Məhkəmə qərarları › İş №1(004)-429/2022

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-429/2022

10.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-429/2022 10.10.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Murad Akif oğlunun sədrliyi, Əlizadə Emin Kamil oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Yasamal rayonu, M.Əliyev küçəsi, ev 16-da kirayədə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdə Bakı şəhəri Nəsimi rayonu “Kubinka” adlandırılan ərazidə 10 manat pul ödəməklə istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd bükümdə təmiz çəkisi 1,021 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini əldə edib üzərində saxlamaqla daşımış, 21 may 2022-ci il tarixdə saat 15:00 dəqiqədə Yasamal RPİ-nin 26-cı PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri çərçivəsində ünvan 1 ünvanın qarşısında saxlanılaraq 26-cı PB-nin inzibati binasına gətirilmiş, orada onun üzərində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 1,021 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroin aşkar edilib götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, o, Yasamal rayonu M.Əliyev küçəsi ev 16-da 14 yaşlı Nihad adlı oğlu ilə birlikdə kirayədə yaşayır. 2019-cu il tarixdə həyat yoldaşından boşanmış və hazırda ofisiant işləyir. 3-4 ildir ki, adını “kakos” kimi bildiyi narkotik vasitə olan heroin və “patı” kimi adlanan psixotrop maddə olan metamfetamindən istifadə edir, əvvəllər məhkum olunmamışdır. O, 21 may 2022-ci il tarixdə günorta vaxtı 13-14 radələrində özünə narkotik vasitə olan heroin almaq məqsədilə Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən “Kubinka” adlandırılan əraziyə gedib yol kənarında dayanmış adını bilmədiyi, kişi cinsli narkoman görünüşlü şəxsə yaxınlaşaraq satılıq heroininin olub-olmamasını soruşmuşdur. Həmin şəxsdə narkotik vasitə olan heroin olmasını öyrəndikdən sonra 10 manat pul verib şəxsi istifadəsi üçün bir ədəd siqaretin gümüşü kağızına bükülmüş “kakos” kimi bildiyi narkotik vasitə olan heroini həmin şəxsdən almışdır. o, həmin bükümü əynində olan şalvarının sağ yan cibinə qoyaraq oradan ayrılmışdır. Sonradan həmin gün 21 may 2022ci il tarixdə saat 15.00 radələrində piyada və tək şəkildə Yasamal rayonu Ə.Ələkbərov küçəsi 26 saylı ünvanın qarşısına çatdıqda ona iki nəfər mülki geyimli şəxs yaxınlaşıb özlərini Yasamal RPİ-nin 26-cı PB-nin polis əməkdaşları kimi təqdim edərək vəsiqələrini göstərmiş və ondan kim olduğunu soruşaraq şəxsiyyət vəsiqəsini təqdim etməsini xahiş etdilər. O, özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək üzərində heç bir sənədin olmadığını demişdir. Sonra həmin polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz əldə edilməsi və istifadəsində şübhəli olduğunu bildirib onu Yasamal RPİ-26-cı PB-nin inzibati binasına getməyə dəvət etmişlər. O, etiraz etmədən həmin polis əməkdaşları ilə birgə 26-cı PB-nə gəlmişdir. Xidməti otaqların birində təhqiqatçı tərəfindən hüquqlarının qorunması üçün dövlət vəsaiti hesabına müdafiəçi ilə təmin olunacağı bildirilmişdir. Bir qədər sonra onun hüquqlarını müdafiə etməsi üçün vəkil təqdim olunmuş və təhqiqatçı tərəfindən onun üzərində şəxsi axtarış aparılacağı bildirilərək üzərində qanunsuz nə varsa təqdim etməyi xahiş edilmişdir. O, da Kubinkadan aldığı bir ədəd siqaretin gümüşü kağıza bükülmüş narkotik vasitə olan heroini əynində olan şalvarının sağ yan cibindən çıxararaq masanın üzərinə qoymuşdur. Həmin hərəkətlər mobil telefon vasitəsi ilə videokameraya çəkilirmiş. Bundan başqa polis tərəfindən dəvət edilmiş tanımadığı qadın iştirakçı tərəfindən onun üzərinə şəxsi axtarış keçirildikdə heç bir qanunsuz və dəyərli əşya, eləcə də pul əskinası aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş büküm bağlanılaraq zərfin içərisinə qoyulmuş, zərf bağlanaraq möhürlə möhürlənmiş və həmin zərfə o, digər iştirakçılarla birlikdə imza etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş heroin olan zərfin ekspertizaya göndəriləcəyi bildirilərək ondan izahat alınmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitənin satışı ilə məşğul olmadığını, ancaq özünün həmin maddələrdən istifadə etdiyini, polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir fiziki və psixoloji zorun tətbiq edilmədiyini, narkotik vasitə olan heroini aldığı şəxsi tanımadığını bildirmişdir.Daha sonra özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, əvvəllər məhkum edilməmisini və himayəsində bir uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, CD diskdə olan video görüntülərlə və digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Yasamal RPİ-nin 26-cı PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 21 may 2022-ci il tarixdə işlədiyi bölməyə xx.xx.1991-ci ildə İmişli rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, istifadəsi və üzərində daşınmasında, eləcə də həmin gün saat 14-15 radələrində narkotik vasitə ilə Yasamal rayonu Ə.Ələkbərov küçəsi 26 saylı ünvanın qarşısına gələcəyi barədə əvvəlcədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatla bağlı 21 may 2022-ci il tarixdə əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərar qəbul edilmiş, müvafiq əmr hazırlanmış, əməliyyat qrupunun yaradılması haqqında protokol tərtib edilmiş və o, da həmin qrupa daxil edilmişdir. Daxil olan məlumatı yoxlamaq məqsədi ilə 21 may 2022-ci il tarixdə saat 12:00 radələrində o, iş yoldaşı Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 ilə birlikdə əməliyyat tədbirini keçirmək məqsədi ilə Yasamal rayonu Ə.Ələkbərov küçəsi 26 saylı ünvanın qarşısına gedib orada gözləyərək güdmə əməliyyat tədbirini həyata keçirmişlər. 21 may 2022-ci il tarixdə saat 15:00 radələrində zahiri əlamətlərindən Təqsirləndirilən şəxs bənzər şəxsin tək və piyada şəkildə onlara tərəf gəlməsini müşahidə etmişlər. Təqsirləndirilən şəxs kimi bildikləri şəxsə yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etdikdən sonra vəsiqələrini göstərmiş və şəxsiyyətini dəqiqləşdirmək üçün sonuncuya kim olması sualını verib şəxsiyyət vəsiqəsini təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmiş və şəxsiyyət vəsiqəsinin üzərində olmadığını bildirmişdir. Onlar əməliyyat məlumatı üzrə axtarılan şəxsi müəyyən etdiklərinə görə Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə, həmin vasitəni əldə edib üzərində saxlamasına və istifadəsinə dair əvvəlcədən məlumatlı olduqlarını bildirmiş və üzərində şəxsiyyətini təsdiq edəcək sənəd olmadığı üçün sonuncuya Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına getməyi təklif etmişlər. O, etiraz etmədiyi üçün birlikdə Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasına gəlmişlər. 21 may 2022-ci il tarixdə PB-nin inzibati binasında Yasamal RPİ-nin 26-cı PBnin təhqiqatçısı Ramil Qafarovun xidməti otağında dəvət edilmiş vəkilin iştirakı ilə aparılmış videoçəkilişlə şəxsiyyəti bir daha müəyyən edilən xx.xx.1991-ci ildə İmişli rayonunda anadan olmuş, İmişli rayonu Qaradonlu kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Yasamal rayonu M.Əliyev küçəsi ev 16-da kirayədə yaşayan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi prosesi başlanmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində hər hansı bir qanunsuz əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini çıxararaq təqdim etmişdir. Həmin hərəkətlər mobil telefon vasitəsi ilə videokameraya çəkilirmiş. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə polisin dəvət etdiyi qadın iştirakçı tərəfindən şəxsi axtarış keçirildikdə heç bir dəyərli əşya və pul əskinası aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd büküm zərfə qoyularaq möhürlənmişdir. Həmin zərfə bütün iştirakçılarla bərabər o, da imza etmişdir. Daha sonra təhqiqatçı içərisində büküm olan həmin zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını qeyd etmişdir. Məhkəmə istintaqı zamanı məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan olunmaqla tədqiq edildi və müəyyən olundu ki, o, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci vərəqəsində olan 21 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 76-78-ci vərəqələrində olan təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilməsi barədə Bakı şəhəri Yasamal rayon prokuroru Elman Süleymanovun 23 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatətin müdafiə edilməsindən imtina edilmiş, və o, dərhal saxlanıldığı Yasamal RPİ-nin MSY-dən azad edilmiş. Cinayət işinin 79-81-ci vərəqələrində olan qətimkan tədbiri seçmək haqqında 23 may 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 42-45-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2022-ci il tarixli, 6/2919 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün N° 170" möhür əksi, "Şübhəli şəxs:.. Təqsirləndirilən şəxs..." və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 1,021 qram qəhvəyi rəngli maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmçinin rəyin tədqiqat prosesinin təsviri hissəsində narkotik vasitə olan heroinin 0,05 qramının tədqiqata sərf edilməsi və qalıq çəki 0,971 qram kimi göstərilmişdir. Cinayət işinin 43-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (bir yüz on) manat təşkil etmişdir. Cinayət işinin 100-107-ci vərəqələrində olan cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalan qalığı, yəni 0,971 qram çəkidə olan narkotik vasitə heroin və 01 (bir) ədəd CD disk sübut kimi tanınmış, narkotik vasitə saxlanılması üçün Bakı şəhəri Yasamal RPİ-nə təhvil verilmiş, CD disk isə cinayət işinə əlavə edilmişdir. Cinayət işinin 98-99-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının xx.xx.2022-ci il tarixli, 3143 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 84-85-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan AZ-İİİ seriyalı, 203918 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası X7, anası isə X3r. Cinayət işinin materiallarında olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Yasamal RPİ-nin 26-cı PB-nin təhqiqatçısı polis mayoru X14 özünü və digər proses iştirakçıları olan Yasamal RPİ-nin 26-cı PB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Yasamal RPİ-nin 26-cı PB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, eləcə də Yasamal RPİ-nin 26-cı PB-də xadimə işləyən X6 təqdim edir və xx.xx.2022-ci il tarixdə saat 16:00da Yasamal RPİ-nin 26-cı PB-nin inzibati binasında xidməti otaqda şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs üzərində mobil telefonla videoçəkilişlə şəxsi axtarışın aparılacağını elan edir. Bundan sonra şübhəli şəxsə özünü təqdim etməsi təklif edilir. Şübhəli şəxs qismində saxlanılmış Təqsirləndirilən şəxs özünü təqdim edərək xx.xx.1991ci ildə İmişli rayonunda anadan olduğunu, əvvəllər məhkum olunmadığını, hazırda Bakı şəhəri Yasamal rayonu M.Əliyev küçəsi ev 16-da yaşadığını bildirir. Təhqiqatçı Təqsirləndirilən şəxs hüquq və vəzifələri elan edildikdən hər hansı bir vəsatətinin və ya etirazının olub-olmadığını soruşur, sonuncu heç bir vəsatət və ya etirazlarının olmadığını bildirir. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şübhəli əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif edilir. Həmin zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən siqaretin gümüşü kağıza bükülmüş halda olan 01 ədəd bükümü çıxarıb masanın üzərinə qoyur. Təhqiqatşı tərəfindən büküm açılaraq içərisinə baxılır. Bu zaman bükümün içərisində qəhvəyi rəngli toz şəkilli maddə aşkar edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddənin nədən ibarət olması haqqında sual verilərkən sonuncu bildirir ki, təqdim etdiyi bükümdə olan maddə “heroindir”, həmin maddəni xx.xx.2022-ci il tarixdə saat 14 radələrində "Kubinka" deyilən ərazidən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün əldə edib şalvarının sağ yan cibinə qoymuş, həmin gün polis əməkdaşları tərəfində saat 15 radələrində Yasamal rayonu Ə.Ələkbərov küçəsi 26 saylı ünvanda saxlanılaraq polis bölməsinə gətirilmişdir. X1 tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparıldıqda sonuncudan başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılır və möhürlə möhürlənir, həmin zərf sonuncu, müdafiəçi, polis əməkdaşları və iştirakçı tərəfindən imzalanır. Daha sonra təhqiqatçı içərəsində bükümlər olan zərfin ekspertizaya göndəriləcəyini bildirməklə videoçəkilişin başa çatdığını və videoçəkiliş olan diskin protokola əlavə ediləcəyini elan edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, ekspert rəyləri, özünün məhkəmə baxışı zamanı verdyi ifadəsi, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri ilə, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı baxış keçirilmiş CD diskdə olan video görüntülərlə, digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və külli miqdarda psixotrop maddə əldə edib saxlama cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən özünü təqsirli bilməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, əvvəllər məhkum edilməməsini və himayəsində uşağının olması cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi həmin Məcəllənin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, sonuncunun 21 may 2022-ci il tarixdənn 23 may 2022-ci il tarixədək 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulması müddəti Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla ona təyin ediləcək cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı və onun üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 51-2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır və məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator X4nın xx.xx.2022-ci il tarixli, 3143 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş və Bakı şəhəri Yasamal RPİnin saxlanc yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,971 narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, digər maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci - 110 (bir yüz on) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli, 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21 may 2022-ci il tarixdənn 23 may 2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs kimi tutulduğu müddət 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Abşeron rayonunun, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Yasamal Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,971 narkotik vasitə hesab edilən heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (bir yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X5, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ**********0003003944, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 36 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmədə iştirak etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 36 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakışəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən:Murad Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar