Məhkəmə qərarları › İş №1(004)-426/2024

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-426/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-426/2024 08.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X3 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru X5, müdafiəçi – Bakı şəhəri “Mərkəz” saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə açıq məhkəmə iclasında ilkin dinləmələr keçirərək M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ondan ötəri ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 31 oktyabr 2023-cü il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nəsimi rayonu, «Kubinka» adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan kişi cinsli şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda təmiz çəkisi 1,030 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroin əldə edib üzərində saxlamaqla daşımış, həmin tarixdə saat 16:00 dəqiqədə isə Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Yasamal rayonu, Mustafa Sübhi küçəsi, 130 nömrəli evin qarşısında piyada hərəkət edən zaman şübhəli göründüyü üçün saxlanılaraq, Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin inzibati binasına aparılmış, orada üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan tünd boz rəngli şalvarının sağ yan cibindən gümüşü rəngli kağıza bükülmüş bir ədəd bükümün içərisində təmiz çəkisi 1,030 qram qəhvəyi rəngli, toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr keçirilərkən istintaq orqanı tərəfindən cinayətin işinin istintaqı zamanı kobud qanun pozuntularına yol verilməsi müəyyən edildiyindən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Belə ki, məhkəmənin 17 sentyabr 2024-cü il tarixdə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxs cinayət işi materiallarındakı imzaların böyük bir hissəsinin ona aid olmadığını bildirmiş, məhkəmə tərəfindən göstərilən xüsusatın araşdırılması məqsədi ilə 1(004)-426/2024 saylı, 17 sentyabr 2024-cü il tarixli qərarla məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 01 cilddə olan cinayət işinin materialları Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə göndərilmişdir. Məhkəməyə daxil olmuş 24 sentyabr 2024-cü il tarixli, 4/1478 saylı məhkəmə-xətşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, cinayət işinin 12-ci vərəqində olan dövlət hesabına müdafiəçi dəvət edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli ərizədə “İmza:” qrafasındakı imza; 13-cü vərəqində olan Bakı şəhəri 22 saylı vəkil Bürosunun vəkillərinin siyahısında “Şübhəli şəxs:” qrafasındakı imza; 14-cü vərəqində olan şübhəli şəxsə müdafiəçi seçmək hüququnun izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 21-ci vərəqində olan şübhəli şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 25-26-cı vərəqlərində olan şübhəli şəxs qismində tutulmuş şəxsin hüquq və vəzifələri haqqında bildirişin 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 27-28-ci vərəqlərində olan İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 5 və 6-cı maddələrinin izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 29-cu vərəqində olan şübhəli şəxsə hqüquq və vəzifələrinin izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 30-cu vərəqində olan etiraz edilə bilən şəxslər barədə məlumatların şübhəli şəxsə bildirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 31-ci vərəqində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli qərarda “Şübhəli şəxs:” qrafasındakı imza; 33-34-cü vərəqlərində olan şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqində “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı və “3)” rəqəminin qarşısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 36-cı vərəqində olan izahatda “Təqsirləndirilən şəxs” sözlərinin qarşısındakı imzadan; 39-cu vərəqində şübhəli şəxsin ekspertiza təyin olunmasına dair qərarla tanış edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 46-cı vərəqində olan şübhəli şəxsin ekspert rəyi ilə tanış edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, cinayət işinin 52-ci vərəqində olan Cinayət işində etiraz edilə bilən şəxslər barədə məlumatların proses iştirakçılarına bildirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Şübhəli şəxs:” qrafasındakı imza; 53-54-cü vərəqlərində olan şübhəli şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəqinin aşağısındakı imza, 2-ci vərəqində “Şübhəli şəxs:” qrafasındakı imza; 55-56-cı vərəqlərində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2023-cü il tarixli qərarın 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 58-ci vərəqində olan təqsirləndirilən şəxsin CPM-nin 91-maddəsində nəzərdə tutulan hüquq və vəzifələri barədə xx.xx.2023-cü il tarixli bildirişin 1-ci səhifəsinin aşağısındakı imza, 2-ci səhifəsində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 59-cu vərəqində olan xx.xx.2023-cü il tarixli bildirişdə “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 60-cı vərəqində olan cəlb etmə qərarının surətinin verilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 61ci vərəqində olan təqsirləndirilən şəxsə etiraz etmək hüququnun izah olunması haqqında xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 62-63-cü vərəqlərində olan təqsirləndirilən şəxsin dindirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolun 1-ci vərəcinin aşağısındakı imzalar, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 66-cı vərəqində olan təqsirləndirilən şəxsi həbsə alma və həbsdə saxlamanın qanuni və əsaslı olduğunu təsdiq etmək üçün cinayət prosesini həyata keçirən orqanın məhkəməyə təqdim etdiyi materiallarla tanış etmə haqqında xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 69-70-ci vərəqlərində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və eyni zamanda barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 71-ci vərəqində olan başqa yerə getməmək haqqında xx.xx.2023-cü il tarixli iltizamda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 74-cü vərəqində olan təqsirləndirilən şəxsin ekspertiza təyin edilməsi haqqında qərarla tanış edilməsi və hüquqlarının izah edilməsi haqqında xx.xx.2023-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 101-ci vərəqində olan xx.xx.2024-cü il tarixli tutma protokolunda “Saxlanılan şəxs:” qrafasındakı imza; 105-106-cı vərəqlərində olan təqsirləndirilən şəxsin təkrar dindirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolun 1-ci vərəqinin aşağısındakı imzalar, 2-ci vərəqində “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 107-108-ci vərəqlərində olan təqsirləndirilən şəxsin müvəqqəti saxlama yerindən azad edilməsi və eyni zamanda barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 118-ci vərəqində olan ekspertiza rəyinin təqsirləndirilən şəxsə elan edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 119-cu vərəqində olan təqsirləndirilər şəxsə etiraz etmək hüququnun izah olunması haqqında xx.xx.2024-cü il tarxli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 129-cu vərəqində olan ibtidai istintaqın qurtarması barədə təqsirləndirilən şəxs və onun müdafiəçisinə məlumat verilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza; 131ci vərəqində olan təqsirləndirilən şəxs və onun müdafiəçisinin cinayət işinin materialları ilə tanış edilməsi haqqında xx.xx.2024-cü il tarixli protokolda “Təqsirləndirilən şəxs:” qrafasındakı imza - Təqsirləndirilən şəxs tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Ekspert rəyinin təsviri hissəsindən görünür ki, tədqiq olunan imzaları Təqsirləndirilən şəxs imza nümunələri ilə müqayisə etdikdə məlum olmuşdur ki, hərəkətin icra olunma formasına görə: “A” hərfinin yuxarı hissəsinin icrasında - tədqiq olunanda qövsvari, nümunələrdə isə bucaqvari; hərəkətin birləşmə formasına görə: hərf təşkil etməyən cizgilər bir-birilə - tədqiq olunanda qayıdış-düzxətlə, nümunələrdə isə ilgəklə; hərəkətin forma və istiqamətinə görə: son cızığın bitmə hissəsinin icrasında - tədqiq olunanda aşağı istiqamətli qövsvari hərəkətlə, nümunələrdə isə - aşağı sol istiqamətli düzxətli hərəkətlə; hərəkətin bitmə nöqtəsinin yerinə görə: son cızığın icrasında - tədqiq olunanda sətir xəttindən aşağıda, nümunələrdə isə sətir xəttindən yuxarıda bir sıra ümumi (yazı vərdişində, imzaların tərkibində, aralarındakı məsafədə, istiqamətində və s.) və xüsusi əlamətlərdə fərqlər müəyyən olunmuşdur. Müqayisəedici tədqiqatın nəticələrini qiymətləndirdikdə müəyyən olundu ki, yuxarıda göstərilən fərqləndirici əlamətlər əhəmiyyətli və dəyərli olub, hər bir şəxs üçün ayrı-ayrılıqda elə müxtəlif məcmular təşkil edirlər ki, bu da tədqiq olunan imzaların olunması fikrinə gəlmək üçün kifayət qədər əsas verir. Göstərilən bu hal cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxsin tanış edilməsi zəruri olan sənədlərlə, o cümlədən, ən önəmli hüquqlarından biri olan cinayət işinin materialları ilə tanış edilməsinin şübhə doğurmasına (təqsirləndirilən şəxs həmin imzaların ona məxsus olmadığını və cinayət işinin materialları ilə tanış olmadığını bildirmişdir), ekspert tərəfindən verilmiş rəylə də həmin imzaların Təqsirləndirilən şəxs tərəfindən icra edilməsinin şübhə altına alınmasına və bununla da təqsirləndirilən şəxsin müdafiə hüququnun kobud pozulmasına dəlalət edir. Həmçinin, hazırlıq iclasında dövlət ittihamçısı vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, elan edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə daxil olan 24 sentyabr 2024-cü il tarixli 4/1478 nömrəli ekspert rəyindən məlum olur ki, cinayət işində olan imzaların böyük əksəriyyəti təqsirləndirilən şəxs X2 məxsus deyil. Belə olan halda, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması kobud prosessual pozuntudur. Odur ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını, həmçinin cinayət işinin istintaqını tamamlayan müstəntiq barədə xüsusi qərar çıxarılmasını və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi dövlət ittihamçısının vəsatəti ilə qismən razı olduğunu, belə ki, cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılmasını və təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs bildirmişdir ki, ekspert rəyindən də göründüyü kimi cinayət işində olan imzalar ona aid deyil, 2 azyaşlı övladı var. Odur ki, göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 90.7.19-cu maddəsinə əsasən şübhəli şəxsin cinayət prosesini həyata keçirən orqan tərəfindən qəbul edilmiş və onun hüquq və qanuni mənafeyinə toxunan qərarlar haqqında həmin orqan tərəfindən məlumatlanmaq və öz xahişi ilə bu qərarların surətlərini almaq hüququ var. 91.5.20-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ekspertizanın təyin olunması haqqında qərarla və ekspertin rəyi ilə tanış olmaq hüquqi var. 91.5.22-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin ibtidai araşdırma qurtardığı və ya cinayət işi üzrə icraata xitam verildiyi andan işin materialları ilə tanış olmaq, ona aid zəruri sənədlərin surətlərini çıxarmaq hüququ var. 303.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntularına yol verildiyini müəyyən etdikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. 303.2-ci maddəsinə əsasən cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması məhkəmənin əsaslandırılmış qərarı ilə həyata keçirilir. 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün) zamanı cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284—286, 288-ci və ya 296.3.1-ci maddələrinin tələblərinin pozulması zamanı cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar çıxarılır; 307.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının nəticələrinə dair məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilməsi və onun ibtidai (araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarla, habelə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında qərarla yanaşı, məhkəməyədək icraat zamanı bu Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermiş şəxslər barəsində xüsusi qərar çıxarmalıdır. Yuxarıda sadlanan pozuntulardan görünür ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən pozuntulara yol vermiş və bundan əlavə olaraq müstəntiqlərin icraatında olan cinayət işləri üzrə hərtərəfli, tam və obyektiv ibtidai istintaq aparılması üçün zəruri təşkilati tədbirlər görməli və nəzarəti həyata keçirməli olan Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi X7 da müvafiq tədbirlər görməyərək Cinayət Prosesual Məcəllənin tələblərinin kobud surətdə pozulmasına yol vermişdir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilən halları və dövlət ittihamçısının vəsatətində göstərdiyi dəlilləri nəzərə alaraq hesab edir ki, X1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilərək cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli, habelə məhkəməyədək icraat zamanı AR CPM-nin yuxarıda qeyd olunan tələblərinin kobud surətdə pozulmasına yol vermiş müstəntiq Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis mayoru X4 və Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi X7 barəsində ayrıca xüsusi qərar çıxarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 300, 303, 306-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Dövlət ittihamçısı tərəfindən verilmiş vəsatət qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin baxılmasına xitam verilsin və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar