Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(004)-43/2022 28.06.2022 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi, məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Hüseyn Akif oğlu Səfərov, Məhkəmə iclasının katibi: X2, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X4, Təqsirləndirilən şəxsin müdafiəçisi: Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs: xx.xx.1965-ci ildə İmişli rayonunda anadar olan, Azərbaycan Respublikasınır vətəndaşı, evli, ali təhsili, fərdi əməklə məşğu olması, əvvəllər məhkum olan, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Şahid5 vasitəsi ilə tanıdığı Zərərçəkmiş şəxs işgüzar və şəxsi əlaqələrinin geniş olması barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan vəd verib sonuncunun inam və etibarını qazanmış, Zərərçəkmiş şəxs qızı Şahid2 Bakı şəhərində yerləşən tam orta məktəblərdən birinə müddətsiz əmək müqaviləsi ilə ibtidai sinif müəlliməsi kimi işə düzəldilməsi üçün müraciət etdikdə bununla əlaqədar hər hansı səlahiyyətə malik olmadığı halda yalandan Şahid2 ibtidai sinif müəlliməsi kimi işə düzəldəcəyinə bildirib əslində Zərərçəkmiş şəxs məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq 15 sentyabr 2021-ci il tarixdə ünvan 2 ünvanın qarşısında ona məxsus 6.000 (altı min) manat pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirməklə Zərərçəkmiş şəxs xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı ifadə verən Təqsirləndirilən şəxs ona qarşı elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, 2016-cı il tarixde Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, 03 il cəza çəkdikdən sonra 2019-cu il tarixdə azadlığa buraxılmışdır. Təxminən 2020-ci ilin sentyabr ayının əvvəllərində onun yaşadığı ünvan 3 ünvanın yaxınlığında qonşuluqda yaşayan Şahid5 ona onun tanışı Əflan adlı şəxsin tanışı olan Zərərçəkmiş şəxs qızı Şahid2 Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsinə işə düzəltməsini ondan xahiş etmişdir. O, isə həmin müddət ərzində onun əvvəllər tanıdığı Kooperasiya Universitetində Tədriz şöbəsinin müdiri vəzifəsində işləmiş və hazırda isə 2020-ci ilin dekabr ayının ortalarında COVİD 19 virusundan vəfat etmiş Aydın Mirzəməmmədovun işlədiyi Kooperasiya Universitetinin qarşısında onun tanışı Mütəllim Ağaliyevlə birlikdə getərək orada onunla görüşmüşdür. Görüş zamanı o, X5 Bağırovanın Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işə düzəlməsi ilə bağlı müraciət etmiş, Aydın Mirzəməmmədov isə ona onun Təhsil Nazirliyində İnsan resursuları şöbəsinin müdiri vəzifəsində işləyən tanışı Eşqi Bağırovun və Baş Təhsil İdarəsinin ümumi şöbəsində təlimatçısı işləyən Səidə adlı qadının vasitəsi ilə bu işdə köməklik edəcəyini bildirmiş və bu işin həll üçün ondan 6000 manat pul istəmişdir. O, isə Şahid5 bu barədə bildirmiş, sonuncu isə Zərərçəkmiş şəxsla əlaqə saxladıqdan sonra Zərərçəkmiş şəxs razı olduğunu bildirmişdir. Belə ki, 15 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində ünvan 4 ünvanın qarşısında o, İsaməddin və Hacıbaba ilə görüşmüş, görüş zamanı o, və İsaməddin Hacıbaba ilə tanış olmuşlar. Bundan sonra o, Hacıbabaya onun qızı Şahid2 Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işləməsi üçün ondan Təhsil Nazirliyinə 6000 manat rüsüm ödənilməsini bir daha bildirmişdir. Hacıbaba isə onunla razılaşmış və bundan sonra Hacıbaba üzərində olan hamsı 100 manatlıq pul əskinasları olmaqla ümumlikdə 6000 manat pulu sayıb ona vermişdir. Bundan sonra o, Hacıbabanı tam əmin edərək qızı Şahid2 işini qısa müddət ərizində düzəldəcəyini bildirmişdir. Hacıbaba isə onlarla razılaşmış və bundan sonra Hacıbaba üzərində olan hamsı 100 manatlıq pul əskinasları olmaqla ümumlikdə 6000 manat pulu sayıb Hacıbaba şəxsən ona vermişdir. Bundan sonra o, həmin pulları sayıb düz olduqdan sonra pulları götürmüş, o, bir daha Hacıbabanı tam əmin edərək qızı Şahid2 işini qısa müddət ərizində düzəldəcəyini bildirmişdir. Bundan sonra elə həmin vaxtı Hacıbabanın təklifilə onun tərəfindən Hacıbabadan qızı Şahid2 işini həl etməsi üçün 6000 manat pulun almasından ötrü rəsmi olaraq qəbz yazmış və həmin qəbzə imza etmişdir. Bundan sonra Hacıbabanın təkidilə İsaməddindən xahiş etmişdir ki, onun bir yerlisi kimi pulun verilməsində iştirak etdiyindən və buna görə də həmin qəbzə oda imza etsin, həmin vaxtı İsaməddində həmin qəbzə imza etmişdir. Sonra isə o, həmin qəbzin əslini Hacıbabaya təqdim etmişdir. Təxminən 2020-ci ilin sentyabr ayının sonunda onun tanışı olan Kooperasiya Universitetində Tədriz şöbəsinin müdiri vəzifəsində işləyən X5 Bağırovam Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işləməsi üçün ona müraciət etmişdir. Aydan Mirzəməmmədov isə ona bu işdə köməklik göstərməsini bildirmiş və bunun müqabilində ondan 6000 manat pul istəmiş o, isə onunla razılaşmışdır. Elə həmin vaxtı o, X1 şöbəsində Aydın Mirzəməmmədovun xidməti otağında 6000 manat pulu sayıb əlbəəl ona vermişdir.Aydın Mirzəməmmədov isə o, bu işin qısa müddət ərzində həl olunacağını bildirmişdir. Bir müddət keçdikdən sonra isə o, Aydın Mirzəməmmədovla əlaqə saxladıqda ona Təhsil Nazirliyində kadır şöbəsində işləyən Eşqin və Samir adlı şəxslər tapşırdığını və bu işə onlar həl edəcəklərini bildirdi. Lakin sonradan Aydın, Eşqin və Samir adlı şəxslərin bu işi həll etmədikləri üçün Zərərçəkmiş şəxsdan aldığı 6000 manat pulu ödəyə bilməmişdir. O, hazırda Zərərçəkmiş şəxsdan aldığı 6000 manat puldan ona 1000 manat pul ödəmişəm və qalan 5000 manat pulu qısa müddət ərzində ödəyəcəyini bildirmişdir. Zərərçəkmiş şəxsdan aldığı 6000 manat puldan Şahid5 hər hansı bir məbləğdə pul verməmiş və həmin işin həll üçün onunla birlikdə həl edəcəyiklərini və aralarında hər hansı bir razılaşmaqları olmamışdır. Həmçinin istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, 2020-ci ilin sentyabr ayının əvvəllərində və sonunda ***-***-**-** GSM mobil telefon nömrəsi olmuş və o, həmin vaxtı Aydın Mirzəməmmədovla ***-***-**-** GSM mobil telefon nömrəsi ilə əlaqə saxlamışdır, ifadəsində göstərdiyi ***-***-**-** GSM nörməsinin hadisə vaxtı aktiv olmamasını və istifadə olunmamasını, yaranmış ziddiyətlərə cavab verməkdə çətinlik çəkdiyi üçün cavab verə bilməmişdir. Onun istifadəsində olan ***-***-**-** GSM mobil telefon nömrə ilə Aydın Mirzəməmmədov istifadəsində olan ***-***-**-** GSM mobil telefon nömrəsi ilə əlaqə saxladığını bildirmişdir. O, Aydın Mirzəməmmədovun ***-***-**-** GSM mobil telefon nömrəsindən, başqa daha hansı GSM mobil telefon nömrəsinin olmasını bilmədiyini, Aydın Mirzəməmmədov ***-***-**-** GSM mobil telefon nömrəsindən başqa onunla heç bir GSM mobil telefonu nömrəsi ilə əlaqə saxlamamışdır. Törətmiş olduğu əməli səmimi etiraf etməsini və peşmançılıq çəkməsini nəzərə alaraq yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu Ələt qəsəbəsi E.İmanov küçəsi ev 1, mənzil 68-də qeydiyyatdadır və faktiki Bakı şəhəri Qaradağ rayonu ünvan 5 ünvanında ailəsi ilə birlikdə yaşayır. Onun qızı Şahid2ə Hacıbaba qızı 2006-cı ilə ilə tarixdə Bakı Qızlar Universitetinə qəbul olmuş və 2010-cu il tarixdə isə həmin Universiteti bitirmişdir. 2011-ci il tarixdən, 2014-cü il tarixədək qızı Şahid2 Bakı şəhəri Qaradağ rayonu Ələt qəsəbəsində yerləşən 110 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. 2015-ci il tarixdən, 2016-cı il tarixədək Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. Qızı Şahid2 müəllimə işləməsi üçün diplomu əsas verir ki, o, həm müddətli müqavilə ilə və həmdə müddətsiz müqavilə ilə tam orta məktəbində işləyə bilər. Təxminən 2020-ci ilin avqust ayında müəllimlərin işə qəbulu üzrə Azərbaycan Respublikası Təhsil Naziriliyində test vasitəsi ilə imtahan keçirilmiş və həmin test imtanında qızı Şahid2 iştirak etmişdir. Bakı şəhəri üzrə 48 bal olduğundan, qızı Şahid2 isə cəmi 40 bal toplamışdır. Buna görə də o, qızı Şahid2 ilə birlikdə həmin balın tam dəqiqləşdirilməsi üçün Bakı şəhərində yerləşən Baş Təhsil İdarəsinə getmişdir. Orada onlara qızı Şahid2 40 bal toplanması Bakı şəhəri üzrə tam orta məktəblərinə daxil olması mümkün olmadığını və həmin bal üzrə Respublikanın rayon və kənd tam orta məktəblərində işləməsi mümkün olduğunı bildirmişlər. O, və qızı ailə vəziyəti ilə əlaqədar olaraq buna razı olmamışlar. Təxminən sentyabr ayının əvəllərində o, bu barədə onun baldızı Şahid1 məlumat vermiş, baldızı isə ona onun iş yoldaşı olan Xanəli adlı şəxs məsləhət görərək bu işdə ona köməklik göstərməsini bildirmişdir. Elə həmin vaxt Şahid1 ona Xanəlinin istifadə etdiyi ***- ***-**-** saylı mobi telefonun nömrəsini vermiş və o, onunla əlaqə saxlayaraq, Xanəli isə ona onun tanışı Şahid4 bu işdə ona köməklik edəcəyini bildirərək Şahid4 istifadə etdiyi ***-***-**-** saylı mobil telefonu nömərəsini vermişdir. 14 sentyabr 20220-ci il tarixdə o, Şahid4 istifadə etdiyi ***-***- **-** saylı mobil telefonuna zəng edərək onun dəvəti ilə Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta məktəbin yaxınlığında yerləşən evlərin alqı-satqı məntəqəsində görüşmüşlər. Görüş zamanı o, Şahid4la tanış olmuş, özünü ona həmin evlərin alqı-satqı məntəqəsinin rəhbəri kimi təqdim etmişdir. Bundan sonra o, Şahid4 bütün məsələləri danışdıqdan sonra, həmin vaxtı onun yanında tanışı olan İsaməddin adlı şəxsə zəng edərək məsələni həll edəcəyi barədə məlumat vermiş, sonra isə İsaməddinin istifadə etdiyi ***-***-**-** saylı mobil telefonun nömərəsini vermiş və o, İsaməddinlə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Telefonda İsaməddin isə ona qızı Şahid2 Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işləməsi üçün ondan Təhsil Nazirliyinə 6000 manat rüsüm ödənilməsini bildirmişdir. O, isə İsaməddinlə razılaşmış və bundan sona İsaməddin ona təcili olaraq yəni 15 sentyabr 2020-ci il tarixdək görüşməyini bildirmişdir. Belə ki, 15 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində o, ünvan 4 ünvanın qarşısında İsaməddinlə görüşmüş, görüş zamanı o, İsaməddinlə tanış olaraq və onun təklifi ilə həmin ünvandan bir qədər öndə çay evinə dəvət etmişdir. Həmin çay evinin qarşısında onun tanışı olan Lütvi adlı şəxslə onu tanış etmişdir. Bundan sonra o, İsaməddin və Lütvi ilə birlikdə həmin çay evində oturub çay içmiş və İsaməddin onu Lütvi ilə tanış etmiş, tanışlıq zamanı İsaməddin ona Lütvini dəqiq adını çəkmədiyi tam orta məktəblərin birində müəllim kimi təqdim edərək qızı Şahid2 Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işə düzəlməsi üçün onun onlara Təhsil Nazirliyinə 6000 manat rüsüm ödənilməsini bildirmişdir. Bundan sonra o, onlarla razılaşmış, özü ilə evdən götürdüyü ona məxsus hamısı 1000 manatlıq pul əskinasları olmaqla ümumlikdə 6000 manat pulu sayıb İsaməddinə vermişdir. İsaməddin isə onun yanında Lütviyə təqdim edərək həmin pulları sayıb götürməsini bildirmişdir. Bu zaman Lütvi onların yanında həmin pulları sayıb düz olduğunu bildirərək pulları götürmüşdür. Bundan sonra İsaməddin və Lütvi onu tam əmin edərək qızı Şahid2 işin qısa müddət ərizində düzəldəcəklərini bildirmişlər. O, isə onlara inanaraq, İsaməddinin təklifi ilə Lütvi tərəfindən ondan qızı Şahid2 işini həl etməsi üçün 6000 manat pulun almasından ötrü rəsmi olaraq qəbz yazıb hər ikisi qəbzə imza edərək ona təqdim etmişlər. Bundan sonra Lütvi və İsaməddin ona guya qızının 4- 5 gün müddətinə əmiri veriləcəyini və onun onları gözləməyini bildirmişlər. Lakin həmin 4-5 gün keçdikdən sonra, o, onlarla əlaqə saxlamış və guya Baş Təhsil İdarəsinin direktorunu işdən azad olunduğunu və onun bir qədər gözləmiyini bildirmişlər. O, isə onlara bir daha inanaraq gözləmiş, bir müddət keçikdən sonra o, onlarla əlaqə saxladıqda, ondan yenidən vaxt istəmişlər. Bundan sonra o, artıq başa düşmüşdür ki, onlar onu i aldadılar və onlardan pulunun geri qaytarmasını tələb etmişdir. Lütvi və İsaməddin ona guya 6000 manat pulu artıq Təhsil Nariliyinə rüsum kimi ödədiklərini və onun isə bir qədər səbirli olmağını bildirmişlər. Təxminən 16 fevral 2021-ci il tarixdə günorta saatlarında ***-***-**-** nömrədən ona Saidə adılı qadın zəng edərək özünü Baş Təhsil İdarəsinin işçisi kimi təqdim edərək, onun onunla Baş Təhsil İdarəsindi görüşməyini bildirmişdir. 17 fevral 2021-ci il tarixdə isə ona 9941-244-10271 nömrədən ona Samir adılı şəxs zəng edərək özünü Təhsil Nazirliyinin işçisi kim. təqdim edərək, onun 18 fevral 2021-ci il tarixdə Baş Təhsil İdarəsinə gəlməyini bildirmişdir. 18 fevral 2021-ci il tarixdə saat 11 radələrində o, qızı Şahid2 ilə birlikdə Baş Təhsil İdarəsinin qarşısında Lütvilə görüşmüş, bir qədər söhbət edərkən sonra Səidə adlı bir qadın gəlmiş və əlində isə sənədlər olmuş və qızı Humaya həmin səndə imza etdirmişdir. Bundan sonra Səidə adlı qadın onlara 2 gündən sonra guya onlara Baş Təhsil İdarəsindən zəng ediləcəyini və onlar yenidən İdarəyə gəlmələrini və iş yerinin artıq məlum olacağını və maaş kartını götürəcəklərini bildirmişdir. O, və qızı Humay inanaraq və oradan çıxıb evə gəlmişlər. Bundan sonra o, dəfələrlə həmin şəxslərlə mütamadi olaraq əlaqə saxlasada onlar onun mobil telefonuna cavab verməmişlər və o, artıq başa düşmüşdür ki, onlar onu aldadaraq ona məxsus 6000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. Buna görə də o, məcbur olub 16 aprel 2021-ci il tarixdə DİN-nin 102 xidməti zəng mərkəzinə zəng edərək məlumat verrmiş və elə həmin günü Yasamal RPl-nin 29-cu PŞ-nə gedərək orada şikayət ərizəsi ilə müraciət etmişdir. Lütvi və İsaməddin və digərlərini cinayət məsuliyətinə cəlb olunmasını və ona dəymiş ziyanın ödənilməsinə köməklik etməsini xahiş etmişdir. Ona vurulmuş ziyan tam ödənilməmişdir, şikayətçidir, təqsirləndirilən şəxsin ağır formada cəzalandırılmasını xahiş edir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 6 ünvanda pasport qeydiyyatdadır və həmin ünvanda ailəsi ilə birlikdə yaşayır. 1980-ci il tarixdən bu günə kimi Dövlət Neft Şirkətində tikinti quraşdırma İdarəsində yardımçı fəhlə işləyir. Zərərçəkmiş şəxs onun bacısı X3 həyat yoldaşıdır. Onun bacısı qızı Şahid2 2006-cı ilə ilə tarixdə Bakı Qızlar Universitetinə qəbul olmuş və 2010-cu il tarixdə isə həmin Universiteti bitirmişdir. 2011-ci il tarixdən, 2014-cü il tarixədək Şahid2 Bakı şəhəri Qaradağ rayonu Ədlət qəsəbəsində yerləşən 110 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. Bundan başqa 2015-ci il tarixdən, 2016-cı il tarixədək Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. Şahid2 müəllimə işləməsi üçün diplomu əsas verir ki, o, həm müddətli müqavilə ilə və həmdə müddətsiz müqavilə ilə tam orta məktəbində işləyə bilər. Təxminən 2020-ci ilin avqsut ayında müəllimlərin işə qəbulu üzrə Azərbaycan Respublikası Təhsil Naziriliyində test vasitəsi ilə imtahan keçirilmiş və həmin test imtanında Şahid2 iştirak etmişdir. Bakı şəhəri üzrə 48 bal olduğundan, Şahid2 isə cəmi 40 bal toplamışdır. Buna görə də atası Zərərçəkmiş şəxs Şahid2 ilə birlikdə həmin balın tam dəqiqləşdirilməsi üçün Bakı şəhərində yerləşən Baş Təhsil İdarəsinə müraciət etmişlər. Orada onlara yəni Şahid2 40 bal torlanması Bakı şəhəri üzrə tam orta məktəblərinə daxil olması mükün olmadığını və həmin bal üzrə Respublikanın rayon və kənd tam orta məktəblərində işləməsi mümkün olduğunu bildirmişlər. Hümay Bağırovanın üzvlərinin vəziyyətləri ilə əlaqədar olaraq buna razı olmamışlar. Təxminən sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs və bacısı Yaqut ona bu barədə məlumat vermişlər, o, isə onunla Dövlət Neft Şirkətində tikinti quraşdırma İdarəsində icraçı işləyən Şahid3 məsləhət görərək bu işdə onlara köməklik göstərməsini bildirmişdir. Elə həmin vaxtı o, Zərərçəkmiş şəxs Xanalınin istifadə etdiyi ***-***-**-** saylı mobil telefonun nömrəsini vermiş və onlar bir-biriləri ilə əlaqə saxlayaraq görüşmüşlər. Lakin sonradan Zərərçəkmiş şəxs, bacısı Yaqut Bağırovadan və Şahid2 aldığı məlumatlara görə 15 sentyabr 2021-ci il tarixdə saat 12 radələrində ünvan 7 ünvanda yerləşən çay evində Lütvi və İsaməddin adlı şəxslər tərəfindən Zərərçəkmiş şəxs 6000 manat pulu Şahid2m guya Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işə düzəlməsi üçün almışlar. Həmin vaxtan bu günə kimi Lütvi və İsaməddin adlı şəxslər tərəfindən Zərərçəkmiş şəxs aldıqları 6000 manat pulu qaytarmamışlar və Şahid2m Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işə düzəltməsinə köməklik göstərməmişlər. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayonu Əllət qəsəbəsi E.lmanov küçəsi ev 1, mənzil 68-də qeydiyyatdadır və faktiki Bakı şəhəri Qaradağ rayonu ünvan 5 ünvanında valideynləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun atasıdır. 2006-cı ilə ilə tarixdə Bakı Qızlar Universitetinə qəbul olmuş və 2010-cu il tarixdə isə həmin Universiteti bitirmişdir. Bundan başqa 2011-ci il tarixdən, 2014-cü il tarixədək Bakı şəhəri Qaradağ rayonu Ədlət qəsəbəsində yerləşən 110 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləmiş, 2015-ci il tarixdən, 2016-cı il tarixədək Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 saylı tam orta məktəbində ibtidai sinif müəlliməsi vəzifəsində işləmişdir. Onun müəllimə işləməyi diplomu əsas verir ki, o, həm müddətli müqavilə ilə və həmdə müddətsiz müqavilə ilə tam orta məktəbində işləyə bilər. Təxminən 2020-ci ilin avqsut ayında müəllimlərin işə qəbulu üzrə Azərbaycan Respublikası Təhsil Naziriliyində test müsabiqəsi vasitəsi ilə imtahan keçirilmiş və həmin test müsabiqəsində imtanında o, iştirak etmiş, Bakı şəhəri üzrə 48 bal olduğundan, o, isə cəmi 40 bal toplamışdır. Buna görə də o, və atası Zərərçəkmiş şəxsla ilə birlikdə həmin balın tam dəqiqləşdirilməsi üçün Bakı şəhərində yerləşən Baş Təhsil İdarəsinə getmişlər. Orada onlara yəni onun test müsabiqəsinin nəticəsinə topladığı 40 bal üzrə Bakı şəhəri üzrə tam orta məktəblərinə daxil olması mükün olmadığını və həmin bal üzrə Respublikanın rayon və kənd tam orta məktəblərində işləməsi mümkün olduğunu bildirmişlər.O, və atası onların ailə vəziyyətləri ilə əlaqədar olaraq buna razı olmamışlar. Təxminən 2020-ci ilin sentyabr ayının əvvələrində atası Zərərçəkmiş şəxs və anası Yaqut Bağırova bu barədə xalası Şahid1 məlumat vermiş, xalası isə onalara onun iş yoldaşı olan Xanalı adlı şəxsi məsləhət görərək bu işdə onun işinə köməklik göstərməsini bildirmişdir. Elə həmin vaxtı xalası Şahid1 atasına Xanalının istifadə etdiyi ***-***-**-** saylı mobil telefonun nömrəsini vermiş və atası isə onunla əlaqə saxladıqdan sonra, Xanalı isə atasını onun tanışı Şahid4 bu işdə onun işinə köməklik edəcəyini bildirərək Şahid4 istifadə etdiyi ***-***-**-** saylı mobil telefonu nömrəsini atasına vermişdir. Atası isə 14 sentyabr 2020-ci il tarixdə Şahid4 istifadə etdiyi 051-400-32-6: saylı mobil telefonuna zəng edərək onun dəvəti ilə Bakı şəhəri Yasamal rayonu 28( saylı tam orta məktəbin yaxınlığında yerləşən evlərin-alqı satqı məntəqəsində avtası ik görüşmüşlər. Görüş zamanı atası Şahid4la tanış olmuş, tanışlıq zaman özünü atasına həmin evlərin alqı-satqı məntəqəsinin rəhbəri kimi təqdim etmişdir Bundan sonra atası Şahid4 bütün məsələləri danışmış, həmin vaxt atasının yanından onun tanışı olan İsaməddin adlı şəxsə zəng edərək məsələn həll edəcəyi barədə məlumat vermişdir. Sonra isə Şahid4 atasıne İsaməddinin istifadə etdiyi ***-***-**-** saylı mobil telefonun nömrəsini vermiş ve atası isə İsaməddinlə əlaqə saxlayaraq bu barədə məlumat vermişdir. Telefonda İsaməddin isə atasına onu Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işə düzəlməsi üçün atasından Təhsil Nazirliyini 6000 manat rüsüm ödənilməsini bildirmişdir. Atası isə onun sözlərinə inanaraq onunla razılaşmış və təcili olaraq yəni 15 sentyabr 2020-ci il tarixdə atasının onunla görüşməyini bildirmişdir. Belə ki, 15 sentyabr 2020-ci il tarixdə saat 12 radələrində atası ünvan 4 ünvanın qarşısında İsaməddinlə görüşmüş, görüş zamanı atası İsaməddinlə tanış olmuş və onun təklifi ilə həmin ünvandan bir qədər öndə çay evinə dəvət etmiş və həmin çay evinin qarşısında İsaməddinin tanışı olan Lütvi adlı şəxslə atasını tanış etmişdir. Bundan sonra atası İsaməddin və Lütvi ilə birlikdə həmin çay evində oturub çay içkmişlər, çay içkdikdən sonra İsaməddin atasını Lütvi ilə tanış etmiş, tanışlıq zamanı İsaməddin atası Lütivini dəqiq adını çəkmədiyi tam orta məktəblərin birində müəllim işlədiyini şəxs kimi təqdim edərək onu Bakı şəhəri üzrə tam orta məktəbində müddətsiz ibtidai sinif müəlliməsi vəzifəsində işə düzəlməsi üçün atasının onlara Təhsil Nazirliyinə 6000 manat rüsüm ödənilməsini bildirmişdir. Bundan sonra atası bir daha onlara inanaraq onlarla razılaşmış, atası özü ilə evdən götürdüyü ona məxsus hamsı 100 manatlıq pul əskinasları olmaqla ümumlikdə 6000 manat pulu sayıb İsaməddinə vermişdir. İsaməddin isə atasının yanında Lütviyə təqdim edərək həmin pulları sayıb götürməsini bildirmişdir.Həmin vaxtı Lütvi isə atasının və İsaməddinin yanında pulları sayıb düz olduğum bildirərək pulları götürmüşdür. Bundan sonra İsaməddin və Lütvi atasını tam əmin edərək onun işinin qısa müddət ərizində düzəldəcəklərini bildirmişlər. Atası isə onlara tam inanmış,bundan sonra İsaməddinin təklifi ilə Lütvi tərəfindən atasından onun işinin həlli üçün 6000 manat pulun almasından ötrü rəsmi olaraq qəbz yazıb hər ikisi qəbzə imza edərək atasına təqdim etmişlər. Bundan sonra Lütvi və İsaməddin atasına guya onun əmiri 4-5 müddətinə veriləcək və atasının onları gözləməyini bildirmişlər. Lakin həmin 4-5 gün keçdikdən sonra, atası onlarla əlaqə saxlamış və onlar isə atasına guya Baş Təhsil İdarəsinin direktorunu işdən azad olunduğunu və atasına bir qədər onları gözləmiyini bildirmişlər. Lakin buna baxmayaraq atası və o, bir müddət onların dedikləri vaxtlara kimi gözləmiş, onlar isə yenidən vaxt istədikdə artıq başa düşmüşlər ki, onlar aldadılar və atası isə onlardan pullarını qeri qaytarmasını tələb etmişdir. Lütvi və İsaməddin atasına guya 6000 manat pulu artıq Təhsil Nariliyinə rüsum kimi ödənildiyini bildirmiş, atasına isə bir qədər səbirli olmağını bildirmişlər. Təxminən 16 fevral 2021-ci il tarixdə günorta saatlarında ***-***-**-** nömrədən atasına Saidə adlı qadın zəng edərək özünü Baş Təhsil İdarəsinin işçisi kimi təqdim edərək, atasının onunla Baş Təhsil İdarəsində görüşməyini bildirmişdir. 17 fevral 2021-ci il tarixdə isə atasına 9941-244-10271 nömrədən Samir adılı şəxs zəng edərək özünü Təhsil Nazirliyinin işçisi kimi təqdim edərək, atasının 18 fevral 2021-ci il tarixdə Baş Təhsil İdarəsinə gəlməyini bildirmişdir. 18 fevral 2021-ci il tarixdə saat 11 radələrində o, və atası ilə birlikdə Baş Təhsil İdarəsinin qarşısına gedərək orada Lütvilə görüşmüş, bir qədər söhbət edərkən sonra Səidə adlı bir qadın gəlmiş və əlində isə sənədlər olmuş və ona həmin sənədə imza etdirmişdir. Bundan sonra Səidə adlı qadın onlara 2- gündən sonra guya onların ünvanlarına Baş Təhsi İdarəsindən zəng ediləcəkdir, sonra isə onu İdarəyə gələcək iş yerinin artıq məlurr olacağını və maaş kartını götürəcəyini bildirmişdir. O, və atası ona inanaraq vg oradan çıxıb evə gəlmişlər. Bundan sonra atası dəfələrlə həmin şəxslərlə mütamad olaraq əlaqə saxlasada onlar atasının mobil telefonuna cavab verməmişlər, atası, və ailə üzvlərləri başa düşmüşlərki, onlar onları aldadaraq atasına məxsus 6000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişlər. Buna görə də atası məcbur olub 16 aprel 2021-ci il tarixdə DİN -nin 102 xidməti zəng mərkəzinə zəng edərək məlmuat vermiş, elə həmin günü Yasamal RPİ-nin 29-cu PŞ-nə gedərək orada şikayət ərizəsi ilə müraciət etmişdir. Məhkəmə istintaqı zamanı şahid kimi dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 07 may 2020-ci il tarixdən bu gənə kimi Müstəqil xalq partiyasının sədr vəzifəsində işləyir. İsaməddin Daşdərimova 1980-ci il tarixdə Şamaxı rayonunda və Şahid3 isə 2018-ci il tarixdə Vətən Naminə xalq ictiami birliyinin üzvü olarkən tanış olmuş və onun onlarla dost münasibəti vardır. Onun onlarla heç bir ədavəti və düşmənçidliyi yoxdur. Hazırda Şahid3 Müstəqil xalq partiyasının üzvüdür. Təxminən sentyabr ayının əvvələrində Şahid3 ona telefon vasitəsi ilə zəng edərək , onunla bir yerdə yəni Neft şirkətinin tikinti quraşdırma İdarəsində fəhlə işləyən Şahid1 bacısı qızı Şahid2 Azərbaycan Respublikası Təhsil Naziriliyində test vasitəsi ilə imtahan keçirilmiş və həmin test imtanında iştirak etdiyini, Bakı şəhəri üzrə 48’bal olduğundan, Şahid2 isə cəmi 40 bal topladığını və bunun üçün Şahid2 Bakı şəhərində tam orta məktəblərin birində müddəsiz işə qəbuluna köməklik göstərməsini ondan xahiş etmişdir. O, isə Şahid3 uzun müddət tanıdığından sonuncu isə ona Şahid5 bu məsələni qanuni yolla həll edilməsini ona bildirmişdir. Bundan sonra 14 sentyabr 2020-ci il tarixdə o, Hümay Bağırovanın atası Zərərçəkmiş şəxsla Bakı şəhəri Yasamal rayonu 286 saylı tam orta məktəbin yaxınlığında yerləşən evlərin alqı -satqı məntəqəsinin yanında isə həmin müddət vaxtı onun Müstəqil xalq partiyam orada yerləşdiyindən və orada onunla görüşmüşdür. Görüş zamanı o, Zərərçəkmiş şəxsla tanış olmuş, bundan sonra o, ona bir daha dinləmiş və ona onun tanışı olan İsaməddin Dadəmirovun qanuni yolla ona köməklik etməsini bildirərək və onun yanından İsaməddinə zəng etmiş, ona bu barədə məlumat vermişdir. İsaməddin isə ona həmin məsələni qanuni yolla həll edəcəyini bildirərək söz vermişdir. Bundan sonra o, Zərərçəkmiş şəxsya İsaməddinin əlaqə mobil telefon nömrəsini vermiş və onlar isə sonradan onun iştirakı olmadan birbiriləri ilə görüşmüşlür. Lakin bir müddət keçdikdən sonra o, Zərərçəkmiş şəxs və Xanali Kərimovdan aldığı məlumata görə İsaməddin və onun tanışı Lütvi adlı şəxslə birlikdə Şahid2m guya Bakı şəhərində tam orta məktəblərin birində müddətsiz işə qəbul etmək məqsədi ilə Təhsiil Nazirliyinin balansına rüsüm ödəmək adı ilə Zərərçəkmiş şəxsdan ümumulikdə 6000 manat pul almışlar. Lakin bu günü kimi Şahid2m nə işə düzəltməmişlər və nədə ki, Zərərçəkmiş şəxs aldıqları 6000 manat pulu qaytarmamışlar. Bundan başqa bildirmişdir ki, Şahid5 Zərərçəkmiş şəxsla tanış etməkdlə məqsədi ondan ibarət olmuşdur ki, Zərərçəkmiş şəxs qızı Hümay Bağırovanın işini qanuni yolla köməklik etməsi olmuşdur, Şahid5 və Lütvi tərəfindən Zərərçəkmiş şəxs ümumlikdə aldıqları 6000 manat pulun verilməsində o, iştirak etməmiş və bunun müqabilində o, nə Lütvidən və nədə ki, İsaməddin hər hansı bir məbləğdə pul almamışdır. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxs və şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də Cinayət Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, CM-nin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, CM-nin 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. CM-nin 178.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən hazırkı cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. CM-nin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. CM-nin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, CM-nin 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. CM-nin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, CMnin Ümumi hissəsinin müddəaları nəzərə alınmalı və Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cəzanın növünü təyin edərkən CM-nin yuxarıdakı tələblərinə əməl edərək cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, həmçinin aşağıdakıları da nəzərə alır. İşdə olan AR DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 70-ci maddələri ilə təqsirli bilinərək 07 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilərək 02 il şərti sınaq müddətinə cəzalandırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 aprel 2016-cı il tarixli qərarı ilə 30 oktyabr 2014-cü il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən hökmdən xaric edilərək 06 il 10 gün azadlıqdan məhrum etmə cəzası saxlanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.3.2, 66.5-ci maddələri ilə təqsirli bilinərək qəti olaraq 07 il 07 ay 06 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi hökm edilmiş, Nərimanov Rayon Məhkəməsinin 28 dekabr 2017-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-də dəyişiklik edilməsi haqqında 20 oktyabr 2017-cı il tarixli qanun tətbiq edilərək CM-nin 178.3.2-ci maddəsi CM-nin 178.2.1 və 178.2.4-cü madldələrinə tövsif edilib, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən 06 il azadlıqdan məhrum etmə cəzasından, Azərbaycan respublikası CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 05 il 07 ay 06 gün azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. 05 aprel 2018-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə 28 dekabr 2017-ci il tarixli qərar dəyişdirilib, cəzası 03 il 07 ay 06 günə endirilmişdir. 30 dekabr 2019-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bununla da Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş yenidən hazırkı cinayəti törətmişdir. CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsin törətdiyi cinayəti etiraf edib, əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Yuxarıda qeyd edilən residiv cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Yasamal RPİ-nin İŞ-nin müstəntiqi V.Nəbiyevin xx.xx.2021-ci il tarixli qərarı ilə o, Yasamal RPİ-nin MSY-dən dərhal azad edilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bununla da, o, 02 gün həbsdə olmuşdur. Həmçinin təqsirləndirilən şəxs barəsində Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə axtarış elan edilmiş, barəsindəki “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz olunmuşdur və o, xx.xx.2022-ci il tarixdə tutulmuşdur, hökm çıxarıldığı hazırkı vaxtadək həbsdədir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD-R formatında disk və pulun alınması haqqında qəbz cinayət işinin materiallarında saxlanılmalıdır. Həmçinin iş üzrə dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə müdafiəçinin haqqı dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 il (üç il) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlanıldığı 02 gün müddət ona təyin olunmuş cəzadan çıxılsın, üzərində qəti olaraq 02 il 11 ay 28 gün (iki il on bir ay iyirmi səkkiz gün) müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 22 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 01 ədəd CD-R formatında disk və pulun alınması haqqında qəbz cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı dövlət büdcəsi vəsaiti hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri “Mərkəz” vəkil bürosunun vəkili Müdafiəçi ödənilmək üçün 750 (yeddi yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri “Mərkəz” vəkil bürosunun hesablaşma hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin cinayət kollegiyasına apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, Hüseyn Səfərov
Məhkəmə qərarları › İş №1(004)-43/2022
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Hökm — İş №1(004)-43/2022
28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver