Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-426/2023 08.09.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1970-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmuş, Ağdam rayonu, Qaradağlı kəndində qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 yanvar 2023-cü il tarixdə saat 17:19 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospekti, 55 nömrəli ünvanda yerləşən avtobus dayanacağının qarşısında Bakı şəhəri, Yasamal rayonu ərazisindən keçən “18 nömrəli marşrut xətti” üzrə hərəkət edən sərnişin avtobusuna sərnişin kimi minmək istəyən şəxslərin sıxlığından istifadə edib avtobusa minmək istəyən Zərərçəkmiş şəxs əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən üzərində 40 manat dəyərində ***-***-**-** saylı mobil telefon nömrəsi olan 400 manat dəyərində 01 ədəd “Samsung” markalı “A 12” modelli mobil telefonu çıxarmaqla gizli olaraq talayıb Zərərçəkmiş şəxs cəmi 440 (dörd yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, heç bir yerdə işləmədiyindən pula ehtiyacı olmuş və qərara gəlmişdir ki, avtobusa əyləşib insanların ciblərindən və ya çantalarından münasib olarsa mobil telefon və ya pul kisəsi oğurlasın. Bu məqsəd ilə 27 yanvar 2023-cü il tarixdə təxminən saat 17 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən metronun “Elmlər Akademiyası” stansiyasının yaxınlığında, yolun digər tərəfində yerləşən avtobus dayanacağına yaxınlaşmışdır.Həmin vaxt dayanacaqda bir çox insanlar olmuş, həmin dayanacaqda dayanan şəxslərdən birinin mobil telefonla danışmasını və danışdıqdan sonra mobil telefonunu əynində olan gödəkçənin sağ yan cibinə qoymasını görmüşdür. Mobil telefon gödəkçədən aydın görünmüş və qərara gəlmişdir ki, həmin şəxs avtobusa mindikdə yaranmış sıxlıqdan istifadə edib mobil telefonu cibindən götürsün. Bir neçə dəqiqə sonra dayandıqları dayanacağa 18 nömrəli xətt maşrut avtobusu yaxınlaşmışdır. Avtobusda sıxlıq olmuş, həmçinin “çaspik" vaxt olduğundan dayanacaqda da çoxlu şəxslər, minənlər və düşənlər olmuşdur. Əvvəllcədən gözünə kəsdirdiyi, mobil telefonunu cibindən oğurlamaq qənaətinə gəldiyi həmin şəxs də həmçinin avtobusa minmək istəmişdir. Bu zaman həmin şəxsin arxasında avtobusa minmiş və ani zamanda qarşısında olan şəxsin gödəkçəsinin sağ yan cibində olan mobil telefonunu götürüb avtobusdan dərhal düşmüşdür. Niyyəti həmin avtobusa sərnişin kimi minmək deyildi, sadəcə olaraq öncədən nişanələdiyi həmin şəxsin cibinə qoyduğu mobil telefonu götürmək olmuşdur. Avtobusda sıxlıq olduğundan telefonunu götürdyü şəxs də avtobusdan düşmüş, bunu görmüş və dərhal oradan uzaqlaşmışdır. Bir qədər aralandıqdan sonra sakit bir tərəfə keçmiş və oğurladığı mobil telefona baxdıqda həmin mobil telefonun “Samsung A12”markalı mobil telefon olduğunu müəyyən etmişdir. Dərhal oğurladığı mobil telefonun üzərində olan mobil nömrəni çıxarıb xatırlamadığı kənar bir yerə atmış, bundan sonra qərara gəlmişdir ki, həmin telefonu satıb pul əldə edərək şəxsi ehtiyacları üçün xərcləyər. Eyniliklə belə də etmiş, gəzə-gəzə müxtəlif yerlərə getmiş, müxtəlif mağazalara və müxtəlif şəxslərə yaxınlaşıb avtobusda, tanımadığı şəxsin cibindən götürdüyü mobil telefonu satmaq istədiyini bildirmiş, lakin həmin tərəflərdə alan olmamışdır. Bir qədərdə hərəkət edib Bakı şəhəri, Nəsimi rayonu, “üçüncü mikrorayon dairəsi” kimi tanınan əraziyə gəlmiş və eyniliklə də orada telefonu əlində saxlayaraq qarşısına çıxan şəxslərə ucuz qiymətə satdığını təklif etmişdir. Nəhayətində sözügedən mobil telefonu yoldan keçən, tanımadığı, orta boylu, orta bədən quruluşuna malik, kişi cinsli bir şəxslə razılaşıb 80 manat pul qarşılığında satmışdır. Bundan sonra əldə etdiyi pulu öz ehtiyacları üçün istifadə etmişdir. Əməlindən səmimi peşman olmasını, əməlini etiraf etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 27 yanvar 2023-cü il tarixdə saat 17:13 radələrində Bakı şəhəri, Yasamal rayonu, H.Cavid prospektində yerləşən “Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında, yolun digər tərəfində yerləşən avtobus dayanacağında dayanıb 18 nömrəli xətt avtobusunun gəlməsini gözləmişdir. Həmin vaxt istifadəsində olan ***-***-**-** nömrə isə istifadə olunan “Samsung A12" markalı mobil telefonuna zəng gəlmiş və mobil telefona gələn zəngi qəbul edib danışdıqdan sonra əynində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Həmin vaxt 18 nömrəli xətt avtobusu dayanacağa çatmış və digər sənnişinlərlə birlikdə o da avtobusun qabaq qapısına yaxınlaşmışdır. Avtobusda sərnişinlər çoxluq təşkil etdiyinə görə yavaş-yavaş irəliləyərək avtobusa minmək üçün növbənin çatmasını gözləmişdir. Bu zaman qarşı tərəfində təxminən 10 yaşlı tanımadığı bir uşaq, arxa tərəfində isə təxminən 175 sm boyu olan çəhrayı rəngli gödəkçə geyinmiş bir kişi dayanmışmışdır. Belə başa düşmüşdür ki, qabaq tərəfində olan həmin uşaq, arxa tərəfində olan kişinin oğludur və ona görə də avtobusa minməmişdir. Bir neçə dəqiqədən sonra avtobusa minmiş və Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən “Asan Xidmət"in yaxınlığında avtobusdan düşmüşdür. Zəng etmək istədikdə mobil telefonunun cibində olmadığını, yəni naməlum şəxs tərəfindən oğurlandığını aşkar etmiş və ona görə də Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Bakı Şəhər Yasamal RPİ-nin 28-ci Polis Bölməsinə gedib ərizə ilə müraciət etmişdir Bundan başqa o, ifadəsində göstərmişdir ki, baş vermiş hadisə nəticəsində ümumilikdə 400 manat məbləğində maddi ziyan dəymiş, belə ki, oğurlanmış “Samsung A12” markalı **********39462 İMEİ kodlıı mobil telefonunun dəyəri 400 manat, hadisə baş verən zaman həmin mobil telefonun üzərində olmuş 055-226- 68-80 mobil nömrənin dəyəri isə 40 manatdır. Oğurlanmış mobil telefonunun üzərində mobil telefon aksesuarları, digər bəzək əşyaları olmamışdır. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 26 aprel 2023-cü il tarixli 9/2302 nömrəli rəyində göstərilən məbləğlərlə razı olmamış, 01 ədəd «Samsung A12» markalı mobil telefonunun dəyərini 40 manat qəbul edilməsini xahiş etmişdir. Oğurlanmış «Samsung A12» markalı mobil telefonunun İMEİ kodu 355 665 162 839 642 olmuş, ilkin izahat verərkən telefonun İMEİ kodu səhv olaraq bildirmiş, telefonunun İMEİ kodu 355 665162 839 642 olmuşdur. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı ödəməmişdir, ona görə də vurulmuş ziyanı tələb edir, şikayətçidir. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşunaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi xx.xx.2023-cü il tarixli, 9/2302 nömrəli rəyindən görünür ki, qərarda göstərilən 01 ədəd “Samsung A12” markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və onun istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 160,00 manat müəyyən olunur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, CM-nin 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 177.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İş materiallarında olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs 10 dəfə məhkum olunub, məhkumluğu ödənilməmiş cinayətlərdən Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə CM-nin 177.2.5-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzanın əvvəli xx.xx.2017-ci il tarixdən hesablanmış, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 28 gün hissəsindən vaxtından əvvəl şərti azad edilib. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Bundan başqa iş materiallarında olan Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(004)-323/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmişdir, Bununla da Təqsirləndirilən şəxs hazırkı iş üzrə CM-nin 177.2.5-ci maddəsi ilə nəzərdə tutulan əməli xx.xx.2023-cü il tarixdə törətmişdir. Bununla da Təqsirləndirilən şəxs hazırkı cinayəti əvvəlki hökm olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü çıxarılmazdan əvvəl, həmin hökm qanuni qüvvəyə minməzdən əvvəl törətdiyindən, hazırkı cinayət əməlini törədərkən məhkum edilməmişdir və buna görə də həmin əmələ görə cinayətin residivi yaranmır. Ona görə də CM-nin 66.5-ci maddəsi nəzərə alınmaqla cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Həmçinin CM cəzanın müəyyən həddə təyin edilməli olmasını müəyyən etmişdir. Həddin isə aşağı və yuxarı sərhədləri vardır. Məhkəmə bu həddi müəyyən etmək üçün CM-nin Ümumi hissəsində bunun üçün müəyyən edilmiş parametrləri nəzərə almışdır. İş üzrə müəyyən edilir ki, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti səmimi etiraf edib, peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. İş materiallarına əsasən Yasama Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə o, CM-nin 177.2.5-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 19 mart 2023-cü il tarixdən hesablanmışdır. Cəza çəkməsi ilə əlaqədar barəsində qətimkan tədbiri seçilməmişdir. Məhkəmə hesab edir ki, iş üzrə videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı, məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsi üçün çəkilmiş xərc təqsirləndirilən şəxsdən tutulub dövlət nəfinə keçirilməlidir. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.5-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 il 09 ay (iki il doqquz ay) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası, hazırkı hökmlə təyin olunan cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 il 03ay (üç il üç ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə müəyyən edilmiş xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə məhkəmə məsrəfi kimi ekspertizanın keçirilməsinə çəkilmiş xərc 50 manat (əlli manat) Təqsirləndirilən şəxs tutulub dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış videoçəkilişin qeydə alındığı 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Zəfər” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Zəfər” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-426/2023
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-426/2023
08.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver