buraxması üçün bir dəfə yumruqla İldırımı alın nahiyəsindən vurmuşdur. Bu zaman İldırım zərbənin təsirindən qardaşı Aqili buraxb arxaya doğru gedib yerə yıxılmışdır. Lakin İldırım yenidən yerdən qalxıb onların üzərinə gəlsə də, onlar İldırımın içkili olduğunu görüb söhbətin böyüməməsi üçün bir neçə dəfə İldırımı özlərindən geri itələmiş və nəticədə İldırım yıxılıb duraraq yenidən onların üzərinə gəlirmiş. Bir qədər sonra İldırım binanın yaxınlığında yerləşən kafeyə doğru gedib oradan bıçaq götürərək onlara doğru gəlmişdir. Həmin vaxt o, İldırımın qabağına keçib qarşısım almağa çalışarkən İldırım onu bıçaqla vurmaq istəyən zaman qardaşı Aqil İldırımın qarşısına keçdiyi üçün sonuncu əlində olan bıçaqla Aqili sol kürək altı nahiyəsindən vurmuşdur. Bu zaman Aqil qışqırmışdır ki onu bıçaqla vurdu. Bundan sonra hər kəs sakitləşmiş və onlar qardaşını xəstəxanaya aparmağa çalışmışlar. Həmin ərəfədə İldırım və Ziya hadisə yerindən uzaqlaşıb getmişlər. Həmin münaqişə Ziya və İldırım adlı şəxslərin sərxoş vəziyyətdə qardaşlarına əsassız iradlar tutması və onları yüksək səslə nalayiq ifadələrlə təhqir etməsi səbəbindən baş vermişdir. Səs küyə hadisə yerinə üzdən tanıdığı qonşular və tanımadığı çoxlu sayda şəxlər toplaşmışdır. Həmin münaqişə təxminən 25-30 dəqqə davam etmişdir. Həmin bıçaq açıq qəhvəyi rəngli taxta dəstəyi olan təxminən 20 sm uzunluqda olmaqla tiyə hissəsi bir tərəfli kəsicilik funksiyasına sahib mətbəx bıçağı olmuşdur. O, hadisə yerinə gələnə kimi İldırım və Ziya qardaşları ilə əlbəyaxa olmuşlar. O, İldırımı bir dəfə alın nahiyəsindən yumruqla vurmuşdur ki qardaşı Aqilin yaxasını buraxsın. Bundan başqa İldırımı nə o, nədəki başqa biri küt əşya ilə baş nahiyəsindən vurmamışdır. Həmin vaxt onun əlində bıçaq olmamış, İldırım özünə haqq qazandırmaq üçün yalan danışır. Həmin bıçağı İldırım yaxınlıqdakı kafedən gətirib qardaşına xəsarət yetirmişdir. Münaqişə zamanı o heç bir bədən xəsarəti almamışdır. Göstərilənlərə əsasən onun hər hansı bir xüliqanlıq niyyəti, kimisə vurmaq niyyəti olmamışdır. Mübahisəni onlar başlamamış, mübahisəni Ziya ilə İldırım başlamış, onun qardaşlarına sataşmışlar, söyüş söymüş, onlarla mübahisə etməyə başlamışlar, İldırım onun cüssəcə qat qat zəif qardaşı Aqili vurması və divara sıxışdırmasını görüb İldırımı zərərsizləşdirmək və qardaşını onun əlindən almaq üçün İldırımı vurmuşdur. Həmçinin İldırım xuliqanlıq etdiyindən və qardaşı Şahid1 bıçaq zərbəsi vurduğundan, Zərərçəkmiş şəxs CM-nin 221.3-cü maddəsi ilə cinayət işi başlanmış, Yasamal rayon Məhkəməsi tərəfindən hökm çıxarılmışdır. Həmin iş üzrə də İldırımla barışmışlar. Bu səbəbdən də özünü CM-nin 128-ci maddəsi ilə təqsirli bilir. Törətdiyi əməldən peşman olduğunu və hazırda zərərçəkmiş şəxslə barışdığını, ondan üzr istədiyini, ona dəymiş ziyanı tam ödədiyi üçün, zərər çəkən şəxsin ondan şikayət və tələbinin olmadığı üçün, bunu nəzərə alaraq işin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində o, dostu Şahid2lə ünvan 2 ünvanında yerləşən qarajların arasındakı kafedə görüşüb orada oturub çörək yeməklə spirtli içki qəbul etmişlər. Həmin gün saat 23 radələrində onlar kafedən çıxıb evə gedən zaman o, Ziyanın içkili halda avtomobil idarə etməməsi üçün onu taksi ilə evinə yola salmaq istəmişdir. Həmin vaxt Ziya bildirmişdir ki, Yasamal rayonu, A.Abbasov küçəsi 16 ünvanında yerləşən obyektinin yanında saxladığı avtomobilindən bir neçə əşyasını götürüb evinə elə getsin. Bu məqsədlə onlar qeyd olunan ünvana doğru yaxınlaşan zaman Ziyanın obyektinin qarşısında iki nəfər cavan oğlanın moped təmir etdiyini və istifadə etdikləri ehtiyyat hissələrini Ziyanın yeni təmir etdiyi obyektinin qarşısına yığaraq oranı çirkləndirdiklərini görmüşlər. Bu zaman Ziya həmin iki cavan oğlana yaxınlaşaraq onlara mopedin yağlı detallarını yerə vurdurduğu aqlayın üzərinə qoymamalarını və oraları çirkləndirməmələrini bildirmişdir. Həmin şəxslər də bildirmişlər ki, onlar buranı çirkləndirmirlər. Həmin vaxt Ziya ilə həmin iki oğlandan fiziki cəhətdən böyük olan Amil arasında sözlü mübahisə yaranmışdır. O, digər oğlanı yəni Aqili çiynindən itələməklə bir qədər kənara çəkərək ona Ziyanın içkili olduğunu işarə edib mübahisəni böyülməmələrini bildirmişdir. Həmin vaxt Ziya ilə mübahisə edən Amil arasında münaqişə böyüdüyü üçün sonuncular əlbəyaxa olmuşlar. Bu zaman onun yanında olan sonradan Amilin qardaşı olduğunu öyrəndiyi Aqil adlı oğlan əlində olan vintaçanı yerə ataraq onu sol sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. O da dərhal Aqili yumruqla sifət nahiyəsindən vurmuş və Aqil tarazlığını itirərək yerə oturmuşdur. Bu zaman o, Aqilin yaxasından tutaraq yerdən qaldırıb blokun giriş qapısına sıxıb saxlamışdır. Aqil bu vəziyyətdə ona yumruqlar atsa da, sonuncunun yumruqları ona dəyməmişdir. Həmin vaxt blokun qapısı açılmış və üç nəfər şəxs bayıra çıxaraq onun üzərinə cummuşlar. Həmin şəxslərdən sonradan adının Adil olduğunu öyrəndiyi fiziki cəhətdən kök olanı onu yumruqla alın nahiyəsindən vurmuşdur. O, dərhal Aqili qucaqlayıb özünə sıxmışdır ki onu vurmaq istəyənlərin zərbəsi Aqilə dəysin. Bu zaman gözləmədiyi anda görmədiyi istiqamətdən kimsə görə bilmədiyi hansısa bir əşya və ya alətlə onu sağ gicgah nahiyəsindən vurmuşdur. Həmin zərbənin təsirindən onun başı qanadığı üçün aşağı əyilmişdir. Bu zaman Amil onu qarın nahiyəsindən təpiklə vuraraq boğmağa başlamışdır. Həmin vaxt Ziya qışqırmışdır ki adamı öldürdünüz. Bu anda elə bil üstündən kimisə götürmüşlər. O, bir qədər özünə gəlib ayağa qalxarkən kimsə kürək nahiyəsindən onu vurmuşdur. Həmin vaxt qarşısında olan Adil ona doğru bıçaq atmışdır. O, Adilin bıçaq zərbəsindən yayınaraq əllərini tutub burmaqla həmin bıçağı onun əlindən alıb üstündə olan Aqili vurmuşdur ki, üzərindən çəkilsin. O. bıçaqla Aqili vurduqdan sonra başına toplaşmış şəxslərin hamısı qaçaraq oradan uzaqlaşmışlar. O da gedib bir qədər əvvəl yemək yediyi yaxınlıqda yerləşən kafedə əl-üzünü yuyub həmin yerə qayıdanda hadisə yerində tanıdığı heç kimin olmadığını görərək çıxıb evinə getmişdir. Sonradan öyrənmişdir ki, həmin şəxslər onunla Ziyadan Yasamal RPİ-nin 28-ci PB-nə şikayət etmişlər. Bundan sonra o da həmin bölməyə gedərək hadisə vaxtı döyülüb xəsarət almağı ilə bağlı şikayət etmişdir. Həmin münaqişə dostu Ziyanın Aqil və Amilə onun obyektinin qarşısını çirkləndirməmələri barədə irad tutması səbəbindən baş vermiş və 15-20 dəqiqə davam etmişdir. Həmin vaxt ilk öncə Aqil onu vurduğu üçün o qayıdıb Aqili vurmuşdur. Bu zaman onların yaşadığı binanın blokundan çıxan Adil onu alın nahiyəsindən və tanımadığı bir şəxs görə bilmədiyi bir əşya ilə onu baş nahiyəsindən vurduqdan sonra Amil sonradan onun üzərinə cumaraq onu yumruqla bir neçə dəfə baş nahiyəsindən vurmuşdur. O, həmin hadisə zamanı heç bir yerdən bıçaq götürməmiş, qeyd olunan bıçağı Aqilin balaca qardaşı Adil onu vurmaq istyən zaman sonuncunun əlindən alıb Aqili sol kürək altı nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt bıçağın Aqilin əlini hansı şəraitdə kəsməsini bilməmişdir. Qeyd olunan bıçaq onda olduğu üçün o, həmin bıçağı istintaqa təqdim etmişdir. Həmin vaxt birinci Aqil və Adil qardaşları onları vurmuş və bıçaq da onların qardaşı Adildə olmuş, o, həmin bıçağı sonuncunun əlindən almışdır. O, Ziya ilə Amilin arasında olan dava-dalaşı görməsə də Ziyanın Amili onun üzərindən götürdüyünü görmüşdür. Həmin vaxt onu ilk öncə Aqil yumruqla sifət nahiyəsindən, sonra onların balaca qardaşları olduğunu öyrəndiyi Adil adlı oğlan yumruqla alın nahiyəsindən, görə bilmədiyi bir şəxs, görə bilmədiyim əşya olduğunu düşündüyü bir predmetlə onu sağ gicgah nahiyəsindən vurmuş, daha sonra isə Amil sinəsində oturub onu sifət və qol nahiyələrindən bir neçə dəfə yumruqla, qarın nahiyəsindən isə təpiklə vurmuşdur. Həmçinin görə bilmədiyi başqa şəxslər də onların üstünə tökülmüşlər və ona xəsarət yetirmişlər. O, hadisə vaxtı spirtli içki qəbul etsə də, özünü idarə edə bilirmiş bu səbəbdən də tarazlığını itirərək yerə yıxılmamışdır. Həmin bıçaq qəhvəyi rəngli taxta dəstəyi olan, təxminən 20-25 sm uzunluqda, birtərəfli kəsicilik xüsusiyyətinə malik mətbəx bıçağı olmuşdur. Özünün törətdiyi əmələ görə Yasamal Rayon Məhkəməsinin hökmü ilə CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilinib, hökm çıxarılmışdır. Həmin iş üzrə də o zərərçəkmiş şəxslə barışmışdır. Hazırkı cinayət işi üzrə də təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş ziyan tam ödənilmişdir, təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur, bunu nəzərə alaraq məhkəmədən təqsirləndirilən şəxslərin cəzalandırılmamasını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, əkiz qardaşı Amil və balaca qardaşı Adil ilə birlikdə moped vasitəsi ilə paketçi işləyirlər. xx.xx.2021ci il tarixdə saat 23 radələrində o, və əkiz qardaşı Amil yaşadığı ünvan 3 ünvanının qarşısında işlədikləri mopedi təmir edən zaman iki nəfər sonradan adının Ziya və İldırım olduğunu öyrəndiyi şəxslər mobil telefonda danışdığı şəxslə nalayiq ifadələr işlədərək onlar tərəfə gəlmişlər. Onlar həmin şəxslərin yaxınlıqda olan restorandan çıxdıqlarını görüb sərxoş olduqlarını düşünərək onlara fikir verməmişdir. Həmin şəxslər onlara yaxınlaşan zaman Ziya adlı şəxs onlara irad bildirmişdir ki guya onlar sonuncuya məxsus obyektin qabağında yerə məişət tullantıları atırlar. Bu zaman o və qardaşı həınin şəxslərə bildirmişdir ki. onlar bu məhəllədə yaşayır və burada heç bir yerə zibil atmırlar. Həmçinin zibilləri olanda yaxınlıqda olan məişət tullantıları qutusuna atırlar. Bu səpgidə qardaşı Amillə Ziya arasında söhbət gedən zaman Amil onlara demişdir ki. başa düşürlər içkili adamlarsınız nə deyirlərsə etsinlər söz söhbət yaranmasın. Bu söz onların xoşuna gəlmədiyi üçün Ziya blokun qarşısına zibil atanı söyməyə başlamışdır. Elə həmin vaxt İldırım onu kənara çəkib şillə ilə sifət nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman o, İldımın üzərinə qışqırmışdır ki, niyə onu vurur. Həmin vaxt İldırım onun baş nahiyəsinə iki dəfə yumruqla zərbə endirmişdir. Qardaşı Amil onun səsinə onlara yaxınlaşaraq İldırımı yumruqla sifət nahiyəsindən vurmuşdur. İldirim başını aşağı əydiyi üçün Amil İldırımın baş nahiyəsindən yenə yumruqla vuran zaman İldırım yerə yıxılmışdır. Ziya isə qardaşı Amilin üzərinə cumaraq onu arxadan müxtəlif bədən nahiyələrindən əl və ayaq zərbələri ilə vururmuş. O, isə araya girərək qardaşı ilə İldırımı aralaşdırmağa çalışırmış. Həmin vaxt oraya üzdən tanıdığı lakin adlarını bilmədiyi qonşular və balaca qardaşı Adil gəlib onları aralaşdırmışdır. Bundan sonra Ziya onların yanında qalmış, İldırım isə yaxınlıqdakı kafeyə doğru getmişdir. Onlar isə təmir eldikləri mopedi binanın blokuna salmışlar. Bir qədər sonra bir neçə nəfər şəxs onlara yaxınlaşaraq İldırımı kimin vurduğunu soruşmuşlar. Onlarda həmin şəxlərə İldırımı onların vurduğunu bildirib, sonuncunun etdiyi hərkətləri danışmışlar. Həmin vaxt İldırım əlində bıçaqla onların üzərinə doğru gələn zaman sonuncunun qarşısına birinici balaca qardaşı Adil çıxmışdır. O. İldırımın əlində olan bıçaqla Adili vuracağını görüb onu kənara çəkmişdir. Bu zaman İldırım əlində olan bıçaqla onu sol kürək altı nahiyəsindən vurmuşdur. Həmin vaxt o. çönüb İldırımın əlindən bıçağı amaq istəyən zaman bıçaq onun sol əlinin baş barmağı ilə işarət barmağının arasını kəssədə o, İldırımın əlindən bıçağı alıb kənara atmışdır. İldırım isə onu arxadan qucaqlayıb fənd işlədərək qaldırıb ağzı üstə yerə çırpmışdır. Bundan sonra İldırım qaçaraq oradan uzaqlaşmışdır. Oda həmin vaxt dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışdırlar. Onu xx.xx.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Yasamal rayonu, A.Abbasov küçəsi bina 16 ünvanının qarşısında İldırım adlı şəxs ilk öncə şillə və yumruqla sifət və baş nahiyəsindən daha sonra isə bıçaqla sol kürəkallı və sol əlinin birinci barmağından xəsarət yetirmişdir. Həmin münaqişə Ziya və İldırım adlı şəxslərin sərxoş vəziyyətdə onlara əsassız iradlar tutması və onları yüksək səslə nalayiq ifadələrlə təhqir etməsi səbəbindən baş vermiş, səs-küyə hadisə yerinə üzdən tanıdığı qonşular və tanımadığı çoxlu sayda şəxslər toplaşmışdır. Həmin münaqişə təxminən 25-30 dəqiqə davam etmişdir. O, həmin vaxt İldırımın əlindən bıçağı alıb yerə atmış, lakin sonradan həmin bıçağı hadisə yerində nə qədər alxarsalar da, tapa bilməmişlər. Həmin bıçaq qəhvəyi rəngli taxat dəstəyi olan təxminən 20 sm uzunluqda olmaqla, tiyə hissəsi birtərəfli kəsicilik funksiyasına sahib mətbəx bıçağı olmuşdur. Həmin münaqişə zamanı İldırım onu vurduğu üçün qardaşı Amil də İldırımı vurmuşdur. Başqa heç kim İldırımı nə əli ilə, nə də ki başqa bir əşya ilə vurub xəsarət yetirməmişdir. Həmin vaxt İldırım sərxoş olduğu üçün tarazlığını itirib özü iki-üç dəfə yerə yıxılmışdır. Ola bilsin ki, həmin xəsarətləri yıxılan zaman alsın. Həmin vaxt bıçaq İldırımın əlində olub başqa heç kimdə bıçaq olmamışdır. Həmin vaxt heç kim Ziyanı döyüb xəsarət yetirməmişdir. Həmçinin Ziyada hadisə vaxtı ona heç bir xəsarət yetirməmişdir. Ziyanın harada və hansı şəriatdə xəsarət almasından xəbəri yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yasamal rayonu, A.Abbasov küçəsi 16 ünvanında yerləşən 9 mərtəbəli binanın birinci mərtəbəsində yerləşən özünə məxsus qeyri yaşayış sahələrinə nəzarət edir. O, orada bir neçə dəfə sonradan adılarının Amil və Aqil olduqlarını öyrəndiyi cavan oğlanlara irad bildirmişdir ki, onun obyektinin qarşısına zibil atıb çirkləndirməsinlər. xx.xx.2021- ci il tarixdə saat 19 radələrində o, dostu Zərərçəkmiş şəxslə ünvan 4 ünvanında yerləşən qarajların arasındakı kafedə görüşüb orada oturub çörək yeməklə spirtli içki qəbul etmişdir. Həmin gün saat 23 radələrində onlar kafedən çıxıb evə gedən zaman o, obyektinin yaxınlığında saxladığı avtomobilindən bir sıra əşyalarını götürüb taksi ilə evinə getmək üçün qeyd olunan ünvana doğru yaxınlaşmışlar. Bu zaman obyektinin qarşısında iki nəfər cavan oğlanın moped təmir etdiyini və istifadə etdikləri ehtiyyat hissələrini yeni təmir etdirdiyi obyektinin qarşısına yığaraq oranı çirkləndirdiklərini görmüşdür. Bu zaman o. həmin iki cavan oğlana yaxınlaşaraq onlara mopedin yağlı ehtiyyat hissələrini və su qablarını yerə vurdurduğu aqlayın üzərinə qoymamalarını və oraları çirkləndirməmələrini bildirmişdir. Həmin şəxslər də bildirmişdir ki, oranı çirkləndirmirlər. Həmin vaxt onunla həmin iki oğlandan sonradan adının Amil olduğunu öyrəndiyi oğlan aqressiv şəkildə danışaraq kobudluq elməyə başlamışdır. Bu zaman o Amillə mübahisə etmiş, İldırım isə Aqillə mübahisə etmiş, həmin vaxt İldırımla Amilin qardaşı Aqil arasında münaqişə yaranmışdır, bir birlərini vurmuşlar. Qeyd olunan münaqişə zamanı həmin oğlanların yaşadığı blokdan çıxan şəxslər ildırımın üzərinə gedərək sonuncunu vurmağa başlamışlar. Amil də yenidən İldırımın üzərinə cumaraq onu vuran zaman o. arxadan Amilə yaxınlaşıb onu çəkib kənara atmışdır. Həmin vaxt İldırım üstü başı qan içində onların əlindən çıxıb ayağa qalxan zaman yenidən orada olan şəxslər İldırımın üzərinə cummuşlar. Bu zaman o, eşilmiş ki, kimsə “bıçaqlandı” “bıçaqlandı” deyə qışqırır. Bundan sonra Amil və yanında olan şəxslər sakitləşmişlər. Orada olan şəxlsərdən kimsə Amil və qardaşına onları həkimə aparmağı təklif etsələr də, onlar həkimə getməyib DİN-in 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişlər. İldırım isə əl-üzünü yumağa getmişdir. O da çıxıb öz evinə getmişdir. Sonradan öyrənmişdir ki, həmin şəxslər o və İldırımdan Yasamal RPİ-nin 28-ci PB-nə şikayət elmişlər. Daha sonra o da həmin bölməyə gedərək həmin hadisə vaxtı döyülüb xəsarət alması ilə bağlı şikayət etmişdir. Həmin münaqişə onun Aqil və Amilə obyektinin qarşısını çirkləndirməmələri barədə irad tutması səbəbindən baş vermiş və 20-30 dəqiqə davam etmişdir. Həmin vaxt ilk öncə Amil ildırımı yumruqla vurmuş, daha sonra onların yaşadığı binanın blokundan çıxan şəxslər İldırımı görə bilmədiyi bir əşaya ilə baş nahiyəsindən vurduqdan sonra Aqilin qardaşı Amil də yenidən İldırımın üzərinə cumaraq onu yumruqla bir neçə dəfə baş nahiyəsindən vurmuşdur. Həmin hadisə zamanı İldırım heç bir yerdən bıçaq götürməmiş, qeyd olunan bıçağı qarşı lərəfözü gətirmişdir. Həmin vaxt o, orada heç kimi söyməmişdir. Həmin bıçağı Amil və ya qardaşları hadisə yerinə gətirmişdir. Orada İldırım heç bir yerə gedib bıçaq götürməmişdir. Münaqişə zamanı onu tanımadığı bir şəxs gözləmədiyi bir anda vuraraq dərhal oradan uzaqlaşmış, həmin şəxsin kim olduğunu bilməmişdir. Onu vuran şəxsi nə o. nə də ki orada olan şəxlsərdən heç biri tanımamışdır. Onun gördüyü qədəri ilə həmin şəxsin Aqil, Amil və Adil qardaşları ilə də heç bir əlaqəsi olmamışdır. Başqa heç kim ona heç bir bədən nahiyəsindən xəsarət yetirməmişdir. Eyni zamanda o da Amil və ya başqa birinə heç bir bədən xəsarəti yetirməmişdir. Zərərçəkmiş şəxs isə Amildən başqa digər qardaşı Adil də vurmuşdur. Həmçinin görə bilmədiyi başqa şəxslər də İldırıma xəsarət yetirmişlər. Hadisə vaxtı spirtli içki qəbul elsələr də. İldırım özünü idarə edə bilirmiş, bu səbəbdən də tarazlığını itirərək yerə yıxılmamışdır. Zərərçəkmiş şəxs Şahid1 xəsarət yetirdiyi bıçaq qəhvəyi rəngli laxta dəstəyi olan təxminən 20-25 sm uzunluqda, bir tərəfli kəsicilik xüsusiyyətinə malik mətbəx bıçağı olmuşdur. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 1070 saylı, xx.xx.2021-ci il tarixli ekspert rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər sağ alın-təpə və qarın nahiyələrinin əzilmiş yaraları küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdilər, dərəcəsinə görə hər biri ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-213/2022 saylı, 04 iyul 2022-ci il tarixli hökmünə əsasən Zərərçəkmiş şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Zərərçəkmiş şəxs 14 mart 2022-ci il tarixdən 16 mart 2022-ci il tarixədək, yəni 2 (iki) gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddət azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilmiş, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması hökm edilmişdir. Həmin hökmə əsasən Zərərçəkmiş şəxs ona görə təqsirli bilinmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində tanışı Şahid2 ilə birlikdə sonuncuya məxsus ünvan 2 ünvanında yerləşən obyektin qarşısına gələn zaman orada özlərinə məxsus mopedi təmir edən Şahid1 və Təqsirləndirilən şəxs1 guya həmin ərazini təmir etdikləri mopedin tullantıları ilə çirkləndirmələri barədə irad tutmaları səbəbindən aralarında baş vermiş münaqişə zamanı heç bir əsaslı səbəb olmadan özünün şəxsiyyətini orada olan digər şəxslərin şəxsiyyətinin fövqündə tutaraq öz üstünlüyünü nümayiş etdirməklə ictimai yer hesab olunan yaşayış binasının qarşısında ucadan səs-küy salmaqla cəmiyyətdə bərqərar olunmuş birgəyaşayış və davranış qaydalarına məhəl qoymayaraq ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərib istintaqa məlum olmayan mənbədən əldə edib silah qismində istifadə etdiyi zavod üsulu ilə hazırlanmış məişət təyinatlı soyuq silah hesab edilməyən bıçaqla Şahid1 sol kürək altı nahiyəsindən qəsdən vuraraq ona sol kürəkaıltı nahiyənin deşilmiş-kəsilmiş yarası və sol İ barmaqarası nahiyənin kəsilmiş yarası kimi dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Həmin cinayət işin üzrə hökmə əsasən təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində o, dostu Şahid2lə ünvan 2 ünvanında yerləşən qarajların arasındakı kafedə görüşüb orada oturub çörək yeməklə spirtli içki qəbul etmişlər. Həmin gün saat 23 radələrində onlar kafedən çıxıb evə gedən zaman o, Ziyanın içkili halda avtomobil idarə etməməsi üçün onu taksi ilə evinə yola salmaq istəmişdir. Həmin vaxt Ziya bildirmişdir ki Yasamal rayonu, A.Abbasov küçəsi 16 ünvanında yerləşən obyektinin yanında saxadığı avtomobilindən bir neçə əşyalarını götürüb evinə elə getsin. Bu məqsədlə onlar qeyd olunan ünvana doğru yaxınlaşan zaman Ziyanın obyektinin qarşısında iki nəfər cavan oğlanın moped təmir etdiyini və istifadə etdikləri ehtiyat hissələri Ziyanın yeni təmir etdiyi obyektinin qarşına yığaraq oranı çirkləndirdiklərini görmüşlər. Bu zaman Ziya həmin iki cavan oğlana yaxınlaşaraq onlara mopedin yağlı detallarını yerə vurdurduğu aqlayın üzərinə qoymamalarını və buraları çirkləndirməmələrini bildirmişdir. Həmin şəxslərdə bildirmişlər ki onlar buranı çirkləndirmirlər. Həmin vaxt Ziya ilə həmin iki oğlandan fiziki cəhətdən böyük olan Amil arasında sözlə mübahisə yaranmışdır. O, digər oğlanı yəni Aqili çiynindən itələməklə bir qədər kənara çəkərək ona Ziyanın içkili olduğunu işarə edib mübahisəni böyütməmələrini bildirmişdir. Həmin vaxt Ziya ilə mübahisə edən Amil arasında münaqişə böyüdüyü üçün onlar əlbəyaxa olmuşlar. Bu zaman onun yanında olan sonradan Amilin qardaşı olduğunu öyrəndiyi Aqil adlı oğlan əlində olan vintaçanı yerə ataraq onu sol sifət nahiyəsindən bir dəfə yumruqla vurmuşdur. Oda dərhal Aqili yumruqla sifət nahiyəsindən vurmuş və Aqil tarazlığını itirərək yerə oturmuşdur. Bu zaman o, Aqilin yaxasından tutaraq yerdən qaldırıb blokun giriş qapısına sıxıb saxlamışdır. Aqil bu vəziyyətdə ona yumruqlar atsada sonuncunun yumruqları ona dəyməmişdir. Həmin vaxt blokun qapısı açılmış və üç nəfər şəxs bayra çıxaraq onun üzərinə cummuşlar. Həmin şəxslərdən sonradan adının Adil olduğunu öyrəndiyi fiziki cəhətdən kök olanı onu yumruqla alın nahiyəsindən vurmuşdur. O, dərhal Aqili qucaqlayıb özünə sıxmışdır ki onu vurmaq istəyənlərin zərbəsi Aqilə dəysin. Bu zaman gözləmədiyi anda görmədiyi istiqamətdən kimsə görə bilmədiyi hansısa bir əşya və ya alətlə onu sağ gicgah nahiyəsindən vurmuşdur. Həmin zərbənin təsirindən onun başı qanadığı üçün aşağı əyilmişdir. Bu zaman Amil onu boğmağa başlamışdır. Həmin vaxt Ziya qışqırmışdır ki adamı öldürdünüz. Bu anda elə bil üstündən kimisə götürmüşlər. O, bir qədər özünə gəlib ayağa qalxarkən kürək nahiyəsindən kimsə onu vurmuşdur. Həmin vaxt qarşısında olan Adil ona doğru bıçaq atmışdır. O, həmin Adilin bıçaq zərbəsindən yayınaraq əllərin tutub burmaqla həmin bıçağı onun əlindən alıb üstündə olan Aqili vurmuşdur ki üzərindən çəkilsin. O, bıçaqla Aqili vurduqdan sonra başına toplaşmış şəxslərin hamısı qaçaraq oradan uzaqlaşmışlar. O da gedib bir qədər əvvəl yemək yediyi yaxınlıqda yerləşən kafedə əl üzünü yuyub həmin yerə qayıdanda hadisə yerində tanıdığı heç kimin olmadığını görərək çıxıb evinə getmişdir. Sonradan öyrənmişdir ki həmin şəxslər o və Ziyadan Yasamal RPİ-nin 28-ci PB-nə şikayət etmişlər. Bundan sonra oda həmin bölməyə gedərək həmin hadisə vaxtı döyülüb xəsarət almağı ilə bağlı şikayət etmişdir. Həmin münaqişə dostu Ziyanın Aqil və Amilə onun obyektinin qarşısını çirkləndirməmələri barədə irad tutması səbəbindən baş vermiş və 15-20 dəqiqə davam etmişdir. Həmin vaxt ilk öncə Aqil onu vurduğu üçün o qayıdıb Aqili vurmuşdur. Bu zaman onların yaşadığı binanın blokundan çıxan Adil onu alın nahiyəsindən və tanımadığı bir şəxs gör bilmədiyi bir əşaya ilə onu baş nahiyəsindən vurduqdan sonra Amil sonradan onun üzərinə cumaraq onu yumruqla bir neçə dəfə baş nahiyəsindən vurmuşdur. O, həmin hadisə zamanı heç bir yerdən bıçaq götürməmiş qeyd olunan bıçağı Aqilin balaca qardaşı olduğunu öyrəndiyi Adil adlı kök oğlan onu vurmaq istəyən zaman Adilin əlindən alıb Aqili sol kürək altı nahiyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt bıçağın Aqilin əlini hansı şəraitdə kəsməsini bilməmişdir. Qeyd olunan bıçaq onda olduğu üçün o həmin bıçağı istintaqa təqdim etmişdir. Həmin vaxt birinci Aqil və Adil qardaşları onları vurmuş və bıçaqda onların qardaşı Adildə olmuş, o, həmin bıçağı sonuncunun əlindən almışdır. O, Ziya ilə Amilin arasında olan dava-dalaşı görməsədə Ziyanın Amili onun üzərindən götürüyünü görmüşdür. Həmin vaxt onu ilk öncə Aqil yumruqla sifət nahiyəsindən, sonra onların balaca qardaşları olduğunu öyrndiyi Adil adlı oğlan yumruqla alın nahiyəsindən, görə bilmədiyi bir şəxs, görə bilmədiyim əşya olduğunu döşüdüyü bir predmetlə onu sağ gicgah nahiyəsindən vurmuş, daha sonra isə Amil sinəsində oturub onu sifət və qol nahiyələrindən bir neçə dəfə yumruqla vurmuşdur. Həmin vaxt onu Amildən başqa Aqil və digər qardaşları Adildə vurmuşdur. Həmçinin görə bilmədiyi başqa şəxslərdə ona xəsarət yetirmişlər. Onuda qeyd etmişdir ki, o hadisə vaxtı spirtli içki qəbul etsədə özünü idarə edə bilirmiş bu səbəbdəndə tarazlığını itirərək yerə yıxılmamışdır. Həmin bıçaq qəhvəyi rəngli taxta dəstəyi olan təxminən 20-25 sm uzunluqda, bir tərəfli kəsiçilik xüsusiyytinə malik mətbəx bıçağıdır. Həmin cinayət işi üzrə hökmə əsasən zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, xx.xx.2021-ci il tarixdə xəsarət alması ilə bağlı DİN-in 102 ximdətinə o, məlumat vermişdir. O, ekiz qardaşı Amil və balaca qardaşı Adil ilə birlikdə moped vasitəsi ilə paketçi işləyirlər. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o və ekiz qardaşı Amil yaşadığı ünvan 3 ünvanının qarşısında işlədikləri mopedi təmir edən zaman iki nəfər sonradan adının Ziya və İldırım olduğunu öyrəndiyi şəxslər mobil telefonda danışdığı şəxslə nalayiq ifadələr işlədərək onlar tərəfə gəlmişlər. Onlar həmin şəxslərin yaxınlıqda olan restorandan çıxdıqlarını görüb sərxoş olduqlarını düşünərək onlara fikir verməmişdir. Həmin şəxslər onlara yaxınlaşan zaman Ziya adlı şəxs onlara irad bildirmişdir ki guya onlar sonuncuya məxsus obyektin qabağında yerə məişət tullantıları atırlar. Bu zaman o və qardaşı həmin şəxslərə bildirmişdir ki, onlar bu məhəllədə yaşayır və burada heç bir yerə zibil atmırlar. Həmçinin zibilləri olanda yaxınlıqda olan məişət tullantıları qutusuna atırlar. Bu səpgidə qardaşı Amillə Ziya arasında söhbət gedən zaman Amil onlara demişdir ki, başa düşürlər içkili adamlarsınız nə deyirlərsə etsinlər söz söhbət yaranmasın. Bu söz onların xoşuna gəlmədiyi üçün Ziya blokun qarşısına zibil atanı söyməyə başlamışdır. Elə həmin vaxt İldırım onu kənara çəkib şillə ilə sifət nahiyəsindən bir dəfə vurmuşdur. Bu zaman o, İldımın üzərinə qışqırmışdır ki niyə onu vurur. Həmin vaxt İldırım onun baş nahiyəsinə iki dəfə yumruqla zərbə endirmişdir. Qardaşı Amil onun səsinə onlara yaxınlaşaraq İldırımı yumruqla sifət nahiyəsindən vurmuşdur. İldlrım başını aşağı əydiyi üçün Amil onun baş nahiyəsindən yenə yumruqla vuran zaman İldırım yerə yıxılmışdır. Ziya isə qardaşı Amilin üzərinə cumaraq onu arxadan müxtəlif bədən nahiyələrindən əl və ayaq zərbələri ilə vururmuş. O, isə araya girərək qardaşı ilə İldırımı aralaşdırmağa çalışırmış. Həmin vaxt oraya üzdən taıdığım lakin adlarını bilmədiyi qonşular və balaca qardaşı Adil gəlib onları aralaşdırmışdır. Bundan sonra Ziya onların yanında qalmış, İldırım isə yaxınlıqdakı kafeyə doğru getmişdir. Onlar isə təmir etdikləri mopedi binanın blokuna salmışlar. Həmin vaxt Ziya onlara məxsus mopedlərdən birini aşırdıb yerə yıxaraq onları təhqir etmişdir ki onunla münaqişə etsinlər. Lakin orada olan qonşular buna imkan verməmişdirlər. Bir qədər sonra bir neçə nəfər şəxs onlara yaxınlaşaraq İldırımı kimin vurduğunu soruşmuşlar. Onlarda həmin şəxlərə İldırımı onların vurduğunu bildirib, sonuncunun etdiyi hərkətləri danışmışlar. Həmin vaxt İldırım əlində bıçaqla onların üzərinə doğru gələn zaman sonuncunun qarşısına birinici balaca qardaşı Adil çıxmışdır. O, İldırımın əlində olan bıçaqla Adili vuracağını görüb onu kənara çəkmişdir. Bu zaman İldırım əlində olan bıçaqla onu sol kürək altı nahiyəsindən vurmuşdur. Həmin vaxt o, çönüb İldırımın əlindən bıçağı amaq istəyən zaman bıçaq onun sol əlinin baş barmağı ilə işarət barmağının arasını kəssədə o, İldırımın əlindən bıçağı alıb kənara atmışdır. İldırım isə onu arxadan qucaqlayıb fənd işlədərək qaldırıb ağzı üstə yerə çırpmışdır. Bundan sonra İldırım qaçaraq oradan uzaqlaşmışdır. Oda həmin vaxt dərhal DİN-in 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və hadisə yerinə polis əməkdaşları gələrək müvafiq sənədləşmə işləri aparmışdırlar. Onu xx.xx.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Yasamal rayonu, A.Abbasov küçəsi bina 16 ünvanının qarşısında İldırım adlı şəxs ilk öncə şillə və yumruqla sifət və baş nahiyəsindən daha sonra isə bıçaqla sol kürəkaltı və sol əlinin birinci barmağından xəsarət yetirmişdir. Həmin münaqişə Ziya və İldırım adlı şəxslərin sərxoş vəziyyətdə onlara əsassız iradlar tutması və onları yüksək səslə nalayiq ifadələrlə təhqir etməsi səbəbindən baş vermiş, səs küyə hadisə yerinə üzdən tanıdğı qonşular və tanımadığı çoxlu sayda şəxslər toplaşmışdır. Həmin münaqişə təxminən 25- 30 dəqqə davam etmişdir. O, həmin vaxt İldırımın əlindən bıçağı alıb yerə atmış, lakin sonradan həmin bıçağı hadisə yerində nə qədər atxarsalarda tapa bilməmişlər. Həmin bıçaq qəhvəyi rəngli taxat dəstəyi olan təxminən 20 sm uzunluqda olmaqla tiyə hissəsi bir tərəfli kəsicilik funksiyasına sahib mətbəx bıçağı olmuşdur. Həmin münaqişə zamanı İldırım onu vurduğu üçün qardaşı Amil də İldırımı vurmuşdur. Başqa heç kim İldırımı nə əlli ilə nədəki başqa bir əşya ilə vurub xəsarət yetirməmişdir. Həmin vaxt İldırım sərxoş olduğu üçün tarazlığını itirib özü iki üç dəfə yerə yıxılmışdır. Ola bilsin ki həmin xəsarətləri yıxılan zaman alsın. Həmin vaxt bıçaq İldırımın əlində olub başqa heç kimdə bıçaq olmamışdır. Həmin vaxt heç kim Ziyanı döyüb xəsarət yetirməmişdir. Həmçinin Ziyada hadisə vaxtı ona heç bir xəsarət yetirməmişdir. Ziyanın harada və hansı şəraitdə xəsarət almasından xəbəri yoxdur. Həmin cinayət işi üzrə hökmə əsasən şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ifadəsində göstərmişdir ki, o, ekiz qardaşı Aqil və balaca qardaşı Adil ilə birlikdə moped vasitəsi ilə paketçi işləyirlər. xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o və ekiz qardaşı Aqil yaşadığı ünvan 3 ünvanının qarşısında işlədikləri mopedi təmir edən zaman iki nəfər sonradan adının Ziya və İldırım olduğunu öyrəndiyi şəxslər mobil telefonda danışdığı şəxslə nalayiq ifadələr işlədərək onlara tərəf gəlmişlər. Onlar həmin şəxslərin yaxınlıqda olan kafedən çıxdıqlarını görüb sərxoş olduqlarını düşünərək onlara fikir verməmişlər. Həmin şəxslər onlara yaxınlaşmış və onlardan Ziya adlı şəxs onlara irad bildirmişdir ki guya onlar blokun qabağında yerə məişət tullantıları atırlar. Bu zaman onlar həmin şəxslərə bildirmişdir ki bu məhəllədə yaşarlar və burada heç bir yerə zibil atmırlar. Həmçinin zibilləri olanda yaxınlıqda olan məişət tullantıları qutusuna atırlar. Bu barədə o, Ziya ilə söhbət edən zaman onlara demişdir ki, içkili olduqlarını başa düşdükləri üçün və söz söhbət yaranmasın deyə nə deyirlərsə etməyə hazırdırlar. Bu söz həmin şəxslərin xoşuna gəlmədiyi üçün Ziya blokun qarşısına zibil atanı söyməyə başlamışdır. Elə həmin vaxt İldırım Aqili kənara çəkib aparmışdır. O, Ziya ilə söhbət edən zaman anidən qardaşı Aqilin “sən kimsən məni vurursan” sözünü eşidib onlar tərəfə getmişdir. İldırımın yumruqla qardaşını vurduğunu görən kimi oda yumruqla İldırımı sifət nahiyəsindən vurmuşdur. İldırım başını aşağı əydiyi üçün dizi ilə İldırımı aşağıdan yuxarıya doğru sifət nahiyəsindən vurub boynundan tutaraq sıxmağa başlamışdır. Həmin vaxt Ziya arxadan ona hücum edib başının arxa nahiyəsi və qaburğa nahiyələrindən yumruqla bir neçə dəfə zərbələr endirmişdir. Aqil isə araya girərək onları aralaşdırmağa çalışmış. Həmin vaxt oraya üzdən taıdığı lakin adlarını bilmədiyi qonşular və balaca qardaşı Adil gəlib onları aralaşdırmışdır. Bundan sonra Ziya onların yanında qalmış, İldırım isə yaxınlıqdakı kafeyə doğru getmişdir. Onlar isə təmir etdikləri mopedi binanın blokuna salmışlar. Bir qədər sonra bir neçə nəfər şəxs onlara yaxınlaşaraq İldırımı kimin vurduğunu soruşmuş, onlarda həmin şəxlərə İldırımı onun vurduğunu və sonuncunun etdiyi hərkətləri danışmışlar. Bu zaman İldırım əlində bıçaqla onların üstünə doğru gələn zaman sonuncunun qarşısına birinici balaca qardaşı Adil çıxmış, həmin vaxt onun qarşısını Ziya kəsdiyi üçün o Ziya ilə münaqişə edirmiş. Ziya onu yumruqla baş nahiyəsindən vururmuş. Həmin vaxt o, qardaşı Aqilin bədənindən qan axdığını görüb qışqırmışdır ki bıçaqladılar kömək edin. Lakin onlara heç kim köməklik etməmişdir. Hadisə yerinə gələn polis əməkdaşları onlara kömək edib qardaşını xəstəxnaya aparmışlar. Həmin vaxt polislər gələndə artıq o, görmüşdürki İldırım və Ziya qaçıb gediblər. Həmin münaqişə zamanı onu xx.xx.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Yasamal rayonu, A.Abbasov küçəsi bina 16 ünvanının qarşısında İldırım və Ziya adlı şəxslər baş nahiyəsindən vurublar. Qardaşı Aqili isə İldırım öncə şillə və yumruqla sifət və baş nahiyəsindən daha sonra isə bıçaqla sol kürəkaltı və sol əlinin birinci barmağından vuraraq xəsarət yetirmişdir. Həmin münaqişə Ziya və İldırım adlı şəxslərin sərxoş vəziyyətdə onlara əsassız iradlar tutması və onları yüksək səslə nalayiq ifadələrlə təhqir etməsi səbəbindən baş vermişdir. Səs küyə hadisə yerinə üzdən tanıdğı qonşular və tanımadığı çoxlu sayda şəxslər toplaşmış, münaqişə təxminən 25-30 dəqqə davam etmişdir. Hadisı vaxtı İldırımın qardaşı Aqilə xəsarət yetirdiyi bıçaq qəhvəyi rəngli taxat dəstəyi olan təxminən 20 sm uzunluqda olmaqla tiyə hissəsi bir tərəfli kəsicilik funksiyasına sahib mətbəx bıçağı olmuşdur. Həmin vaxt İldırım qardaşı Aqili vurduğu üçün İldırımı ancaq o vurmuş, başqa heç kim İldırımı nə əli ilə nədəki başqa bir əşya ilə vurub xəsarət yetirməmişdir. Hadisə vaxtı İldırım sərxoş olduğu üçün tarazlığını itirib özü iki üç dəfə yerə yxılmışdır. Ola bilsin ki, həmin xəsarətləri yıxılan zaman alsın. Həmin vaxt bıçaq İldırımın əlində olub başqa heç kimdə bıçaq olmamışdır. Həmin vaxt heç kim Ziyanı döyüb xəsarət yetirməmişdir. Əksinə Ziya onu vurub xəsarət yetirmişdir. Ziyanın harada və hansı şəriatdə xəsarət almasından xəbəri yoxdur. Onu münaqişə zamanı İldırım və Ziya adlı şəxslər döysədə onların ona vurduqları zərbələrin izləri bədənində qalmamışdır. O, həmin zərbələrin təsirindən fiziki ağrılar hiss etmişdir. Həmin cinayət işi üzrə hökmə əsasən şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində o, evdə olan zaman qardaşları Aqil və Amil yaşadığı ünvan 3 ünvanının qarşısında işlədiyi mopedi təmir edirlərmiş. O, bir müddət sonra həyətdən səs gəldiyini eşidib eyvandan həyətə baxan zaman görmüşdür ki, bir nəfər sonradan adının İldırım olduğunu öyrəndiyi şəxs qardaşı Aqillə, digər tərəfdə isə sonradan adının Ziya olduğunu öyrəndiyi şəxsin qardaşı Amillə mübahisə edirlər. O, dərhal evdən çıxıb həyətə düşən zaman görmüşdür ki, İldırım qardaşı Aqili yaxasından tutub blokun qapısına sıxıb. O, İldırımın qardaşı Aqili buraxması üçün bir dəfə yumruqla İldırımı alın nahiyəsindən vurmuşdur. Bu zaman İldırım zərbənin təsirindən qardaşı Aqili buraxb arxaya doğru gedib yerə yıxılmışdır. Lakin İldırım yenidən yerdən qalxıb onların üzərinə gəlsədə onlar İldırımın içkili olduğunu görüb söhbətin böyüməməsi üçün bir neçə dəfə İldırımı özlərindən geri itələmiş və nəticədə İldırım yıxılıb duraraq yenidən onların üzərinə gəlirmiş. Bir qədər sonra İldırım binanın yaxınlığında yerləşən kafeyə doğru gedib oradan bıçaq götürərək onlara doğru gəlmişdir. Həmin vaxt o, İldırımın qabağına keçib qarşısını almağa çalışarkən İldırım onu bıçaqla vurmaq istəyən zaman qardaşı Aqil İldırımın qarşısına keçdiyi üçün sonuncu əlində olan bıçaqla Aqili sol kürək altı nahiyəsindən vurmuşdur. Bu zaman Aqil qışqırmışdır ki onu bıçaqla vurdu. Bundan sonra hər kəs sakitləşmiş və onlar qardaşını xəstəxanaya aparmağa çalışmışlar. Həmin ərəfədə İldırım və Ziya hadisə yerindən uzaqlaşıb getmişlər. Həmin münaqişə Ziya və İldırım adlı şəxslərin sərxoş vəziyyətdə qardaşlarına əsassız iradlar tutması və onları yüksək səslə nalayiq ifadələrlə təhqir etməsi səbəbindən baş vermişdir. Səs küyə hadisə yerinə üzdən tanıdığı qonşular və tanımadığı çoxlu sayda şəxlər toplaşmışdır. Həmin münaqişə təxminən 25-30 dəqqə davam etmişdir. Həmin bıçaq açıq qəhvəyi rəngli taxta dəstəyi olan təxminən 20 sm uzunluqda olmaqla tiyə hissəsi bir tərəfli kəsicilik funksiyasına sahib mətbəx bıçağı olmuşdur. O, hadisə yerinə gələnə kimi İldırım və Ziya qardaşları ilə əlbəyaxa olmuşlar. O, İldırımı bir dəfə alın nahiyəsindən yumruqla vurmuşdur ki qardaşı Aqilin yaxasını buraxsın. Bundan başqa İldırımı nə o, nədəki başqa biri küt əşya ilə baş nahiyəsindən vurmamışdır. Həmin vaxt onun əlində bıçaq olmamış, İldırım özünə haqq qazandırmaq üçün yalan danışır. Həmin bıçağı İldırım yaxınlıqdakı kafedən gətirib qardaşına xəsarət yetirmişdir. Münaqişə zamanı o heç bir bədən xəsarəti almamışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməl Cinayət Məcəlləsinin 221.2.1-cü maddəsi ilə düzgün tövsif edilməmişdir. Onların törətdiyi əməl Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Təqsirləndirilən şəxsin törətdiyi əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməli olduğuna dair mövqeyini məhkəmə aşağıdakılarla əsaslandırır. Belə ki, araşdırılan yuxarıdakı sübutlarla əslində baş vermiş hadisə bundan ibarət olmuşdur ki, hazırkı iş üzrə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 qardaşdırlar, həmçinin Zərərçəkmiş şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə zərərçəkmiş şəxs olmuş Şahid1la da qardaşdırlar. Həmçinin Təqsirləndirilən şəxs1 Şahid1la əkiz qardaşdırlar. Amil və Aqil qardaşları ittiham aktında göstərilən vaxtda və yerdə, həmin vaxtı faydalı işlə məşğul olurmuşlar. Belə ki, onlar həmin vaxtı əmək fəaliyyəti ilə məşğul olduqları mopedi təmir edirmişlər. Bu zaman İldırım və Ziya onlara yaxınlaşmış, İldırım və Ziya içkili olmuşdur. Ziya həmin qardaşlara oranı çirkləndirməkləri barədə irad bildrimişdir. İş materiallarındakı Zərərçəkmiş şəxs barədəki CM-nin 221.3-cü maddə silə çıxarılmış Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən də görünür ki, (verilmiş ittihamın məzmununda qeyd edilmişdir) Ziyanın həmin qardaşlara tutduğu irad əsassız olmuşdur. Çünki hökmdə də göstərilmişdir ki, “guya” qardaşlar təmir etdikləri mopedin tullantıları ilə oranı çirkləndirir, buna görə də Ziya onlara irad bildirmişdir. Hazırkı ittihamda təqsirləndirilən şəxslərin xuliqanlıq əməlləri törətməsinə əsas olmuş “cüzi səbəb kimi göstərilən” Ziyanın onlara “həmin yeri təmir etdikləri mopedin tullantıları ilə çirkləndirmələri barədə tutmuş olduqları haqlı iradları səmimi qəbul etməmələri səbəbindən aralarında baş vermiş münaqişə” öz təsdiqini tapmır. Çünki həm Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən həm də hazırkı iş üzrə məhkəmə istintaqı zamanı müəyyən edilir ki, qardaşlar mobedlərini təmir etdirərkən oranı çirkləndirmirlər. Hətta Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmündən də görünür ki, Zərərçəkmiş şəxs verilmiş ittihamda həmin fakt təsdiqedici formada qeyd edilməmiş, həmin fakt əslində Zərərçəkmiş şəxs qarşı verilmiş ittihamda, onun xuliqanlıq hərəkətləri törətməsinə əsassız cüzi səbəb kimi qeyd edilmişdir. Həmin faktiki hal hökmdə belə qeyd edilmişdir: “Zərərçəkmiş şəxs tanışı Şahid2 ilə birlikdə sonuncuya məxsus ünvan 2 ünvanında yerləşən obyektin qarşısına gələn zaman orada özlərinə məxsus mopedi təmir edən Şahid1 və Təqsirləndirilən şəxs1 guya həmin ərazini təmir etdikləri mopedin tullantıları ilə çirkləndirmələri barədə irad tutmaları səbəbindən aralarında baş vermiş münaqişə zamanı heç bir əsaslı səbəb olmadan”. Göründüyü kimi hazırkı ittihamda “cüzi səbəb” kimi göstərilən fakt təsdiqini tapmamışdır. Belə bir vəziyyətdə əslində mopedlərini təmir edən qardaşlara içkili vəziyyətdə Şahid2 və Zərərçəkmiş şəxs yaxınlaşıblar. İçkili vəziyyətdə olan Şahid2 qardaşlara iradını bildirib, qardaşlar isə oranı çirkləndirməməklərini bildiriblər. Həmçinin qardaşlar görüblər ki, Ziya və İldırım içkilidir, ona görə də söz-söhbət olmasın deyə onlarla mübahisəyə girişməyiblər. Onlara bildiriblər ki, içkili olduqlarını başa düşdükləri üçün və söz söhbət yaranmasın deyə nə deyirlərsə etməyə hazırdırlar. Bu söz Ziya və İldırımın xoşuna gəlmədiyi üçün Ziya blokun qarşısına zibil atanı söyməyə başlamışdır. Elə həmin vaxt İldırım Aqili kənara çəkib aparmışdır. O, Ziya ilə söhbət edən zaman anidən qardaşı Aqilin “sən kimsən məni vurursan” sözünü eşidib onlar tərəfə getmişdir. İldırımın yumruqla qardaşını vurduğunu görən kimi o da yumruqla İldırımı sifət nahiyəsindən vurmuşdur. Bununla da görünür ki, Amil və Aqil qardaşları mübahisəyə meyilli olmamışlar, mübahtisəyə meyilli Ziya və İldırım olmuşdur. Mübahisəni də onlar başlamışlar və davam etdirərək, son nəticədə İldırımın Aqili vurması və münaqişənin böyüyərək İldırımın xuliqanlıq etməsi ilə davam etmişdir. Amilin İldırımı vurmasının səbəbi ilə İldırımın onun qardaşı Aqili vurması, Aqilin İldırıma “sən kimsən məni vurursan” ifadəsi işlətməsindən sonra qardaşını döyən adamın qardaşını döyməsinin qarşısını alması, İldırımın qardaşını döyməsini dərk edib, bundan acıqlanıb İldırımı vurması olmuşdur. Təqsirləndirilən şəxs2 törətdiyi əmələ gəldikdə isə, görünür ki, Adil hadisə başlayan vaxtı orada olmamış. Münaqişəyə səbəb olacaq hərəkət etməmiş. Münaqişə səbəbindən mənzildən çölə çıxmış və həyətə düşən zaman görmüşdür ki, İldırım qardaşı Aqili yaxasından tutub blokun qapısına sıxıb. O, İldırımın qardaşı Aqili buraxması üçün bir dəfə yumruqla İldırımı alın nahiyəsindən vurmuşdur. Beləliklə Adilə qarşı verilmiş ittihamdan da görünür ki, belə bir şəraitdə Zərərçəkmiş şəxs “yumruqla bir dəfə alın nahiyyəsindən qəsdən vuraraq yetirdiyi xəsarətə” görə Təqsirləndirilən şəxs2 “xuliqanlıq” etməsi ittihamı verilmişdir. Bununla da baş vermiş hadisədən də görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş ldırım İsayevə xəsarətlər yetirərkən onların hərəkətlərində ictimai qaydanı kobud surətdə pozma, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə faktları və əməlləri mövcud deyildir. Mübahisənin səbəbkarı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 olmamışlar. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hər hansı bir cüzi səbəb gətirərək, ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə etməsi halı baş verməmişdir. “Cəmiyyət”, ”ictimai qayda” dedikdə, bu insanlardan ibarət toplum, insanların iştirak etdiyi və yaratdığı ictimai qayda başa düşülür. Buna görə də insanlar olmayan yerdə “cəmiyyətə”, “ictimai qaydaya” hörmətsizlik, “ictimai qaydanı” pozma faktı baş verə bilməz. “İctimai qaydanı kobud surətdə pozma”, “cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə” əməli insanların olmadığı mühitdə mümkün deyildir. Hazırkı cinayət işi üzrə “cəmiyyət” üzvləri, “ictimai qayda” iştirakçıları dedikdə, ittiham aktından və toplanmış sübutlardan görünür ki, həmin vaxtı həmin yerdə olmuş cəmiyyət üzvləri kimi insanlardan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, zərərçəkmiş Zərərçəkmiş şəxs (hansı ki özü həmin hadisədə CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilib, bu cür şəəxsə qarşı hansı “İctimai qaydanı kobud surətdə pozma”, “cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə” əməli törədilə bilər?), şahidlər Şahid1 (hansı ki həmin zamanda, məkanda və şəraitdə həmin şəxs Zərərçəkmiş şəxs CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən cinayət işinin zərərçəkənidi, bu şəxsə münasibətdə “İctimai qaydanı kobud surətdə pozma”, “cəmiyyətə açıqca hörmətsizlik ifadə etmə” əməli Zərərçəkmiş şəxs tərəfindən törədilib)), Şahid2 (hansı ki, əslində ilkin olaraq mübahisənin başlamasına səbəb olan hərəkətlər etmişdir, bu fakt Zərərçəkmiş şəxs barəsindəki hökmdə öz təsdiqini tapır) və Zərərçəkmiş şəxs üzərinə düşmüş adlarını bilmədikləri insanlar. Hətta ifadələrdən də görünür ki, “binada olan çoxsaylı insanlar” Zərərçəkmiş şəxs üzərinə düşmüşlər. Bu hal onu təsdiq edir ki, “xuliqanlıq” cinayətinin əsas obyekti olan “ictimai qayda” iştirakçıları olan həmin yerdə olan “binada olan çoxsaylı insanlar”, həmçinin “xuliqanlıq” cinayətinin əlavə obyekti olan “insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlərin” iştirakçısı olan yenə də həmin “binada olan çoxsaylı insanlar” məhz cəmiyyətə, ictimaiyyətə qarşı hörmətsizliyin məhz Zərərçəkmiş şəxs tərəfindən törədildiyini şüurlarında dərk edərək məhz onun üstünə düşmüşlər. Həmin insanların şüurunda ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxsin, yəni xuliqanlıq törədən şəxsin Zərərçəkmiş şəxs olduğu dərk edilmişdir. Hazırkı iş üzrə ibtidai istintaq orqanı tərəfindən hadisə törədilən vaxtda və yerdə olmuş, “xuliqanlıq” cinayətinin əsas obyekti olan “ictimai qayda” iştirakçıları olan hər hansı bir insanın, həmçinin “xuliqanlıq” cinayətinin əlavə obyekti olan “insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlərin” iştirakçısı olan hər hansı bir insanın həmin hadisə nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətləri nəticəsində və məhz həmin hərəkətlərin hansı hissəsi ilə və hansı formada, hansı şəkildə “ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinin” nədən ibarət olmasına dair şahid ifadələri mövcud deyildir. Həmçinin nəzərə alınmalıdır ki, cinayət işi materiallarındakı müstəntiq X3 “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarında Zərərçəkmiş şəxs əməlini CM-nin 221.3-cü maddəsi ilə tövsif etmişdir. Həmin qərarda CM-nin 221.3-cü maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işinin istintaq materiallarından, yəni Zərərçəkmiş şəxs barədə tərtib edilərək məhkəmə göndərilmiş ittiham aktı üzrə cinayət işi materiallarından, hansı ki həmin iş üzrə Yasamal Rayon Məhkəməsi tərəfindən hökmdə çıxarılmışdır, Zərərçəkmiş şəxs və Şahid2 bədən səthlərində aşkar olunmuş xəsarət faktına görə ********* saylı cinayət işindən CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi ayrılmışdır. Bununla da müstəntiq baş vermiş həmin hadisədə Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər üzrə CM-nin 128-ct maddəsinin tərkib əlamətlərini aşkar etsə də, sonradan heç bir əsaslandırma aparmadan Zərərçəkmiş şəxs CM-nin 221.3-cü maddə üzrə təqsirləndirildiyi cinayət işi üzrə xx.xx.2022-ci il tarixdə hökm çıxarıldıqdan sonra “Sübutların qiymətləndirilməsi” haqqında xx.xx.2022-ci il tarixli qərarla ayrıca icraata ayrılmış iş üzrə əməli “Cinayət işi üzrə törədilmiş cinayət əməlinin tövsif edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarla CM-nin 221.2.1-ci maddəsinə tövsif etmişdir. Eyni müstəntiq baş vermiş vahid hadisə üzrə, hansı ki cinayətin iştirakçıları, zərər çəkmişlərin hammısının eyni vaxtda baş vermiş hadisə üzrə eyni sübutlarla gah Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər üzrə baş vermiş hadisəni CM-nin 128-ci maddəsi üzrə tövsif edir, gah da eyni sübutlar üzrə hadisə CM-nin 221.2.1-ci maddəsi üzrə tövsif edir. xx.xx.2022-ci il tarixli tövsif qərarı 1 səhifədən ibarət olmuşdur, təsviri əsaslandırıcı hissə 4 abzasdan ibarət olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq hərəkətləri ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər kimi təsbit edilmişdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının xx.xx.2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2006-cı il tarixli qərarında göstərilir ki, CM-nin 221-ci maddəsinin maddənin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni zamanda nəzərə alınmalıdır ki, hər hansı cinayət əməlinin törədildiyi yer və şərait də onun xuliqanlıq kimi tövsif edilməsinə təsir edən mühüm amillərdəndir. Belə ki, şəxsi ədavət zəminində yaranan, o cümlədən zərərçəkənin səhv əməlləri və sair hərəkətlərindən irəli gələn, ailədə, mənzildə, qohumlara və ya tanışlara qarşı təhqir, döymə, yüngül və ya az ağır bədən xəsarətləri yetirmə, əmlakı dağıtma və sair bu kimi hərəkətlər, ictimai qaydanı pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə etməklə müşayiət olunmayıbsa, xuliqanlıq kimi qiymətləndirilməməlidir. Həmin əməllər CM-in şəxsiyyət əleyhinə, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunmalıdır. Cinayət qanununun bu maddəsinin tərkibi üçün istər əşyaların məhv etmə xüsusiyyətlərinin, istərsə də təqsirkarın xuliqanlıq hərəkətlərində bu xüsusiyyətlərdən istifadə etmə məqsədinin göstərilməsi müstəsna əhəmiyyət kəsb edir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında göstərilir ki: Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu xuliqanlıq cinayət əməlinin əlamətlərinin açıqlanmasını vacib hesab edir. Cinayət hüququnda ictimai qayda dedikdə, ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmçinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərardadında göstərilir ki: Nəzərə alınmalıdır ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” 2021-ci il 7 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun 2011-ci il 20 may tarixli Qərarında da göstərildiyi kimi, xuliqanlıq cinayətinin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi məqsədi ilə qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsində göstərilən əməl subyektiv cəhətdən ictimai qaydanın məhz xuliqanlıq motivi ilə kobud surətdə pozulması niyyətində ifadə olunur. Belə ki, təqsirkarın, şəxslər üzərində zor tətbiq etməklə və ya əmlakı məhv etmək yaxud zədələməklə ictimai qaydanı pozduğunu və cəmiyyətə açıq hörmətsizlik etdiyini dərk etməsi və bunu arzulaması, yalnız o halda cəmiyyət və ictimai qayda əleyhinə yönələn hərəkət kimi qiymətləndirilə bilər ki, bu əməl xuliqanlıq motivindən irəli gəlsin və şəxsi münasibətlər zəminində törədilməmiş olsun. Təhqir, xəsarət yetirmə, sağlamlığa zərər vurma və şəxsi-qərəzçilik münasibətlərinə əsaslanan, məişətdə və ya istehsalatda ailə üzvlərinə, qohumlara, tanışlara və ya həmkarlara qarşı törədilən digər əməllər yalnız o zaman xuliqanlıq cinayət tərkibini yarada bilər ki, onlarda ictimai qaydanı kobud surətdə pozmağa dair qəsd əlamətləri olsun. Təqsirkar şəxsin digər cinayət-hüquqi mühafizə obyektlərinə (şəxsiyyət, mülkiyyət və s.) qarşı hərəkəti o halda xuliqanlıq kimi tövsif oluna bilər ki, bu hərəkətlər həmin şəxs tərəfindən birbaşa ictimai münasibətlərin kobud pozuntusu ilə müşayiət olunsun. Burada xüsusilə nəzərə alınmalıdır ki, oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun B.Yusifovanın şikayəti üzrə 2006-cı il 17 fevral tarixli Qərarında da əks olunmuşdur. Belə ki, həmin Qərarda vurğulanmışdır ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 2004-cü il 23 mart tarixli 1 saylı qərarının 3-cü bəndinə qeyd etmişdir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar). Cinayət Məcəlləsinin 3-cü maddəsinə uyğun olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu baxımdan, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Beləliklə, məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Bundan əlavə qeyd edilən maddə üzrə də əhəmiyyət yetiriləsi bir çox hallar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarlarında öz əksini tapmışdır. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2004-cü il tarixli Qərarının 3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma vəbu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. “Məhkəmə hökmü haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarının 30-cu bəndində qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin müvafiq maddəsində bu və ya digər əlamət şəxsin təqsirli bilindiyi cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti kimi nəzərdə tutulduqda, cinayət əməli təsvir edilərkən həmin əlamətin sadəcə qeyd edilməsi ilə kifayətlənməməli, cinayətin təsvirində bu əlamətin mövcud olduğunu göstərən konkret faktlar da əksini tapmalıdır. Məsələn, xuliqanlıq cinayəti təsvir edilərkən CM-in 221.1-ci maddəsinin dispozisiyasına əsasən bu cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlamətləri kimi çıxış edən “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər” ifadəsi sadəcə təsvir edilməməli, bununla yanaşı cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən, hərəkətin qərəzliliyini aşkarlayan hallar əməlin təsvirində yer almalıdır. Eynilə, əgər şəxsin təqsirli bilindiyi CM-in müvafiq maddəsinin dispozisiyasında başa çatmış cinayətin mövcudluğu konkret halların qiymətləndirilməsindən asılı olan “ağır nəticə”, “mühüm zərər”, “əhəmiyyətli zərər” kimi kriminal nəticələrin baş verməsi ilə əlaqələndirilirsə, cinayət əməlinin təsvirində həmin nəticələrlə uyğunluq təşkil edən konkret hallar da öz əksini tapmalı və hökmün təsviri-əsaslandırıcı hissəsində məhkəmənin hansı kriteriyalara və sübutlara əsasən nəticəni “ağır” və yaxud zərəri “mühüm” və s. kimi qiymətləndirdiyi əsaslandırılmalıdır. Xüliqanlıq cinayətinin mahiyyəti barədə, həmçinin xüliqanlıq cinayəti işləri üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin yuxarıda qeyd edilən qərarlarında kifayət qədər açıqlama verilmişdir. Həmin Qərarlardan da göründüyü kimi şəxsin törətdiyi əməlin “xüliqanlıq” cinayəti kimi qiymətləndirilməsi üçün təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Xuliqanlıq cinayətinin törədilməsində şəxs təqsirləndirilirsə, onun törətmiş olduğu əməl üzrə toplanmış sübutların fiziki şəxsə yetirilən xəsarətlərin təsdiqinə kifayət etməklə yanaşı, həm də toplanmış sübutların məcmusu ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinin də təsdiq edilməsinə kifayət etməlidir. Lakin bundan fərqli olaraq verilmiş ittihamda və həmin ittihamın verilməsi üçün toplanılmış sübutlar yalnız və yalnız təqsirləndirilən şəxslərin törətdiyi əməl nəticəsində zərərçəkmiş fiziki şəxsə ittiham aktında sadalanan xəsarətlərinin yetirilməsinin müəyyən edilməsinə kifayət edir. Təqsirləndirilən şəxslərin törətdiyi əməl nəticəsində ictimai qaydanın kobud surətdə pozulması (bu cür pozuntunun mahiyyəti, bunun nədən ibarət olması göstərilməklə hadisə olan məkanda, zamanda, şəraitdə ictimai və ya şəxsi mənafelərə hansı əhəmiyyətli ziyanın vurulması, bu ziyanın nədə ifadə edilməsi və ya hadisə olan məkanda, zamanda, şəraitdə cəmiyyətdə insanlar arasında bərqərar olmuş hansı birgəyaşayış və hansı ədəb qaydalarının qərəzli surətdə pozulması, bu birgəyaşayış və ədəb qaydalarının nədən ibarət olması), cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin (vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan konkret faktın nədən ibarət olması, bunun təsdiqi barədə sübut) baş verməsi təsdiq edilmir. Bunun təsdiqinə kifayət edəcək sübutlar mövcud deyildir. Təqsirləndirilən şəxslərin hərəkətlərində xuliqanlıq motivinin olması, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunun müəyyən edilməsi toplanmış sübutlarla təsdiq edilmir. Ona görə də verilmiş ittihamdakı əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Sadalananlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, toplanmış sübutlarla təqsirləndirilən şəxslərin törətmiş olduğu əməlin xuliqanlıq kimi tövsif edilməsi üçün əsaslar yoxdur, hadisə xuliqanlıq kimi qiymətləndirilmir. Baş vermiş hadisə üzrə təqsirləndirilən şəxslərin törətmiş olduğu əməl, yəni törətmiş olduğu cinayətin obyekti Cinayət Məcəlləsinin 25-ci Fəslində tənzimlənən “İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ” yönəlməmiş, törətilmiş cinayətin obyekti Cinayət Məcəlləsinin 18-ci fəsildə tənzimlənən “HƏYAT VƏ SAĞLAMLİQ ƏLEYHİNƏ” yönəlmişdir. Belə olan halda, Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Bununla da məhkəmə hesab edir ki, məhkəmə istintaqı zamanı müəyyən edilən və yuxarıda təsvir olunan hallarla təqsirləndirilən şəxslərin əməlində ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsindən ibarət hərəkətlərin olub-olmaması istintaq orqanı tərəfindən ümumiyyətlə müəyyənləşdirilməmişdir. Onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında nəzərdə tutulan, tövsifedici əlamətlərin mövcud olmamasına baxmayaraq, əməlin xuliqanlıq kimi deyil, şəxsiyyət əleyhinə olan cinayət kimi qiymətləndirilməli olduğu halda, istintaq orqanı işin faktiki hallarına düzgün hüquqi qiymət vermədən, şəxsi mülahizələrə və ehtimallara əsaslanaraq, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməsi zərurəti olduğu halda bunu etməyərək təqsirləndirilən şəxslərin əməlini əsassız və qanunsuz olaraq, Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə tövsif etmişdir. Odur ki, məhkəmə qanunu rəhbər tutub işin obyektiv hallarına və iş üzrə tədqiq edilmiş sübutlara öz daxili inamına görə qiymət verərək belə nəticəyə gəlir ki, baş vermiş hadisə zamanı təqsirləndirilən şəxslər X5 və Təqsirləndirilən şəxs2 zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşı yönəlmiş qəsdi Cinayət Məcəlləsinin 25 Fəslində tənzimlənən “İCTİMAİ TƏHLÜKƏSİZLİK ƏLEYHİNƏ” qarşı deyil, o cümlədən 221-ci maddəsi ilə qorunan ictimai münasibətlərə qarşı deyil, Cinayət Məcəlləsinin 18-ci Fəslində tənzimlənən “HƏYAT VƏ SAĞLAMLİQ ƏLEYHİNƏ” yönələn hərəkətlərdə ifadə olunduğundan, onların əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə müəyyən edilmiş qəsdən sağlamlığa yüngül xəsarət yetirmə kimi tövsif edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Təqsirləndirilən şəxslərin törətdiyi əməlin hüquqi tövsifi kimi məhkəmə istintaqı zamanı müəyyən edilmiş CM-nin 128-ci maddəsi, təqsirləndirilən şəxslərin törətdiyi əməlin ibtidai istintaq dövrü tövsif edildiyi CM-nin 221.2.1-ci maddəsinə münasibətdə daha yüngül cinayət hesab edilir. CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin, şahidin ifadəsinə, məhkəmə hökmünə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən törədilməsi tam sübuta yetir, onların törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilməlidir. Lakin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən həmin Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. CPM-nin 43.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.1. dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə; 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxslər özlərini CM-nin 128-ci maddəsi ilə tam təqsirli bilir, törətdiyi əməli etiraf edir, əməlindən peşmandır, hazırda zərər çəkmiş şəxslə təqsirləndirilən şəxslər barışmışdır, zərər çəkmiş şəxsə dəymiş ziyan tam ödənilmişdir, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxslər və zərər çəkmiş şəxs cinayət işinin icraatına xitam verilməsini xahiş edirlər. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxslər barəsində xx.xx.2022-ci il tarixdə «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir. CPM-nin 175.5-ci maddəsinə əsasən müvafiq qətimkan tədbiri onun ləğvindən, dəyişdirilməsindən, habelə şübhəli və ya təqsirləndirilən şəxsin barəsində cinayət təqibinə xitam verildikdən və ya məhkuma təyin edilən cəza icraya yönəldikdən sonra qüvvədən düşmüş sayılır. Həmçinin iş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 4(001)- 1197/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs1 barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 15 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş üzrə məhkəmə xərci, maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 43, 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli, Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin və Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilindiyi əməli, Cinayət Məcəlləsinin 128-ci maddəsinə tövsif edilsin və Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri qüvvədən düşmüş sayılsın. Təqsirləndirilən şəxs1 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi1 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Təqsirləndirilən şəxs2 məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi2 ödənilmək üçün 400 (dörd yüz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar