Məhkəmə qərarları › İş №1(004)-424/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-424/2024

16.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-424/2024 16.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Məmmədli Orxan Qədir oğlu, Məhkəmə iclasının katibi: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1961-ci il tarixdə Zaqatala rayonunda doğulmuş, Azərbaycan Resbulikasının vətəndaşı, evli, məhkumluğu olmayan, fərdi əməklə məşqul olan, Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev prospekti inzibati binada qeydiyyatda olmaqla Xırdalan şəhəri ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqınla“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-itifadə etmə və ya aldatma yolu ilə ələ keçirmək məqsədi ilə X3 işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, tanışı vasitəsi ilə sonuncunun oğlu X7 həbsdən azad edilməsinə köməklik edəcəyi barədə həqiqətə uyğun olmayan vədlər verib vahid niyyətlə əhatə olunmuş qəsdlə davamlı olaraq Zərərçəkmiş şəxs kürəkəni Şahid1 ünvan 2 ünvanında xx.xx.2022-ci il tarixdə 5.000 (beş min) manat almış, xx.xx.2022-ci il tarixdə Şahid1 1.500 (min beş yüz) manat pulu Bakı şəhəri Xəzər rayonu Binə Atçılıq qəsəbəsində yerləşən ödəmə terminalı vasitəsilə onun pul kartına göndərmiş, sonuncu dəfə Yasamal rayonu Şəhriyar Əliyev küçəsi 6 ünavnında xx.xx.2022-ci il tarixdə 3.500 manat (üç min beş yüz) olmaqla ümumilikdə 10.000 (on min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirməklə zərər çəkmiş şəxs X3 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, məsələ X5 ilə bağlı olmuşdur. Oğlunun cəzaçəkmə müəssisəsində cəzasının azaldılmasını istəyirdi. Şahid2 ilə birgə işləyirdilər. Sübhan X4ynı nəvəsidir. Raziyə Məmmədovanın oğluna məhkəmə işində kömək edilməsi üçün vəkillə 10 000 manat məbləğində danışıq oldu. Pul onlara çatmalı idi. Onlara 3000 manat çatdırıldı. 7000 manatı isə özünə götürüb. Müharibə veteranıdır. İkinci qrup əlildir. Əlilliklə bağlı komissiyada olmalı idi. Pul lazım idi. Cavab gözləyirmiş. 10 000 puldan 5500 manat ödəmişdir. 4500 manat qalıb. Köçkünlər üçün tikilən binada fəhlə işləyir. Yaxın günlərdə maaş alan kimi 500 manat aylıq verəcək. Əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət törətməsini, ziyanın böyük hissəsinin ödənilməsini nəzərə alaraq ona yüngül cəzanın təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş X5 ifadəsində göstərmişdir ki, onun mərhum həyat yoldaşı rəhmətə getmişdi. Hələ qırxı təzə çıxmamış qəbrini söymüşdülər. Oğlu da gedib həmin adamı bıçaqlamışdır. Adam ölməmiş, sağdır. Buna baxmayaraq məhkəmə tərəfindən oğluna 11 il 3 ay cəza kəsilmişdir. O vaxtı məhkəmədə də iştirak edə bilməmişdir. Təqsirləndirilən şəxs kürəkəninin yanında fəhlə işləyib. Onlara xəbər gəlib çatıb ki, bəs guya onların məhkəmə işini həll edə bilər. Oğlunu türmədən çıxara biləcəyini iddia edirdi. Oğlu atası öləndən sonra onsuz da özündə deyildi. Üstəgəl də bu hadisə onları çox sarsıtmışdır. O, heç kimə yardım üçün yalvarmamışdır. Oruc deyirdi ki, onu ruhi dispanserə yerləşdirib həbsdən xilas edəcək. Olan-qalan pulunu Oruca vermişdir. İndi də qara qəpiyi yoxdur ki, uşağını müalicə etdirsin. Ona verdiyi pulu da bir az bankdan, bir az da sələm yolu ilə əldə etmişdir. Hazırda 4500 manat borcu qalıb. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, X1. Raziyə Məmmədovanın yoldaşı rəhmətə gedib. Məhkəmə prosesi vardı. Təqsirləndirilən şəxs ilə Şahid2 vasitəsi ilə tanış olmuşdurlar. Məhkəmədən onlardan işi həll etmək üçün 10 000 manat pul istəyiblər. O, pulu qaynanası Raziyə Məmmədova adından Təqsirləndirilən şəxs vermişdir. Qaynanası yataq xəstəsi olduğundan sərbəst hərəkət edə bilmir. Pulları Şamaxinka, Nərimanov və Yasamal ərazisində vermişdirlər. İlk dəfə 5000 manat istəmişdi. Vəd vermişdi ki, iş Ali Məhkəmədə xitam olunacaq. X6 adam bıçaqlamışdı. 11 il cəza vermişdilər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1lə iş yoldaşıdırlar. Hazırkı şəxsləri tanış etmişdir. Sonradan onlar arasında pul söhbəti olmuşdur. Görüşə gedəndə pul verilməsi barədə bilirdi. Təqsirləndirilən şəxs nə işlə məşğul olduğunu bilmir. Marağı olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Çoxdan tanıdığı Təqsirləndirilən şəxs 2022-ci ilin əvvəllərində ona müraciət edərək 1 saylı cəza çəkmə müəssəsində bir şəxsin cəza çəkdiyini və xəstə olduğunu bildirmişdir. Ona hüquqi köməklik göstərməyi xahiş etmişdir. Həmin vaxtlar da Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxsla cəzaçəkmə müəssisəsində cəza çəkən məhkumun qohumu Şahid1 və onun tanışı Sübhan adlı şəxslə görüşmüşlər. Onlara bacarıqlı vəkillə danışıb xəbər edəcəyini demiş, ilk növbədə cəza çəkən məhkumun xəstəxanada yatmasını, onun həqiqətən xəstə olub-olmamasının yoxlanılması vacib olduğunu bildirmişdir. Bu işin düzəlməsi üçün vəkillərlə məsləhətləşdikdən sonra nə qədər pul lazım olduğunu soruşacağını, bu işin çətin və çox vaxt aparacağını bildirmişdir. Bu söhbətdən sonra ayrılmışlar. Tanış vəkillərlə məsləhətləşdikdən sonra vəkil xidmətinə ödənilməsi üçün 3500 manat pul lazım olduğunu öyrənmiş, bu barədə Təqsirləndirilən şəxs bildirərək vəkil üçün 3500 manat pul lazım olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs da həmin şəxslərlə görüşüb 3500 manat pul araraq ona vermişdir. Həmin məbləğdən başqa Təqsirləndirilən şəxs pul istəməmişdir. Təqsirləndirilən şəxs 3500 manat puldan başqa ona pul verməmişdir. Təqsirləndirilən şəxs müraciətindən sonra vəkilnən maraqlanmış və həmin şəxs tibb məntəqəsində müalicə olunandan sonra Elgün Nəsibova kömək oluna biləcəyi müəyyən oluna bilər. Bununla əlaqədar həmin şəxslərə Raziyə Məmmədovaya onun oğlunun islah əmək müəssisəsində olan xəstəxanada əsəb xəstəliyindən bir müddət müalicə olunmağı töfsiyə olunmuşdur. Lakin buna baxmayaraq Raziyə Məmmədovanın cəzaçəkmə müəssisəsində çəza çəkən oğlu xəstəxanada yatmaqdan imtina etmişdir. Bir müddət keçdikdən sonra Təqsirləndirilən şəxs Şahid1 və qaynanası Raziyə adlı qadın işdən imtina etdiyini bildirərək verdiyi pulu geri tələb etmişlər. O da dərhal həmin gün 3500 manat pulu Təqsirləndirilən şəxs özünə qaytarmışdır, Onda bundan başqa heç bir pul yoxdur. Təqsirləndirilən şəxs verdiyi pulu Raziyənin kürəkəni Şahid1 qaytarmışdır. Qalan hər hansı məbləğ Təqsirləndirilən şəxs ozündə olmuşdur. Şahid1 və onun qaynına hüquqi yardım göstərmək istəmişdir. Onları aldatmaq fikrində olmamışdır. O, Təqsirləndirilən şəxs ifadəsini qismən təsdiq edir. Belə ki, Təqsirləndirilən şəxs Hakim adlı şəxsin cəzaçəkmə müəssisində cəza çəkən qohumunun cəzasının yüngülləşdirilməsinə və buraxılmasına köməklik göstərilməsini ondan xahiş etmişdir. Təqsirləndirilən şəxsla Şahid1 və onun tanışı Sübhanla Nərimanov ərazisində görüşmüşlər, həmin görüşdə belə işlərlə bağlı yaxşı vəkil lazım olduğunu bildirmişdir. Maraqlanıb Təqsirləndirilən şəxs xəbər edəcəyini bildirmişdir. Bir neçə gün vəkillə məsləhətləşdikdən sonra vəkil hüquqi yardım göstərilməsi üçün 3500 manat pul lazım olduğunu öyrəndikdən sonra Təqsirləndirilən şəxsla əlaqə saxlayaraq vəkil tərəfindən hüquqi yardım göstərilməsi üçün 3500 manat pul lazım oğlduğunu bildirmişdir. Ona bu işin həll olunmasına 10.000 manat lazım olduğunu bildirməmişdir. Təqsirləndirilən şəxs ona vəkilə verməsi üçün 3.500 manat pul vermişdir, Təqsirləndirilən şəxs hissə-hissə olaraq 3 dəfəyə Raziyə Məmmədovanın kürəkəni Hakimdən 10.000 manat pulu almasından həmin vaxt xəbəri olmamışdır. Vəkillərdən öyrənərək X8 azadlığa buraxılması üçün ilk öncə onun Ədliyyə Nazirliyinin qospitalında və daha sonra Ruhi-əsəb xəsatəxanasında yatacağını bildirmişdir. X14 xəstəxanada qalmağa razı olmadığı üçün köməklik göstərə bilməyəcəyini, Vəkillərin bu işi görə bilməyəcəyini Təqsirləndirilən şəxs bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxsla Xəzər rayonu Binə qəsəbsində Hakim və Raziyə ilə görüşmüşlər. Orada Raziyə pulunu tələb edəndə ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs bu işin həll olunması üçün 10000 manat pul almışdır. O da Təqsirləndirilən şəxs aldığı 3500 manat pulu qaytaracağını, pulun qalan hissəsinin ona aid olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs da orada Şahid1 10000 manat pulu aldığını və ona 3500 manat verdiyini təsdiq etmişdir. O da aldığı pulları qaytaracağını vəd etmişdir. Şahid1 və Təqsirləndirilən şəxs bu ifadələrini təsdiq edir. Şahid1 qayınanası Raziyə Məmmədova ilə birlikdə Təqsirləndirilən şəxs və onunla görüşdükdən sonra Şahid1 3000 manat pul qaytarmışdır, Təqsirləndirilən şəxs ona 500 manat borclu olduğuna görə ona vermiş 3500 manat pulun 3000 manatını Şahid1 qaytarmışdır. Elgün Nəsibovun həbsdən azad edilməsi məsələsinin həll edilməsi ilə bağlı Şahid1 ona pul verməmişdir. Təqsirləndirilən şəxs ona vəkil xidməti ilə əlaqədar 3500 manat pul vermişdir. Görüşərkən özünü DİN naziri Vilayət Eyvazovun qohumu kimi təqdim etməmiş, Təqsirləndirilən şəxs da işi DİN naziri Vilayət Eyvazovun qohumunun köməkliyi vasitəsilə düzəldəcəyini deməmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-in 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Həmin qərarda həmçinin qeyd edilir ki, dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi və görmək niyyətində olmadığı hallarda da baş verir. Azərbaycan Respublikası CM-nin CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsini ədalətli, qanunauyğun və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Həmçinin qanunvericilik cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2012-ci il tarixlə Qərarında müəyyən edilmişdir ki, Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, Konstitusiya Məhkəməsinin həmin qərarındakı mövqeynə uyğun olaraq hesab edir ki, aşağıdakı yüngülləşdirici hallar kimi nəzərə alınanlar da, həmin Qərardakı meyarlar əsasında müəyyən olunan müxtəlif hallara aid cəzanı yüngülləşdirən hallardır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayət işi üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın qismən ödənilməsini, ilk dəfə cinayət törətməsini, əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar mövcud deyildir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatətinin müdafiə edilməsindən imtina edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 3 (üç) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət (01 gün həbsdə olma müddəti 02 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla) ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 02 ay 26 gün (iki il iki ay iyirmi altı gün) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası onun yaşayış yeri üzrə Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs oğlunun üzərinə Bakı şəhəri, Abşeron rayonu və Sumqayıt şəhəri hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Orxan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar