Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-43/2021 11.06.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Əkbərli Günel Bəkir qızının sədrliyi, X3 iclas katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərər çəkmiş şəxs – Zərərçəkmiş şəxs, zərər çəkmiş şəxsin hüquqi varisi – X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Bakı şəhəri 15 saylı Vəkil Bürosunun vəkili X10 iştirakları ilə, 11 noyabr 1999-cu ildə Tərtər rayonu Hacıqərvənd kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Tərtər rayonu Hacıqərvənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 21 iyul 2020-ci il tarixdə saat 05:06-da «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan texniki cəhətdən saz vəziyyətdə olan, “BC” kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi Zərərçəkmiş şəxs məxsus texniki cəhətdən saz vəziyyətdə olan «Renault Tondar» markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin ərazisində, X26-10 ünvanının yaxınlığındakı köməkçi yolla Bakı Beynəlxalq Avtovağzal Kompleksi tərəfdən üzü Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzi istiqamətində saatda 60 kilometr sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsindən, yəni “Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir” kimi tələblərə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olmasına baxmayaraq bu tələbləri pozaraq avtomobilin qabaq sol hissəsi ilə öz hərəkət zolağında qarşıdan əks istiqamətdə hərəkətdə olan «Kawasaki Ninja 250R» markalı 10-B-201 dövlət nömrə nişanlı motosikletin qabaq hissəsi ilə toqquşmuş, nəticədə «Kawasaki Ninja 250R» markalı motosikletin sürücüsü X9 ehtiyatsızlıqdan ölümünə səbəb olan hər iki ağciyərin kökü nahiyəsinin cırılması, baş beyinin təpə-ənsə payına, yumşaq beyin qişası altına, yan mədəciklərə qansızmalar, sağ saidin açıq sınığı, hər iki budun, belin, hər iki baldırın, sağ iç topuğun və sol ayağın sıyrıqları kimi xəsarətlərlə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa “AGİR” zərər vurmanın əlamətlərinə malik bədən xəsarəti yetirib, həmçinin Zərərçəkmiş şəxs məxsus «Renault Tondar» markalı **- UB-*** (sedan) dövlət nömrə nişanlı avtomobilə 5734 manat, eləcə də zərərçəkmiş şəxs X9 idarə etdiyi «Kawasaki Ninja 250R» markalı 10-B-201 dövlət nömrə nişanlı motosikletə 2952 manat maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə protokollarını, digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə alınmış “BC” kateqoriyalı sürücülük vəsiqəsi vardır və həmin ildən də “Shevrolet” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. Ona pul lazım olduğu üçün 2019-cu ilin dekabr ayında tam olaraq adını xatırlamadığı Nəsimi rayonu ərazisində yerləşən lombarda getmiş və orada işləyən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. Pul lazım olmasını Zərərçəkmiş şəxs bildirib idarə etdiyi “Shevrolet” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşını lombarda girov qoymuş, ilkin olaraq oradan 2100 manat pul götürmüş və hər ay lombarda 387 manat olmaqla 12 ay müddətində pulu ödəyəcəyi ilə bağlı öhdəlik götürmüşdür. 2020-ci ilin yanvar ayında “Shevrolet” markalı avtomobilini “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə dəyişmək qərarına gəlmişdir. Bunun üçün o, lombarda getmiş və avtomobili dəyişmək istədiyini dedikdə buna rəhbərlik tərəfindən icazə verilməmişdir. Lakin Zərərçəkmiş şəxs onun bu istəyini reallaşdırmaq üçün ona şans vermiş və demişdir ki, əgər lombarda olan borcunu o, ödəsə dəyişmək istədiyi “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun adına keçməli və 24 ay müddətinə hər ay ödəməli olduğu 320 manat pulu bundan sonra ona ödəməlidir, borcu bağlanandan sonra “Renault Tondar” markalı avtomobili özünə qaytaracaqdır. Razılaşdıqdan sonra o, həmin avtomobili Zərərçəkmiş şəxs adına sənədləşdirmiş və sonuncu ona və qardaşı Şahid2 həmin avtomobili idarə etməsinə görə etibarnamə vermişdir. Onun adına verilmiş etibarnamənin müddəti hadisədən təxminən 2-3 ay əvvəl bitdiyinə, həm də ölkə ərazisində elan edilmiş “karantin”ə görə qeyd edilən avtomobili idarə etməmişdir. İşləmədiyi üçün həmin avtomobilin ödənişinə görə Nərimana 4500-5000 manatadək borcu yaranmışdır. Borcuna görə etibarnaməni yeniləmək üçün Zərərçəkmiş şəxs müraciət etməmişdir. Lakin maddi çətinliklə əlaqədar olaraq avtomobili taksi kimi idarə etmək və ailəni dolandırmaq məcburiyyətində qalmışdır. Bu baxımdan 20 iyul 2020ci il tarixdə saat 18:00 radələrində avtomobili idarə edərək şəhərə çıxmış və Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi Əsəd Əhmədov küçəsində yerləşən "Bizim Market"in qarşısında dayanıb müştəri gözləmişdir. Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və qaydalara uyğun olaraq taksi fəaliyyəti ilə bağlı avtomobili idarə etməsinə görə elektron qeydiyyat və icazə almamışdır. Həmin gün, yəni 20 iyul 2020-ci il tarixdə saat 22:30 radələrində evə gəlib yemək yemiş və saat 23:30-da evdən çıxıb “Bizim Market"in qarşısına gəlib orada dayanaraq müştəri gözləmişdir. 21 iyul 2020ci il tarixdə saat 05:00 radələrində "Meyvəli" bazarına iki müştəri aparıb düşürüb qayıtmışdır. Təxminən 20 dəqiqə sonra, yəni 21 iyul 2020-ci il tarixdə saat təxminən 05:20 radələrində tanımadığı və ilk dəfə gördüyü daha iki kişi müştəri yaxınlaşaraq onları "Meyvəlibazarına aparmağını xahiş etmişlər. Müştərilərdən biri salonda qabaq sağ oturacaqda, digəri isə arxa sağ oturacaqda əyləşmişdir. O, “Renault Tondar” markalı **- UB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Əsəd Əhmədov küçəsi ilə “Bizim Market”in qarşısından Yeni Yasamal qəsəbəsindən keçməklə X20 aşağı hissəsində köməkçi və yardımçı yolla "Meyvəli" bazar istiqamətində, üzü Sədərək Ticarət Mərkəzinə doğru hərəkət etməyə başlamışdır. Hava işıqlanmağa başlamışdır. O, avtomobillə Yasamal rayonu ərazisindəki "Royal" parkın qarşısındakı gediş və gəlişdən ibarət, iki tərəfli yolda öz zolağında saatda 60 km sürətlə hərəkətini davam etdirən zaman gözlənilmədən onun hərəkət zolağına əks istiqamətdə hərəkətdə olan işığının tək yanmasından uzaqdan, yəni 45 metr məsafədən motosiklet olmasını bildiyi nəqliyyat vasitəsinin gəldiyini görmüşdür. O, motosikleti görən kimi tez bir anda tormozdan istifadə edib sükanı sol tərəfə doğru istiqamətləndirməyə cəhd etsə də artıq gec olmuş və həmin anda motosiklet onun idarə etdiyi avtomobilin sol qabaq fara hissəsinə çırpılmışdır. Onun hərəkətdə olduğu yol enişə doğru, motosiklet də əks istiqamətdə hərəkətdə olduğu üçün yoxuşa doğru hərəkətdə olmuşdur. O, motosikleti ilk gördüyü andan toqquşma yerinə qədər 15 metr məsafə qət etmiş və toqquşma 3-4 saniyə ərzində baş vermişdir. Toqquşmadan sonra qabaq hər iki hava şarları açılmış, sükan kilidlənmiş və avtomobil toqquşmadan sonra sol tərəfə istiqamətlənərək əks yolda maili olaraq dayanmışdır. O və sərnişinləri xəsarət almadan yerə düşmüş, ətrafa nəzər yetirdikdə motosikletin onun avtomobilinin önündə, yəni qarşı hərəkət yolunda 4-5 metr kənarda, sürücüsünün isə onun avtomobilindən 4-5 metr arxada asfalt örtüyünün üzərində hərəkətsiz qaldığını görmüşdür. O, motosikletin sürücüsünə yaxınlaşdıqda onun kaska taxdığını, əlində əlcək olmasını görmüşdür. Sonradan hadisə yerində olan tanımadığı şəxs motosikletin sürücüsünün kaskasını başından çıxardıqda sürücünün cavan oğlan olmasını görmüş və orada olan şəxslərdən kimdənsə eşitmişdir ki, “həmin sürücü sərxoş olub”. Oradakı şəxslərin köməkliyi ilə həmin sürücünü qaldırıb üzünə su vurmuş, ona kömək edərkən hərəkətsiz olduğunu, sağ qolunun mil bilək hissəsində bazu sümüyünün ətdən çölə çıxdığını görmüş və özünü çox pis və narahat hiss edib dərhal “103” xidmətinə zəng edərək məlumat vermişdir. Onun avtomobilinə əyləşən sərnişinlər də təcili tibbi yardıma zəng etmiş və müəyyən vaxt gözlədikdən sonra isə işlərinin olmasını bildirib çıxıb getmişlər. Sonra o, qardaşı Pərvinə zəng edərək hadisə barədə məlumat vermiş və hadisə yerinə gəlməsini istəmişdir. Az sonra təcili yardım briqadası və polis əməkdaşları, eləcə də qardaşı Pərvin hadisə yerinə gəlmişdir. Pərvin sonradan “102” xidmətinə zəng edərək məlumat vermiş, həkimlər də hadisə yerində motosikletin sürücüsünü müayinə edərkən artıq onun öldüyü ona məlum olmuşdur. Bundan sonra ölən sürücünün dostu və ailə üzvləri də hadisə yerinə gəlmiş və meyiti birlikdə morqa gətirib təhvil vermiş, sonradan polis əməkdaşları onu sərxoşluq müayinəsindən keçirmişlər. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, hadisə günü spirtli içki qəbul etməmiş, narkotik vasitə və yaxud psixotrop maddə istifadə etmir və hadisə vaxtı da qəbul etməmiş, hadisə vaxtı avtomobilində hər hansı texniki nasazlıq və ya yük olmamış, hadisə vaxtı avtomobilinin işıqlandırma sistemi tam işlək vəziyyətdə olmuş, hadisə baş verən zaman hava işıqlanmaq üzrə olmuş və avtomobilin işıqlarını yandırmağa o qədər də ehtiyac olmasa da o, avtomobillə hadisə yerinə doğru gələndə işıqları yanılı halda olmuş, gözündə xəstəliyi və onun görməsi ilə bağlı heç bir şikayəti yoxdur, hadisə baş verən anda hava işıqlanmağa doğru getdiyindən hərəkətdə olan avtomobil və ya digər əşyaları 100 metr məsafədən görə bilmək qabiliyyətində olmuş, hadisə vaxtı avtomobili özü idarə etmiş və iki nəfər sərnişini olmuş, hadisə vaxtı səhhətində heç bir problem olmamışdır. Təqsirləndirilən şəxs son sözündə hadisə anidən baş verdiyi üçün onun hadisənin qarşısını almağa texniki imkanı olmadığını, zərər çəkmiş şəxsin hüququ varisi X6 ilə barışıq əldə etmək üçün dəfələrlə cəhd etdiyini, lakin Reyhan İbrahimovanın barışmaq istəmədiyini, ona vurulmuş zərərin bir qismini ödədiyini, yəni Reyhan İbrahimovaya 1500 (bir min beş yüz) manat ödəniş etdiyini və hazırda ona qarşı mülki iddiasının olmadığını, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığını, sonuncunun isə ona qarşı şikayət və tələbinin olmadığını və baş vermiş hadisədə özünü təqsirli bilmədiyini nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlinin törədilməsində özünü təqsirli bilməsə də onun təqsiri iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri, məhkəməəmtəəşünaslıq ekspertizalarının rəyləri, iş materiallarına əlavə edilmiş DVD diskdə olan videogörüntü və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X6 ifadəsində göstərmişdir ki, o, mərhum əri X14 ilə 2006-cı il tarixdə ailə qurmuş və həmin evlilikdən bir qız övladı olmuş və Emil qaraciyər serrozu xəstəliyindən əziyyət çəkmişdir. Emilin özünə məxsus “Mazda” markalı avtomobili və “Kawasaki” markalı motosikleti olmuşdur. 20 iyul 2020-ci il tarixdə saat 21 radələrində qızı ilə birgə evdə olduğu zaman Emilin əvvəllər sevgili olduğu qadın onların yaşadığı evə gəlib ondan şikayətçi olmuşdur. Həmin qadın getdikdən təxminən 20 dəqiqə sonra Emil dostu İsmayılla birlikdə evə gəlmişdir. O, Emilə həmin sevgili olduqları qadının evə gəlməsini dedikdə sonuncu çox məyus olmuş və evdən çıxıb yaxınlıqda yerləşən mağazaya gedərək oradan spirtli işki alıb geri qayıtmışdır. Sonra evdə o, Emil və İsmayıl yemək yemiş, İsmayıl imtina etsə də o, Emillə birlikdə spirtli içki qəbul etmiş, səhərədək deyib-gülmüşlər. 21 iyul 2020-ci il tarixdə saat 5-ə qalmış Emil onu yuxudan oyadıb motosikletlə şəhərdə gəzməyi təklif etmişdir. O, razılaşdığına görə şlemlərini geyinmişlər və Emil “Kawasaki” markalı motosikleti götürmüş, onlar şəhərə çıxmışlar. Çıxmamışdan öncə İsmayıl onlara şəhərə getməməyi bildirsə də Emil İsmayılın sözünə qulaq asmamışdır. Emil motosikletlə şəhərin müxtəlif küçələrində, eləcə də aeroport yolu istiqamətində idarə etmiş, yorulduğu üçün Emil onu 20 Yanvar dairəsində taksiyə otuzdurub evə yollamış, özü isə bir qədər şəhərdə gəzişdikdən sonra gələcəyini bildirmişdir. Emil onunla mobil telefonla danışmış və ona “evə çat, sonra telefonu söndürəcək, yəni odboy verəcək” ifadəsini işlətmişdir. O, taksi ilə evə getmək üçün yolda olarkən 21 iyul 2020-ci il tarixdə saat 06-07 radələri arasında Şahid1 ona zəng edərərk “tez, sosial evlərin yanına gəl, Emil qəza törədib demişdir. İsmayıldan qəzanın olduğu yeri öyrənməyə çalışmış, başa düşmədikdə mobil telefonunu taksi sürücüsünə vermiş və sürücü onu hadisə yerinə gətirmişdir. Amma yolda İsmayıldan öyrənmişdir ki, artıq əri Emil Kərimov baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüşdür. Hadisə yerinə çatdıqda motosikleti aşmış halda, geridə hava şarları açılmış qara rəngli minik avtomobili, bir qədər də geridə isə əri Emilin meyitinin asfalt örtüyünün üzərində olmasını görmüşdür. Hadisə yerində olan şəxslərdən kimsə demişdir ki, qara rəngli avtomobil yüksək sürətlə gələrək Emilin motosikletinə çırpılmışdır. Verilmiş suallar əsasında X6 əlavə olaraq bildirmişdir ki, Emil Kərimovun gözlərində mövcud olan xəstəliyə görə uzağı yaxşı görmədiyindən hadisə vaxtı tünd rəngli şüşəsi olan optik eynəkdən, eyni zamanda tünd rəngli şüşəsi olan şlemdən istifadə etmişdir. Buna görə də hesab edir ki, əri Emil hadisə vaxtı həm içkili olması, həm də gözündə olan eynək və istifadə etdiyi şlemin şüşəsinin rənginin təsirindən yolun hərəkət hissəsinə əks istiqamətdən daxil olmuş və qarşıdan gələn nəqliyyat vasitəsini görə bilməmişdir. X6 hadisə zamanı Emil Kərimovun istifadə etdiyi eynəyi məhkəməyə təqdim etmişdir. O, məhkəmə çıxışında Təqsirləndirilən şəxs ilə barışmaqdan imtina etdiyini, onunla heç vaxt barışmayacağını, lakin vurulmuş zərərdən ona 1500 (bir min beş yüz) manat pul ödənildiyindən hazırda ona qarşı mülki iddiasının olmaması nəzərə alınaraq Təqsirləndirilən şəxs barəsində qanunla müəyyən edilmiş ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X6 yazılı ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 1500 manat ödədiyini, buna görə də onunla mülki qaydada barışıq əldə etdiyini, Təqsirləndirilən şəxs qarşı heç bir mülki şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2013-cü il tarixdən Nəsimi rayonu A.Mirqasımov küçəsində yerləşən Lombard Express MMC-də işləyir. 2019-cu ilin noyabr-dekabr aylarında əvvəllər tanımadığı lakin sonradan Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs onun işlədiyi lombarda gələrək onunla tanış olduqdan sonra 2100 manat pul götürmək istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs lombard daxili qanunları başa salaraq pul götürməsi üçün mütləq qaydada lombarda girov qoymalı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış və özünə məxsus “Shevrolet” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşını lombarda girov qoyaraq 2100 manat pul götürmüşdür. Lombard tərəfindən tərtib edilmiş cədvələ uyğun olaraq Təqsirləndirilən şəxs hər ay 387 manat olmaqla 12 ay müddətində ödəniş edəcəyi ilə bağlı öhdəlik götürmüşdür. 2020-ci ilin yanvar-fevral aylarında Təqsirləndirilən şəxs yenidən lombarda gəlmiş və girova qoyduğu “Shevrolet” markalı avtomobili “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəyişmək istədiyini bildirmişdir. Lombardın rəhbərliyi Təqsirləndirilən şəxs “Shevrolet” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşını digəri ilə dəyişməsinə razılıq verməmişdir. O, Təqsirləndirilən şəxs çarəsiz görüb sonuncuya təklif etmişdir ki, “əgər istəsə “Shevrolet” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşına görə lombarda olan borcunu bağlaya bilər, dəyişmək istədiyi “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin borcunu isə tərəfindən tərtib edilmiş cədvələ uyğun olaraq ona ödəyər, amma dəyişmək istədiyi avtomobil DİN BDYPİ-də onun adına sənədləşdirilməlidir, borcu qurtardığı vaxt avtomobilini özünə qaytara bilər”. Təqsirləndirilən şəxs onun şərti ilə razılaşdıqdan sonra “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun adına rəsmiləşdirmiş, o, da sonuncunun lombarda olan borcunu ödəyib, tamamilə bağlamışdır. Sonradan “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə görə Təqsirləndirilən şəxs ilkin ödəniş almamış və sonuncu onun tərtib etdiyi cədvələ görə hər ay 320 manat olmaqla 24 ay müddətində ona pul ödəyəcəyinə söz vermişdir. Bundan sonra o, Nihada və qardaşı Şahid2 həmin avtomobili idarə etmələrinə dair etibarnamə vermişdir. Sonradan o, Nihada zəng edib etibarnaməsinin müddətinin bitdiyini və ona 2 ay müddətində ödəniş etmədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs taksi fəaliyyəti ilə məşğul olmasını əvvəlcədən bilirdi. Təqsirləndirilən şəxs isə ona zəng edərək karantin rejimi olduğu üçün taksi fəaliyyəti ilə məşğul ola bilmədiyini bildirmiş və borcunu ödəyəcəyini deyib ondan buna görə üzr istəmişdir. 2020-ci ilin iyul ayında o, Təqsirləndirilən şəxs Yasamal rayonu ərazisində yerləşən X26a bitişik yardımçı yolda “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən motosikletlə toqquşmasını və motosikletin sürücüsünün hadisə yerində ölməsini eşitmişdir. Təqsirləndirilən şəxslə danışarkən öyrənmişdir ki, hadisədən sonra istintaq orqanı onun idarə etdiyi “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobili cərimə meydançasına yerləşdirmişdir. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı bir şikayət, tələb və iddiasının olmadığını, cəza təyin edilərkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs yazılı ərizə ilə məhkəməyə müraciət edib Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı hər hansı bir şikayət, tələb və iddiasının olmadığını, cəza təyin edilərkən göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, bir vaxtlar ARB televiziya kanalında yayımlanan “Atılmışlar” serialında baş rolda çəkilmişdir. Həmin serialın bir hissəsi Emil Kərimovun yaşadığı Binəqədi rayonundakı evində çəkilib və bu baxımdan sonuncu ilə çox yaxın münasibəti yaranmışdır. Həmin ərəfədə o, Emil Kərimovun avtomobillərin bamperini təmir etməsini bilmişdir. 20 iyul 2020-ci il tarixdə saat 23 radələrində o, E.Kərimovun yaşadığı evə getmiş və söhbət edən zaman sonuncu spirtli içki qəbul etmək istədiyini bildirmişdir. O, namaz əhli olduğundan heç bir söz deməmişdir. E.Kərimov isə spirtli içki alıb evində arvadı Reyhanla birlikdə qəbul etmiş, səhərə kimi orada qalıb deyib-gülmüşlər. Artıq 21 iyul 2020-ci il saat 04:30 olduqda X17 şəhərdə birlikdə motosikletlə sürməyi təkidlə xahiş etmişdir. O, Emil Kərimovun yaşıl rəngli «Kawasaki Ninja 250R» markalı motosikletin olmasını bilirdi, sonuncuya həm karantin rejimi, həm də onun içkili olduğunu yadına salaraq motosikleti idarə etməməsini bildirmişdir. O, Emil Kərimovun motosikleti çox sürətlə və aqressiv idarə etməsini bilirdi, bu baxımdan sonuncunun getməsinə etiraz etmişdir. Buna baxmayaraq E.Kərimov onun sözünə qulaq asmamış və arvadı Reyhanla şlemlərini geyinərək motosikletlə evdən çıxmışlar. Təxminən 15-20 dəqiqə sonra o, narahat qalıb E.Kərimova və Reyhanın istifadələrində olan mobil telefonlara zəng etsə də sonuncular cavab verməmişlər. Bundan narahat olduğu üçün mütəmadi olaraq onlara zəng etmiş və saat 05:00 radələrini keçdikdə Emil Kərimovun mobil telefonuna tanımadığı şəxs cavab verərək Emilin Yasamal rayonu “Röyal Park” yaşayış kompleksi və “Sosial evlər”in yaxınlığında avtoqəza keçirərək öldüyünü ona demişdir. O, dərhal Emil Kərimovun arvadı Reyhana zəng etdikdə sonuncunun yolda Emillə mübahisə etdiyi üçün 20 Yanvar dairəsində olduğunu öyrənmişdir. O, Reyhana, sonradan isə Emilin qardaşı Elçinə zəng edərək Emilin ölməsini və hadisə yerinə getmələrini bildirmişdir. Bundan sonra o, özü də hadisə yerinə gəldikdə asfalt örtüyündə, yolun işlək hissəsində Emilin idarə etdiyi motosikletin əyilmiş, motosikletdən geridə orada olan digər qara rəngli avtomobilin ön hissəsinin əzilmiş halda olmasını, qara rəngli avtomobildən də geridə Emilin meyitinin olmasını görmüşdür. O, hadisə yerinə gəldikdə polis və təcili tibbi yardım stansiyasının əməkdaşlarının orada olduğunu görmüşdür. Sonradan Reyhan, habelə Emilin valideynləri, qardaşı Elçin də hadisə yerinə gəlmişlər. Sonrakı günlərdə o, Rehyandan öyrənmişdir ki, “hadisədən əvvəl Emillə Reyhan şəhərin kifayət qədər küçələrində və aeroport yolunda motosikletlə hərəkətdə olmuşlar və aralarında ailə-məişət zəminində mübahisələri olmuşdur. Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, o, hadisə yerinə gələndə digər avtomobilin sürücüsü də orada olmuş və sonradan tibbi ekspertizaya gəlmiş, hətta meyitin ekspertizaya gətirilməsi xərcini də həmin sürücü özü ödəmişdir. Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs sonradan dəfələrlə onun telefon əlaqəsi saxlayaraq zərərçəkmiş şəxsin ailə üzvləri ilə görüşüb barışmaq istədiyini bildirmiş və ondan vasitəçilik etməsini xahiş etmişdir. Hətta onun sözlərindən bilmişdir ki, zərərçəkmiş şxsin ailəsi onunla barışmaqdan imtina etmişlər. Lakin o, köməklik edəyəcini deməsinə baxmayaraq bu münasibətə qarışmaq istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır və sonuncu taksi fəaliyyəti ilə məşğul olmuşdur. Nihad 2019-cu ildə özünə “Shevrolet” markalı **-PK-*** dövlət qeydiyyat nişanlı avtomaşın alıb onu lombarda girova qoyaraq pul götürmüşdür. 2020-ci ilin yanvar ayında Nihad həmin avtomobili “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəyişmək qərarına gəlmiş və lombarda müraciət etdikdə buna icazə verilməmişdir. Amma lombardda işləyən Zərərçəkmiş şəxs adlı şəxs Nihadın avtomobilini almış və lombardın borcunu bağlayaraq avtomobili öz adına rəsmiləşdirmiş, Nihad da hər ay 320 manat olmaqla 24 ay müddətində Zərərçəkmiş şəxs pul ödəyəcəyinə dair öhdəlik götürmüşdür. Zərərçəkmiş şəxs ona və qardaşı Nihada həmin avtomobili idarə etmələrinə görə etibarnamə vermişdir. 21 iyul 2020-ci il tarixdə saat 05:20 radələrində qardaşı Nihad ona zəng edərək Yeni Yasamal qəsəbəsinin ərazisində X20 aşağı hissəsindəki köməkçi və yardımçı yolla "Meyvəli" bazarı istiqamətində müştəri aparan zaman əks istiqamətdə gələn motosikletlə toqquşduğunu, motosikletin sürücüsünün vəziyyətinin ağır olduğunu ona demiş və onu hadisə yerinə çağırmışdır. O, da tələsik hadisə yerinə gəlmiş və yaşıl rəngli motosikleti və qardaşı Nihadın idarə etdiyi avtomobili əzik halda, eləcə də həm nəqliyyat vasitələrinin, həm də Nihadın avomobilinin arxasında motosikletin sürücüsünün hərəkətsiz halda asfalt örtüyünün üzərində olmasını, ətrafda da müəyyən sayda tanımadığı şəxslərin hadisə yerinə toplaşdığının şahidi olmuşdur. Nihadla danışdıqda öyrənmişdir ki, sonuncu həmin gün Yeni Yasamal qəsəbəsindən üzü Sədərək Ticarət Mərkəzi istiqamətində saatda 50-60 km sürətlə hərəkətdə olanda motosiklet onun hərəkət yolunun üzərinə doğru gəlmiş və Nihad tormozdan isifadə etsə də hadisənin qarşısını ala bilməyib öz yolunda motosikletlə toqquşmuş, hadisədən sonra Nihad təcili tibbi yardıma xəbər vermişdir. O, da Nihadın polisə xəbər vermədiyini bilib təcili olaraq 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş və polisin gəlməsini xahiş etmişdir. Az sonra təcili tibbi yardım avtomobili hadisə yerinə gəlmiş və həkimlər müəyyən etmişlər ki, motosikletin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Sonradan da polis əməkdaşları və ölən sürücünün yaxınları hadisə yerinə gəlmişlər. Meyiti morqa aparmaq üçün xüsusi avtomobil çağırılmış və həmin avtomobilin xərcini onlar ödədikdən sonra meyiti birlikdə həmin avtomobilə qoymuş və Nihadla birlikdə morqa gəlmişlər. Morqun həyətində olduqda qarşı tərəfdən olan tanımadığı bir nəfər şəxslə söhbət edəndə demişdir ki, motosikletlə toqquşan “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qardaşıdır və ölən şəxsin yaxınlarından üzr istəmək və başsağlığı vermək istəyir. Həmin şəxs ölən sürücünün qardaşını onların yanına çağırdıqda o, həmin şəxsdən üzr istəmişdir. Həmin şəxs bir qədər qəzəbli və hüznlü olduğundan onun üzrxahlığını qəbul etməmişdir. Sonradan ölən sürücünün yaxınları meyiti morqdan təhvil alıb getmişlər. O, da qardaşı Nihadla birlikdə Yasamal RPİ-nə gəlmişdir. Sonrakı günlərdə əlavə başsağlığı vermək üçün ölən şəxsin yaşadığı evə getmək istəmişlər, amma zərərçəkmiş şəxsin yaxınları onları qəbul etməkdən imtina edərək çıcıb getmələrini tələb etmişlər. Şahid2 həmçinin ifadəsində hadisədən sonra qardaşı Nihadın son ana kimi hadisə yerində qalıb təcili tibbi yardım çağırdığını və hadisə yerindən sonuncu ilə birlikdə morqa gəldiklərini, Nihadın hadisə yerindən yayınmadığını və zərərçəkmiş şəxsin yaxınları ilə barışmağa dəfələrlə cəhd etdiyini bildirmişdir. Məhkəmə iclasında dindirilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti X15 ifadəsində tərəfindən verilmiş 22 sentyabr 2020-ci il tarixli 8/1378 nömrəli ekspert rəyini müdafiə edərək baş vermiş yol nəqliyyat hadisəsi zamanı Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxsləri dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, onun özünü təqsirli bilməyərək ifadəsində qeyd etdiyi məlumatlar özünü müdafiə xarakterli məlumatlar olaraq qiymətləndirilməlidir. Belə ki, onun Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətməkdə təqsirli olması zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, hadisə yerinə baxış protokolları ilə və aşağıda göstərilən digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş hadisə yerinə baxış keçirilməsi haqqında 21 iyul 2020-ci il tarixli protokoldan, hadisə yerinin sxemindən və fotoşəkillərdən hadisənin Bakı şəhəri Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin ərazisində, Bakı Beynəlxalq Avtovoğzal Kompleksi tərəfdən üzü Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən “Sədərək” Ticarət Mərkəzi istiqamətində olan və Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin ərazisində yerləşən X26-10 ünvanının yaxınlığındakı köməkçi yolda baş verdiyi müəyyən edilmişdir. (iş vər.: 5-12) Məhkəmə iclasında tədqiq olunmuş avtomobilə baxış keçirilməsi haqqında 03 avqust 2020-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Azərbaycan Respublikası DİNnin Siqnal İLLİ-nin 5 saylı müvəqqəti duracağında “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilə və «Kawasaki Ninja 250R» markalı 10-B-201 dövlət nömrə nişanlı motosikletə baxış keçirilmişdir. Baxış zamanı “Renault Tondar” markalı **- UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin baş vermiş hadisə nəticəsində alın (qabaq) şüşəsinin sınması, qabaq buferin ortadan qatlanaraq sınması, sol farasının sınaraq yerindən çıxması, sağ farasının zədələnərək aşağı düşməsi, qabaq radiatorun əyilməsi, qabaq bamperin (kapotun) əyilməsi, qabaq oblisovkanın sınması, salondakı sağ və sol hava şarlarının açılıb yerindən çıxmaları aşkar edilmişdir. Eyni zamanda baxış zamanı «Kawasaki Ninja 250R» markalı 10-B-201 dövlət nömrə nişanlı motosikletin hadisə nəticəsində qabaq təkərinin öz oxundan çıxması, setkalarının qırılması, üzərində heç bir farasının, eləcə də dönmə işıqlarının olmaması, yanacaq çəninin əzilməsisağ yan güzgünün və sol yan güzgünün iç hissəsinin (güzgünün özü) yerində olmaması, qabaq qoruyucu örtüyün (plastmas) sınması, dövlət qeydiyyat nişanının motosikletin arxasındakı rezin setkaya keçirilmiş halda olması aşkar edilmişdir. (iş vər.: 41-48) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Təhlükəsiz şəhər xidmətinin müşahidə kameraları vasitəsi ilə qeydə alınmış hadisənin videogörüntüləri olan 01 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, TŞ2- 106.3 yazılmış faylda görüntüdə 21 iyul 2020-ci il tarix saat 05:06:01 olduqda X9 idarə etdiyi işıqları yanılı halda olan «KAWASAKİ NİNJA 250R» markalı 10 B 201 dövlət nömrə nişanlı motosiklın Sədərək Ticarət Mərkəzi tərəfdən X21 hərəkətdə olduqdan sonra Yasamal rayonu ərazisində yerləşən "sosial evlər" tərəfə sağa dönüb aşağıdakı dairəyə tərəf düşdüyü, lakin dairəyə daxil olmayaraq düzünə, yəni saat 05:06:17 olduqda yoxuşa doğru üzü Yeni Yasamal qəsəbəsi, "Royal Park" yaşayış kompleksi, Bakı Beynəlxalq Avtovağzal Kompleksi və "Şamaxinka" adlandırılan ərazi istiqamətində hər iki yolu ayıran xəttin üzəri ilə hərəkətini davam etdirərək qarşı tərəfdən gələn yola daxil olduğu, həmin vaxt qarşıdan gələn avtomobilin görünüş dairəsinə düşdüyü müşahidə edilir. Görüntüdə saat 05:06:22 olduqda həmin motosikl əks tərəfdən gələn Təqsirləndirilən şəxs idarə etdiyi işıqları yanılı halda olan ban hissəsinə taksi nişanı qoyulmuş «Renault Tondar» markalı **- UB-*** dövlət nömrə nişanlı avtomobillə sonuncunun yolunda toqquşurlar. Toqquşmaya kimi “Renault Tondar» markalı **-UB-*** dövlət nömrə nişanlı avtomobil nisbətən sola, “KAWASAKİ NİNJA 250R» markalı motosiklet isə nisbətən öz yoluna istiqamətlənir. Toqquşmadan sonra Yeni Yasamal qəsəbəsindən üzü Sədərək Ticarət Mərkəzinə tərəf hərəkətdə olan yolda «Renault Tondar» markalı **-UB-*** dövlət nömrə nişanlı avtomobil təxminən 3-4 metr qarşı hərəkət yoluna çıxaraq maili olaraq dayanır, motosikl geri sürüşərək həmin avtomobilin qarşısında, motosiklin sürücüsü Emil Kərimov özü isə toqquşmanın yaratdığı zərbədən havada fırlanmaqla «Renault Tondar» markalı avtomobilin sol üst tərəfindən keçməklə sonuncu avtomobilin arxasına asfalt örtüyünün üzərinə düşərək hərəkətsiz halda qalır. «Renault Tondar» markalı avtomobildən 2 sərnişin (kişi) düşür və E.Kərimova yaxınlaşır. Az sonra yoldan keçənlər hadisə yerinə toplaşır. TŞ2-106.1 yazılmış görüntüsü 05:05-dən 05:40-dək müddətdə olan fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, kamera fırlandığı üçün baş vermiş yol-nəqliyyat hadisəsi anını fıksə etməyib, sadəcə görüntüdə saat 05:08:03 olduqda kamera “Royal Park” yaşayış kompleksinin qarşısından geriyə, yəni üzü Sədərək Ticarət Mərkəzinə tərəf qayıtdıqda artıq hadisənin baş verməsi müşahidə edilir. Saat 05:09:52 olduqda artıq yodan keçən şəxslər hadisə yerinə toplaşırlar. Görüntüdə saat 05:16:58 olduqda hadisə yerinə təcili yardım avtomobili (ambulans) gəlir və asfalt örtüyündə hərəkətsiz halda qalan E.Kərimova yardım göstərirlər. Saat 05:18:36-da DİN NHİX-nin Təhlükəsizlik Şəhər Xidmətinin əməkdaşları tərəfindən kameranın görüntüsü hadisə yerinə sabitlənir, yəni fırlanma dayandırılır. Təqsirləndirilən şəxs hadisə yerində olması müşahidə edilir. Görüntüdə saat 05:27:40 olduqda post-patrul avtomobilində polis əməkdaşları hadisə yerinə gəlir. “Renault Tondar” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs yenə də hadisə yerindədir. Sonradan ikinci post-patrul avtomobilində polis əməkdaşları hadisə yerinə gəlir. Görüntü 35 dəqiqə müddətində qeydə alınıb və həmin müddətdə “Renault Tondar” markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisə yerində qalması müşahidə edilir. TŞ2-106.2 yazılmış görüntüsü 05:05-dən 05:40-dək müddətdə olan fayla baxış keçirilərkən müəyyən edilmişdir ki, qeyd edilən görüntüdə hadisə yeri fıksə olunmur. (iş vər.: 95-98) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin X5 Xidmətindən daxil olmuş, cinayət hadisənin baş verməsi ilə bağlı Təqsirləndirilən şəxs qardaşı Şahid2 “102” Xidmətinə etdiyi müraciətlə bağlı səs yazısının qeydə alındığı 01 ədəd CD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, özünü Şahid2 kimi təqdim etmiş şəxs 21.07.2020-ci il tarixdə saat 05:24:35-də “102” Xidmətinə zəng edir və operatora Yasamal rayonu ərazisində yerləşən “Royal Park’ın yaxınlığında “Reno” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomaşınla dövlət qeydiyyat nişanını görmədiyi motosiklin yolnəqliyyat hadisəsi törətdiklərini, “Reno” markalı avtomaşını onun qardaşının idarə etdiyini və motosiklin sürücüsünün öldüyünü, 103 çağırış xidmətinə məlumat verildiyini bildirir və hadisə yerinə dövlət yol polisi idarəsinin əməkldaşlarının gəlməsini xahiş edir. (iş vər.: 92- 94) İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi "Bakı şəhər Təcili və X7 Stansiyası” X24 tərəfindən verilmiş 27 avqust 2020-ci il tarixli 358 nömrəli məktubda göstərilmişdir ki, 21.07.2020-ci il tarixdə saat 05:07-də "103" xidmətinə Yasamal rayonu, X26 ünvanından naməlum kişinin adına "avtoqəza" səbəbi ilə çağırış daxil olmuş, çağırış həkimlər tərəfindən icra edilərək xəstə X12 (36 yaş) müayinə etdikdən sonra hospitalizasiya üçün əməliyyat və hospital işləri təşkili şöbəsindən yer alarkən xəstə keçinmişdir. Həkim xəstəyə "Sağ mil-bilək sümüyünün sınığı. Çoxsaylı sıyrıntılar. Qarnın küt travması. Daxili qanaxma. Terminal vəziyyət. Aqonal faza. Həkim yanında ölüm" diaqnozu qoyulmuşdur. İş materiallarında olan Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi "Bakı şəhər Təcili və X7 Stansiyası” X24 tərəfindən verilmiş səs yazısı olan 01 ədəd DVD disk məhkəmə iclasında nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, 1-ci faylda olan 60 saniyə aparılan danışıqda təcili yardım stansiyasının qadın operatoru “alo” deyə cavab verir. Özünü təqdim etməyən kişi “xanım, təcili yardım göndərin, avariya olub” deyərək bildirir. Operator hadisənin harada olmasını soruşduqda həmin şəxs “qaqa bura hansı tərəfdi” deyə yanındakına müraciət edir. Danışmaq üçün telefonu alan digər şəxs, yəni Təqsirləndirilən şəxs “tez, xanım, X18 Xidmətə gələndə təzə yol, güclü avariya olub, yaralının vəziyyəti çox pisdir, tez olun” ifadəsini işlədir. Operator xəsarət alanın neçə nəfər olduğunu soruşduqda Təqsirləndirilən şəxs “bir nəfərdi, tez olun, yaralının vəziyyəti çox pisdir, Asan xidmətdən gələndə təzə yol” ifadəsini işlədir. Operator “yaxşı oldu” deyə cavab verir. 2-ci faylda 42 saniyə aparılan danışıqda təcili yardım stansiyasının qadın operatoru “buyurun” deyə cavab verir. Özünü təqdim etməyən kişi “xanım, avariya olub, can verir qardaş, Asan xidmətdən dairəvi yola çıxanda-Təzə yola” deyərək bildirir. Operator məlumatın qəbul olunduğunu, narahat olmamasını bildirir. Həmin şəxs xəsarət alanın can verməsini bildirir və operator “bir nəfərdi” deyə ondan soruşur. Həmin şəxs “bəli” deyə cavab verir. Operator “yaxşı göndərirəm” ifadəsini işlədir. (iş vər.: 123-125) İş materiallarında olan ifadənin yerində yoxlanılması haqqında 05 avqust 2020-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən o, 21.07.2020-ci il tarixdə saat 05:06-da əks yolda hərəkətdə olan X9 idarə etdiyi «KAWASAKİ NİNJA 250R» markalı 10 B 201 dövlət nömrə nişanlı motosiklla toqquşduğu yeri, yəni Yasamal rayonu Yeni Yasamal qəsəbəsinin ərazisində yerləşən “X20 kənarındakı köməkçi yol olan Bakı Beynəlxalq Avtovağzal Kompleksi tərəfdən üzü Sədərək Ticarət Mərkəzi istiqamətindəki avtomobil yolunu əyani olaraq göstərmiş, eləcə də E.Kərimovun onun hərəkət yolunun üzərinə doğru gəlməsini 45 metr məsafədən gördüyünü, həmin məsafədən toqquşma yerinə kimi 15 metr məsafə qət etdiyini bildirmişdir. (iş vər.: 66-71) İş üzrə təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X8 X19 Yasamal rayon şöbəsinin 04 avqust 2020-ci il tarixli, 129 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, X9 meyitində məhkəmə-tibbi müayinəsi zamanı hər iki ağciyərin kökü nahiyəsinin cırılması, baş beyinin təpə-ənsə payına, yumşaq beyin qişası altına, yan mədəciklərə qansızmalar, sağ saidin açıq sınığı, hər iki budun, belin, hər iki baldırın, sağ iç topuğun və sol ayağın sıyrıqları xəsarətlər aşkar edildi. Bu xəsarətlər həyati olub, ölümün baş verdiyi vaxtdan az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən avtoqəza nəticəsində törənə bilərdi, dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan AGİR zərər vurmanın əlamətlərinə malikdirlər, ölümün baş vermə səbəbi ilə birbaşa əlaqəlidir. X9 ölümünə səbəb hər iki ağciyər toxumasının çırılması nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. Ölüm meyitin meyitxanadakı müayinəsindən təqribən 6-8 saat əvvələ uyğun gəlir. X9 meyitindən götürülmüş məhkəməkimya tədqiqatı nəticəsində qanda 0,5 %0 etil spirti aşkar edilmişdir, bu da canlı şəxslərdə yüngül dərəcəli sərxoşluq kimi qiymətləndirilir. Narkotik maddələr aşkar edilməmişdir. (iş vər.: 113-119) İş üzrə təyin edilmiş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 sentyabr 2020-ci il tarixli, 8/1378 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, istintaq tərəfindən təqdim olunan məlumatlara görə “Renault Tondar” markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs “Renault Tondar” markalı avtomobili etibarlıq müddəti bitmiş etibarnamə ilə, yəni etibarnaməsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara görə “Kawasaki Ninja 250R” markalı 10-B-201 dövlət qeydiyyat nişanlı motosikletin sürücüsü X9 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü E.T.Kərimov “Kawasaki Ninja 250R” markalı motosikleti müvafiq kateqoriyalı sürücülük vəsiqəsi olmadan və sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətiərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin və 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. (iş vər.: 160-164) İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 sentyabr 2020-ci il tarixli, 9/2937 nömrəli rəyi məhkəmə iclasında tədqiq edilərkən müəyyən edildi ki, nəzəri hesablama yolu ilə “İmperial motors" tərəfindən təqdim edilmiş qüsur aktından göründüyü kimi 2012-ci il buraxılışlı "Renault Tondar minik" markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 5734.0 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 4134,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1600,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 4754,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 3154,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 1600,00 manat. Rəydən həmçinin müəyyən edilmişdir ki, nəzəri hesablama yolu ilə “İmperial motors” tərəfindən təqdim edilmiş qüsur aktından göründüyü kimi 2011-ci il buraxılışlı "Kawasaki Ninja 250R motosikl" markalı 10-B-201 dövlət qeydiyyat nişanlı motosiklın təmir-bərpa xərci aşağıdakı kimi müəyyən edilir. O cümlədən: Dəyişilməli hissələrin qiyməti təzə hissələrin qiymətinə müvafiq hesablanmaqla 2952.0 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 2652,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 300,00 manat. Dəyişilməli hissələrin qiymətinə aşınma tətbiq edilməklə 1552,00 manat. O cümlədən: Dəyişilməli hissələrin qiyməti - 1252,00 manat; Təmir-bərpa işlərinin qiyməti - 300,00 manat. (iş vər.: 140-144) İş materiallarında olan 24 aprel 2019-cu il tarixdə verilmiş etibarlılıq müddəti 24 aprel 2029-cu il tarixədək olan AE seriyalı 235125 nömrəli sürücülük vəsiqəsindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs «BC» kateqoriyalı nəqliyyat vasitələrini idarə etmək hüququ vardır. (iş vər.: 17). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BDYPİ-nin 18.08.2020-ci il tarixli, 016-73333-1220 nömrəli, 21.08.2020-ci il tarixli, 016-74642-1220 nnömrəli məktublarından müəyyən edilir ki, X11 23.05.2020-ci il tarixdə 23.05.2021-ci il tarixədək qüvvədə olan "B" kateqoriyalı AC 143606 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o sürücülük hüququndan məhrum olunanlar siyahısında yoxdur. Eləcə də Təqsirləndirilən şəxs 24.04.2019-cu il tarixdən 24.04.2029-cu il tarixədək qüvvədə olan "BC" kateqoriyalı AE 235125 nömrəli sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum olunanlar siyahısında yoxdur. DİN-nin BDYPİ-nin 18.08.2020-ci il tarixli, 016-73333-1220 nömrəli məktubundan və həmçinin iş materiallarında olan AD seriyalı 716017 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən müəyyən edilir ki, "RENAULT TONDAR" markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobil 17.01.2020-ci il tarixdən Zərərçəkmiş şəxs adında qeydiyyatdadır. Qeyd olunan avtomobilin etibarnamə əsasında 18.01.2020-ci ii tarixdən 18.04.2020-ci il tarixədək və 21.07.2020-ci il tarixdən 21.09.2020-ci il tarixədək Təqsirləndirilən şəxs istifadəsinə verilməsi barədə DİN-nin Baş Dövlət Yol Polisi idarəsinin mərkəzi informasiya sistemində məlumat mövcuddur. DİN-nin BDYPİ-nin 18.08.2020-ci il tarixli, 016-73333-1220 nömrəli məktubundan və iş materiallarında olan AD seriyalı 476561 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən həmçinin müəyyən edilir ki, "KAWASAKİ NİNJA 250R" markalı 10-B-201 dövlət qeydiyyat nişanlı motosikl 04.04.2019-cu ii tarixdən X9 adında qeydiyyatdadır. (iş vər.: 17; 22; 108-110) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Dispanserinin 21 iyul 2020-ci il tarixli 2/11015 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hadisə baş verən vaxt sürücü Təqsirləndirilən şəxs ayıq olmuş və onda alkoqolun, narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin istehlakı nəticəsində yaranmış şərxoşluq vəziyyəti aşkar olunmamışdır. (iş vər.: 14) Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməsi onun özünün ifadəsi ilə yanaşı, zərər çəkmiş şəxsin hüquqi varisinin, zərər çəkmiş şəxsin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələr, ekspert rəyləri, hadisə yerinin videogörüntüsü, baxış protokolları və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirildi. İstintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Ali Məhkəməsinin Hərbi kollegiyasının 07 iyul 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 aprel 2012-ci il tarixli qərarında qeyd edildiyi kimi, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı zamanı cinayət işinə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinə əsasən həmin Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər, yəni avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda, həmin əmələ görə üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinə əsasən sürücühərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini vəvəziyyətini, yol vəmeteorolojişərati, xüsusən hərəkət istiqamətindəgörməşəraitini nəzərəalmaqla, nəqliyyat vasitəsini müəyyən olunmuşsürət məhdudiyyətindənçox olmayan sürətləsürməlidir. Sürücühərəkətüçün təhlükəyarandığınıgördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinəqədər azaltmaqüçün mümkün olan tədbirləri görməlidir. Həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinə əsasən sürücülük vəsiqəsini (fərdi nəqliyyat vasitəsinin sahibi olmadıqda, sürücününicarə və ya digər əşya hüquqlarına dair müqaviləsini,nəqliyyat vasitəsini idarəetmək hüququna dair müəyyən edilmişqaydada təsdiqlənmişetibarnaməsini vəya nəqliyyat vasitəsinəümumi mülkiyyət hüququna dairşəhadətnaməsini), sürücülük vəsiqəsi müəyyən edilmişqaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanıtərəfindən alınmışolduqda isəonuəvəz edən xüsusi arayışı, nəqliyyat vasitəsinin qeydiyyatşəhadətnaməsini,bu Qanunun 6-1-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş daşımaları həyata keçirən nəqliyyat vasitələrinə münasibətdə taxoqrafın yoxlanması haqqında şəhadətnaməni (taxoqrafın yoxlanmasına dair möhür vurulmadığı halda),avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası və sərnişin daşımaları xidmətini həyata keçirən avtonəqliyyat vasitələri ilə daşınan sərnişinlərin (şəhərdaxili və ya qəsəbədaxili daşınan sərnişinlər istisna olmaqla) fərdi qəza sığortası müqaviləsinin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bağlanmasını təsdiq edən icbari sığorta şəhadətnaməsini, nəqliyyat vasitələrindən kommersiya məqsədləriüçün istifadəedildikdəxüsusi razılıq vəya yol (marşrut) vərəqəsini vədaşınan yüklərədair sənədləriözündəsaxlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması ilə bağlı cinayətlərin geniş yayılması hərəkət təhlükəsizliyinin təmin edilməsini və yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün təşkilati və təsiredici hüquqi tədbirlərin həyata keçirilməsini zəruri edir. Bununla bağlı Qərarda məhkəmələrin diqqətinin yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması cinayətlərinə dair işlərə obyektiv və keyfiyyətli baxılmasına, işin bütün hallarının tam və hərtərəfli araşdırılmasına, o cümlədən yol hərəkəti qaydalarını pozmuş şəxsin hadisədən bilavasitə əvvəl vəziyyətinin, psixoloji və sağlamlıq durumunun müəyyən edilməsinə, cinayətlərin törədilməsinə səbəb olmuş və şərait yaratmış halların aşkar edilməsinə, cinayət işləri üzrə qanuni, əsaslı və ədalətli qərarların qəbul edilməsinə yönəldilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın21-ci bəndində qeyd edilir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özüözlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz.Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yolnəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Odur ki, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarmağı və ona Azərbaycan Respublikası CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakı hallar nəzərə alınmalıdır: İş materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmiş, eyni tarixli qərarla barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 30 oktyabr 2020-ci il tarixli məhkəmənin hazırlıq iclasının qərarı ilə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistika və İnformasiya İdarəsi tərəfindən verilmiş cinayət işi üzrə yoxlamaya dair 07 avqust 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (iş vər.: 90) Cinayət işinin materiallarında olan mərhum zərərçəkmiş şəxsin hüquqi varisi X1 məhkəmə iclasında təqdim etdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyandan 1500 manat ödəmiş, buna görə də onunla mülki qaydada barışıq əldə etmiş, Təqsirləndirilən şəxs şikayətçi olmasına baxmayaraq ona qarşı mülki tələbi yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs digər Zərərçəkmiş şəxs münasibətdə vurulmuş zərəri tam şəkildə ödəmiş, onunla barışmış və sonuncunun ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmə Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edib səmimi peşman olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamasını və hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini, cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərmək məqsədilə təcili tibbi yardım stansiyasına zəng etməsini, zərərçəkmiş şəxs X11 yaxın qohumu olan hüquqi varisinə vurulmuş zərəri qismən ödəməsini, eləcə onunla barışıq əldə etmək üçün cəhd göstərməsini, digər Zərərçəkmiş şəxs ilə barışıq əldə etməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə cəza məsələsini müzakirə edərkən, Təqsirləndirilən şəxs yuxarıda sadalanan cəzasını yüngülləşdirən bütün halları, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, ona təyin olunan cəza ədalətli olmaqla yanaşı, törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə, həmin cinayətin törədilməsi halına, onun özünün şəxsiyyətinə tam uyğun olmalıdır. Məhkəmə hesab edir ki, cəzanın məqsədləri Təqsirləndirilən şəxs əsas cəza kimi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Lakin məhkəmə Təqsirləndirilən şəxs yuxarıda göstərilən cəzasını yungülləşdirən halları nəzərə alaraq, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsinə əsas görmür. Belə ki, Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən, «cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir». Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cinayət törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə və xarakterinə mütənasibdir və hazırkı halda həmin cəza, cəzanın məqsədini təmin edir. Azərbaycan Respublikası CM-nin 56.1.1 və 56.1.2-ci maddələrinə əsasən, azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-məntəqə tipli cəzaçəkmə müəssisələrində; qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün-ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Eyni zamanda məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasının imperativ olaraq göstərişinə əsasən, Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə əsas cəza, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza təyin olunmalı, o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış X11 məxsus "KAWASAKİ NİNJA 250R" markalı 10-B-201 dövlət qeydiyyat nişanlı motosikletin zərərçəkmiş şəxsin hüquqi varisi X4, "RENAULT TONDAR" markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması, 03 ədəd “DVD” diskin cinayət işi materiallarında saxlanılması nəzərə alınmalıdır. Bundan başqa, iş üzrə məhkəmə məsrəfləri olan ekspertiza tədqiqatının dəyəri 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun hesabına köçürülməlidir. «Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında» 07 mart 2012-ci il tarixli Azərbaycan Respublikası Qanununun 99-1.2-ci maddəsinə görə məhkəmə, hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1 və 99-1.1.1-ci maddələrinə əsasən məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunan əmlak hesab olunur. Məhkəmə xüsusi müsadirə ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, iş üzrə belə bir əmlak olmadığından Təqsirləndirilən şəxs barəsində xüsusi müsadirə ilə bağlı müddəa tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347, 349, 351-353, 356, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış X11 məxsus "KAWASAKİ NİNJA 250R" markalı 10-B-201 dövlət qeydiyyat nişanlı motosikletin zərərçəkmiş şəxsin hüquqi varisi X4, "RENAULT TONDAR" markalı **-UB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın və 03 ədəd disk cinayət işi materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci - 150 (bir yüz əlli) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X2, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri Mərkəz Vəkil Bürosunun “xxxx” ASC-nin Cəfər Cabbarlı filialında, Filialın kodu 200048, VÖEN **********, Müxbir hesabı AZ37NABZ013501**********1944, SWİFT kod AİİBAZ2X, hesablaşma hesabı AZ41AİİB******************** (VÖEN**********) olan hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Günel Əkbərli
Məhkəmə qərarları › İş №1(004)-43/2021
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-43/2021
11.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver