Məhkəmə qərarları › İş №1(004)-431/2021

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qərar — İş №1(004)-431/2021

17.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(004)-431/2021 17.11.2021 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi Məmmədhüseyn oğlu Təqsirləndirilən şəxs: xx.xx.1979-cu il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, orta təhsilli, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə kirayə yaşadığı ünvan 2 ünvanında tanışı X3 ilə danışaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Şəbinə Hüseynovanın razılığını aldıqdan sonra 2021-ci ilin yanvar ayının ortalarından 21 may 2021-ci il tarixədək olan müddət ərzində ünvan 2 ünvanında yerləşən mənzildə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 25 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 15 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Şəbinə Hüseynovam gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Eləcə də, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə kirayə yaşadığı ünvan 2 ünvanında tanışı Zərərçəkmiş şəxs2 ilə danışaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs2 razılığını aldıqdan sonra 2021-ci ilin fevral ayının sonlarında ünvan 2 ünvanında yerləşən mənzildə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 20 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs2m gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə kirayə yaşadığı ünvan 2 ünvanında tanışı Zərərçəkmiş şəxs3 ilə danışaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs3 razılığını aldıqdan sonra 2021-ci ilin mart ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən mənzildə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 25 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 15 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs3m gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyəti ilə kirayə yaşadığı ünvan 2 ünvanında tanışı Zərərçəkmiş şəxs4 ilə danışaraq müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi barədə Zərərçəkmiş şəxs4nm razılığını aldıqdan sonra 2021-ci ilin mart ayının əvvəllərində ünvan 2 ünvanında yerləşən mənzildə kişi müştəriləri ilə cinsi əlaqədə olmasını təşkil etdikdən sonra əldə edilən gəlirdən hər dəfə 20 manat pulu müştəri ilə cinsi əlaqədə olduğuna görə sonuncuya təqdim edərək, qalan 20 manat pulu isə fahişəliyə cəlb etdiyinə görə özünə götürərək Zərərçəkmiş şəxs4m gəlir əldə etmək məqsədi ilə fahişəliyə cəlb etmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Müdafiəçi X1 vəsatət təqdim edərək 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarına əsasən Amnistiya tətbiq edilən şəxslərin dairəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilənlərin əhatə edildiyinini nəzərə alaraq Cinayət Prosessual Məcəllənin 39.1.12-ci maddəsinin tələbinə uyğun olaraq icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) Təqsirləndirilən şəxs ittiham aktında göstərilən Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bildiyini, törətdiyi əməldən peşman olduğunu nəzərə alıaraq cinayət işinin icraatına xitam verilməsini məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı amnistiyanın tətbiq edilməsi ilə əlaqədar cinayət təqibi üzrə icraata xitam verilməsinə etiraz etmədiyini, cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib və belə hesab edir ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri üzrə cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biri də cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsidir. Həmin Məcəllənin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Həmin Məcəllənin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Belə olduğu təqdirdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 9.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin Qərarın 1-ci hissəsinə əsasən təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq Qərarın 1.12-ci bəndinə əsasən qadınlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilirlər (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla): Həmin Qərarın 28-ci bəndinə əsasən birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Müdafiə tərəfi vəsatət təqdim edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri ilə təqsirləndirilənlərin əhatə edildiyinini nəzərə alaraq Cinayət Prosessual Məcəllənin 39.1.12-ci maddəsinin tələbinə uyğun olaraq icraata xitam verilməsini xahiş etmiş, bununla da cinayət işi üzrə icraata xitam verilməsinə razılığını ifadə etmişdir. Hazırkı iş üzrə müəyyən edilir ki, təqsirləndirilən şəxs özünü ona qarşı elan edilmiş ittiham üzrə təqsirli bilir, barəsində amnistiyanın tətbiq edilib, cinayət işinin icraatına xitam verilməsini xahiş edir. Həmçinin təqsirləndirilən şəxs qadındır (yəni Qərarın 1.12-ci bəndində göstərilən şəxslər siyahısına daxildir). Onun təqsirli bilindiyi CM-nin 243.1 və 244.1-ci maddələri üzrə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının 10 və 11-ci hissələrinə əsasən məhdudiyyətlər qoyulmamışdır. Belə olduğu təqdirdə Qərarın 9.1-ci bəndində onun barəsində Amnistiyanın tətbiq edilməli olması və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsi qeyd edilmişdir. Hazırkı cinayət işi Amnistiya qərarından əvvəl törədilmişdir, məhkəmənin icraatındadır. Belə olduğu təqdirdə Qərarın 28-ci hissəsinə əsasən müdafiə tərəfi razı olduğu üçün, Amnistiya tətbiq edilməli və cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilməlidir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cinayət işi üzrə icraata xitam verilməlidir. Çünki CPM-nin 305.1-ci maddəsi bu halı imperativ norma kimi müəyyən etmişdir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs (təqsirləndirilən şəxs) həmin maddə üzrə cinayət məsuliyyətindən azad edilməli və cinayət təqibinə xitam verilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 40, 43, 300, 305, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs barəsində “8 Noyabr – Zəfər Günü münasibətilə Amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli qərarı tətbiq edilsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.1 və 244.1-ci maddələri üzrə cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bakı şəhər Yasamal Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, qərar həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən, İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar