Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-428/2025 18.08.2025 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ X7 Seyidovun sədrliyi, İlham Əmrah oğlu Nəcəflinin katibliyi Dövlət ittihamçısı - Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhər məhkəmələrində dövlət ittihamı şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri “27 saylı” vəkil bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1985-ci ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olan və Bakı şəhəri, Yasamal rayonu ərazisində gündəlik kirayə evlərdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, tamah niyyəti ilə saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 19:36 dəqiqədən xx.xx.2025-ci il tarixdə saat 00:20 dəqiqəyədək olan müddət ərzində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 88 ünvanda yerləşən 77 saylı X27 Bağçasının anbarının plastik pəncərəsini açmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan 253,7 manat dəyərində bir ədəd 40 litr tutumlu nejavika qazan, 198 manat dəyərində bir ədəd 40 litr tutumlu alüminium qazan, 93,46 manat dəyərində bir ədəd 30 litr tutumlu alüminium qazan, 93,46 manat dəyərində bir ədəd 10 litr tutumlu tefal qazan, hər birinin dəyəri 67,97 manat olmaqla, cəmi 135, 94 manat dəyərində olan iki ədəd 5 litr tutumlu tefal qazan, 141,60 manat dəyərində bir ədəd 20 litr tutumli tefal qazan, hər biri 28,32 manat olmaqla cəmi 113,28 manat dəyərində olan dörd ədəd 20 sm ölçüsündə keramika tava, 15,58 manat dəyərində bir ədəd böyük aşsüzən, hər biri 11,50 manat olmaqla cəmi 80,50 manat dəyərində olan yeddi ədəd dəmir padnos, hər biri 54,87 manat olmaqla cəmi 109,74 manat dəyərində olan iki ədəd böyük tefal tava, hər biri 26,90 manat olmaqla cəmi 53,80 manat dəyərində olan iki ədəd balaca tefal tava, hər biri 37,17 manat olmaqla cəmi 148,68 manat dəyərində olan dörd ədəd 9 litr tutumlu emal ləyən, hər biri 28,32 manat olmaqla cəmi 283,20 manat dəyərində olan 10 ədəd 3 litr tutumlu emal qazan, 59,47 manat dəyərində bir ədəd 10 litr tutumlu emallı çaydan, hər biri 60,18 manat olmaqla cəmi 240,72 manat dəyərində olan dörd ədəd 32 sm ölçüsündə keramika tava və 212,40 manat dəyərində bir ədəd mətbəx üçün nəzərdə tutulmuş elektron tərəzini gizli olaraq talayıb vahid niyyətlə əhatə olunan qəsdlə Bakı şəhəri üzrə Təhsil İdarəsinə ümumilikdə 2233 manat 53 qəpik (iki min iki yüz otuz üç manat əlli üç qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə irəli sürülmüş ittihama əsasən o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə tiryək əldə edib üzərində daşıyaraq saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Nəsimi rayonunda “Kubinka” adlanan ərazidə şəxsiyyəti istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan 30 manat müqabilində xeyli miqdarda bir ədəd şəffaf sellofan bükümdə təmiz çəkisi 0,973 qram kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəki qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin tarixdə saat 19:00-da Yasamal rayon Polis idarəsinin 28-ci Polis şöbəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanın qarşısında küçədə saxlanılaraq 28-ci Polis şöbəsinə gətirilmiş, Polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən təmiz çəkisi 0,973 qram olan həmin narkotik vasitə asetilə edilən tiryək aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş və ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, o, Yasamal rayonunda yerləşən bağçadan cəmi 6 qazan oğurlamışdır. İttihamda göstərilən əşyaların iki torbaya yerləşməsinin mümkün olmadığını bildirmişdir. Həmçinin Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ittihamın mahiyyəti üzrə ifadəsində göstərmişdir ki, ac olduğu üçün ona 30 manat təklif edilərək narkotik vasitəni boynuna götürməyini bildirmişlər, o da ac olduğu üçün həmin məbləği götürərək narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2024-cü ilin noyabr ayından Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 88 ünvanda yerləşən 77 saylı X27 Bağçasının müdiri vəzifəsini icra edir. Hər gün saat 09 radələrindən saat 19 radələrinədək bağça fəaliyyət göstərir. Həftənin şənbə və bazar günləri bağça fəaliyyət göstərmir. xx.xx.2025-ci il tarixdə saat 09 radələrində işə gəlmişdir. Bağçanın həyətində gəzişən zaman anbarın pəncərəsinin açıq olduğunu görmüşdür. O, dərhal anbarın qapısını açaraq içəri daxil olmuşdur. İçəri daxil olarkən yerdə yığılmış qazan dəstləri və digər məişət əşyalarının yerində olmadığını aşkar etmişdir. Bundan sonra o, bağçanın işçilərinə deyərək hər hansının məlumatı olub- olmamasını soruşmuşdur. Lakin işçilər heç biri məlumatı olmadıqlarını bildirmişlər. Bir qədər keçdikdən sonra o, oğurluq hadisəsi baş verdiyini başa düşərək DİN-in 102 xidmətinə zəng edib bu barədə məlumat vermişdir. Bir qədər keçdikdən sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Sonradan bağçada quraşdırılmış müşahidə kameralarına baxış keçirən zaman xx.xx.2025-ci il tarixdə saat 19:36 dəqiqədən xx.xx.2025-ci il tarixdə saat 00:20 dəqiqəyədək olan müddət ərzində bir nəfər şəxsin anbarın pəncərəsini açıb içəri daxil olaraq anbarda olan əşyaları həmin pəncərədən çıxarmaqla daşıdığını görmüşdür. Sonradan isə həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Müdiri vəzifəsini icra etdiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 88 ünvanda yerləşən 77 saylı X27 Bağçasından xx.xx.2025ci il tarixdə saat 19:36 dəqiqədən xx.xx.2025-ci il tarixdə saat 00:20 dəqiqəyədək olan müddət ərzində sonradan adını bildiyi Təqsirləndirilən şəxs 1 ədəd 40 litr həcmli nejavika qazan, 1 ədəd 40 litr həcmli alüminium qazan, 1 ədəd 30 litr həcmli alüminium qazan, 1 ədəd 10 litr həcmli tefal qazan, 2 ədəd 5 litr həcmli tefal qazan, 1 ədəd 20 litr həcmli tefal qazan, 4 ədəd 20 sm ölçülü keramika tava, 1 ədəd böyük aşsüzən, 7 ədəd dəmir materialdan padnus, 2 ədəd böyük tefal tava, 2 ədəd balaca tefal tava, 4 ədəd 9 litr həcmli şirli ləyən, 10 ədəd 3 litr həcmli şirli qazan, 1 ədəd 10 litr həcmli şirli çaydan, 4 ədəd 32 sm ölçülü keramika tava, 1 ədəd elektron tərəzi oğurlanmış və nəticədə ona ümumilikdə 2233 manat 53 qəpik maddi ziyan dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Yasamal rayonu 2-ci Alatava adlanan ərazidə əlvan metalların qəbulu ilə məşğuldur. Həmin ərazidə Əli adlı şəxsdən icarəyə götürdüyü yaşayış evinin alt hissəsində qaraj sahəsində 20-25 kv.metr sahədə əlvan metallar - alüminium, dəmir və.s qəbul edir. Həmin obyekti özü işlədir. Bildiyi qədəri ilə 27-28 aprel 2025-ci tarixində axşam saatlarında əvvəlcədən tanımadığı və adını bilmədiyi, adını sonradan bildiyi Azər adlı şəxs ona yaxınlaşaraq bir neçə ədəd alüminium materialdan qazanlar olduğunu və satmaq istədiyini bildirmişdir. 27 aprel tarixində 2 ədəd qazan, 28 aprel tarixdə isə 4 ədəd alüminium qazanı satmaq üçün gətirmiş, birinci dəfə gətirdiyi qazanlara görə 13 manat, ikinci dəfə satdığı qazanlara görə isə 36 manat Azər adlı şəxsə pul vermişdir. Həmin şəxs qazanları ona satarkən öz evinə aid olduğunu və maddi sıxıntıları olması səbəbindən satdığını demişdir. O da özünə məxsus telefonla Azər adlı şəxsin şəxsiyyət vəsiqəsinin şəklini çəkərək özündə qeyd etmişdir. 30 aprel 2025-ci il tarixdə polis əməkdaşları yaxınlaşaraq Azər adlı şəxsi oğurluq etdiyini və oğurluq zamanı əldə etdiyi qazanları onun işlədiyi əlvan metalların qəbulu sahəsinə satdığını demişdir. O da həmin qazanlardan iki ədədin emala verildiyini, lakin digər 4 ədədinin obyektdə olduğunu bildirmiş və həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. O, Azər adlı şəxsi əvvəllər tanımamış, bundan əvvəl həmin şəxs ona heç bir metal satmamışdır. Yalnız 27-28 aprel 2025-ci tarixində axşam saatlarında ona alüminium qazanlar satmışdır. O, həmin alüminium qazanları Təqsirləndirilən şəxs adlı şəxsdən götürərkən onun həmin qazanları haradan almasını və kimə məxsus olduğunu soruşduqda qazanların öz evinə aid olduğunu və maddi ehtiyacları səbəbindən satdığını demişdir. Azər 2 dəfə, 27 aprel tarixində 2 ədəd qazan, 28 aprel tarixdə isə 4 ədəd alüminium qazanı satmaq üçün gətirmişdir. Birinci gətirdiyi qazanlara görə 13 manat, ikinci dəfə satdığı qazanlara görə isə 36 manat Azərə pul vermişdir. Qeyd olunanlardan başqa Azər ona hər hansı metal satmamışdır. Onun Azər adlı şəxsin başqa metal qəbulu sahələrinə satış etməsi, oğurladıqları əşyaları satması barədə məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞnin baş əməliyyat müvəkilli, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 27 aprel 2025-ci il tarixdə Yasamal RPİ-nin naməlum şəxs və ya şəxslər tərəfindən ünvan 2 ünvanında yerləşən 77 saylı X27 bağçasının anbarından keçmə yolu ilə məişət əşyalarının oğurlanması barədə 28-ci PŞ-nə məlumat daxil olmuşdur. Bundan sonra iş yoldaşı 28-ci PŞ-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə həmin oğurluq hadisəsini törətməkdə şübhəli olan şəxsin xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs olmasını müəyən etmişlər. Daha sonra 30 aprel 2025-ci il tarixdə saat 19:00-da ünvan 3 ünvanının qarşısında xarici əlamətlərindən Təqsirləndirilən şəxs bənzəyən şəxsi görüb ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Ona 77 saylı X27 bağçasından oğurluq etməkdə şübhəli olduğunu saxlayaraq polis bölməsinə aparmışlar. Bu zaman Təqsirləndirilən şəxs həmin oğurluq əməlini törətdiyini şifahi şəkildə etiraf edərək oğurladığı əşyaları Yasamal rayonu, 2-ci Alatava qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə satdığını, oğurluq yolu ilə əldə etdiyi pula Yasamal rayonu, “Kubinka” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata alaraq əldə edib üzərində saxladığını və hazırda da həmin narkotik vasitənin üzərində olduğunu bildirmişdir. Bundan sonra vəkilin iştirakı ilə video çəkiliş həyata keçirilməklə hüquq və vəzifələri izah olunduqdan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya və ya predmet varsa könüllü surətdə təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Həmin büküm açılaraq içərisində qəhvəyi rəngli maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd şəffaf bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, həmin narkotik vasitəni 30 aprel 2025-ci il tarixdə Yasamal rayonu, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün alaraq əldə etdiyini və üzərində saxladığını bildirmişdir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilməmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülmüşdür. Həmin zərfin üzəri iştirakçılar və şübhəli şəxs Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olması müəyyən edilməmişdir. Verilən suallara cavab olaraq isə 30 manat müqabilində Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmasını deməsi tamamilə yalandır. Məhkəmə iclasında dindirilmiş şahid Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3 Şahid2 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Baxış keçirilməsi haqqında” 28 aprel 2025-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən ünvan ünvan 4ış və götürmə aparılması haqqında” 30 aprel 2025-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən içərisində bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etdi. Şəffaf rəngli büküm açılan zaman içərisində qəhvəyi rəngli maddə aşkar edildi. O, həmin maddənin “kakos” olduğunu və xx.xx.2025-ci il tarixdə “Kubinka” deyilən ərazidə adını bilmədiyi şəxsdən 30 manata aldığını bildirdi. Bundan sonra o, xx.xx.2025-ci il tarixdə saat 19:00-da dəqiqədə polis əməkdaşları tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 1 ünvanın qarşısında saxlandığını bildirdi və xx.xx.2025-ci il tarixdə “Kubinka” deyilən ərazidə adını bilmədiyi şəxsdən 30 manata aldığını bildirdi. Bundan sonra o, xx.xx.2025-ci il tarixdə saat 19:00-da dəqiqədə polis əməkdaşları tərəfindən Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 1 ünvanın qarşısında saxlandığını bildirdi. Vət.Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən qablaşdırılıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 167 saylı möhürü ilə möhürlənərək götürüldü. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparıldı, lakin şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və maddələr aşkar edilmədi (i.v. 34-35). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin fizikikimyəvi ekspertizasının 01 may 2025-ci il tarixli, 6/1612 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “..Təqsirləndirilən şəxs (imza)...” yazıları, soyad və imzalar olan bir ədəd zərfin içərisində 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,973 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir (i.v. 43-47). “Zərərçəkmiş şəxs qismində tanımaq haqqında” 02 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Bakı şəhəri üzrə Təhsil İdarəsi zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 57). “Zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanımaq haqqında” 02 may 2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi, “77 saylı X27 Bağçası”nın müdiri əvəzi Nümayəndə zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi kimi tanınmışdır (i.v. 58). “Könüllü təqdim etmə və baxış keçirilməsi haqqında” 02 may 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin istintaq şöbəsinin müstəntiqi, polis kapitanı X1 RPİ-nin İstintaq şöbəsində Azərbaycan Respublikası CPM-nin 51, 85 və 236-cı maddələrinin tələblərinə əsasən zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış Nümayəndə iştirakı ilə tərtib etmişdir həmin protokolu icraatında olan Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1 -ci maddələri ilə istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə ondan ötrü kı, zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmış Nümayəndə hadisə zamanı oğurlanmış əşyaların inventarizasiya cədvəli və həmin əşyaların qiyməti barədə aktı istintaqa könüllü olaraq təqdim etmişdir. Həmin sənədlərə baxış keçirdikdə Yasamal rayonu 77 saylı X27 bağçasına məxsus inventarizasiya cədvəli olması və həmin cədvəldə olan siyahıdakı əşyaların içərisində oğurlanmış əşyalar barədə də məlumatların olması müəyyən edilmişdir. Digər sənəd olan akta baxış keçirdikdə isə hadisə zamanı oğurlanmış 16 adda müxtəlif əşyaların adları və qiyməti barədə məlumatların olması məlum oldu (i.v. 67-71). 28 aprel 2025-ci il tarixli aktdan görünür ki, Yasamal rayonu 77 №-li X27 bağçasının müdir əvəzi Nümayəndə, gözətçi-X10, dalandar-X8, aşbaz- X5, paltaryuyan - X16 bu aktı ondan ötrü tərtib etmişlər ki, xx.xx.2025-ci il tarixində 77 №-li X27 bağçasına 19:36dan xx.xx.2025-ci il 00:20-ə qədər bağçanın kamera görüntülərinə əsaslanaraq bir nəfər naməlum şəxs bağçaya ardıcıl daxil olmuşdur. Görüntülərə əsaslanaraq bağçanın anbarında təftiş aparılmış və 2233.53 (iki min iki yüz otuz üç manat əlli qəpik) dəyərində aşağıdakı bağçaya aid olan invertarları oğurlayaraq mənimsəmişdir: 1 ədəd 253.7 manat dəyərində olan nejavika qazan 40 litr, 1 ədəd 198 manat dəyərində olan aliminium qazan 40 litr, 1 ədəd 93.46 manat dəyərində olan aliminium qazan 30 litr, 1 ədəd 93.46 manat dəyərində olan qazan tefal 10 litr, 2 ədəd 135.94 manat dəyərində olan qazan tefal 5 litr, 1 ədəd 141.60 manat dəyərində olan qazan tefal 20 litr, 4 ədəd 113.28 manat dəyərində olan tava keramika 20 sm, 1 ədəd 15.58 manat dəyərində olan aşsüzən böyük, 7 ədəd 80.50 manat dəyərində olan padnos dəmir, 2 ədəd 109.74 manat dəyərində olan tava tefal böyük, 2 ədəd 53.80 manat dəyərində olan tava tefal balaca, 4 ədəd 148.68 manat dəyərində olan ləyən emal 9 litr, 10 ədəd 283.20 manat dəyərində olan qazan emallı 3 litr, 1 ədəd 59.47 manat dəyərində olan çaydan emallı 10 litr, 4 ədəd 240.72 manat dəyərində olan tava keramika 32 sm, 1 ədəd 212.40 manat dəyərində olan elektron tərəzi mətbəx üçün, cəmi 2253.53 manat (i.v. 72). “maddi sübut kimi tanıma haqqında” 08 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, təmiz çəkisi 0,973 qram kustar üsulla hazırlanmış narkotik vasitə asetilə edilən tiryəkin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatdan sonra xalis çəkisi 0,873 qram narkotik vasitə asetilə edilən tiryək qərarla birlikdə, saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilməsi qərara alınmışdır (i.v. 110-111). “Diskə baxış keçirilməsi haqqında” 12 may 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X14, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177,6 və 236-cı maddələrini rəhbər tutub tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, tərtib olunmuş “şəxsi axtarış və götürülmə aparılması haqqında” xx.xx.2025-ci il tarixli protokola əlavə edilmiş 01 ədəd diskə xidməti iş otağında baxış keçirmiş, diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R» formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə «GOLD» yazısı həkk olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağında olan həmin disk “Hp” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, Yasamal RPİ-nin inzibati binasında Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin və iki nəfər polis əməkdaşının iştirakları ilə video çəkiliş aparılmaqla baxış keçirilərək, hüquq və vəzifələri izah olunduqdan sonra Təqsirləndirilən şəxs «şəxsi axtarış və götürmə haqqında» qərarla tanış edərək paltarlarında əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs könüllü olaraq həmin vaxtı əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümü çıxarıb masanın üzərinə qoymaqla təqdim edir. Həmin büküm açılaraq içərisində qəhvəyi rəngli maddə olması müəyyən olunur. Sorğu zamanı Azər Bahşov təqdim etdiyi bir ədəd şəffaf bükümün içərisində “kakos” kimi tanıdığı narkotik vasitə olmasını, həmin narkotik vasitəni 30 aprel 2025-ci il tarixdə Yasamal rayonu, Kubinka adlanan ərazidə tanımadığı şəxsdən 30 manata öz şəxsi istifadəsi üçün alaraq əldə etdiyini və üzərində saxladığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılır, lakin üzərindən qanunla qadağan edilmiş başqa heç bir əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində narkotik vasitə heroinə bənzər maddə olan 01 ədəd büküm sübut əhəmiyyətinə malik olduğundan bir ədəd içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılıb möhürlənərək götürülür. Həmin zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanır. Həmin «DVD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (i.v. 113). “baxış və əşyanın götürülməsi haqqında” 01 may 2025-ci il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞnin təhqiqatçısı, polis kapitanı X20, PŞ-nin əməliyyat müvəkkilləri polis kapitanı Şahid3, polis baş leytenantı Şahid2, Bakı şəhəri Yasamal rayonunda gündəlik evlərdə yaşayan Təqsirləndirilən şəxs və tərəfimdən dəvət olunmuş, Azərbaycan Respublikası CPM-nin 94cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, hal şahidlərinin iştirakları ilə Azərbaycan Respublikası CPM-nin 51, 86, 236 və 247-ci maddələrinin tələblərinə riayət etməklə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, xx.xx.2025-ci il tarixdə saat 10:00-da, 2-ci Alatava ünvanından, Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə, A.M.Şərifzadə küçəsi 88 ünvanında yerləşən 77 saylı X27 bağçasından oğurladığı 4 ədəd qazan maddi sübut kimi götürülmüşdür (i.v. 115-118). “Əşyanın vahid nüsxə üzrə tanınmaya təqdim edilməsi haqqında” 15 may 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı X14, Azərbaycan Respublikası CPM-in 51, 85, 239-241-ci maddələrinə əsasən zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Yasamal RPİ-nin İŞ-də xidməti iş otağında Təqsirləndirilən şəxs oğurlayaraq satdığı metal qəbulu məntəqəsindən götürülərək istintaqa təqdim edilmiş 2 ədəd 40 litr tutumlu alüminium qazan və 02 ədəd 30 litr tutumlu alüminium qazanı vahid nüsxə üzrə tanınmaya təqdim etmişdir. Tanıyan şəxs xx.xx.1970ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, 77 saylı X27 Bağçasının müdirə əvəzi işləyən, ünvan 5 ünvanında pasport qeydiyyatında olan və yaşayan Nümayəndə Azərbaycan Respublikası CPM-nin 240.4-240.5-ci maddəsinin tələblərinə əsasən Azərbaycan Respublikası CM-nin 297, 298-ci maddələri ilə yalan ifadə verməyə və ifadə verməkdən imtina etməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar olundu. Tanıyan şəxs Nümayəndə ona tanımaya təqdim edilmiş 02 ədəd 40 litr tutumlu alüminium qazan və 02 ədəd 30 litr tutumlu alüminium qazanı tanıyaraq, həmin əşyaların müdirə əvəzi işlədiyi 77 saylı X27 Bağçasına məxsus olduğunu və hadisə zamanı oğurlanmış əşyalardan olduğunu, həmin qazanları xarici əlamətlərindən tanıdığını bildirdi (i.v. 121-124). 15 may 2025-ci il tarixli qəbzdən görünür ki, Nümayəndə müdirə əvəzi işlədiyi 77 saylı X27 Bağçasına məxsus olan və hadisə zamanı oğurlanmış əşyalardan 04 ədəd qazanı Yasamal RPİ-nin İŞ-nin müstəntiqi, polis kapitanı Pərvin Səfərlidən təhvil almışdır (i.v. 126). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” X19 daxil olmuş 16 may 2025-ci il tarixli, 3-28-29/2-4869/2025 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü, Saatlı rayonu, Qara Nuru kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Yasamal rayonu ərazisində gündəlik kirayə evlərdə yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb ( i.v. 127). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli X3 daxil olmuş 15 may 2025-ci il tarixli, 1/2478 nömrəli məktubdan görünür ki, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli X4 müraciət etməyib ( i.v. 138). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X23 şəxsi ambulator X2 02 iyun 2025-ci il tarixli, 3284 nömrəli rəyində qeyd edilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların qəbul edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məsləhət görülür ( i.v. 141-142). “İfadənin yerində yoxlanılması haqqında” 03 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Yasamal Rayon Polis idarəsinin istintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X14, tərtib etmişdir həmin protokolu Azərbaycan Respublikası CPM-nin 51, 85 və 261-ci maddələrinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs iştirakı ilə ona görə ki, bu gün icraatında Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işinin istintaqı ilə əlaqədar olaraq Təqsirləndirilən şəxs istintaq zamanı cinayət işi üzrə verdiyi ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədi ilə Azərbaycan Respublikası CPM-nin 260-cı maddəsinə əsasən ifadəsini yerində yoxlamışdır. İstintaq hərəkətinə başlamazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 91-ci maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edildi. İfadənin yerində yoxlanılması təbii işıqda keçirildi. İlkin olaraq Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanılması üçün Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 88 ünvanına getmək lazım olduğunu bildirdi. Bunun üçün onlar Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 88 ünvanına getmişlər. Ünvana çatdıqda Təqsirləndirilən şəxs əyani olaraq hadisə yerini göstərib bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 19 radələrindən 00:20 radələrinədək olan müddət ərzində Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 88 ünvanında yerləşən 77 saylı X27 bağçasının anbarından pəncərədən keçmə yolu ilə içəri daxil olmuşdur. Anbarda yerdə olan 29 ədəd qazan, 1 ədəd aşsüzən, 7 ədəd padnos, 1 ədəd çaydan, 4 ədəd ləyən, 1 ədəd elektron tərəzini oğurlamışdır. Həmin əşyaları torbalara yığıb daxil olduğu pəncərədən çıxararaq küçəyə yığmışdır. Sonradan həmin əşyaları metal qəbulu yerlərinə müxtəlif qiymətlərə sataraq əldə etdiyi pulları şəxsi ehtiyacına xərcləmişdir. Oğurladığı əşyalardan bir hissəsini isə iki dəfə Bakı şəhəri, Yasamal rayonu, Alatava ərazisində yerləşən dəmir qəbulu sexinə də 37 manata satmışdır (i.v. 153-155). “Diskə baxış keçirilməsi haqqında” 04 iyun 2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsinin müstəntiqi, polis kapitanı X14, icraatında olan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CPM-nin 51, 85, 177.6 və 236-cı maddələrini rəhbər tutub, iş üzrə Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi1 iştirakları ilə tərtib etmişdir həmin protokolu ondan ötrü ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini törətdiyi zaman qanunsuz olaraq daxil olduğu Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 88 ünvanında yerləşən 77 saylı X6raşdırılmış təhlükəsizlik kamerasından götürülmüş videogörüntülərin qeydə alındığı 01 ədəd diskə xidməti iş otağımda baxış keçirmişdir. Diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk «DVD-R» formatlıdır. Disk üzəri ağ rəngdədir, üzərinə «GOLD» yazısı həkk olunmuşdur. Bakı şəhəri Yasamal RPİ-nin İstintaq şöbəsində xidməti iş otağımda olan həmin disk “Hp” markalı kompyuterin disk oxuyan cihazına daxil edildi. Həmin fayla baxış keçirən zaman, videgörüntülərin mobil telefonda olan təhlükəsizlik kamerasından çəkilmiş görüntülər olması məlum olur. Həmin videogörüntülərdə bir nəfər şəxsin bağçanın hasarına qalxaraq həyətə tullanması və həmin hasara bitişik olan birmərtəbəli tikilinin plastik pəncərəsini əli ilə sıxıb açaraq pəncərədən içəri daxil olması və birazdan əlində bir neçə qazan ilə çölə çıxması və daha sonra bu prosesin bir neçə dəfə təkrarlanması müəyyən edilir. Baxış zamanı iştirak edən Təqsirləndirilən şəxs həmin videogörüntülərdə olan şəxsin özü olduğunu və Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 88 ünvanında yerləşən 77 saylı X27 Bağçasının hasarına qalxaraq həyətə düşüb orada olan saxlanc yerinə plastik pəncərəni açmaq yolu ilə daxil olub oradan müxtəlif qab-qacaq oğurlaması və bu prosesin bir neçə dəfə təkrarlamasını təsdiq etdi. Həmin «DVD-R» formatlı disk iş üzrə əhəmiyyət kəsb etdiyindən saxlanılması üçün cinayət işinin materiallarına əlavə edildi (i.v. 156). “Sübutların qiymətləndirilməsi haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs elan edilmiş ittihamın məzmumuna əlavə və dəyişiklik edilməklə ona Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə yeni məzmunda ittiham elan edilməsi və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin nəzərə alınması, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinin hazırki iş üzrə nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 157, 177.2.1, 177.2.2, 177.2.4, 180 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Şahid1 barəsində Azərbaycan Respublikası CM-in 32.5, 177.2.1, 177.2.3 və 194-cü maddələri ilə cinayət təqibinin başlanmasının rədd edilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərindən aşkar edilmiş narkotik vasitə asetilə edilən tiryəki polis əməkdaşlarına təqdim etməsinin Azərbaycan Respublikası CMin 234-cü maddəsinin qeydinin 1-ci bədinə əsasən narkotik vasitəni könüllü surətdə təhvil vermə kimi qiymətləndirilməməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin mənbəyini müəyyən etmək məqsədi ilə cinayət işindən materialın ayrılaraq, araşdırma aparılması üçün aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞnə göndərilməsi, cinayət işi üzrə Təqsirləndirilən şəxs öz təqsirini etiraf etməsi bütün sübutların məcmusu ilə təsdiq edildiyindən, ona qarşı ittihamın əsası kimi qəbul edilməsi, cinayət işi üzrə şəxsi axtarış və götürmə zamanı çəkilmiş videogörüntü olan bir ədəd «DVD-R» formatlı diskin maddi sübut hesab edilməsi və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs götürülmüş, təmiz çəkisi 0,973 qram narkotik vasitə - asetilə edilən tiryəkin maddi sübut kimi tanınması, ekspertiza tədqiqatından sonrakı qalıq 0,873 qram narkotik vasitə - asetilə edilən tiryəkin saxlanılmasından ötrü Bakı şəhəri Yasamal RPİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsinin nəzərə alınması, cinayət işi üzrə Təqsirləndirilən şəxs oğurladığı və sonradan metal qəbulu məntəqəsindən aşkar edilərək götürülüb istintaq təqdim edilmiş 02 ədəd 40 litr tutumlu alüminium qazan və 02 ədəd 30 litr tutumlu alüminium qazan iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və məhkəmə baxışınadək saxlanılması üçün zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qayatarılmasının nəzərə alınması, cinayət işi üzrə zərərçəkmiş şəxsin nümayəndəsinin təqdim etdiyi və baş vermiş oğurluq hadisəsini özündə əks etdirən videogörüntülərin olduğu 01 ədəd “DVD-R” formatlı diskin maddi sübut kimi tanınması və cinayət işinə əlavə edilməsinin nəzərə alınması, cinayət işi üzrə ilkin araşdırma materialları, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3-16/16/2-6/1612/2025 nömrəli rəyi, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzin Ambulator X2 xx.xx.2025-ci il tarixli 3284 nömrəli rəyi, «şəxsi axtarış və götürülmə aparılması haqqında» xx.xx.2025-ci il tarixli protokol, «diskə baxış keçirilməsi haqqında» 12 may 2025-ci il tarixli protokol, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, maddi sübutlar iş üzrə toplanmış digər sübutlarla uzlaşdığından və işin obyektiv hallarına uyğun olduğundan sübut növü kimi qəbul edilməklə cinayət işinin materiallarına əlavə edilməsinin nəzərə alınması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməməsinin nəzərə alınması, qərar barəsində maraqlı tərəflərə məlumat verilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Bakı şəhəri Yasamal rayon prokurorluğuna göndərilməsi qərara alınmışdır (i.v. 164-176). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli Qərarının 2ci bəndinə əsasən Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Həmin qərarın 20-ci bəndinə əsasən anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahıya əsasən olan asetilə edilən tiryəkin təmiz çəkisi 0,5 qramdan artıq olduqda xeyli miqdar, 50 qramdan artıq olduqda isə külli miqdar hesab olunur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ac olduğu üçün ona 30 manat təklif edilərək narkotik vasitəni boynuna götürməyini bildirdiklərini, o da ac olduğu üçün həmin məbləği götürərək narkotik vasitənin ona məxsus olduğunu bildirdiyini, özünü ona verilmiş ittihamda təqsirli bilmədiyini göstərsə də, məhkəmə onun həmin dəlillərini özünümüdafiə xarakterli dəlillər kimi qiymətləndirərək əsassız hesab edir və həmin ifadənin onun tərəfindən məsuliyyətdən boyun qaçırmaq məqsədi ilə verilməsi qənaətinə gəlir (AR CM-nin 234.1-ci maddəsinə münasibətdə). Məhkəmə ilk növbədə Təqsirləndirilən şəxs öz müdafiəsi üçün irəli sürdüyü (hər bir cinayət əməli üzrə ayrı-ayrılıqda) dəlillərə hüquqi qiymət verilməsini zəruri hesab edir. Belə ki, Təqsirləndirilən şəxs istintaqın ilk günündən sonunadək özünü ona elan edilmiş ittihamda təqsirli bilmiş, ibtidai istintaq zamanı müstəntiq tərəfindən, o cümlədən, hazırda məhkəmə iclasında dövlət ittihamçısı və sədrlik edən tərəfindən ona hər hansı zor və fiziki güc tətbiq edilib-edilməməsi ilə bağlı verilmiş suallara cavab olaraq ona istintaq zamanı hər hansı fiziki zor tətbiq edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona psixoloji təzyiqlər göstərildiyini bildirsə də, bunu ümumi sözlərlə ifadə edərək ona göstərilən təzyiqlər barədə ətraflı və təfərrüatlı ifadə verə bilməmişdir. Həmçinin ona qarşı irəli sürülmüş ittihamdan narazı (qanunsuz) olduğu barədə məhkəməyədək icraat dövründə prokurorluq orqanlarına və ya məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etməmişdir. Bununla yanaşı, iş materiallarına əlavə edilmiş “şəxsi axtarış və götürmə aparılması”na dair istintaq hərəkətinin görüntülərini özündə əks etdirən videodiskdən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman üzərində daşınması qadağan olunmuş qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs könüllü şəkildə əynindəki qara rəngli cins şalvarın sağ yan kiçik cibindən içərisində bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmiş, şəffaf rəngli büküm açılan zaman içərisində qəhvəyi rəngli maddə aşkar edilmiş, o, həmin maddənin “kakos” olduğunu və xx.xx.2025-ci il tarixdə “Kubinka” deyilən ərazidə adını bilmədiyi şəxsdən 30 manata aldığını bildirmişdir. Bundan başqa, məhkəmə, Təqsirləndirilən şəxs oğurluq etdiyi Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 88 ünvanda yerləşən 77 saylı X27 Bağçasının anbarının plastik pəncərəsini açmaqla saxlanc yerinə qanunsuz daxil olub oradan yalnız 06 ədəd qazan götürməsinə, qalan əşyaların isə onun tərəfindən götürülməməsi və İttihamda göstərilən əşyaların iki torbaya yerləşməsinin mümkün olmaması barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ibtidai istintaq dövründə vermiş olduğu və məhkəmə iclasında təsdiq etdiyi ifadəsində, müdirə əvəzi vəzifəsində işlədiyi 77 saylı X27 Bağçasının anbarında 253,7 manat dəyərində bir ədəd 40 litr tutumlu nejavika qazan, 198 manat dəyərində bir ədəd 40 litr tutumlu alüminium qazan, 93,46 manat dəyərində bir ədəd 30 litr tutumlu alüminium qazan, 93,46 manat dəyərində bir ədəd 10 litr tutumlu tefal qazan, hər birinin dəyəri 67,97 manat olmaqla, cəmi 135, 94 manat dəyərində olan iki ədəd 5 litr tutumlu tefal qazan, 141,60 manat dəyərində bir ədəd 20 litr tutumli tefal qazan, hər biri 28,32 manat olmaqla cəmi 113,28 manat dəyərində olan dörd ədəd 20 sm ölçüsündə keramika tava, 15,58 manat dəyərində bir ədəd böyük aşsüzən, hər biri 11,50 manat olmaqla cəmi 80,50 manat dəyərində olan yeddi ədəd dəmir padnos, hər biri 54,87 manat olmaqla cəmi 109,74 manat dəyərində olan iki ədəd böyük tefal tava, hər biri 26,90 manat olmaqla cəmi 53,80 manat dəyərində olan iki ədəd balaca tefal tava, hər biri 37,17 manat olmaqla cəmi 148,68 manat dəyərində olan dörd ədəd 9 litr tutumlu emal ləyən, hər biri 28,32 manat olmaqla cəmi 283,20 manat dəyərində olan 10 ədəd 3 litr tutumlu emal qazan, 59,47 manat dəyərində bir ədəd 10 litr tutumlu emallı çaydan, hər biri 60,18 manat olmaqla cəmi 240,72 manat dəyərində olan dörd ədəd 32 sm ölçüsündə keramika tava və 212,40 manat dəyərində bir ədəd mətbəx üçün nəzərdə tutulmuş elektron tərəzi olduğunu və həmin əşyaların 27 aprel 2025-ci il tarixdə saat 19:36 dəqiqədən 28 aprel 2025-ci il tarixdə saat 00:20-yə qədər oğurlandığını göstərmişdir. Məhkəmə, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsinin daha mötəbər olmasına inanır və həmin ifadənin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Təqsirləndirilən şəxs yalnız 6 ədəd qazan götürdüyünü bildirməsi əsassızdır. Əvvəla, ittihamda göstərilən qazan, tava, padnos, ləyən və digər məişət əşyalarının ölçü və forması onların daşınmasını çətinləşdirmir. Əksinə, bu əşyaların əksəriyyəti müxtəlif ölçülərdə olduğundan təbii şəkildə bir-birinin içinə yerləşdirilə bilir. Məsələn, 40 litrlik və 30 litrlik qazanların içərisinə 20 litrlik və 3 litrlik qazanlar, həmçinin emal ləyənlər yerləşdirilə bilər. Eyni ilə, keramika və tefal tavalar da ölçülərinə görə üst-üstə yığıla və iç-içə salına bilər. Padnos və aşsüzən kimi yastı formalı əşyalar isə ən altda yerləşdirildikdə heç bir əlavə həcm yaratmır. Beləliklə, bütün əşyaların kompakt şəkildə yığılması və cəmi iki iri torbada daşınması texniki baxımdan tamamilə mümkündür. Digər tərəfdən, təqsirləndirilən şəxs anbarın pəncərəsini açaraq daxil olduqdan sonra uzun müddət içəridə sərbəst qalmış, əşyaları sakitcə hazırlayıb torbalara yerləşdirmiş və yalnız bundan sonra anbardan çıxarmışdır. Məhz bu səbəbdən, təqsirləndirilən şəxs əşyaları tədricən seçib iç-içə yığaraq iri torbalara yerləşdirə bilmişdir. Bundan əlavə, müşahidə kameraları yalnız binanın çöl hissəsini əhatə etdiyindən, görüntülərdə təqsirləndirilən şəxsin əllərində iri torbalarla çıxması aydın görünür. Əgər o, yalnız bir neçə qazan götürmüş olsa idi, torbalardan istifadə etməsinə, yaxud uzun müddət içəridə qalmasına ehtiyac qalmazdı. Onun anbardan torbalarla çıxması bir daha təsdiq edir ki, ittihamda sadalanan bütün əşyalar məhz iç-içə yığılaraq daşınıb. Nəticə etibarilə, təqsirləndirilən şəxsin yalnız az sayda əşya oğurlaması barədə ifadəsi həqiqəti əks etdirmir. Əşyaların iç-içə yığılması onların hamısının iki torbaya yerləşdirilməsini mümkün etmiş, anbar daxilində kamera nəzarətinin olmaması isə təqsirləndirilən şəxsə uzun müddət ərzində bu işi görməyə şərait yaratmışdır. Beləliklə, təqsirləndirilən şəxsin qeyd olunan ifadəsi zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, hadisə yerinə baxış protokolu, ifadənin yerində yoxlanılması protokolu, 28 aprel 2025-ci il tarixli Yasamal rayonu 77 №-li X27 bağçasının müdir əvəzi Nümayəndə, gözətçi-X10, dalandar-X8, aşbaz- X5, paltaryuyan - X16 tərəfindən tərtib edilmiş akt, habelə digər toplanmış istintaq materialları ilə təkzib edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarının 33-cü bəndinə əsasən təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Hazırki halda məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin göstərilən qərardakı müddəaları nəzərə alaraq təqsirləndirilən şəxsin həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı verdiyi ifadələrini işdə toplanmış digər sübutlarla, yuxarıda sadalanan ekpert rəyləri və istintaq hərəkətinin protokolları, o cümlədən, iş üzrə dindirilmiş şahidlərin ifadələri ilə müqayisəli şəkildə tədqiq edərək Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrini inandırıcı hesab edir və onun məhkəmə istintaqı zamanı verdiyi ifadəni özünümüdafiə xarakterli ifadə və məsuliyyətdən qaçma cəhdi kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, Təqsirləndirilən şəxs cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 20-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci bəndində göstəriklmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin qərarın 3-cü bəndində göstərilmişdir ki, bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 8.1, 41.2, 58-ci maddələrinin normalarını rəhbər tutaraq, habelə “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarındakı tövsiyələri nəzərə alır. İş materiallarında olan: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 01 may 2025-ci il tarixli qərardan görünür ki, HK-1/883 nömrəli material üzrə fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və istintaq aparılması üçün icraata qəbul edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Yasamal rayon prokuroruna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır (i.v. 1). “Şübhəli şəxsin tutulması haqqında” 30 aprel 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 aprel 2025-ci il tarixdə, saat 19:00-da tutulmuşdur ( i.v. 25). “Törədilmiş cinayət haqqında aterialın istintaq aidiyyatı üzrə göndərilməsi barədə” 01 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan material istintaq aidiyyəti üzrə Yasamal RPİ-nin İŞ-nə göndərilmişdir (i.v. 49). “Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” 02 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası 234.1-ci maddəsindən, həmin Məcəllənin 177.2.3 və 234.1-ci maddələrinə tövsif edilmişdir (i.v. 73). “Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” 02 may 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, ona həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir (i.v. 74- 75). Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(004)-353/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir (i.v. 99-103). Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 12 iyun 2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə AR CM-nin 178.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli qərarı ilə CM-nin 76-cı maddəsinə əsasən 01 il 02 ay 25 gün şərti vaxtından əvvəl azad olunmuş, daha sonra Ağır Cinayətlərə Dair işlər üzrə AR Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.2-ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə şərti olaraq vaxtından əvvəl azad olunmuş və Saatlı Rİ və PŞ-nin xx.xx.2019-cu il tarixli 2941/2019-69-2 saylı arayışına əsasən, cəzasını tam çəkib qurtarmışdır (08 ay 25 gün) (i.v. 161-163). “Cinayət işinin materiallarından başqa material ayrılması haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs iş üzrə təqsirini təsdiq edən kifayət qədər sübutların toplandığını və cinayətin digər iştirakçısının istintaqa cəlb edilməsinin qeyri-mümkünlüyünü, həmçinin cinayət işinin hərtərəfli, tam, obyektiv və xarakterinə görə ayrıca baxılmasının mümkün olduğunu nəzərə alaraq Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş narkotik vasitəni əldə etdiyi şəxs(lər) barəsində cinayət işindən material ayrılaraq, aidiyyəti üzrə Bakı şəhəri Yasamal RPİ-nin 28-ci PŞ-nə göndərilməklə araşdırma aparılması qərara alınmışdır (i.v. 178-179). “Təqsirləndirilən şəxsə yenidən ittiham elan etmə haqqında” 17 iyun 2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələrdə nəzərdə tutulan ittiham yenidən elan edilmişdir (i.v. 183- 184). “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqının gedişatında səmimilik göstərməyərək təqsirini boynuna almaması və əvvəllər AR CM-nin müxtəlif maddələri ilə məhkum olmasını onun şəxsiyyətini mənfi səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini, Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alaraq təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilmədən də islah olunmasının mümkün olmaması qənaətinə gəlir və hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə və həmçinin Təqsirləndirilən şəxs təqsirli bilindiyi AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Belə ki, Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında azadlıqdan məhrumetmə cəzası seçildiyi halda, qanun üzrə bu cəzanın minimum həddi 2 il təşkil edir. Eyni zamanda, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə də cinayət törətmişdir ki, bu maddə üzrə real azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi zəruridir. Əgər hər iki cinayət üzrə azadlıqdan məhrumetmə cəzaları təyin edilərək cəza tam və ya qismən toplanma qaydasında müəyyən olunsaydı, bu, işin hallarına və törədilmiş əməllərin xarakterinə uyğun olmayan dərəcədə ağır və cəzanın məqsədlərinə xidmət etməyən yekun cəza ilə nəticələnərdi. Bu səbəbdən, məhkəmə hesab edir ki, CM-nin 177.2.3-cü maddəsi üzrə azadlığın məhdudlaşdırılması cəzasının maksimum hədlərdə seçilməsi həm qanuna, həm də ədalət prinsipinə uyğundur, çünki bu, törədilmiş oğurluğun nisbi ictimai təhlükəlilik dərəcəsinə adekvatdır. Belə ki, oğurluq nəticəsində 2233 manat dəyərində əmlakın ələ keçirilməsi işin faktiki halları baxımından ciddi ictimai təhlükə yaratmır və daha yüngül, alternativ cəza növü ilə məqsədə nail olmaq mümkündür. Eyni zamanda, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi üzrə müəyyən edilmiş 0,973 qram tiryək şəxsi istehlak üçün nəzərdə tutulmuş həddi dəfələrlə aşır və qanunsuz dövriyyə faktını təsdiq edən əhəmiyyətli miqdar hesab olunur. Qanunvericilik və məhkəmə təcrübəsində bu hal şəxsin və əməlin ictimai təhlükəlilik dərəcəsini artıran mühüm amil kimi qiymətləndirilir və belə əməllərə qarşı mübarizədə yüngül və alternativ cəzalar profilaktik məqsədə xidmət etmir. Buna görə də, CM-nin 234.1-ci maddəsi üzrə real azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi zəruridir, qanunvericiliyin tələbinə və cəzanın məqsədinə tam uyğun gəlir. Beləliklə, CM-nin 177.2.3-cü maddəsi üzrə azadlığın məhdudlaşdırılması və CM-nin 234.1-ci maddəsi üzrə azadlıqdan məhrumetmə cəzalarının tətbiqi, həmçinin Cinayət Məcəlləsinin 66-cı maddəsinə uyğun olaraq onların qismən toplanması qanuni, əsaslı və ədalətlidir, çünki bu, həm törədilmiş əməllərin xarakterinə, həm ictimai təhlükəlilik dərəcəsinə, həm də cəzanın məqsədlərinə uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna yalnız böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda qəti cəzanın müddəti və ya həcmi törədilmiş cinayətlərdən daha ağırı üçün müəyyən edilmiş cəzanın yuxarı həddindən çox ola bilməz. Cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cəzalar qismən və ya tamamilə toplanılarkən azadlığın məhdudlaşdırılmasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulur. Azərbaycan Respublikası CPM-nin 158.2 və 158.2.1-ci maddələrinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu, həbsdə saxlanıldığı və ev dustaqlığında saxlanıldığı müddətlər onun həbsdə saxlama müddətinə daxildir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı ibtidai istintaq dövründə şübhəli şəxs qismində tutulduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2.), barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış 02 ədəd 40 litr tutumlu alüminium qazan və 02 ədəd 30 litr tutumlu alüminium qazanın zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınmalı, barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı (CM- 93.1.2), iş üzrə maddi sübut kimi tanınan narkotik vasitə olan asetilə edilən tiryəkin qalıq miqdarı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını Bakı şəhəri “27 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına vəsait ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 09 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 30 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi – 02 ədəd 40 litr tutumlu alüminium qazan və 02 ədəd 30 litr tutumlu alüminium qazanın zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut – ekspertiza tədqiqatdan sonra qalan Bakı şəhəri Yasamal RPİnin maddi sübutları saxlama kamerasına təhvil verilmiş narkotik vasitə olan - 0,873 qram asetilə edilən tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut - 02 ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Ekspertiza tədqiqatının dəyəri 80 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “27 saylı” Vəkil Bürosunun vəkili Müdafiəçi2 sərf etdiyi hər iş saatına görə 11 manat hesablanmaqla məhkəmə istintaqı zamanı sərf edilmiş 10 iş saatına görə 110 manat məbləğində vəsait dövlət büdcəsindən tutularaq Bakı şəhəri “27 saylı” Vəkil Bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən elan olunduğu andan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi andan) 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Mirsadiq Seyidov
Məhkəmə qərarları › İş №1(004)-428/2025
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-428/2025
18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver