Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-427/2024 10.10.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Daşdəmirov Rauf Məhərrəməli oğlunun sədrliyi, Eyvazzadə Maya Adil qızının katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin böyük prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X2 və onun nümayəndəsi və vəkili Bakı Şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və “BHM və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi1 X5 Teymuraz iştirakları ilə, xx.xx.1978-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, məhkum olunmamış, işləməyən, subay, Sumqayıt şəhəri, məhəllə 4, ev 25/22, mənzil 14 qeydiyyatda olan, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi küçəsi,ev 605, mənzil 18-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - CM) 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olmuş bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, o, 22 iyun 2023-cü il tarixdə saat 11 radələrində digər şəxslə bir qrup şəxs halında ünvan 1 ünvanda yerləşən Yasamal rayon məhkəməsinin inzibati binasında Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlərin pisləşməsi zəminində mübahisə edərək ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, ətrafda olan şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etdirmək üçün ətrafdakılara münasibətdə laqeydliyini və cəmiyyətə açıqdan-açığa hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan və şəxs üzərində zor tədbiq edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər etməklə, Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə əl zərbələri ilə sağ almacıq nahiyyəsinin qançırı, sağ yanaq, nahiyyəsənin şişkinlik halında əzilməsi, baş beyin silkələnməsi, qarnının sağ yarısının və sağ baldırın qançırları, büzdüm nahiyyəsinin şişkinliyi və qançırı ilə nəticələnən, sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş xəsarət yetirib qəsdən sonuncunun sağlamlığına yüngül bədən xəsarəti yetirərək ətrafda olan şəxslərin rahatlığını və dincliyini pozmaqla xuliqanlıq cinayət əməlinin törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ünvan 3 ünvanında yerləşən binanın 9-cu mərtəbəsində yaşayır. 2010-cu il tarixindən Zərərçəkmiş şəxs onun qonşusudur və həmin binanın 8-ci mərtəbəsində yaşayır. Zərərçəkmiş şəxs həmin binaya köçəndən bəri daimi evə gec vaxtlarda gəlib liftdən istifadə edərək yaşadığı evə qalxmışdır. Onların yaşadığı binanın divarları panel tipli olduğu üçün kənar səslər evdə həddindən artıq çox eşidilir. Zərərçəkmiş şəxs gecə saatlarında evə gəlir və yaşadığı mərtəbəyə liftlə qaldığı üçün liftin motoru səs salır və bu hal onu narahat edir. Bununla bağlı olaraq o, Zərərçəkmiş şəxs öz iradını bildirərək ona liftdən istifadə etməməsini demişdir. Bundan sonra onlar arasında tez-tez mübahisələr baş vermişdir. Bu mübahisələrin birində Marinanın qardaşı onun yaşadığı evə quraşdırılmış “domofonu” sındırmış, hətta Marinanın anası onu ölümlə hədələmişdir. Bundan başqa Zərərçəkmiş şəxs onun qapısının qarşısına onu izləmək üçün kamera yerləşdirmişdir. O, bununla bağlı olaraq şəxsi toxunulmazlıq hüququnun müdafiəsi məqsədilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmişdir. 22 iyun 2023-cü il tarixində onlar məhkəmə prosesində olduqları zaman Marina ilə onun arasında sözlü mübahisə baş vermişdir. Məhkəmə prosesində barışıq üçün onlara vaxt verilməsi məqsədilə iclasda fasilə elan edilmiş, həmin vaxt onun anası Şahid3, qonşuları Şahid1 və Zərərçəkmiş şəxs məhkəmə zalından çölə çıxmışdırlar. Həmin vaxt onun anası dəhlizdə pəncərinin yanında dayandığı zaman Zərərçəkmiş şəxs onun anasına yaxınlaşaraq onun on dörd yaşlı qızını təhqir etmişdir. O, məhkəmə zalından çıxan zaman anası ona Zərərçəkmiş şəxs onun qızı haqqında əxlaqsız və narkoman ifadələrini işlətdiyini bildirmişdir. O, bununla bağlı Zərərçəkmiş şəxs yaxınlaşaraq ondan nə dediyini bir daha soruşmuş, Zərərçəkmiş şəxs isə həmin sözləri onun üzünə qarşı beş dəfə yenidən təkrar etmişdir. Buna görə o, affekt vəziyyətinə düşmüş və Zərərçəkmiş şəxs vurmuşdur. O hesab edir ki, əgər Zərərçəkmiş şəxs onu 14 yaşlı qızını təhqir etməsəydi, o, Zərərçəkmiş şəxs vurmaz və onu təhqir etməzdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi 605, mənzil 15 yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun qonşusudur. Təqsirləndirilən şəxs anti-sosial və aqressiv insan olduğundan onlar arasında 2019-cu ildən etibarən tez-tez mübahisələr yaranmışdır. Yana daimi yaşadığı 9-cu mərtəbən 8-ci mərtəbəyə zibil atır, xalçasını yaşadığı mətəbəyə çırparaq tozu onun mərtəbəsinə tökmüşdür. O bununla əlaqədar dəfələrlə Yanaya irad bildirsələr də, Yana buna əhəmiyyət verməmişdir. Onlar arasında mübahisələr illərlə davam etmişdir. Bundan əlavə Yana onun Vətən müharibəsi veteranı olan atasına, həmçinin onun xərçəng xəstəliyindən əziyyət çəkən anasına sən niyə ölmürsən sözlərini bildirmiş, onlara yaşadıqları binada liftdən istifadə etməyə icazə verməmişdir. Onlar Yananın hərəkətlərini onun özünə sübut etmək üçün qapıya kamera yerləşdirmişdirlər. Dəqiq xatırlamadığı tarixdə Yana Nərminənin qapısında olan kameranı üzünü divara çevirmiş və ətrafa həmişə olduğu kimi zibil atmışdır. Bununla bağlı o, şikayət etmiş və Yana İXM-nin 510 və 266.3 maddəsi ilə təqsirli bilinib ona 50 manat cərimə cəzası verilmişdir. Həmin münaqişədən sonra Yana Yasamal rayon Məhkəməsinə Romana qarşı mülki iddia qaldıraraq guya qapsında olan “domofunun” münaqişə zamanı Roman tərəfindən sındırıldığını bildirmişdir. Bununla bağlı 22 iyun 2023-cü il tarixində keçirilən məhkəmə iclasında Yananın anası ilə onun arasında sözlü mübahisə baş vermişdir. Həmin məhkəmə iclasında hakim onları barışdırmaq istəsə də, Yananın anasını barışmaq istəmədiyini bildirmiş və onlardan pul tələb etmişdir. Bundan sonra hakim onları barışdırmaq məqsədi ilə fasilə elan etmiş və onlar məhkəmə iclas zalını tərk etmişlət. Bu zaman məhkəmənin dəhlizində Yananın anası ilə Nərminə arasında sözlü mübahisə baş vermiş və bundan sonra Yananın anası onunla da sözlü mübahisə etməyə başlamışdır. Yananın anası Nərminəni, onun uşaqlarını və nəvələrini, sonra isə onun özünü və ailəsini təhqir etmişdir. O da təhqirlərə cavab olaraq Yananın anasına “get öz nəvələrinə bax gör onlar nələr edir” sözlərini demişdir. Bundan sonra onun qardaşı Roman və Yana da zaldan çıxmışdırlar. Həmin zaman Yana ona yaxınlaşmış və onlar arasında mübahisə yaranmışdır. Mübahisə zamanı Yana onun 9 yaşlı qızına fahişə demişdir. O, Yanaya “get kameraya bax qızın sən evdən getdikdən sonra qızıvın nə ilə məşğul olduğunu bil” demiş və əl jesti göstərib, zala tərəf dönmüşdür. Bu zaman Yana onun saçından tutub onu yerə yixmışdır. O, yerdə olduğu zaman Yana və anası səkkiz dəfə yumruqla ona vuraraq xəsarət yetirmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 1997-ci ildən bu günədək ünvan 4 ünvanında yaşayır. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs onun qonşularıdır. O, Təqsirləndirilən şəxs Yana xarakter cəhətdən əsəbi və aqressiv bir insan insandır, daimi qonşularla mübahisə edir və bu zaman fiziki güc tədbiq edir. 2019-cu ildən etibarən Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında mübahisələr yaranmağa başlamışdır. Yana Marina və onun ailə üzvlərinin özünün yaşadığı mərtəbəyə qalxmasına icazə verməmiş və onları həmin mərtəbədə görmək istəmədiyini bildirmişdir. O, Marina və Yananın mübahisələrinin dəfələrlə şahidi olmuşdur. Hər dəfə bir bəhanə ilə onlar mübahisə etmişlər, biri-birilərini nalayiq ifadələrlə söyüb təhqir etmişdirlər. Ən sonunda onların mübahisəsi məhkəməyə qədər gəlib çıxmışdır. Yana onun yaşadığı mənzilin qarşısında quraşdırılan kamera ilə bağlı Marina və onun ailə üzvləri barəsində Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasının keçirildiyi gün, dəqiq xatırlamadığı tarixdə iclas bitdikdən sonra o, Marina və Yananın anası Şahid3 məhkəmə iclas zalından çıxmış, həmin vaxt Yananın anası Vera onu və Marinanı təhqir etməyə başlamışdır. Mübahisə zamanı Yananın anası Vera Marinanın 9 yaşlı qızını təhqir etmişdir. Marina təhqirlərə cavab olaraq Yananın Veraya “get öz nəvələrinə bax gör onlar nələr edir” sözlərini demişdir. Bundan sonra Marinanın qardaşı Roman və Yana da zaldan çıxmışdırlar. Həmin zaman Yananın anası Vera Yanaya yaxınlaşaraq Marinanın onun qızı barədə təhqiredici ifadələr işlətdiyini bildirmişdir. Bundan sonra Yana Marinanın saçından tutub və onun saçlarını yolmağa başlamışdır. Marina həmin an yerə yıxılmış, bundan sonra Yananın anası Vera onlara yaxınlaşıb yerə əyilərək Marinanı yumruqla vurmağa başlamışdır. Bundan sonra Marinanın qardaşı Roman dərhal oraya gələrək onları ayırmışdır. O, Yananın Marinanı vurduğunu görməmiş, lakin Yananın anasının Marinanı vurduğuna şahid olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qızıdır. Zərərçəkmiş şəxs isə qızı Yananın qonşusudur. Zərərçəkmiş şəxs və onun ailə üzvləri heç bir əsaslı səbəb olmadan onun qızının yaşadığı mənzilin qarşısında kamera quraşdırmışdırlar. Dəqiq xatırlamadığı tarixdə qızı Yana bununla bağlı həmin şəxslər barəsində Yasamal rayon məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasının keçirildiyi gün, dəqiq xatırlamadığı tarixdə iclas bitdikdən sonra onlar məhkəmə zalından çıxmışlar və Zərərçəkmiş şəxs onun 19 yaşlı nəvəsi barəsində pozğun, əxlaqsız, narkoman ifadələrini işlətmişdir. Həmin vaxt qızı Yana əsəbi olduğundan və bu halda onun qızı barəsində təhqiredici ifadələr işlədildiyindən o, Zərərçəkmiş şəxs vurmuşdur. Həmin vaxt onları ayıran heç kəs olmamış, o isə Marinanın oradan getməsi üçün ona əliylə yumruq işarəsi göstərmişdir. O, Zərərçəkmiş şəxs xəsarət yetirməmişdir. Hadisədən sonra xəstəxanada Zərərçəkmiş şəxs heç bir xəsarətinin olmadığını bildirilsə də, sonradan verilən ekspert rəyində onun xəsarət aldığı qeyd olunmuşdur. O hesab edir ki, belə bir mübahisənin yaranması lazım deyildi, lakin həmin vaxt mübahisənin yaranması qaçınılmaz idi. İş üzrə şahid qismində göstərilmiş Şahid2 ibtidai istintaqda verdiyi, məhkəmədə tədqiq edilən, cinayət işinin 194-197-ci vərəqlərində olan ifadəsində göstərmişdir ki, təxminən 1993cü ildən o, Bakı şəhəri, Yasamal rayonu, Şahbazi 605, mənzil 15-də yerləşən evdə ailəsi ilə birlikdə yaşamışdır. Yaşadığı ev binanın 8-ci mərtəbəsində yerləşmişdir. Həmin binanın 9-cu mərtəbəsində Təqsirləndirilən şəxs öz iki övladı ilə birlikdə yaşamışdır. Yana həmin binada təxminən 2009-cu il tarixdən yaşamışdır. Həmin ərəfədə onların normal münasibətləri olmuşdur. 2012-ci il tarixdən Yana ilə onun anası Nina Timofeyevna arasında mübahisə baş vermişdir. Belə ki, onlar 8-ci mərtəbəyə liftlə qalxan zaman bir pilləkən piyada qalxmalı olmuşlar, lakin 9-cu mərtəbəyə liftlə qalxdıqda bir pilləkən aşağı düşməli olmuşdurlar. Düşmək qalxmağa nisbətən asan olduğundan anası Nina liftlə 9-cu mərtəbəyə qalxıb pilləkənlə 8-ci mərtəbəyə düşürmüş. Yana buna görə anası Ninaya irad bildirmiş və 9-cu mərtəbəyə dəmirbarmaqlıq qoyacağını bildirmişdir. Bu münvalla aralarında sözlü mübahisə baş vermişdir. Bundan sonra onların arasında mütəmadi olaraq sözlü mübahisələr olmuşdur. Beləki, Yana 9-cu mərtəbən 8–ci mərtəbəyə zibil amışdır. Xalça-palazın yaşadıqları mərtəbəyə çırparaq tozu və zibili qaldıqları mərtəbəyə tökmüşdür. Onlar bununla əlaqədar dəfələrlə Yanaya irad bildirmişdirlər ki, Yana isə əhəmiyyət verməmişdir. Həmin söhbətlər aralarında illərlə davam etmişdir. Bundan əlavə onun xərçəng xəstəliyindən əziyyət çəkən anasına sən niyə ölmürsən sözlərini bildirmişdir. 15 dekabr 2022-ci il tarixdə bacısı Marina evə qalxan zaman Yananı blokda görmüş və gözləmiş ki, Yana getsin. Bir az sonra Marina həmişəki kimi 9-cu mərtəbəyə qalxmış pilləkənlə aşağı düşən zaman Yana Marinanın başına zibil tökmüşdür. Marina ona bu barədə məlumat verdikdə o, zibili yerdən süpürüb yığmış və Yananın yaşadığı evə gələrək qapısına tərəf gedən zaman Yana qapını açmışdır. Yana ona sən burda neynirsən sözlərini bildirmişdir. O, həmin zaman Yanaya başlarına tökdüyü zibili sənin özünə qaytarıram sözlərini bildirmişdir. Bu zaman Yana plastik süpürgəni götürüb onu vurmağa başlamışdır. O, qeyd olunan günə qədər dəfələrlə Yanaya xəbərdarlıqlar etmiş və Yananın hərəkətləri barədə polisə müraciət etmişdir. Bununla əlaqədar onlar yenidən polisə müraciət etmiş və həmin zaman Yanada onun barəsində şikayət etmişdir. Belə ki, Yana iddia etmişdir ki, o, baş vermiş mübahisə zamanı guya onu vurmuşdır. Araşdırma zamanı həm Yana, həmdə onun barəsində İXM-nin 157-ci maddəsi ilə inzibati protokol açılsada Yana məhkəmyə gəlməkdən yayındığı üçün və müddət bitdiyindən inzibati işə xitam verilmişdir. Bundan sonra Yana dəfələrlə onu söyüb təhqir etmişdir və o, bu barədə polisə ərizə ilə müraciət etmişdir. Baş vermiş münaqişələri sübut etmək məqsədi ilə onlar və Yananın üzbəüz qonşusu Nərminə qərara gəlmuş ki, bloka kamera qoysunlar. Bundan əlavə Yana günün müxtəlif vaxtlarında şam yandıraraq blokda gəzmiş, müəyyən duallar oxumuş və sonradan yandırdığı şamı özünə məxsus su sayğacının üzərinə qoymuşdur. 2023-cü ilin aprel ayında Yana Nərminənin qapısında olan kameranı üzünü divara çevirmiş və ətrafa həmişə olduğu kimi zibil atmışdır. Bununla bağlı onlar şikayət etmiş və Yana barəsində dəfələrlə İXM-nin 510 və 266.3 maddəsi ilə təqsirli bilinib 50 manat cərimə cəzası verilmişdir. Həmin münaqişədən sonra Yana Yasamal rayon məhkəməsində ona qarşı mülki iddia qaldıraraq guya qapısında olan damofunun münaqişə zamanı tərəfindən sındırıldığını bildirmişdir. Buna qarşılıq olaraq onlarda Yanaya qarşı Yasamal rayon məhkəməsində maddi və mənəvi təzminatla əlaqədar olaraq mülki iddia qaldırmışdır. Belə ki, Yana blokda pişik saxlamış və həmin pişiyin tükləri Marinanın uşaqlarına alergik təsir göstərmişdir. Həkimə xərclədikləri pullara görə iddia qaldırmışdırlar. Bununla bağlı ilk məhkəmə prossesi 2023-cü ilin may ayında Yasamal rayon məhkəməsində keçirilmişdir. Keçirilən hər məhkəmə prossesində onlar arasında sözlü mübahisə baş vermişdir. Bundan əlavə mübahisə zamanı Yana onları təhqir edərək ələ salmışdır. 22 iyun 2023-cü il tarixdə Yasamal rayon məhkəməsində növbəti məhkəmə prossesi keçirilmişdir. Məhkəmə prossesi zamanı zalda olduqları zamanı Yananın anası ilə Marinanın arasında sözlü mübahisə baş vermişdir. Bundan əlavə qonşuları Nərminədə zalda danışdığından hakim onları zaldan çıxartmışdır. O, və Yana zalda qalmışdırlar. Onlar zalda oğluqları zaman dəhlizdə səs-küy eşitmişdirlər. Bu səbəbdən ilk öncə Yana dəhlizə çıxmış və daha sonra isə oda dəhlizə çıxmışdır. Həmin zaman o, Yana, Yananın anası, Marina və Nərmin arasında sözlü mübahisə baş verdiyini görmüşdür. Yana və anası birlikdə Marinanın az yaşlı qızının ünvanına təhqiredici sözlər işlətməyə başlamış və Marinanın qızına fahişə demişdirlər. Marina Yanaya get kameraya bax qızın sən evdən gedəndən sonra nələr ilə məşğuldu bildirmiş, əl jesti ilə qızının başqa şəxslərlə cinsi əlaqəda olmasına işarə etmiş və zala tərəf dönmüşdür. Həmin zaman Yana Marinanın saçından tutmuş və Marinanın saçlarını yolmağa başlamışdır.O, onları aralamaq istəyən zaman Yana onların hər ikisini yerə yıxmış və özüdə yerə yıxılmışdır. Marina yerdə olduğu zaman Yana 8 dəfə yumruqla Marinanın baş nahiyyəsinə vurmuş və təpiklə qarnına və ayağına vurmuşdur. Həmin zaman Yananın anasıda bir neçə dəfə Marinanın başına yumruqla vurmuşdur. Bundan sonra Yananı və anasını orada olan şəxslər aralamışdırlar. Bundan sonra kimsə Marinanın ayaqlarından çəkib Yananın əlindən almışdır. Mübahisə bitdikdən sonra Yana ona yaxınlaşmış və ona Marinanın ona evdə olmadığı zaman evindən başqa oğlanların çıxması barədə məlumat verdiyini bildirmiş və ondan həmin məlumatın hansı dərəcədə həqiqətə uyğun olub olmaması barədə soruşmuşdur. O, Yanaya Marinanın dediyi məlumatların həqiqət olduğunu bildirmişdir. Bundan sonra Yana harasa getmişdir. Hadisədən dərhal sonra Yasamal RPİ-nin 26-cı PB-nə getmişdirlər. Hadisə zamanı Marinanın başına vurulan zərbələr nəticəsində iki dəfə polis bölməsində ürəyi bulanıb qaytarmışdır. Roman adında polis ənəkdaşıda bunun şahidi olmuşdur. Hadisə zamanı Marinanın koftasını Yana dartıb cırmış, saçını yolub qopardıb və saçları həmin yerdə bərpa olunmamışdır. Ekspert hadisədən yalnız 3 gün sonra onları qəbul etmişdir. Bundan əlavə olaraq qeyd etmişdir ki, onun atası və anası hər ikisi xəstədir. Ona görədə pilləkənlə yuxarı çıxarı bilmirlər. Bu səbəbdən onlar məcburi olaraq 9-cu mərtəbədən 8-ci mərtəbəyə düşsünlər. Yana isə buna imkan verməmiş, onları təhqir etmiş, ölün, gəbərin sözlərini demişdir. Qeyd etmişdir ki, məhkəmədə baş vermiş mübahisədən sonrada Yana öz hərəkətlərinə davam etmiş, onların üzərinə zibil atmış, onları söyüb təhqir etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 21 iyul 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri ünvan 1 ünvanda yerləşən Yasamal rayon məhkəməsinin inzibati binasıdır. (i.v. 31-37) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 24 iyun 2023-cü il tarixli, 733 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Pavlovanın bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ saidin almacıq nahiyəsinin, qarının sağ yarısının və sağ baldırın qançırları, sağ yanaq nahiyəsinin şişkinlik halında əzilməsi, büzdüm nahiyəsinin şişkinlik və qançırı küt əşyanın təsirindən törənmişlər, qərarda qeyd olunan müddətdə və şaraitdə, yəni xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Göstərilən xəsarətlərin şəxsin özü tərəfindən yetirilməsi inkar olunur. (i.v. 45-48) 25 noyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə istintaq hərəkəti keçirilmiş və üzləşmə zamanı Zərərçəkmiş şəxs qarşısında oturan Təqsirləndirilən şəxs onu yumruq vuraraq xəsarət yetirdiyini bildirməklə istintaqa verdiyi ifadəsini bir daha sonuncunun üzünə qarşı bildirmişdir. (i.v. 208-211) “Diskə baxış keçirilməsi haqqında” 20 iyul 2023-cü il tarixli protokoldan görünür ki, üzərində BİNGO CD-R MB/80Min, 2x-56x CD-Recordable Made in Yaivan yazısı olan üzəri ağ rəngli disk”ACER” markalı kompüterin disk oxuducusu vasitəsi ilə açıldıqda içərisində 01 ədəd “video-14072056” adlı və 30789 kb həcmdə video fayl olduğu müəyyən edildi. Həmin video fayla baxış keçirilərkən müəyyən edildi ki, görüntünün müddəti 01 dəqiqə 36 saniyədir. Həmin görüntü Bakı şəhəri, Yasamal rayon məhkəməsinin 3-cü mərtəbəsində quraşdırılmış 01 saylı videonəzarət kamerasının xx.xx.2023-cü il tarixdə saat 12:33:44 saniyədən başlayaraq çəkilişidir. Həmin görüntü özündə dəhlizdə dəmir kostruksiyalı oturacaqlar ilə 9-10- 11 nömrəli məhkəmə zalları arasında yeri göstərir. Görüntüdən müəyyən edilir ki, qara saçlı bir nəfər qadınla sarı saçlı 2 nəfər qadınla mübahisə edirlər. Mübahisə zamanı sarı saçlı qadın qara saçlı qadının sağ çiyin nahiyyəsindən zərbə vurur və daha sonra onun yaxasında iki əli ilə tutaraq yerə yıxır və zərbələr vurmağa davam edirlər. Orada olan digər şəxslər həmin qadınları ayırmağa çalışmışdırlar. (i.v. 213-214) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsin canlı şəxsin ekspertizası ilə bağlı 12 mart 2024-cü il tarixli, T 149/2024 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ almacıq nahiyəsinin qançırı, sağ yanaq nahiyəsinin şişkinlik halında əzilməsi, baş beyin silkələnməsi, qarının sağ yarısının və sağ baldırın qançırları, büzdüm nahiyəsinin şişkinliyi və qançırı olmuşdur. Qeyd olunan xəsarətlər bərk küt əşya təsirindən törənmiş qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə kənar şəxs(lər) tərəfindən yetirilən zərbələr nəticəsində əmələ gələ bilərdi,dərəcəsinə görə sağ almacıq nahiyəsinin qançırı, sağ yanaq nahiyəsinin yumşaq toxumaların əziyi, baş beyin silkələnməsi sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlər aid olduqlarından dərəcələri təyin edilmir. Xəsarətlərin xarekteri və lokalizasiyaları onların şəxsin özü-özünə yetirə bilməsini inkar edir. (i.v. 221-223) “Sübutların qiymətləndirilməsi barədə” 22 may 2024-cü il tarixli qərardan görünür ki, 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. (i.v. 283-294) Elektron məhkəmə sistemindən görünür ki, Şahid2 Azərbaycan Respublikasının hüdudlarından kənardadır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qarşı etdiyi hərəkətdə xuliqanlıq əməlinin əlamətlərinin olmaması barədə ifadəsinə tənqidi yanaşır və həmin ifadənin özünümüdafiə xarakteri daşımaqla inandırıcı olmaması qənaətinə gəlir. Məhkəmə iclasında hadisəni özündə əks etdirən videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, hadisə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin inzibati binasının dəhlizində baş vermişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X4 ilə şəxsi münasibətlər zəminində sözlü mübahisə etmişlər. Lakin bundan sonra Təqsirləndirilən şəxs ətrafda olan şəxslərin olmasına baxmayaraq Marinanın ünvanına təhqiredici ifadələr işlətmişdir. Bu zaman Marina ona əl işarəsi göstərmiş və Yana onun saçından tutaraq yerə yıxıb vurmağa başlamışdır. O, Marinanı vuran zaman və bundan sonra uca səslə nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etmişdir. Yəni Təqsirləndirilən şəxs ilə X4 arasında olan mübahisə şəxsi münasibətlər zəminində başlamış, lakin sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilmişdir. Müdafiə tərəfinin bu mövqeyi nəinki öz təsdiqini tapmır, məhkəmə iclasında bir-birini tamamlayan sübutlar, o cümlədən zərərçəkmiş şəxsin və şahidin ifadələri, istintaq hərəkəti protokolları və işdə olan digər istintaq sənədləri ilə tam təkzib edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsin və şahidi ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2004-cü il 23 mart tarixli, 1 nömrəli Qərarının: 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür; 3-cü bəndinə əsasən məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissiilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisəvə ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçünəsaslar olduqda CM-in şəxsiyyət əleyhinə olan yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. 6-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyətnümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyətiolan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinə ictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıq borcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakedən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür. Nəzərə alınmalıdır ki, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi xuliqanlığın sosial mahiyyətini əks etdirir. “Açıqca hörmətsizlik ifadə etmə” anlayışı xuliqanlığın ictimai yerlərdə, yəni küçədə, ictimai müəssisə və idarələrdə, kafedə, restoranda, ictimai nəqliyyatda və s. törədilməsini nəzərdə tutur. CM-in 221.2.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-in 221.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17 noyabr 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v. 215) “Qətimkan tədbiri seçilməsi haqqında” 20 may 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 269-271) Elektron məhkəmə sistemindən görünür ki, xx.xx.2009-cü il tarixdə anadan olmuş X1 anası Təqsirləndirilən şəxsdır. CM-in: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət əməli törətməsini və himayəsində azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxsna münasibətdə cəza məsələsini müzakirə edərək, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini xarakterizə edən halları, yəni təqsirini etiraf etməklə əməlindən səmimi peşmançılığını və təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Həmin Məcəllənin 52-1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 1) yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 2) elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 3) məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 4) müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Həmçinin məhkəmə tərəfindən məhkum üçün aşağıdakı əlavə vəzifələr də müəyyən edilə bilər: 1) kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 2) məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 3) alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 4) məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. CM-in 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99- 1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə CM-in 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərlə yanaşı məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxsna göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə məhkəmə xərcləri və mülki iddia yoxdur. Qeyd olunanlara əsasən və CPM-in 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsna təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə sübut - 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxsna göstərilmiş hüquqi xidmətə görə Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 10 (on) saata görə 60 (altmış) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı Şəhəri 4 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətdə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rauf Daşdəmirov
Məhkəmə qərarları › İş №1(004)-427/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-427/2024
10.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver