Məhkəmə qərarları › İş №1(004)-426/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-426/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-426/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, İsmayılzadə Turan Tahir qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şöbəsinin birinci instansiya məhkəmələri üzrə prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “ Mərkəz” Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, xx xxxxxx 1966-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2 ünvanında yerləşən qeyri yaşayış sahəsi olan zirzəmidəki nömrəsiz mənzildə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Beləki, o, 22 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində Bakı şəhəri, ünvan 3 ünvanında yerləşən 12 mərtəbəli yaşayış binasının zirzəmisindəki nömrəsiz mənzilin qonaq otağında olan zaman arvadı Zərərçəkmiş şəxs ona axşam yerməyi gətirməsini və ona son zamanlar diqqət etmədiyini dedikdən sonra Zərərçəkmiş şəxs hər zaman ona diqqət etməklə onun qayğısını çəkdiyini cavab olaraq verdiyinə və yeməyi özünün gətirməsini dediyinə görə bu səbədən də aralarında ailə məişət zəminində yaranmış mübahisə zamanı o, əlləri və ayaq zərbələri ilə Zərərçəkmiş şəxs vuraraq ona sağ təpəgicgah və sol alın-gicgah nahiyələrinin qançır-hematoması, burun belinin, sol bazunun və sol əlin İ barmağının qançırları kimi yüngül dərəcəli bədən xəsarəti yetirməklə Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərmişdir ki, o ünvan 2 ünvanında yerləşən 12 mərtəbəli binanın zirzəmisində qeyri yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun həyat yolaşıdır. 22 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində yaşadığı mənzilin qonaq otağında olan zaman Şəfəqdən ona axşam yeməyi verməsini istəmiş, buna cavab olaraq isə Şəfəq yeməyi gedib özünün gətirməsini demişdir. O, Şəfəqin bu sözlərinə əsəbləşərək son zamanlar ona diqqət və qayğı göstərmədiyini bildirib əli ilə Şəfəqin başına yumruq zərbəsi vurmuşdur. Şəfəq bundan sonra onun üstünə gəlmiş və mübahisə olmasın deyə o, əlləri ilə Şəfəqin qollarından tutub onu geriyə tərəf itələmiş, bu zaman Şəfəq yerə yıxılmışdır. Həmin vaxt Şəfəq xəsarət almışdır. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən 12 mərtəbəli binanın zirzəmisində qeyri yaşayış sahəsində ailəsi ilə birlikdə yaşayır. Ailəsi həyat yoldaşı Təqsirləndirilən şəxs, 2003-cü il təvəllüdlü oğlu İsmayıldan və 2009-cu il təvəllüdlü qızı Selcandan ibarətdir. Hazırda "xxxx" MMC-də xadiməçi işləyir. Həyat yoldaşı Rasim isə fərdi əməklə məşğul olur. Həyat yoldaşı Rasim hər zaman narkotik qəbul etdiyindən evdə heç bir səbəb olmadan mübahisə salır. 22 iyul 2021-ci il tarixdə saat 23:30 radələrində qonaq otağında olan zaman Rasim heç bir səbəb olmadan evdə mübahisə salaraq, ona demişdir ki, “sən mənə diqqət göstərmirsən və səndən diqqət gözləyirəm.” Rasimin bu sözünə cavcab olaraq o, hər zaman ona diqqət yetirdiyini bildirmişdir. Onun bu sözlərindən sonra Rasim onun başına və sol qoluna əli ilə yumruqla vurmağa başlamışdır. Rasimin yumruq zərbələrinin təsirindən sonra o, yerə döşəməyə yıxılmış, bundan sonra isə Rasim ayaqları ilə onu təpikləməyə başlamış və bu dəfə kürəyinə xəsarət yetirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilən: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X5 X8 23.07.2021-ci il tarixli 677 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər – sağ təpə-gicgah və sol alın-gicgah nahiyələrinin qançır – hematoması, burun belinin, sol bazunun və sol əlin İ barmağının qançırları küt əşya (əşyalar) təsirindən törənmişlər, qərarda göstərilən şəraitdə və müddətdə, yəni 22.07.2021-ci il tarixdə törənməsi mümkündür, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddir. (i.v. 17-20) “Baxış keçirilməsi haqqında” 24 iyul 2021-ci il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi nömrəsiz mənzildir. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 22 iyul 2021-ci il tarixdə saat 24 radələrində əri Təqsirləndirilən şəxs yaşadığı mənzilin qonaq otağında onu döyərək bədən xəsarətləri yetirmişdir. Zərərçəkmiş şəxs hadisə yerini əyani olaraq göstərmişdir. (i.v. 33-37) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29.07.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. (i.v. 55) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 02 avqust 2021-ci il tarixli 19/51-8135 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 02.06.2020-12.06.2020, 07.05.2021-17.05.2021-ci il tarixlərdə yuxarıda adı göstərilən mərkəzdə stasionar müalicədə olmuşdur. (i.v. 59) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X8 Ambulator X1 haqqında 24.08.2021-ci il tarixli 3040 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin qəbulu nəticəsində Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 84-85) 04.10.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmişdir. (i.v. 97-99) “İfadənin yerində yoxlanılması haqqında” 07 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirdi ki, arvadı Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi və onu döydüyü ünvanı göstərə bilər. ünvan 2 ünvanında yerləşən 12 mərtəbəli binanın zirzəmisində qeyri yaşayış sahəsi olan nömrəsiz mənzilə gəldikdən sonra Təqsirləndirilən şəxs həmin mənzili göstərib bildirdi ki, orada ailəmlə birlikdə yaşayıram. Zərərçəkmiş şəxs mənim arvadımdır və 2011-ci il tarixdən rəsmi olaraq Zərərçəkmiş şəxs ilə nikahdayam. Şəxsiyyət vəsiqəmdə ailə vəziyyətim subay yazılsa da nikah haqqında şəhadətnamədən görümdüyü kimi Zərərçəkmiş şəxs ilə 2011-ci ildən rəsmi olaraq dövlət nikahındayam. Şəxsiyyət vəsiqəmdə subay olmağım haqqında olan məlumat səhvən qeyd edilmişdir. İsmayıl böyük oğlum və Selcan isə kiçik qızımdır. Hazırda rəsmi iş yerim olmasa da heç bir yerdə işləmirəm. Əvvəllər hər hansı bir cinayət törətməmişəm və buna görə də məhkumluğum olmayıb. 2015-ci ildə psixiatrik xəstəxanada və 2020 və 2021-ci illərdə isə narkoloji disapnserdə müalicədə olmuşam. Belə ki, narkotik qəbul etdiyim üçün narkoloji dispanserdə stasionar müailəcədə olmuşam. Ailə qurduqdan sonra Şəfəq ilə bir neçə dəfə aramızda mübahisə olub və sonralar münasibətim onunla normal olmuşdur. 22 iyul 2021ci il tarixdə saat 23:30 radələrində Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, ev 8 A ünvanında yerləşən 12 mərtəbəli binanın zirzəmisində qeyri yaşayış sahəsi olan nömrəsiz mənzilin qonaq otağında olan zaman Şəfəqə mənə axşam yeməyi gətirməsini dedikdə Şəfəq yeməyi gedim özümün gətirməyimi mənə deyəndə mən onun bu sözlərinə əsəbləşdim və ona son zamanlar mənə diqqət və qayğı göstərmədiyini bildirib ona tərəf getdim və əlimlə onun başına yumruq zərbəsi vurdum. Şəfəq bundan sonra mənim üstümə gəldi və mübahisə olmasın deyə əllərimlə Şəfəqin qollarından tutub onu geriyə tərəf itələdim, bu zaman Şəfəq yerə yıxıldı. Həmin vaxt Şəfəq xəsarət aldı. Mübahisə davam etməsin deyə mən evdən çıxıb getdim və həmin günü evə qayıtmadım. Uşaqlar Bərdə rayonunda olduqlarından Şəfəqi vurmağımı heç kəs görmədi. Mübahisə 5- 10 dəqiqə davam etmişdir. (i.v. 100-102) “Sübutların qiymətləndirilməsi haqqında” 07 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, Məhkəmə tibbi ekspertizasının 23.07.2021-ci il tarixli 677 nömrəli rəyi və məhkəmə psixiatrik ekspertizasının 24.08.2021-ci il tarixli 1897 No-li rəyi cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Yasamal RPİ-nin 29-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən tərtib edilmiş 24.07.2021-ci il tarixli hadisə yerinə baxış aparılması haqqında protokol cinayət işi üzrə sübut növü kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən təqsirləndirilən şəxsə elan edləcək ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə ilkin araşdırma materialları, zərərçəkmiş şəxs X3 və Təqsirləndirilən şəxs ifadələri, ifadənin yerində yoxlanılması və üzləşdirmə istintaq hərəkətləri haqqında protokollar və işdə olan digər hüquqi sənədlər sübut növü kimi qiymətləndirilmişdir. (i.v. 103-110) İş materiallarında olan 17.11.2021-ci il tarixli Təqsirləndirilən şəxs tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs məhkəmədə ərizə yazaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə özünü tam təqsirli bilərək barəsində amnistiya aktının tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Milli Məclisin 05 noyabr 2021-ci il tarixli “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Amnistiya qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1– 1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verməklə və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarmaqla (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla) müvafiq olaraq amnistiya tətbiq edir. Həmin qərarının 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinin tələbinə görə amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Cinayət işi üzrə yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik normalarını əsas götürərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl “böyük ictimai təhlükə törətməyən cinayətlər” kateqoriyasına aid olduğundan, iş üzrə vurulmuş maddi ziyan olmadığından və müdafiə tərəfinin cinayət təqibinə xitam verilməsi ilə bağlı razılığının olması nəzərə alınmalı və təqsirləndirilən şəxs barəsində “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli qərarı tətbiq edilməklə, o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət təqibinə xitam verilməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələblərinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülməlidir. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili X4 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.12, 40.2, 40.2.2, 43.3, 321.2.1, 344-347, 358, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə müvafiq olaraq narkomaniyadan məcburi müalicə təyin olunsun və ərazi narkoloji dispanserdə narkomaniyadan qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X4 məhkəmədə iştirak etdiyi 20 (iyirmi) saata görə 120 (bir yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun "xxxx" ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ********************, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Qərardan elan edildiyi və ya alındığı gündən 20 gün müddətində işə baxan Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar