Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-427/2025 14.07.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X1 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi, dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri “28 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1987-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunan və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2rəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə, qanunsuz olaraq xeyli miqdarda əldə etdiyi 1 (bir) ədəd şəffaf rəngli sellofana bükülü vəziyyətdə içərisində təmiz çəkisi 0,230 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 14:22-də Yasamal RPİ-nin 27-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Yasamal rayonu, Z.Adıgözəlov küçəsi 120 ünvanının yaxınlığında saxlanılaraq üzərinə baxış keçirilən zaman sol əlinin içərisində saxladığı 01 ədəd bükümdə təmiz çəkisi 0,230 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs öz hərəkətləri ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə istifadəçisidir. Uzun müddətdir ki, narkotik vasitələrdən və psixotrpo maddələrdən istifadə edir. Əvvəllər məhkum olunmuşdur. xx.xx.2025-ci il tarixdə İran İslam Respublikasının vətəndaşı olan adını Tural kimi tanıdığı şəxslə mobil telefonla “Whatssap” vasitəsi ilə əlaqə saxlamış və bir qram narkotik vasitə olan kakos üçün onun kart hesabına 50 manat pul göndərmişdir. Sonra Tural adlı şəxs ona konum ataraq demişdir ki, “gedib Masazırda Qurtuluş deyilən ünvandan bir qram kakosu götürsün”. O da xx.xx.2025-ci il tarixdə saat təxminən 00:20-də Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş deyilən ünvandan tanımadığı yerdən bir qram kakosu götürüb yaşadığı ünvana gəlmişdir və həmin kakosun bir hissəsini istifadə etmişdir. xx.xx.2025-ci il tarixdə günorta radələrində yaşadığı Yasamal rayonu, Z.Adıgözəlov küçəsi 120 ünvanında yerləşən mənzildən çıxan zaman polis əməkdaşları ona yaxınlaşıb narkotik vasitələrin istifadəsində şübhəli olduğunu bildirmişlər. Həmin vaxt polis əməkdaşları tərəfindən mobil telefon vasitəsi ilə video çəkiliş aparılırmış, ona üzərində qanunsuz olaraq hər hansı narkotik vasitə və ya psixotrop maddə olub-olmadığı soruşulmuşdur. O, sol əlinin içərisində olan ağ sellafona bükülmüş bir büküm kakosu polis əməkdaşlarına təhvil vermişdir. Əməlindən peşman olduğunu, azyaşlı övladının olmasını bildirərək barəsində yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Yasamal RPi-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, qərəzsiz mənbədən 16 aprel 2025ci ildə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edərək üzərində saxlayıb daşıması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat tədbirlərinin həyata keçirilməsi üçün yaradılmış əməliyyat qrupunun üzvləri ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı Yasamal rayonu, Z.Adıgözəlov küçəsi 120 ünvanının yaxınlığına getmişlər. Həmin gün saat 14:22-də Yasamal rayonu, Z.Adıgözəlov küçəsi 120 ünvanının qarşısında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim edərək, onun narkotik vasitələrin qanunsuz olaraq əldə edilməsində və daşınması barədə əməliyyat məlumatı daxil olduğunu və üzərinə baxış keçiriləcəyini bildirmişlər. O da etiraz etməmiş və əməliyyat qrupunun üzvləri ilə birlikdə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə baxış keçirməyə başlamışlar. Baxış zamanı ilk öncə Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs sol əlinin içərisində saxladığı 01 ədəd şəffaf sellofana bükülmüş kütləni təqdim edərək içərisindəki maddənin narkotik vasitə heroin olduğunu və internet vasitəsilə tanış olduğu İran İslam Respublikasının vətəndaşı Tural adlı şəxsin kart hesabına 50 manat göndərdikdən sonra onun göndərdiyi konuma, yəni Abşeron rayonu, Masazır qəsəbəsi, Qurtuluş deyilən əraziyə gedərək oradan tanımadığı yerdən götürdüyünü və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm sarı rəngli kağız zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi davam etdirilmişdir. Heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmiş, üzərindən aşkar edilmiş qəpiklər də baxış keçirilməklə qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə Yasamal RPİ-nin 27-ci PŞ-nə getmişlər. Polis şöbəsində bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişlər. Araşdırma aparılması polis şöbəsinin təhqiqatçısı Nəsimi Musayevə tapşırılmışdır. Təqsirləndirilən şəxs üzərinə tərəflərindən baxış keçirilməsinə dair videoçəkiliş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməklə götürülən bükümə və videoçəkilişin olduğu diskə baxış keçirilməyə başlanılmışdır. Baxış zamanı sellofan bükümün içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik ilkin baxışdan narkotik vasitə heroinə bənzər kütlə olması aşkar edilmişdir. Digər bükümdə olan qəpik pullara da baxış keçirilmiş və yenidən hər ikisi təhqiqatçı tərəfindən ağ rəngli içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmaqla götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsinə dair CD diskdə olan videogörüntüyə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs ilkin olaraq üzərinə baxış keçirilməsi zamanı olanlar bir daha təsdiq olunmuşdur. Bu barədə protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, digər iştirakçılarla birlikdə o da həmin protokolu və qablaşdırmanın üzərini imzalamışdır. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmiş və onun hüquqlarının müdafiə edilməsi üçün vəkil dəvət edilmişdir. Dəvət edilmiş vəkil ona təqdim olunmuş və ona hüquq və vəzifələri izah edilmişdir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxsla onun hüquqlarını müdafiə edən vəkilin iştirakı ilə digər istintaq hərəkətləri davam etdirilmişdir. Məhkəmə iclasında dindirilmiş şahid Səlimov X4 Cavid Musa oğlu ilə eyni məzmunlu ifadə vermişdir. Şahidlər Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılmalarına baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmiş, ittiham və müdafiə tərəfi həmin şəxsləri dindirmək istəmədiyini bildirmiş, bu səbəbdən onların ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı ifadə vermiş şahidlər Şahid2, Şahid3 və Şahid4 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması, nəqliyyat vasitəsinə və ya yaşayış yerinə baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid5 “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 86.8 və 445-ci maddələrini rəhbər tutaraq tərtib etmişdir həmin protokolu ondan ötrü ki, daxil olmuş əməliyyat məlumatı əsasında qəbul edilmiş “əməliyyat-axtarış tərtibinin keçirilməsi haqqında” qərara müvafiq olaraq Yasamal RPİ-nin 27-ci PŞ-nin CA üzrə baş ə/m Şahid2, əm polis kapitanı Şahid4 İsbəndiyar, ə/m polis leytenantı Şahid3 və ə/m polis kapitanı Şahid1. Hazırda videoçəkiliş aparan Yasamal RPİnin 27-ci PŞ-nin CA üzrə baş ə/m Şahid2, ə/m polis kapitanı Şahid4 İsbəndiyar oğlu, ə/m polis leytenantı Şahid3 və ə/m polis leyetenantı Şahid1 iştirakı ilə keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində, narkotik vasitələrin (və ya psixotrop maddələrin) qanunsuz dövriyyəsində şübhəli olan Saxlanılan şəxs Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 14:22-də Bakı şəhəri, Yasamal rayonu, Zülfi Adıgözəlov 120 ünvanının qarşısında yaxalanmışdır. Yaxalanmış xx.xx.1987-ci il tarixdə ünvan 6 ünvanında qeydiyyatda olan, Yasamal rayonu, Zülfi Adıgözəlov 120 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaxalanmasınm səbəbləri barədə məlumat verilməklə, ona tutulduğu andan müdafiəçiyə malik olmaq hüququ izah edilmiş, müdafiəçinin olmadığını (və ya olduğunu), həmçinin müdafiəçi ilə təmin edilməsini tələb etmədiyini (və ya etdiyini) bildirmişdir. Yaxalanmış Təqsirləndirilən şəxs saxladığı hər hansı qanunsuz əşyanı təqdim etməsi təklif olundu və vətəndaş Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu, sol əlinin ovucunda saxladığı 01 salafan bükümdə kütləni təqdim edərək, həmin kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmiş, Tural adlı İran İslam Respublikasının vətəndaşından sifarişlə öz şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Yaxalanan şəxs Təqsirləndirilən şəxs aşkar edilmiş kütləyə baxış keçirilən zaman şəffaf rəngli sellofana bükülmüş qəhvəyi rəngli maddədən ibarət olduğu müəyyən olundu. Baxış keçirilməsi zaman “Samsung” markalı mobil telefondan istifadə edilərək videogörüntü çəkildi, həmin videogörüntü DVD diskə yazılaraq protokola əlavə ediləcəkdir. Baxış keçirilməsinə dair protokol tərtib olundu, ucadan oxundu, etiraz daxil olmadı, imzalarla təsdiq edildi (i.v. 13-15). “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin 27-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X6 Azərbaycan Respublikası CPM-nin 51,86 və 236-cı maddələrinin tələblərinə əsasən Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid5, Yasamal RPİnin 27-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Yasamal RPİ-nin 27-ci PŞnin əməliyyat müvəkkili polis kapitanı Şahid4 İsbəndiyar oğlunun, Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 iştirakları ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Yasamal RPİ-nin 27-ci PŞnə Təqsirləndirilən şəxs şəxsi istehlak miqdardan artıq narkotik vasitələri və psixotrop maddələri əldə edib Yasamal rayonu ərazisində daşınması ilə məşğul olmasında şübhəli bilindiyi üçün, 16 aprel 2025-ci il tarixdə, saat: 14:22 dəqiqədə Yasamal rayonu, Z.Adıgözəlov küçəsi 120 ünvanında yaşadığı mənzilin qarşısında olan zaman saxlanılaraq sol əlinin içərisindən 1 bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə (öz dediyinə görə kakos) aşkar edilərək 1 ədəd açıq qəhvəyi rəngli zərfdə qablaşdırılması və Təqsirləndirilən şəxs götürülməsi raportda qeyd olunmuş və aidiyyatı üzrə təqdim olunmuşdur. Təqdim olunan 1(bir) ədəd açıq qəhvəyi rəngli zərfə və DVD-yə baxış keçirildi, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1 (bir) bükümdə, narkotik vasitə olan heroniə bənzər qəhvəyi rəngli maddə aşkar olundu. Sonra həmin maddə yenidən qablaşdırılıb möhürləndi. Daha sonra 1(bir) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirildi. DVD-də olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır. Baxış və götürmə süni işıqlandırma şəraitində keçirildi. Baxış və götürmə zamanı “Samsunq” markalı videokamera vasitəsi ilə Daxili İşlər Nazirliyinin Yasamal RPİ-nin 27-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən video çəkiliş aparıldı. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi, protoloka 1 (bir) ədəd DVD əlavə olundu (i.v. 18-20). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fizikikimyəvi ekspertizasının 17 aprel 2025-ci il tarixli, 6/1418 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 168” möhür əksi “Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. adlar, soyadlar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,230 qram olan maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir (i.v. 49-53). “Maddi sübut kimi tanınma haqqında” 26 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,230 qram heroinin maddi sübut kimi tanınması və ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan bir ədəd zərfdə - 0,180 qram narkotik vasitə heroinin saxlanılması üçün Yasamal RPİ-nin məsul saxlancına təhvil verilməsi qərara alınmışdır (i.v. 95). “Baxış keçirmə haqqında” 12 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X3, Azərbaycan Respublikası CPM-in 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən icraatında olan ********* nömrəli cinayət işi üzrə yaranmış zərurətlə əlaqədar tərtib etmişdir həmin protokolu ondan ötrü ki, 16 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi və götürmə aparılması ilə əlaqədar qeydə alınmış videogörüntü olan diskə tərəfindən baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, videogörüntü diskə «DVD RV-DVD» adı ilə əlavə edilmişdir. Videogörüntü 06 dəqiqə 49 saniyədən ibarətdir. Videogörüntüyə baxdıqda 16 aprel 2025-ci il tarixli “təqdim olunmuş əşyaya baxış keçirilməsi haqqında” protokolda göstərilənlərin öz təsdiqini tapması, yəni, təqdim olunan 1 (bir) ədəd açıq qəhvəyi rəngli zərfə və DVD diskə baxış keçirilmişdir. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş yazılı zərfdən 1(bir) bükümdə, narkotik vasitə olan heroniə bənzər qəhvəyi rəngli maddə aşkar olunmuş, sonra həmin maddə yenidən qablaşdırılıb möhürlənmişdir. Daha sonra 1(bir) ədəd DVD-yə HP markalı kompüterdə baxış keçirilmiş, DVD diskdə olan görüntülərdə təhqiqata təqdim olunan narkotik maddəyə bənzər maddənin aşkar olunması, Təqsirləndirilən şəxs ondan narkotik maddə aşkar olunması baradə bildirməsi əksini tapmışdır (i.v. 117). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 şəxsi ambulator məcburi-narkoloji tibbi yoxlamanın 20 iyun 2025-ci il tarixli, 3692 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. VSİS-ndən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Bakı şəhər Narkoloji Mərkəzində F15.2 diaqnozu ilə dispanser qeydiyyatdadır ( i.v. 126-127). “Sübutların qiymətləndirilməsi haqqında” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 aprel 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamın dəyişdirilmədən qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində olan narkotik vasitəni polis əməkdaşlarına təqdim etməsinin Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə əsasən psixotrop maddəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2, 234.4.1 və 234.4.4-cü maddələrinin tərkib əlamətləri olmadığına görə barəsində CM-nin həmin maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülüb ekspertizaya təqdim edilmiş təmiz çəkisi 0,230 qram narkotik vasitə heroin maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalan bir ədəd zərfdə - 0,180 qram heroinin Yasamal RPİ-nin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş baxış və götürmə zamanı, təqdim olunan əşyaya baxış keçirilən zaman çəkilmiş videogörüntülər olan 02 ədəd DVD diskin maddi sübut kimi tanınması və cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs üzərindən götürülmüş qəpik pulların özünə qaytarılması, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini əldə etdiyi şəxsin və onların mənbənin müəyyən edilməsi məqsədi ilə cinayət işinin materiallarından ayrıca icraata materialın ayrılaraq, Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin 27-ci polis şöbəsinə göndərilməsi, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsinin tərkib əlamətləri olmadığına görə barəsində CM-nin həmin maddəsi ilə cinayət işinin başlanmasının rədd edilməsi, iş üzrə Təqsirləndirilən şəxs, şahid ifadələri, ekspert rəyləri və digər istintaq sənədlərinin iş üzrə əhəmiyyətli olduğundan sübut növü kimi qiymətləndirilməsi, qərarın surətinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilməsi qərara alınmışdır (i.v. 130-138). Bakı şəhər Probasiya İdarəsi tərəfindən verilmiş 11 iyul 2025-ci il tarixli, 3-16-21-1/2- 52052/2025 nömrəli məktubdan görünür ki, Yasamal Rayon Məhkəməsinin 1(004)- 316/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində hökm və hökmün icrasına dair hakimin göstərişi xx.xx.2024-cü il tarixdə Bakı şəhər probasiya idarəsinin icraatına daxil olmuşdur. Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə idarənin qeydiyyatına alınmışdır. Təqsirləndirilən şəxs Yasamal Rayon Məhkəməsinin 4(004)- 316/25 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Məhkum Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə (həbsdə olduğu müddət nəzərə alınmaqla) cəzasının çəkilməmiş hissəsi 1 il 2 ay 26 gün təşkil edir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahısına əsasən təmiz çəkisi 0,15 qram olan heroin xeyli miqdar, 02 qram olduqda isə külli miqdar, 800 qram olduqda isə xususilə külli miqdar hesab olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması barədə” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və icraata qəbul edilmişdir (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 16 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 16 aprel 2025-ci il tarixdə, saat 14:22-dən tutulmuş hesab edilmişdir (i.v. 33). “Cinayət işinin istintaq aidiyyəti üzrə göndərilməsi barədə” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs barəsində toplanmış material üzrə başlanmış ********* nömrəli cinayət işi aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 58). “Cinayət işinin icraata qəbul edilməsi barədə” 17 aprel 2025-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi icraata qəbul edilərək istintaqı aparılmışdır (i.v. 61). “Təqsirləndirilən şəxs qismində cəlb etməklə ittiham elan edilməsi haqqında” 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 64). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 aprel 2025-ci il tarixli, 4(004)- 316/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 80-82). Şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il təvəllüdlü X2 adında övladı vardır (i.v. 90-91). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış 22 may 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 10 ay 15 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və həbsdə saxlandığı müddət nəzərə alınaraq cəzasını çəkmiş hesab edilmiş, daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmçinin Yasamal RPİ-də AR CM-in 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işi icraatdadır (i.v. 100-101). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(004)- 316/2024 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs istintaq zamanı şübhəli şəxs qismində tutulduğu 13 fevral 2024-cü il tarixdən 15 fevral 2024-cü il tarixədək 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər olmaq hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş azadığın məhdudlaşdırılması cəzasından çıxılması və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması hökm edilmişdir (i.v. 104-108). Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna almasını onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi, Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsi ilə əvvəllər də məhkum olunmasını, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-316/2024 saylı, 16 may 2024-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə yenidən eyni cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, azyaşlı övladının olmasını (CM-59.2) onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, cəzasını yüngülləşdirən yuxarıda göstərilən hallar, cəzasını ağırlaşdıran halların olmadığını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs əvvəllər AR CM-nin 234.1-ci maddəsi ilə məhkum edilmiş, azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə belə, yenidən eyni xarakterli cinayət əməlini törətmişdir. Bu hal göstərir ki, əvvəlki cəza növü — yəni azadlığın məhdudlaşdırılması — ona lazımi tərbiyəvi və islahedici təsir göstərməmiş, onu cinayət yolundan çəkindirməmişdir. Məhkəmə hesab edir ki, məhz belə şəraitdə təqsirləndirilən şəxs barəsində daha ciddi və sərt cəza tədbirinin — azadlıqdan məhrumetmənin tətbiqi zəruridir. Bu cəza həm onun islah olunmasına şərait yaradacaq, həm də cəmiyyət üçün təhlükəni minimuma endirəcəkdir. Cinayətkarın sabit və təkrarlanan davranışları onun şəxsi iradəsində möhkəmlənmiş vərdişi və cəmiyyətə qarşı dərin qarşıdurma münasibətini göstərir ki, bu da cəzanın ictimai təhlükənin qarşısını alma funksiyasını xüsusi aktuallaşdırır. Təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi etiraf etməsi, əməlindən peşman olması, azyaşlı övladının olması kimi yüngülləşdirici hallar nəzərə alınmaqla, ona minimum müddətli, lakin real azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Bu, həm yüngülləşdirici hallara ədalətli yanaşmanı təmin edəcək, həm də onun davranışında formalaşmış cinayətkar vərdişlərin aradan qaldırılmasına xidmət edəcəkdir. Beləliklə, əvvəlki cəzanın məqsədinə nail olunmaması, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən mənfi hallar və cinayətin ictimai təhlükəlilik dərəcəsi nəzərə alınaraq, onun islah olunması və yeni cinayətlərin qarşısının alınması üçün azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanunvericiliyin məqsəd və prinsiplərinə tam uyğun hesab edilir. Məhkəmə onu da qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən hazırki cinayət işi üzrə törədilmiş AR CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-316/2024 saylı, 16 may 2024-cü il tarixli hökmündən sonra, yəni 16 aprel 2025-ci il tarixdə törədilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və cəzanın ağırlaşdıran halın olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 1(004)-316/2024 saylı, 16 may 2024-cü il tarixli hökmü ilə AR CM-nin 234.1-ci maddəsi ilə qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi AR CM-nin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla AR CM-nin 67.1-ci maddəsinə əsasən hazırki hökmklə təyin edilmiş cəzaya qismən birləşdirilməklə ona qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli ibtidai istintaq zamanı tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, barəsində narkomaniyadan məcburi müalicəyə ehtiyacı olmadığından ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli (CPM-132), iş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM- 198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “28 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44, 197-198, 344-347, 349, 351-353, 356-358 və 385-ci maddələrini rəhbər tutaraq, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 may 2024-cü il tarixli, 1(004)-316/2024 saylı hökmü ilə qəti olaraq təyin edilmiş 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 02 ay 26 gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılmasının iki gününə bərabər tutulmaqla – 07 ay 13 gün müddət, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu vaxtdan, yəni 16 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut – Bakı şəhəri Yasamal RPİ-nin məsul saxlancına təhvil verilmiş 0,180 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Ekspertiza tədqiqatının dəyəri 110 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut – 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “28 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “28 saylı” Vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-427/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-427/2025
14.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver