Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-424/2025 24.09.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X6 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 2000-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam ali təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə xeyli miqdarda təmiz çəkisi 0,360 qram olan narkotik vasitə heroini, bir bükümdə xeyli miqdarda ümumi təmiz çəkisi 0,300 qram olan psixotrop maddə metamfetamini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,360 qram olan qəhvəyi rəngli maddə kustra üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 15:10 dəqiqədə ünvan 3 ünvanında yerləşən “Lukoil”-in baş ofisinin qarşısında Səbail RPİ 9-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Səbail RPİ 9-cu PŞ-nin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,360 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, xx.xx.2025-ci il tarixdə səhər saatlarında şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,300 qram olan maddə psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 22:10 dəqiqədə ünvan 5 ünvanında Yasamal RPİ 29-cu PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Yasamal RPİ 29-cu PŞ-nin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında onun üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan tünd rəngli cins şalvarın sol yan cibindən bir ədəd polietilen bükümdə təmiz çəkisi 0,300 qram ağ rəngli kristalşəkilli maddə psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, iki ildir ki, narkotik vasitə olan heroini ineksiya yolu ilə və fayqada çəkmək yolu ilə qəbul edir. İstifadəsində özünə məxsus Redmi markalı ***-***-**-** nömrəli mobil telefonu var. Həmin telefondan şəxsi işləri üçün istifadə edir. xx.xx.2025-ci il tarixdə xarici nömrədən istifadəsində olan həmin mobil telefonuna “Whatsapp” ani mesajlaşma proqramına İran İslam Respublikasının vətəndaşı olan, adını bilmədiyi və tanımadığı bir şəxs tərəfindən mesaj gəlmiş, həmin mesajda nağd və ya nisyə şəkildə narkotik vasitə almaq təklif olunmuş, həmin şəxsi tanımır, adını bilmir, ilk dəfə idi ki, ona mesaj yazmışdır və mobil nömrəni haradan, kimdən götürdüyünü bilmir. Onun təklif etdiyi narkotik vasitəni özü qəbul etməyi üçün nisyə olaraq almaq istədiyini söyləmiş və aralarında olan söhbət zamanı ondan alacağı 120 manat dəyərində olan narkotik vasitə heroinin pulunu onun kartına göndərəcəyinə vəd vermişdir. Belə ki, həmin pulu düzəldib onun nömrəsinə vatsapla zəng edib sonra kart nömrəsini alaraq sonra göndərəcəkdir. Bundan sonra həmin şəxsin ona göndərdiyi bir bükümdə olan narkotik vasitə heroini qoyuduğu ünvan 7 ünvana getmişdir. Həmin zaman orada olan çürük ağacın içərisində qoyulmuş 01 ədəd şəffaf selofana bükülü halda olan narkotik vasitə heroini götürmüşdür. Oradan bir az aralanmışdır ki, iki nəfər mülki geyimdə şəxslər ona yaxınlaşıb polis əməkdaşları olduqlarını bildirib xidməti vəsiqələrini göstərib onun narkotik vasitə ilə bağlı şübhəli olmağını deyərək üzərində şəxsi axtarış aparılması üçün 9-cu polis bölməsinə dəvət etmişdirlər. Polis bölməsinə gələn zaman üzərində narkotik vasitə olduğunu etiraf etmişdir. Bundan sonra polis bölməsində xidməti otaqların birində olarkən ona hüquq vəzifələri izah olunmuş, həmçinin hüquqlarını müdafiə etmək üçün vəkildə dəvət olunmuşdur. Həmin otaqda hər kəsin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən ona təklif olunmuşdur ki, üzərində olan qeyri qanuni əşyaları təqdim etsin. Buna görə də əynindəki gödəkçənin sağ yan cibində saxladığı “kakos” kimi tanıdığı narkotik vasitə olan heroini çıxardıb təqdim etmişdir. Sorğu zamanı üzərindən aşkar olunmuş həmin narkotik vasitə olan heroini həmin gün, yəni xx.xx.2025-ci il tarixdə xarici nömrədən istifadəsində olan mobil telefonuna “Whatsapp” ani mesajlaşna proqramına İran İslam Respublikasının vətəndaşı olan, adını bilmədiyi və tanımadığı bir şəxs tərəfindən mesaj gəldiyini, həmin mesajda nağd və ya nisyə şəkildə narkotik vasitə almaq təklif olunduğunu, bundan sonra nisyə olaraq həmin iranlıdan onlayn qaydada aldığını demişdir. Bundan sonra üzərində şəxs axtarış aparılmışdır, lakin iş üçün olan əhəmiyyət kəsb edən əşya dəlil aşkar olunmamışdır. Bundan sonra həmin bükümdə olan heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir, bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar tərəfində imzalanaraq heç bir əlavə və düzəliş edilməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən və ya polis orqanına gətirilərkən polis əməkdaşları tərəfindən hər-hansı fiziki zor və ya təzyiqə məruz qalmamışdır. Narkotik vasitələrin satışı ilə məşğul olmamış və başqa yerdə narkotik vasitə saxlamamışdır. Bundan başqa xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Yasamal rayonu ərazisində “Şamaxinka” adlanan ərazidə piyadalar üçün nəzərdə tutulan səkidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manat qarşılığında polietilen bükümdə içərisində psixotrop maddə olan metamfetamin alıb sonradan istifadə etməyi üçün üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində ünvan 5 ünvanında olan zaman iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərinin polis əməkdaşı olduqlarını bildirib onu saxlamışlar və onu Yasamal RPİ 29-cu PŞ-yə dəvət etmişdirlər. Polis əməkdaşları ilə birlikdə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinə gəlmişdir. Şöbənin inzibati binasında hüquq və vəzifələri ona izah edilmişdir, daha sonra dövlət hesabına təmin edilmiş müdafiəçinin iştirakı ilə iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya predmetləri könüllü surətdə verməyi təklif edildikdən sonra şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyi içərsində psixotrop maddəmetamfetamin olan bir ədəd polietilen bükümü təqdim etmişdir. Onda aşkar edilmiş psixotrop maddə polis əməkdaşları tərəfindən götürülərək müdafiəçinin və iştirakçıların iştirakı ilə açılmış və bundan sonra onlara şifahi olaraq izahat verərək həmin psixotrop maddəni hansı formada əldə etməyini bildirmişdir. Daha sonra isə həmin büküm zərfə qoyularaq qablaşdırılaraq möhürlənmişdir. Daha sonra isə bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırlmış zərfə onun, müdafiəçinin və iştirakçılar tərəfindən imzalanaraq tərkibinin ekspertiza tərəfindən müəyyən ediləcəyi bildirilmişdir. Üzərindən başqa heç bir predmet aşkar olunmamışdır. Saxlanılan zaman üzərində mobil telefon olmamış, narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə heç vaxt məşğul olmamış, həmişə özü qəbul etmək üçün almışdır. Üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetamini də şəxsi istifadəsi üçün almışdır. Polis əməkdaşları tərəfindən saxlanılan və üzərinə şəxsi axtarış aparılan zaman ona qarşı hər hansı psixi və ya fiziki zor və sair təzyiqlər göstərilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, qərəzsiz mənbədən məlumat alınmışdır ki, X1 rayonu ərazisində narkotik vasitələrin əldə edilməklə istifadı edir. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasının qarşısını vaxtında almaq üçün Şahid1 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə, saat 15:08 radələrində Təqsirləndirilən şəxs Səbail rayonun da yerləşən «LUKOİL» şirkətinin baş ofisinin qarşısında saxlamışlar və təxirə salınmadan onu 9-cu Polis bölməsinin inzibati binasına gətirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq xx.xx.2025-ci il tarixdə, saat 16:25 dəqiqədə bölmənin inzibati binasında, təhqiqatçının xidməti otağında onun, Şahid1, vəkil X7 iştirakları ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır Sonra təhqiqatçı tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, paltarında, əşyalarında və ya bədənində narkotik vasitə, qanunla dövriyyəsi qadağan edilmiş əşya, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə təqdim etsin, bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin cibindən 01 ədəd şəffaf selofana bükülü halda bükümü çıxarıb masanın üzərinə qoymuş, həmin bükümdə nə olmasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdəki «kakos» adı ilə tanıdığı narkotik vasitədir. Həmin narkotik vasitəni haradan və nə məqsədlə alması soruşulduqda təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xarici nömrədən «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə İran vətəndaşı olan adını bilmədiyi şəxs şəxs tərəfindən ona sms göndərilmiş və həmin simdə ona nisyə şəkildə narkotik vasitə təklif edilib, onunla razılaşmış və həmin İran vətəndaşının narkotik vasitəni qoyduğu konum yerinə gedib Səbail rayonu, H.Z.Tağıyev küçəsi 13 ünvanında olan «LUKOİL»in baş ofisinin yanına gedib həmin narkotik vasitəni götürmüşdür, narkotik vasitəni öz istifadəsi üçün əldə edib saxlamışdır. Sonra təhqiqatçının təklifi ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üst geyim paltarlarına baxış keçirilmiş və hər hansı qanunsuz əşya və ya sənəd aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmət etdiyi PŞ-nə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat haqqında dərhal Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 tərəfindən tərtib edilmiş raport əsasında Yasamal RPİ-nin 29-cu PŞ-nin rəhbərliyinə məruzə etmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və şöbənin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid4 ibarət əməliyyat qrupu yaradılmışdır. xx.xx.2025-ci il tarixdə saat 22:10 radələrində əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Bakı şəhəri, Yasamal rayonu ərazisin də dayandığını görüb ona yaxınlaşaraq özlərini təqdim edərək onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən olmuşdur ki, həqiqətən də o, Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ona Yasamal RPİ-nin 29-cu PŞ-nə getirmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə qərar qəbul edərək vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü əməliyat müvəkkili Şahid3 iştirakı ilə axtarış və götürmə keçirməyə başlamışdır. Təqsirləndirilən şəxs paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs özü könüllü olaraq əynindəki cins şalvarın cibindən 1 ədəd sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuş, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində ağ rəngli kristall şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunmuşdur. Eyni zamanda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olduğunu, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin metamfetamin adlanan psixotrop maddə olduğunu, xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq xx.xx.2025-ci il tarixdə gecə saatlarında polis əməkdaşları tərəfindən Yasamal rayonuda saxlandığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş yuxarıda göstərilən bükümdə olan psixotrop maddə metamfetamini öz istehlakı üçün qanunsuz əldə edərək özündə saxlamaqla daşımışdır. Onun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin psixotrop maddə metamfetamini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Şahidlər Səbail RPİ-nin 9-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid1 və Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid3 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş Şahid1 məhkəmə iclasında dindirilmiş Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. Həmçinin ibtidai istintaq zamanı ifadə vermiş Şahid3 məhkəmə iclasında dindirilmiş Şahid4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şəxsi axtarış və götürmə aparılması haqqında” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarın sol yan cibindən içərisində ağ rəngli kristal şəkilli maddə olan 1 ədəd sellofan bükümü çıxardıb təqdim etdi. Həmin bükümə baxan zaman içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edildi. O, həmin maddənin metafetamin kimi tanıdığı psixotrop maddə olduğunu, bu maddəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq xx.xx.2025-ci il tarixdə gecə saatlarında polis əməkdaşları tərəfindən Yasamal rayonu, D.Bünyadzadə küçəsi 3b ünvanın qarşısında saxlandığını, narkotik maddələrin satışı ilə məşğul olmadığını, başqa heç bir yerdə narkotik tərkibli maddələr saxlamadığını bildirdi. Həmin maddə ilə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublıkası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 169 saylı möhürü ilə möhürlənərək götürüldü. Həmçinin təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, lakin şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi (i.v. 29-30). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 05 mart 2025-ci il tarixli, 6/968 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “..Şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs ....” yazıları və imzaları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,300 qram olan ağ rəngli, kristalşəkilli maddə psixotrop maddə metamfetamindir (i.v. 39-43). “Maddi sübüt kimi tanınması haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış və götürmə aparılarkən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,300 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetaminin maddi sübut kimi tanınması, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,250 qram təşkil edən həmin psixotrop maddə - metamfetaminin saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı” na təhvil verilməsi qərara alınmışdır (i.v 73). “Diskə baxış keçirilməsi barədə” 07 mart 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 29-cu PŞ-nin baş təhqiqatçısı polis mayoru X8, Yasamal RPİ-nin 29-cu PŞ-nin CA üzrə əməliyyat müvəkkilləri-polis kapitanı Şahid3 oğlu və polis baş leytenantı Şahid4, müdafiəçi Bakı şəhəri Mərkəz Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.2025-ci il tarixdə saat 22:10da ünvan 8 ünvanın qarşısında şübhəli şəxs qismində saxlanılaraq Yasamal RPİ-nin 29-cu PŞnin inzibati binasına gətirilmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparılacağını elan etməsi, istintaq hərəkətinin “Samsung” markalı videokamera vasitəsi ilə qeydə alınacağını bildirməsi, bununla əlaqədar vəsatət və şikayət olub olmamağı barədə soruşulduqda şübhəli şəxs Təqsirləndirilən şəxs və iştirakçılar tərəfindən heç bir vəsatətinin və etirazının olmadığını bildirməsi, bundan sonra baş təhqiqatçı Anar Əlizadənin şübhəli şəxs Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsinin təklif olunması, Təqsirləndirilən şəxs özü barədə anket məlumatlarını bildirməsi, baş təhqiqatçı Anar Əlizadənin şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılarkən ona Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı Təqsirləndirilən şəxs heç bir vəsatətinin və ya etirazının olmadığını bildirməsi, bundan sonra şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 246-cı maddəsinin tələbləri izah olunaraq, həmin maddəyə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, pisxotrop maddə yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyalar və ya sənədlər varsa, könüllü təqdim etməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli cins şalvarının sol yan cibindən 1 ədəd sellofana bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyması, baş təhqiqatçısı Anar Əlizadə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümü açaraq içərisinə keçirilən baxış zamanı bükümün içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər maddə aşkar olunması, eyni zamanda baş təhqiqatçısı Anar Əlizadənin şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdə olan maddənin nədən ibarət olması, həmin maddəni nə vaxt, harada, kimdən neçəyə, hansı məqsədlə almasını soruşduqda şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bükümdə olan maddənin metamfetamin adlanan psixotrop maddə olduğunu, dünən, yəni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Yasamal rayonu, “Şamaxinka” adlanan ərazidə üzdən tanıdığı, adını bilmədiyi şəxsdən 30 manata aldığını və şəxsi istifadəsi üçün üzərində daşıyaraq xx.xx.2025-ci il tarixdə gecə saatlarında polis əməkdaşları tərəfindən Yasamal rayonu, D.Bünyadzadə küçəsi 3b ünvanın qarşısında saxlandığını bilməsi, bundan sonra baş təhqiqatçısı Anar Əlizadənin şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparması, lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmaması, bundan sonra baş təhqiqatçısı Anar Əlizadə tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd bükümü içərisindəki maddə ilə birlikdə içərisi boş ağ rəngli zərfin içərisinə yerləşdirməklə qablaşdırılaraq möhürləməsi, möhürlənmiş zərfin üzərinin şübhəli şəxs Təqsirləndirilən şəxs, müdafiəçi, polis əməkdaşları və baş təhqiqatçısı Anar Əlizadə tərəfindən imzalanması, baş təhqiqatçısı Anar Əlizadənin şübhəli şəxs Təqsirləndirilən şəxs götürülmüş bükümdə olan maddəni qablaşdırıldığı zərfdə ekspertizaya göndəriləcəyini bildirərək aparılan prosessual hərəkətlər barədə protokol tərtib olunacağını, videoçəkiliş diskə köçürülərək protokola əlavə olunacağını deyərək videoçəkilişin başa çatdığını bildirməsi müşahidə olunur (i.v. 75-76). “Şəxsi axtarış və götürmə aparılması haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs, qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd şəffaf selofana bükülü halda, içərisində tünd qəhvəyi rəngli, spesifik iyə malik olan maddəni təqdim edərək bildirdi ki, həmin maddə “kakos” kimi tanıdığı narkotik vasitədir. xx.xx.2025-ci il tarixdə xarici nömrədən “Whatsapp” ani mesajlaşma proqramına İran İslam Respublikasının vətəndaşı olan, adını bilmədiyi şəxs tərəfindən mesaj gəlmiş, həmin mesajda nisyə şəkildə narkotik vasitə təklif olunmuşdur. Bundan sonra həmin maddəni ünvan 7 ünvanda yerdən şəxsi istifadəsi üçün götürmüşdür. Həmin büküm 1 ədəd zərfə qoyulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün qablaşdırıldı və DİN-nin 166 saylı möhürü ilə möhürləndi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşya və sənədlər aşkar edilmədi (i.v. 117-118). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 22 fevral 2025-ci il tarixli, 6/850 saylı rəydən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs (imza)...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,360 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 128-132). “Diskə köçürülmüş görüntülərə baxış keçirilməsi haqqında” 05 mart 2025-ci il tarixli protokoldan görünür ki, Səbail RPİ-nin 9-cu Polis bölməsinin əməkdaşları və müdafiəçi qismində dəvət olunmuş vəkil X7 iştirakı ilə təhqiqatçı X12 tərəfindən 21 fevral 2025-ci il tarixdə 9- cu PB-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılıb Polis bölməsinə gətirilmiş Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilərək şəxsi axtarış və götürmənin videoçəkilişdən istifadə etməklə aparılacağı elan edilməsi, özü barədə anket məlumatlarını bildirməsi, Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmənin qərarı elan edilməsi, sonuncu üzərinə axtarışın aparılmasına etiraz etməməsi, daha sonra ona paltarında, əşyalarında və ya bədənində narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və sənədləri könüllü surətdə verməsinin təklif edilməsi, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən 01 ədəd kiçik şəffaf sellofana bükülü halda bükümü çıxarıb masanın üzərinə qoyması, həmin sorğu zamanı Təqsirləndirilən şəxs bükümdəki maddənin «kakos» adı ilə tanıdığı narkotik vasitə olmasını bildirməsi, xx.xx.2025-ci il tarixdə xarici nömrədən «WhatsApp» ani mesajlaşma proqramı vasitəsilə İran vətəndaşı olan adını bilmədiyi şəxs tərəfindən ona sms gəldiyini, həmin mesajla ona nisyə şəkildə narkotik vasitə təklif edilməsi, onunla razılaşaraq həmin İran vətəndaşının narkotik vasitəni qoyduğu konum yerinə, yəni Səbail rayonu, H.Z.Tağıyev küçəsi 13 ünvanında olan «LUXOİL»in baş ofisinin yanına gedib həmin narkotik vasitəni götürməsini, narkotik vasitəni öz istifadəsi üçün əldə edib saxlamasını bildirməsi, daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üstünə axtarış aparılması, üzərindən hər hansı qanunsuz əşya və ya sənəd aşkar edilməməsi, daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün açılaraq içərisinə keçirilən baxış zamanı bükümdə qəhvəyi rəngli, toz şəkillə kütlə olması aşkar edilməsi, daha sonra təhqiqatçı həmin bükümü içərisi boş olan kağız zərfə qoyub qablaşdıraraq möhürlənərək iştirakçılar tərəfindən üzəri imzalanaraq götürülməsi, təhqiqatçı və müdafiəçi tərəfindən sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs saxlanılan zaman ona hər hansı formada zor tətbiq edilməməsini bildirməsi, şəxsi axtarış və götürmənin başa çatması müşahidə olunur (i.v. 165). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X15 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 05 mart 2025-ci il tarixli, 1293 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, psixostimulyatorların və narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan preqabalinin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Respublika NM-də (F19x2) diqanozu ilə dispanser qeydiyyatdadır (i.v.193-194). “Sübutların qiymətləndirilməsi haqqında” 10 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Səbail RPİ-nin İŞ-nin baş müstəntiqi polis mayoru Anar Bağırov tərəfindən və xx.xx.2025-ci il tarixdə Yasamal Rayon İŞnin müstəntiqi, polis mayoru Eldar Kazımov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittihamların məzmunlarına dəyişiklik və əlavələr edilməklə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə yenidən ittihamın elan edilməsi və barəsində seçilmiş başqa yerə getməmə haqqında iltizam qətimkan tədbirinin qüvvədə saxlanılmasının nəzərə alınması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.4.1, 234.4.4 və 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci tarixdə götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,360 qram olan qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar olunduğu yerə, vaxtına və digər xüsusiyyətlərinə görə iş üzrə maddi sübut əhəmiyyətli olduğundan, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,1 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,260 qram təşkil edən həmin narkotik vasitə heroinin maddi sübut kimi tanınaraq saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilməsi, Təqsirləndirilən şəxs üzərindən xx.xx.2025-ci il tarixdə şəxsi axtarış və götürmə aparılarkən götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,300 qram ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminin xx.xx.2025-ci tarixli qərara əsasən maddi sübut kimi tanınması, məhkəmə kimyəvi ekspertizası tədqiqatına 0,05 qram çəkidə hissəsi sərf edildikdən sonra qalıq çəkisi 0,250 qram təşkil edən həmin psixotrop maddə metamfetaminin saxlanılması üçün Yasmal Rayon Polis İdarəsinin “maddi sübutların saxlanması otağı”na təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üstünə xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilmiş şəxsi axtarış və götürmə hərəkətləri prosesinə dair videoçəkilişi özündə əks etdirən elektron məlumat daşıyıcısı olan 2 ədəd “DVD” formatlı diskin obyektiv həqiqəti əks etdirməklə iş üçün mühüm əhəmiyyət kəbs etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs narkotik vasitə heroini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə müvafiq materialın ayrılması və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün aidiyyəti üzrə icra olunmasından ötrü Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin 9-cu PB-nə göndərilməsi, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işi üzrə müvafiq materialın ayrılması və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi üçün aidiyyəti üzrə icra olunmasından ötrü Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 29-cu PB-nə göndərilməsi, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələrində nəzərdə tutulan yuxarıda göstərilən cinayət əməllərinin törədilməsi xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə tərtib olunmuş şəxsi axtarış və götürmə haqqında protokollarda və həmin protokollarda qeyd olunmuş onun özünün ilkin etirafedici şifahi izahatları, ifadələri, şəxsi axtarış və götürmə aparılarkən çəkilərək məlumat daşıyıcısı olan 02 ədəd “DVD” formatlı diskə köçürülmüş videogörüntü ilə, həmçinin iş üzrə şahid ifadələri ilə, eləcə də iş üzrə keçirilmiş ekspertiza rəyləri, eləcə də əhəmiyyət kəsb etməklə ziddiyətlər yaratmayan sənədlərin cinayət işi üzrə obyektiv və mötəbər sübut növü kimi qəbul edilməsi, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə heroini könüllü olaraq təqdim etməsinə görə ona Azərbaycan Respublikası CM-nin 234-cü maddəsinin Qeydinin 1-ci bəndinin tətbiq edilməməsi, Təqsirləndirilən şəxs barəsində qərarın təsviri hissəsində qeyd olunan xüsusatlar üzrə cinayət təqibinin başlanmasının rədd edilməsi ilə əlaqədar cinayət işindən zəruri sənədlərin surətlərinin çıxarılaraq saxlanılması üçün Yasamal rayon prokurorluğuna göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna göndərilməsi qərara alınmışdır (i.v. 196-210). Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən psixotrop maddələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Psixotrop maddələr» adlı İ siyahıya əsasən təmiz çəkisi 0,15 qram olan metamfetamin xeyli miqdar, 02 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 61.1.1-ci maddəsinə əsasən cinayətlərin təkrar törədilməsi cəzanı ağırlaşdıran hallardan biridir; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanması və icraata qəbul olunması, cinayət işinə ********* nömrəsinin verilməsi qərara alınmışdır (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 04 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 mart 2025-ci il tarixdə, saat 22:10-dan tutulmuş hesab edilmişdir (i.v. 19). “Törədilmiş cinayət haqqında materialın istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 05 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan material istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 45). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 51). “Vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair üçün Bakı şəhəri Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X5 xx.xx.2025-ci il tarixli vəsatətinin müdafiə edilməsindən imtina edilməsi və Təqsirləndirilən şəxs saxlanıldığı Bakı şəhəri Yasamal RPİ-nin X9 dərhal azad edilməsi qərara alınmışdır (i.v. 63-65). “Başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında” 06 mart 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 66-67). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 12 mart 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Səbail RPİ-də AR CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli material icraatdadır (i.v. 85-86). “Cinayət təqibi üzrə cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında” 31 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi bir icraatda birləşdirilməklə işin istintaqının ********* nömrə altında aparılması qərara alınmışdır (i.v. 88-89). “Cinayət işi başlanması və icraata qəbul edilməsi haqqında” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, fakt üzrə toplanmış materiallar əsasında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və ibtidai istintaqı aparılması üçün icraata qəbul edilmişdir (i.v. 92). “Şübhəli şəxsin tutulması haqqında” 21 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2025-ci il tarixdə, saat 16:10-da tutulmuşdur (i.v.107). “Təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə” 22 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir (i.v. 138). “Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında” 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində istintaq 3 ay müddətində, yəni 22 may 2025-ci tarixədək “həbs” qətimkan tədbiri seçilməsi üçün Səbail rayon məhkəməsinə təqdimat verilməsinə dair Səbail RPİ-nin İŞ-nin baş müstəntiq polis mayoru Anar Bağırovun 23 fevral 2025-ci il tarixli vəsatətinin təmin edilməməsi və Təqsirləndirilən şəxs dərhal həbsdən azad edilməsi qərara alınmışdır (i.v. 153-154). “Qətimkan tədbiri seçilməsi haqqında” 23 fevral 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v. 156). “Cinayət işinin aidiyyəti üzrə göndərilməsi haqqında” 14 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi, onun barəsində Yasamal RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşdirilməsi və cinayət təqibinin bir icraatda aparılması üçün Yasamal RPİ-nin İŞ-nə göndərilməsi məqsədi ilə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Səbail rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v. 171-172). “Qətimkan tədbirinin tələbini pozduğu üçün təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və cinayət işi üzrə icraatın dayandırılması haqqında” 05 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulduqda saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinin Müvəqqəti Saxlama yerinə təhvil verilməsi, ********* nömrəli cinayət işi üzrə icraatın dayandırılması qərara alınmışdır (i.v. 177-178). “Axtarışda olan şəxsin könüllü gəlməsi haqqında” 01 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində, saat 09:00-da könüllü olaraq Yasamal RPİ-nin İŞ-nə gələrək istintaqa çağırılmasından xəbərinin olmadığı üçün istintaqa gəlmədiyini, Yasamal RPİ-nin CAŞ-nin əməkdaşlarının onun anası ilə əlaqə saxlayaraq Yasamal RPİ-nin İŞnə çağırıldığını, gəlmədiyi üçün barəsində axtarış elan edildiyini dediklərini bildirərək bu halın üzrlü hesab edilməsini xahiş etmişdir (i.v. 181). “Cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında” 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir (i.v. 182). “Seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 01 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilmədən qüvvəsində saxlanılmasının nəzərə alınması qərara alınmışdır (i.v. 191). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək o, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir (i.v. 214- 215). “Seçilmiş qətimkan tədbirinin qüvvədə saxlanılması haqqında” 11 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixli qərarla seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvəsində saxlanılmışdır (i.v. 225-226). "xxxx" MMC tərəfindən verilmiş 27 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də psixoloji dəstək məqsədilə 17 iyun 2025-ci il tarixdən, 3 ay müddətinə psixoloji dəstək məqsədilə AZ 1089, ünvan 10 ünvanında yerləşən "xxxx" X10 yerləşdirilib. Hal-hazırda Təqsirləndirilən şəxs müalicəsi davam edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi və məhkəməyədək icraat zamanı qətimkan tədbirinin şərtlərini pozmasını mənfi səciyyələndirilən hal kimi nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini, əməlindən peşman olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (AR CM-nin 59.2-ci maddəsi) onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində təkrarçılığın olması cəzanı ağırlaşdıran hal kimi müəyyən edilməlidir (CM-61.1.1). Göründüyü kimi, təqsirləndirilən şəxs əvvəllər də eyni xarakterli cinayət törətmiş, lakin nəticə çıxarmamış və ibtidai istintaq dövründə də yenidən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu hal onun islah olunmasının yalnız cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğunu göstərir. Bununla belə, məhkəmə nəzərə alır ki, təqsirləndirilən şəxsin qanunsuz dövriyyəsində olan narkotik vasitənin miqdarı şəxsi istehlak normasını aşsa da, qram etibarilə az miqdarda olması cinayətin ictimai təhlükəlilik dərəcəsini müəyyən qədər azaldır. Belə şəraitdə, bir tərəfdən cəzanı yüngülləşdirən hallar (əməlini səmimi etiraf etməsi, peşman olması, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsi), digər tərəfdən isə ağırlaşdıran hallar (təkrarçılıq) mövcud olduğundan, cəza siyasətinə uyğun olaraq təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə cəzasının qanunun nəzərdə tutduğu minimum həddə yaxın müddətinə təyin olunması ədalətli və qanuni hesab edilir. Beləliklə, məhkəmə hesab edir ki, təyin ediləcək cəza həm törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, həm də təqsirləndirilən şəxsin şəxsiyyətinə, yüngülləşdirən və ağırlaşdıran halların mövcudluğuna tam uyğun olmaqla, onun islah olunmasına və yeni cinayətlərin qarşısının alınmasına xidmət edəcəkdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs AR Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, onun şübhəli şəxs qismində saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəza saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, məhkəmə iclas zalından həbsə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM-93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 73, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 fevral 2025-ci il tarixdən 23 fevral 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün və 04 mart 2025-ci il tarixdən 06 mart 2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün olmaqla, cəmi 04 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 ay 26 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin əvvəli 24 sentyabr 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasına və Konvoy taboruna həvalə olunsun. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş narkotik vasitə olan 0,260 qram heroin və psixotrop maddə olan 0,250 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk iş materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri cəmi 161 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 04 iş saatına görə 44 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 4 saylı Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-424/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-424/2025
24.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver