Məhkəmə qərarları › İş №1(004)-425/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-425/2022

02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-425/2022 02.09.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili X10, Təqsirləndirilən şəxs: xx.xx.1978-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yaşayış sahəsində istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş, 1.080 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə, saat 19:00-da Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 1 ünvanının qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzaibati binasına gətirilmiş və üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 1,080 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrin aludəçisidir və bədənində ağrılar olan zaman psixotrop maddə hesab edilən metanfetamin qəbul edir. Hər dəfə psixotrop maddələri ayrıayrı şəxslərdən alıb qəbul edir və həmin şəxsləri tanımır. Belə ki, tutulmamışdan əvvəl, yəni xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yaşayış sahəsində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul ödəyərək şəxsi istifadəsi üçün 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş, ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin almışdır. Həmin narkotik vasitəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynində olan göy rəngli cins şalvarının sağ yan cibində saxlamışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə, saat 19:00-da yaşadığı ünvan 1 ünvanının qarşısında olan zaman iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər və psixotrop maddələrin əldə olunması və istifadə edilməsində şübhəli olduğunu deyərək onu Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasına dəvət etmişlər. Daha sonra Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasında olan otaqların birində olduğu zaman digər polis əməkdaşı ona yaxınlaşaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin təhqiqatçısı, polis mayoru Ramil Qafarov olduğunu və narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onun üzərinə axtarış və götürmə aparılacağını bildirib, ondan vəkil istəyib-istəmədiyini soruşmuş və o da cavabında, maddi vəziyyəti ağır olduğu üçün vəkil dəvət etməyə imkanının olmadığını və əgər mümkündürsə dövlət hesabına onun üçün vəkilin dəvət olunmasını bildirərək bu barədə ərizədə yazdırıb imzalamışdır. Bununla bağlı, həmin təhqiqatçı ona Yasamal rayonunda fəaliyyət göstərən Bakı şəhəri 22 saylı Vəkil Bürosunda işləyən vəkillərin siyahısını təqdim etmiş və o, həmin siyahıdan istənilən vəkil tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edilməsini xahiş etmişdir. Təxminən 30-40 dəqiqədən sonra oraya özünü göstərilən büronun vəkili Müdafiəçi kimi təqdim edən şəxs gəldiyi üçün təhqiqatçı onu ona təqdim etmiş və o da etiraz etmədiyi üçün təhqiqatçı bu barədə protokol tərtib etmişdir. Bundan sonra isə X9 onu və vəkil Müdafiəçi, eləcə də onu küçədə saxlamış həmin polis əməkdaşlarını göstərilən Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsin inzibati binasında yerləşən xidməti otağına dəvət edərək ilkin olaraq orada vəkil Müdafiəçi iştirakı ilə onun şübhəli şəxs qismində tutulmağına aid qərar yazmış və həmçinin protokol tərtib etməklə ona hüquq və vəzifələrinə dair müvafiq bildirişləri vermişdir. Daha sonra isə X9, video yazan texniki vasitə kimi «İphone» markalı mobil telefon aparatının video kamerasını istifadə etməklə çəkiliş aparıb onun üstünə şəxsi axtarış keçirməyə başlayarkən ona təklif etmişdir ki, əgər üstündə qanunsuz saxladığı əşyalar və ya bilavasitə narkotik vasitə və ya psixotrop maddə varsa, onda könüllü çıxarıb təqdim etmişdir. O da hər bir halda tutulduğundan ifşa olunacağını anladığı üçün məcbur olub özü əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxladığı yuxarıda göstərilən qaydada əldə etdiyi həmin, yəni 01 ədəd siqaret qutusunun gümüşü rəngli kağızına bükülmüş, təmiz çəkisi 1.080 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini könüllü olaraq təqdim edərək bildirmişdir ki, həmin bükümün içərisində olan maddəni xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlanan yaşayış sahəsində üzdən tanıdığı, lakin adını və anket məlumatlarını bilmədiyi şəxsə 10 manat pul ödəyərək şəxsi istifadə üçün bir ədəd gümşü rəngli kağıza bükülmüş vəziyyətdə psixotrop maddə olan metamfetamini almışdır. Həmin psixotrop maddəni bədənində ağrılar olan zaman istifadə etmək üçün əynindəki göy rəngli cins şalvarının sağ yan cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, 19:00-da yaşadığı ünvan 1 ünvanının qarşısında durduğu zaman polis əməkdaşları tərəfindən saxlanılaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinin inzibati binasına gətirilmişdir. Daha sonra isə X9 təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağızından ibarət olan bükümə baxdıqda içərisində həqiqətən də qeyd olunan kristallik hissəciklərdən ibarət maddə psixotrop maddə metamfetaminə oxşar maddə olması aşkar olunmuşdur. Bundan sonra Ramil Qafarov özü onun üstünü axtarmış, lakin ondan heç bir digər qanunsuz əşya və ya predmetlər aşkar olunmamışdır. Həmçinin X9, onun və vəkili Müdafiəçi, eləcə də orada iştirak edən, yəni onu yaxalamış həmin 2 nəfər polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarışla və həmin bükümdə olan psixotrop maddəni ondan aşkar olunub götürülməsi ilə əlaqədar müvafiq protokol tərtib etdiyi üçün o da, həmin protokolu bütün iştirakçılar kimi öz imzası ila təsdiq etmişdir. Aşkar olunmuş həmin büküm içindəki psixotrop maddə ilə birlikdə zərfə qoyularaq qablaşdırılmış və möhürlənib bağlandığı üçün həmin zərfin tamlığını da öz imzası ilə təsdiq etmişdir. Bundan əvvəl və ya bilavasitə xx.xx.2022-ci il tarixdə aldığı psixotrop maddəni satmaq niyyətində olmamış və bədənində ağrılar olduğuna görə yalnız öz istehlakı üçün də əldə edərək şalvarının cibində daşımışdır ki, ağrı başladıqda onu istifadə edə bilməmişdir. Həmin psixotrop maddəni satmış şəxsin adını və ya hər hansı bir anket məlumatlarını, eləcə də iş və ya yaşayış yerini və telefon nömrəsini bilmir. Göstərilən bir ədəd kağız bükümündə psixotrop maddəni xx.xx.2022-ci il tarixdə alarkən, yanında başqa bir şəxs olmamışdır. Əməlindən səmimi peşman olmasını, ailəli olmasını, 2 övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. İttiham və müdafiə tərəfi iş üzrə ibtidai istintaqda ifadə vermiş şahidlərin ibtidai istintaqa verdiyi ifadəsinin məhkəmə iclasında elan edilməsinə etiraz etmədilər və həmin ifadə ilə razılaşdıqlarından, təqsirləndirilən şəxs və müdafiəçi onları çağırıb dindirmək istəmədiyindən, onlara sualları olmadığından, həmçinin onların məhkəmə iclasında iştirakı mümkün olmadığından, məhkəmə iclasında gəlməsini istisna edən səbəblər olduğundan məhkəmə şahidlərin həmin ifadəsini məhkəmə istintaqında elan etdi. CPM-nin 327.1.2, 328, 329.1, 330.1-ci maddələrinin məzmununa əsasən məhkəmə baxışı təqsirləndirilən şəxs, şahid və zərərçəkmişin iştirakı olmadan keçirildikdə onların əvvəllər verdiyi ifadələrin məhkəmə iclasında elan olunmasına yol verilir. Belə ki, məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, polis mayoru rütbəsində Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin 26cı Polis bölməsində əməliyyat axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Belə ki, xx.xx.2022-ci il tarixdə xidmət etdiyi bölməyə daxil olmuş əməliyyat məlumatına əsasən məlum olmuşdur ki, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, subay, orta təhsilli, əvvəllər məhkum olmamış, işləməyən ünvan 4 ünvanda yaşayan Həsənov X8 rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəlidir. Həmin məlumat haqqında dərhal tərəfindən raport əsasında 26-ci Polis bölməsinin rəhbərliyinə məruzə edilmiş və həmin məlumatın yoxlanılması və cinayətkarın ifşa olunması ilə bağlı zəruri əməliyyat tədbirlərinin keçirilməsi rəhbərlik tərəfindən müvafiq əmrə əsasən onun özünə həvalə edilərək onun rəhbərliyi altında və bölmənin cinayət axtarışı üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. Əməliyyat tədbirlərinin keçirilməsi ilə bağlı müvafiq qərar qəbul etdikdən sonra həmin gün əməliyyat müvəkkil Şahid2lə birlikdə Polis bölməsindən çıxıb inzibati ərazidə zəruri əməliyyat-axtarış tədbirləri keçirməyə başlamışlar və nəticədə də həmin gün, yəni xx.xx.2022-ci il tarixdə saat 19:00-da əməliyyat məlumatında bildirilən zahiri görünüşünə görə oxşar olan şəxsin Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 40 ünvanının qarşısında dayandığını müəyyən edərək dərhal yaxınlaşıb onu saxlamışlar. Həmin şəxsi saxlayıb, onun şəxsiyyəti ilə maraqlandıqda müəyyən oldu ki.həqiqətəndə o, xx.xx.1978-ci il tarixdə Bakı şəhərində doğulmuş, ünvan 4 ünvanda yaşayan oğludur. Təqsirləndirilən şəxs saxlayarkən özlərini təqdim edərək ona qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşqul olmaqda şübhəli olması barədə məlumatlarının olduğunu bildirərək ondan onlarla Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə getməyini təklif etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyərək onlarla birlikdə oradan 26-cı Polis bölməsinə gəlmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs yaxalanaraq Polis bölməsinə gətirilməsi barədə tərəfindən dərhal raport əsasında rəhbərliyə məruzə edilmiş və rəhbərlik tərəfindən zəruri təhqiqat hərəkətlərinin keçirilməsi 26-ci Polis Bölməsinin təhqiqatçısı polis mayoru X6 həvalə olunmuşdur. Bununla bağlı, X9 Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsində iş otağında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılacağını bildirərək axtarış və götürmə aparılmamışdan əvvəl onu müdafiəçi ilə təmin etmək üçün müdafiəçi seçmək hüququnu izah edərək Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkillərinin siyahısını ona təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim olunan vəkillərin siyahısından konkret olaraq heç bir vəkili seçməyərək maddi vəziyyətləri ağır olduğu üçün vəkil dəvət etməyə maddi imkanı olmadığını bildirib, dövlət hesabına onun üçün istənilən vəkilin dəvət olunmasını xahiş edərək bu barədə ərizə də yazdırıb imzalamışdır. X9 dövlət büdcəsi hesabına təyin olunmuş Bakı şəhəri 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 26-cı PB-nə dəvət edərək Təqsirləndirilən şəxs dəvət olunmuş vəkil Müdafiəçi təqdim etmiş və o da, təqdim olunan vəkil tərəfindən hüqüqlarının müdafiə edilməsinə etiraz etmədiyini bildirmişdir. Sonra X9 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması haqqında müvafiq qərar və protokol tərtib edib ona hüquq və vəzifələrini izah edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını elan etmişdir.Daha sonra isə onun üzərinə vəkilinin, eləcə də onun və əməliyyat qrupunun üzvü Şahid2 iştirakları ilə axtarış və götürmə keçirməyə başlamışdır. X9 şəxsi axtarış və götürmə başlamazdan əvvəl bütün iştirakçıları bu prosessual hərəkətin aparılması zamanı «İphone» markalı mobil telefon cihazı istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar etmiş və bununla bağlı heç bir şikayət və ya etiraz daxil olmamışdır. Bundan sonra video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən sonra X9 hər hansı bir vəsatətlərinin və ya etirazlarının olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs saxlanılarkən hüquq və vəzifələrinin izah olunduğunu və bununla bağlı heç bir vəsatətinin və ya etirazının olmadığını və özü barədə anket məlumatlarını X9a bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 246-cı maddəsinə əsasən üzərində, yəni paltarında, əşyalarında və bədənində qanunla dövriyyəsi qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və ya sənədlərin olduğu təqdirdə könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs isə əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən 01 (bir) ədəd siqaretin gümüşü rəngli kağıza bükülmüş bükümü təqdim edərək içərisində psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni 2022-ci ilin iyun ayının 22-də saat 17 radələrində Bakı şəhəri, Nəsimi rayonu, “Kubinka” adlanan ərazidə üzdən tanıdığı, lakin adını bilmədiyi kişi cinsli şəxsdən 10 manata aldığını, şəxsi istifadəsi məqsədilə üzərində saxlayıb gəzdirdiyini, həmin tarixdə saat 19:00-da Bakı şəhəri, Yasamal rayonu, Ə.Quliyev küçəsi 4 ünvanın qarşısında saxlanılaraq Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis bölməsinə gətirildiyini bildirmişdir. X9 tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi həmin siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümünə baxış keçirdikdə içərisində ağ rəngli, kristal şəkilli, spesifik qoxuya malik psixotropt maddə metamfetaminə bənzər maddə olması aşkar edilmişdir. Bundan sonra X9 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, lakin onun üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli bükülüdəki maddə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan X9 tərəfindən qablaşdırılmış və “Zərflər üçün 170 nömrəli" möhürlə ilə möhürlənmiş, şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin zərfin üstünə imza etmişdir. Aparılmış şəxsi axtarışla Təqsirləndirilən şəxs aşkar olunub- götürülmüş həmin maddənin zərfə qoyularaq qablaşdırılaraq götürülməsi ilə bağlı X9 tərəfindən müvafiq protokol tərtib olunmuş, eləcə də aparılmış videoçəkiliş 01 ədəd maqnit məlumat daşıyıcısına köçürülərək həmin protokola əlavə edilmişdir. Şəxsi axtarışda iştirak etmiş bütün şəxslər kimi o da həmin protokola imza etmişdir. Sonra isə Təqsirləndirilən şəxs aşkar olunub-götürülmüş həmin maddə ekspertizaya təqdim olunmuş və ekspertizadan alınmış rəyə əsasən müəyyən olunmuşdur ki, həmin bir ədəd bükümdə olan maddə həqiqətəndə psixotrop maddə metamfetamindir və çəkisi 1,080 qram təşkil edir. Beləliklə də, Təqsirləndirilən şəxs əməlində qanunsuz psixotrop maddə əldə etmə və saxlama cinayətin tərkibi olduğu üçün toplanmış material aidiyyəti üzrə Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilmişdir. Keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddələrin və ya narkotik vasitələrin satışı ilə məşqul olması barədə məlumat əldə olunmamışdır.Yalnız müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs xeyli müddətdir ki, narkomaniyaya qurşanmış şəxsdir. Həmçinin, müəyyən olmuşdur ki, üzərindən aşkar olunmuş yuxarıda göstərilən psixotrop maddə hesab edilən metamfetamini Təqsirləndirilən şəxs məhz öz istehlakı üçün qanunsuz əldə edərək üzərində saxlamışdır. Onun psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşqul olması və ya bilavasitə üzərindən aşkar olunmuş həmin psixotrop maddə hesab edilən metamfetamini hər hansı bir şəxsə satmasına cəhd etməsi və yaxud da bununla bağlı hər hansı bir alıcının mövcud olması barədə məlumat əldə olunmamışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin psixotrop maddə hesab edilən metamfetaminin mənbəsi ilə bağlı əməliyyat-axtarış tədbirləri keçirilmiş, eləcə də o, xidmət etdiyi bölmənin digər əməkdaşları bununla bağlı müvafiq qayda da təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərini həyata keçirmişlər, lakin bu sahədə hər hansı bir müsbət nəticələr əldə etmək mümkün olmamışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində Şahid1 ibtidai istintaqa verdiyi ifadəsinə uyğun məzmunlu ifadə vermişdir. Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı diskə məhkəmədə baxış keçirilərkən ittiham aktında göstərilən cinayət əməlinin törədilməsi təsdiq edilir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2022-ci il tarixli 6/3497 № saylı ekspert rəyinə əsasən Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş 01 ədəd bükümdə təmiz çəkisi 1,080 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotop maddə - metamfetamindir. Ekspertiza tədqiqatına 0,100 qram çəkidə hissəsi sərf edilmiş, 0,980 qram çəkidə hissəsi qalıq qalmışdır. İş üzrə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Amblator X1 xx.xx.2022-ci il tarixli 3475 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəsinin hansı müddətə təyin edilməsi ambulator məcburi narkoloji tibbi yoxlama komissiyasının səlahiyyətinə aid deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikasının xx.xx.2005-ci tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə Siyahıları»nda ittiham aktında göstərilən narkotik vasitənin miqdarı şəxsi istehlak miqdarından artıq miqdar kimi müəyyən edilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanununa əsasən hazırda müəyyən edilmiş əməl narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi və qanunsuz saxlanması kimi müəyyən edilmişdir. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Bununla da təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri də nəzərə almışdır. İş materiallarına əsasən Təqsirləndirilən şəxs xx.xx.2004-cü il təvəllüdlü X11, xx.xx.2013-cü il təvəllüdlü X3 adında uşaqları vardır. Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, əməlindən səmimi peşman olmasını, ailəli olmasını, 2 övladının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal rayon prokurorunun xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin vəsatəti təmin edilməmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair digər bir cinayət işi üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. Eyni zamanda hazırkı cinayət işi üzrə Yasamal Rayon Məhkəməsinin məhkəmə hazırlıq iclasının xx.xx.2022-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxs barəsindəki seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həmin həbs qətimkan tədbirinin müddəti hazırkı cinayət işi üzrə yekun məhkəmə aktı qəbul edilənədək müəyyən edilmiş və buna görə də hazırkı cinayət işi üzrə xx.xx.2022-ci il tarixdən hazırkı vaxtadək həbsdədir. Məhkəmə hesab edir ki, maddi sübut kimi saxlanılan psixotrop maddənin qalığı məhv edilməli, şəxsin üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 10 ay (on ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 09 ay 28 gün (doqquz ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 26 avqust 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 81 manat (səksən bir manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübutun qalığı olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,980 qram psixotrop maddə-metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmənin keçirilməsi zamanı aparılmış videoçəkilişin qeydə alındığı 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 28 saylı vəkil bürosunun vəkili X7 ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 28 saylı vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar