Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-428/2021 01.12.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Babayev Rəşad Mahir oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1979-cu ildə Göyçay rayonu, Yalman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Göyçay rayonu, Yalman kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını elektron məlumat daşıyıcısından istifadə edib gizli olaraq talama məqsədi ilə Azərbaycan Respublikası MNnin N saylı Hərbi Hissəsinin hərbi qulluqçusu X7 2-ci Qarabağ müharibəsində şəhid olduğuna görə Kənan Qafarova məxsus şəxsi əşyaları və Kənan Qafarova "xxxx" ASC tərəfindən verilmiş ******************** hesab nömrəsi olan elektron plastik pul kartını N saylı hərbi hissədən təhvil aldıqdan sonra həmin əşyaları Kənan Qafarovun valideynlərinə təhvil versə də "xxxx" ASC-yə aid ******************** hesab nömrəsi olan elektron plastik pul kartını Kənan Qafarovun valideynlərinə təhvil verməyib bu barədə məlumatı onlardan gizlətmiş və Kənan Qafarova məxsus "xxxx" ASC tərəfindən verilmiş ******************** hesab nömrəli elektron məlumat daşıyıcısı hesab edilən elektron plastik pul kartının pin kodunu kartın üzərində qeyd edildiyini gördükdən sonra həmin elektron pul kartından istifadə edilməklə Kənan Qafarovun bank hesabından 26 oktyabr 2020-ci il tarixdə saat 18:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 1 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 1600 manat, 27 oktyabr 2020 –ci il tarixdə saat 17:32 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 B ünvanında quraşdırılmış “Xalq Bankın” “Neftçilər “ filialına aid bankomatdan 200 manat, 27 oktyabr 2020-ci il tarixdə saat 18:37 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 1 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 26 manat, 02 noyabr 2020-ci il tarixdə saat 18:45 radələrində ünvan 5 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 100 manat, 12 noyabr 2020-ci il tarixdə saat 08:35 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Avro marketdə” quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 400 manat, 17 noyabr 2020-ci il tarixdə saat 09:53 radələrində ünvan 6 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 1000 manat, 18 noyabr 2020-ci il tarixdə saat 10:25 radələrində ünvan 5 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 400 manat, 19 noyabr 2020-ci il tarixdə saat 19:24 radələrində ünvan 5 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 850 manat, 20 noyabr 2020-ci il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 1 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 650 manat, 23 noyabr 2020-ci il tarixdə saat 20:43 radələrində ünvan 5 ünvanında quraşdırılmış“Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 20 manat, 26 noyabr 2020-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şaqan-Mərdəkan qəsəbəsində quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 260 manat, 05 dekabr 2020-ci il tarixdə saat 22:39 radələrində ünvan 5 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 400 manat, 16 dekabr 2020-ci il tarixdə saat 12:09 radələrində ünvan 5 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 300 manat və 18 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 6-cı Paralel küçəsində yerləşən “Araz” marketin qarşısında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 14 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs Kənan Qafarova ümumlikdə 6220 manat olmaqla xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anket məlumatlarında göstərilən ünvanda yaşamışdır. Heç bir yerdə işləməmişdir. Psixi cəhətdən sağlamdır və heç bir psixiatrik qeydiyyatda deyil.Hazırda heç bir yerdə işləmir və tutulana kimi fərdi əməklə məşğul olmuşdur. X7 onun əmisi oğludur. X8 qızı İlqarə Qafarova ilə iki ilə yaxın nişnalı olmuşdur. Kənan Müdafiə Nazirliyinin N nömrəli Hərbi Hissəsində xidmət etmiş və Kənan 06 oktyabr 2020-ci il tarixdə 2-ci Qarabağ döyüşlərində şəhid olmuşdur. X13 rayonunda dəfn edildikdən sonra o, Kənanın xidmət edtiyi N nömrəli hərbi hissəyə gedib Kənana məxsus şəxsi əşyaları və sənədləri təhvil almışdır. Təhvil-təslim zamanı hər hansı bir sənəd yazılmamışdır. Belə ki, Kənana məxsus paltarları, saatını, şəkillərini və sənədlərini təhvil almış və sənədlərin arasında Kənana məxsus “Azərbaycan Beynəlxalq” bankdan verilmiş maaş kartı da olmuşdur. Kartın üzərində bank hesabının 4 rəqəmli kodunu görüb həmin kartdan istifadə edib pulu çıxartmaq qərarına gəldiyi üçün kartı özündə saxlamış, lakin Kənanın digər şəxsi əşayalarını və sənədlərini Göyçay şəhərində Kənanın anası Zərərçəkmiş şəxs təhvil vermişdir. Kənanın əşyalarının arasında pul kartının olması barədə isə Kənanın anasına və ailə üzvlərinə məlumat verməmişdir. Çünki onun məqsədi kartda pul olduğu halda pulu çxartmaq olmuşdur. Kənan şəhid olmazdan əvvəl ailəsinə demədən ona maddi dəstək də olmuşdur. Buna səbəb isə onun maddi vəziyyətinin pis olması olmuşdur. Kənan Qafarovun kart hesabından pulu 16 oktyabrdan yox, 26 oktyabr 2021-ci il tarxdə bankomatlardan çıxarmağa başlamışdır. Bank tərəfindən verilmiş məlumatlar həqiqəti əks etdirir və o, ümumilikdə Kənan Qafarovun kart hesabından 6220 manat pul çıxarmışdır. Belə ki, ilk dəfə o, 26 oktyabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 1 ünvanda quraşdırılmış bankomatdan 1600 manat, 27 oktyabr 2020 –ci il tarixdə “Xalq Bankın” Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 B ünvanda quraşdırılmış “Neftçilər “ filialına aid bankomatdan 200 manatı, 27 oktyabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 1 ünvanda quraşdırılmış bankomatdan 26 manat, 02 noyabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” ünvan 5 ünvanda quraşdırılmış bankomatdan 100 manat, 12 noyabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsi, “Avro marketdə” quraşdırılmış bankomatdan 400 manat, 17 noyabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” ünvan 6 ünvanda quraşdırılmış bankomatdan 1000 manat, 18 noyabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” ünvan 5 ünvanda quraşdırılmış bankomatdan 400 manat, 19 noyabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” ünvan 5 ünvanda quraşdırılmış bankomatdan 850 manat, 20 noyabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 1 ünvanda quraşdırılmış bankomatdan 650 manat, 23 noyabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” ünvan 5 ünvanda quraşdırılmış bankomatdan 20 manat, 26 noyabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” Bakı şəhəri, Xəzər rayonu, Şaqan-Mərdəkan qəsəbəsində quraşdırılmış bankomatdan 260 manat,05 dekabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” ünvan 5 ünvanda quraşdırılmış bankomatdan 400 manat, 16 dekabr 2020-ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” ünvan 5 ünvanda quraşdırılmış bankomatdan 300 manat və sonuncu dəfə 18 fevral 2021ci il tarixdə “Azərbaycan Beynəlxalq Bankın” Bakı şəhəri, Yasamal rayonu, 6-cı Paralel küçəsində yerləşən “Araz” marketin qarşısında quraşdırılmış bankomatından 14 manat pulu çıxartmışdır. Bununla da o, Kənan Qafarovun kart hesabından 6220 manat çıxartmışdır. Kənanın bank hesabından çıxartdığı pulları öz ehtiyacına və xəstə qızının müalicəsinə xərcləmişdir. Özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın tamamilə aradan qaldırılmasını, sonuncunun ona qarşı hər hansı tələbinin, şikayətinin və mülki iddiasının olmamasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Göyçay rayonu, Yalman kəndində qeydiyyatda olmaqla həmin ünvanda da ailəsi ilə birlikdə yaşayır və hazırda heç bir yerdə işləmir. 06 avqust 1996-cı ildə Göyçay rayonu, Yalman kəndində anadan olmuş X7 onun oğludur. X14 Azərbaycan Respublikası MN-nin N saylı Hərbi Hissəsinin hərbi qulluqçusu olmuşdur və aylıq əmək haqqı almışdır. X2 06 oktyabr 2020-ci il tarixdə 2-ci Qarabağ müharibəsində gedən döyüşlərdə şəhid olmuş və onun oğlu şəhid olmazdan əvvəl ona sonuncu əmək haqqının pul kartında olduğunu demişdir. Bundan başqa Kənanın bütün şəxsi əşayalarını qohumu Təqsirləndirilən şəxs hərbi hissədən götürüb onlara təhvil vermişdir. Oğlunun adına olan avtomobili o, bankdan götürmək istədikdə bankdan ona bildirmişlər ki, oğlu Kənanın vərəsəliklə bağlı məsələləri həll edildikdən altı ay sonra banka avtomobillə bağlı müraciət edə bilər. O, oğlunun vərəsəlik hüququnu təsdiq edən sənədi aldıqdan sonra yenidən “Azərbaycan Beynəlxalq” bankına müraciət etmişdir. Həmin vaxt bankda ona bildirmişlər ki, X14un bank hesabından 3,960 manat naməlum şəxs tərəfindən çıxarılmışdır. Daha sonra bankdan ona 23 iyul 2021-ci il tarixdə verilmiş həmin çıxarışa baxanda ona məlum olmuşdur ki, həqiqətən də oğlunun bank hesabından pul çıxarılıb. Əvvəl pulu kimin çıxardığını bilməmişdir. 3960 manat pulun hesabdan çıxarılması ona görə təxminidir. Çünki ola bilsin ki, hesabdan pul ondan da çox çıxarılb və bunu yenidən banka sorğu verilsə pulun məbləğini dəqiqləşdirmək olar. Bankdan verilən hesabdan çıxarışa baxanda görmüşdür ki, həqiqətən 16 oktyabr 2020-ci il tarixdən 18 fevral 2021-ci il tarixə qədər olan müddət ərzində onun oğlu Kənanın bank hesabından pulu çıxarılıb. Amma Kənanın pul kartının kimdə olmasında həmin günü məlumatı olmamışdır. Ancaq düşünmüşdür ki, Kənanın paltarlarını onlara qohumu Təqsirləndirilən şəxs verib və ondan bu barədə məlumat alar. Daha sonra ona oğlunun hesabından çıxarış vermişlər.Çıxarışda sonuncu 14 manat pulun 28 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 6-cı Paralel küçəsində yerləşən bankomatdan çıxarıldığı qeyd edilmişdir. Məcnundan bu barədə soruşanda Məcnun boynuna almamışdır. Şəhid oğlunun bütün əşyalarını və sənədlərini Məcnun ona təhvil verəndə o, oğlunun pul kartının əşyalarının və sənədlərinin içərisində olmadığından bu barədə Məcnundan heç nə soruşmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, qohumu Təqsirləndirilən şəxs 2020-ci ilin oktyabr ayından 2021-ci ilin fevral ayınadək olan müddət ərzində "xxxx" tərəfindən onun X14a verilmiş kartdan istifadə edərək oğlunun bank hesabından pul oğurlamışdır. Bizə buna görə təxminən 3960 manat maddi ziyan dəymişdir. Amma bu ziyan təxminidir. X5 hesabından guya 4500 manat pul çıxartdığını etiraf etmişdir, amma kartı Məcnun onlara təhvil verməmişdir. Çıxarılan pulun dəqiq məbləğini bankdan öyrənmək olar. "xxxx" ASC tərəfindən verilmiş çıxarışdakı məlumatlar həqiqəti əks etdirir və bank məlumatları əldə edildikdən sonra ona dəymiş ziaynın məbləğinin 6220 manat olduğunu müəyyən etmişdir. Odur ki, onun oğluna dəymiş maddi ziyanın məbləğinin 6220 manat olması nəzərə alınmalıdır. Bundan əlavə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədə onlara dəymiş ziyanın tamamilə ödənilməsini, Təqsirləndirilən şəxs qarşı heç bir tələbinin, şikayətinin və mülki iddiasının olmamasını göstərmişdir. Cinayət işinin 52-53-cü vərəqələrində olan 27 iyul 2021-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 95-98-ci vərəqələrində olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 iyul 2021-ci il tarixdən hesablanmaqla 27 oktyabr 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 27 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 17 noyabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 108-109-cu vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsinin tərəfindən 14 sentyabr 2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin 146-154-cü vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında 09 oktyabr 2021-ci il tarixli qərardan görünür ki, 01 ədəd CD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, onlara vurulmuş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmiş, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir tələbi, şikayət və mülki iddiası yoxdur. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, zərərçəkmiş şəxs X6 "xxxx" ASC tərəfindən verilmiş ******************** hesab nömrəsi olan elektron plastik pul kartından istifadə edilməklə Təqsirləndirilən şəxs tərəfindən 26 oktyabr 2020-ci il tarixdə saat 18:35 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 1 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 1600 manat, 27 oktyabr 2020 –ci il tarixdə saat 17:32 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 70 B ünvanında quraşdırılmış “Xalq Bankın” “Neftçilər “ filialına aid bankomatdan 200 manat, 27 oktyabr 2020-ci il tarixdə saat 18:37 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 1 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 26 manat, 02 noyabr 2020-ci il tarixdə saat 18:45 radələrində ünvan 5 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 100 manat, 12 noyabr 2020-ci il tarixdə saat 08:35 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində yerləşən “Avro marketdə” quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 400 manat, 17 noyabr 2020-ci il tarixdə saat 09:53 radələrində ünvan 6 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 1000 manat, 18 noyabr 2020-ci il tarixdə saat 10:25 radələrində ünvan 5 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 400 manat, 19 noyabr 2020-ci il tarixdə saat 19:24 radələrində ünvan 5 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 850 manat, 20 noyabr 2020-ci il tarixdə saat 11:15 radələrində Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 1 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 650 manat, 23 noyabr 2020-ci il tarixdə saat 20:43 radələrində ünvan 5 ünvanında quraşdırılmış“Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 20 manat, 26 noyabr 2020-ci il tarixdə saat 16:50 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şaqan-Mərdəkan qəsəbəsində quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 260 manat, 05 dekabr 2020-ci il tarixdə saat 22:39 radələrində ünvan 5 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 400 manat, 16 dekabr 2020-ci il tarixdə saat 12:09 radələrində ünvan 5 ünvanında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 300 manat və 18 fevral 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, 6-cı Paralel küçəsində yerləşən “Araz” marketin qarşısında quraşdırılmış “Azərbaycan Beynəlxalq Banka” məxsus bankomatdan 14 manat pul vəsaitini oğurlaması bir daha təsdiq edilmişdir. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özgənin xeyli miqdarda əmlakını gizli olaraq talama məqsədilə elektron məlumat daşıyıcısından istifadə etməklə oğurluq etməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, CD diskdə olan məlumatlarla və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Odur ki, Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın tamamilə aradan qaldırılmasını, sonuncunun ona qarşı hər hansı tələbinin, şikayətinin və mülki iddiasının olmamasınıcəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq 27 iyul 2021-ci il tarixdən məhdudlaşdırıldığı təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkilləri Müdafiəçiə və M.T.Şahmarova dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçiə ibtidai istintaq dövründə iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, M.T.Şahmarov isə məhkəmədə 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351- 353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) CD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun vəkili Müdafiəçi ibtidai istintaq dövründə iştirak etdiyi 70 saata görə 420 (dörd yüz iyirmi) manat, X4 isə məhkəmədə iştirak etdiyi 45 saata görə 270 (iki yüz yetmiş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri «Mərkəz» Vəkil Bürosunun Azərbaycan X9 şöbəsi, Bankın kodu 805142, VÖEN ********** Müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, hesablaşma hesabı AZ39İBAZ**********6226260350 (VÖEN **********) hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Murad Məmmədov
Məhkəmə qərarları › İş №1(004)-428/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-428/2021
01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver